usd:
1,70 ₼
eur:
1,91 ₼
Bu gün
+32... 34 °С
Buludsuz, yağmursuz
Sabah
+33... 36 °С
Buludsuz, yağmursuz
Bu gün
+32... 34 °С
Buludsuz, yağmursuz
Sabah
+33... 36 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib. Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Hazırkı dövrədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması fa...
Siyasət
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. BakuCity.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Əliyəddin Səfərov Şamaxı Rayon Polis Şöbəsinə rəis təyin edilib. Ə. Səfərov bundan əvvəl Biləsuvar Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. BakuCity.az
Cəmiyyət
Tanınmış telejurnalist Mirşahin Ağayev  koronavirusa yoluxub.  “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub. BakuCity.az xəbər verir ki, hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq...
Kriminal
Bakıda kriminal avtoritetin öldürülmə anının görüntüləri yayılıb.  Xəbər verdiyimiz kimi, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. BakuCity.az xəbər verir ki, faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsin...
Cəmiyyət
Bakıda bir qrup vətəndaş etiraz aksiyası keçirib. BakuCity.az xəbər  verir  ki, bağlanan  4  bankın  müştəriləri  onların  əmanətlərinin  bu  günə  kimi  verilmədiyini  bildiriərək  Mərkəzi  Bankın  qarşısında  etiraz  aksiysası  keçiriblər. Onlar  bildirib  ki, pullarını  müxtəlif  bəhanələrlə  ödəməkdən  imtina  edirlər.  50-dək  vətəndaş  Mərkəzi  Bankdan  onların  qəbul  edilməsini  tələb   edib.  Əraziyə  polis  əməkdaşları  cəlb   olunub. Onlar  vətə...
Kriminal
"Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atası həbs edilib. BakuCity.az xəbər verir ki, DTX-nin həbs etdiyi XİN əməkdaşlarından biri də Səlim Əlizadədir. Səlim Əlizadə müğənni Safura Əlizadənin atası, keçmiş Sənaye və Energetika naziri Natiq Əliyevin qudasıdır. (sfera.az) BakuCity.az
Kriminal
DTX XİN-dəki əməliyyatın görüntülərini yayıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. BakuCity.az xəbər verir ki, Dövlət Təh...
Ekologiya
Bakıda 7 iyulda gözlənilən hava şəraiti açıqlanıb Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-24,   gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron...
Cəmiyyət
190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq. Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq. BakuCity.az xəbər verir ki, birdəfəlik ödəmə sərt karantin rejiminin tətbiq olunduğu 16 şəhər və rayon üzrə bank kartları vasitəsilə həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu dəfə 190 manatlıq müavi...
Cəmiyyət
İyulun 20-dək fəaliyyətinə icazə verilən sahələr açıqlanıb. İyulun 5-dən etibarən fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. BakuCity.az bir daha Nazirlər Kabinetinin saytına istinadən fəaliyyətinə icazə verilən sahələri təqdim edir: 1. Səhiyyə və sosial sahə üzrə: 1.1. elmi tədqiqat və laborator xidmətlə...
Ekologiya
Bakıda 6 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.    Abşe...
Kriminal
Bakıda sərt karantin rejiminin pozulması ilə müşayiət olunan ad günü şənliyi keçirilib. Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.   BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlu...
Biznes
Balaxanı qəsəbəsi yeni turizm məkanına çevriləcək. BakuCity.az xəbər verir ki, qəsəbəninin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" birgə əməkdaşlıq edəcək. Artıq işlərə start verilib. Paytaxtın qədim qəsəbəsi Balaxanı - yeni turizm məkanına çevriləcək. Hazırda qəsəbənin turizm imkanları araşdırılır və abadlıq işləri görülür,...
Cəmiyyət
“Qarabağ: Rusiyadan baxış”.  Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. BakuCity.az xəbər verir ki, bu barədə Kuznetsovun özü bildirib. “İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, – deyə tarixçi qeyd edi...
Cəmiyyət
8103 icazə sistemi ilə bağlı yeni qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Ba...
