usd:
1,70 ₼
eur:
1,91 ₼
Bu gün
+22... 24 °С
Buludlu, yağmursuz
Sabah
+25... 27 °С
Buludlu, yağmursuz
Bu gün
+22... 24 °С
Buludlu, yağmursuz
Sabah
+25... 27 °С
Buludlu, yağmursuz
Filters
Filters
Cəmiyyət
Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq. Qeyd edək ki, Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul a...
Ekologiya
Bakıda 2 iyulda gözlənilən hava şəraiti açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23,  gündüz 29-33, Bakıda  gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq....
Kriminal
Bakıda taksidə müştəri qarət edilib. BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək, mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum...
Kriminal
Nərimanov və Binəqədidə ətrafı zibilləyən şəxslər cərimələniblər. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçiriblər. BakuCity.az xəbər verir ki, bununla bağlı DİN məlumat yayıb. Məlumata görə, reydlər zamanı Nərimanov r...
Biznes
Ticarət mərkəzləri və restoranlar ayın 5-də açılacaq? “Koronavirus infeksiyasına yoluxmaların çox olduğu inzibati ərazilərdə tətbiq olunmuş sərt karantin rejimi sayəsində yoluxmaıarın dinamikası sabitləşib. Amma gündəlik yoluxanların sayının 500-ün üstündə qalması, narahatlıq doğurur”. BakuCity.az xəbər verir ki, bunları millət vəkili Azər Badamov karantin qaydalarının daha da sərtləşdirilməsi ilə bağlı danışarkən deyib. A. Badamov bildirib ki, yoluxma say...
Biznes
Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. BakuCity.az xəbər verir ki, ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır.  "Bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışı dayandırılmışdı. Firmalar dünəndən bizə siqaret vermirdilər. Buna görə ehtimal edirdik ki, qiymətlər artacaq. Çünki, topdansatış mərkəzləri həmişə qiymət artımından 2-3 gün əvvəl satışı dayandırırlar", - deyə pərakəndə siqaret satıc...
Cəmiyyət
DİN-in İdman Cəmiyyətinin Regional Qrumuna baş inspektor təyin olunub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qrumuna baş inspektor təyin olunub. BakuCity.az xəbər verir ki, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin Olimpiyadasının mükafatçısı Mövlud Mirəliyev təyin edilib. Qeyd edək ki, bu günlərdə olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi də verilib. BakuCity.az
Cəmiyyət
Xüsusi tədbirlər planı tərtib edilib. “Xüsusi tədbirlər planı tərtib edilib. Bu plana görə, Mərkəzi Bank kommersiya banklarına istehlak kreditləri üzrə ödənişlərin, xüsusən pandemiyanın təsir etdiyi sektorlar üzrə çalışan vətəndaşlar üçün sentyabr ayının 30-dək təxirə salınması və ya cərimə faizinin və dəbbələrin hesablanmamasını tövsiyə edilib”. BakuCity.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov belə deyib. V.Bayramlı qeyd edib ki, prosesin tənzimlə...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında, Xırdalanda qeydə alınıb. Sürücü, 26 yaşlı Nəbiyev Racib Nəriman oğlu idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, sürücü isə xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əziyi diaqnozları qoyulub. (report) BakuCity.az
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü İmanova Zərifə Qənaət qızını vurub. Yaralı uşaq təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Qadağanın müddəti sentyabrın 1-dək uzadılıb. Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan...
Cəmiyyət
Buraxılış imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi (DİM) 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. DİM-dən BakuCity.az-a verilən məlumata görə, imtahanda iştirak edənlər DİM-in internet saytına (http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov ) olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imta...
Cəmiyyət
Azərbaycanda dərman qıtlığı var? “Nəticəsi pozitiv çıxan şəxslər SMS icazə ilə çölə çıxa bilmirlər. Yeni yaradılan sistem buna imkan vermir”. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Y.Qarayeva qeyd edib ki, kimsə xəstədirsə, test verməyibsə və nəticəsini bilmirsə, məsuliyyət...
