usd:
1,70 ₼
eur:
1,92 ₼
Bu gün
+26... 31 °С
Buludsuz, yağmursuz
Sabah
+27... 31 °С
Buludlu, yağmursuz
Bu gün
+26... 31 °С
Buludsuz, yağmursuz
Sabah
+27... 31 °С
Buludlu, yağmursuz
Filters
Filters
Cəmiyyət
Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. BakuCity.az xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb. Məlum...
Siyasət
İspaniyanın “La Vanguardia” qəzeti Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdən yazır. İspaniyanın qocaman nəşrlərindən biri olan “Lа Vanguardia” qəzetində “Erməni ordusu ilə baş verən insidentdə Azərbaycanın iki əsgəri öldürülüb” sərlövhəli məqalə dərc edilib. BakuCity.az xəbər verir ki, məqalədə erməni ordusunun artilleriyadan istifadə etməklə Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədindəki mövqeləri tutmağa cəhd g...
Cəmiyyət
Moskvadan növbəti çarter reysi yerinə yetirilib. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan növbəti çarter reysi yerinə yetirib. BakuCity.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib. Rusiyalı həkimlər Azərbaycan Respublikasının tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada e...
Siyasət
"İrəvanı Bakının əlindən alan olmayacaq". 12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan sonra təmas xəttində münaqişənin başlama ehtimalı kəskin şəkildə artır. BakuCity.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Denis Korkodinov deyib. D.  Korkodinovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər - işğal olunmuş Azərbaycan tor...
Hadisələr
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam, Sabunçu rayonunda qeydə alınıb. Avtomobil 9 yaşlı Yusubova Aysu Əlihuseyn qızını və 8 yaşlı Yusubova  Rüqəyya Bayandur qızını vurub.  Azyaşlılar təcili yardım avtomobili ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıblar. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti ağırdır. (report) BakuCity.az
Hadisələr
Bakıda sex yanıb, bir nəfər xəsarət alıb. Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 10 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az
Cəmiyyət
Dünyada koronavirusa yoluxanların sayı 12,5 milyonu ötüb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Belə ki, son sutkada COVID-19-a 230 370 yoluxma qeydə alınıb. Onlardan 5 285 pasiyent dünyasını dəyişib. Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 12 552 765 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 561 617 nəfər COVID-19-dan ölüb. Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alı...
Ekologiya
Bakıda 13 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  29-34, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunu, nis...
Kriminal
Polis Bakı küçələrindəki nəzarəti gücləndirib. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, diqqətə çatdırılır ki, tənə...
Cəmiyyət
SARS-CoV-2 koronavirusunun yayılma sürəti may göstəriciləri ilə müqayisədə iki dəfə artıb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Əvvəlki aylarda koronavirusa yoluxma hallarının həftəlik artımı azalmışdı, ancaq son günlər yenidən artım qeydə alınıb.  ÜST rəhbəri iyulun 10-da sutka ərzində rekord sayda yoluxma halı (228 mindən çox) oluğunu bildirib. Qebreyesusun sözlərinə...
Cəmiyyət
Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib. BakuCity.az xəbər verir ki, istər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir. Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. P...
Cəmiyyət
Dünyada COVID-19-la bağlı son vəziyyət açıqlanıb. Dünyada son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 219 mindən çox artıb və 12,3 milyonu ötüb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Məlumata görə, dünyada koronavirusdan (COVID-19) ölənlərin ümumi sayı 556 min nəfəri ötüb. Qeyd edilir ki, son bir gün ərzində koronavirus infeksiyasına yeni 219 983 yoluxma qeydə alınıb, COVID-19-d...
Cəmiyyət
Rayonlara gediş-gəliş bərpa olunur?  “Bu xəstəliyin də inkubasiya dövrü 14 gün olduğu üçün hər hansı bir şəxs özünü tam sağlam hiss edərək rayona getdiyi zaman özü ilə virusu gətirə bilər”. BakuCity.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:  “Son zamanlar bizə çox müraciətlər olur....
