usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,87 ₼
Alış
1,87 ₼
Satış
1,87 ₼
eur:
1,87 ₼
Bu gün
+17... 20 °С
Buludsuz, yağmursuz
Sabah
+18... 20 °С
Buludsuz, yağmursuz
Bu gün
+17... 20 °С
Buludsuz, yağmursuz
Sabah
+18... 20 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Mədəniyyət
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb. BakuCity.az xəbər verir ki, sərgi XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir.  Sərginin ekspozisiyası rəssamlar İsmayıl Axundov, Əzim Əzimz...
İdman
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq. BakuCity.az xəbər verir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri saat 12:00-dan etibarən almaq mümkün olacaq. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iTicket satış məntəqəsi), “Park Bulvar AVM” (iTicket satış məntəqəsi) ticarət mərk...
Cəmiyyət
Azərbaycanın “Buta Airways” aşağı büdcəli aviaşirkəti Yaxın Şərqə daha bir istiqamət üzrə uçuşlara başlayır. “Buta Airways”dən BakuCity.az-a verilən məlumata görə, 30 oktyabr 2019-cu il – 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə – çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək. Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əl...
Mədəniyyət
Bakı tamaşaçısı M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində qeyri-adi performans izləmək imkanı əldə edib. Üç coşqun ispaniyalı əllərində gitara ilə komediyanı ən absurd səviyyəyə çatdırıb. BakuCity.az “Sputnik Azərbaycan”a istinadən məlumat verir ki, özlərini “El Guapo” (Yaraşıqlı), “El Gentelman” (Centlmen) və “El Grotesco” (Gülməli) adlandıran üç ispaniyalı Bakı tamaşaçısı üçün “haşiyələrdən bir az kənara çıxan” şou təqdim edib. Üç ispaniyalı maço hə...
Cəmiyyət
Bakıda 570 güzəştli mənzilin seçimi başa çatıb. Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb. Agent...
Mədəniyyət
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamlı möhtəşəm konsert proqramı ilə çıxış edib. BakuCity.az xəbər verir ki, konsert proqramı Xorvatiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Xorvatiya səfiri Branko Zebiç tədbirdə çıxışı zamanı Azərbaycan-Xorvatiya münasibətlərinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayı...
Cəmiyyət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.  Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, DAB+ standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları,...
Siyasət
Oktyabrın 16-da Bakıda Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan BakuCity.az-a verilən məlumata görə, iclasda fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən  12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı,...
Hadisələr
Bakıda gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb. O bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb. E.Cavadova yazıb ki, uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir söz...
Cəmiyyət
Bakıda qaydaları pozan iki sürücü kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, 10 VD 330 dövlət nömrə nişanlı, “Prado” markalı və 90 AS 410 dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobillərin sürücüləri əks istiqamətə çıxaraq təhlükə yaradıblar. Həmçinin oxu: Bakıda avtomobil çayxanaya girdi - VİDEO Görüntüləri təqdim edirik: BakuCity.az
Siyasət
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. BakuCity.az-ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Mitinq təşkilatçılarına bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 2-ci bəndinə əsasən, me...
Mədəniyyət
Oktyabrın 20-də Bakıda, Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil olunacaq. BakuCity.az xəbər verir ki, 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupu çıxış edəcəklər. Konsertin xüsusi qonaq müğənniləri də olacaq. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifa...
Cəmiyyət
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində 48 814 şagird I sinifdə təhsil alır. Onlardan 46 051 şagird Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki, 2 763 şagird isə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində oxuyur. İdarədən BakuCity.az-a verilən məlumata görə, ümumilikdə 48 814 birinci sinif şagirdindən 45 949 nəfəri ümumi təhsil məktəblərində, 2865 nəfəri isə lisey və gimnaziyalarda təhsil alır. Qeyd edək ki, hər il ol...
Ekologiya
Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda oktyabrın 17-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi n...
Cəmiyyət
Yeni avtobusların Bakıətrafı qəsəbələrə verilib-verilməməsi məsələsinə aydınlıq gətirilib. BakuCity.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə deyib ki, ilk növbədə, vətəndaşların daha çox narazı qaldığı xətlər üzrə yenilənmələr olacaq: “Bu məqsədlə bir neçə müddətdir daxil olan vətəndaş müraciətləri araşdırılır. Ətraf kənd və qəsəbələr istiqamətində yeni avtobusların istismara verilməsi mümkündür, bir...