Cəmiyyət
Azərbaycanda koronavirusdan daha 7 nəfər ölüb. Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 7 nəfər ölüb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az
Cəmiyyət
Karantin rejimi həyat tərzinizdə nələri dəyişdi? Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunur. BakuCity.az xəbər verir ki, karantin rejimi bəzi sahələrin işinə, eləcə də insanların yaşayış tərzinə təsirsiz ötüşmür. Bu dövrdə evdə oturmaqla bəzilərimiz maddi cəhətdən qənaətçil olmağı da öyrənmiş olduq. Bəs başqa hansı vərdişlərə yiyələndik? "Report" bununla bağlı paytaxt sakinlərinin fikirlərin...
Cəmiyyət
Çinli alimlər donuzlardan insanlara ötürülə bilən və pandemiya riski daşıyan yeni qrip virusu aşkar ediblər. 2011-2018 illər arasında donuzlarda qrip viruslarını araşdıran bir qrup çinli alim G4 EA H1N1 adı verilən yeni virus üzə çıxarıb. BakuCity.az xəbər verir ki, insanlara ötürülə və tənəffüs yollarında çoxala bilən yeni virus, 2009-cu ildə Meksikada ortaya çıxan və dünyada təxminən 800 min insana yayılan “donuz qripi” kimi tanınan H1N1 virusu ilə oxşar...
Kriminal
Azərbaycanda oğluna kiçik toy məclisi təşkil edən ata həbs olunub.  Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tdbirlər görür. BakuCity.az xəbər verir ki, iyun ayının 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı övladı üçün kiçik toy məcl...
Kriminal
Azərbaycanda axtarışda olan 23 nəfər tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində respublikanın daxili işlər orqanları tərəfindən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılıb. (report) BakuCity.az
Ekologiya
Bakıda 1 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22,  gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi...
Cəmiyyət
Azərbaycanlı həkim Zülfüqar Yusifov Covid-19 barədə inanılmaz fikirlər irəli sürüb. "Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik olmasını nəzərə alaraq, onun vaksinini tapmağa çalışıblar. O zaman SARS-ı laboratoriya şəraitində mutasiyaya uğradıblar, ancaq saxlaya bilməyiblər və yayılıb". BakuCity.az xəbər verir ki, bunu tanınmış həkim Zülfüqar Yusifov d...
Cəmiyyət
"Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin". Əksepidemik tədbirlər konkret epidemiya mənbəyinə fokuslanmalıdır. Bu gün Bakıda əsas epidemik ocaqlar müəyyən edilib söndürülməlidir.  BakuCity.az xəbər verir ki, bunu Milli Məclsin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. M. Quliyevin fikrincə, diqqət daha çox marketlərə, apteklərə, metroya və avtobuslara yönəlməlidir: "Bu gün bir neçə market və aptekdə müşahidə apardım. M...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxan 36 xəstə süni tənəffüs cihazına qoşulub. Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 525-ə çatıb. BakuCity.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7 393-ə bərabərdir. Xəstələrdən 213 nəfə...
Cəmiyyət
Covid-19 ilə əlaqədar ağciyərlərini kompüter tomoqrafiyası (KT) etdirən insanların sayı çoxalıb. Koronavirus ən çox ağciyərlərə zərər vurur və bu da kompüter tomoqrafiyasında aydın görünür. Ancaq məsələ burasındadır ki, özündə koronavirusun simptomlarını hiss etməyən insanlar belə bu müayinədən keçmək istəyirlər. BakuCity.az xəbər verir ki, bu barədə həkim-radioloq Səyyarə Hüseynova məlumat verib. "Heç bir simptomu olmayan şəxslər də kompüter tomoqrafiyası...
İdman
"Zirə Peşəkar Futbol Klubu"nun xalis mənfəəti 34% artıb. "Zirə Peşəkar Futbol Klubu" MMC 2019-cu ili 57 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2018-ci illə müqayisədə təxminən 34% çoxdur. BakuCity.az xəbər verir ki, bununla bağlı Klubun maliyyə hesabatında məlumat yer alıb. Belə ki, ötən il "Zirə Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 4 milyon manatdan çox (əvvəlki ilə nisbətən təxminən 15% çox), əməliyyat xərcləri 4 milyon manata yaxın (yenə...
Cəmiyyət
Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir. BakuCity.az xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında danışıb: “Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”. Belarus prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiuyasi və iqtisadi rəqabət...
Cəmiyyət
Azərbaycanda koronavirusdan daha 8 nəfər vəfat edib. Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən ed...
