usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,87 ₼
Alış
1,87 ₼
Satış
1,87 ₼
eur:
1,87 ₼
Bu gün
+18... 23 °С
Buludlu, yağmursuz
Sabah
+19... 23 °С
Buludsuz, yağmursuz
Bu gün
+18... 23 °С
Buludlu, yağmursuz
Sabah
+19... 23 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Mərhum "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub vəfat edib. Bakucity.az-ın xəbərinə görə, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib. V.Eyyub bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub....
Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı Sentyabrın 25-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bakucity.az xəbər verir ki, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.  Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu 17-19, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gü...
Cəmiyyət
“Mühəndis qadınlar və yeni nəsil texnologiyalar” Bakucity.az xəbər verir ki, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilati dəstəyi ilə “Girls Code Azerbaijan” paltforması tərəfindən “Mühəndis qadınlar və yeni nəsil texnologiyaları” adlı ödənişsiz seminar keçirilib. Ümumilikdə 40-a yaxın xanımın iştirak etdiyi seminarın təlimçisi Elektron Hökümətin İnkişafı Mərkəzinin “Layihələrin idarəedilməsi departamenti”nin şöbə müdiri, “Professional Scrum Master” ser...
Hadisələr
Şübhəli şəxs saxlanılıb. Bakıda “Topaz”da baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində qeydə alınan quldurluq hadisəsi barədə məlumat verilib.  Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib...
Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçunun konserti keçirilib Bakucity.az xəbər verir ki, sentyabrın 22-də ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı  Aleksandr Hacıyevin solo konserti keçirildi. XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertdən əvvəl əslən Azərbaycanlı olan italiyalı pianoçu təəssüratlarını bölüşüb: “Azərbaycanın milli muğam sənətinin simvolu olan sə...
Cəmiyyət
Videodakı təcili tibbi yardım avtomobili özəl klinikalardan birinə məxsusdur Səhiyyə Nazirliyi Bakıda təcili tibbi yardım maşını ilə xəstə əvəzinə məişət əşyalarının daşınmasına münasibət bildirib. Bakucity.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, məişət əşyaları yüklənən tibbi yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil. “Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan videodak...
Cəmiyyət
Sakinlər artıq köçürülüb Gələn həftə Bakıda iki binanın sökülməsinə başlanılacaq. Bakucity.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bunlar Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150 və Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, 51 ünvanlarında yerləşən binalardır. Həmin binadan artıq sakinlər köçürülüb.  Sökülməsi planlaşdırlan digər 15 binadan da sakinlərin köçürülməsi üzrə işlər gedir.  Qeyd edək ki, Bakıda 17 binanın sökülməsi barədə qərar verilmişdi. Mö...
Cəmiyyət
Ticarət mərkəzinin 2019-cu ilin sonunda istifadəyə verilməsi gözlənilir Bakı bulvarında tikilən “Dəniz Mall” ticarət mərkəzinin içərisindən görüntülər yayılıb. Bakucity.az-ın xəbərinə görə, görüntüləri Baku.ws saytı yayıb. Qeyd edək ki, Xəzər dənizinin sahilində yerləşən ticarət mərkəzinin açılışı 2019-cu ilin sonuna gözlənilir. Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərə...
Hadisələr
Hadisədən sonra Gülgünün qohumları Ramalla görüşüblər. Bakıda gənc qızın piyada keçidində avtomobillə vurub öldürülməsinin bəzi təfərrüatları məlum olub. Bakucity.az xatırladır ki, hadisə sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq...
Kriminal
Cəmilə Məhərrəmova dörd uşaq anası idi Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, Binə qəsəbəsi Südçülük sovxozunda qayınata gəlini baltalayaraq qətlə yetirib. Dörd uşaq anası olan 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı qayınatası - əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov ailə münaqişəzi zəminində baltalayaraq öldürüb.  Hüquq-mühafizə orqanları tərəfindən F.Məhərrəmov saxlan...
Kriminal
Firdovsi Ələkbərov Fransadan aldığı tapşırıqları yerinə yetirdiyini bildirir İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı Firdovsi Ələkbərovun həbsi ilə bağlı yeni maraqlı detallar ortaya çıxıb. Bakucity.az xatırladır ki, sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib. Sözügedən şəxs özünü CIPDH-in Mərkəzi Asiya bürosunun rəhbəri kim...
Cəmiyyət
Təqsirkar barəsində akt və protokol tərtib olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu Badamdar qəsəbəsi İqor Ağayev küçəsi 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib. Nazirliyin mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub. Araşdırma zamanı ağacın dibini...
