usd:
1,70 ₼
eur:
1,91 ₼
Bu gün
+26... 31 °С
Buludsuz, yağmursuz
Sabah
+27... 31 °С
Buludsuz, yağmursuz
Bu gün
+26... 31 °С
Buludsuz, yağmursuz
Sabah
+27... 31 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. R. Bayramlının sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7  nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir?  Xəbər verdiyimiz kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul s...
Kriminal
Bakıda 200 kiloqrama yaxın at əti aşkarlanıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 200 kq-a yaxın at əti aşkarlayıb. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricil...
Cəmiyyət
Azərbaycanda yay fəsli ilə bağlı iş sektorunda kütləvi məzuniyyətə çıxmalara başlanılıb. Koronavirus pandemiyasına görə beynəlxalq uçuşlar dayandırılıb, ölkənin sərhədləri bağlıdır, vətəndaşlar xaricə səfər edə bilmir. Daxildə isə artıq 15 ərazi vahidində sərt karantin rejimi tətbiq edilir. Bəs görəsən Bakıda işləyib rayon qeydiyyatı olan və məzuniyyətə çıxan şəxslər bölgələrə səfər edə bilərmi? BakuCity.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin...
“Valyuta bazarında təlatüm yaşanarsa, növbəti il üçün bütün məsələlərə yenidən baxmaq zərurəti yaranacaq”. BakuCity.az xəbər verir ki, bunu koronavirus pandmeiyasının ölkə iqtisadiyyatına vurduğu zərərlərə münasibət bildirən iqtisadçı Pərviz Heydərov deyib. P. Heydərovun fikrincə, hazırki şəraitdə proqnozlaşdırılan büdcə gəlirləri ciddi təzyiq altındadır: “Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın məbləğini dəqiq söyləmək hələ mümkün deyil. Proses...
Cəmiyyət
Koronavirusla bağlı test verən şəxslərin analizlərinin "E-TƏBİB" proqramı vasitəsilə alınmasında problem yaşanıb. BakuCity.az xəbər verir ki, test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır. E-tebib layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında faktı təstiqləyib. F. Niftəliyev bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür: "Əsli...
Ekologiya
Bakıda 4 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 30-34, Bakıda gecə 21-23, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəc...
Kriminal
Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.   BakuCity.az xəbər verir ki, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib. Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından o...
Cəmiyyət
Sabah Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək. Sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. "Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən cidd...
Cəmiyyət
Sabahdan market və apteklər işləyəcək? Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.  BakuCity.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması və virusun törədə biləcəyi fəsadların min...
Cəmiyyət
Türkiyədən çox sayda həkim koronavirusa görə Azərbaycana gətirilib. “Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil alan 19 azərbaycanlı həkimi ölkəmizə gətirib. BakuCity.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev AzərTac-a müsahibəsində bildirib ki, TƏBİB-in prioritet məqsədlərindən biri də xarici ölkələrdə tibbi təhsil almış həkimləri...
Cəmiyyət
Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb. BakuCity.az xəbər verir ki, bu dərman preparatları ilk növbədə Belarusa idxal olunacaq. Bundan başqa, "Avifavir"in Qazaxıstana ixracının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bir sıra Latın Amerikası ölkəsi ilə danışıqlar aparılır. Qeyd edək ki, "Avifavir" may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiq edilib. Bundan...
Cəmiyyət
Sərt karantin rejimi iyulun 20-dək uzadılıb. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və  Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. BakuCity.az xəbər verir ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Go...
Kriminal
Bakıda qanunsuz fəaliyyət göstərən içki sexi aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində yoxlama keçirib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də...
Kriminal
Bakıda sərt karantin rejimini pozan növbəti obyekt aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları Nəriman Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində karantin qaydalarına zidd olaraq keçirilən məclisin qarşısını alıb. BakuCity.az xəbər verir ki, paytaxt polisindən məlumata görə, kafe sahibinin dostu doğum gününü qeyd etmək üçün tanışlarını ora dəvət edib və məclis təşkil ediblər. Polisin əməliyyatı zamanı məclisin 27 i...
