usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+8... 9 °С
Buludlu, kiçik yağış
Sabah
+5... 6 °С
Buludlu, kiçik yağış
Bu gün
+8... 9 °С
Buludlu, kiçik yağış
Sabah
+5... 6 °С
Buludlu, kiçik yağış

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
12 aylıq ödənişi qabaqcadan ödəməli olacaqsınız Ölkədə şəxsi vəsaiti yetərli olmayan vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayə mənzillər almaq imkanı yaradılacaq.  BakuCity.az-ın məlumatına görə, BAKU.WS-in sorğusuna cavab verən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmə...
Mədəniyyət
"Bakı haqqında çox şey öyrəndim" Bakıda dünyanın ən sürətli piano ifaçısının konsertinə həsr olunmuş mətbuat konfransı keçirilib. BakuCity.az-ın məlumatına görə, məşhur macar pianoçusu Peter Bens dünya turu çərçivəsində noyabrın 22-də Bakı Konqres Mərkəzində konsert verəcək. Dünyanın ən sürətli pianoçusu azərbaycanlı jurnalistlərlə söhbətində konsert proqramından danışaraq bildirib ki, Bakı tamaşaçıları üçün yeni əsərlərini səsləndirəcək:  “Konsertdə həm d...
Cəmiyyət
Qısa fasilələr yarana bilər Bakıda internet xidmətində fasilələr olacaq. BakuCity.az xəbər verir ki, axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir. Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləc...
Hadisələr
Xəstaxanaya getməkdən imtina ediblər Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi müəyyənləşib. BakuCity.az "Report"a istinadən məlumat verir ki, bunlar Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.  Məlumata görə, D.Quliyevanın vəziyyət...
Cəmiyyət
Sakinlərə kanal suyunu da çox görürlər Düşünmək olardı ki, yay arxada qalıb və bəzən sakinlərin yayda suyu fasilələrlə alması problemi də aradan qalxıb. Ancaq bu sözləri Sumqayıt şəhər “Yaşma bağları” massivinə aid etmək mümkün deyil. Nə qədər paradoksal olsa da, burada susuzluq problemi məhz yayın bitməsi ilə başlayır. BakuCity.az-ın araşdırması nəticəsində məlum olub ki, burada 1988-ci ildən məskunlaşan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır,...
Ekologiya
Meteohəssas insanlar narahat ola bilər Noyabrın 22-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774...
Hadisələr
Qızların vəziyyəti ağırdır Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmə olub. Səhiyyə Nazirliyindən BakuCity.az-ın sorğusuna cavab olaraq bildirilib ki, universitetin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat təcili tibbi yardıma saat 12:35-də daxil olub: “Həkimlər Mətbuat küç., 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili tibbi yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qız...
Mədəniyyət
Xarici qonaqlar da olacaq 2015-ci ilin may ayında Azərbaycanda Azerbaijan Fashion Week Moda Həftəsinin birinci mövsümü keçirildi, bununla, ölkəmizdə Moda Həftələrinin keçirilməsinin başlanğıcına imza atılmış oldu. Bu genişmiqyaslı layihə ölkədə fashion-bazarının yaranmasına səbəb oldu. O dövrdə mövcud olan azsaylı modelyerlər öz fəaliyyətlərini dağınıq halda aparırdılar, və özlərini tanıtmaq üçün çox səy göstərirdilər. Azerbaijan Fashion Week dəb sahəsində...
Cəmiyyət
Onlayn müraciət üçün "Asan İmza" alın Bu il yanvarın 25-də Prezident İlham Əliyevin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanı ilə bağlı işlər yekunlaşmaq üzrədir. BakuCity.az-ın məlumatına görə, İpoteka və Kredit Zəmanəti Fondundan “Qafqazinfo”ya bildirib ki, artıq kirayə mexanizminin işə düşməsi üçün zəruri işlərin əksəriyyəti həll edilib. Dekabrın ortalarında mənzillərin satmaq öhdəliyi ilə kirayəyə...