Hadisələr
Görüntülər Nəsimi rayonu ərazisində çəkilib. Bakıda təcili tibbi yardım maşını ilə xəstə əvəzinə tikinti materialları daşıyıblar. Bakucity.az Baku.ws-ə istinadən xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsində lentə alınıb. Bildirilir ki, maşına sement, tikinti materialları, plastik qapı-pəncərə çərçivəsi, pəncərə şüşəsi yükləyiblər. Həmçinin oxu: Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO Qeyd edək ki, bir...
Hadisələr
Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb. Bakucity.az Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü M.Quliyev yaşadığı evdə narkotik vasitənin yüksək təsirindən dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.  Bakucity.az
Cəmiyyət
Artıq yolun yeddi kilometri layihələndirilib Bakıda daha bir böyük yol layihəsinə start verilib.  Bakucity.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Belə ki, BNA rəsmisinin sözlərinə görə, paytaxtda velosiped yolunun yaradılması ilə bağlı işlərə başlanıb. M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakıda velosiped nəqliyyatının inkişaf etdirilməsi məqsədilə əsaslı şəkildə araşdırmalar ap...
Cəmiyyət
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb.  1991-ci il təvəllüdlü Q.Q. ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü N.X.-ya ağır xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Məktəbliyə yeni dərsliklər verilib Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelinanın məktəb problemi həll olunub. Bakucity.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov yayıb. O bildirib ki, Raskopa Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub: “Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məkt...
Kriminal
Firdovsi Ələkbərov özünə genral forması tikdirib. Bakıda Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı həbs edilib.  Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan F. Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) v...
Cəmiyyət
Bakıda “Titan” və “Rational” şirkətlərinin təşkilatçılığı ilə aşpazlar üçün master-klass təşkil olunub. Bakucity.az xəbər verir ki, 30-dan çox aşpazın iştirak etdiyi master-klass zamanı onlara müxtəlif bişirmə texnologiyaları – SmartCooking, buxarda bişirmə, qızartma, mərhələli bişirmə və s. proseslər haqqında əyani üsullarla seminar keçirilib. Aşpazlara nə üçün “Rational”ın dünya bazarında buxar konvektomatları arasında lider olduğu və müxtəlif istehsalat...
Cəmiyyət
Paytaxtın Qaradağ rayonunda daş karxanasında ölümlə nəticələnən yanğın olub. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, gecə saatlarında “Korgöz” daş karxanasında baş verən yanğında Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb. Ehtimala görə, yanğın daş karxanasının istirahət otağında başlayıb.  Qeyd edək ki, X.Nəzərov karxanada operator işləyib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Qəza nəticəsində bir nəfər xəsarət alıb Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakucity.az-a Bakı Nəqliyyat Agnetliyindən (BNA) bildirilib. Belə ki, Qaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Agnetlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə 2 minik avtomobilinin avtobusun...
Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı Sentyabrın 24-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakucity.az xəbər verir ki, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.  Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Bakucity.az
Cəmiyyət
Sürücünün sükan arxasında halı pisləşib Bakıda polislər sükan arxasında halı pisləşən xanım sürücünün həyatını xilas edib.  Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə “Əhmədli” metrostansiyası yaxınlığında qeydə alınıb.  Belə ki, hərəkətdə olan 90 PK 778 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün sükan arxasında halı pisləşib. Həmçinin oxu: Bakıda gənc qızı vurub öldürən şəxslə bağlı ilginc faktlar - FOTO + VİDEO Ərazidə xidmət aparan pol...
Mədəniyyət
Heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin Novruz bayramında qoyulması planlaşdırılır. Bakucity.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında heykəlin lahiyə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib. Heykəlin hazırlanması prosesinin başladığını qeyd edən Xalq rəssamı bildirib, “İçərişəhər” metrostansiyası qarşısında qoyulacaq heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib.  “Hazırda heykəlin işçi modelini haz...
Cəmiyyət
Azərbaycan Türkiyə pedeqoq və psixoloqlarının təkmilləşdirmə və inkişaf forumu Bakucity.az xəbər verir ki, 25-28 oktyabr tarixlərində “My production”tərəfindən Şüvəlan İstirahət və Sağlamlıq mərkəzində ilk defe psixoloq, pedaqoq və bu sahəyə marağı olan şəxslər üçün "Bakı inkişaf zirvəsi "adli təlim proqramı keçiriləcək. Təlimdə hipnozun sirrləri, davranış pozuntularının aradan qaldırılması, duyğularla işlemə, liderlik, içindəki güvvəni inkişaf etdirmə, k...