Cəmiyyət
Bakıda “Azercell”in şəbəkəsində problem yaranıb. BakuCity.az-ın məlumatına görə, "Azercell"in şəbəkəsində yaranmış problemlə bağlı "Report"un sorğusuna cavab olaraq "Azercell Telecom" MMC-dən bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülür: “Qısa müddət ərzində bu istiqamətdə normal fəaliyyət bərpa ediləcək”. Xatırladaq ki, bu gün səhər saatlarından...
Hadisələr
Ötən gün Bakıda intihar etmək istəyən qadın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən son anda xilas edilib. BakuCity.az məlumat verir ki, həmin hadisənin görüntüləri yayılıb. Baku.ws-in yaydığı videodan göründüyü kimi, özünü hündürlükdən atmaq istəyən qadınla danışıqlar aparılır. Qeyd edək ki, 15 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər vətəndaşın hündürl...
Hadisələr
Bu gün Bakının Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S.Abbasovaya cəza istəyib. O, keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib. Amma S.Abbasova ev dustaqlığında olduğu üçün prokuro...
Mədəniyyət
Oktyabrın 23-də Bakıda, “YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan altı qısametrajlı film nümayiş ediləcək. BakuCity.az xəbər verir ki, filmlərin təqdimatı “Artkino” 11-ci Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşlığı ilə reallaşacaq. Qeyd edilən tarixdə “Plastikin gücü”, “Ağac”, “İçində okean olan balıqqulağı”, “Bəxtsiz”, “Savadsızlığın ləğv edilməsi” və “Qadın yataqxanası” filmləri izləniləcək. Proqramın xronometrajı 1...
Hadisələr
Bakıda bir ay əvvəl itkin düşmüş 21 yaşlı qadın tapılıb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində baş verib. 1998-ci il təvəllüdlü Ə.Muradova Mayakovski küçəsində yaşadığı ünvandan səhər saatlarında çıxıb və bir daha geri qayıtmayıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Muradova tapılaraq ai...
Cəmiyyət
Türkiyədən Bakıya gətirilən yeni avtobuslar xüsusi təlim keçmiş sürücülər tərəfindən idarə olunacaq. BakuCity.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, hazırda Türkiyədən alınan 300 avtobusun gətirilməsi prosesi davam etdirilir: "Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd avtobusun Bakıya gətirilməsi da...
Cəmiyyət
BakuCity.az saytı oxucularını Bakının ən məşhur parkları ilə tanış etməyə davam edir. Bu gün Atatürk parkının təmirdən əvvəl necə olmasından, hazırda nə qədər dəyişməsindən bəhs edəcəyik.  Keçmişə baxış Park intensiv hərəkətli Atatürk prospektini iki hissəyə ayırır və ya prospektin düz ortasında yerləşir. Ümumi sahəsi 6.5 hektardır. Bu yaşıllıq ərazinin ətrafında bir çox köhnə və müasir tikililər var. Yerli sakinlər təmiz hava almaq, söhbət etmək, bir sözl...
Cəmiyyət
Bakının iki qəsəbəsinin qazla təminatında fasilə yaranıb. “Azəriqaz” İstehsalat Birliyindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 16-da saat 09:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Sulutəpə” qaz paylayıcı stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparılır. Bununla əlaqədar Binəqədi rayonunun Biləcəri və Xocəsən qəsəbələrinə qaz verilişində məhdudiyyətlər var. BakuCity.az
Hadisələr
Bakıda 9 mərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Binəqədi rayonunda 9 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və mebel qismən yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az
Kriminal
Bakının Səbail rayonunda döyülmə faktı qeydə alınıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, T.Əliyarbəyov küçəsində 2000-ci il təvəllüdlü Səlimov Savalan Həmid oğlu xuliqanlıq zəmnində döyülərək ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakının Xətai rayonu ərazisində Neapol küçəsindən sonra Səməd bəy Mehmandarov küçəsi də yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, küçənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu. Sadalanan problemlə...