Hadisələr
Meyitini qonşular aşkarlayıb Bakıda evdən meyit tapılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Rayonun Keşlə qəsəbə sakini, 1953-cü il təvəllüdlü Məmmədova Gülyaz Alməmməd qızı yaşadığı evdə ölü tapılıb. Onun meyitini qonşuları aşkar edib. Qeyd edək ki, Gülyaz Məmmədova texniki elmlər doktoru, professordur.  BakuCity.az
Hadisələr
Qadın iki uşaqla itkin düşüb Bakıda itkin düşən Türkiyə vətəndaşları tapılıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, Türkiyədən Bakıya qonaq gələn Terikli Serhad Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, arvadı, 1998-ci il təvəllüdlü Aytac Səmədovanın övladı, 2019-cu il təvəllüdlü Terikli Fazil və bacısı qızı, 2003-cü il təvəllüdlü Tercan Eda ilə birlikdə itkin düşdüyünü bildirib. Nizami rayon Polis İdarəsinin əmə...
Cəmiyyət
Havaya qatı tüstü buraxıb Bakının mərkəzində "parovoz" peyda olub. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektində (Saatın yanı) hərəkət edən yük maşını dəhşətli tüstü buraxıb. Belə ki, hər qaz verəndə parovozdakı kimi havaya qatı tüstü çıxıb. Həmçinin yolda yaranmış qatı tüstü sürücülər üçün məhdidiyyət yaradıb. BakuCity.az
Cəmiyyət
233 binaya dair müsbət rəy verilib Fövqəladə Hallar Nazirliyi Bakıda 200-dən çox binanın istismarına icazə verib. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar görülmüş tədbirlər nəticəsində ötən 7 ay ərzində ümumi sahəsi 4 531 002 m2 olan 46 651 mənzilli, ümumilikdə 893 giriş...
Cəmiyyət
Təqaüd dövlət büdcəsindən ödəniləcək Nazirlər Kabineti “Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası”nı təsdiq edib. BakuCity.az xəbər verir ki, bu təqaüd Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan tələbələrə veriləcək. Təqaüd bir tədris ili müddətinə təyin edilir.  Təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin oxu: Bakıda ali təhsil xarici vətəndaşlara neçəyə başa gəlir? - QİYMƏT Təqaüdün...
Cəmiyyət
Parkın ərazisinə köçürüləcək Son günlər Bakının əsas magistral yollarından olan Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb. BakuCity.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır və tanınmış ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır. Heykəl...
Hadisələr
6 nəfər xəsarət alıb Bu gün saat 7 radələrində Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində yaralananların vəziyyəti açıqlanıb. Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, onlardan 3-ü ambulator müalicəyə buraxılacaq. 2 nəfər orta-ağır vəziyyətdə xəstəxanada müalicələri davam edəcək. Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib ki, “Mercedes” markalı qeyri müntəzəm sərnişin avtobusu (10 VR 303 dövlət qeydiyyat nişanlı) 149 nömrəl...
Hadisələr
2 və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub Bakıda ikisi azyaşlı olmaqla 3 nəfər yanıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb. Məlumata görə, hər üç şəxsin üzərinə qaynar su tökülüb. Səhiyyə Nazirliyindən bildirilib ki, yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22:32-də daxil olub: Həmçinin oxu: Transformatorda yanıb, qolu amputasiya olunan Zəhra ilə bağlı qara...
Hadisələr
Yanğının sahəsi artıb Bakının Binəqədi rayonunda yanğın baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Biləcəri dairəsi yaxınlığında, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Qoşa çinar" restoranında qeydə alınıb. Yanğın restoranın manqal üçün nəzərdə tutulmuş tüstü bacasından başlayıb. Sonradan yanğının sahəsi artıb və elektrik enerjisi kəsilib. Həmçinin oxu: Bəyin qardaşı "Şahənşah"dakı zəhərlənmədən danışdı, restoran isə xəbəri...
Cəmiyyət
Borular sıradan çıxıb Bakının Xətai rayonunda yerləşən bina sakinlərinin su ilə bağlı uzun zamandır üzləşdiyi problem aradan qaldırılır. Söhbət Xətai rayonu Zığ şosesi, bina 31-dən gedir. BakuCity.az-ın məlumatına görə, Xətai Rayon Sukanal İdarəsinin rəisi Etibar İbrahimov Trend-ə bildirib ki, su borularının köhnəlməsi səbəbindən binanın bir hissəsi susuz qalıb. Onun sözlərinə görə, yaxın günlərdə problemin həll ilə bağlı işlər başlayacaq: "Artıq müvafiq t...