Hadisələr
Turist tanımadığı iki qızla hoteldə gecələyib Bakıda hotelə qız gətirən Pakistan vətəndaşının başına oyun gəlib. Bakucity.az Bakupost.az-a istinadən xəbər verir ki, İlyas Umer Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, ötən gecə saat 01:00 radələrində tanımadığı iki qızla qaldığı “Atlas” hotelə gəlib. Səhər yuxudan oyanan zaman İ.Umer görüb ki, 1300 ABŞ dolları və 650 BƏƏ dirhəmi olan pulu oğurl...
Cəmiyyət
Dörd hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə iki hərəkət zolağı istifadəyə verilib Bakının Nəsimi rayonu Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Papanin hospitalı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 7 ildir ki, bağlı olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Bu barədə Bakucity.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agen...
Kriminal
Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü Paytaxtın Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bakucity.az Trend-ə istinadən xəbər verir ki, rayonun Bilgəh qəsəbəsi, 28 may küçəsində, küçənin ortasında Abbasov Zakir Akif oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb. Hadisə yerindən 10 metr aralıda yerləşən elektrik transformatorunun kabinəsindən isə daha bir meyit aşkar edilib. İlkin araşdırma zamanı məlum olub ki, kabinədən...
Hadisələr
Vüsal Ağayevin vəziyyəti ağırdır Bakıda piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb. Bakucity.Az APA-ya istinadən xəbər verir ki, hadisə dörd gün bundan əvvəl Tofiq Bəhrəmov adına stadionun yaxınlığında baş verib. Stadion yaxınlığında xidmət aparan Əlahiddə Çevik Polis Alayanın əməkdaşı, 1987-ci il təvəllüdlü serjant Vüsal Ağayevi “Hyundai” markalı avtomobil vuraraq qaçıb. Həmçinin oxu: Bakıda sürücü tərəfindən söyülən yol polisi işdən çıxarıl...
Cəmiyyət
Sərginin baş sponsoru Kapital Bankdır 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək. Bakucity.az xəbər verir ki, Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik v...
Biznes
ABŞ-la müqayisədə Azərbaycanda yeni modellərin qiyməti iki dəfə bahadır Sentyabrın 10-da ABŞ-da təqdim edilmiş yeni “iPhone 11” artıq Bakıda satışa çıxarılıb. Bakucity.az-ın xəbərinə görə, Bakıda “iPhone 11” və 11 “iPhone 11 Pro Max” modellərinin qiyməti ABŞ-la müqayisədə kifayət qədər bahadır. Belə ki, sözügedən modellər ABŞ-da müvafiq olaraq 1700-1875 manata təklif olunur.  Azərbaycanda isə eyni modellər təxminən iki dəfə baha qiymətə satılır - “iPhone 1...
Cəmiyyət
Hadisə baş verdiyi zaman Gülgün işdən evə qayıdırdı Xəbər verdiyimiz kimi, sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb. Bakucity.az xəbər verir ki, Qafqazinfo qəzanı törədən şəxslə bağlı bir sıra məlumatlar əldə edib. Məsələ burasında...
Cəmiyyət
Ərazidə dörd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Bakı Şəhər İcra Hakimiyyətindən Bakucity.az-a verilən məlumata görə, layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadə...
Mədəniyyət
Teatr mövsümə “O olmasın, bu olsun” musiqili komediyası ilə start verib Sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü Üzeyir Hacıbəyli - XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyası ilə açdı.  Bakucity.az xəbər verir ki, dünən 63-cü dəfə (yeni quruluşda) təqdim olunmuş tamaşada Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist,...
Cəmiyyət
Kimlər tədbir görməlidir? Bakının mərkəzi küçələri günün qaranlıq saatlarında işıqlandırılsa da, təəssüf ki, bunu bütün yollara şamil etmək olmur. Ətraf qəsəbələrdə isə vəziyyət daha da acınacaqlıdır. Müəyyən ərazilər var ki, avtomobillərin intensiv hərəkət etdiyi yollarda belə işıqlandırma yoxdur. Və təbii ki, bu da həmin yollarda qəzaları qaçılmaz edir. Bakucity.az xəbər verir ki, ARB TV əməkdaşları məsələni araşdırmaq üçün üz tutublar Bakının işıqsız qa...