Cəmiyyət
Baş Nazir Əli Əsədov  təhsillə bağlı qərar imzalayıb. Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20...
Cəmiyyət
Daxili İşlər Nazirliyinə (DİN) dayanma-durma tələblərinin pozulmasına görə cərimə yazmaq səlahiyyəti verilib. BakuCity.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev iyulun 10-da fərman imzalayıb. Yeni fərmanla Prezidentin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanı də...
Ekologiya
Bakıda 12 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz 29-34, Bakıda  gecə 21-23, gündüz  32-34...
Kriminal
Paytaxtda sərt karantin rejimində fəaliyyət göstərən istixana aşkarlanıb. Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib. BakuCity.az xəbər verir ki, rayonun 2 nömrəli sovxoz ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada karantin qaydalarının pozulması faktı aşkarlanıb. “Qızıl noxur” adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial...
Siyasət
Daxili İşlər Nazirliyinin səlahiyyətləri artırılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, 4.52-ci bənddə “yaratdığı hallara” sözlərindən sonra “münasibətdə Daxili İşlər Nazirliyi və...
Kriminal
Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olunub. Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərindən rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb. BakuCty.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bu qanunsuz fəaliyyətlə məşğ...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırılıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. BakuCity.az xəbər verir ki, Fərmanda deyilir: “Azərbaycan Respublikas...
Cəmiyyət
Media işçiləri bu həftə Lənkaranın Boladi kəndində olub. BakuCity.az xəbər verir ki, bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10 000 əhalisi olan bu kənddə indiyədək 70 nəfər koronavirusa yoluxub, amma buna baxmayaraq, kənd camaatının küçədə maskasız, əlcəksiz gəzməsi müşahidə edilir. Burada hələ də virusa inanmayanlar olsa da, digər tərəfdən koronavirusdan sağaldıqlarına görə, qurban kəsənlər də var. Qəribəsi budur ki, Baku TV komandası kəndə ç...
Cəmiyyət
Bu gün saat 00:00-dan etibarən bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. BakuCity.az xəbər verir ki, bu məhdudlaşma aşağıdakı tarixlərə şamil ediləcək: 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.  Xatırladaq ki, Bakı ilə yanaşı, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaç...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma sayı artmaqda davam edir. Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə ol...
Hadisələr
Bakıda ər və arvad eyni gündə vəfat edib. BakuCity.az xəbər verir ki, paytaxt sakinləri Yaşar Mirzəzadə və həyat yoldaşı Şəfiqə xanım xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, onlar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Pərvanə Mirzəzadənin valideynləridir. (publika.az) BakuCity.az
Biznes
Bakı ilə bəzi ölkələr arasında uçuşların siyahısı və qiymətləri açıqlanıb. Pandemiya səbəbindən yay aylarında sərhədlərin bağlanması bir çox insanın səfər, eləcə də istirahət planlarının ləğvinə gətirib çıxardı. Bəzi ölkələrarası sərhədlər açılsa da, Azərbaycan mövcud şəraitə görə sərhədlərini avqustun 1-inə qədər bağlı saxlayacaq. Sonradan beynəlxalq uçuşlarla bağlı hansı qərarın veriləcəyi isə ölkəmizdəki yoluxma sayının dinamikasından asılıdır.  Buna ba...
Hadisələr
Bakıda avtomobil dövlət idarəsinin binasına çırpılıb. BakuCity.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.  Qəza zamanı 10-HU-530 dövlət nömrə nişanlı BMW və 99-AZ-266 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillər toqquşub.  Qəzadan sonra “Volkswagen” Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin binasına, BMW isə dövlət...
Ekologiya
Bakıda 11 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  27-31, Bakıda  gecə 21-23, gündüz  28-30 dərəcə isti olacaq.  Atmosfer  təzyi...