Hadisələr
"Qız hafizəsini itirib" Bakıda 15 yaşlı qızın döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 18-i gecə saatlarında Binəqədi rayonu, 1-ci mədəndə 2004-cü il təvəllüdlü Ə.Z döyülüb. Qızın anası Samirə Əliyeva bildirib ki, Z.Ə-ni "Lələ” ləqəbli 28-30 yaşlı kişi döyüb: "Qızım dəfələrlə deyirdi ki, "Lələ” mənə küçədə pis sözlər deyir. Uşaq bilib keçirdim. Bacısı xəstə olduğu üçün qızımı aptekə göndərdim...
Cəmiyyət
Tariflər təsdiqlənməyib "Əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, parklanma üçün müvafiq nişanların da qoyulduğu bütün parklanma yerlərində avtomobilləri park etmək olar və ödənişsizdir”. BakuCity.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev sürücülərin parklanma yerləri üçün tələb edilən ödənişlərə etirazına cavab verərkən bildirib. M.Ağayev qeyd edib ki, əv...
Cəmiyyət
Bu il 934 mənzil verilməsi planlaşdırılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun ol...
Cəmiyyət
Borc məsələsi qüvvədə qalır Noyabrın 15-dən etibarən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanmalı idi. Lakin “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə borcu səbəbindən binalara istiliyin verilməsi təxminən sutka yarım yubandı. Bununla belə, hələ də bəzi ərazilərdə sakinlərin istilikdən yararlana bilməməsi, bəzi yerlərdə isə istiliyin zəif olması ilə bağlı şi...
Hakimiyyət
6 milyon manat ayrıldı Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verr ki, sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 2019...
Hadisələr
Qəflətən alışma olub Bakıda gəlin maşını yanıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə aeroport yolunda qeydə alınıb. Hadisə zamanı toy üçün bəzədilmiş gəlin maşını qəfildən alışaraq yanıb. BakuCity.az
Cəmiyyət
Növbə Nizami, Yasamal və Nəsimi rayonlarınındır Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. Bakı...
Cəmiyyət
"Sizi ayın 15-dək köçürdəcəyəm" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şüvəlanda 20 ailənin məskunlaşdığı, yaşamaq üçün tamamilə yararsız binanın sakinləri qəbul edilib, onların vəziyyəti ilə maraqlanıblar. BakuCity.az-ın Baku TV-yə istinadən verdiyi məlumata görə, görüşdən sonra qurum təcilli olaraq sakinlərin yeni yaşayış evləri ilə təmin olunması barədə qərar qəbul edib. Sakinlər komitənin sədri Rövşən Rzayevin şəxsən bu ünvan...
Mədəniyyət
Festivalda nüfuzlu beynəlxalq rəqqaslar iştirak edəcəklər Argentinanın Azərbaycandakı Səfirliyi və “United Cultures”-in təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr – 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır. Bakucity.az xəbər verir ki, festivalda nüfuzlu beynəlxalq rəqqaslar iştirak edəcəklər. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasi...
Cəmiyyət
Bakının mərkəzindəki mənzərəli göl və hündür şam ağacları BakuCity.az saytı oxucularını Bakının ən məşhur parkları ilə tanış etməyə davam edir. Bu dəfə oxucular səs-küylü meqapolisin mərkəzində, Dədə Qorqud parkında - təbiətin kiçik bir guşəsində gəzintiyə çıxacaqlar. Parkın yaranma tarixi Nərimanov rayonunda yeni parkının yaradılması ilə əlaqədar tikinti işlərinə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, x...
Cəmiyyət
"Şəkil çəkmədiyiniz üçün təşəkkür edirik" “Araz” supermarketlər şəbəkəsi mağaza daxilində şəkil çəkməyə qoyulan qadağa məsələsinə rəsmi münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, şəbəkənin Marketinq departamenti PR və Daxili kommunikasiya bölməsinin müdiri Billurə Əmirova Oxu.az-a açıqlamasında bildirib ki, şəkil çəkmə ilə bağlı məhdudiyyət təkcə “Araz” supermarketlər şəbəkəsində yox, dünyanın bütün iri şəbəkə marketlərində var: “Bizdə də təbii ki...
