usd:
1,70 ₼
eur:
1,89 ₼
Bu gün
+15... 18 °С
Buludlu, yağmursuz
Sabah
+16... 18 °С
Buludlu, yağmursuz
Bu gün
+15... 18 °С
Buludlu, yağmursuz
Sabah
+16... 18 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Bu ilin 9 ayında Bakıda 8023 cinayət hadisəsi qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində İdarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Teymur Hacıyev bildirib. T.Hacıyev qeyd edib ki, cari ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə qeydə alınan həmin cinayətlərin 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə a...
Cəmiyyət
"HR BAKU" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə noyabrın 15-də “Boulevard Hotel Baku”da “HR Summit Baku 2019” beynəlxalq tədbiri baş tutacaq. Assosiasiyadan BakuCity.az-a verilən məlumata görə, 700 nəfərin istirak edəcəyi HR sammitdə beynəlxalq və yerli qurumların peşəkar mütəxəssisləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşacaqlar. Sammit zamanı spikerlər işçi sayının optimallaşdırılmas...
Cəmiyyət
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.  BakuCity.az xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər. Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilib. Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə R.Mehdiyevin namizədliyini təkli...
Cəmiyyət
Bakıda xarici ölkələrdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlər aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, həmin sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edilərək müxtəlif satış mərkəzlərinə paylanıb. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverd...
Cəmiyyət
"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlər uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilib): • Küveyt – 159 avro• Antalya – 169 avro...
Cəmiyyət
Yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq 5G şəbəkəsinin sınaqları aparılacaq. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Bildirilib ki, artıq bir həftədir Çinin “Huawei” şirkəti ilə belə bir eksperimental zona Heydər Əliyev Mərkəzində yaradılıb: "Hazırda bu şəbəkənin istismara verilməsi məqsədilə müvafiq qanunvericilik hazırlanır. Bu işlər hələ ilkin mərhələdədir. Paralel olaraq sahə ü...
Hakimiyyət
Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Cabbarov İqtisadiyyat naziri təyin edilib. Qeyd edək ki, sabiq təhsil naziri M.Cabbarov İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013-cü illərdə) vəzifəsində də çalışıb. BakuCity.az
Hadisələr
Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir. BakuCity.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Həmçinin oxu: Bakıdan dənizə çıxan 4 balıqçı itkin düşüb - Helikopterlə axtarırlar Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və...
Hadisələr
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışır. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurur. Həmçinin oxu: Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO Qızlardan biri avtomobilin altında qalır. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarır. Qeyd edək ki, h...
Cəmiyyət
Bakının Xətai rayon məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə başa çatıb. BakuCity.az-ın məlumatına görə, vəkil Ramil Rüstəmovun Oxu.Az-a bildirib, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Vəkil deyib ki, N.Şahmarzadəyə verilən cəzaya görə, o, Xətai rayonu ərazisində küçə süpürəcək. Qərara əsasən, N....
Cəmiyyət
Oktyabrın 22-də Bakı Sərgi Mərkəzində XXV Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild 2019”) sərgisi açılıb. BakuCity.az xəbər verir ki, sərgidə 23 ölkədən 280 şirkət iştirak edir. 1995-ci ildə təsis edilmiş sərgi bu illər ərzində 35 ölkəni təmsil edən 5000-dən çox şirkəti bir araya gətirib. Azərbaycanın hüdudlarından çox uzaqlarda da tanınan “BakuBuild” sərgisi özünü işgüzar əlaqələrin qurulduğu, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqların n...
Cəmiyyət
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. BDU-dan BakuCity.az-a verilən məlumata görə, iclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə aparılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyələşən müəss...
Ekologiya
Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 24-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi normad...
Kriminal
Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat zamanı Hacıqabul rayonunda qeydiyyatda olan İlham Rzayev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılarkən 50 qram çəkidə yüksək təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxsin narkotik vasitələri...
İdman
Bu gün Kipr APOEL-i oktyabrın 24-də keçirəcəyi avrokubok qarşılaşması üçün Azərbaycana yola düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, uçuş Bakı vaxtı ilə saat 11:00-da başlayıb. APOEL Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın qonağı olacaq. Həmçinin oxu: Bakıda “Qarabağ” - APOEL oyununun hakimləri bilindi Avropa Liqasının qrup mərhələsinin III tur matçı üçün Bakıya Tomas De Vinsentidən başqa bütün futbolçular gələcək. De Vinsen...