Cəmiyyət
Oxumaq, oxumaq, yenə də oxumaq... Bakının mərkəzi küçələrində çox sayda kitab mağazalarına rast gəlmək olur. Böyük əksəriyyəti dizaynı və kitablarının rəngarəngliyi ilə göz oxşayır. Bəs bu kitabların alıcısı nə qədərdir? Balacalar əsasən hansı kitablara üstünlük verir?  Bakucity.az-ın suallarını “Ali və Nino” kitab mağazasının satış üzrə meneceri Lalə Rəhmanova cavablandırdı: - Çox sevindirici haldır ki, artıq valideynlər öz uşaqlarına oyuncaqla yanaşı kit...
Hadisələr
Ölən şəxs sərxoş vəziyyətdə olub Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Yelsevic Yuri Aleksandroviç qəfildən prospekt ərazisinə çıxıb. Həmçinin oxu: Bakıda qırmızı işıqdan keçən xanım sürücü ağır qəza törətdi - FOTO “KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınsa da, Y.Yelse...
Cəmiyyət
Bakıda güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib Bakucity.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq: H...
Hadisələr
“KİA” və “Mercedes” markalı avtomobillər toqquşub Paytaxtın Nəsimi rayonunda Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az APA-ya istinadən xəbər verir ki, xanım sürücü idarə etdiyi “KİA” markalı avtomobillə işıqforun qırmızı işığından keçib.  Bu zaman o, işıqforun yaşıl işığından keçən Əli Abdullayevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan...
Cəmiyyət
Gömrük işçiləri xüsusi əməliyyat keçiriblər Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində saxlanıldığı qanunsuz anbarlar aşkarlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) Bakucity.az-a verilən məlumata görə, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənəd...
Cəmiyyət
Mehdi Səlimov təqaüdə göndərilib Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub.  Bakucity.az-ın xəbərinə görə, bu barədə Demokrat.az-ın saytı məlumat yayıb. Qeyd edilir ki, Mehdi Səlimov təqaüdə göndərilib.  Xatırladaq ki, Mehdi Səlimovu təhqir etdiyinə görə sürücü Fəxrəddin Nəsirov barəsində Nərimanov rayon...
Cəmiyyət
Qayda pozan piyadalara qarşı reyd keçirilib Bakıda qayda pozan piyadalara qarşı yol polisi profilaktik tədbir keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakucity.az-a məlumat verilib. Məlumata əsasən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə profilaktik tədbirlər həyata keçirib. Tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifl...
Cəmiyyət
Əməliyyat neçəyə başa gəlir? Rinoplastika Azərbaycanda ən çox müraciət edilən əməliyyat növüdür. Son zamanlar rinoplastikadan ölənlər barədə xəbərlər də tez-tez yayılır. Burunun estetik əməliyyatı daha çox hansı hallarda ölümlə nəticələnir? Pasiyent hansı müayinələrdən sonra əməliyyat olunur?  Bakucity.az-ın bu və digər suallarını “Baku Medical Plaza”nın plastik, estetik və rekonstruktiv cərrahı Rauf Kərimov cavablandırıb.  “30 min insandan birinin ölməsi...
Cəmiyyət
“DYP həmin yerdə “mini London” yaradıb” Bakıda sürücülər Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yerləşən körpünün yanında asfalt yola boya ilə çəkilmiş dairəvi yoldan narazıdırlar. Bakucity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, gecə saatlarında və ya yağışlı hava şəraitində tamamilə gözdən itən dairəvi yol sürücülər üçün qəza şəraiti yaradır. YPX əməkdaşlarının belə məhəl qoymadığı həmin dairəvi yolun nə üçün adəti şəkildə q...
Cəmiyyət
Sabaha gözlənilən hava proqnozu açıqlanıb Sentyabrın 21-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az xəbər verir ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Səhər saatlarında duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 18-20, günün birinci yarısında 21-25 dərəcə isti, axşam 17 dərəcəyə yaxın isti təşkil edəcək.  Atmosfer təzyiqi 755...
Hadisələr
Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib Bakıda taksi sürücüsü ilə yol polisi əməkdaşı arasında dava baş verib. Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Avtosfer.az saytı yayıb. Bildirilir ki, hadisə Niyazi küçəsindən sola Prezident Adminstrasiyası istiqamətində dönmək istəyən 1991-ci il təvəllüdlü, Orxan Məmmədli orda xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb.  Yol polisləri ona sağa hə...
Hadisələr
Sürücü işıqforun qırımızı işığına məhəl qoymayıb. Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, qırmızı işıqda yolayrıcına daxil olan “VAZ” markalı avtomobil sürətlə “Mercedes”ə çırpılıb.  Zərbənin gücündən “Mercedes” onunla paralel hərəkət edən avtomobilə dəyib. Qəzadan sonra qırmızı işıqda keçən maşının sürücüsü isə avtomobildən çıxmaqda çətinlik çəkib. Həmçinin oxu: Bakıda avtomo...