İdman
"Zirə" klubundan ayrılacaq futbolçuların adı dəqiqləşib.  BakuCity.az xəbər verir ki, qəsəbə təmsilçisi rumıniyalı müdafiəçi Adrian Skarlatake ilə yollarını ayıracaq. Buna səbəb rumıniyalı müdafiəçinin 34 yaşının olmasıdır.  "Zirə" fransalı legioner Şafiq Tiqrudja, serbiyalı müdafiəçi Yovan Krneta, perulu müdafiəçi Alvaro Ampuero və monteneqrolu müdafiəçi Miloş Bakraçın da müqaviləsini yeniləmək istəmir.  Qapıçı Orxan Sadıqlı da baş məşqçi Zaur Həşimovun p...
Cəmiyyət
Azərbaycanda tibbi maska taxmamağa görə cərimələr artırılıb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələrin artırılması təklif edilir. BakuCity.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, pand...
Cəmiyyət
8103 SMS icazə sistemi ilə bağlı daha bir dəyişiklik edilib. BakuCity.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib. E. Niftəliyevin sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq: "Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində...
Ekologiya
Bakıda 30 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 27-31, Bakıda gecə 19-21, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəc...
Cəmiyyət
Koronavirus (Covid-19) pandemiyası ilə bağlı Azərbaycan tamaşaçısına hələ 2013-cü ildə məlumat verilib. BakuCity.az xəbər verir ki, fəaliyyəti dayandırılmış ANS TV-nin "Xəbərçi" proqramında hələ 2013-cü ildə karonavirusla bağlı süjet yayımlanıb. Süjetdə koronavirusun Mers növündən və iki nəfərə yoluxduğundan söz açıqlıb. Mers növündən əvvəl Sars yayılmışdı.  Son altı ayda yüz minlərlə insanı öldürən, on milyona yaxın insana yoluxan virus isə koronavirusun...
Cəmiyyət
İyunun 5-dən sonra sərt karantin rejimi uzadılır? Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub. BakuCity.az xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mü...
Kriminal
Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən aşağı atıb. BakuCity.az xəbər verir ki, hadisə Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qeyri-qanuni fəaliyyət göstərən restoranda polisin reyd apardığı zaman qeydə alınıb. Belə ki, bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə e...
Cəmiyyət
ÜST 5G mobil şəbəkələrin COVID-19-u yaymasına münasibət bildirib. COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. BakuCity.az xəbər verir ki, bununla bağlı Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama verib. Bildirilib ki, virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz. BakuCity.az
Cəmiyyət
"Test nəticəsi neqativ olan, amma ağciyərlərdə buzlu şüşə effekti yaranan şəxslərin yoluxdurma ehtimalı var". BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real İntervyu"nun qonağı olarkən deyib. "Bu şəxslər də Covid-19 xəstələri kimi ətrafdakılar üçün təhlükəli hesab olunurlar. Bu şəxslər ev şəraitində izolyasiya oluna bilməz. Buzlu şüşə sindromu varsa, onlar mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şər...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. BakuCity.az xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir. Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir. Sonrakı yerlərdə 15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizi Lənkəran, 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlı...
Cəmiyyət
Karantin qaydalarının pozulmasına görə cərimələrin məbləğinin artırılması gündəmə gəlib. BakuCity.az xəbər verir ki, məsələ sabah Milli Məclisdə müzakirə olunacaq. Qeyd edək ki, hazırda tibbi maskadan istifadə etməyən fiziki şəxslər 50,vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. BakuCity.az
Ekologiya
Bakıda 29 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 25-29, Bakıda gecə...
Cəmiyyət
Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq. BakuCity.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiqləyib. Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası...
Cəmiyyət
Koronavirus (Covid-19) peyvəndinin təhlükəli nəticələri açıqlanıb. Rusiyalı tibb elmləri doktoru, professor Mixail Kostinov xəbərdarlıq edib ki, koronavirusa qarşı peyvənd testlərində iştirak edən şəxslər bir sıra təhlükəli simptomlardan ehtiyat etməlidirlər. BakuCity.az xəbər verir ki, bu barədə mütəxəssis "Sputnik” radiosuna danışıb. Mixail Kostinovun sözlərinə görə, orqanizmin peyvəndə mülayim reaksiya verməsi hərarətin 37,5 dərəcəyə, normal halda 38,5...
