usd:
1,70 ₼
eur:
1,83 ₼
Bu gün
+9... 12 °С
Buludlu, yağmursuz
Sabah
+7... 11 °С
Buludsuz, yağmursuz
Bu gün
+9... 12 °С
Buludlu, yağmursuz
Sabah
+7... 11 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
17 800-nə e-qaydada pensiya təyin edilib 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 51 min şəxsə elektron qaydada pensiya, müavinət...
Cəmiyyət
Bakıda 8 Müsahibə komissiyası fəaliyyət göstərir Paytaxtdakı ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı 8 Müsahibə komissiyası fəaliyyət göstərir.  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi nəzarət mərkəz rəhbəri tərəfi...
Siyasət
Nəticələr seçicilərin iradəsini ifadə etməyib Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərində 71 saylı Masallı kənd seçki dairəsi üzrə qeydiyyata alınmış namizəd Rüfət Əliyevin müraciətinə baxılıb. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib. Q.Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairə üzrə 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin ira...
Hakimiyyət
Müvafiq tapşırıqlar verilib Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən...
Cəmiyyət
"Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur" İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, İtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev BakuCity.az-ın sorğusuna cavab olaraq bildirib ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb: "Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların...
Cəmiyyət
"Yalnız rəsmi məlumatlara etibar edin" Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərə dair məlumat açıqlayıb. BakuCity.az-a daxil olan məlumatda qeyd olunur: "2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib....
Cəmiyyət
Fotoların Kliniki Tibbi Mərkəzin həyətində çəkildiyi deyilir Bakıda təcili tibbi yardım həkimlərinin görüntüsü narahatlığa səbəb olub. BakuCity.az-ın məlumatına görə, yayılan fotolardan həkimlərin xüsusi geyimdə olduğu görünür. Fotoların Kliniki Tibbi Mərkəzin həyətində çəkildiyi deyilir. Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin BakuCity.az-a daxil olan birgə məlumatında qeyd olunur ki, fevralın 24...
Cəmiyyət
Komediya filmləri repertuardan çıxarılacaq Fevralın 26-da Xocalı faciəsi ilə əlaqədar “CinemaPlus” kinoteatrlar şəbəkəsində rejissoru Vahid Mustafayev olan “Xoca” filminin pulsuz nümayişləri keçiriləcək. BakuCity.az xəbər verir ki, filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən danışılır. “Xoca” filmi Xocalı faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı film hesab olunur. Baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubo...
Cəmiyyət
Sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran Rayon Mərkəzi xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub. Bildirilir ki, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cə...
Cəmiyyət
"Amma belə anlaşılır ki, dövlət bunların imdadına çatmağa tələsənə bənzəmir" "Laçın rayonundan məcburi köçkün olan bir xanım həmkarımız var. Əmisi Qarabağ döyüşlərində şəhid olub. Atası ermənilərə qarşı savaşda öndə olub. Məlum səbəbdən ailəcə köçkün düşüblər, Xırdalanda bir yerə sığınıblar. Xalq arasında buraya “Mexkolon 23” deyilir (MK qəsəbəsi, Qaçaq Nəbi küçəsi). Yəni yaşayış sahəsi deyil. Bir anbar sahəsidir, köçkünlər gəlib orada özlərinə sığınacaq t...
Cəmiyyət
İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirilib “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır. Bu barədə BakuCity.az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib. Qeyd edilib ki, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi pla...
Cəmiyyət
Atası uzun müddətdir xəstəlikdən əziyyət çəkir Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu Kəlbəcər rayon sakini olub, ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb. BakuCity.az "Report"a istinadən məlumat verir ki, 2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Kəlb...