Cəmiyyət
“100 yaşımı da burada qeyd edəcəyəm” Bakıda restoranların birində endirim kampaniyası zamanı maraqlı hadisə baş verib. Bakucity.az xəbər verir ki, 91 yaşlı qadın “Papa John`s” restoranlar şəbəkəsində “Yaşın qədər % endirim – Ad günündə bizimlə ol” adlı kampaniyadan yararlanıb. 1928-ci il təvəllüdlü Fəxrəndə Sadıqova sentyabrın 19-da doğum günündə restorana gəlib və 91% endirim alıb. F.Sadıqovanın bu yaşda restorana gəlib kampaniyadan istifadə etməsi digər...
Cəmiyyət
Mirqafar Seyidov müvafiq əmrlər imzalayıb Paytaxtın bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub. Bakucity.az xəbər verir ki, polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai RPİ-nin 34...
Hadisələr
Polis xüsusi əməliyyat keçirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda bir qrup oğrunu zərərsizləşdiriblər. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinləri əvvəllər Rusiyada məhkum olunmuş 1980-ci il təvəllüdlü Xəlilov Cavid Mürşüd oğlu, əvvəllər oğurluğa görə mühakimə olunmuş 1995-ci il təvəllüdlü Musayev Nail Cəmil oğlu və Göyçay rayon sakini 1989-cu il təvəllüdlü Qəhrəmanov Elgün Za...
Kriminal
“Özümü müdafiə edirdim” Bakıda 70 yaşlı qayınanasını döyərək öldürən Mədinə Şıxabdulova hadisənin təfərrüatını açıqlayıb. Bakucity.az Xəzər TV-yə istinadən məlumat verir ki, cinayət hadisəsi ötən gün paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib. 70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət...
Hadisələr
Qəza zamanı daha iki nəfər yaralanıb Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.  Səhiyyə Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi (Kirov dairəsi adlandırılan) ərazisində qeydə alınıb.  Qəza zamanı “VAZ 2106”lə “Mercedes” markalı avtomobil toqquşub. Nəticəsində “VAZ 2106”nı sürücüsü 79 yaşlı Hidayət Fəttahov aldığı xəsarətlərdən hadisə yerində keçinib.  Onun həyat yoldaşı 71 yaşlı Fəttahova Ətayə Nuhba...
Hadisələr
Piyada üzrxahlıq etmək əvəzinə özünü haqlı çıxartmağa çalışıb Bakıda yol hərəkəti qaydaları kobud şəkildə pozan piyada həbs edilib.  Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Məmmədli Heydər Əliyev prospektində qadağan olunmuş yerdən yolu keçib. Yol polisinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayan piyada həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb. Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürüc...
İdman
Avropa Liqasının qrup mərhələsinə start verilir Bu gün, sentyabrın 19-da, Azərabaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. Həmçinin oxu: “Sevilya” Bakıdadır – Anşlaq olacaq – VİDEO Qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq. Azarkeşlər altıncı dəfə Avropanın yaşıl meydanlarında mübarizə apar...
Hadisələr
Hadisə müşahidə kamerasına düşüb Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Baku.ws saytı yayıb. Qeyd olunur ki, oğurluq hadisəsi ötən gün Yasamal rayonu, İzmir küçəsi 7 A ünvanında yerləşən “Zoo” mağazada qeydə alınıb. Həmçinin oxu: Mahir Emrelinin evindən külli miqdarda pul oğurlandı Mağazanın sahibi Cəmil Həmidov bildirib ki, mağazaya daxil olan iki nəfər bir neçə dəfə oğurluq ediblər. Bel...
Mədəniyyət
Nizami Kino Mərkəzində  bir-birindən maraqlı filmlər nümayiş olunacaq Bakucity.az xəbər verir ki, 23 sentyabr saat 19:00-da Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rusiya filmləri həftəsinin açılış mərasimi keçiriləcək. Açılış mərasimində  Rusiya  kinematoqrafiy...
Cəmiyyət
Qida Təhlükəsizlik Agentliyi araşdırma aparır Bakıda məşhur “BİR-İKİ” dönərxanada baş vermiş zəhərlənmə hadisəsi ilə əlaqədar bağlanıb. Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.  Agentliliyn əməkdaşları hazırda faktla bağlı araşdırma aparırlar: “İctimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun...