Cəmiyyət
Koronavirusa yoluxma şübhəsi olan insanlarda bəzən yalnız əlamətlər deyil, yaxma cavabı da çaşdırıcı vəziyyət yaradır. BakuCity.az xəbər verir ki, bunu həkim Elnur Eldaroğlu deyib. E. Eldaroğlu sözlərinə görə, yoluxma zamanı bədənin hərarəti 37.2-37.7, iy bilmə, dadbilmə itməsi, insanın daha əzgin və çox tərləməsi, davamlı spastik öskürək və təngnəfəslik müşahidə edilir: "Bəzən bu əlamətlər olmayanda xəstəyə asimptomatik xəstə deyilir, amma məsələ bu deyil...
Cəmiyyət
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz. "Düzdür, dənizə girmək və üzməklə insana virus keçmir. Amma sahildə insanların oturduqları və uzandıqları yerlərin məsafələrini təmin etsək belə, dənizdə insanlar yaxın üzəcək və çiməcəklər. Bu baxımdan onları koordinasiya etmək və nəzarət etmək çox çətindir". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. Nabil Seyidov əlavə ed...
Cəmiyyət
Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. "Ötən ayın 21-dən xüsusi karantin rejimi tətbiq olunan 8 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Nazirlik tərəfindən bu həftənin ilk günləri...
Cəmiyyət
Bakıda yenidən karantin postlarının fəaliyyəti bərpa edilib. BakuCity.az xəbər verir ki, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarətin şənbə və bazar günləri də olacağı bildirilir. Baş Dövlət Yol Polisi İ...
Cəmiyyət
Dünyada koronavirusa yoluxanların sayı 11,8 milyonu ötüb, virusdan 545 mindən çox insan ölüb.   BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, dünyada 11 874 226 insan koronavirusa yoluxub, 545 481 pasiyent ölüb. Son sutkada virusa 204 967 yeni yoluxma aşkarlanıb, 5 575 nəfər ölüb. BakuCity.az
Cəmiyyət
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi qaydası məlum olub. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan...
Cəmiyyət
Azərbaycanda koronavirusa daha 548 yoluxma qeydə alınıb, 10 nəfər vəfat edib. Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəy...
Cəmiyyət
"Karantinə nəzarət edən 3 əməkdaşımız koronavirus infeksiyasından dünyasını dəyişib”. BakuCity.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib: “Bu günə qədər 3 əməkdaşımız dünyasını dəyişib, hazırda bir neçə əməkdaşımız xəstəxanada müalicə alır, bir neçə şəxs də müalicələri bitdiyi üçün evə buraxılıb”. (redaktor.az) BakuCity.az
Cəmiyyət
Goranboyda koronavirusun daha çox yayıılması səbəbilə polis postları qurulub. Xəbər verdiyimiz kimi, ötən gün Baş nazir Əli Əsədov Goranboy və Göygöl rayonlarının bütün ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verib. Artıq digər şəhər və rayonlarla yanaşı, bu rayonlarda da xüsusi karantin rejiminin 20 iyul saat 06:00-dək tətbiq ediləcək. Bakucity.az xəbər verir ki, Goranboyun Dəliməmmədli şəhərində koronavirusun daha çox yayıld...
İdman
"Bakıya yollanacağım günü səbirsizliklə gözləyirəm". "Qarabağ"ın Portuqaliyanın "Şaveş" klubundan transfer etdiyi Kevin Medina yaxın günlərdə Bakıya gələcək. BakuCity.az xəbər verir ki, bu barədə "Report"a kolumbiyalı futbolçunun özü məlumat verib. 27 yaşlı müdafiəçi hazırda Portuqaliyada olduğunu bildirib: "Bakıya nə vaxt gələcəyimi bilmirəm. Amma bu, tezliklə olmalıdır. Koronavirus pandemiyası səbəbindən əcnəbilərin Azərbaycana səfər etmələri elə də asan...
Ekologiya
Bakıda 10 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sü...
Mədəniyyət
"Miss & Mister Azerbaijan 2020"nin final gecəsi "online" keçirilib.  "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsi 1996-cı ildən bəri  tarixdə ilk dəfə Final mərhələsini online şəraitdə həyata keçirib.  Bununla bağlı BakuCity.az-a müsabiqənin xoreoqrafı və baş koordinatoru Ayla Mais məlumat veriv: "Ölkənin ilk və rəsmi Milli gözəllik müsabiqəsi olan "Miss & Mister Azerbaijan -2020" 07.07.2020 tarixində, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanı...