Kriminal
Bakının Qaradağ rayonunda dəhşətli hadisə baş verib. BakuCity.az xəbər verir ki, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində qadın özünü binadan yerə atıb.  1991-ci il təvəllüdlü Babayeva Nuridə Əlirza qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə zamanı özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (apa) BakuCity.az
Cəmiyyət
Dünyada koronavirusa yoluxma hallarının sayı 10,3 milyonu keçib, 506 mindən çox insan vəfat edib. BakuCity.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adрanom Qebreyesus bildirib. Baş direktorun qeyd etdiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatına 10,3 milyondan çox yoluxma halları, 506 mindən çox insanın öldüyü haqqında məlumatlar gəlib. T.A.Qebreyesus bildirib ki, son bir həftə ərzində...
Biznes
İyulun 4-də Bakıdan İstanbula əlavə xüsusi reys yerinə yetiriləcək. Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək. Bu barədə BakuCity.az-a Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib. Aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb. Bakı-İstanbul-Bakı istiqamətində uçuş “Airbus A320” təyyarəsində ekonom sinifdə 168 sərnişin nəzərdə tutu...
Ekologiya
Bakıda 3 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm...
Cəmiyyət
Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BakuCity.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inziba...
Cəmiyyət
İyulun 2-si Azərbaycanda Polis Günüdür. BakuCity.az xatırladır ki, bu gün Azərbaycan Polisinin yaranmasından 102 il ötür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1...
Cəmiyyət
Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq. Qeyd edək ki, Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul a...
Kriminal
Azərbaycanda fəaliyyət göstərən bir sıra obyektlərdə karantin qaydaları kobud şəkildə pozulub. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. AQTA-dan BakuCity.az-a verilən m...
Hadisələr
Bakıda mənzildə qadın meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.  BakuCity.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Nəcəfova Elmira İsmayıl qızının meyi...
Kriminal
Paytaxtın Səbail rayonunda Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb. Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. BakuCity.az xəbər verir ki, təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan...
Cəmiyyət
Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq. Qeyd edək ki, Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul a...
Ekologiya
Bakıda 2 iyulda gözlənilən hava şəraiti açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23,  gündüz 29-33, Bakıda  gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq....
Kriminal
Bakıda taksidə müştəri qarət edilib. BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək, mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum...
Kriminal
Nərimanov və Binəqədidə ətrafı zibilləyən şəxslər cərimələniblər. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçiriblər. BakuCity.az xəbər verir ki, bununla bağlı DİN məlumat yayıb. Məlumata görə, reydlər zamanı Nərimanov r...
Biznes
Ticarət mərkəzləri və restoranlar ayın 5-də açılacaq? “Koronavirus infeksiyasına yoluxmaların çox olduğu inzibati ərazilərdə tətbiq olunmuş sərt karantin rejimi sayəsində yoluxmaıarın dinamikası sabitləşib. Amma gündəlik yoluxanların sayının 500-ün üstündə qalması, narahatlıq doğurur”. BakuCity.az xəbər verir ki, bunları millət vəkili Azər Badamov karantin qaydalarının daha da sərtləşdirilməsi ilə bağlı danışarkən deyib. A. Badamov bildirib ki, yoluxma say...
Biznes
Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. BakuCity.az xəbər verir ki, ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır.  "Bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışı dayandırılmışdı. Firmalar dünəndən bizə siqaret vermirdilər. Buna görə ehtimal edirdik ki, qiymətlər artacaq. Çünki, topdansatış mərkəzləri həmişə qiymət artımından 2-3 gün əvvəl satışı dayandırırlar", - deyə pərakəndə siqaret satıc...