İdman
Masazırda məşq edəcəklər Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb. BakuCity.az Apasport.az-a istinadən məlumat verir ki, yeni klub "Xocalı" adlanacaq. Bununla bağlı klubun, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri birgə "Ana harayı" abidəsini ziyarət ediblər. “Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: "Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verm...
Hadisələr
15-16 yaşları var Bakının iki rayonunda yeniyetmələr itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vahid Kərimov evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər yeniyetmə isə Nizami rayonu, B.Nuriyev küçəsində itkin düşüb. Qeyd edilən ünvanda yaşayan 2004-cü il təvəllüdlü Ravil Pənahov evdən çıxaraq naməlum istiqamətdə...
Ekologiya
Xəzri güclənəcək Noyabrın 21-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 ...
Cəmiyyət
153 kiloqram yararsız ət aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb. Məlum olub ki, ümumi ç...
Cəmiyyət
Bu şəraitdə yaşamaqdan bezib Səhər saatlarında Bakıda kişi intihara cəhd edib. BakuCity.az ARB-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində baş verib. Qamət Ağayev yaşadığı binanın damına çıxaraq həyatına son qoymaq istəyib. Məlum olub ki, buna səbəb onun mənzilinin məxsus olduğu MTK-dan narazılığıdır. O, mənzilinin kommunal təchizatından narazı olduğu üçün bu addımı atmaq qərarına gəlib. Q.Ağayev bildirib ki, 2006-cı ildə “As...
Cəmiyyət
Məsələ 5 dəqiqə həll olunacaq Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayır. BakuCity.az “Report”a istinadən məlumat verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: "Vətəndaş nəqliyyat vasitəsi ilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək....
Cəmiyyət
Martin Cavanşiri Azərbaycana dair təəssüratlarını bölüşüb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb. BakuCity.az xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib. Cəlil Məmmədquluzadənin...
Hadisələr
Göyərtədə 104 sərnişin olub Bakı-İstanbul təyyarəsi təcili eniş edib. "Buta Airways"dən BakuCity.az-a verilən məlumata görə, sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq şirkətin J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib. Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub. Xəstə sərnişini tibb...
Cəmiyyət
Buna görə cərimə nəzərdə tutulur Bakıda ara-sıra elektron siqaretlər və ya tütün qızdırıcıların (Glo, IQOS) reklamına rast gəlinir. İstər-istəməz sual yaranır: bu növ məhsullar tütün məmulatı sayılırsa, reklamına niyə icazə verilir? Məsələ ilə bağlı BakuCity.az Azad İstehlakçılar Birliyinin sədri, Beynəlxalq İstehlakçılar Təşkilatının Azərbaycandakı nümayəndəsi Eyyub Hüseynovun fikirlərini öyrənib. E.Hüseynov qeyd edib ki, bu cür məhsulların ölkədə istər a...
Cəmiyyət
"3D formatlı piyada zolaqlarından istifadə nəzərdə tutulur" Hazırda Bakıda və ətraf ərazilərdə avtomobil yollarında piyada keçidi zolaqları var. Ancaq onların əksəriyyəti, demək olar, görünməz haldadır və ya tamamilə gözdən itib. Təbii ki, bu da haqlı narazılığa səbəb olur. Adətən, mərkəzdə belə hallar olanda həmin zolaqlar qısa müddətdə rənglənir. Ancaq şəhər ətrafında paytaxtın mərkəzi hissəsi ilə müqayisədə silinən piyada zolaqları daha çoxdur. Əlbəttə,...
Cəmiyyət
Vaxtilə Bakıda çoxsaylı sincab və tutuquşular məskunlaşıb Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, IDEA-nın “Urban Ecology” (“Şəhər ekologiyası”) layihəsi çərçivəsində parkda məskunlaşdırılmış yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) Bakı şəhərinin i...