Cəmiyyət
Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb. Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb. Bu barədə BakuCity.az "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (Bakı Limanı) istinadən xəbər verir. Xatırladaq ki, sözügedən qatar iyunun 30-da, 6 saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib...
Ekologiya
Bakıda 5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil ed...
Kriminal
Bakıda qanunsuz fəaliyyət göstərən növbəti obyekt aşkarlanıb. Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən BakuCity...
Kriminal
Qanunsuz yollarla Bakıdan Qəbələyə istirahətə gedən şəxslər məsuliyyətə cəlb olunublar. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər  rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata gör...
Cəmiyyət
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri karantin rejimi qaydalarını pozublar. BakuCity.az xəbər verir ki, qərargahın dünənki brifinqində iştirak edən Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, Səhiyyə Nazirliyinin...
İdman
"Neftçi"dən ayrılan futbolçu Baqali Dabonun yeni klubu rəsmiləşib.  BakuCity.az xəbər verir ki, fransalı hücumçu Kiprin "Apollon" klubu ilə müqavilə bağlayıb. Onun sözləşməsi 2022-ci ilin mayınadək nəzərdə tutulub. 32 yaşlı forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.  Qeyd edək ki, Baqali Dabo "Apollon"a azad agent kimi keçib. O, Azərbaycanda "Neftçi"dən başqa, "Qəbələ"də də çıxış edib. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt açıqlanıb. "Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Ramin Bayramlı bildirib ki, diqqətli ol...
Cəmiyyət
Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. R. Bayramlının sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7  nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir?  Xəbər verdiyimiz kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul s...
Kriminal
Bakıda 200 kiloqrama yaxın at əti aşkarlanıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 200 kq-a yaxın at əti aşkarlayıb. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricil...
Cəmiyyət
Azərbaycanda yay fəsli ilə bağlı iş sektorunda kütləvi məzuniyyətə çıxmalara başlanılıb. Koronavirus pandemiyasına görə beynəlxalq uçuşlar dayandırılıb, ölkənin sərhədləri bağlıdır, vətəndaşlar xaricə səfər edə bilmir. Daxildə isə artıq 15 ərazi vahidində sərt karantin rejimi tətbiq edilir. Bəs görəsən Bakıda işləyib rayon qeydiyyatı olan və məzuniyyətə çıxan şəxslər bölgələrə səfər edə bilərmi? BakuCity.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin...
“Valyuta bazarında təlatüm yaşanarsa, növbəti il üçün bütün məsələlərə yenidən baxmaq zərurəti yaranacaq”. BakuCity.az xəbər verir ki, bunu koronavirus pandmeiyasının ölkə iqtisadiyyatına vurduğu zərərlərə münasibət bildirən iqtisadçı Pərviz Heydərov deyib. P. Heydərovun fikrincə, hazırki şəraitdə proqnozlaşdırılan büdcə gəlirləri ciddi təzyiq altındadır: “Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın məbləğini dəqiq söyləmək hələ mümkün deyil. Proses...
Cəmiyyət
Koronavirusla bağlı test verən şəxslərin analizlərinin "E-TƏBİB" proqramı vasitəsilə alınmasında problem yaşanıb. BakuCity.az xəbər verir ki, test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır. E-tebib layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında faktı təstiqləyib. F. Niftəliyev bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür: "Əsli...
Ekologiya
Bakıda 4 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 30-34, Bakıda gecə 21-23, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəc...
Kriminal
Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.   BakuCity.az xəbər verir ki, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib. Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından o...
Cəmiyyət
Sabah Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək. Sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. "Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən cidd...
Cəmiyyət
Sabahdan market və apteklər işləyəcək? Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.  BakuCity.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması və virusun törədə biləcəyi fəsadların min...
Cəmiyyət
Türkiyədən çox sayda həkim koronavirusa görə Azərbaycana gətirilib. “Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil alan 19 azərbaycanlı həkimi ölkəmizə gətirib. BakuCity.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev AzərTac-a müsahibəsində bildirib ki, TƏBİB-in prioritet məqsədlərindən biri də xarici ölkələrdə tibbi təhsil almış həkimləri...