Cəmiyyət
15 oktyabrda Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiqin abidəsinin və şairin adını daşıyan parkın açılışı olub. BakuCity.az xəbər verir ki, Müşfiqabad qəsəbəsində təxminən 30 il əvvəl qoyulmuş müasir tələblərə və standartlara cavab verməyən büst, bu gün ağ mərmərdən olan yeni büstlə əvəz olunub, parkda isə abadlıq və yenidənqurma işləri aparılıb. Şairin adını daşıyan parkın sahəsi xeyli genişləndirilib və şairin yeni tərtibatda...
Cəmiyyət
Paytaxtın Nizami rayonunda maraqlı hadisə baş verib. 328 nömrəli orta məktəbin direktoru Asif Nəbiyev 23-cü Polis bölməsinə müraciət edib. BakuCity.az xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən bildirilib. Belə ki, direktor oktyabrın 14-də, saat 12:00-da uşağa qarşı zorakılığın şahidi olduğunu söyləyib. O, üçüncü sinif şagirdi R.Hümbətlinin atası Qorxmaz Hümbətli tərəfindən döyüldüyünü bildirib. Polis araşdırma zamanı atanın dərsləri...
Hadisələr
Meksikanın Azərbaycandakı səfirliyinin avtomobili qəzaya uğrayıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində qeydə alınıb. Məlumata görə, Gülnarə Məmmədovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobil Meksika səfirliyinə məxsus, Abbas Ağabəyovun sürdüyü BMW markalı maşınla toqquşub. Həmçinin oxu: Meksika səfiri Bakıda qəzaya düşdü Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıblar. Xatırladaq ki, oktyab...
Siyasət
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. BakuCity.Az xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan prezidentlərinin də iştirak etdiyi görüşdə Prezident İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib. Qeyd edək ki, tədbirdə növbəti Zirvə Görüşünün Türkiyədə ke...
Hadisələr
Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində "BakuBus" şirkətinə məxsus 6 saylı avtobusun iştirakı ilə qəza baş verib. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə zamanı avtobus eyni istiqamətdə hərəkət edən taksi ilə toqquşub. Həmçinin oxu: Bakıda avtobus "Toyota" ilə toqquşdu - FOTO Qəza ilə əlaqədar Bakı Tennis Akademiyasının qarşısında tıxac yaranıb. Sürücülər isə bir-birilərini günahlandıraraq, hadisə yerinə polis və sığort...
Cəmiyyət
Sentyabrın 25-də açılışı olmuş “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi prosesi gecikir. Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BakuCity.az-a açıqlamasında isə işlərin plana uyğun getdiyini bildirib: “Heç bir gecikmə yoxdur, işlər plana uyğun gedir. Müəyyən işlər var ki, onların tam yekunlaşmasından sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək”. “Koroğlu” metro stansiyasını...
Hadisələr
Bakıda 54 yaşlı kişi ölüb. BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 1965-ci il təvəllüdlü Məmmədov Qadir Aydın oğlu rayon ərazisindəki küçələrin birində ölüb. Q.Məmmədovun ölüm səbəbinə hələ aydınlıq gətirilməyib. Meyit daxili və xarici müayinə üçün Tibbi-Ekspertiza Mərkəzinə təhvil verilib. Daha bir analoji hadisə isə Qaradağ rayonu ərazisində qeydə alınıb. Küçədə orta yaşlı kişinin meyiti aşkar...
Cəmiyyət
Bakıda ən ucuz mənzillər 19 min manata satılır. BakuCity.az Bina.az saytına istinadən məlumat verir ki, mənzillərdən biri Binəqədi rayonu, G.Həsənbəyli, 72 ünvanında 4 mərtəbəli binanın (yeni tikili) 4-cü mərtəbəsində yerləşir. Bir otaqlı mənzil təmirsizdir, sahəsi 31 kv.m təşkil edir. Çıxarışı var. Maraqlıdır ki, mənzili kreditlə də əldə etmək mümkündür. Bu halda yaşayış evi 21 min manata başa gələcək. Kreditin şərtləri: 5 illik, ilkin ödəniş 8 min manat,...