Cəmiyyət
DİN-in İdman Cəmiyyətinin Regional Qrumuna baş inspektor təyin olunub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qrumuna baş inspektor təyin olunub. BakuCity.az xəbər verir ki, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin Olimpiyadasının mükafatçısı Mövlud Mirəliyev təyin edilib. Qeyd edək ki, bu günlərdə olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi də verilib. BakuCity.az
Cəmiyyət
Xüsusi tədbirlər planı tərtib edilib. “Xüsusi tədbirlər planı tərtib edilib. Bu plana görə, Mərkəzi Bank kommersiya banklarına istehlak kreditləri üzrə ödənişlərin, xüsusən pandemiyanın təsir etdiyi sektorlar üzrə çalışan vətəndaşlar üçün sentyabr ayının 30-dək təxirə salınması və ya cərimə faizinin və dəbbələrin hesablanmamasını tövsiyə edilib”. BakuCity.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov belə deyib. V.Bayramlı qeyd edib ki, prosesin tənzimlə...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında, Xırdalanda qeydə alınıb. Sürücü, 26 yaşlı Nəbiyev Racib Nəriman oğlu idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, sürücü isə xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əziyi diaqnozları qoyulub. (report) BakuCity.az
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü İmanova Zərifə Qənaət qızını vurub. Yaralı uşaq təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Qadağanın müddəti sentyabrın 1-dək uzadılıb. Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan...
Cəmiyyət
Buraxılış imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi (DİM) 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. DİM-dən BakuCity.az-a verilən məlumata görə, imtahanda iştirak edənlər DİM-in internet saytına (http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov ) olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imta...
Cəmiyyət
Azərbaycanda dərman qıtlığı var? “Nəticəsi pozitiv çıxan şəxslər SMS icazə ilə çölə çıxa bilmirlər. Yeni yaradılan sistem buna imkan vermir”. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Y.Qarayeva qeyd edib ki, kimsə xəstədirsə, test verməyibsə və nəticəsini bilmirsə, məsuliyyət...
Cəmiyyət
Azərbaycanda koronavirusdan daha 7 nəfər ölüb. Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 7 nəfər ölüb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az
Cəmiyyət
Karantin rejimi həyat tərzinizdə nələri dəyişdi? Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunur. BakuCity.az xəbər verir ki, karantin rejimi bəzi sahələrin işinə, eləcə də insanların yaşayış tərzinə təsirsiz ötüşmür. Bu dövrdə evdə oturmaqla bəzilərimiz maddi cəhətdən qənaətçil olmağı da öyrənmiş olduq. Bəs başqa hansı vərdişlərə yiyələndik? "Report" bununla bağlı paytaxt sakinlərinin fikirlərin...
Cəmiyyət
Çinli alimlər donuzlardan insanlara ötürülə bilən və pandemiya riski daşıyan yeni qrip virusu aşkar ediblər. 2011-2018 illər arasında donuzlarda qrip viruslarını araşdıran bir qrup çinli alim G4 EA H1N1 adı verilən yeni virus üzə çıxarıb. BakuCity.az xəbər verir ki, insanlara ötürülə və tənəffüs yollarında çoxala bilən yeni virus, 2009-cu ildə Meksikada ortaya çıxan və dünyada təxminən 800 min insana yayılan “donuz qripi” kimi tanınan H1N1 virusu ilə oxşar...
Kriminal
Azərbaycanda oğluna kiçik toy məclisi təşkil edən ata həbs olunub.  Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tdbirlər görür. BakuCity.az xəbər verir ki, iyun ayının 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı övladı üçün kiçik toy məcl...
Kriminal
Azərbaycanda axtarışda olan 23 nəfər tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində respublikanın daxili işlər orqanları tərəfindən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılıb. (report) BakuCity.az
Ekologiya
Bakıda 1 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22,  gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi...
Cəmiyyət
Azərbaycanlı həkim Zülfüqar Yusifov Covid-19 barədə inanılmaz fikirlər irəli sürüb. "Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik olmasını nəzərə alaraq, onun vaksinini tapmağa çalışıblar. O zaman SARS-ı laboratoriya şəraitində mutasiyaya uğradıblar, ancaq saxlaya bilməyiblər və yayılıb". BakuCity.az xəbər verir ki, bunu tanınmış həkim Zülfüqar Yusifov d...
