usd:
1,70 ₼
eur:
2,00 ₼
Filters
Filters
Ekologiya
Bakıda 6 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz  27-31, Bakıda  gecə 22-24, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma...
Cəmiyyət
Şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri hazırdır. BakuCity.az xəbər verir ki, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdə adının veriləcəyi küçə yaxın vaxtda müəyyənləşdiriləcək. Bununla bağlı müzakirələr yekunlaşmaq üzrədir. Həmçinin oxu: General-mayor Həşimov Polad şəhid olub Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrindən birinə onun adının verilməsi...
Cəmiyyət
Karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. BakuCity.az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilən qruplar tərəfindən paytaxtı  rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər t...
Cəmiyyət
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. İqtisadiyyat Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək m...
Kriminal
Bakıda 1 milyonluq qızıl oğurlanan ev kimindir? Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1 milyon manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub. BakuCity.az xəbər verir ki, bununla bağlı məlumat Daxili İşlər Nazirliyindən verilib. Məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınma...
Cəmiyyət
Xəbər verdiyimiz kimi, 13 şəhər və rayonda şərh karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Sərt katantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Aprel-may ayında bütün bölgələr üzrə 190 manat bir dəfəlik müavinət verilsə də iyun ayında yalnız sərt karantin rejimi tətbiq edilən rayonlarda qeydiyyatda olanlara verildi. Elə insanlar var ki, sərt karantin rejimi tətbiq edilməyən rayonda qeydiyyatda olsa da, Bakıda yaşayır və işsizdir. A...
Cəmiyyət
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb. BakuCity.az xəbər verir ki, Bakı ilə yanaşı, ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmçinin oxu: Bakıda sərt karantin rejimi uzadıldı Xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və D...
Cəmiyyət
Sərt karantin rejimi yumşaldılıb. Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə olunur. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanla...
Cəmiyyət
Koronavirusu dünyaya yayan əsas ölkənin Çin olmadığını açıqlanıb. Koronavirusun Çinin Uhan şəhərindən dünyaya yayıldığı artıq hər kəsə bəllidir.  Ancaq ABŞ Xəstəliklərin Nəzarəti və Qorunması Mərkəzi tərəfindən aparılan bir araşdırma sensasiya doğuracaq nəticə ortaya çıxarıb. BakuCity.az xəbər verir ki, ABŞ alimləri koronavirusu dünyaya yayan əsas ölkənin Çin olmadığını açıqlayıblar. Araşdırmada virusun qaynağı haqda konkret bir söz deyilməsə də, koronavir...
Kriminal
Paytaxtda tanışını qətlə yetirən şəxs tutulub. Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub. BakuCity.az xəbər verir ki, Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətl...
Ekologiya
Bakıda 5 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-32, Bakıda gecə 22-24, günd...
Cəmiyyət
Azərbaycanda toy mərasimlərinin bərpa edilməsi koronavirus infeksiyasının artmasına səbəb ola bilər. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. H. Hacıyev bildirib ki, toy Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir və Azərbaycan xalqının ənənəsidir: “Lakin nəzərə almaq lazım...
Cəmiyyət
Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır. BakuCity.az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün...
Cəmiyyət
Bolqarıstan millisinin futbolçusu Martin Raynov "Neftçi"nin maraq dairəsinə düşüb. BakuCity.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb. Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var. Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oy...
Cəmiyyət
Azərbaycanda koronavirusun daha çox təsir etdiyi sahələr açıqlanıb. Koronavirus təkcə can almaqla bitmir. Pandemiya bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da ziyan vurub. BakuCity.az xəbər verir ki, on minlərlə insan işini itirib. Koronavirusun təsir etdiyi sahələri isə saymaqla bitməz. Bunlardan biri də turizm sektorudur.  Bəlkə də dildə asan səslənsə də, amma bu sahədə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha cidd...
Cəmiyyət
Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. BakuCity.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə və Sənaye naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib. Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddi...
Cəmiyyət
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir. • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) • xüsusi təyinatlı, o cüml...
Cəmiyyət
Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub. BakuCity.az xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar. Həmçinin oxu: Fəttah Heydərov vəfat etdi Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (qafqazinfo) BakuCity.az
Kriminal
Sürücü yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.  BakuCity.az xəbər verir ki, Saatlıda anadan olmuş Abbasov Elmir İsrail oğlu idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib.  Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi i...