Cəmiyyət
Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb. BakuCity.az xəbər verir ki, bu dərman preparatları ilk növbədə Belarusa idxal olunacaq. Bundan başqa, "Avifavir"in Qazaxıstana ixracının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bir sıra Latın Amerikası ölkəsi ilə danışıqlar aparılır. Qeyd edək ki, "Avifavir" may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiq edilib. Bundan...
Cəmiyyət
Sərt karantin rejimi iyulun 20-dək uzadılıb. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və  Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. BakuCity.az xəbər verir ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Go...
Kriminal
Bakıda qanunsuz fəaliyyət göstərən içki sexi aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində yoxlama keçirib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də...
Kriminal
Bakıda sərt karantin rejimini pozan növbəti obyekt aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları Nəriman Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində karantin qaydalarına zidd olaraq keçirilən məclisin qarşısını alıb. BakuCity.az xəbər verir ki, paytaxt polisindən məlumata görə, kafe sahibinin dostu doğum gününü qeyd etmək üçün tanışlarını ora dəvət edib və məclis təşkil ediblər. Polisin əməliyyatı zamanı məclisin 27 i...
Kriminal
Bakının Qaradağ rayonunda dəhşətli hadisə baş verib. BakuCity.az xəbər verir ki, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində qadın özünü binadan yerə atıb.  1991-ci il təvəllüdlü Babayeva Nuridə Əlirza qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə zamanı özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (apa) BakuCity.az
Cəmiyyət
Dünyada koronavirusa yoluxma hallarının sayı 10,3 milyonu keçib, 506 mindən çox insan vəfat edib. BakuCity.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adрanom Qebreyesus bildirib. Baş direktorun qeyd etdiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatına 10,3 milyondan çox yoluxma halları, 506 mindən çox insanın öldüyü haqqında məlumatlar gəlib. T.A.Qebreyesus bildirib ki, son bir həftə ərzində...
Biznes
İyulun 4-də Bakıdan İstanbula əlavə xüsusi reys yerinə yetiriləcək. Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək. Bu barədə BakuCity.az-a Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib. Aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb. Bakı-İstanbul-Bakı istiqamətində uçuş “Airbus A320” təyyarəsində ekonom sinifdə 168 sərnişin nəzərdə tutu...
Ekologiya
Bakıda 3 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm...
Cəmiyyət
Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BakuCity.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inziba...
Cəmiyyət
İyulun 2-si Azərbaycanda Polis Günüdür. BakuCity.az xatırladır ki, bu gün Azərbaycan Polisinin yaranmasından 102 il ötür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1...
Cəmiyyət
Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq. Qeyd edək ki, Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul a...
Kriminal
Azərbaycanda fəaliyyət göstərən bir sıra obyektlərdə karantin qaydaları kobud şəkildə pozulub. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. AQTA-dan BakuCity.az-a verilən m...
Hadisələr
Bakıda mənzildə qadın meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.  BakuCity.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Nəcəfova Elmira İsmayıl qızının meyi...
Kriminal
Paytaxtın Səbail rayonunda Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb. Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. BakuCity.az xəbər verir ki, təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan...
Cəmiyyət
Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq. Qeyd edək ki, Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul a...
Ekologiya
Bakıda 2 iyulda gözlənilən hava şəraiti açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23,  gündüz 29-33, Bakıda  gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq....
Kriminal
Bakıda taksidə müştəri qarət edilib. BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək, mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum...
Kriminal
Nərimanov və Binəqədidə ətrafı zibilləyən şəxslər cərimələniblər. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçiriblər. BakuCity.az xəbər verir ki, bununla bağlı DİN məlumat yayıb. Məlumata görə, reydlər zamanı Nərimanov r...
Biznes
Ticarət mərkəzləri və restoranlar ayın 5-də açılacaq? “Koronavirus infeksiyasına yoluxmaların çox olduğu inzibati ərazilərdə tətbiq olunmuş sərt karantin rejimi sayəsində yoluxmaıarın dinamikası sabitləşib. Amma gündəlik yoluxanların sayının 500-ün üstündə qalması, narahatlıq doğurur”. BakuCity.az xəbər verir ki, bunları millət vəkili Azər Badamov karantin qaydalarının daha da sərtləşdirilməsi ilə bağlı danışarkən deyib. A. Badamov bildirib ki, yoluxma say...