Cəmiyyət
Bu gün Bakıda 64 yaşlı qadınla 70 yaşlı kişinin əkiz övladları dünyaya gəlib. BakuCity.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlük süni mayalanma sayəsində övlad sahibi olublar. Doğuş Bakıda yerləşən özəl xəstəxanaların birində baş tutub. Uşaqlardan biri qız, digəri isə oğlandır. Qeyd edək ki, dünyada bu yaşda övlad dünyaya gətirən qadınların sayı 7-yə bərabərdir. 64 yaşında ana olmaq Azərbaycanda və keçmiş sovet məkanında ilkdir. BakuCity.az
Hadisələr
Bakıda döyülmə hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Nizami rayonu, Çobanzadə küçəsində qeydə alınıb. Bakı sakinləri Yusif Səlimov və oğlu Tofiq Səlimov döyülmələri ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, Y.Səlimovla oğlunu keçmiş həyat yoldaşı və iki qızı döyüb. İlkin məlumata görə, cütlük bir müddət əvvəl boşanıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Azərbaycanın ümumtəhsil müəssisələrində, o cümlədən Bakı məktəblərində payız tətilinin vaxtı açıqlanıb. BakuCity.az-ın məlumatına görə, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində 5 günlük payız tətili olacaq. Məktəblərdə qış tətilinin müddəti isə 27-31 yanvarda olacaq. Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili...
Siyasət
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilir. BakuCity.az-ın məlumatına görə, hazırlıq toplantısına sədrliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov edir. Görüşün gündəliyi qəbul edilib. Nazirlər Hərəkatın oktyabrın 25-26-da Azərbaycan paytaxtında keçiriləcək XVII sammitinə hazırlıq məsələlərini müzakirə edirlər. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək. BakuCity.az
Cəmiyyət
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçiləcək. BakuCity.az xəbər verir ki, günün ikinci yarısında akademiyanın Ümumi Yığıncağı keçiriləcək. Yığıncaqda AMEA-nın yeni prezidenti seçiləcək. Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 85 yaşı var. O, 2013-cü ildən bu vəzifəni tutur. Ötən gün yayılan məlumatlara görə, A.Əlizadə vəzifəsindən istefa verib. BakuCity.az
Cəmiyyət
Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürücülərə qarşı reyd keçirilib. BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhərin sükutunu pozan “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb.  Qayda pozan sürücüyə işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Sürücü əmrə məhəl qoymayaraq nəqli...
Cəmiyyət
Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişindaşımalara başlamağa tam hazırdır. BakuCity.az xəbər verir ki, Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumunda iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov APA-nın yerli bürosuna müsahibəsində belə deyib. O bildirib ki, xətt üzrə sərnişindaşımaların gecikməsinin səbəbi Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlərin olmamasıdır: “Bizim qatarl...
İdman
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. BakuCity.az xəbər verir ki, iclasda Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib. Oktyabrın 19-da “Keşlə” - “Sabah” matçı başa çatdıqdan sonra “Sabah” klubunun 19 nömrəli futbolçusu Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və...
Cəmiyyət
Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişikliklər ediləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 25-26-da paytaxtda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar olaraq, Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvə...
Mədəniyyət
Oktyabrın 22-də Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib. BakuCity.az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, konfransa seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak et...
Cəmiyyət
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün İnnovasiyalar Agentliyində davam edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, nazirliyin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Avropa İttifaqının təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara elektron ticarətdə biznes modelləri,...
Cəmiyyət
BakuCity.az Bakının Nizami rayonu, Keşlə qəsəbəsində transformatora girərək yanan, nəticədə qolu amputasiya olunan 2010-cu il təvəllüdlü Zəhra Əliyeva ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirməyə çalışıb. Z.Əliyevanın təhsil aldığı 227 nömrəli tam orta məktəbdən BakuCity.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin 2d sinif şagirdi valideynlərini erkən itirib, nənəsinin himayəsində yaşayır: “Ötən ilin oktyabr ayında şagirdin nənəsi yaşlı olduğun...
Cəmiyyət
Bakıda dam örtüyü təmir ediləcək 380 binanın siyahısı, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podratçılar müəyyənləşdirilib. Bakı Şəhər İcra Hakimiyyətindən BakuCity.az-a verilən məlumata görə, artıq paytaxtın əksər rayonlarında işlərə başlanılıb. Binaların köhnə dam örtükləri sökülür, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maililik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçala...