Cəmiyyət
Fəttah Heydərov dünyasını dəyişib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib. Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (BakuPost) BakuCity.az
Cəmiyyət
Nəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər.  BakuCity.az xəbər verir ki, sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir. Sakinlər bildirirlər ki, tiki...
Cəmiyyət
"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". BakuCity.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.  H. Hacıyev bildirib ki, əldə olunan nəticələr iyunun 21-dən etibarən tətbiq edilən karantin rejiminin və vətəndaşların buna əməl etməsinin nəticəsidir: "Dünya təcrübəsi göstərir ki, yumşalmaya getdikdə alovlanma artır. Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün qaydalara əməl etmək zəruridir. Sosial-iqtisadi y...
Ekologiya
Qubada zəlzələ baş verib. BakuCity.az xəbər verir ki, yeraltı təkanlar saat 4:52-də qeydə alınıb. Zəlzələ təxminən 3,5-4 maqnitudada baş verib. Yeraltı təkanlar hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur. (report) BakuCity.az
Hadisələr
Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub. BakuCity.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmi...
Cəmiyyət
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır. BakuCity.az xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.  Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı ü...
Cəmiyyət
"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. N. Seyidov bildirib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb kimi göstərilmir:...
Cəmiyyət
Kanadada Koronavirusun ardından Salmonella virusu paniki başlayıb. BakuCity.az xəbər verir ki, Kanada Xalq Sağlamlığı Agentliyi, ABŞ-dan gətirilən qırmızı soğanın tərkibində Salmonella bakteriyası ola biləcəyini xəbərdar edib. Agentlik, iyun ayından bəri cəmi 5 ştatda bir çox hadisənin təsbit edildiyini və xəstəlik adətən 6 ilə 72 saat arasında təsir göstərdiyini bildirib. Qeyd olunur ki, bu virus daha dəhşətli ola bilər. (sonxeber.az) BakuCity.az
Cəmiyyət
Bakıda çimərliklərdəki yerlər üçün onlayn sifariş sistemi istifadəyə verilib. BakuCity.az xəbər verir ki,  test rejimində işləyən cimerlik.az portalına bu günə qədər ümumilikdə 1500 yer olmaqla Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub. Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan...
Ekologiya
Bakıda 3 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təz...
Cəmiyyət
Paytaxtda COVID-19 partlayışı yaşanacaq. “Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”. BakuCity.az xəbər verir ki, bu sözləri  açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza...
Cəmiyyət
Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir. BakuCity.az xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun "North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb. Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub. Hadisə ilə əlaqədar Toronto polisi əra...
Cəmiyyət
"Karantin rejiminin yumşaldılması ilə bağlı tələsmək olmaz". Üç gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanlar...
Cəmiyyət
Karantin rejimi qaydalarına nəzarət məqsədi ilə şəhər ərazisində mobil postlarda yoxlamalar davam edir. Reydlər zamanı həm sürücülər, həm də küçələrdə insanların karantin qaydalarına riayət etmələrinə polis əməkdaşları ciddi nəzarət edirlər. İcazəsiz çıxan sürücü və sərnişinlər cərimə olunur. BakuCity.az xəbər verir ki, mobil postlar paytaxtın müxtəlif küçələrində qurulur və bütün nəqliyyat vasitələrinin sürücü və sərnişinləri yoxlanır. İstər piyadaların,...
Siyasət
Erməni xalqı bugün Paşinyanı hakimiyyətə gətirməyə peşman olub.Ermənistanı qarşıda hələ çox ciddi siyasi və iqtisadi kataklizmlər gözləyir. BakuCity.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Balakən regional ASAN Xidmət mərkəzinin açılışında Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib. “Cənab Prezident bildirdi ki, Ermənistanda 2018-ci ildə formalaşmış...
Cəmiyyət
“Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq fəaliyyətinə qadağa qoyulan daha bir sahənin açılması müzakirə olunur”.  BakuCity.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mətbuat konfransında deyib. Yaqut Qarayeva bildirib ki, çimərliklərin açılması və ondan sonra irəli gələ biləcək tədbirlər Operativ Qərargahda müzakirə olunur: "Çimərliklərə getməklə orad...