Cəmiyyət
Bakı Metropolitenində yeni konsepsiya hazırlanıb. "Bakı Metropoliteni" QSC-dən BakuCity.az-a verilən məlumata görə, bunu Rusiyanın Nijni Novqorod şəhərində keçirilən "Metro" Beynəlxalq Assosiasiyasına üzv olan metropolitenlərin baş mühəndislərinin ənənəvi illik texniki şurasının iclasında QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.  Metropolitenlərin elektrik təchizatı ilə bağlı problemlərin müzakirəsi zamanı Bakı Metropolitenində belə hallar...
Cəmiyyət
İlin ən sirli, qorxulu, eyni zamanda, əyləncəli günlərindən biri olan Hellouin yaxınlaşır. BakuCity.az saytı paytaxt sakinləri üçün Bakıda keçiriləcək ən yaxşı “Halloween Party”lərin siyahısını təqdim edir. Qeyd edək ki, bəzi yerlərdə bayram 31 oktyabrdan iki-üç gün əvvəl başlayacaq. Bundan əlavə, siyahımızda həm böyüklər, həm də uşaqlar üçün qorxulu parti seçə bilərsiniz. “Sky Hotel”də “Drakulanın evində qonaqlıq”: Macəra 31 oktyabr saat 18:30-da başlayac...
Kriminal
Bakıda saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” və onun mütəşəkkil dəstəsi ifşa edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçir...
Cəmiyyət
Bakının Kürdəxanı qəsəbəsində 960 şagirdlik məktəb binası tikiləcək. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" adlı konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə,  müəbir təhsilssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur: "Ehtiyac olan ərazidə daha bir yeni məktəbin (161 nömrəli tam orta məktəb) tiki...
Cəmiyyət
Space TV-də yayımlanan "Olar? Olmaz!" verilişində növbəti araşdırma tamaşaçılara təqdim edilib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, verilişə müraciət edən, illər əvvələ kimi milyonçular sırasında adı olan Pirikişinin son vəziyyəti izləyənləri dəhşətə gətirib. Bakıda mebel sexlərinə görə ilklərdən olan adamın iddiaları marağa səbəb olub. O, bu hala gəlməyində cadugərləri günahlandırıb. Belə ki, Pirikişi evdən tapdığı cadulara görə üz tutduğu fal...
Ekologiya
Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 16-da paytaxtda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək...
Mədəniyyət
Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb. BakuCity.az xəbər verir ki, bunu "Report"a Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib. O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır: "Şükür Allaha ki, atamın səhhəti normaldır, evdədir. Rahat gəzir, yeriyir, qida qəbul edir. Həkimlər bir az istirahət etməyi məsləhət görüblər. 10 gündən sonra yenidən müalicəsini davam etdirmək üçün Türkiyəyə qayıdacaq". Qeyd edək ki, Heydər Əli...
Hadisələr
Bakıda baş verən növbəti qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, sutkanın qaranlıq vaxtında idarəetməni itirən avtomobil yol kənarındakı çayxanaya girib. Həmçinin oxu: Bakıda qırmızı işıqda keçdi, iki avtomobillə toqquşdu - VİDEO İnsanlar oturduğu yerdə qəfildən üstlərinə maşın gəldiyini görərək təşvişə düşüblər. Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, həm avtomobilə, həm də obyektə ziyan dəyib. BakuCity.az
Cəmiyyət
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. R.Tağıyev deyib ki, “2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində Bakıda 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307,...
Cəmiyyət
Bakıda məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin fəaliyyəti yoxlanılacaq. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, 2019-2020-ci tədris ilində isə paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 189 uşaq cəlb olunub: "Qarşıdakı müddətdə ümumi təhsil məktəbində məkt...
Siyasət
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilir. BakuCity.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Macarıstanın Baş naziri Viktor Orban iştirak edəcək...
Hadisələr
Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə Moskva prospekti, "Şamaxinka" deyilən ərazidə qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu "Toyota" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, "Toyota"ya ziyan dəyib, avtobusun sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş edib. Qəza səbəbindən söz...
Cəmiyyət
Bakının daha bir neçə küçəsində rənglənmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, Gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərin...