Cəmiyyət
Bakıda peşəkar təmizlik xidmətlərinə nə qədər tələbat var? Müasir dövrdə bu cür şirkətlərin xidmətləri yalnız ofislərə və ya hotellərə deyil, həm də mənzilini təmizləməyə vaxtı olmayan şəxslərə lazım olur. “Cleanfix” şirkətinin layihə rəhbəri Ənvər Hüseynov BakuCity.az-a açıqlamasında bildirib ki, belə firmalar müştərilərə geniş xidmətlər təklif edirlər. Onun sözlərinə görə, təmizlik şirkətləri yalnız binaların təmizlənməsi ilə deyil, həm də mebel, xalça k...
Cəmiyyət
Paytaxtın köhnə binalarında lift dərdi bitmir.  BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V massivdə yerləşən 3 nömrəli binanın sakinləri uzun müddətdir lift problemi yaşayır. Doqquzmərtəbəli binanın sakinləri lift işləmədiyi üçün hər gün bütün mərtəbələri piyada çıxmağa məcbur olur. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həll edilmədiyini bildirirlər. Suraxanı rayonu 62 saylı Mənz...
Cəmiyyət
Bakıda daha bir küçədə sarı kəsişmə toru çəkilib. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib: - sarı kəsişmə toru təşkil edilib;- nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;- yolayrıcının bütün istiqamətləri üzrə piyada...
Cəmiyyət
Oktyabrın 25-26-da Bakıda “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur. Bunu BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, oktyabrın 23-24-də hava limanına gələn...
Cəmiyyət
Bakının Rüstəm Rüstəmov küçəsində quraşdırılmış işıqfor ağacların arxasında görünməz vəziyyətdədir. BakuCity.az xəbər verir ki, bu barədə sürücülər Avtosfer.az-a şikayət ediblər. Onlar bildirirlər ki, yalnız işıqfora 1-2 metr qalmış onun hansı rəngdə olduğunu görmək mümkündür. Belə olan təqdirdə sürücülər də çaşqınlıq içində qalır. BakuCity.az
Ekologiya
Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 23-də paytaxtda hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rüt...
Siyasət
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək. Bu barədə BakuCity.az Türkmənistan Dövlət Xəbərləri Agentliyinə istinadən məlumat verir. Səfər məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə iştirak etməkdir. Həmçinin oxu: Ruhani Bakıya gəlir Qeyd edək ki, sammit 25-26 oktyabr tarixlərində keçiriləcək. Görüşdə İran, Pakistan və Kuba prezidentləri və digər yüksək...
İdman
Bu gün 2020-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start veriləcək. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. Satış şirkətin rəsmi saytında (www.bakucitycircuit.com) və "iTicket" kassalarında aparılır. Yarışın keçirilməsinin beş illiyi münasibətilə Əməliyyat Şirkəti avtoidman həvəskarlarına dördgünlük biletləri 20 faiz endirim...
Cəmiyyət
Bu gün Bakı metrosunun “28 May” stansiyasında sərnişinlər qatardan boşaldılıb.  BakuCity.az “Report”a istinadən xəbər verir ki, bu, qatarlardan birində yaranan texniki problemlə bağlı olub. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, son günlərdə metrodan istifadə edən sərnişinlərin sayında ciddi artım müşahidə edilir: “Bu gün səhər saatlarında “İçəri Şəhər” - “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Sahil...
Cəmiyyət
Bakının Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidinin inşası davam etdirilir. BakuCity.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, uzunluğu 76 metr, eni isə 3.6 metr olan keçidin yol səviyyəsindən hündürlüyü 9.4 metrdir: “Keçidin dayaqlarının üçü də tam olaraq tikilib. Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hazırda...
Hadisələr
Bakıda 92 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü kobud qayda pozuntusuna yol verib. BakuCity.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, nəqliyyatın hərəkətində tıxac olduğundan sürücü yolun əks istiqamətinə çıxıb, bununla da qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olub. Fakt Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Bakı Beynəlxalq Avtovağzalı istiqamətinə çıxan yolda qeydə alınıb. Bakı Nəqliyyat Agentliyi...