Siyasət
Yeni onilliyin çağırışı və imkanları VIII Qlobal Bakı Forumunun vaxtı açıqlanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, növbəti forum bu il martın 12-14-də keçiriləcək. Forumun mövzusu “2020-2030: Yeni onilliyin çağırışı və imkanları” olacaq. BakuCity.az
Cəmiyyət
Loukoster 43 hava limanına uçuşlar həyata keçirir "Türk Hava Yolları" şirkətinin törəməsi olan “AnadoluJet”in martın 29-dan etibarən İstanbul şəhərinin "Sabiha Gökçen" və paytaxt Ankaranın "Esenboğa" hava limanlarından həyata keçirəcəyi yeni uçuşların birtərəfli qiymətləri 1 avrodan başlayacaq.  BakuCity.az-ın məlumatına görə, bu barədə "Report” aviaşirkətə istinadən xəbər verir. Qeyd olunur ki, simvolik qiymət Azərbaycan, Almaniya, Avstriya, Birləşmiş Ərə...
Siyasət
Bu gün 60 yaşını qeyd edib Prezident İlham Əliyev İqor Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, İqor Anatolyeviç Ponomaryov Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilsin. Qeyd edək ki, bu gün 60 yaşını qeyd edən İqor Ponomaryov "Neftçi" klubunun üzvü olub. SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal q...
Ekologiya
Meteohəssas insanlar üçün əlverişsiz hava Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir.  Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olun...
Cəmiyyət
İrandan daha çox kənd təsərrüfatı məhsulları gətirilir Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb. BakuCity.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov Baku.ws-ə bildirib. Qurum rəsmisi deyib ki, Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına görə Astara və Biləsuvar gömrü...
Ekologiya
Aidiyyəti quruma şikayət daxil olub Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındak...
Mədəniyyət
“Xocalı”  tamaşası nümayiş olunacaq Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin (BŞMBİ) və İdarənin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialında fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı” tamaşası nümayiş olunacaq. BakuCity.az xəbər verir ki, tamaşa Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçiv...
Cəmiyyət
Qəhrəmancasına şəhid olub Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib. Dövlət Sərhəd Xidmətindən BakuCity.az-a verilən məlumata görə, fevralın 24-ü saat 07 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş mə...
Cəmiyyət
Əməliyyat davam edir Azərbaycanda "WhatsApp”da mesaj vasitəsilə koronavirusun yayılması barədə həqiqəti əks etdirməyən yalan məlumatlar yayılıb. Belə ki, koronavirusa yoluxmuş insanların Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə saxta məlumatlar yayılıb. Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib, hüquq-mühafizə orqanları isə yalan məlumat və şayiələr yayan mənbələrlə bağlı əməliyyat tədbirləri həyata keçirib. BakuCity.az-ın məlumatına görə,...
İdman
Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir. BakuCity.az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin daxil...
Hadisələr
Yanğın get-gedə güclənib Bakıda çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb. BakuCity.az-ın məlumatına görə, yaxınlıqda yerləşən yanğınsöndürmə briqadasının operativ tədbirləri nəticəsində yanğını qısa zamanda söndürmək mümkün olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ bilinmir. 10:50 Bakıda çoxmərtəbəli binada yanğın baş verib. BakuCity.az xəbər verir ki, hadisə İsmayıl bəy Qutqaşınlı küçəsində qeydə alınıb. 17 mərtəbəli binanın 11-ci mərtəbəsin...
Hadisələr
Orxan adlı sürücü avtomobildə yanaraq ölüb Dünən axşam saatlarında Bakının Qaradağ rayonunda “Mercedes” markalı avtomobil dirəyə çırpıldıqdan sonra yanıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı Orxan adlı sürücü avtomobildə yanaraq ölüb. Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb. BakuCity.az
Cəmiyyət
Tıxac 20 Yanvar dairəsinə qədər davam edir Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində tıxac yaranıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, yolun Abşeron rayonu, Masazır dairəsi keçən hissəsindən başlayan sıxlıq 20 Yanvar dairəsinə qədər davam edir. Sıxlıq səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti iflic olub. Tıxaca səbəb yolun genişləndirməsi istiqamətində aparılan təmir işləridir. BakuCity.az
Hadisələr
Yanğın uzaqdan da diqqəti cəlb edir Abşeronda güclü yanğın hadisəsi olub. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb. İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir. Hadisənin hansı obyektdə baş verdiyi dəqiqləşdirilir. BakuCity.az
Cəmiyyət
Biləsuvar gömrük məntəqəsi də fəaliyyətini dayandırıb "Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib". BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Qeyd...
