usd:
1,69 ₼
eur:
1,87 ₼
Bu gün
+9... 11 °С
Buludlu, yağmursuz
Sabah
+11... 13 °С
Buludlu, yağmursuz
Bu gün
+9... 11 °С
Buludlu, yağmursuz
Sabah
+11... 13 °С
Buludlu, yağmursuz
Filters
Filters
Cəmiyyət
Vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə rəsmi münasibət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. BakuCity.az-ın verdiyi məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələl...
Cəmiyyət
Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlanıb Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onları...
Ekologiya
Axşam şimal-qərb küləyi əsəcək Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 30-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz oluna...
Cəmiyyət
Karantinə alınıb Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb. BakuCity.az-ın məlumatına görə, bunu 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov "Report”a deyib. Deputat icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: "Alıcı Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, İcra Hakimiyyətin...
Cəmiyyət
İnzibati tənbeh tədbirləri tətbiq ediləcək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücü və avtomobil sahiblərinə müraciət edib. BakuCity.az-ın məlumatına görə, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, artıq küçə və prospektlərdə quraşdırılan kameralar işə salınıb: “Bu gündən reydlərə başlamışıq. Paytaxt küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edən şəxslər saxlanılaraq nəqliyyat vasitə...
Cəmiyyət
“Hər şey vəziyyətin gedişatından asılıdır” Təhsil Nazirliyi məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirib. BakuCity.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yay tətilin ləğv olunacağını güman etmir: “Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”. O qeyd edib ki, indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil, hər şey vəziyyətin gedişatından asılıdır. Qeyd edək ki, koron...
Cəmiyyət
Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib. BakuCity.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir. Belə ki, metro gündüz 07:00-09:00 və axşam 17:00-20:00 arası işləyəcək. Lakin artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb. Bu isə xüsusi karantin rejiminin...
Cəmiyyət
Həmin şəxslər şəxsi maşınları ilə də Bakıya buraxılmayacaqlar Bakı qeydiyyatında olan, amma hazırda rayonda olan şəxslərin Bakıya girişi bu gündən tam dayandırılır. BakuCity.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yalnız istisna hal təşkil edən şəxslər Bakı, Sumqayıt və Abşerona buraxılacaq: “Bunlara sosial işçiləri, kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul ol...
Cəmiyyət
İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, maaş ala bilmirlər Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələsi müzakirə olunur. Buna səbəb koronavirus infeksiyasına yoluxmaq təhlükəsi ilə əlaqədar evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi və sudan daha çox istifadə etməsidir. Belə olan haldavətəndaşların bu istiqamətdə xərcləri artır. Digər tərəfdən, bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə çətinliyi yar...
Cəmiyyət
İnsanların sıx toplaşdığı yerlərə getməyin Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar. Bakı Nəqliyyat Agentliyindən (BNA) BakuCity.az-a verilən məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır. Qeyd edilənləri nəzərə alaraq, “Koroğlu” Nəqliyyat M...
Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...
Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib Operativ Qərargahdan BakuCity.az-a verilən məlümata görə xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın.  Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət s...
Cəmiyyət
Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə...
Hakimiyyət
Fərman iyunun 1-dək qüvvədədir Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28-30-cu hissələr əla...
Cəmiyyət
“Yanlış məlumatlardır. Elə hal olmayıb”. Sosial şəbəkələrdə yaşı 65-dən çox olan vətəndaşların çölə çıxdıqları təqdirdə cərimə olunduğuna dair yayılan məlumatlara aydınlıq gətirilib. BakuCity.az-ın məlumatına görə, Çevik Polis Alayının əməkdaşı Ramiz Xeyirbəyov AzTV-nin “Xəbərlər” informasiya proqramının canlı efirinə bağlantı zamanı bildirib ki, məlumatların heç bir əsası yoxdur: “Yanlış məlumatlardır. Elə hal olmayıb. Həmin şəxslər maarifləndirilir, lazı...
Cəmiyyət
Ən doğrusu ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamaqdır “Ağ Şəhər bulvarı ərazisinə vətəndaşların daxil olmasına qadağa qoyulmayıb”. BakuCity.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı Dənizkənarı Bulvar ərazisinə vətəndaşların daxil olmasının qadağan edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib. O qeyd edib ki, əraziyə yalnız avtomobillərin...
Cəmiyyət
Aprelin 20-dək xüsusi karantin rejimidir Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan başqa, digər şəhər və rayonlara da giriş-çıxış məhdudlaşdırılıb. BakuCity.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törə...