Cəmiyyət
Bakıda dəyəri 67 milyon manat olan obyekt satılır.  BakuCity.az Tap.az elan saytına istinadən məlumat verir ki, obyekt Nəsimi rayonu, Səməd Vurğun parkı, Dənizkənarı Milli Parka yaxın, yol qırağında yerləşir. Üç mərtəbəli (əlavə iki mərtəbə tikməyə icazə var) obyektin ümumi sahəsi 15 min kv.m təşkil edir. Hazırda icarədə olan obyekt orta təmirlidir. BakuCity.az
Hadisələr
Bakıda 58 yaşlı kişi itkin düşüb. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Xətai rayonu, K.Kərmov küçəsi, ev 172, mənzil 34a-da yaşayan, 1961-ci il təvəllüdlü Muradov Bəxtiyar Əli oğlu oktyabrın 18-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. B.Muradovun qızı Xəyalə Muradova polisə müraciət edərək bildirib ki, atasının yaddaş pozuntusu var. Faktla bağlı araşdırmalara başlanıl...
Mədəniyyət
Azərbaycan Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, tədbirdə əntiq əşyaların, qədim mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionu nəzərdə tutulur. “Auction Baku”da qeydiyyat iki cür aparıl...
Mədəniyyət
Noyabrın 1-də Bakıda, “Elektra Events Hall”da məşhur rusiyalı reper Matrang-ın konserti olacaq. BakuCity.az saytı reperin tamaşaçılarına konsertə iki bilet qazanmaq şansı verir. Müsabiqənin qaydaları ilə yaxından tanış olmaq üçün saytımızın “Instagram” səhifəsini bəyənin. "Instagram" səhifəmizə üzv olun, müsabiqədə iştirak edin, bilet qazanın. BakuCity.az
Mədəniyyət
Belçika caz qrupu “Giuseppe Millaci & Vogue Trio” Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim edib. BakuCity.az xəbər verir ki, tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilərdə böyük maraq oyadıb. Cüzeppe Millaçi basist, bəstəkar və prodüserdir. 9 aprel 1988-ci ildə Siciliyada anadan olub və 2000-ci ildən Belçikada yaşayır. 14 yaşında ikən elektrik bas çalmağa başlayıb. Bir neçə il sonra C.Mill...
Cəmiyyət
Moskvada "Metrovaqonmaş" ASC ilə "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfdən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıblar. Qeyd edək ki, müqavilə 765 seriyalı 60 ədəd metro vaqonunun "Bakı Metropoliteni" QSC-yə tədarükünü nəzərdə tutur. BakuCity.az
Hakimiyyət
Prezident İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə BakuCity.az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib. Qeyd edək ki, H.Abutalıbov 18 il (2000-2018) Bakı...
Cəmiyyət
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 28 sentyabr - 18 oktyabr tarixlərində Bakıda keçirilmiş Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında 100 tondan çox bal satılıb. ASC-dən BakuCity-az.a verilən məlumata görə, builki yarmarkada ölkənin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Yarmarkada iştirak edən hər arıçıya satışa hər arı ailəsi üzrə...
Cəmiyyət
Bakıda itkin kimi qeydə alınan və axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov tapılıb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, azyaşlı anası tərəfindən şiddət gördüyü üçün evdən qaçdığını deyib. O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmək istədiyini bildirib: Həmçinin oxu: Bakıda yeniyetmə qız və oğlan itkin düşüb "Anamdan imtina edirəm, onunla qalmaq istəmirəm. Məni döyür, nalayiq söyüşlər söyür...
Mədəniyyət
Oktyabrın 25-də Bakıda Azərbaycan İstiqlal Muzeyində “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq. Mədəniyyət Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, sərgi Azərbaycan İstiqlal Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq. Sərginin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra vətənimizdən mühacirət etmiş ziyalılarımızın, dövlət xadimlərimizin fəaliyyətini işıqlandırmaq, ulu önd...
Cəmiyyət
Bakıda daha çox "Şamaxinka" kimi tanınan ərazidə tikilməkdə olan yerüstü piyada keçidi neçə müddətdir müzakirə mövzusuna çevrilib.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, piyadaların narahatlığına səbəb kimi yaşlılar və əlillərin keçiddən rahat şəkildə istifadəsinin nəzərə alınmaması göstərilib.  Tikinti işlərinin başa çatmadığını açıqlayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə narahatlığa heç bir səbəb olmadığını bəyan edib.  Qurumun...