Cəmiyyət
Bu gün Bakının iki qəsəbəsinin qaz təminatında fasilə yaranacaq. Bu barədə BakuCity.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, saat 10:00-dan etibarən Suraxanı rayonu, Yeni Suraxanı və Bül-Bülə qəsəbələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qeyd edilən ərazilərə qazın verilişində məhdudiyyət olacaq. BakuCity.az
Cəmiyyət
Bakı şəhərinin Nizami rayonunda bir nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. BakuCity.az
Mədəniyyət
Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur. Mədəniyyət Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, bu münasibətlə oktyabrın 15-də Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında nazirliyin dəstəyi və “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 ill...
Cəmiyyət
Landmark Hotel Baku-da XIV “Baku Jazz Festival”ın başlanması münasibətilə mətbuat konfransı keçirilib. BakuCity.az xəbər verir ki, illik caz musiqisi festivalının təşkilatçıları jurnalistlərə qarşıdakı tədbirin proqramı, iştirakçıları və "I am Jazzman" müsabiqəsi barədə məlumat veriblər. Festivalın direktoru Leyla Əfəndiyeva qeyd edib ki, bu il festival çərçivəsində 25-dən çox konsert, master-klass, seminar, caz filmləri günləri, həmçinin üç festival günü...
Hadisələr
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu Z.Əhmədbəyov küçəsində qeydə alınıb. Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi, Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Yuri Şirkova məxsus 800 manat dəyərində velosiped naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqa...
Hadisələr
Bakıda gecə klubunda gənc qızlar arasında dava düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən gecə klubunda baş verib. Belə ki, 2000-ci il təvəllüdlü N.Qurbanova həmyaşıdı A.Qasımova ilə əlbəyaxa dava edib. Dava klubdakı müştəri oğlana görə olub. Hər iki qadın xuliqanlıqda şübhəli bilindikləri üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. BakuCity.az
Cəmiyyət
“Bakıda daha yaxşı şərait olsaydı, qalmaq istəyərdim” BakuCity.az paytaxt sakinləri arasında sorğu keçirib. Bakıdan başqa hansı şəhərdə yaşayardınız? - sualına cavab verən paytaxt sakinləri Avropanın müxtəlif şəhərlərinin adını çəkiblər. Videosorğunu təqdim edirik: Ramilə Qardaşxanqızı Video: Nicat Alili Bakucity.az
Cəmiyyət
Cari ilin 18-24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə təşkil olunacaq “InnoWeek – İnnovasiya həftəsi” ilə bağlı mətbuat konfransı keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, konfransda bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks ol...
Cəmiyyət
Bu gün Bakı şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, iki gün davam edəcək iclasda BNF-nin üzvü olan ölkələrdən 100-ə yaxın nümayəndə iştirak edir. Sessiya gündəlikdə qoyulan məsələlər üzrə forumun qəbul etdiyi Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəzi...
Cəmiyyət
Niderlandın Bakıdakı səfirliyi qarşısında oktyabrın 13-də holland referi Dennis Higlerin Avro-2020 çərçivəsində baş tutmuş Macarıstan-Azərbaycan (1:0) oyununda hakimliyi əleyhinə piket keçirilib. Bu barədə BakuCity.az Virtualaz.org-a istinadən xəbər verir. Piket iştirakçıları "Ədalətsiz qərar", "Ədalətsiz hakim", "Futbol siyasətdən kənardır", "Bizə heç-heçəmizi qaytar" kimi ifadələr işlədiblər. Etirazda “Holland pendirinə “hə”, hollandiyalı hakimə “yox” ya...
Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə gəlib. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərdə məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etməkdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. R.T.Ərdoğanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayı...
Cəmiyyət
Bakıda bir sıra küçə və yollarda rənglənmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Xətai rayonu, Xudu Məmmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən sürücülərdən sözügedən...
Cəmiyyət
Bakıda akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib. BakuCity.az xəbər verir ki, V.Məmmədəliyevlə vida mərasimi son iş yeri olan Bakı Dövlət Universitetində təşkil edilib. Mərasimdə mərhumun ailə üzvləri, elm xadimləri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq artisti Arif Babayev, millət vəkilləri Jalə Əliyeva, Qənirə Paşayeva və bir sıra görkəmli şəxslər iştirak ediblər...