Cəmiyyət
Həmin vaxt ata və oğlu liftdə olub Bakıda içərisində iki sakinin olduğu və 7-ci mərtəbədən enən lift sıradan çıxaraq sürətlə birinci mərtəbəyə düşüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında baş verib. Həmin binada yaşayan Mürsəl Balaxanov deyib ki, ötən gün 7-ci mərtəbədən düşmək istəyən zaman qəfil lift sürətlə birinci m...
Cəmiyyət
İki rayonda qaz olmayacaq Bu gün paytaxtın Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq. Bu barədə BakuCity.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Qeyd edilib ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müş...
Hakimiyyət
Dövlət başçısı dərhal müvafiq göstəriş verib  Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub. BakuCity.az xəbər verir ki, açılışda iştirak edən Prezident İlham Əliyev metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşüb, onlarla söhbət edib. Dövlət başçısına yaxınlaşan yaşlı qadın - Bakı sakini Məmmədova Səmayə İbrahim qızı krediti oldu...
Hadisələr
Axtarışlar başa çatdı Xəzərdə itkin düşən neftçi tapılıb. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb. Həmçinin oxu: Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu İ.Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-ax...
Cəmiyyət
Heykəlin hendürlüyü 12 metr olacaq Babəkin heykəlinin hazırlanmasına başlanılıb. BakuCity.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov deyib. Onun sözlərinə görə, heykəlin 8-12 ay müddətinə hazırlanması nəzərdə tutulur: “Artıq lazım olan bürünc material əldə olunub və istehsalat prosesinə başlanılıb. Lakin heykəlin istehsalı heç də asan başa gələn proses deyil, ona görə də m...
Ekologiya
Temperatur normadan aşağı olacaq Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu iqlim normasından aşağı olacaq. BakuCity.az
Cəmiyyət
Heykəl Azərbaycan qadınının səmimiliyini, özünəinamını göstərir BakuCity.az “Bakı heykəlləri” rubrikasında heykəltəraş, Azərbaycanın Xalq rəssamı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Fuad Əbdürrəhmanovun “Azad qadın” heykəlindən bəhs edib. Bu məqsədlə paytaxt heykəlləri haqqında geniş məlumata sahib, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqova müraciət etdik. Sənətşünasın fikrincə, F.Əbdürrəhmanov...
Cəmiyyət
Bakı məktəbində "qəribə əhvalat" Bakının Qaradağ rayonunda yerləşən 273 saylı orta məktəbdə idman zalı olsa da, şagirdlərin bədən tərbiyəsi dərsində geyimlərinin dəyişdirilməsi üçün xüsusi otaq yoxdur. BakuCity.az-ın məlumatına görə, valideynlər Trend-ə bildirib ki, əvvəl məktəbdə belə bir otaq olsa da, sonradan onu sanitar qovşağa birləşdiriblər. Buna görə də şagirdlər idman geyimlərini burada dəyişməli olurlar ki, bu da valideynlərin narazılığına səbəb o...
Hadisələr
Yaralı xəstəxanaya yerləşdirilib Bakıda zəncirvari yol qəzası baş verib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Dərnəgül şosesində qeydə alınıb. Hərəkətdə olan 24 saylı marşrut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra "Kia" markalı maşına dəyib. Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Avtomobillərə ciddi ziyan dəyib...
Ekologiya
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 20-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təz...
Cəmiyyət
Bakıda növbəti dəmir yolu stansiyası açılıb Bu gün Pirşağı dəmir yolu stansiyasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. BakuCity.az AZƏRTAC-a istinadən stansiyadan fotoları təqdim edir: BakuCity.az
Cəmiyyət
"Ehtiyatlı olun, qapılar bağlanır" Xüsusən günün pik saatlarında metroda qatarların gecikməsi, ləngiməsi müşahidə olunur. Buna isə müstəlif səbəblər göstərilir. Sən demə, daha bir səbəb isə insan amilidir. Bəzi sərnişinlərin qatar qapılarını 5-10 saniyə tutub saxlaması ümumi hərəkətə təsir göstərir. Bu da qatarlar arasında intervalın artmasına gətirib çıxarır. Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə doğru" kollektivi bu problemi geniş süjet ət...
