usd:
1,70 ₼
eur:
1,92 ₼
Bu gün
+26... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+26... 29 °С
Buludlu, yağmursuz
Bu gün
+26... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+26... 29 °С
Buludlu, yağmursuz
Filters
Filters
Kriminal
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılması əks olunan videogörüntülərə münasibət bildirib. BakuCity.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi, polkovnik Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. E.Zahidov deyib ki, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona məxsus BMW markalı avtomobilin tanışı,...
Cəmiyyət
DTX-nin nazirlikdə keçirdiyi əməliyyatın görüntüləri yayımlanb. BakuCity.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi Mədəniyyət Nazirliyində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: "Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət or...
Cəmiyyət
Karantin qaydalarında heç bir yumşalma olmayıb. “Bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb". BakuCity.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. "Qeyd olunan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. Belə ki, Nazirlər Ka...
Ekologiya
13 mayda gözlənilən hava şəraiti açıqlanıb Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarmadasında gecə 10-14° isti, gündüz 19-23° isti, Bakıda gecə 12-14° isti, gündüz 20-22° i...
Kriminal
Bakı metropolitenində intihara cəhd olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, hadisə mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında qeydə alınıb. Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd edib. Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində intihara cəhdin qarşısı alınıb. (Trend) BakuCity.az
Cəmiyyət
Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər cərimə ediləcəklər. BakuCity.az xəbər verir ki, bu barədə "Report"a Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərov məlumat verib: "Paytaxt sakinlərimizdən xahiş və tələb edirəm ki, qoruyucu maskalardan istifadə etsinlər. Çünki ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq...
Cəmiyyət
Bu gündən etibarən Bakı yollarında quraşdırılan stasionar postların sayı azaldılır. BakuCity.az xəbər verir ki, xüsusi karantin rejim qaydalarının mühafizəsinin təminatını həyata keçirən postların sayı azaldılmaqla piyada naryadların sayının artırılması nəzərdə tutulur. (Qaynarinfo) BakuCity.az
Kriminal
Bakı sakini yaşadığı evdə 2 nəfəri bıçaqlayıb. BakuCity.az xəbər verir ki, hadisə Bakının Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 34-də qeydə alınıb. Bakı şəhər sakini Elnur Quliyev yaşadığı evdə usta işləyən Sədrəddinbəyov Kamil Arif oğlunu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o özünü öldürməyə cəhd edib. Anası Minəxanım Quliyeva ona mane olmağa çalışanda isə E.Quliyev anasını da bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə ş...
Hadisələr
“EuroHome”dakı yanğının təfərrüatları məlum olub. Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında dünən gecə saatlarında baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən BakuCity.az-a verilən məlumata görə, 11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar tel...
Cəmiyyət
Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb. BakuCity.az xəbər verir ki, sərnişinlər metronun stansiyalarına buraxılmayıb.  Polis əməkdaşları bunun texniki məsələ ilə əlaqədar olduğunu bildiriblər. Məlumata görə, texniki fasilə 2 saata qədər davam edəcək.   "Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report”a açıqlamasında bildirib ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?