Cəmiyyət
Nuru Paşa qərargah kimi Kərbəlayi Qasımın evini seçib Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub. BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Qobu kəndində qərargah qurub...
Ekologiya
Gündüz şimal küləyi əsəcək Fevralın 23-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti ola...
Hadisələr
Ofisiantın başını qatmaq üçün çay istəyiblər Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb. BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər: “Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nə...
Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Cəmiyyət
Xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəf...
Cəmiyyət
Araşdırma aparılır Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı...
Cəmiyyət
Körpənin meyiti ekspertizaya təhvil verilib Sumqayıtda zibil qabından meyit tapılıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
"Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb" Zərdab rayonunda Çallı kəndinin bir qrup sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib: "Siz deyirsiniz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanla...
Cəmiyyət
Qutu iki yerdən möhürlənəcək "Azəriqaz" İstehsalat Birliyi yeni şəffaf sayğac qutuları təqdim edir. BakuCity.az-ın məlumatına görə, qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək. Xarici təsirlərə, xüsusən də zərbələrə davamlıdır. Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Abonentlə Birlik arasındakı yersiz mübahisələrə, ittihamlara əsas qalmayacaq. Qutu ayrılıqda iki yerdən möhürlənəcək. Dövlət yoxlanışı zamanı sa...
Cəmiyyət
Zaur Əliyev mümkün məbləğləri açıqladı Bu yaxınlarda tibb işçilərinin maaşları ciddi şəkildə artacaq. BakuCity.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Real TV-yə bildirib. O, nəzərdə tutulan artımı icbari tibbi sığortanın tətbiqi ilə əsaslandırıb. BakuCity.az
Hadisələr
Maqnitudası 3.3 olub Bu gün saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə, Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Bu barədə BakuCity.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Maqnitudası 3.3 olan zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb. BakuCity.az
Cəmiyyət
“Könüllülər ili” çərçivəsində yeni layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verib. İdarədən BakuCity.az-a verilən məlumata görə, “Könüllülükdən peşəkarlığa” layihəsinin əsas məqsədi tələbə və məzun gənclərə bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, öz ixtisaslarına uyğun kadr kimi formalaşmaq istəyən şəxslərə uğurlu karyera qurmaq imk...
Cəmiyyət
Məktəblilər sərgi hazırlayıblar Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbir və “Sonsuz dəhliz” adlı filmin nümayişi keçirilib. İcra Hakimiyyətinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, tədbirin əvvəlində qonaqlar Səbail rayonu 6 və 189-190 nömrəli orta məktəb və 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin hazırladıqları sərgi ilə tanış olublar.  Tarixçi alimlər, ziyalılar, paytaxtın ali məktə...
Cəmiyyət
28 nəfərlik restoranı da var Bakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirən qatar 10 vaqondan ibarətdir. BakuCity.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Baku.ws-ə bildirilib.  Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur. Digər 9 vaqonda ümumilikdə 216 sərnişin üçün yer var. Onlardan 6-sı ikinci sinif vaqonlardır, biri xüsusilə əlil araba...
Cəmiyyət
Şübhəli şəxs qismində saxlanılıblar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. BakuCity.az-ın məlumatına görə, açıqlamada deyilir: "Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol ver...
Cəmiyyət
"Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır" Yeni tikilən binaların ərazisinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib: “Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən...