Cəmiyyət
"Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin". Əksepidemik tədbirlər konkret epidemiya mənbəyinə fokuslanmalıdır. Bu gün Bakıda əsas epidemik ocaqlar müəyyən edilib söndürülməlidir.  BakuCity.az xəbər verir ki, bunu Milli Məclsin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. M. Quliyevin fikrincə, diqqət daha çox marketlərə, apteklərə, metroya və avtobuslara yönəlməlidir: "Bu gün bir neçə market və aptekdə müşahidə apardım. M...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxan 36 xəstə süni tənəffüs cihazına qoşulub. Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 525-ə çatıb. BakuCity.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7 393-ə bərabərdir. Xəstələrdən 213 nəfə...
Cəmiyyət
Covid-19 ilə əlaqədar ağciyərlərini kompüter tomoqrafiyası (KT) etdirən insanların sayı çoxalıb. Koronavirus ən çox ağciyərlərə zərər vurur və bu da kompüter tomoqrafiyasında aydın görünür. Ancaq məsələ burasındadır ki, özündə koronavirusun simptomlarını hiss etməyən insanlar belə bu müayinədən keçmək istəyirlər. BakuCity.az xəbər verir ki, bu barədə həkim-radioloq Səyyarə Hüseynova məlumat verib. "Heç bir simptomu olmayan şəxslər də kompüter tomoqrafiyası...
İdman
"Zirə Peşəkar Futbol Klubu"nun xalis mənfəəti 34% artıb. "Zirə Peşəkar Futbol Klubu" MMC 2019-cu ili 57 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2018-ci illə müqayisədə təxminən 34% çoxdur. BakuCity.az xəbər verir ki, bununla bağlı Klubun maliyyə hesabatında məlumat yer alıb. Belə ki, ötən il "Zirə Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 4 milyon manatdan çox (əvvəlki ilə nisbətən təxminən 15% çox), əməliyyat xərcləri 4 milyon manata yaxın (yenə...
Cəmiyyət
Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir. BakuCity.az xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında danışıb: “Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”. Belarus prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiuyasi və iqtisadi rəqabət...
Cəmiyyət
Azərbaycanda koronavirusdan daha 8 nəfər vəfat edib. Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən ed...
İdman
"Zirə" klubundan ayrılacaq futbolçuların adı dəqiqləşib.  BakuCity.az xəbər verir ki, qəsəbə təmsilçisi rumıniyalı müdafiəçi Adrian Skarlatake ilə yollarını ayıracaq. Buna səbəb rumıniyalı müdafiəçinin 34 yaşının olmasıdır.  "Zirə" fransalı legioner Şafiq Tiqrudja, serbiyalı müdafiəçi Yovan Krneta, perulu müdafiəçi Alvaro Ampuero və monteneqrolu müdafiəçi Miloş Bakraçın da müqaviləsini yeniləmək istəmir.  Qapıçı Orxan Sadıqlı da baş məşqçi Zaur Həşimovun p...
Cəmiyyət
Azərbaycanda tibbi maska taxmamağa görə cərimələr artırılıb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələrin artırılması təklif edilir. BakuCity.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, pand...
Cəmiyyət
8103 SMS icazə sistemi ilə bağlı daha bir dəyişiklik edilib. BakuCity.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib. E. Niftəliyevin sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq: "Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində...
Ekologiya
Bakıda 30 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 27-31, Bakıda gecə 19-21, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəc...
Cəmiyyət
Koronavirus (Covid-19) pandemiyası ilə bağlı Azərbaycan tamaşaçısına hələ 2013-cü ildə məlumat verilib. BakuCity.az xəbər verir ki, fəaliyyəti dayandırılmış ANS TV-nin "Xəbərçi" proqramında hələ 2013-cü ildə karonavirusla bağlı süjet yayımlanıb. Süjetdə koronavirusun Mers növündən və iki nəfərə yoluxduğundan söz açıqlıb. Mers növündən əvvəl Sars yayılmışdı.  Son altı ayda yüz minlərlə insanı öldürən, on milyona yaxın insana yoluxan virus isə koronavirusun...