Biznes
Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. BakuCity.az xəbər verir ki, ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır.  "Bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışı dayandırılmışdı. Firmalar dünəndən bizə siqaret vermirdilər. Buna görə ehtimal edirdik ki, qiymətlər artacaq. Çünki, topdansatış mərkəzləri həmişə qiymət artımından 2-3 gün əvvəl satışı dayandırırlar", - deyə pərakəndə siqaret satıc...
Cəmiyyət
DİN-in İdman Cəmiyyətinin Regional Qrumuna baş inspektor təyin olunub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qrumuna baş inspektor təyin olunub. BakuCity.az xəbər verir ki, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin Olimpiyadasının mükafatçısı Mövlud Mirəliyev təyin edilib. Qeyd edək ki, bu günlərdə olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi də verilib. BakuCity.az
Cəmiyyət
Xüsusi tədbirlər planı tərtib edilib. “Xüsusi tədbirlər planı tərtib edilib. Bu plana görə, Mərkəzi Bank kommersiya banklarına istehlak kreditləri üzrə ödənişlərin, xüsusən pandemiyanın təsir etdiyi sektorlar üzrə çalışan vətəndaşlar üçün sentyabr ayının 30-dək təxirə salınması və ya cərimə faizinin və dəbbələrin hesablanmamasını tövsiyə edilib”. BakuCity.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov belə deyib. V.Bayramlı qeyd edib ki, prosesin tənzimlə...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında, Xırdalanda qeydə alınıb. Sürücü, 26 yaşlı Nəbiyev Racib Nəriman oğlu idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, sürücü isə xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əziyi diaqnozları qoyulub. (report) BakuCity.az
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü İmanova Zərifə Qənaət qızını vurub. Yaralı uşaq təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Qadağanın müddəti sentyabrın 1-dək uzadılıb. Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan...
Cəmiyyət
Buraxılış imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi (DİM) 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. DİM-dən BakuCity.az-a verilən məlumata görə, imtahanda iştirak edənlər DİM-in internet saytına (http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov ) olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imta...
Cəmiyyət
Azərbaycanda dərman qıtlığı var? “Nəticəsi pozitiv çıxan şəxslər SMS icazə ilə çölə çıxa bilmirlər. Yeni yaradılan sistem buna imkan vermir”. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Y.Qarayeva qeyd edib ki, kimsə xəstədirsə, test verməyibsə və nəticəsini bilmirsə, məsuliyyət...
Cəmiyyət
Azərbaycanda koronavirusdan daha 7 nəfər ölüb. Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 7 nəfər ölüb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az
Cəmiyyət
Karantin rejimi həyat tərzinizdə nələri dəyişdi? Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunur. BakuCity.az xəbər verir ki, karantin rejimi bəzi sahələrin işinə, eləcə də insanların yaşayış tərzinə təsirsiz ötüşmür. Bu dövrdə evdə oturmaqla bəzilərimiz maddi cəhətdən qənaətçil olmağı da öyrənmiş olduq. Bəs başqa hansı vərdişlərə yiyələndik? "Report" bununla bağlı paytaxt sakinlərinin fikirlərin...
Cəmiyyət
Çinli alimlər donuzlardan insanlara ötürülə bilən və pandemiya riski daşıyan yeni qrip virusu aşkar ediblər. 2011-2018 illər arasında donuzlarda qrip viruslarını araşdıran bir qrup çinli alim G4 EA H1N1 adı verilən yeni virus üzə çıxarıb. BakuCity.az xəbər verir ki, insanlara ötürülə və tənəffüs yollarında çoxala bilən yeni virus, 2009-cu ildə Meksikada ortaya çıxan və dünyada təxminən 800 min insana yayılan “donuz qripi” kimi tanınan H1N1 virusu ilə oxşar...
Kriminal
Azərbaycanda oğluna kiçik toy məclisi təşkil edən ata həbs olunub.  Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tdbirlər görür. BakuCity.az xəbər verir ki, iyun ayının 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı övladı üçün kiçik toy məcl...