Cəmiyyət
Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib. Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyə...
Cəmiyyət
“Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər". “Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. İnsanlar dənizə gedə bilməlidirlər”. BakuCity.az xəbər verir ki, baku ölkənin baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev qeyd edib ki, dənizdə viruslar məhv olur. Bunun...
Biznes
Koronavirus hər yerdə olduğu kimi Azərbaycanda da işbazların işinə yarıyır. "Pul qazananlar" indi də virusdan istifadə edib, dərmanların qara bazar biznesindən faydalanırlar. Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (“Arbidol”, “Kalitra”, “Erqferon” və “Tamiflu” ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. “Parasetamol”, vitamin, steroid və digər dərmanların olmam...
Cəmiyyət
Çində yeni xəstəlik yayılıb. Ötən ilin sonlarından başlayan koronavirus pandemiyası başa çatmamış Çindən yeni xəstəlik yayılması qorxusu dünyanı bürüyüb. BakuCity.az "BakuPost"a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı da Çində müşahidə edilən və 24 saat ərzində insanı öldürən c haqqında açıqlama verib. ÜST hələlik yoluxma faktını nəzərə aldıqda xəstəliyin nəzarət altında olduğunu bildirib. Qeyd edək ki, adətən gəmiricilərdə yaşayan bir bakter...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Ramazanov Taleh Natiq oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün açıq yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Dünyada COVID-19-a yoluxma halları 12 007 327 təşkil edir. BakuCity.az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət oranlarının, həmçinin dünya KİV-lərinin, digər açıq mənbələrin statistikasını aparan Cons Hopkins Universiteti bildirib. Universitetin məlumatına görə, dünyada koronavirusdan 548 799 pasiyent ölüb. Bununla yanaşı, pandemiya ərzində virusdan 6 533 436 pasiyent sağalıb. Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm A...
Siyasət
Azərbaycanda koronavirusdan daha 9 nəfər vəfat edib. Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlar...
İdman
Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşublar. BakuCity.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əvvəlcə "Keşlə"nin bazasında olublar. PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər. Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanar...
Cəmiyyət
Bakının “kimsəsiz” çimərlikləri fotoşəkillərdə. Ölkə ərazisində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi sərtləşdirilib. BakuCity.az xəbər verir ki, karantin rejimində kimsəsizliyə məhkum olan məkanlardan biri də çimərliklərdir. "Oxu.Az"ın fotoqrafı Bakıda yerləşən bir neçə çimərlikd...
Cəmiyyət
İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib. BakuCity.az xəbər verir ki, bu barədə İ. Ağayev özü bildirib. İ. Ağayev deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işlə...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 6-8 dərəcə aşağı enəcək. İyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şə...
Kriminal
Yasamal qəbiristanlığında molla BAKU.TV-nin əməkdaşına hücum edib. Dünən BAKU.TV-nin əməkdaşları Yasamal rayonu ərazisində yerləşən və Yasamal qəbiristanlığı kimi tanınan ərazidə çəkiliş aparıblar. BakuCity.az xəbər verir ki, çəkiliş zamanı qəbiristanlıqda mollalıq fəaliyyəti ilə məşğul olan şəxs kanalın operatoruna hücum edib. Operator Elgün Hümbətova müxtəlif bədən xəsarətləri yetirilib. Əməkdaşlarımıza hücum edən şəxs hətta başqalarına da zəng edərək hə...
Cəmiyyət
"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir". "Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur. Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur". BakuCity.az xəbər verir ki, bu sözləri tanınmış həkim reanimatoloq Şa...
Ekologiya
Bakıda 9 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qrəb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan...