İdman
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - APOEL matçının hakimləri müəyyənləşib. BakuCity.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər idarə edəcəklər. Görüşün baş hakimi Filip Qlova olacaq. Ona Frantişek Ferenç və Yan Pozor kömək edəcəklər. Qeyd edək ki, “Qarabağ” - APOEL görüşü oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. BakuCity.az
Cəmiyyət
Çinin Sian şəhərindən Çexiyanın paytaxtı Praqaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TİTR) vasitəsilə 42 konteyner daşıyacaq qatar Bakı-Tbilisi-Qars yolu ilə, daha sonra da Bosfor (İstanbul) boğazı altından keçən “Marmaray” xətti vasitəsilə Avropaya gedəcək ilk yük qatarı olacaq. BakuCity.az-ın məlumatına görə, “Report” xarici KİV-ə istinadən yazır ki, noyabrın 5-də İstanbulda qarşılanma mərasimi keçiriləcək qatar “China Railway Express”ə məxsusdur....
Ekologiya
Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 22-də paytaxtda havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək. At...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi tərəfindən uzunluğu 12 metr olan 229 ədəd avtobus gətirilib. Noyabrdan etibarən 18 metrlik avtobusların gətirilməsinə başlanacaq. BakuCity.az xəbər verir ki, bu barədə Modern.az-a agentliyin mətbuat katibi Mais Ağayev bildirib. M.Ağayevin sözlərinə görə, ümumilikdə ilin sonuna qədər bütün yeni avtobusların xətlərə buraxılmasının yekunlaşdırılması nəzərdə tutulub: Qurum rəsmisi bildirib ki, optimallaşdırma işləri çərçivəsində marşru...
Cəmiyyət
Bakıda uşaqlara siqaret satan şəxs cərimələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, qurumun Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının şəhər ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib. Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (...
Siyasət
İran Prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya səfər edəcəklər. BakuCity.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi deyib. O bildirib ki, dövlət başçısı və nazir Azərbaycanda bir sıra görüşlər keçirəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər. Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrinin dövlət və hökumət başçılarının 18-ci sammiti oktyabrın 25-26-da keçiriləcə...
Hadisələr
Bakıda sərnişin avtobusu qadın piyadanı vurub. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə bu gün səhər Binəqədi rayonunda qeydə alınıb. 67 saylı xətt üzrə hərəkət edən avtobus 1985-ci il təvəllüdlü Əliyeva Kəmaləni vurub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası qadını 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıb. Məkəzdən verilən məlumata görə, K.Əliyeva bədənin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb və daxili qanaxması olub....
Cəmiyyət
Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” işə başlayıb. BakuCity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edir...
Hadisələr
Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həmçinin oxu: Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çı...
Hadisələr
Bakının Suraxanı rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, 1997-ci il təvəllüldü Quliyev Məmmədəli üçüncü mərtəbədən yerə yıxılıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol ayağının açıq sınığı diaqnozu qoyulub.  BakuCity.az
Cəmiyyət
Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan səkkiz yaşayış binasından sakinlərin köçürülməsinə başlanılıb. BakuCity.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, həmin binaların istismar müddəti başa çatıb və müvafiq komissiya tərəfindən istifadəyə yararsız hesab edilib. Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar s...
Mədəniyyət
Oktyabrın 20-də Bakıda Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilmiş konsert olub. BakuCity.az-ın məlumatına görə, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, bir çox tanınınmış şəxslər və ziyalılar iştirak ediblər. Minlərlə tamaşaçının qatıldığı konsert “Qarabağ” kompozisiyası ilə başlayıb. Kompozisiyanı “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupu təqdim ediblər. Sonra Azərbaycanın estrada ulduz...
Kriminal
Bakıda taksi sürücüsünü döyüb pulunu alan sərnişinlərdən biri tutulub. Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən iki nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbi...
Ekologiya
Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 20-də paytaxtda bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti təşkil edəcək. Atmosfer təzyiqi nor...
Cəmiyyət
Bakıda müxalifətin mitinqinə görə metronun üç stansiyası bağlanıb.  “Bakı Metropoliteni” QSC-dən BakuCity.az-a verilən məlumatda deyilir: “Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı Metropoliteninin "28 May" stansiyasını...
Kriminal
Bakıda polislər narkotik satışının qarşısını alıb. BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri zamanı Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü B.Lətifov və əvvəl məhkum olunmuş 1986-cı il təvəllüdlü Z.Lətifov saxlanılıb. B.Lətifovun üzə...