Kriminal
Azərbaycanda axtarışda olan 23 nəfər tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində respublikanın daxili işlər orqanları tərəfindən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılıb. (report) BakuCity.az
Ekologiya
Bakıda 1 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22,  gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi...
Cəmiyyət
Azərbaycanlı həkim Zülfüqar Yusifov Covid-19 barədə inanılmaz fikirlər irəli sürüb. "Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik olmasını nəzərə alaraq, onun vaksinini tapmağa çalışıblar. O zaman SARS-ı laboratoriya şəraitində mutasiyaya uğradıblar, ancaq saxlaya bilməyiblər və yayılıb". BakuCity.az xəbər verir ki, bunu tanınmış həkim Zülfüqar Yusifov d...
Cəmiyyət
"Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin". Əksepidemik tədbirlər konkret epidemiya mənbəyinə fokuslanmalıdır. Bu gün Bakıda əsas epidemik ocaqlar müəyyən edilib söndürülməlidir.  BakuCity.az xəbər verir ki, bunu Milli Məclsin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. M. Quliyevin fikrincə, diqqət daha çox marketlərə, apteklərə, metroya və avtobuslara yönəlməlidir: "Bu gün bir neçə market və aptekdə müşahidə apardım. M...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxan 36 xəstə süni tənəffüs cihazına qoşulub. Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 525-ə çatıb. BakuCity.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7 393-ə bərabərdir. Xəstələrdən 213 nəfə...
Cəmiyyət
Covid-19 ilə əlaqədar ağciyərlərini kompüter tomoqrafiyası (KT) etdirən insanların sayı çoxalıb. Koronavirus ən çox ağciyərlərə zərər vurur və bu da kompüter tomoqrafiyasında aydın görünür. Ancaq məsələ burasındadır ki, özündə koronavirusun simptomlarını hiss etməyən insanlar belə bu müayinədən keçmək istəyirlər. BakuCity.az xəbər verir ki, bu barədə həkim-radioloq Səyyarə Hüseynova məlumat verib. "Heç bir simptomu olmayan şəxslər də kompüter tomoqrafiyası...
İdman
"Zirə Peşəkar Futbol Klubu"nun xalis mənfəəti 34% artıb. "Zirə Peşəkar Futbol Klubu" MMC 2019-cu ili 57 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2018-ci illə müqayisədə təxminən 34% çoxdur. BakuCity.az xəbər verir ki, bununla bağlı Klubun maliyyə hesabatında məlumat yer alıb. Belə ki, ötən il "Zirə Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 4 milyon manatdan çox (əvvəlki ilə nisbətən təxminən 15% çox), əməliyyat xərcləri 4 milyon manata yaxın (yenə...
Cəmiyyət
Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir. BakuCity.az xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında danışıb: “Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”. Belarus prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiuyasi və iqtisadi rəqabət...
Cəmiyyət
Azərbaycanda koronavirusdan daha 8 nəfər vəfat edib. Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən ed...
İdman
"Zirə" klubundan ayrılacaq futbolçuların adı dəqiqləşib.  BakuCity.az xəbər verir ki, qəsəbə təmsilçisi rumıniyalı müdafiəçi Adrian Skarlatake ilə yollarını ayıracaq. Buna səbəb rumıniyalı müdafiəçinin 34 yaşının olmasıdır.  "Zirə" fransalı legioner Şafiq Tiqrudja, serbiyalı müdafiəçi Yovan Krneta, perulu müdafiəçi Alvaro Ampuero və monteneqrolu müdafiəçi Miloş Bakraçın da müqaviləsini yeniləmək istəmir.  Qapıçı Orxan Sadıqlı da baş məşqçi Zaur Həşimovun p...
Cəmiyyət
Azərbaycanda tibbi maska taxmamağa görə cərimələr artırılıb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələrin artırılması təklif edilir. BakuCity.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, pand...
Cəmiyyət
8103 SMS icazə sistemi ilə bağlı daha bir dəyişiklik edilib. BakuCity.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib. E. Niftəliyevin sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq: "Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində...
Ekologiya
Bakıda 30 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 27-31, Bakıda gecə 19-21, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəc...