Kriminal
Postu keçəndən bir neçə kilometr sonra polis saxlayıb Xüsusi karantin rejimini pozaraq evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, neqativ halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib. Belə ki, daxil olan əm...
Cəmiyyət
Bəzi sərnişinlər zərurət olmadan evdən çıxırlar Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, həmçinin daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd, ilk növbədə, dövlət əhəmiyyətli, həya...
Cəmiyyət
“Qorxu və qüssə insanı öz ağuşuna alarsa, xəstəliyə qalib gəlmək olmayacaq”  Hippokrat  Hollivudda çəkilən filmlərin ssenariləri müasir həyatımızda baş verən bir çox hadisələri illər öncə qabaqlayır. 230 minədək adamın həyatına son qoyan 2004-cü il sunamisindən çox-çox əvvəl süjetinin əsasını təbii fəlakətlər təşkil edən Hollivud filmləri nümayiş etdirilirdi. 2019-cu ilin sonundan dünyanı bürüyən koronavirus pandemiyasından da əvvəl müxtəlif infeksiyaların...
Mədəniyyət
"Qaya" ansamblının əfsanəvi bədii rəhbəri Azərbaycanın Xalq artisti Rauf Babayev vəfat edib. BakuCity.az-ın məlumatına görə, tanınmış müğənni 82 yaşında dünyasını dəyişib. R.Babayev bu gün II Fəxri xiyabanda dəfn olunacaq. Rauf Babayev 1937-ci ildə Gümrüdə  anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax"...
Ekologiya
Bəzi yerlərdə duman olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək...
Cəmiyyət
Piyada gələrək Bakıya girməyə cəhd edənlər var Koronovirusla bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 746 nəfər inzibati, bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib. Nazir qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərinə, Abşeron rayonuna giriş-çıxış məhdudlaşdırılsa da, bəzi vətəndaşlar postlara qədər...
Kriminal
Ürəyindən dörd bıçaq zərbəsi vurub Bərdə rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, dünən günorta saatlarında rayonun Cəyirli kənd sakini, 32 yaşlı İsmət Zamanov həyat yoldaşı, 23 yaşlı Zülfiyyə Zamanovanı Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında öldürüb. Belə ki, ailə müayinə üçün uşaqlarını xəstəxanaya gətirib. Onlarla bərabər, Z.Zamanovanın qardaşı da xəstəxanaya gəlib. İ.Zamanov qaynında...
Hakimiyyət
Gündəliyə 16 məsələ daxil edilib Milli Məclisin 30 mart tarixində keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. BakuCity.az-ın məlumatına görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib. Bunlar, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyiş...
Mədəniyyət
“CinemaPlus” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırıb “CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub. BakuCity.az xəbər verir ki, bu məqsədlə “CinemaPlus” tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılıb. Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasında məqsəd Az...
Biznes
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin turizm sənayesinin nümayəndələrinə müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Hörmətli turizm təmsilçiləri və turizm sahəsində fəaliyyət göstərən sahibkarlar! Ötən müraciətimizdə biz ümumi gedən proseslərdən, işçilərin ixtisarı və bu kimi bir sıra neqativ faktlardan xəbərdar olduğumuzu bildirdik, sahibkarları sosial məsuliyyətə dəvət etdik, cəmiyyətin və dövlətin rifahı naminə hər kəsi...
Kriminal
Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub “What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumları...
Cəmiyyət
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır. BakuCity.az xəbər verir ki, bu barədə “Report”a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: “Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu, hələlik...
Cəmiyyət
Azərbaycanda bu günədək koronavirusa görə aparılan testin sayı məlum olub Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən çox test aparılıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-...
Cəmiyyət
Bu büdcənin getdikcə böyüməsi gözlənilir Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur. BakuCity.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib. O xatırladıb ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ qərargah yaradılanda ilk dəfə 10 milyon manat vəsait ayrılmışdı: “Hazırda Ko...
Cəmiyyət
Yaşı 65-dən çox olanların evdən çıxması qadağandır Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısınının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb. Fonddan BakuCity.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğ...
Cəmiyyət
Azərbaycanda 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, martın 12-də Türkiyədən qayıdan 1961-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri...
Cəmiyyət
Yerli məhsulun bir litrinin qiyməti 3-5 manat olacaq Azərbaycanda ekoloji təhlükəsiz dezinfeksiya mayesinin kütləvi istehsalına dair təkliflər hazırlanıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu layihə rəhbəri Əhəd Bəşirov deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq səhiyyə təşkilatlarına müraciət olunub və operativ qərargaha da təkliflər təqdim olunacaq. "Neytral anolit" deyilən maddə, epidemiya və pandemiya ilə mübarizədə bir nömr...