Hadisələr
Bakıda uşaq poliklinikasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb. Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb. BakuCity.az
İdman
“Hoffenhaym”ın yetirməsidir 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb. BakuCity.az Apasport.az-a istinadən verdiyi məlumata görə, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib. Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-1...
Şəkil. Binəqədi rayonu, 8-ci mikrorayon, 12 nömrəli kvartal
İşçi Qrup yaradılıb Bakıda yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov bu gun nazirlikdə keçirilən mətbuat konfransında deyib: “Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən vizual nəzarət sisteminin və...
Cəmiyyət
"Köhnə borular deşiləndə taxta çivlərdən istifadə edib suyumuzu götürürdük. Bəs indi nə edək?” "Yaşma bağları" yaşayış massivinin sakinləri yenə də susuzluqdan şikayət edirlər. Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, haradasa bir aydan çoxdur ki, su üzünə həsrət qalıblar: "Ötən ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və dedilər ki, sovet dövründən qalma çürük boruları yeni plastik borularla əvəz edəcəklər. Sumqa...
Cəmiyyət
Ümumilikdə 20 vaqon gətiriləcək Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək. BakuCity.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a deyib. Onun sözlərinə görə, ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar...
Mədəniyyət
CinemaPlus-da “Doktor Dulittlin heyrətamiz səyahəti”  "28 Mall" Ticarət Mərkəzində yerləşən "CinemaPlus" Premium-klass Kinoteatrında “Doktor Dulittlin heyrətamiz səyahəti” macəra filminin premyeradan öncə nümayişi baş tutub. BakuCity.az xəbər verir ki, tədbir zamanı cəngəllik mühiti bütün kinoteatrı bürüdü. Heyvanlar və bitkilər cəngəlliyin vəhşi ruhunu təcəssüm etdiriblər. Gecədə diqqət çəkən digər məqam isə qonaqların zövq aldığı quşlarla şou proqram olu...
Cəmiyyət
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu çəkilir Bu il ərzində respublika əhəmiyyətli 36, Bakı şəhərinin isə 12 rayon və qəsəbə yolunun abadlaşdırılmasına sərmayə qoyulub. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bildirib. S.Məmmədov deyib ki, bu ilin sonuna Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq Gürcüstan sərhədinə qədər Xaldan-Şəki-Mazımçay gömrük məntəqəsinədək...
Ekologiya
Meteohəssas insanlar üçün əlverişli olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda fevralın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ge...
Cəmiyyət
"Valideynlərimizin yalnız 17 faizinin ali təhsili var" Azərbaycanda məktəbli qızlar arasında abort halları yenə də qalmaqdadır.  BakuCity.az-ın məlumatına görə, 2018-ci ildə abort etdirən 15-17 yaşlı məktəbli qızların sayı 40 nəfər olub. Təhsil eksperti Kamran Əsədov Baku.ws-ə açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilən "Təhsil haqqında" qanuna görə, 6 yaşından 17 yaşına qədər bütün şagirdlər icbari təhsil almalıdırlar. K.Əsədov bir maraqlı məqama...
Cəmiyyət
Yaddaş zəifliyindən əziyyət çəkir Bakıda yaşlı qadın itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, 1939-cu il təvəllüdlü Şərqiyyə Rzayeva fevralın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Qadın yaşı ilə bağlı yaddaş zəifliyindən əziyyət çəkir.  Ş.Rzayevanı görənlərdən 070 568 44 69 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. BakuCity.az
Cəmiyyət
“Ən böyük gözəllik sağlamlıqdır” Ümumilikdə bayram ayı kimi qəbul edilən mart ayının gəlişini, demək olar, hər kəs səbirsizliklə gözləyir. Xanımlar üçün isə bu ay xüsusi əhəmiyyət kəsb edir. Çünki bu ayın ilk bayramı məhz 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Həmin gün bütün qadınlar həm cazibədar, həm də fərqli görünmək istəyir. Necə deyərlər, gözəllik ondursa, doqquzu dondur.  Bəs zərif cinsin nümayəndələri bayramı daha gözəl, yaddaqalan keçirmək, həmin...