Cəmiyyət
İyunun 5-dən sonra sərt karantin rejimi uzadılır? Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub. BakuCity.az xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mü...
Kriminal
Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən aşağı atıb. BakuCity.az xəbər verir ki, hadisə Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qeyri-qanuni fəaliyyət göstərən restoranda polisin reyd apardığı zaman qeydə alınıb. Belə ki, bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə e...
Cəmiyyət
ÜST 5G mobil şəbəkələrin COVID-19-u yaymasına münasibət bildirib. COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. BakuCity.az xəbər verir ki, bununla bağlı Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama verib. Bildirilib ki, virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz. BakuCity.az
Cəmiyyət
"Test nəticəsi neqativ olan, amma ağciyərlərdə buzlu şüşə effekti yaranan şəxslərin yoluxdurma ehtimalı var". BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real İntervyu"nun qonağı olarkən deyib. "Bu şəxslər də Covid-19 xəstələri kimi ətrafdakılar üçün təhlükəli hesab olunurlar. Bu şəxslər ev şəraitində izolyasiya oluna bilməz. Buzlu şüşə sindromu varsa, onlar mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şər...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. BakuCity.az xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir. Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir. Sonrakı yerlərdə 15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizi Lənkəran, 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlı...
Cəmiyyət
Karantin qaydalarının pozulmasına görə cərimələrin məbləğinin artırılması gündəmə gəlib. BakuCity.az xəbər verir ki, məsələ sabah Milli Məclisdə müzakirə olunacaq. Qeyd edək ki, hazırda tibbi maskadan istifadə etməyən fiziki şəxslər 50,vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. BakuCity.az
Ekologiya
Bakıda 29 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 25-29, Bakıda gecə...
Cəmiyyət
Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq. BakuCity.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiqləyib. Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası...
Cəmiyyət
Koronavirus (Covid-19) peyvəndinin təhlükəli nəticələri açıqlanıb. Rusiyalı tibb elmləri doktoru, professor Mixail Kostinov xəbərdarlıq edib ki, koronavirusa qarşı peyvənd testlərində iştirak edən şəxslər bir sıra təhlükəli simptomlardan ehtiyat etməlidirlər. BakuCity.az xəbər verir ki, bu barədə mütəxəssis "Sputnik” radiosuna danışıb. Mixail Kostinovun sözlərinə görə, orqanizmin peyvəndə mülayim reaksiya verməsi hərarətin 37,5 dərəcəyə, normal halda 38,5...
Cəmiyyət
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəis müavini təyin edilib. Qeyd edək ki, V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub. Xatırladaq ki, ilk xəbəri strateq.az saytı yazıb. BakuCity.az
Cəmiyyət
Bəhram Bağırzadənin son vəziyyəti açıqlanıb. “Bəhram Bağırzadənin son vəziyyətində müəyyən müsbət dinamika qeyd edilir, lakin ağır olaraq qalır və təyinat üzrə müalicələr davam etdirilir”. BakuCity.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalic...
Cəmiyyət
Bakıdan çıxmaq istəyən AA seriyalı avtomobil geri qaytarılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq Bakıdan çıxmağa cəhd göstərən AA seriyalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan karantin postundan keçmək cəhdinin qarşısı alınıb. BakuCity.az xəbər verir ki, 90 AA 181 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobil Bakı-Quba yolunun 52-ci kilometrliyində quraşdırılan karantin keçid postunda saxlanılıb və həmin nəqliyyat vasitəsi geri qaytarı...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma şübhəsi ilə test verməyən şəxsə evdə təcrid olunmasının mütləqliyi ilə bağlı SMS göndərilib. BakuCity.az xəbər verir ki, bununla bağlı Fəxri Ağayev adlı şəxs sosial şəbəkəsində paylaşım edib. Həmin şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahdan nömrəsinə mesaj gəldiyini bildirib. “Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətin...