Cəmiyyət
Oktyabrın 14-də Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində quraşdırılan “kitab dayanacağı” sökülüb. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BakuCity.az-a açıqlamasında bildirib: “Məndə olan məlumata görə, həmin köşk SOCAR tərəfindən quraşdırılıb və dünən elə həmin şirkətin əməkdaşları tərəfindən demontaj olunub. İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən isə həmin ərazi nəzarətə g...
Hadisələr
Bakıda tikintidə ölüm hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı qeydə alınıb. Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu inşaat ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək mey...
Siyasət
Bakıda müxalifətin bu günə təyin edilən mitinqi təxirə salınıb. BakuCity.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə elan edib. O qeyd edib: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi Milli Şuranın koordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra...
Cəmiyyət
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müşavirədə 2020-ci il yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın qüvvəyə minəcəyi bildirilib.  Enerji içkilərinin saxlanma və daşınması ilə bağl...
Hadisələr
Bakının Yasamal rayonunda yol qəzası baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb. Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb. Həmçinin oxu: Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş”...
Ekologiya
Bakıda istirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 19-20-də paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-36 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Oktyabrın 15-də Azərbaycanın paytaxtında keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gələn jurnalist Ahmet Hakan təəssüratlarını bölüşüb. BakuCity.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalist “Gözümdə kiçiltdiyim Bakıdan xəcalət çəkərək qayıtdım” başlıqlı yazı yazıb. O qeyd edib ki, Bakıya “Qafqazın...
Hakimiyyət
Bakıda qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib. İlham Əliyev bildirib ki, paytaxtda qəzalı vəziyyətdə olan, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalar boşaldılandan sonra həmin yataqxanaların yerində yeni binalar tikilə bilər: Həmçinin oxu: Prezidentdən Bakı yolları ilə...
Cəmiyyət
"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib. BakuCity.az "Report”a istinadən məlumat verir ki, bu barədə qurumun rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub. Z.Hüseynovun əmrinə əsasən, metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stan...
Cəmiyyət
Bakının Nizami rayonu, Keşlə qəsəbəsində transformatora girərək yanan, nəticədə qolu amputasiya olunan 2010-cu il təvəllüdlü Zəhra Əliyeva ilə bağlı bəzi təfərrüatlar məlum olub. İddia olunurdu ki, həkimlər uşağın nənəsindən pul istəyiblər. Uşağın qolunun amputasiya olunmadan müalicəsi mümkün imiş, sadəcə barmaqları kəsilməklə kifayətlənmək olarmış, amma həkimlər müalicədən boyun qaçırıblar. Təhsil aldığı məktəbdən də dəcəlliyinə görə qovulduğu, üstəlik, ö...
İdman
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Araz Abdullayev idman avtomobilini yüksək sürətlə idarə etməklə gündəmə gəlib. BakuCity.az xəbər verir ki, A.Abdullayev bahalı avtomobili ilə Bakı küçələrində yüksək sürətlə hərəkət edərək bu görüntüləri sosial şəbəkədə paylaşıb. Xatırladaq ki, bir neçə il əvvəl futbolçu avtomobili ilə Nobel prospektində iki süpürgəçini vurmuşdu. BakuCity.az
Mədəniyyət
Bu gün Bakıda Beynəlxalq Caz Festivalı başlayır. BakuCity.az xəbər verir ki, açılış mərasimi saat 17:00-da Qız qalasının yaxınlığında olacaq. Festival çərçivəsində tədbirlər “Rotunda Jazz Club”, Beynəlxalq Muğam Mərkəzi və Akademik Musiqili Teatrda keçiriləcək. “Baku Jazz – 2019” müddətində caz haqqında maraqlı filmlər, seminarlar və sərgilər də nümayiş olunacaq. Həmçinin oxu: Bakıda Rusiya istehsallı qısametrajlı filmlər nümayiş olunacaq Festival oktyabrı...