Cəmiyyət
Koronavirus (Covid-19) pandemiyası ilə bağlı Azərbaycan tamaşaçısına hələ 2013-cü ildə məlumat verilib. BakuCity.az xəbər verir ki, fəaliyyəti dayandırılmış ANS TV-nin "Xəbərçi" proqramında hələ 2013-cü ildə karonavirusla bağlı süjet yayımlanıb. Süjetdə koronavirusun Mers növündən və iki nəfərə yoluxduğundan söz açıqlıb. Mers növündən əvvəl Sars yayılmışdı.  Son altı ayda yüz minlərlə insanı öldürən, on milyona yaxın insana yoluxan virus isə koronavirusun...
Cəmiyyət
İyunun 5-dən sonra sərt karantin rejimi uzadılır? Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub. BakuCity.az xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mü...
Kriminal
Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən aşağı atıb. BakuCity.az xəbər verir ki, hadisə Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qeyri-qanuni fəaliyyət göstərən restoranda polisin reyd apardığı zaman qeydə alınıb. Belə ki, bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə e...
Cəmiyyət
ÜST 5G mobil şəbəkələrin COVID-19-u yaymasına münasibət bildirib. COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. BakuCity.az xəbər verir ki, bununla bağlı Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama verib. Bildirilib ki, virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz. BakuCity.az
Cəmiyyət
"Test nəticəsi neqativ olan, amma ağciyərlərdə buzlu şüşə effekti yaranan şəxslərin yoluxdurma ehtimalı var". BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real İntervyu"nun qonağı olarkən deyib. "Bu şəxslər də Covid-19 xəstələri kimi ətrafdakılar üçün təhlükəli hesab olunurlar. Bu şəxslər ev şəraitində izolyasiya oluna bilməz. Buzlu şüşə sindromu varsa, onlar mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şər...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. BakuCity.az xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir. Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir. Sonrakı yerlərdə 15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizi Lənkəran, 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlı...
Cəmiyyət
Karantin qaydalarının pozulmasına görə cərimələrin məbləğinin artırılması gündəmə gəlib. BakuCity.az xəbər verir ki, məsələ sabah Milli Məclisdə müzakirə olunacaq. Qeyd edək ki, hazırda tibbi maskadan istifadə etməyən fiziki şəxslər 50,vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. BakuCity.az
Ekologiya
Bakıda 29 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 25-29, Bakıda gecə...
Cəmiyyət
Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq. BakuCity.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiqləyib. Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası...
Cəmiyyət
Koronavirus (Covid-19) peyvəndinin təhlükəli nəticələri açıqlanıb. Rusiyalı tibb elmləri doktoru, professor Mixail Kostinov xəbərdarlıq edib ki, koronavirusa qarşı peyvənd testlərində iştirak edən şəxslər bir sıra təhlükəli simptomlardan ehtiyat etməlidirlər. BakuCity.az xəbər verir ki, bu barədə mütəxəssis "Sputnik” radiosuna danışıb. Mixail Kostinovun sözlərinə görə, orqanizmin peyvəndə mülayim reaksiya verməsi hərarətin 37,5 dərəcəyə, normal halda 38,5...
Cəmiyyət
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəis müavini təyin edilib. Qeyd edək ki, V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub. Xatırladaq ki, ilk xəbəri strateq.az saytı yazıb. BakuCity.az
Cəmiyyət
Bəhram Bağırzadənin son vəziyyəti açıqlanıb. “Bəhram Bağırzadənin son vəziyyətində müəyyən müsbət dinamika qeyd edilir, lakin ağır olaraq qalır və təyinat üzrə müalicələr davam etdirilir”. BakuCity.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalic...
Cəmiyyət
Bakıdan çıxmaq istəyən AA seriyalı avtomobil geri qaytarılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq Bakıdan çıxmağa cəhd göstərən AA seriyalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan karantin postundan keçmək cəhdinin qarşısı alınıb. BakuCity.az xəbər verir ki, 90 AA 181 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobil Bakı-Quba yolunun 52-ci kilometrliyində quraşdırılan karantin keçid postunda saxlanılıb və həmin nəqliyyat vasitəsi geri qaytarı...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?