Cəmiyyət
Paytaxtda koronavirusa qarşı işlərin genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirusla mübarizə ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər daha da genişləndirilib. BakuCity.az xəbər verir ki, bu tədbirlər çərçivə...
Cəmiyyət
Sinqapur alimləri “sarı qızdırma” üçün hazırladıqları eksperimental dərman preparatının klinik sınaqlarının birinci mərhələsinin uğurla başa çatdığını elan ediblər. BakuCity.az xəbər verir ki, tədqiqatın nəticələri “New England Medicine Journal”da dərc edilib. Qeyd olunub ki, dərman virusa yönəlmiş monoklonal anticisimdir. Bu cür dərmanları hazırlamaq  və sınaqdan keçirmək ümumiyyətlə bir neçə il çəkir. Lakin Massaçusets Texnologiya İnstitutunun (MIT) Sinq...
Biznes
Mövcud koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlanaraq beynəlxalq uçuşlar ləğv olunmuşdu. Həmçinin turizm şirkətlərinə biletlərin satışı da dayandırılmışdı. Mart-iyul ayları ərzində uçuşlar ancaq təxliyyə məqsədli həyata keçirilirdi. BakuCity.az xəbər verir ki, artıq beş aylıq fasilədən sonra bütün turizm şirkətləri bilet satışını pandemiyadan öncəki qaydada, normal formada həyata keçirməyə başlayacaq. Artıq tərkibində bilet olan turpaketlər də h...
Cəmiyyət
Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. BakuCity.az xəbər verir ki, bunu...
Cəmiyyət
“Yumşalma tədbirlərindən sonra yoluxmaların sayında artım oldu”. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı təşkilatın missiyasının yekunlarına dair onlayn mətbuat konfransında bildirib. “Hər kəs məndən bir təxmin istəyir, amma bu təxminlər dəqiq deyil. 5 avqustdan sonra nələr ola bilər? Mən sizə bugünədək olanları deyim. Mart ayının əvvəllərindən etibarən xüsusi karantin rejimi t...
Cəmiyyət
Azərbaycanda daha bir həkim COVID-19 infeksiyasının qurbanı olub. BakuCity.az xəbər verir ki, bu barədə jurnalist Səlim Əzizoğlu məlumat paylaşıb.  Məlumata əsasən, aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusdan dünyasını dəyişib:   "Doğrudan da, ölüm yaxşıları aparır... Aprel döyüşləri zamanı öz iş yerində səng...
Cəmiyyət
Suda koronavirusun bütün hissəcikləri (90 faizi) 24 saat ərzində ölür. BakuCity.az xəbər verir ki, bu barədə Oxu.az Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinə (Rospotrebnadzor) istinadən xəbər verib. Məlumatda qeyd olunur ki, 72 saat ərzində suda koronavirus hissəciklərinin 99,9 faizi ölür. Bu göstəricilər otaq temperaturunda olan su üçün keçərlidir. BakuCity.az
Cəmiyyət
"Virusa yoluxanların sayı azalan tendensiya ilə davam edərsə, Azərbaycanda sərt karantin rejmi yumuşaldıla bilər". BakuCity.az xəbər verir ki, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev ''Xəzər Xəbər''ə müsahibəsi zamanı deyib ki, yumuşaldılma ilə bağlı qərarı aidiyyatı qurumlar vəziyyəti dəyərləndirdikdən sonra açıqlayacaq. Vasif Əliyev bildirib ki, yumuşaldılmaya gedilsə belə, ehtiyatı əldən vermək olmaz. İnsanlar yenə də mask...
Cəmiyyət
Magistral kəmərlərdə qəza baş verib. Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı  "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayıb. Onun sözlərinə görə, hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq. BakuCity.az
Cəmiyyət
BNA təcili açıqlama yayıb. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 1 avqust gecə 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. BakuCity.az xəbər verir ki, qərar barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, 31 iyul və 3 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək. BakuCity.az
Cəmiyyət
“Azərpoçt” MMC-nin poçt şöbələri bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək. BakuCity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin poçt şöbələrində bayram günləri ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək. Belə ki, 31 iyul – 3 avqust tarixlərində Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33, 66; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt fili...