Cəmiyyət
“Bəzən erkən nikah probleminin kökündə adət-ənənə, iqtisadi məsələlərin dayandığı deyilir. Mən isə düşünürəm ki, bunun kökündə sadəcə savadsızlıq dayanır”.  Bunu BakuCity.az-a açıqlamasında hüquqşunas Ellada Bayramova deyib. Onun sözlərinə görə, erkən nikahlara səbəb ölkədə, xüsusilə, bölgələrdə təhsil səviyyəsinin aşağı olmasıdır: “Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasına deyilir. İnsan Hüquqları Bəyannaməsinin 16-cı madd...
Cəmiyyət
Bu ilin yanvar-sentyabr aylarında Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında 3,7 mln. sərnişinə xidmət göstərilib. Hava Limanından Bakucity.az-a verilən məlumata görə, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6% çoxdur. Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişin sayı 3,2 mln. nəfər təşkil edib. Bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 33 sərnişin aviaşirkəti uçuşlar həyata keçiri...
Hadisələr
Bakıda baş vermiş qəza anı kameraya düşüb. Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Zərdabi küçəsinin kəsişməsində qeydə alınıb. “Mercedes GL” markalı avtomobilin sürücüsü işıqforun qadağanedici nişanının tələbini pozaraq Ə.Haqverdiyev küçəsindən Zərdabi küçəsi ilə kəsişməyə daxil olur. Bu zaman yaşıl işıqda hərəkətdə olan “Ford Transit” markalı yük avtomobilinin önünə çıxır. Daha sonra “Nissan Tida”...
Cəmiyyət
"ƏDV və mənfəət vergisinin dominantlığı sosial rifaha təsir göstərən amillərdəndir" “Mən bu yaxınlarda qardaş Türkiyədə oldum. Orada mali müşavirləri, böyük mükəlləflər rəisi ilə görüşdüm. Onların vergi və maliyyə sistemi ilə bağlı bəzi məlumat mübadilələri apardım. İqtisadiyyatı qeyri-neft sektoru üzərində təşəkkül tapmış, büdcə gəlirlərinin əsası vergi daxilolmaları ilə formalaşan bir ölkənin vergi sisteminin bir sıra ölkələrə nisbətən daha sosialyönümlü...
Cəmiyyət
Oktyabrın 15-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, paytaxtda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766...
Hadisələr
Ötən gün Bakıda binanın blokunda qadına qarşı zorakılıq edən şəxs saxlanılıb. Bakucity.az Oxu.Az-a istinadən məlumat verir ki, hadisə oktyabrın 12-si axşam saatlarında 28 May küçəsində yerləşən yaşayış binalardan birinin blokunda baş verib. Həmin şəxs qadının boyunbağısı, üzüyü, sırğası və mobil telefonunu götürərək qaçmışdı. Nəsimi və Səbail rayon polislərinin birgə keçiriyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmu...
Cəmiyyət
Cənubi Koreyanın nüfuzlü “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan populyar “Battle Trip” səyahət verilişinin heyəti Bakıda çəkiliş edib. Dövlət Turizm Agentliyindən Bakucity.az-a verilən məlumata görə, məşhur gülüş ustaları və veriliş aparıcıları Kim Sook və Sonq Euininin rəhbərlik etdiyi heyət çəkilişlərə Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayıb. Onlar Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Hey...
Cəmiyyət
Hər bir uşaq tez və asanlıqla bağçaya uyğunlaşa bilmir. Valideynlər və körpələr yeni bir mərhələyə mütləq hazırlaşmalıdırlar. Bakucity.az bugünkü məqalədə uşağın yeni şəraitə öyrəşməsinə necə kömək etməyi, uyğunlaşma dövrünün nə qədər davam etdiyini, Bakıda yerləşən uşaq bağçalarında hansı dərslərin keçirildiyini və bunun neçəyə başa gəldiyini öyrənib. Ekspert rəyi Uşaq psixoloqu Xəyalə Allahverdiyeva saytımıza açıqlamasında qeyd edib ki, uşağı bağçaya yaz...