Cəmiyyət
Sakinlər Bakıda avtobus dayanacağını zəbt edən taksi sürücüsündən şikayət edirlər. “Taksi fəaliyyəti ilə məşğul olan 90-RT-456 dövlət nömrə nişanlı avtomobilin sürücüsü "İnşaatçılar" metro stansiyasının "Amrahbank" tərəfə çıxışında dayanma-durma qaydalarını pozaraq Şərifzadə küçəsindəki avtobus dayanacağını zəbt edir. Nəticədə avtobusların yolun ikinci və üçüncü zolağında dayandığına görə yolda tıxac yaranır”. BakuCity.az xəbər verir ki, bu barədə Avtosfer...
Müsahibə
BakuCity.az-ın “Hekayəni danış” rubrikasının budəfəki qonağı Azərbaycan Dağ İdman Klubunun üzvü, fotoqraf Darya Derkaçdır. O, saytımıza müsahibəsində bu idman növünə gəlişindən, uğurlarından və gələcək planlarından danışıb. Daryanın sözlərinə görə, Bakıda qayalıq məkanlar çox deyil, amma sevdiyi bir məkan var. O, Dağ İdman Klubundakı dostları ilə birlikdə məşq etmək, qayalar boyunca dırmaşmaq və söhbət etmək üçün hər bazar günü Nardarana gedir. Birlikdə mü...
Ekologiya
Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Həmçinin oxu: Bakıda yaz havası nə qədər davam edəcək?...
Hadisələr
Bakıda baş verən növbəti qəza anı kameralara düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Qazel” markalı yük maşını texniki səbəbdən yolun ortasında dayanmalı olur. Həmçinin oxu: Bakıda Milli Məclisin yanında dəhşətli qəza - VİDEO Bu zaman sürətlə hərəkətdə olan avtomobillər onunla toqquşmamaq üçün sağa-sola hərəkət edirlər. Lakin sürücülərdən biri öz zolağı ilə hərəkəti davam etdirir və arxadan yüksək sürətlə “Qazel”ə çırpılır. Nəticədə avt...
Cəmiyyət
Səhiyyə Nazirliyi Bakıda küçəyə atılan uşağın vəziyyəti ilə bağlı açıqlama yayıb. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib. Həmçinin oxu: Bakıda bir günlük körpəni qutuya qoyub küçəyə atdılar - VİDEO Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziy...
Hadisələr
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın bəzi vaqonlarında qapılar açılmayıb, həmçinin tuneldə qatarın işıqları sönüb.  BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb. Nəticədə həmin stansiyada düşə bilməyən sərnişinlər “Elmlər Akademiyası” stansiyasında düşərək geri qayıdıblar. Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-...
Cəmiyyət
Bakıda sayca 10-cu Çağırış Kuboku keçiriləcək Azərbaycan Respublikası Gənclər Fondu və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə ənənəvi X Çağırış Kubokunun keçirilməsi planlaşdırılır. BakuCity.az xəbər verir ki, “Nə? Harada? Nə zaman?” və “Xəmsə Milli İntellektual Oyunu“ üzrə ənənəvi X Çağırış Kuboku Xəzər İntellektual Gənclər Klubu tərəfindən hər il həyata keçirilən ənənəvi turnirlərdəndir. İntellektual oyu...
Kriminal
Bakı Metropolitenində cibgirlik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs saxlanılıb.  Həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub.  Araşdı...
Hadisələr
Bakının Lökbatan qəsəbəsində küçədə bir günlük oğlan uşağı tapılıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş vəziyyətdə olub. Məlumata görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb. Qaradağ rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, yeni doğulmuş uşağı küçədə Lökbatan qəsəbə sakini aşkar edib və sağ olduğundan polisə məlumat verib....
Hadisələr
Bakıda 17 yaşlı oğlan itkin düşüb. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə oktyabrın 13-də Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü Təbriz Əliyev yaşadığı "Yeni məhəllə", ev 21 ünvanından saat 19:20 radələrində özünə məxsus əşyaları götürərək çıxıb və bir daha geri qayıtmayıb. Oktyabrın 17-də isə 2004-ci il təvəllüdlü Nejan Məmmədova  paytaxtın Yasamal rayonunda yaşadığı A.Şaiq küçəsi, 181 saylı ünvanda...
Cəmiyyət
Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq. Bu barədə BakuCity.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub-qərb hissəsində yerləşən yanacaqdoldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək. Bu müddət ərz...
Hadisələr
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Buta.ws-ə istinadən məlumat verir ki, qəza Bakının “Sovetski” adlan ərazisində qeydə alınıb. "Tofaş" markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan üç qız ağır xəsarət alıb. BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?