Cəmiyyət
Karantin qaydaları izah edilib, evinə göndərilib Xalq artisti Arif Quliyev 65 yaşdan yuxarı şəxslərin evdən bayıra çıxması ilə bağlı qadağanı pozub. BakuCity.az xəbər verir ki, polis əməkdaşları 70 yaşlı Xalq artisti ilə yaşadığı məhəllədə maarifləndirici söhbət aparıb, ona karantin qaydaları izah edilib və evinə göndərilib. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən,...
Ekologiya
Bəzi yerlərdə duman olacaq Martın 27-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi nor...
Cəmiyyət
Aprelin 20-dək xüsusi karantin rejimi elan olunub Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə ölkəmizdə də müxtəlif qurumlar tərəfindən davam etdirilir. BakuCity.az Milli.Az xəbər verir ki, Çevik Polis Alayının əməkdaşları müxtəlif ərazilərdə səsgücləndirici ilə insanları maarifləndirir, evdən çıxmamağa çağırır. DİN əməkdaşları sakinlərdən 10 nəfərdən artıq adamın bir yerə toplaşmamağını, yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması və qoyula...
Cəmiyyət
Əllərinizi yumadan ağız və burnunuza aparmayın Tanınmış cərrah, professor Adil Qeybulla koronavirusdan qorunmaqla bağlı tövsiyələrini açıqlayıb. BakuCity.az-ın məlumatına görə, A.Qeybulla qeyd edib ki, əhali arasında COVID-19 ştamı ilə bağlı təsəvvürlər yanlış olmaqda davam edir: 1. Çin təcrübəsi göstərdi ki, təmasların maksimum məhdudlaşdırılmasına yönəlik karantin tədbirləri virusdan qorunmağın və infeksiyanın məhdudlaşdırılmasının ən mühüm təminatıdır.2...
Cəmiyyət
Həmin mövzuları 9-cu sinif dərsliklərindən öyrənin Dövlət İmtahan Mərkəzinin keçirdiyi bütün builki imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq. BakuCity.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, martın 3-dən etibarən 9 və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq: "Lakin 11-ci sinif şagirdi 3 martdan sonra keçməli olduğu bir çox mövzuları...
Cəmiyyət
Əlləri dezinfeksiya etmək üçün qoyulub Bakıda avtobuslarda quraşdırılan dispenserlər yararsız vəziyyətə salınıb. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O qeyd edib ki, avtobuslardakı bu kiçik həcmli dispenserlər sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün qoyulub: “Amma bəzi şəxslər bu dispenserləri qıraraq bu cür yararsız hala salırlar”. BakuCity.az
Cəmiyyət
Bütün tədbirlər təxirə salınıb Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020‑ci il 30 mart – 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb. DİM-in mətbua...
Hadisələr
Xəstəxanaya çatdırılsa da… Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb. BakuCity.az
Cəmiyyət
Qaradağda operativ iclas keçirildi, işlərində nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırılıb BakuCity.az xəbər verir ki, 24 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib. Müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri apa...
Cəmiyyət
Beş və altıgünlük çalışanlar üçün qeyri-iş günləri müəyyən edilib Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib. BakuCity.az xəbər verir ki, "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel ta...
Cəmiyyət
Azərbaycanda karantində 2 914 nəfər var  Azərbaycanda koronavirua infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altında...
Cəmiyyət
Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkim...
Cəmiyyət
Bakıda icra hakimiyyəti dezinfeksiya üçün pul alır? “Suraxanı Rayon İcra Hakimiyyəti dezinfeksiya xidməti aparmaq üçün pul tələb edə bilməz. Bu məlumatlar əsassızdır”. BakuCity.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə icra strukturları və bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə yayılan məlumatlara münasibət bildirib. Məlumata görə, rayon icra...
Cəmiyyət
Bakı Media Mərkəzi koronavirusla bağlı yeni videoçarxlar hazırlayıb Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarxlar hazırlayıb. BakuCty.az xəbər verir ki, videoçarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur. Əsas məqsəd vətəndaşların maarifləndirilməsi v...