Hadisələr
Bakıda hovuza düşən iti xilas edilib. Fövqəladə Hallar Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda it su hovuzuna düşərək orada köməksiz vəziyyətdə qalıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən suya düşmüş it xilas edilib. Bakucity.az
Cəmiyyət
Bu gün saat 12:00-dan Bakının Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq. Bu barədə Bakucity.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bu müddətdə “Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq. Bakuci...
Cəmiyyət
Bakı şəhərindəki klinikaların birində nadir cərrahiyyə əməliyyatı həyata keçirilib. Bakucity.az Baku.ws-ə istinadən məlumat verir ki, burunun içindən çıxan diş cərrahi müdaxilə ilə çıxarılıb. Nadir hallarda qeydə alınan bu əməliyyatı həyata keçirən həkim "Xəzər Xəbər"ə bildirib ki, əvvəlcə burunun içərisinə alətlərlə müdaxilə edilib. Kiçik bir prosedurdan sonra isə orada bitən diş çıxarılıb. Həkim-stomatoloq Naib Bayramov deyib ki, dişin burunun içində çıx...
Hadisələr
Bakıda minik avtomobili qəzaya uğrayıb. Bakucity.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə qeydə alınıb. Mərkəz istiqamətində hərəkətdə olan "Chevrolet Niva" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil dəmir maneələrə çırpılıb. Qəza səbəbindən yolda tıxac yaranıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Bakucity.az
Cəmiyyət
Oktyabrın 13-də  Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Bakucity.az-a bildirilib ki, gündüz, əsasən, yağmursuz keçəcək.  Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° ist...
Kriminal
Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bakucity.az Report-a istinadən xəbər verir ki, 24 yaşlı Cəlal Maarifzadə qonşusu və həmyaşıdı Rəhman İsmayılov tərəfindən bıçaqlanıb. C.Maarifzadə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bakucity.az
Cəmiyyət
Rusiyanın Rostov şəhərinin “Platov” beynəlxalq aeroportundan yaxın vaxtlarda Bakı, Tel-Əviv, Pattaya və Qoaya birbaşa sərnişin aviareysləri açılacaq. Bakucity.az “Platov” aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, “AzurAir” aviaşirkəti oktyabrın 30-dan etibarən Rostov-Pattaya, noyabrın 5-dən isə Rostov-Qoa marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. “Azimut” aviaşirkəti isə dekabrın 1-dən Rostovdan Tel-Əvivə, dekabrın 2-dən isə Bakıya birbaşa u...
Hadisələr
Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub. Bakucity.az xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb. Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə məlumat daxil olub ki, 1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb. Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. E.Sadıqovun meyiti daxili m...
Cəmiyyət
Yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır. Bakucity.az xəbər verir ki, avtosfer.az-ın təqdim etdiyi videogörüntülərdə üç qəza qeydə alınıb.  Hər üç qəza demək olar ki, eyni ərazidə baş verib. Aeroport yolu...
Biznes
Bahalaşma əsasən paytaxtın mərkəzi küçələrində müşahidə olunur. Bakıda ilkin mənzil bazarında sentyabr ayı ərzində 0,26 faiz bahalaşma olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,32 faiz artım deməkdir. Bu barədə Bakucity.az-a açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. “Bahalaşma Bakıda əsasən 1, 5, 6.2, 6.3, 10.3-cü zonalarda müşahidə olunur. Yeni tikililərdə birotaqlı mənzillərin qiymətində 3,5 faiz, 4 otaqqlı mənzil...
Cəmiyyət
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində gənc qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Mirzəyeva Mədinə İmran qızı oktyabrın 8-də evdən çıxaraq hazırlıq kursuna gedib və bir daha geri qayıtmayıb. M.Mirəzyevanın atası hadisə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Suraxanı rayonunda iki avtomobilin toqquşması zamanı beş nəfər xəsarət alıb.   Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, Əmircan qəsəbəsi ərazisində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki yaşlı Şəbiyeva Əsma Aydın qızı, dörd yaşlı Şəbiyev Hüseynəli Aydın oğlu və onların anası, 1992-ci il təvəllüdlü Şəbizadə Ülviyyə Yaşar qızı, eləcə də, 4 yaşlı Eyvazova Məsumə Hüseyn qızı və 1969-cu il təvəllüdlü Əbdülkərimo...