Mədəniyyət
Biletlərin qiyməti 6-10 manat arsında dəyişir Sentyabr ayının ikinci yarısında teatrlarda mövsüm açılışı olacaq. Bu gün az sayda olsa da, teatr həvəskarları var, ən azından teatr salonları üçün nəzərdə tutulmuş yerlər dolu olur. Lakin mövzu incəsənət, mədəniyyət olanda tamaşaçı heç vaxt bəs deyil.  Maraqlıdır, görəsən, teatrın əməkdaşları bu haqda hansı fikirdədirlər? Mövsüm açılışı hansı teatrlarda, nə zaman və hansı tamaşalarla olacaq? Akademik Milli Dra...
Cəmiyyət
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yaydı Bakıda 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur.  Bakucity.az həmin küçələrin siyahısını təqdim edir: Məzahir Rüstəmov küçəsi – 1.4 km; Qaçaq Nəbi küçəsi – 0.7 km; Əliağa Şıxlinski küçəsi – 1.9 km; Oksigen küçəsi – 0.6 km; Natiq Əliyev küçəsi – 0.15 km; İzzət Orucov küçəsi – 0.4 km; İnqlab İsmayılov küçəsi – 4 km; Kamandar Əhmədov küçəsi –...
Biznes
Konqres “Bakı Bulvar Otel”də baş tutacaq Pərakəndə sektorunun səbirsizliklə gözlədiyi "Beynəlxalq Pərakəndə Konqres"i “FA International Trade Events” MMC-nin təşkilatçılığı ilə  21-23 noyabr tarixlərində ölkənin ən böyük konfrans oteli olan “Bakı Bulvar Otel”də keçiriləcək.   Tədbirin direktoru Aytən Hüseynlinin Bakucity.az-a verdiyi məlumata görə, konqres əsas missiyası pərakəndənin aktiv və önəmli oyunçuları arasında qurulan biznes əlaqələrini gücləndirm...
Cəmiyyət
Sürücü işıqforun qırmızı işığına məhəl qoymur Bir neçə gün əvvəl Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Criminal.az saytı yayıb. Xatırladaq ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25...
Cəmiyyət
Sabaha olan ahva proqnozu Sentyabrın 20-də Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az xəbər verir ki, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-21, gündüz 26-28 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq. Bakucity.az
Kriminal
70 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb Paytaxtın Xətai rayonu, Telnov küçəsində qətl hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspe...
Siyasət
Yerli sakinlər etiraz ediblər Paytaxtın Sabunçu rayonunun Maştağa Məşədi Əzizbəyovun büstü götürülüb. Bakucity.az xəbə verir ki, buna səbəb yerli sakinlərin etirazı olub. Ssakinlər bolşevik olmuş M.Əzizbəyovun büstünün Firuz Bayramov adına 22 saylı orta məktəbin yanında olmasını düzgün saymırdılar. Xatırladaq ki, bir neçə il paytaxtın Əzizbəyov rayonu Xəzər, “Məşədi Əzizbəyov” metrostansiyası “Koroğlu” adlandırılıb. M.Əzizbəyovun Hüseyn Cavid və Parlament...
Mədəniyyət
İncəsənət, şou-biznes, dəb aləmi və iş sferasının ən yaxşıları seçiləcək “Word Beauty Congress” (Dünya Gözəllik Konqresi) unikal ümumdünya mükafatı "Most Fashionable Awards 2019"-u təqdim edir. Bununla bağlı Bakucity.az-a təşkilat komitəsinin sədri Zamir Hüseynov məlumat verib. Onun sözlərinə görə, mükafatın Azərbaycan üzrə “Top 5”liyin seçimi noyabrın axırı Bakıda keçiriləcək: “Mükafatın məqsədi bütün dünyada öz sahəsi üzrə professional olan ən uğurlu v...
Biznes
Sərgi 22-25 oktyabrda Bakı Ekspo Mərkəzində təşkil olunacaq. 22-25 oktyabrda Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgisi baş tutacaq.  Bakucity.az xəbər verir ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının...
Cəmiyyət
“Bizim şəhər piyadalar üçün deyil” “Mən ailəmi ictimai nəqliyyata etibar etmirəm. Yaşadığım qəsəbədə üç marşrut var - biri “BakuBus”, digər ikisi daşıyıcılardır və mən onlara heç vaxt ailəmi etibar edə bilmərəm.   Bakucity.az xəbər verir ki, bu sözləri yol hərəkəti üzrə ekspert Tural Yusifov İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib. Aparıcı bildirib ki, əgər Bakı şəhərində tıxacsız, stressiz yol istəyirsinizsə, ilk növbədə icti...