Cəmiyyət
“Azərişıq”dan elektrik enerjisinin kəsilməsi elanları ilə bağlı açıqlama verib “Son günlər sosial şəbəkələrdə “Azərişıq” ASC-nin adından saxta elanlar paylaşılır. Bu elanlar “Azərişıq” ASC tərəfindən yayılmayıb”. BakuCity.az xəbər veir ki, bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sosial şəbəkələrdə qurum adından abonentlərə ünvanlanan müraciətə münasibət bildirərəkən deyib.  Onun sözlərinə görə, cəmiyy...
Cəmiyyət
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib. BakuCity.az xəbər ki, bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Hər iki hökumətin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək. Səfirlikdən qeyd olunub ki, hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir. Qeyd edək ki, hazırda Azərbaycanla...
Ekologiya
26 martda gözlənilən hava şəraiti Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz 14-16° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək - 769 mm ci...
Cəmiyyət
Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadılıb Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən k...
Ekologiya
ETSN "Evdə qal, təbiəti seyr  et" adlı rubrikaya start verib Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən "facebook" səhifəsində "Evdə qal, təbiəti seyr  et"  (#evdəqaltəbiətiseyret ) adlı rubrika başladır.  Bu barədə BakuCity.az-a nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib. İ.İbrahimova bildirib ki, rubrikada  Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini, eləcə də milli parkların flora və fauna aləmini  əks etdirən  filmlər, süjetlər, ...
Cəmiyyət
Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib   Koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin...
Cəmiyyət
Paytaxtın bütün park və küçələri dezinfeksiya edilir BakuCity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun göstərişinə əsasən koronavirusla əlaqədar şəhər parklarında dezinfeksiya işləri həyata keçirilir. Qeyd edək ki, hazırda dünyada COVİD-19 infeksiyasına yoluxanların sayı 423,121 nəfərdir. Azərbaycanda koronavirus virusuna yoluxmuş 76 nəfər xüsusi müalicə müəssisələrində həkimlərin nəzarəti altındadır və onların müalic...
Cəmiyyət
Koronavirus dünyada sürətlə yayılır. Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər. Bağçalar, məktəblər, universitetlər, ictimai iaşə yerləri, əyləncə, istirahət mərkəzləri bağlanır, kafe-restoranların fəaliyyəti məhdudlaşdırılır. Artıq bir sıra ölkələrdə çölə çıxmaq ya qadağan edilib, ya da məhdudlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları evdə qalmağa çağırır. ...
Cəmiyyət
Koronavirus kimlər üçün təhlükəlidir? Kişilər, qadınlar və uşaqlar COVID-19-a eyni tezliklə yoluxurlar, ancaq yoluxmanın nəticələri fərqli olur, çünki burada başlıca rolu yaş, cins və daha öncəki xəstəliklər oynayır. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bu barədə məqaləni “Deutsche Well” dərc edib. Koronavirusla bağlı iki xəbər var: yaxşı və pis. Pis xəbər ondan ibarətdir ki, koronavirusun yayılması yaxın aylarda daha sürətlənəcək və nəticədə əh...
Cəmiyyət
Razılıq əldə olunub İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək. BakuCity.az xəbər verir ki,  Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişi imzalanıb. Sazişə əsasən, tərəflər İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sad...
Cəmiyyət
Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağl...
Siyasət
İlham Əliyev koronavirus xəstələrinə çağırış edib Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar, doğrudan da, böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər”. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibə verərkən deyib. Ö...
Cəmiyyət
Maliyyə naziri Samir Şərifov koronavirus pandemiyası ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb BakuCity.az  Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, əmrdə  deyilir ki, iclasların, müşavirələrin, toplantıların yalnız telefon rabitəsi və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin. Nazirliyin əməkdaşlarında və onların ailə üzvlərindən birində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar olduğu təqdirdə həmin işçilərin işə çıxması qad...
Cəmiyyət
“Böyüklərimizi qoruyaq!” İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya başlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, ölkədə elan olunan xüsusi karantin rejimi çərçivəsində koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksək olan yaşı 65-i ötmüş vətəndaş...
Cəmiyyət
Bakı, Sumqayıt, Abşeron əraziləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək "Hələ ki, bu gün ərzində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək". BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüks...
Cəmiyyət
Bakı polisi və prokurorluq Tofiq Yaqublu ilə bağlı birgə məlumat yayıb 2020-ci il martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov El...
Biznes
“Kənddən şəhərə” yarmarkalarının keçirilməsi müvəqqəti dayandırıldı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin Bakının müxtəlif ünvanlarında keçirilən “Kənddən şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranıb. BakuCity.az xəbər verir ki, bu barədə  “Report”a səhmdar cəmiyyətinin mətbuat katibi Mayis Musayev bildirib. O bildirib ki, “Kənddən şəhərə” yarmarkaları martın 20-dən bağlanıb, yarmarkaların bu həftə...