Cəmiyyət
Yas mərasimləri hansı formada keçirilməlidir? İslam dininə əsasən insan vəfat etdikdən sonra onun lazımi qaydada dəfni həyata keçirilməlidir. Bunu etdikdən sonra başqa heç nəyə ehtiyac qalmır. BakuCity.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, vəfat edən insan dəfn edilir, mərasim də məzarlıqda həyata keçirilir: “Dində insanın dəfnində çox və ya az adamın iştirakı məsələsi yoxdu...
Cəmiyyət
Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? "Azərbaycanda iyunun 21-də karantin rejimi sərtləşdirildi və həmin dövrdən bir-iki həftə ərzində biz stabilləşməni müşahidə etməyə başladıq". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib. Nabil Seyidov əlavə edib ki, ölkədə ciddi artım olmadı, yoluxma sayı 600-dən o tərəfə keçmədi: "Sərtləşdirilmə qəbul edilməsəydi, o zam...
Kriminal
Bakıda karantini pozan kafe aşkarlanıb. BakuCity.az xəbər verir ki, iyunun 7-i saat 17:15-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Sabunçu rayonu, Sabunçu bazarının içərisində yerləşən adsız kafedə epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edilərək ümumilikdə 9 nəfər saxlanılıb. Belə ki, kafenin icarədarı paytaxt sakini, 1962-ci il təvəllüdl...
Cəmiyyət
Bu gün  Binəqədidə içməli suyun verilməsində məhdudiyyət olacaq. Bakının Binəqədi rayonunda, 9-cu mikrorayondakı su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün mikrorayona və Zeytunluq ərazisinə içməli suyun verilməsində məhdudiyyət olacaq. BakuCity.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib. Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.  BakuCity.az
Cəmiyyət
Günə 500-dən çox adamın yoluxmasının səbəbi açıqlanıb. Artıq iki həftədir ki, ölkədə sərt karantin rejimi tətbiq olunur. Bu dövrdə yoluxmaların sayı 500-600 nəfəri arası dəyişib. Rəsmi qurumlar yoluxma sayının sabit saxlanıldığını bildirir. Lakin eyni zamanda davam edən bu sayın mənbəyi də maraq doğurur. Maraqlıdır, sərt karantin rejimi dövründə yoluxanlar hansı kateqoriyaya aiddir? İşləyən, yəni şəhərdə hərəkət imkanları olanlar, yoxsa karantini evdə keçi...
Biznes
Bakını dünyaya tanıdan qəsəbə turizm cənnətinə çevrilir. Nefti ilə Azərbaycanı dünyaya tanıdan, yaxın zamanlara qədər isə baxımsız vəziyyətdə olan Balaxanıdan yolunuz düşsə, bəlkə də, gözlərinizə inanmayacaqsınız.  BakuCity.az xəbər verir ki, qəsəbə küçələrində həyata keçirilən təmir işlərindən sonra Səfəvilər, Sabir və Dirçəliş küçələri dünyanın məşhur turizm ərazilərinə bənzədilib.  Balaxanının yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məka...
Biznes
Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabilet satışına başlanılıb. “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək. BakuCity.az xəbər verir ki, bu barədə "Report"a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.  Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək. Bakı-London...
Cəmiyyət
Azərbaycan üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür. BakuCity.az  xəbər verir ki, bu barədə statistika TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son məlumatda əksini tapıb. Belə ki, Bakı ilə yanaşı, koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronun, 8,4%-i isə Gəncə-Qazax bölgəsinin payına düşür. Eyni zamanda, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasında, 5,8 faizi Lənkəran rayonunda, 1,6 fai...
Cəmiyyət
Azərbaycanda daha 537 nəfər yoluxub, 7 nəfər ölüb. Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az-a xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfə...
İdman
"Rıbkanın gedişinə qarşı deyilik". "Səbail"in baş məşqçisi Aftandil Hacıyev komandanın ukraynalı qapıçısı Aleksandr Rıbkanın ölkəsinin mətbuatına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. BakuCity.az xəbər verir ki, 39 yaşlı mütəxəssis "Report"a açıqlamasında 33 yaşlı qolkiperin ölkəsinə gedişinə qarşı olmadıqlarını bildirib. Hacıyevin sözlərinə görə, təcrübəli oyunçunun 1 illik müqaviləsi qaldığından Azərbaycana qayıdışında problem olmayac...