Cəmiyyət
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəis müavini təyin edilib. Qeyd edək ki, V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub. Xatırladaq ki, ilk xəbəri strateq.az saytı yazıb. BakuCity.az
Cəmiyyət
Bəhram Bağırzadənin son vəziyyəti açıqlanıb. “Bəhram Bağırzadənin son vəziyyətində müəyyən müsbət dinamika qeyd edilir, lakin ağır olaraq qalır və təyinat üzrə müalicələr davam etdirilir”. BakuCity.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalic...
Cəmiyyət
Bakıdan çıxmaq istəyən AA seriyalı avtomobil geri qaytarılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq Bakıdan çıxmağa cəhd göstərən AA seriyalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan karantin postundan keçmək cəhdinin qarşısı alınıb. BakuCity.az xəbər verir ki, 90 AA 181 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobil Bakı-Quba yolunun 52-ci kilometrliyində quraşdırılan karantin keçid postunda saxlanılıb və həmin nəqliyyat vasitəsi geri qaytarı...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma şübhəsi ilə test verməyən şəxsə evdə təcrid olunmasının mütləqliyi ilə bağlı SMS göndərilib. BakuCity.az xəbər verir ki, bununla bağlı Fəxri Ağayev adlı şəxs sosial şəbəkəsində paylaşım edib. Həmin şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahdan nömrəsinə mesaj gəldiyini bildirib. “Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətin...
Cəmiyyət
Evdə müalicəyə cəlb olunan koronavirus xəstələrindən alınan iltizam sənədinin forması açıqlanıb. BakuCity.az xəbər verir ki, “Evdə müşahidə edilməyə dair iltizam” sənədi şəxsdən analiz götürülən müddətdən etibarən imzalanır. Sənəd analiz nümunəsi götürülən zaman 2 nüsxədə doldurulur. Sənəddə müşahidə olunan şəxsə aid bəzi məlumatlar qeyd olunur. Evdə müşahidə edilməyə dair iltizam sənədində qaydalar da müəyyənləşib. Qeyd olunub ki, müşahidə müddətində evi...
Ekologiya
Bakıda 28 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal -şərq küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz 25-28, Bakıda  gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer  təzyiqi no...
Cəmiyyət
Klinikalar koronavirus testi müayinələrini dayandırıb. Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir. BakuCity.az xəbər verir ki, dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır. "Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam. Hamısı test müayinələrinin...
Cəmiyyət
"Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim”. BakuCity.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. K.Əliyev qeyd edib ki, ancaq buna baxmayaraq, rayonlara axın olub: "Onların ək...
Biznes
AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb. BakuCity.az xəbər verir ki, AZAL tərəfinfən sosial şəbəkələrdə bəzi saytlar tərəfindən biletlərin baha qiymətinin əks olunduğu şəkillərin yayılmasına təəssüflə qarşılanıb. "Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir. Bunda...
Cəmiyyət
Xalq artisti Aygün Kazımovanın köməkçisi və onun ailəsi koronavirusa yoluxub. BakuCity.az xəbər verir ki, bununla bağlı müğənni “Instagram” hesabında məlumat verib. A.Kazımova bildirib ki, bu səbəbdən o da çox sevdiyi səhnədən uzaq düşüb və karantinə alınıb. Aygün Kazımova koronavirusun varlığına şübhə ilə yanaşanlara səslənərək, məsələnin ciddiliyinin fərqinə varmağa və özlərini qorumağa çağırıb. BakuCity.az
Cəmiyyət
"Ümid edirəm ki, iyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq". BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksianisti Cəlal İsayev deyib: "Amma biz yoluxmanın sayına baxmalı, gedişatı izləməli, təhlil aparmalıyıq. İndidən demək olmaz ki, bu iki həftədə hər şey yaxşı olacaq. Çünki insanlar səhlənkarlıq edir, maska taxmırlar, yas yerlərinə toplaşır, sərt karantin olsa da, küçələrdə, parklarda gəzirlər. Yoluxmanın artması...
Cəmiyyət
Azərbaycanda daha 517 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Azərbaycanda 517 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən...
Cəmiyyət
Koronavirusun Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi açıqlanıb. "COVID-19-un Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi virusun mutasiyaya uğramasıdır". BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov deyib. "ATV aktual" proqramının qonağı olan millət vəkili bildirib ki, yoluxma və ölüm sayının sürətlə artmasının səbəbi məhz koronavirusun mutasiyaya uğramasıdır: "Düşünülür ki, eləc...