Hadisələr
Sürücü yaralanıb Bakıda "Gənclik" metro stansiyası yaxınlığında yerləşən tuneldə baş verən qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, yük maşını tunelin sərt döngəsinə sürətlə daxil olub. Nəticədə idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. BakuCity.az
Siyasət
"Məsələyə soyuq yanaşmalıyıq" Mətbuat Şurasının sədri Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfərinə münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, Ə.Amaşov APA-ya açıqlamasında bildirib ki, son günlər erməni jurnalistlərin Azərbaycana səfəri ilə bağlı cəmiyyətdə müəyyən diskussiyalar gedir: “Mənə də müraciət edib məsələ ilə bağlı fikirlərimi öyrənmək istəyənlər çoxdur. Münasibətimi qısaca açıqlamaq istəyirəm. Hamıya məlumdur ki, Azərbaycan...
Mədəniyyət
Zaur Darabzadə: “CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb Bakucity.az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru Zaur Darabzadə “İnstagram” səhifəsində maraqlı paylaşım edib. Paylaşımda qeyd olunur ki, CinemaPlus kinoteatlarlarında fiziki məhdudiyyətli insanlar üçün zallarda xüsusi yerlər ayrılıb. Qeyd edək ki, "CinemaPlus" kinoteatlar şə...
Cəmiyyət
Biletlər ucuzlaşacaq 2020-ci ildən etibarən Belarusun “Belavia” aviaşirkəti Minsk-Bakı aviareysi üzrə yerinə yetirdiyi uçuşların sayını artırmaq niyyətindədir. Bu barədə BakuCity.az “APA-Economics”ə istinadən məlumat verir. Aviadaşıyıcı tarif siyasətini 2019-cu ilin noyabr ayının sonunadək dəyişdirməyi planlaşdırır ki, bu da biletlərin qiymətlərinin azalmasına səbəb olacaq. Qeyd edək ki, təkcə 2018-ci ildə “Belavia” 20 mindən çox sərnişin daşıyıb. Cari ili...
Cəmiyyət
Gün ərzində su olmayacaq Bakının Hövsan qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər var. Bu barədə BakuCity.az-a “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar 19 noyabr 2019-cu il tarixində gün ərzində Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. BakuCity.az
Cəmiyyət
Açılışı İlham Əliyev edib Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi. Həmçinin oxu: Bakıda daha bir dəmiryol stansiyası yeniləndi...
Hakimiyyət
Dövlət başçısı ilə şəkil də çəkdiriblər Azərbaycan Prezidenti İlham Əliyev “28 May” metro stansiyasının ətrafında sakinlərlə görüşüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, dövlət başçısı sakinlərlə görüşüb və onların problemlərini dinləyib. Prezident sakinlərin problemlərinin həlli ilə bağlı köməkçilərinə tapşırıq verib. Sakinlərin problemləri yerində qeydə alınıb. Bəzi vətəndaşlar dövlət başçısı ilə şəkil də çəkdirib. BakuCity.az
Cəmiyyət
Kliniki Tibbi Mərkəzə yerləşdirilib Ötən gecə Bakıda döyülmə faktı qeydə alınıb. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə saat 22 radələrində Binəqədi rayon, 1-ci mədəndə baş verib. Evinin yaxınlığında döyüldünü deyən 2004-cü il təvəllüdlü Əliyeva Zeynəb Şahvələd qızı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanı...
Hadisələr
Cinayət işi açılıb Abşeron rayonunda bir evdən müxtəlif vaxtlarda 3 dəfə oğurluq edən dəstə üzvləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq edilib. Naməlum şəxslər mənzilə daxil olaraq oradan 59.550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıblar. Zərərçəkənlər polisə hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına...
Cəmiyyət
Qiyməti 300 manata qədər dəyişir Siqaret çəkməyin zərərlərindən çox danışılır: ağciyər xərçəngi, xroniki bronxit, ürək xəstəlikləri - bunlar siqaretdən istifadənin gətirə biləcəyi ziyanın yalnız kiçik bir siyahısıdır. Lakin elm dayanmadan inkişaf edir və elm adamları təhlükəni minimuma endirən,  hətta pis vərdişdən qurtulmağa kömək edən hər cür qadcetlər icad edirlər. BakuCity.az bugünkü məqalədə adi siqaretləri elektron siqaretlə müqayisə edəcək.  Nikotin...