Hadisələr
Bakının Binəqədi rayonunda 11 yaşlı uşaq itkin düşüb. Bakucity.az Oxu.Az-a istinadən məlumat verir ki, oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1-də yaşayan 2008-ci il təvəllüdlü F.Hüseynov evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb. Bakucity.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib. 58 yaşlı səfirin sürdüyü BMW markalı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur. Faktla bağlı araşdırm...
Cəmiyyət
Bakı Şəhər Təhsil İdarəsi 16 nömrəli Texniki-Humanitar Liseydə dərs şəraiti, bir neçə fənn üzrə müəllimlərin olmaması ilə bağlı valideynlərin narazılığına münasibət bildirib. Bakucity.az-ın məlumatına görə, idarədən “Qafqazinfo”ya bildirilib ki, tədrisin digər dildə aparıldığı bölmədə vakant olan kimya, fizika və informatika fənləri üzrə dərs saatları müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində elektron sistemə daxil edilsə də, həmin yerlər tutulmay...
Cəmiyyət
Bakıda avtomobil yollarından birində hərəkət məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakucity.az-a verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabrın 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. B...
Hadisələr
Bakıda avtomobil piyada keçidində qadını vurub. Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülər təxminən bir ay əvvəl Bakı şəhərində çəkilib. Nizamlanan piyada keçidindən yol avtomobillərin olsa da, qadın yolu keçməyə çalışır. Bu zaman o, avtomobilllə vurulmaqdan canını qurtarsa da, geri qayıtmaq əvəzinə, qaçaraq irəli atılır. Bu vaxt onu görməyən digər avtomobilin sürücüsü qadını vurur. Zərbənin gücündən qadın bir neçə metr kənara düşərək y...
Cəmiyyət
Oktyabrın 9-u saat 07 radələrində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində tələbə qızı maşınla vurub öldürən şəxsin kimliyi açıqlanıb. Bakucity.az Baku.ws-ə istinadən məlumat verir ki, BMW markalı, 90 DH 530 dövlət nömrə nişanlı avtomobili A.Ağayev idarə edib. O, sabiq polis əməkdaşıdır. Hazırda həmin şəxs təqaüddədir. Xatırladaq ki, piyada - Solmaz Abdullayeva xəstəxanaya aparılarkən yolda ölüb. 14:14 Oktyabrın 9-da Müşfiqabad qəsəbəsi əra...
Mədəniyyət
Noyabrın 23-də Bakıda Heydər Əliyev Mərkəzində İtaliyanın məşhur “La Skala” teatrının ulduzları çıxış edəcəklər. Mərkəzdən Bakucity.az-a verilən məlumata görə, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Bakı konsertinin proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər – C.Verdinin “Traviata”, “Riqoletto”, “Trubadur”, J.Bizenin “Karmen”, C....
Cəmiyyət
Bakının Səbail Rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları saxta spirtli içki istehsalı ilə bağlı daha bir fakt aşkarlayıblar. Bakucity.az xəbər verir ki, bu barədə Oxu.Az-a idarədən bildiriblər. Aparılan istintaq-axtarış tədbirləri nəticəsində “Müstəqil Rəcəb” MMC-yə məxsus, Bakı şəhər sakininin idarə etdiyi “Volkswagen” yük avtomobilindən saxta olan 456 ədəd araq, 150 ədəd viski aşkar olunaraq götürülüb.  Hazırda araşdırma ap...
Mədəniyyət
Konsertə hazırlıq davam edir Türkiyənin ən yaxşı rok qruplarından olan “Duman” uzun illər sonra Bakıda konsert verəcək. Bakucity.az xəbər verir ki, konsert “Pera Group”un təşkilatçılığı ilə 26 oktyabr, saat 19:00-da "Elektra Events Hall"da gerçəkləşəcək. Əyləncəli və coşğulu səhnə əsərləri ilə tanınan və 2000-ci illərin əvvəllərindən bəri gənclərin sevimlisinə çevrilən qrup son albomu "Darmaduman" ilə Bakılı pərəstişkarları ilə görüşə hazırlaşır. Konsertə...
Hadisələr
Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb. Bakucity.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib. 2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı y...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?