Cəmiyyət
Bəzi sərnişinlərin vəziyyəti pisləşib “Bakı Metropoliteni”nin yeni təmirdən çıxan “Xətai” metrostansiyasında eskalator xarab olub.  Bakucity.az xəbər verir ki, sosial şəbəkələrdə bu barədə görüntülər yayılıb. Kadrlarda insanların eskalatorla piyada qalxdığı görünür. Bu sərnişinlərin narazılığına səbəb olub, onlardan bəzilərinin halı pisləşib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, eskalatorlar qısa zaman kəsi...
Kriminal
Yaralının vəziyyəti ağırdır Paytaxtın Nəsimi rayonunda Azadlıq prospektində bıçaqlanma hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həmçinin oxu: Bakıda qanlı gecə - Metronun qarşısında kütləvi dava düşdü Həkimlərin verdiyi məlumata görə, ona 7 bıç...
Cəmiyyət
“Opel” və “Volkswagen” toqquşub. Paytaxtın Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza zamanı “Opel” və “Volkswagen” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 99 GF 922 dövlət nömrə nişanlı “Opel” aşıb.  Ölən və xəsarət alanlar bağlı məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır. Həmçinin oxu: Bakıda yolu keçən piyadanı avtomobil vurub öldürdü - VİDEO Bakucity.az
Hadisələr
Sürücü məsuliyyətə cəlb olunub Sosial şəbəkələrdə sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilib. Bakı Şəhər Baş Polis İdarəsindən Bakucity.az-a verilən məlumata görə, F.Nəsibov Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə məsul...
Hadisələr
Sürücülər arasında yol üstündü mübahisə dava ilə bitib. Paytaxtın Nəsimi rayonunda metronun “Memar Əcəmi” stansiyası yaxınlığında kütləvi dava baş verib. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəyə səbəb Bayramov Tural Fərhad oğlu idarə etdiyi “BMW X5” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “Daewoo Centra” markalı avtomobilə yol verməməsi olub. Sürücülər arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib. Həmçinin oxu: Bakı met...
Hadisələr
Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib. Bakucity.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ)...
Biznes
Ekspert "Baxış bucağı"nda bəzi təşəbbüslər irəli sürüb İqtisadçı ekspert, “VXA AUDİT” şirkətinin direktoru Elçin Qurbanov Bakucity.az-ın  qonağı olub. E.Qurbanov saytımıza verdiyi müsahibəsində Azərbaycanda vergi sahəsində aparılan islahatlar, vergi mədəniyyətinin indiki vəziyyəti, həmçinin vergi inzibatçılığının aparılmasında görülən işlərdən danışıb və vergi sahəsi ilə bağlı bəzi təşəbbüslər irəli sürüb. Sözügedən müsahibəni izləyicilərimizə təqdim ediri...
Cəmiyyət
Bu il paytaxtda 2508 ailə dağılıb Statistikaya görə, bu ilin ilk yarısında ölkə üzrə ümumilikdə 8 min 257 boşanma rəsmiləşib ki, bunun da 2508-i Bakıda qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, ailələr əsasən qarşılıqlı anlayış olmadıqda dağılır. Boşanmalar isə daha çox uşaqlara zərər vurur. Maraqlıdır, münaqişəli ailələrin məcburi davam etməsi, yoxsa nikahın pozulması uşaqlara daha çox zərər verir?  Bakucity.az bu və digər suallara cavab almaq üçün “İ...
Cəmiyyət
Sərginin baş sponsoru “Kapital Bank”dır 10-12 oktyabrda Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək.  Bakucity.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.  Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta...
Cəmiyyət
“Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi” Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.  Bakucity.az-ın APA-ya istinadən xəbərinə görə, ittihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülg...
Cəmiyyət
“Bütün söyüşlər özümə qayıtsın” Bakıda yol polisini ağır söyüşlərlə təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.  Bakucity.az xəbər verir ki, sürücünün üzrhaqlıq videosu sosial şəbəkələrdə yayılıb. “Yol polisi əməkdaşı məni saxladı və taksi lisenziyası olmadığına görə cərimə yazdı. Protokolu götürüb maşına tərəf gedəndə özümdən çıxdım. Geri qayıdıb yol polisi əməkdaşını təhqir etdim. Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürü...
