usd:
1,70 ₼
eur:
1,92 ₼
Bu gün
+20... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+23... 28 °С
Buludsuz, yağmursuz
Bu gün
+20... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+23... 28 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Türkiyədən Bakıya gətirilən yeni avtobuslar xüsusi təlim keçmiş sürücülər tərəfindən idarə olunacaq. BakuCity.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, hazırda Türkiyədən alınan 300 avtobusun gətirilməsi prosesi davam etdirilir: "Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd avtobusun Bakıya gətirilməsi da...
Cəmiyyət
BakuCity.az saytı oxucularını Bakının ən məşhur parkları ilə tanış etməyə davam edir. Bu gün Atatürk parkının təmirdən əvvəl necə olmasından, hazırda nə qədər dəyişməsindən bəhs edəcəyik.  Keçmişə baxış Park intensiv hərəkətli Atatürk prospektini iki hissəyə ayırır və ya prospektin düz ortasında yerləşir. Ümumi sahəsi 6.5 hektardır. Bu yaşıllıq ərazinin ətrafında bir çox köhnə və müasir tikililər var. Yerli sakinlər təmiz hava almaq, söhbət etmək, bir sözl...
Cəmiyyət
Bakının iki qəsəbəsinin qazla təminatında fasilə yaranıb. “Azəriqaz” İstehsalat Birliyindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 16-da saat 09:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Sulutəpə” qaz paylayıcı stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparılır. Bununla əlaqədar Binəqədi rayonunun Biləcəri və Xocəsən qəsəbələrinə qaz verilişində məhdudiyyətlər var. BakuCity.az
Hadisələr
Bakıda 9 mərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Binəqədi rayonunda 9 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və mebel qismən yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az
Kriminal
Bakının Səbail rayonunda döyülmə faktı qeydə alınıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, T.Əliyarbəyov küçəsində 2000-ci il təvəllüdlü Səlimov Savalan Həmid oğlu xuliqanlıq zəmnində döyülərək ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakının Xətai rayonu ərazisində Neapol küçəsindən sonra Səməd bəy Mehmandarov küçəsi də yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, küçənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu. Sadalanan problemlə...
Cəmiyyət
15 oktyabrda Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiqin abidəsinin və şairin adını daşıyan parkın açılışı olub. BakuCity.az xəbər verir ki, Müşfiqabad qəsəbəsində təxminən 30 il əvvəl qoyulmuş müasir tələblərə və standartlara cavab verməyən büst, bu gün ağ mərmərdən olan yeni büstlə əvəz olunub, parkda isə abadlıq və yenidənqurma işləri aparılıb. Şairin adını daşıyan parkın sahəsi xeyli genişləndirilib və şairin yeni tərtibatda...
Cəmiyyət
Paytaxtın Nizami rayonunda maraqlı hadisə baş verib. 328 nömrəli orta məktəbin direktoru Asif Nəbiyev 23-cü Polis bölməsinə müraciət edib. BakuCity.az xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən bildirilib. Belə ki, direktor oktyabrın 14-də, saat 12:00-da uşağa qarşı zorakılığın şahidi olduğunu söyləyib. O, üçüncü sinif şagirdi R.Hümbətlinin atası Qorxmaz Hümbətli tərəfindən döyüldüyünü bildirib. Polis araşdırma zamanı atanın dərsləri...
Hadisələr
Meksikanın Azərbaycandakı səfirliyinin avtomobili qəzaya uğrayıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində qeydə alınıb. Məlumata görə, Gülnarə Məmmədovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobil Meksika səfirliyinə məxsus, Abbas Ağabəyovun sürdüyü BMW markalı maşınla toqquşub. Həmçinin oxu: Meksika səfiri Bakıda qəzaya düşdü Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıblar. Xatırladaq ki, oktyab...
Siyasət
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. BakuCity.Az xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan prezidentlərinin də iştirak etdiyi görüşdə Prezident İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib. Qeyd edək ki, tədbirdə növbəti Zirvə Görüşünün Türkiyədə ke...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?