usd:
1,69 ₼
eur:
1,87 ₼
Bu gün
+9... 16 °С
Buludlu, yağmursuz
Sabah
+12... 16 °С
Buludlu, yağmursuz
Bu gün
+9... 16 °С
Buludlu, yağmursuz
Sabah
+12... 16 °С
Buludlu, yağmursuz
Filters
Filters
İdman
Olimpiadaya gedəcək idmançılarımızın sayı 13-ə çatıb Azərbaycanlı karateçi Rafael Ağayev Tokio 2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, o, Avstriyanın Zalsburq şəhərində keçirilən Premyer Liqa yarışında medal qazana bilməsə də, keçirdiyi iki görüşdə qazandığı qələbə (və bir tur azad olunmaya görə də qələbə hesablanır – S.M.) idmançımıza Tokio Olimpiadasında iştirak etmək üçün imkan yaradıb. Hazırda 75...
Cəmiyyət
Bakıya məcburi eniş etdi Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib. Bu barədə BakuCity.az-a AZAL-dan məlumat verilib. Təyyarə yerli vaxtla saat 11:05-də paytaxtın hava limanına uğurlu eniş edib. İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir. BakuCity.az
Cəmiyyət
Martın 25 və 26-sı da istirahət günləri olacaq Mart ayında iş günlərinin sayı 15 olacaq. BakuCity.az-ın məlumatına görə, gələn ay ilk bayram 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Martın 8-i həftənin bazar gününə təsadüf etdiyindən martın 9-u da qeyri-iş günü olacaq. Beləliklə, 5 günlük iş həftəsi ilə çalışanlar martın 7, 8 və 9-u istirahət edəcəklər. 10 gün sonra isə Novruz bayramı ilə bağlı 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə bayra...
Hadisələr
78 yaşı vardı Xalq artisti Ağaxan Salmanlı maşında dünyasını dəyişib. BakuCity.az-ın məlumatına görə, bu barədə "Qaynarinfo"ya aktyor İlham Əsədov bildirib. O, qeyd edib ki, fevralın 28-də mərhumun nəvəsi Ləman Salmanovanın toy mərasimi olub: "Hamı orada olub. Deyib-gülmək… Əhvalı da lap əlaymış. Ailəsindən deyilənə görə, gecə narahatlığı olmayıb. Bu saatlarda da nəvəsigilə qonaq gedirlərmiş. Elə əlində şirniyyat maşında dünyasını dəyişib. Çox pis olduq”....
Hadisələr
Sonuncu dəfə avtobusa minəndə görüblər Bakıda 46 yaşlı qadın itkin düşüb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, Sabunçu rayonu Ramanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-i səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb. Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minib gedərkən görüblər. Qadının ailə üzvləri faktla bağlı...
Cəmiyyət
Hazırda kütləvi axın yoxdur Nazirlər Kabineti yanında operativ qərargah ölkədə koronavirusla bağlı vəziyyəti açıqlayıb. BakuCity.az-a verilən məlumatda qeyd olunur ki, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir: "Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyə...
Cəmiyyət
Qınağa səbəb olub Azərbaycanda müəllimənin xoşagəlməz görüntüsü yayılıb. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, müəllimə sinifdə “Məsti xumar” mahnısını qoşaraq rəqs etməyə başlayıb. Bu azmış kimi, müəllimə rəqs etdiyi vaxt çay içməyə başlayıb. Müəllimənin məktəbdə belə addım atması sosial şəbəkələrdə qınağa səbəb olub. BakuCity.az
Mədəniyyət
78 yaşı vardı Azərbaycan teatrına ağır itki üz verib. BakuCity.az "Ölkə.az"a istinadən xəbər verir ki, Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı dünyasını dəyişib. Məlumatı teatrın aktyoru İlham Əsədov verib. Qeyd edək ki, aktyor 78 yaşında dünyasını dəyişib. Allah rəhmət etsin! BakuCity.az
Hadisələr
Yola dağılan yanacaq yuyulub Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil aşıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdi Hüseyn küçəsində qeydə alınıb. Bağırov Elxan Ramil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanan və Muradov Hünər Razət oğluna məxsus "VAZ 2104" markalı avtomobilə çırpılıb. Zərbənin təsirind...
Cəmiyyət
14 gün sonra evə buraxılacaq Ağdaş rayonunun Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev səhhətində yaranan problemlərlə əlaqədar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə cağırış edib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, S.Nuralıyevin yaşadığı ünvana gedən həkim briqadası lazımı tibbi yardım edən zaman xəstə bir neçə gün əvvəl İran İslam Respublikasından Azərbaycana qayıtdığını bildirib. Həkim briqadası bundan sonra S.Nuralıyevi Ağdaş...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?