Mədəniyyət
“Mənəviyyat  carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “Mənəviyyat  carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCirty.az xəbər verir ki, filmdə Musa Nağıyevin hə...
Cəmiyyət
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər və...
Cəmiyyət
Xalq artisti, aktyor Rasim Balayev 14 günlük karantinə alınıb. BakuCity.az xəbər verir ki, xalq artisti koronavirusa yoluxmadığını bildirib: “Bir neçə gün öncə müayinə üçün Türkiyəyə getmişdim. Beş gün orada qaldım. Hər şey yaxşıdır. Səhhətim də normaldır. Yanvarda qardaş ölkədə əməliyyat olunmuşdum. May ayında müayinədən keçməli idim. Koronavirusa görə yollar bağlandı, gedə bilmədim. Təzəlikcə qayıtmışam. Ölkəyə dönən kimi 14 günlük karantinə aldılar. “AS...
Cəmiyyət
Prezidentin tapşırığı ilə Azərbaycana yeni təcili tibbi yardım avtomobilləri gətirilib. BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Dövləti başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub. BakuCity.az
İdman
"Neftçi"nin sabiq futbolçusu Uqo Barqas özünə yeni komanda tapıb. BakuCity.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. Belə ki, fransalı hücumçu Argentinanın "San Luka" komandasına keçib. 34 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, 2017/2018 mövsümündə "Neftçi"də çıxış etmiş Barqas "ağ-qara" forma ilə 26 oyun keçirib və 5 qol vurub. Onun son klubu isə Salvador təmsilçisi FAS olub. BakuCity.az
Cəmiyyət
İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, uzunluğu 28 kilometr olan yol 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir. Prezident İlham Əliyevə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış mənt...
Cəmiyyət
Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib. Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib. BakuCity.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaqlar. "İnsanların sağlam...
Cəmiyyət
Azərbaycanda 14 şəhər və rayonda avqustun 5-nə kimi sərt karantin rejimi tədbiq edilməkdədir. Gündəlik yoluxanların sayında isə xeyli azalma var. Həmçinin oxu: Azərbaycanda koronavirusdan daha 8 nəfər vəfat etdi - STATİSTİKA Yoluxanların sayının yenidən iki rəqəmliyə düşməsi üçün sərt karantin rejimi daha bir neçə həftəlik uzadıla bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev açıqlama verib. C. İsayev bildir...
Cəmiyyət
Ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 56.5 faiz.  Abşeronda yoluxma faizi 16. 5 faiz, Aranda 8.7 faiz, Gəncə-Qazaxda 6.9 faiz, Lənkəranda 4.6 faiz, Quba-Xaçmazda 2.0 faiz, Dağlıq Şirvanda 1.6 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 0.9 faizdır. BakuCity.az xəbər verir ki, ststistikanı koronavirus.info saytı yayımlayıb. Naxçıvanda yoluxma 0.0 faiz, ölkə xarici yoluxma isə 0.8 faiz təşkil edir. Bakı üzrə hazırda ən yüksək yoluxma Binəqədi...
Siyasət
"Məlum oldu ki, Azərbaycan o qədər də sülhsevər deyil, Azərbaycan xalqı sülhə o qədər də hazır deyil”. BakuCity.az xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Kanal 5”, “İkinci Ermənistan telekanalı” və “Yerkir Media” televiziya şirkətlərinə verdiyi müsahibəsində deyib. “Cəmiyyətimizi nə ilə bəslədik? Xüsusən Düşənbədən sonra. Hazırda danışıq apardığımız konstruktiv bir rəqibimiz var. Və birdən sülh yolu ilə həllinə razı olma...
Biznes
''Yaxın günlərdə Azərbaycandan birbaşa Türkiyənin istirahət zonalarına da aviauçuşlar bərpa olunacaq''. BakuCity.az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə açıqlamasında Turizm Agentlikləri Asossiasiyasının sədri Rüfət Hacıyev deyib. Assosiasiya tərəfindən Türkiyənin istirahət mərkəzlərinə uçuşların bərpa edilməsi ilə bağlı təklif hazırlanaraq Azərbaycan Hava Yollarına təqdim edilib. Rüfət Hacıyev qeyd edib ki, artıq turizm agentlikləri də aviabiletlərin sat...