Cəmiyyət
Evdə müalicəyə cəlb olunan koronavirus xəstələrindən alınan iltizam sənədinin forması açıqlanıb. BakuCity.az xəbər verir ki, “Evdə müşahidə edilməyə dair iltizam” sənədi şəxsdən analiz götürülən müddətdən etibarən imzalanır. Sənəd analiz nümunəsi götürülən zaman 2 nüsxədə doldurulur. Sənəddə müşahidə olunan şəxsə aid bəzi məlumatlar qeyd olunur. Evdə müşahidə edilməyə dair iltizam sənədində qaydalar da müəyyənləşib. Qeyd olunub ki, müşahidə müddətində evi...
Ekologiya
Bakıda 28 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal -şərq küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz 25-28, Bakıda  gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer  təzyiqi no...
Cəmiyyət
Klinikalar koronavirus testi müayinələrini dayandırıb. Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir. BakuCity.az xəbər verir ki, dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır. "Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam. Hamısı test müayinələrinin...
Cəmiyyət
"Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim”. BakuCity.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. K.Əliyev qeyd edib ki, ancaq buna baxmayaraq, rayonlara axın olub: "Onların ək...
Biznes
AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb. BakuCity.az xəbər verir ki, AZAL tərəfinfən sosial şəbəkələrdə bəzi saytlar tərəfindən biletlərin baha qiymətinin əks olunduğu şəkillərin yayılmasına təəssüflə qarşılanıb. "Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir. Bunda...
Cəmiyyət
Xalq artisti Aygün Kazımovanın köməkçisi və onun ailəsi koronavirusa yoluxub. BakuCity.az xəbər verir ki, bununla bağlı müğənni “Instagram” hesabında məlumat verib. A.Kazımova bildirib ki, bu səbəbdən o da çox sevdiyi səhnədən uzaq düşüb və karantinə alınıb. Aygün Kazımova koronavirusun varlığına şübhə ilə yanaşanlara səslənərək, məsələnin ciddiliyinin fərqinə varmağa və özlərini qorumağa çağırıb. BakuCity.az
Cəmiyyət
"Ümid edirəm ki, iyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq". BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksianisti Cəlal İsayev deyib: "Amma biz yoluxmanın sayına baxmalı, gedişatı izləməli, təhlil aparmalıyıq. İndidən demək olmaz ki, bu iki həftədə hər şey yaxşı olacaq. Çünki insanlar səhlənkarlıq edir, maska taxmırlar, yas yerlərinə toplaşır, sərt karantin olsa da, küçələrdə, parklarda gəzirlər. Yoluxmanın artması...
Cəmiyyət
Azərbaycanda daha 517 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Azərbaycanda 517 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən...
Cəmiyyət
Koronavirusun Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi açıqlanıb. "COVID-19-un Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi virusun mutasiyaya uğramasıdır". BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov deyib. "ATV aktual" proqramının qonağı olan millət vəkili bildirib ki, yoluxma və ölüm sayının sürətlə artmasının səbəbi məhz koronavirusun mutasiyaya uğramasıdır: "Düşünülür ki, eləc...
Kriminal
Bakıda narkotik əməliyyatlarında 3 nəfər saxlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.İsayev Binəqədi rayonu ərazisində saxlanılıb.  BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məkumat verilib. Məlumata görə, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirib. Əməliyyat tədbiri nəticəsində ondan çəkisi 1 kiloqramdan artıq he...
Cəmiyyət
Avropada 30 ölkədə koronavirusun sürətlə yayılması halı müşahidə olunub. BakuCity.az xəbər verir ki, sürətlə yayılmaya səbəb kimi bu ölkələrdə karantin rejiminin yumşaldılması göstərilib. Məsələ ilə bağlı məlumat verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge Avropada gündəlik 20 min yoluxma və 700 ölüm faktının olduğunu bildirib. Hans Klüge qeyd edib ki,  11 ölkədə sürətli yoluxma çox ciddi problemlərə yol açıb v...