Cəmiyyət
2019-cu ilin payızında Bakı sakinləri necə geyinəcklər?  Hər bir mövsümün öz rəng palitraları var, və bu rənglər dizaynerlərin yeni kolleksiyalarının trend tonlarına diktə edir. Bundan əlavə mövsümdən mövsümə geyimin tərzi, forması və keyfiyyətini dəyişir. Dizayner  və “Noora” brendinin təsisçisi Nurlana Allahverdiyeva bu payızın dəbi haqda Bakucity.az-a danışıb.  Modelyer bildirir ki, geyimin əsas və başlıca elementi rənglərin və aksesuarların müxtəlifliy...
Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.  Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Bakı metrosunda çəkilən bu videosu izlənmə rekordları qırır Bakı metrosunda çəkilən maraqlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bakucity.az baku.ws-ə istinadən xəbər verir ki, sərnişin qatara mindikdən sonra mahnı ifa etməyə başlayıb.  Onun bu hərəkəti digər sərnişinləri təəccübləndirib.  Sosial şəbəkələrdə yayılan video minlərlə baxış toplayıb. Bakucity.az
Hadisələr
Hadisənin təfərrüatı araşdırılır Paytaxtın Nərimanov rayonunda yol polisi əməkdaşını təhqir edən sürücü saxlanılıb. Bakucity.az-ın xəbərinə görə, hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılandan sonra geniş müzakirəyə səbəb olub. Videoda yol polisi əməkdaşı taksi sürücüsünə cərimə yazır, sürücü isə bu zaman onu ağır formada təhqir edir. Bakucity.az
İdman
“Qarabağ”ın oyununa 28 min bilet satılıb Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşacaq “Sevilya” futbolçuları ötən gün Bakıya gəliblər. Bakucity.az xəbər verir ki, İspaniya təmsilçisi bu gün oyunöncəsi ilk məşqinə çıxacaq. “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:55-da səslənəcək. Qeyd edək ki, oyuna maraq çox böyükdür. Qarşıla...
Cəmiyyət
Ölən şəxsin üzərində heç bir sənəd tapılmayıb. Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının qarşısında qeydə alınıb. Piyadalar üçün təyin edilməmiş yerdən yolu keçmək istəyən 45-50 yaşlı kişini Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili vurub. Həmçinin oxu: “Maserati” ilə qızı vurub öldür...
Hadisələr
“Onu xəstəxanaya necə çatdırdığımı da bir Allah bilir”.  Paytaxtın Nərimanov rayonunda  “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb.  Bakucity.az-ın məlumatına görə, Elvin Qasımzadə Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır: “Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınım...
Hadisələr
Pilot ağır xəsarət alıb Ötən həftə paytaxtın Badamdar qəsəbəsində helikopter qəzası baş verib. Bakucity.az Aftosfer.az-a istinadən xəbər verir ki, hadisə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən “Naftalan” istirahət mərkəzinin üst tərəfində kiçik aerodromda qeydə alıb. Qəza zamanı pilot ağır xəsarət alıb.  Bildirilir ki, təlim zamanı pilot idarəetməni itirib, və helikopter yanı üstə yerə çırpılıb.  Həmçinin qeyd olunur ki, parça-parça...
Kriminal
Oğurluq edən şəxslər mənzilə pəncərədən daxil olublar Futbol üzrə “Qarabağ” klubu və Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bakucity.az Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir. Həmçinin oxu...
Hadisələr
Avtomobil Elvin adlı şəxsə məxsusdur Paytaxtın Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bakucity.az Report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı “Gənclik” metrostansiyası yaxınlığında yolu keçərkən “Maserati” markalı 10-XE-011 dövlət qeydiyyat nişanlı avtomobil vurub. Sürücü hadisədən sonra yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. “Qafqazinfo”...
Hadisələr
YPX əməkdaşı susmağa üstünlük verib Bakıda yol polisi və sürücü arasında baş verən mübahisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Kadrlara əsasən, yol polisi əməkdaşı taksi sürücüsünə cərimə yazır. Sürücü isə bu zaman YPX əməkdaşını ağır formada təhqir edir. İş başında olan yol polisi əməkdaşı susmağa üstünlük verib. Bakucity.az
Kriminal
Bakıda bıçaqlanma kameraya düşdü Paytaxtın Nərimanov rayonunda iki nəfərin mübahisəsi bıçaqlanma ilə yekunlaşıb. Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Baku.ws saytı yayıb. İnsidentin “Şəki” restoranı yaxınlığında baş verdiyi bildirilir. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə açıqlamasında hadisənin sentyabrın 11-də baş verdiyini qeyd edib. Onun sözlərinə görə, mübahisə zamanı bıçaqla...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?