Cəmiyyət
Küçələrin adlarının olmaması problemlər yaradır Bakıda yüzlərlə sakinin yaşadığı ərazidə heç bir küçə adı yoxdur. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsinin "Hövsan südçülük sovxozu" adlanan ərazisindən gedir. Vəziyyətdən çıxış yolunu isə sakinlər özləri tapıblar. Onlar yaşadıqları küçəyə Milli Qəhrəman Mübariz İbrahimovun adını veriblər. Bununla belə, sözügedən ərazidə küçələrin adlarının olmaması sakinlərə probl...
Cəmiyyət
"Bazarstore"ların sayı 40-dan çoxdur Bakıda "Bazarstore" supermarketlər şəbəkəsinin əhatə dairəsi genişləndirilir. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, şəbəkənin növbəti mağazası Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində istifadəyə veriləcək. Beləliklə, Nəsimi rayonunda ikinci "Bazarsore" açılacaq. Hazırda "Bazarsore Nəsimi 2" mağazası üçün vakansiyalar (satıcı, kassir, paketçi, qəssab, aşpaz, nəzarətçi) mö...
Cəmiyyət
Texniki səbəblərə görə dayandırılıb Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb. Bu barədə BakuCity.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Qeyd olunub ki, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb. Həmçinin oxu: Bakıya qatarla gəlib-gedənlərə ŞAD XƏBƏR Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələ...
Hadisələr
"Hyundai" və "Kia" sürət yarışına çıxıb Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. BakuCity.az APA-ya istinadə xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" aşıb, sürücü isə had...
Cəmiyyət
Manevr qaydalarını pozur Bakıda avtoxuliqanlıq edən şəxs qanunsuz hərəkətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. BakuCity.az xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan 99-UB-207 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq digər sürücülərə təhlükə yaradıb. Həmçinin oxu: Bakıda 5 avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - VİDEO Avtoxuliqan bu hərəkəti ilə başqa avtomobillərin normal hərəkət...
Hadisələr
Yaşlı qadın meyiti aşkarlanıb Bakıda meyit tapılıb. BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Küçədən təxminən 70 yaşlarında qadın meyiti aşkar edilib. Aparılan araşdırmalara nəticəsində meyit tapılan şəxsin, 1944-cü il təvəllüdlü Səmədova Svetlana Absəməd qızı olması müəyyən edilib. BakuCity.az
Cəmiyyət
Ana qızının könüllü qaçdığına inanmır Bakıda 21 yaşlı qız 40 yaşlı evli və uşaqlı kişi ilə birlikdə yoxa çıxıb.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Yeganənin qoşulub qaçdığı şəxs anasının müdirəsinin əridir. Evli kişiyə qoşulub qaçan tələbənin anası "Səni axtarıram" proqramına çıxaraq qızının könüllü qaçdığına inanmadığını bildirib. Ana qızının geri qayıtması üçün göz yaşları ilə yalvarıb. Yeganə universitetin 4-cü kurs tələbəsidir. BakuCity.a...
Hadisələr
Hadisə yerinə xilasedicilər cəlb olunub Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib. BakuCity.az xəbər verir ki, bu barədə hadisə şahidləri Baku.ws- bildiriblər. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyə...
Cəmiyyət
"Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin" “Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”. BakuCity.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir: “Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqd...
Hadisələr
Münaqişəyə münasibətlərə son vermək qərarı səbəb olub Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub. Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub. BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib ki,...
Cəmiyyət
Restoran isə faktı təsdiqləmir Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib: "İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxl...
Ekologiya
Hava rütubətli olacaq Noyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütu...
Hadisələr
İtkin düşən şəxs idarə rəisinin qardaşıdır Xəzər dənizində neftçi itkin düşüb. BakuCity.az “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katib...
Mədəniyyət
"Zarafatımız dünəndən var" Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib.  BakuCity.az Axeber.az-a istinadən məlumat verir ki, sənətçi, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb.  O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl kon...