Kriminal
Bakıda narkotik əməliyyatlarında 3 nəfər saxlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.İsayev Binəqədi rayonu ərazisində saxlanılıb.  BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məkumat verilib. Məlumata görə, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirib. Əməliyyat tədbiri nəticəsində ondan çəkisi 1 kiloqramdan artıq he...
Cəmiyyət
Avropada 30 ölkədə koronavirusun sürətlə yayılması halı müşahidə olunub. BakuCity.az xəbər verir ki, sürətlə yayılmaya səbəb kimi bu ölkələrdə karantin rejiminin yumşaldılması göstərilib. Məsələ ilə bağlı məlumat verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge Avropada gündəlik 20 min yoluxma və 700 ölüm faktının olduğunu bildirib. Hans Klüge qeyd edib ki,  11 ölkədə sürətli yoluxma çox ciddi problemlərə yol açıb v...
Mədəniyyət
AzTV-də bu axşam "Polkovnikin əmanəti" filminin premyerası olacaq.  BakuCity.az xəbər verir ki, “Polkovnikin əmanəti” filmi müharibələrin bir hərbçinin taleyinə təsirindən bəhs edir. Filmdə Azərbaycan hərbçilərinin vətənpərvərliyi, döyüş əzmi, qələbə arzusu obrazlı şəkildə əks olunub. “Polkovnikin əmanəti”nin baş rol ifaçısı müasir Azərbaycan kinolarından bir neçəsində çəkilmiş aktyor Elnar Qarayevdir. Filmi bugün saat 21:00-da AzTV-də nümayiş olunacaq. Ba...
Ekologiya
Bakıda 27 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfe...
Cəmiyyət
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib. BakuCity.az xəbər verir ki, ”HenleyPartners” şirkətinin reytinqinə əsasən, azərbaycanlılar 66 ölkəyə vizasız səfər edə bilərlər, amma viza şərtləri fərqlidir. Bəzi ölkələr üzrə vizanı elektron qaydada, bəzilərində hava limanında almaq olar, bəzilərində isə vizaya ehtiyac yoxdur. Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə...
Cəmiyyət
Ultrabənövşəyi şüalar COVİD 19-u zərərsizləşdirir. BakuCity.az xəbər verir ki, Boston universitetinin alimləri bu nəticəyə gəlib. Belə ki, Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının (NIEDL) alimləri "Signify" şirkəti ilə birlikdə koronavirusu 25 saniyəyə məhv etmək üsulunu aşkarlayıblar. Xüsusi lampaların ultrabənövşəyi şüaları "SARS-CoV-2"-ni zərərsizləşdirir. Eksperiment zamanı mütəxəssislər viruslu materialı lampalardan müxtəlif...
Kriminal
Abşeronun baş memarı saxlanılıb. BakuCity.az xəbər verir ki, Baş Prokurorluq Abşeron və Şirvanda tutulan vəzifəli şəxslərə qarşı keçirilən əməliyyatın görüntülərini yayıb. Məmurlara qarşı keçirilən əməliyyatın videosunu təqdim edirik: BakuCity.az
Cəmiyyət
Bu gün Azərbaycanda koronavirusla bağlı 7 274 test aparılıb. BakuCity.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 449 235-ə çatıb.  Qeyd edilir ki, iyunun 25-i Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmı...
Cəmiyyət
Bir qrup işçinin işə çıxmasına icazə verilməsilə ilə bağlı müraciət olunub. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sərt karantin tətbiq edilən şəhər və rayonlarda fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin işə çıxmasına icazə verilməsilə ilə bağlı müraciət edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Dövlət Agentliyindənməlumat verilib. Məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağl...
Cəmiyyət
"Son 14 gündə Azərbaycanda COVİD-19-a yoluxma sayında 50 faiz artım olub". BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. H.Harmancının sözlərinə görə, hazırda ən vacib tədbir fiziki məsafənin qorunmasıdır: "Mən koronavirus təhlükəsini dərk edən insanlara müraciət edərək demək istəyirəm ki, bilgilərinizi yalnız özün...
Cəmiyyət
Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Azərbaycan Respublikasında 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Qeyd olunub ki, COVID-19 üçün...