Cəmiyyət
Koronavirusun demək olar ki, hər şeyi unutdurduğu və ya fona keçirdiyi bir dövrdəyik. Amma  unutmalı olmadığımız  bir yer var – CƏBHƏ  XƏTTİ. Azərbaycanın Ermənistanla cəbhə xəttindən danışırıq. Çoxunun bu sərhəddin hansı uzunluqda olmasından  xəbəri yoxdur. Googleyə baxmayın, özüm deyirəm - 246 kilometr. Bu, kəmiyyət ölçüsüdür.   Bəs, tale xətti cəbhə xətti ilə kəsişən şəxslərin yaşadıqlarının keyfiyyət parametrlərini  necə ölçək? Məsələn, ümidlərin, Vətə...
Cəmiyyət
Bakı səmasında naməlum obyekt əhalini təşvişə salıb. BakuCity.az xəbər verir ki, Bakının Əhmədli qəsəbəsində görüntülənən naməlum obyekt böyük marağa səbəb olub. Naməlum obyekti yaxınlıqda yaşayan şəhər sakini kamera ilə videogörüntüyə alıb. Kadrlarda nəməlum obyektin hərəkət etdiyi aydın görünür.o Amma obyekt uzaqda göründüyü üçün şəhər sakinlərinin təşvişinə səbəb olub. (ölkə.az) BakuCity.az
Ekologiya
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin qoxu yayılıb. “İyulun 6-da axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-in mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin nəticələri məlum olub”. BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib. Vasif Əliyev qeyd edib ki,...
İdman
“Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək”. "Son aylar dünyanın baş ağrısına çevrilmiş koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməyib. Amma ümidverici məqam odur ki, möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyətli dəstəyi və qərarları sayəsində ölkəmizdə preventiv tədbirlər görüldü". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezi...
Ekologiya
Bakıda 8 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz 35-39, Bakıda  gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.  Abşeron...
Cəmiyyət
Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək? Xəbər verdiyimiz kimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilir. İyulun 20-dən sonra karantin rejiminin mərhələli şəkildə yumşaldılması gözlənilir. İyulun 20-dən sonra Azərbaycanda toyların keç...
Siyasət
Prezident İlham Əliyev yerli telekanallara müsahibə verib. "Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ik...
İdman
FİFA 2026-cı ildə baş tutacaq dünya çempionatının şəhərləri ilə bağlı qərarını təxirə salıb. BakuCity.az xəbər verir ki, ali futbol qurumu DÇ-2026-nın oyunlarının harada keçiriləcəyini açıqlamağa tələsmir. Mundialı qəbul etmək üçün seçilən 3 ölkənin - ABŞ-Kanada-Meksika "trio"sunun ümumilikdə 23 şəhərinin namizədliyi qəbul olunub. ABŞ 17 şəhər, Kanada və Meksika isə hərəsi 3 şəhərin adını FİFA-ya təqdim edib. Yekun qərar martda verilməli idi. Lakin koronav...
Cəmiyyət
Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis paytaxtın küçə və prospektlərində reyd keçirir. Paytaxtda koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir. BakuCity.az xəbər verir ki, polis əməkdaşları tərəfindən vətəndaşlarla maari...
Hadisələr
Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Samoylova Rafaelovna Qabriela itkin düşüb. BakuCity.az xəbər verir ki, bu barədə “Report”a 17 yaşlı qızın anası Qalina Samoylova məlumat verib. Q. Samoylova  bildirib ki, qızı 15 gün bundan əvvəl evdən mağazadan çörək almaq üçün çıxıb. Lakin bu günə qədər övladından xəbər yoxdur. Samoylova Rafaelovna Qabriela psixi xəstəlikdən əziyyət çəkib. O, Maştağa qəsəbəsində yerləşən 1 saylı Psi...