Cəmiyyət
Erməni mediası təlimləri təşvişlə qarşılayıb Azərbaycan əsgərinin Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində keçirdiyi “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimlər maraqlı görüntülərlə yadda qalıb. BakuCity.az AZƏRTAC-a istinadən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlimlərdən fotoreportaj...
Cəmiyyət
Cinayət işi açılıb Aksiz markası olmayan malların satış məqsədilə saxlanması faktı aşkar edilib Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən BakuCity.az-a verilən məlumata görə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 241E ünvanında yerləşən, fiziki şəxs Nizaməddinov Nizami Möhübbət oğluna məxsus mağazada aksiz markaları...
Cəmiyyət
Abşeron yarımadasının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Abşeron yarımadasının Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Monitorinqlərin nəticəsinə görə Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığı məlum olub. BakuC...
Cəmiyyət
Xəstəxanadan da təsdiqləyiblər Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb. BakuCity.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var. Həmçinin oxu: Tutulan icra başçısı azğınlaşmışdı, qaniçən idi, silah gəzdirirdi - İDDİA Bu barədə mə...
Cəmiyyət
Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirib Bir müddət əvvəl Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməməsi il bağlı xəbər yayılmışdı. BakuCity.az-ın məlumatına görə, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.az-a bildirilib ki, paytaxtda yerləşən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı daxil olmuş məlumat araşdırılıb: “Aparılmış araşd...
Cəmiyyət
"Vəliyev çoxdanın qaniçəni idi. Bunu da hamı bilirdi. Hamı!" Həbs edildiyi deyilən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev azğınlaşmışdı, silah gəzdirirdi. BakuCity.az xəbər verir ki, bunu jurnalist İlqar Əhməd sosial şəbəkədəki səhifəsində yazıb. O qeyd edib: "Hamınız şahidsiniz ki, indiyədək yıxılana balta vurmamışam. Xahiş edirəm ki, yazdıqlarım da bu cür qəbul olunmasın. Dünən həbs olunan İsmayıl Vəliyev 2008-ci (bəlkə də 2009) ildə...
Hadisələr
Avtomobil yeni qazılan çuxura aşıb Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib. BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Bakı-Sumqayıt yolunda təxminən 50-55 yaşlarında kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub. Sumqayıt istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü həmin şəxsi yerdə gördüyündən idarəetməni itirərək, avtomobili yolun kənarında yeni qazılan çuxur...
Cəmiyyət
Mineral maddələrin və vitaminlərin miqdarı artıqdır Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, idxal olunan bioloji fəallığa malik qida əlavələri üzərində Agentlik tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra məhsulların tərkib analizləri həyata keçirilib. Sınaq nəticə...
Cəmiyyət
Qaliblər diplomlarla təltif olunublar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında tarix fənni üzrə bilik yarışı keçirilib. İdarədən BakuCity.az-a verilən məlumata görə, “Tariximizə nəzər salaq” adlı bilik yarışı “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən təşkil olunub. 2 mərhələdən ibarət yarışda 59, 76, 270, 280 və 317 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.  Ya...
Cəmiyyət
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək. Bununla bağlı “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilib. İdarədən BakuCity.az-a verilən məlumata görə, Tədbirlər Planının təsdiq edilm...
Cəmiyyət
Alındıqdan sonra mütləq tam qaynadılmalıdır Əsasən səhər saatlarında küçələri, məhəllələri gəzib süd və süd məhsulları satan insanlar, yəqin ki, hər birimizin qarşısına çıxıb. Səyyar satıcılar məhsullarını bazar qiymətindən daha ucuz təklif etdiyindən alıcı qıtlığı da yaşamırlar. Maraqlı olan məsələnin bu tərəfi deyil. Maraqlısı odur ki, bu kimi məhsuların bir sıra - bruselyoz, vərəm, eləcə də bir sıra törədicilərin insan orqanizminə daxil olaraq patoloji...