Mədəniyyət
AzTV-də bu axşam "Polkovnikin əmanəti" filminin premyerası olacaq.  BakuCity.az xəbər verir ki, “Polkovnikin əmanəti” filmi müharibələrin bir hərbçinin taleyinə təsirindən bəhs edir. Filmdə Azərbaycan hərbçilərinin vətənpərvərliyi, döyüş əzmi, qələbə arzusu obrazlı şəkildə əks olunub. “Polkovnikin əmanəti”nin baş rol ifaçısı müasir Azərbaycan kinolarından bir neçəsində çəkilmiş aktyor Elnar Qarayevdir. Filmi bugün saat 21:00-da AzTV-də nümayiş olunacaq. Ba...
Ekologiya
Bakıda 27 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfe...
Cəmiyyət
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib. BakuCity.az xəbər verir ki, ”HenleyPartners” şirkətinin reytinqinə əsasən, azərbaycanlılar 66 ölkəyə vizasız səfər edə bilərlər, amma viza şərtləri fərqlidir. Bəzi ölkələr üzrə vizanı elektron qaydada, bəzilərində hava limanında almaq olar, bəzilərində isə vizaya ehtiyac yoxdur. Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə...
Cəmiyyət
Ultrabənövşəyi şüalar COVİD 19-u zərərsizləşdirir. BakuCity.az xəbər verir ki, Boston universitetinin alimləri bu nəticəyə gəlib. Belə ki, Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının (NIEDL) alimləri "Signify" şirkəti ilə birlikdə koronavirusu 25 saniyəyə məhv etmək üsulunu aşkarlayıblar. Xüsusi lampaların ultrabənövşəyi şüaları "SARS-CoV-2"-ni zərərsizləşdirir. Eksperiment zamanı mütəxəssislər viruslu materialı lampalardan müxtəlif...
Kriminal
Abşeronun baş memarı saxlanılıb. BakuCity.az xəbər verir ki, Baş Prokurorluq Abşeron və Şirvanda tutulan vəzifəli şəxslərə qarşı keçirilən əməliyyatın görüntülərini yayıb. Məmurlara qarşı keçirilən əməliyyatın videosunu təqdim edirik: BakuCity.az
Cəmiyyət
Bu gün Azərbaycanda koronavirusla bağlı 7 274 test aparılıb. BakuCity.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 449 235-ə çatıb.  Qeyd edilir ki, iyunun 25-i Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmı...
Cəmiyyət
Bir qrup işçinin işə çıxmasına icazə verilməsilə ilə bağlı müraciət olunub. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sərt karantin tətbiq edilən şəhər və rayonlarda fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin işə çıxmasına icazə verilməsilə ilə bağlı müraciət edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Dövlət Agentliyindənməlumat verilib. Məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağl...
Cəmiyyət
"Son 14 gündə Azərbaycanda COVİD-19-a yoluxma sayında 50 faiz artım olub". BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. H.Harmancının sözlərinə görə, hazırda ən vacib tədbir fiziki məsafənin qorunmasıdır: "Mən koronavirus təhlükəsini dərk edən insanlara müraciət edərək demək istəyirəm ki, bilgilərinizi yalnız özün...
Cəmiyyət
Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Azərbaycan Respublikasında 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Qeyd olunub ki, COVID-19 üçün...
Cəmiyyət
Mahnı oxuyub polisə gül atanlar sosial şəbəkələrdə tənqid atəşinə tutulub.  Dünən bir qrup vətəndaş Yasamal rayonunda polisə dəstək ifadə etmək üçün eyvandan mahnı oxuyaraq asayiş keşikçilərinə gül atıb. Onların videosu "Sakinlər balkonlardan polisə gül atdı” qeydi ilə sosial şəbəkələrdə paylaşılıb.  BakuCity.az xəbər verir ki, həmin şəxslər sıravi vətəndaş yox, müxtəlif musiqi yarışmalarının qalibidirlər. Konkret olaraq Elsevər Muradovla Gülnar Qüdrətli m...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?