Kriminal
Hərbi qulluqçuya hörmətsizlik edib sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.  Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb. BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən...
Biznes
Bu həftə, iyul ayının 9-da Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək. BakuCity.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanmışdır. Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir. Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana bi...
Kriminal
Bakıda kafedə karantin qaydalarını pozanlar saxlanılıb. Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.  BakuCity.az xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən “Dost qapısı” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena...
Cəmiyyət
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib. Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Hazırkı dövrədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması fa...
Siyasət
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. BakuCity.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Əliyəddin Səfərov Şamaxı Rayon Polis Şöbəsinə rəis təyin edilib. Ə. Səfərov bundan əvvəl Biləsuvar Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. BakuCity.az
Cəmiyyət
Tanınmış telejurnalist Mirşahin Ağayev  koronavirusa yoluxub.  “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub. BakuCity.az xəbər verir ki, hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq...
Kriminal
Bakıda kriminal avtoritetin öldürülmə anının görüntüləri yayılıb.  Xəbər verdiyimiz kimi, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. BakuCity.az xəbər verir ki, faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsin...
Cəmiyyət
Bakıda bir qrup vətəndaş etiraz aksiyası keçirib. BakuCity.az xəbər  verir  ki, bağlanan  4  bankın  müştəriləri  onların  əmanətlərinin  bu  günə  kimi  verilmədiyini  bildiriərək  Mərkəzi  Bankın  qarşısında  etiraz  aksiysası  keçiriblər. Onlar  bildirib  ki, pullarını  müxtəlif  bəhanələrlə  ödəməkdən  imtina  edirlər.  50-dək  vətəndaş  Mərkəzi  Bankdan  onların  qəbul  edilməsini  tələb   edib.  Əraziyə  polis  əməkdaşları  cəlb   olunub. Onlar  vətə...
Kriminal
"Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atası həbs edilib. BakuCity.az xəbər verir ki, DTX-nin həbs etdiyi XİN əməkdaşlarından biri də Səlim Əlizadədir. Səlim Əlizadə müğənni Safura Əlizadənin atası, keçmiş Sənaye və Energetika naziri Natiq Əliyevin qudasıdır. (sfera.az) BakuCity.az
Kriminal
DTX XİN-dəki əməliyyatın görüntülərini yayıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. BakuCity.az xəbər verir ki, Dövlət Təh...
Ekologiya
Bakıda 7 iyulda gözlənilən hava şəraiti açıqlanıb Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-24,   gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron...
Cəmiyyət
190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq. Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq. BakuCity.az xəbər verir ki, birdəfəlik ödəmə sərt karantin rejiminin tətbiq olunduğu 16 şəhər və rayon üzrə bank kartları vasitəsilə həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu dəfə 190 manatlıq müavi...
Cəmiyyət
İyulun 20-dək fəaliyyətinə icazə verilən sahələr açıqlanıb. İyulun 5-dən etibarən fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. BakuCity.az bir daha Nazirlər Kabinetinin saytına istinadən fəaliyyətinə icazə verilən sahələri təqdim edir: 1. Səhiyyə və sosial sahə üzrə: 1.1. elmi tədqiqat və laborator xidmətlə...
Ekologiya
Bakıda 6 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.    Abşe...
Kriminal
Bakıda sərt karantin rejiminin pozulması ilə müşayiət olunan ad günü şənliyi keçirilib. Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.   BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlu...
Biznes
Balaxanı qəsəbəsi yeni turizm məkanına çevriləcək. BakuCity.az xəbər verir ki, qəsəbəninin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" birgə əməkdaşlıq edəcək. Artıq işlərə start verilib. Paytaxtın qədim qəsəbəsi Balaxanı - yeni turizm məkanına çevriləcək. Hazırda qəsəbənin turizm imkanları araşdırılır və abadlıq işləri görülür,...
Cəmiyyət
“Qarabağ: Rusiyadan baxış”.  Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. BakuCity.az xəbər verir ki, bu barədə Kuznetsovun özü bildirib. “İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, – deyə tarixçi qeyd edi...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?