Cəmiyyət
Mahnı oxuyub polisə gül atanlar sosial şəbəkələrdə tənqid atəşinə tutulub.  Dünən bir qrup vətəndaş Yasamal rayonunda polisə dəstək ifadə etmək üçün eyvandan mahnı oxuyaraq asayiş keşikçilərinə gül atıb. Onların videosu "Sakinlər balkonlardan polisə gül atdı” qeydi ilə sosial şəbəkələrdə paylaşılıb.  BakuCity.az xəbər verir ki, həmin şəxslər sıravi vətəndaş yox, müxtəlif musiqi yarışmalarının qalibidirlər. Konkret olaraq Elsevər Muradovla Gülnar Qüdrətli m...
İdman
"Keşlə"də çıxış edən daha bir oyunçunun taleyinə aydınlıq gətirilib. BakuCity.az xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Con Kamara ilə yeni müqavilə imzalayıb. Sierra-Leonedən olan 32 yaşlı yarımmüdafiəçi daha bir il "Keşlə"də çıxış edəcək. "Keşlə" daha öncə Tural Axundov və Şəhriyar Əliyevi heyətinə qatıb. Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç və Rəşad Əzizlinin müqaviləsi yenilənib. (report) Con Kama...
Ekologiya
Bakıda 26 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz 25-28, Bakıda  gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.  Atmos...
Cəmiyyət
Azərbaycanda karantin rejimi daha da sərtləşdiriləcək. "Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir". BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. Bildirilib ki, bir sıra hallarda sahibkarlıq subyektləri, Ope...
Cəmiyyət
SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. BakuCity.az-ın xəbərinə görə, müəyyən edilib ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bə...
Cəmiyyət
Elmlər Akademiyasında çalışlanların iş rejimində məhdudiyyətlər tətbiq edilib.  AMEA prezidenti, akademik Ramiz Mehdiyev “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən ço...
Cəmiyyət
Bir neçə nüans var ki, onlar “COVİD-19”un ilkin əlamətləridir.  Dünyada koronavirusa yoluxanların sayı artıq 10 milyona yaxınlaşır, 500 minə yaxın insan isə virus səbəbindən həyatını itirib. BakuCity.az xəbər verir ki, pandemiyanın yayılmağa başlamasından artıq yarım ildən çox bir vaxt keçsə də, hələ də dünya elmi yeni virus qarşısında acizdir. Virusun orqanizmdən asılı olaraq fərqli simptomlarla özünü göstərməsi isə vəziyyəti bir az daha qəlizləşdirir. Vi...
Cəmiyyət
Hansı vitaminlər lazımdır? Əslən Cənubi Azərbaycandan olan, Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycani koronavirusun müalicəsi barədə məsləhət verib. BakuCity.az xəbər verir ki, professorun fikrincə virus pandemiyası sönənə kimi bu vitaminlər çox mühümdür: 1) Vitamin D3 5000 (iu) gündə 1 dəfə + yarım saat günəşin altında gəzmək 2) Vitamin...
Cəmiyyət
"Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq" "Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun aç...
Cəmiyyət
Yol polisi karantin postlarında vətəndaşları xüsusi texniki vasitə ilə yoxlayır. BakuCity.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Vaqif Əsədovun sözlərinə görə, yeni planşetlər vətəndaşın şəxsiyyət vəsiqəsini tez bir zamanda oxuyur və portalda icazəsinin olub-olmadığını müəyyən edir: "Bunun üçün sadəcə 3-5 saniyə vaxt tələb olunur. Yeni texnologiya vətəndaşların postlarda...
Cəmiyyət
Ölkədə ümumilikdə 302 müəssisədə reyd keçirib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 88 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla ümumilikdə 302 müəssisədə reyd keçirib. BakuCity.az AQTA-ya istinadən xəbər verir ki, sahibkarlıq...
Ekologiya
Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 25-i gündüzdən 27-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcəyi gözlənilir. İyunun 26-sı gündüz və 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Havanın temperaturu ötən günlərlə müqayisədə...
Kriminal
Bakıda məşhur şadlıq sarayı cərimələnib. Bakının Nizami rayonu “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 ma...
Cəmiyyət
Xəzər dənizində daha iki neftçinin meyiti tapılıb. Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın meyiti 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib, 149 metr dərinlikdə daha iki insan meyiti aşkarlanıb. BakuCity.az xəbər verir ki, b...
Ekologiya
Bakıda 25 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75, günd...
Kriminal
Bakıda karantini pozan kafe sahibi və müştəriləri cəzalandırılıb. Bakının Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb. BakuCity.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi Post Patrul Xidməti və 13-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə iy...
