usd:
1,70 ₼
eur:
1,91 ₼
Bu gün
+30... 32 °С
Buludsuz, yağmursuz
Sabah
+31... 33 °С
Buludsuz, yağmursuz
Bu gün
+30... 32 °С
Buludsuz, yağmursuz
Sabah
+31... 33 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
BNA sərnişinlərə xəbərdarlıq edib.  Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər avtobusa buraxılmayacaq. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. (Atv Xəbər) BakuCity.az
Hadisələr
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  BakuCity.az xəbər verir ki, hadisə rayonun Əhmədli qəsəbəsində qeydə alınıb. Qəza ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videogörüntülərdə mikroavtobus ilə 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşduğu müşahidə olunur.  Hadisə nəticəsində ölən və yaralananlar var.  TƏBİB-dən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilkin məlumata görə, hadisə nəticəsində 62 yaşlı bir nəf...
Ekologiya
Bakı və Abşeronda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütu...
Kriminal
İtlərə narkotik vurub döyüşdürən və qanunsuz it döyüşlərini təşkil edənlər saxlanılıb.  "Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib". BakuCity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynovun dediyinə görə, polis əməkd...
Cəmiyyət
Bakıda insanların çölə çıxmasına qadağa qoyulacaq? Dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Belə ki, 165 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyula bilərmi? BakuCity.az x...
Kriminal
Azərbaycanlı jurnalist satıcı işləyən həyat yoldaşını işlədiyi mağazada döyüb. BakuCity.az xəbər verir ki, Azərbaycan Xalq hərəkatının Şirvan təşkilatının sədri Mirhüseyn Ayşən adlı xanımını işlədiyi telefon mağazasında döyüb.  Hadisə qıskanclıq zəmnində baş verib. Belə ki, Mirhüseyn adlı bu şəxs həyat yoldaşının mağazanın sahibi ilə gizlin görüşdüyünü iddia edib. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət arasında narazılıqla qarşılanıb. Qeyd ed...
Kriminal
Goranboyda xəstəxanaya hücum edən bir qrup şəxs binanın şüşələrini sındırıb. BakuCity.az xəbər verir ki, ötən gün axşam saatlarında bir nəfər kişi it dişləməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun yanında olan yaxınları travmatologiya şöbəsinə daxil olaraq, tibb işçilərini təhqir ediblər və şöbədə şüşələri sındırıblar. Fakt araşdırılır. (apa) BakuCity.az
Cəmiyyət
Bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək. Bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək. Dövlət İmtahan Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə...
Cəmiyyət
Tədbirləri aradan qaldırdıqca koronavirusun yayılma riski artır. Müxtəlif ölkələr tətbiq etdiyi sərt tədbirləri aradan qaldırdıqca koronavirusun yayılma riski də artır. BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç deyib. T.Yasareviçin sözlərinə görə, aparılan təhlillər onu göstərir ki, çox az sayda adamda koronavirusa qarşı anti-cismlər mövcuddur: "İnsanların 90 faizindən çoxunda isə koronavirusa yoluxma ris...
Kriminal
Paytaxtda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Nizami rayonunda baş verib. 1972-ci il təvəllüdlü İbişov Zahid Tofiq oğlu yeznəsi tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol said nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Z.İbişov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?