Cəmiyyət
Bu gün Türkiyə və Azərbaycan ordusunun birgə genişmiqyaslı hərbi təlimlərinə start verilib. BakuCity.az xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, eləcə də hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyu...
Kriminal
İlkin Süleymanovun apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından apellyasiya şikayətinə baxılıb. BakuCity.az xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib. Əlibaba Rzayev bildirib ki, Bakı Apellyasiya Məhkə...
Mədəniyyət
Türkiyənin məşhur müğənnisi Cem Adrianın konsertinə bilet alacaq tibb işçilərinə özəl kompaniya təşkil olunub. Bekə ki, 26 Sentyabr tarixində "Elektra Events Hall"da baş tutaccaq Cem Adrian konsertinə biletlərin satışında bütün tibb işçilərinə özəl olaraq 30% endirim olunacaq. Bu barədə BakuCity.az-a konsertin təşkilatçısı "Event Office"-dən məlumat verilib. Həmçinin oxu: Məşhur muğənninin Bakı konsertinin yeni tarix bəlli oldu "Koronavirus (Covid-19) pand...
Cəmiyyət
Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxub, 622 nəfər sağalıb. Azərbaycanda koronavirus infeksiyasına 363  yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. İndiyədək ölkədə ümumilikdə 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması fak...
Cəmiyyət
Bakı-Sumqayıt üzrə hərəkətdə olan elektrik qatarları həftə sonu işləməyəcək. BakuCity.az xəbər verir ki,  bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 1 və 2 avqust tarixlərində hərəkətdə olmayacaq: "Qeyri-iş günləri olan 31 iyul və 3 avqust tarixlərində saat 17:30 və 18:35-də yola düşən Bakı-Xırda...
Biznes
Turizm obyektləri, restoran, kafe və iri ticarət mərkəzləri açılır? “Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə başladığı andan etibarən əsas prioritet kimi insanların sağlamlığının qorunması seçilib. Ona görə də mart ayından etibarən tətbiq edilən karantin rejiminin tətbiqi də insanların virusa yoluxmasının minimuma endirilməsi məqsədi daşıyıb. Amma bununla belə hökumət pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək üçün 3 p...
Ekologiya
Bakıda 30 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a veriln məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23,  gündüz  26-29, Bakıda  gec...
Cəmiyyət
Azərbaycanda sərt karantin rejimi avqustun 5-də bitə bilərmi? Azərbaycanda 14 şəhər və rayonda tədbiq edilən sərt karantin rejiminin avqustun 5-də bitməsi gözlənilir. Lakin dünən yoluxmanın sayının 400-dən çox olması yenidən sərt karantin rejiminin uzadılması ehtimalını ortaya çıxarır. Azərbaycanda sərt karantin rejimi avqustun 5-də bitə bilərmi? BakuCity.az  xəbər  verir  ki, bununla bağlı deputat Fazil Mustafa bildirib ki, bu gün insanların çoxu işini da...
Cəmiyyət
"2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərslər sentyabr ayında ənənəvi qaydada başlanacaq". BakuCity.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib. Elçin Əfəndinin sözlərinə görə, pandemiya dövrünü nəzərə alaraq şagirdlərin dərslərdə iştirak edə bilməsi üçün müvafiq qaydalar hazırlanır: “Siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılaraq, tək-tək parta arxasında oturmaq şərti ilə tədris proqramı həyata keçirilə bilər....
Hadisələr
Hərbi qulluqçumuz bədbəxt hadisə nəticəsində vəfat edib. Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib. BakuCity.az xəbər verir ki, bu barədə D...
Cəmiyyət
Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb.  Bəzi saytlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb.  Məlumata görə, icra hakimiyyəti əməkdaşları rüşvət aldıqları üçün saxlanılıblar. BakuCity.az xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyəti yayılan məlumatlara münasibət bildirib. Açıqlamaya görə, hadis...
Cəmiyyət
Bu həftə Qurban bayramını qeyd ediləcək. Bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür. Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib. 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust – bazar ertəsi ilə yeri dəyişdiriləcək, baza...