Cəmiyyət
Tətbiq olunan karantin rejimi daha da sərtləşdirilə bilər. Xəbər verdiyimiz kimi iyunun 23-də 508 nəfər koronafirusa yoluxub, 7 nəfər ölüb. Əgər bu həftə ərzində statistika artma dinamikası ilə davam edərsə bazar günündən iyulun 5-nə kimi ölkə ərazisində fövqəladə vəziyyət elan edilə bilərmi? BakuCity.az xəbər verir ki, millər vəkili Cavid Osmanov dediyinə görə, icazələrdən sui-istifadə halları da mövcuddur: "Qaydaları pozan şəxslər anlamırlar ki, onlar bu...
Cəmiyyət
Bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərara dəyişiklik edib. Nazirlər Kabineti "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərara dəyişiklik edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarla "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin fo...
Cəmiyyət
Koronavirusa qalib gələn rayonun adı açıqlanıb. Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində yayılması və onun təsirləri istər paytaxtda, istərsə də regionlarda hiss olunmaqdadır. Bununla belə, ölkədə virusun təsirlərinin aradan qalxdığı rayonlar da var. BakuCity.az xəbər verir ki, Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov dediyinə görə, hazırda rayonda heç bir yoluxma halı yoxdur. “Zərdabda vəziyyət d...
İdman
“Keşlə” klubu futbolçusu Miyuşko Boyoviçlə müqavilə müddətini artırıb. BakuCity.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı monteneqrolu müdafiəçi gələn mövsüm də paytaxt təmsilçisinin formasını geyinəcək. Daha əvvəl "Keşlə" "Neftçi"dən ayrılan Tural Axundovla razılığa gəlib, Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev və Vüsal İsgəndərli ilə müqaviləni uzadıb. Cabir Əmirli "Neftçi"yə keçibsə, Slavik Alxasov və Ruslan Qurbanovla başa çata...
Cəmiyyət
TƏBİB-dən alınan səlahiyyət Səhiyyə Nazirliyinə verilib. Koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımı Səhiyyə Nazirliyi, stasionar müalicəni TƏBİB həyata keçirəcək. BakuCity.az xəbər verir ki, xüsusi karantin rejimi müddətində Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyası ocaqlarında gigiyena və epidemiologiya, karantin-təşkilati, o cümlədən profilaktik tədbirlərinin görülməsi, y...
Cəmiyyət
Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanala...
Cəmiyyət
Avropalı diplomat Denis Daniilidis Bakıda yaşadığı 4 illih həyatından danışıb. Denis Daniilidis 4 ildir Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti rəhbərinin müavini və diplomatik nümayəndəliyin Siyasət və mətbuat şöbəsinin müdiridir. BakuCity.az xəbər verir ki, diplomat 2016-cı ildən - Türkmənistanda işlədikdən sonra diplomatik fəaliyyətini Bakıda davam etdirir. Bakıda diplomat çox fəal həyat tərzi keçirib. Siyasi təmasları ilə yanaşı, hər də...
Kriminal
Bakı metrosunda onlarla borclu şəxs polis tərəfindən saxlanılıb. Polis bölməsi əməkdaşları iyunun 22-də Bakı Metropolitenində keçirilən əməliyyat nəticəsində borclu kimi axtarışda olan iki qadın da daxil olmaqla 24 nəfəri saxlayıblar. BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Saxlanılanlar Bakının Binəqədi, Səbail, Qaradağ, Sabunçu, Nərimanov, Nəsimi, Yasamal, Suraxanı, Xətai rayonlarının, eləcə də Qəbələ, Masallı,...
Cəmiyyət
190 manat ödəmə almış şəxslərə eyni məbləğ yenidən verilir. "Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmənin verilməsi üçün təkrar müraciətə ehtiyac yoxdur". BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Həmçinin oxu: Bu şəxslərə yenidən 190 manat veriləcək - QƏRAR...
Cəmiyyət
"Semaşko"da 20-yə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə bu gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) 20-yə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb. İddia olunur ki, orada olan şəxslər 20 meyitin xəstəxanadan çıxarıldığının şahidi olublar. BakuCity.az xəbər verir ki, xəstəxananın baş həkimi Ədalət Dadaşov bu informasiyaların həqiqətə uyğun olmadığını deyib. Ə.Dadaşovun sözlərinə gör...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?