Hadisələr
Araşdırma aparılır Azərbaycanda kollec rəhbərliyi tutulub. BakuCity.az “Report”a istinadən məlumat verir ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov iş otaqlarında rüşvət alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin oxu: Vəzifəli şəxslər tutuldu - Neftçaladakı əməliyyatla bağlı RƏSMİ MƏLUMAT Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Yeni çoxmərtəbəli yaşayış binaları inşa olunur Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli qərarı ilə “Pilot layihə” çərçivəsində Rayon İcra Hakimiyyətinə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2019-cu ildə də davam etdirilib. BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Sabunçu rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında...
Siyasət
"Tarix belə qərar verib və bundan heç yerə qaçmaq mümkün deyil" Keçmiş Sovet İttifaqının bütün respublikalarında maraqla izlənilən “Vremya” (“Zaman”) xəbərlər proqramında 1991-ci il martın 14-də SSRİ Prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı müraciəti oxunub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Vajnıy potok" ("Vacib axın") "Youtube" kanalında video yerləşdirilib. Proqramda ilk olaraq sözü verilişin aparıcılarından biri İqor...
Cəmiyyət
"Deyirəm ki, bala, adam iti öldürməz" İsmayıllıda qadının həyat yoldaşının dostu ilə qaçmasının təfərrüatı məlum olub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, 50 yaşlı Məlahət Hacıyeva adlı qadın ərinin dostu ilə Türkiyəyə yox, elə yaşadığı Talıstan kəndinə qaçıb. M.Hacıyevanın həyat yoldaşı Sərvan Hacıyev Oxu.Az-a bildirib ki, altı ildir Raqub Əhmədovla ailəvi dost olub. Bir müddət əvvəl onun həyat yoldaşı ilə münasibətindən şübhələnib, amma fakt o...
Cəmiyyət
Xəbərdarlığa əməl olunmasa, İqtisadiyyat Nazirliyinə müraciət olunacaq Bakının Xəzər rayonunun Zirə qəsəbəsindəki quşçuluq fermasının fəaliyyəti nəticəsində ətrafa iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, idarənin əməkdaşları tərəfindən Zirədə yerləşən quşçul...
Hakimiyyət
Geniş məlumat veriləcək Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçaladakı əməliyyatla bağlı məlumat yayıb. DTX-nin İctimai əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlan...
Mədəniyyət
Bu binanın görünüşü Şərqdə çox böyük əhəmiyyət daşıyır BakuCity.az “Bakının tarixi binaları” rubrikası çərçivəsində mülki mühəndislər Anatoli Nikolayeviç Kalqin və Qavriil Mixayloviç Ter-Mikelovun layihəsinə əsasən Bakıda inşa edilərək 1905-ci ildə istifadəyə verilən Tiflis Kommersiya Bankının binasından bəhs edir. Bu məqsədlə paytaxt binaları haqqında geniş məlumata sahib, memar, yazıçı, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyevə müraciət...
Hakimiyyət
Həkimlərə “tas” qoyub Yerli medianın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətinin binasına daxil olub. Bildirilir ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən tutulub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, İsmayıl Vəliyevin adı bundan əvvəl bir çox qalmaqallarda hallanıb. Yerli mətbuatda İ.Vəliyevin qanun pozuntularına yol verməsi ilə bağlı bir çox iddialar yer alıb....
Ekologiya
Duman olacaq Fevralın 21-də Bakıda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə...
Cəmiyyət
Binaya giriş qadağandır Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətinin binasına daxil olub. BakuCity.az Unikal.org-a istinadən məlumat verir ki, İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub. Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbovun bacısı oğludur. 12:38 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xü...