Cəmiyyət
Koronavirusun sürətlə yayıldığı Pirili kəndində son vəziyyət... Xəbər verdiyimiz kimi, Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma qeydə alınıb. Kəndin 31 sakini koronavirusa yoluxub. Son sutka ərzində daha 7 nəfərin bu virusa yoluxduğu bildirilir. Virus bu kəndə necə yayılıb?  BakuCity.az xəbər verir ki, kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının,...
Cəmiyyət
Kürdəmir rayonunun Pirili kəndində koronavirusa yoluxanların sayı 45-ə çatıb. BakuCity.az xəbər vürir ki, hazırda aidiyyəti qurumlar kənddə gücləndirilmiş iş rejimində çalışırlar. Qeyd edək ki, Bakının Qaradağ rayonundan kəndə yas mərasiminə gələn Güleyşə Hüseyn qızı Əhmədova kənddə koronavirusun geniş yayılmasına səbəb olub. Hazırda 5 evdə infeksiya ocağı aşkarlanıb. Artıq qonşu evlərdə dezinfeksiya işləri aparılıb və yaxma analizləri götürülüb. Kürdəmir...
Cəmiyyət
Rusiyadakı Azərbaycan diasporu gəncləri ermənilərin təxribatlarına uymamağa çağırıb. Rusiyanın Azərbaycanlı İcmaları Konfederasiyasının evində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təmçilçiləri və fəalları ilə görüş keçirilib. BakuCity.az xəbər verir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumata görə, tədbirdə M.V.Lomonosov adına MDU-nun, MDBMİ, RXDU, Seçenov adına birinci MDTU, MDPU və s. ali məktəblərin tələ...
Azərbaycanın baş infeksionist Cəlal İsayev Qurban bayramı ilə əlaqədar paytaxtdan bölgələrə gedişlə başlı danışıb
Azərbaycanın baş infeksionist Cəlal İsayev Qurban bayramı ilə əlaqədar paytaxtdan bölgələrə gedişlə başlı danışıb. Xəbər verdiyimiz kimi, Kürdəmirin Pirili kəndində 31 nəfər koronavirusa yoluxub. Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunubla. Vəziyyətin nəzarətə götürülməsi istiqamətində işlər görülür. Həmçinin oxu: Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu İnsanları...
Cəmiyyət
Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxub, 631 nəfər sağalıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus...
Cəmiyyət
“Karantin rejiminə nəzarət edən polislərimiz arasında koronavirusdan dünyasını dəyişənlərin sayı 5-ə çatıb”. BakuCity.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib: “Bu günə qədər karantin rejiminə nəzarət edən əməkdaşlarımız arasında ümumilikdə 5 nəfər dünyasını dəyişib, digər əməkdaşların müalicəsi davam edir. Müalicə alanlar arasında vəziyyəti ağır olanlar da var”. (redaktor.az) BakuCity.az
Cəmiyyət
"Ölkə və bölgələrdə nə qədər aktiv yoluxmuş koronavirus xəstəsi varsa, bu, o deməkdir ki, yumşaldılma tədbirləri olduqda onlar digərlərini yoluxduracaqlar. Bunu demək nə qədər ağır olsa da, hətta avqustun 5-dən sonra yumşaldılma tədbirləri edilərsə, bunun məhdud şəkildə olması daha düzgün olar". BakuCity.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib. Həmçinin oxu: Rayonlara ged...
Ekologiya
Bakıda 29 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gün...
Hadisələr
Abşeron rayonunun Qobustan kəndi ərazisində "Nissan” markalı minik avtomobili yol kənarına aşıb.  BakuCity.az xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur.  Qeyd edək ki, Zəkəriyyə Poladov "Azenko” MMC-nin direktorudur. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Yeni Təhsil naziri Emin Əmrullayev barədə xüsusi reportaj hazırlanıb. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin oxu: Təhsil naziri təyin olundu - Emin Əmrullayev kimdir? - FOTO BakuCity.az xəbər verir ki, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib. Tanınmış jurnalist Şakir Eminbəyli yeni Təhsil nazirinin ailəsi, təhsil ald...