Cəmiyyət
Tövsiyələrə əməl edin Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir. BakuCity.az xəbər verir ki, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən “Koronavirusdan qoru...
Cəmiyyət
Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq tədbirlər görür Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür. Bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün 24.03.2020-ci il tarixindən əhali qrupuna aid mənzi...
Cəmiyyət
Ötən 11 saat ərzində 250-yə yaxın nəqliyyat vasitəsi Bakı istiqamətinə qaytarılıb. BakuCity.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qərarlarına baxmayaraq, paytaxta giriş istiqamətlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir: “Qaydalar qüvvəyə mindiyi vaxtdan bu günə qədər...
Cəmiyyət
Koronavirus pandemiyasının sonu yaxınlaşır Nobel mükafatçısı, israilli biofizik Mixael Levitt Çində koronavirus infeksiyasının azalmasının “koronavirus pandemiyasının sonunun yaxınlaşdığına” işarə vurduğunu bildirib. “HaberGlobal” məlumat verir ki, biofizik Çinin Hubey əyalətində yaşayan həmkarları ilə məsləhətləşdikdən sonra araşdırma aparmaq qərarına gəlib. O, infeksiyaya yoluxanların sayının hər gün 30% artaraq, yayılmanın eyni templə davam etdiyi təqdi...
Cəmiyyət
142-Çağrı mərkəzinə zəng edin Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir. Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Alıcılara marketlərdə qablaşdırılmamış məhsulları götürmək qadağan edilib Azərbaycanda ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib. BakuCity.az  xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub....
Cəmiyyət
Düşmənin təxribat cəhdinin qarşısı alınıb Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.Hazırda bu istiqamətdə atı...
Mədəniyyət
Səhhətindən danışıb Bir müddətdir ABŞ-da yaşayan müğənni İlhamə Qasımova Azərbaycana qayıdarkən hava limanından birbaşa karantinə göndərilib. BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, sənətçi hazırda karantin nəzarətindədir. Müğənni bildirib ki, karantinə yerləşdirildikdən dərhal sonra ona dezinfeksiya üçün ləvazimatlar verilib, maska ilə təmin olunub. İ.Qasımova həm özünün, həm də karantindəki insanların yaxınlarına səslənərək deyib ki, peşəkar ti...
Cəmiyyət
Hər iki xətt üzrə gediş haqqı 0.30 AZN-dir Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar Bakıda metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilib. BakuCity.az xəbər verir ki, M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar bu gün saat 06:00-22:00 arası fəaliyyət göstərir. Ekspress xətlər üzrə avtobuslar yalnız metr...
Cəmiyyət
Metrodan az istifadə edin Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə bu gündən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. BakuCity.az xəbər verir ki, bu müddət ərzində xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşd...
Cəmiyyət
Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bun...
İdman
Yeni tarix məlum deyil Bakıda mayın 14-16-da keçirilməsi nəzərdə tutulan aerobika üzrə dünya çempionatı təxirə salınıb. Bu barədə BakuCity.az Beynəlxalq Gimnastika Federasiyasına istinadən məlumat verir. Bu qərar koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib. Yarışın nə vaxt keçiriləcəyi hələ bilinmir.  BakuCity.az
Cəmiyyət
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur. BakuCi...
Cəmiyyət
"Hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi var". BakuCity.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. "Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb", - məlumatda vurğulanıb. BakuCity.az
Cəmiyyət
Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumat yayıb. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss ed...
İdman
İyunda keçiriləcəkdi Formula-1 yarışı üzrə Azərbaycan Qran Parisi təxirə salınıb. BakuCity.az xəbər verir ki, bu barədə Formula-1-in "Twitter" səhifəsindəki paylaşında qeyd olunub. Qərar koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib. Xatırladaq ki, Formula-1 Azərbaycan Qran Prisi iyunda Bakıda keçiriləcəkdir. BakuCity.az
Cəmiyyət
Sürücülərin yanında ikinci sürücü qismində bir şəxsə icazə verilir Martın 19-dan bu günə qədər 4 mindən çox nəqliyyat vasitəsi, çox sayda insan geri qaytarılıb. BakuCity.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.az-a deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qərarına baxmayaraq, insanlar qaydalara riayət etmək istəmir: "Qaydalar qüvvəyə mindiyi g...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?