Hadisələr
Mallar kül olub "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğından sonra çəkilən görüntülər yanğının miqyasından xəbər verir.   Fevralın 18-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində baş verən yanğında 1 000 kvadratmetrə qədər ərazi yanıb. Həmçinin oxu: "Sədərək"dəki güclü yanğının tüstüsü şəhərə belə yayıldı - FOTO + VİDEO Yanğın hadisəsi nəticəsində çox sayda mağazaya ciddi ziyan dəyib, mallar yanaraq kül olub. Ərazidən çə...
Cəmiyyət
Forumun əsas mövzuları da açıqlanıb Mayın 14-15-də Bakıda "FinTex Sammit 2020" - maliyyə və texnologiyalar sərgisi keçiriləcək.  Bu barədə BakuCity.az-a "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyindən bildirilib.  Məlumata görə, tədbirin mövzusu “Bankçılıq və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Maliyyə Texnologiyaları və Təhlükəsizlik” olacaq.  Sərgi “VISA” beynəlxalq kart təşkilatı ilə birlikdə, ABA-nın, Azərbaycan Mərkəzi B...
Cəmiyyət
"Amma biz eksperiment keçirmək niyyətində deyilik" Gələcəkdə Azərbaycanda seçkilərdə mobil telefon vasitəsilə səs vermək mümkün ola bilər. BakuCity.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib. O bildirib ki, Estoniya və Rusiyanın bir hissəsində elektron, mobil cihaz vasitəsilə seçki sisteminin tətbiqinə başlanılıb. Əgər həmin ölkələrdə bu sistemin tətbiqi müsbət nəticə versə, bunu gələcəkdə Azərbaycanda da tə...
Cəmiyyət
Yanvarda itkin düşmüşdü Azərbaycan Ordusunun itkin düşən hərbçisi Akif Elşən oğlu Abbasovun meyiti neytral ərazidən götürülüb. BakuCity.az-ın məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Report"a bildirib ki, BQXK fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında...
Cəmiyyət
Problem qısamüddətli olub "BakıKart" aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metro stansiyalarında turniketlərdən ödənişsiz keçirilib. BakuCity.az-ın məlumatına görə, bunu Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya deyib. Onun sözlərinə görə, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub: "BakıKart" aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana...
Siyasət
Fotoları Leyla Əliyeva paylaşıb Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoydular. Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik y...
Cəmiyyət
Digər marşrutlar da karta keçəcək Paytaxtda daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqı "BakıKart"la ödəniləcək. BakuCity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. Fevralın 24-dən 37 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Digər müntəzəm marşrut xətlə...
Hadisələr
Şübhəli saxlanılıb Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tərlan" şadlıq sarayının qarşısında baş verib. Hadisə nəticəsində şəhər sakinləri - 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçi...
Cəmiyyət
Qızları da qoşulub qaçıb İsmayıllıda iki uşaq anası həyat yoldaşının dostuna qoşulub qaçıb. BakuCity.az Publika.az-a istinadən məlumat verir ki, bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar. Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsərək ata evinə qayıdıb. Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadı...
Cəmiyyət
Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub Fevralın 18-də Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib. Dövlət Turizm Agentliyindən BakuCity.az-a verilən məlumata görə, B2B formatında keçirilən görüşlərdə Azərbaycanın turizm potensialı haqda geniş məlumat verilib. Eyni zamanda iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub. Tədbirdə Min...
Cəmiyyət
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər Fevralın 26-da ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının 28-ci ildönümünə həsr ediləcək. Bununla bağlı “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilib. İdarədən BakuCity.az-a verilən məlumata görə, Tədbirlər Planının təsdiq edilməsi barədə ə...
Cəmiyyət
1500-dək əlilliyi olan şəxsə xidmət göstəriləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıtdakı Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində bu Bərpa Mərkəzində də müasir tələblərə uyğun şərait yaradılır. Burada əlilliyi olan şəxslər bərpa potensiallarının reall...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?