Hadisələr
Tanınmış iş adamı Füzuli Fərəcov vəfat edib. BakuCity.az xəbər verir ki, iş adamı bu gün səhər saatlarında koronavirusdan dünyasını dəyişdiyi dünyasını. Məlumata görə, uzun müddətdir diabet xəstəsi olan F. Fərəcov bir neçə gün əvvəl koronavirusa yoluxub. Xatırladaq ki, F.Fərəcov "Mohito" və "Paradise" və daha bir neçə gecə klublarının, Novxanıdakı "Kalyon" restoranının sahibidir. Qeyd edək ki, F. Fərəcovun adı 2017-ci ildə 14 yaşlı oğlunun "Porsche" markal...
Hadisələr
Bakıda 4 yaşlı uşaq yanaraq ölüb. BakuCity.az xəbər verir ki, hadisə iyunun 27-də Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış məntəqəsində qeydə alınıb. Bakı şəhər sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynayan süd qazanına düşüb. Yanıq xəsarətləri alan uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (apa) BakuCity.az
Cəmiyyət
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov avqustda sərt karantin rejiminin ləğv ediləcəyinin anonsunu verib. Gündəlik yoluxma sayının azalan temp üzrə sabitləşməsi insanlarda sərt karantin rejiminin ləğvinə, ya da karantin rejiminin yumşaldılmasına ümidləri artırır. BakuCity.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyevin fikrincə sərt karantin rejimi nyumşaldılmalıdır: “İstənilən halda nə qədər COVID-19 dünya...
Cəmiyyət
Kürdəmirin Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma halı qeydə alınıb. BakuCity.az xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxub. Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar. Həmçinin oxu: Azərbaycanda koronavirusdan daha 6 nəfər öldü - STATİSTİKA Xəstələrin sayının artacağı istisna olunmur. Bir müddə...
Cəmiyyət
Melburnda (Avstraliya) Kral Hospitalının tibb bacısı  özündə koronavirusun nadir simptomunu aşkarlayıb. BakuCity.az xəbər verir ki, Emil Morris təcili yardım bölməsində işləyir və bilavasitə COVID-19 pasiyentləri ilə əlaqədə olur. Tibb bacısı bir neçə gün əvvəl əl-ayaqlarında ağrılar hiss edib. Qeyd edilir ki, tibb bacısı iş vaxtının çox hissəsini ayaq üstdə keçirir və yorğunluğa öyrəşib, ancaq bu dəfəki yorğunluq əlamətləri fərqli olub. Tibb işcisi bunun...
Siyasət
Quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə təlimlər keçiriləcək.  Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.  BakuCity.az xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları...
Cəmiyyət
Hazırki vəziyyətə uyğun olaraq, məktəblərin başlanması ilə bağlı bir neçə təklif irəli sürülüb. "Prezident koronavirus pandemiyası ilə bağlı ölkədə yaranmış vəziyyətdən danışarkən növbəti tədris ilində təhsilin təşkili formalarının hələlik qeyri-müəyyən olduğunu vurğulamışdı. Eyni zamanda distant təhsil formasının da qaçılmaz olduğunu qeyd etmişdi.  Bu isə artıq o demək idi ki, Təhsil Nazirliyi qarşıdakı tədris ili üçün təhsilin təşkili ilə bağlı müxtəlif...
Cəmiyyət
"İstənilən halda biz karantin qaydalarını sərtləşdirməliyik". Azerforum.com xəbər verir ki, bunu professor Adil Qeybulla Operativ Qərargahın Qurban bayramı ilə əlaqədar hazırladığı tədbirlər planından danışarkən deyib. Professor bildirib ki, bayram ərəfəsində insanlar karantin qaydalarına əməl etməlidir: "Adamlar maska taxmalı və sosial məsafə gözləməlidir. İnsanlar artıq küçələrə çıxacaq, sərbəst gəzəcək, ora-bura gedəcək. Belə bir vəziyyətdə deyilən şərt...
Cəmiyyət
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər ölüb. Azərbaycanda koronavirusa 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlard...
Ekologiya
Bakıda 28 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, n...
Yeni təhsil naziri təyin olunu
Yeni təhsil naziri təyin olunub. BakuCity.az xəbər veror ki, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev bu posta təyinat alıb. E. Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır. Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb. Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub. 2016-cı ilin aprelindən Təhsil Probl...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?