Hadisələr
Magistralın ortasında bir neçə nəfər davaya qarışıb Bakıda baş vermiş qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin...
Cəmiyyət
Tədbirdə ədibin nəticəsi və kötücəsi də iştirak ediblər Noyabrın 18-də noyabr Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq...
Cəmiyyət
Təhsil müəssisəsindəki 3D piyada zolağı maraqla qarşılanıb Bakıda “ABC – Azerbaijan British College”nin rəsm müəllimi, rəssam Yusif Mirzəyevin çəkdiyi 3D piyada zolağı məktəbdə təhsil alan şagirdlər tərəfindən xüsusi maraqla qarşılanıb. Y.Mirzəyev BakuCity.az-a açıqlamasında deyib ki, 3D formatında piyada zolağı çəkmək ideyası məktəbin rəhbərliyi tərəfindən irəli sürülüb: “Məktəbin rəhbərliyi və bütün müəllimlər üçün təhsilin keyfiyyəti önəmlidir, amma ən...
İdman
Oyun saat 18:00-da başlayacaq Bakıda keçiriləcək Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb. BakuCity.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında noyabrın 19-da keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. Baş hakim Orxan Məmmədova Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək. Oyun saat 18:00-da “Dalğa Are...
Cəmiyyət
Sistem sınaq mərhələsindədir Gələn aydan dəmir yolunda biletləri onlayn şəkildə qaytarmaq mümkün olacaq. BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev “Report”a deyib. O bildirib ki, onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün hazırda biletlərin onlayn qaytarılması sistemi sınaqdan keçirilir: “Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnu...
Cəmiyyət
Martin və Pşemislav Cavanşiri Cəlil Məmmədquluzadənin məzarını ziyarət ediblər Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər. BakuCity.az "Report"a istinadən xəbər verir ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. Martin və Pşemislav Cavanşiri Fəxri xiyabanda babaları Cəlil Məmmədquluzadənin məzarını ziyarət...
Hadisələr
Zəhərlənənlər arasında uşaqlar da olub Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. BakuCity.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb. Noyabrın 13-də keçirilmiş toy mərasimindən sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub. Xoşbəxtlikdən ölüm halı qeydə alınmay...
Cəmiyyət
Polis axtarışa başlayıb Bakıda iki gənc qız və bir kişi itkin düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noyabrın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbab...
Hadisələr
Maşın piyadanı bir neçə metr kənara atdı Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə “Statistika dairəsi” adlanan ərazidə qeydə alınıb. Yüksək sürətlə hərəkət edən avtomobil piyada keçidinin üstündən keçən şəxsi vurub və bir neçə metr kənara atıb. BakuCity.az
Hakimiyyət
Söhbət 9 dövlət əmlakından gedir "Real TV"nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verlişində keçmiş Səhiyyə naziri Əli İnsanovla bağlı bəzi məqamları açıqlayıb. BakuCity.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, müəllif bildirib ki, Ə.İnsanov vəzifədə olarkən qeyri-qanuni şəkildə bir sıra dövlət əmlakları özəlləşdirərək zəbt edib. Mirşahin Ağayev həmin əmlakların bir neçəsini təqdim edib: 1. Bakı nın Nəsimi rayonunda, Mi...
Hadisələr
16 yaşı var Bakının Sabunçu rayonunda 16 yaşlı yeniyetmə itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 13-də saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində yaşayan 2003-cü il təvəllüdlü V.Kərimov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.  Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Bir-birilərini təhqir ediblər Bakıda bəzi avtobus xətlərində sürücülərin özbaşınalıq hallarına tez-tez rast gəlinir. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, bir neçə gün əvvəl “Koroğlu” metro stansiyasından Maştağa-Buzovna qəsəbələri istiqamətinə hərəkət edən 107 saylı avtobusda baş verən hadisə isə bütün sərhədləri aşıb. Belə ki, avtobus Zabrat qəsəbəsində hərəkət edərkən sürücü ilə sərnişinlərdən biri arasında narazılıq yaranıb və onlar mübah...
Cəmiyyət
Jalüz və plyonkadan istifadəyə görə sürücülər cərimələnmir "Nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür". BakuCity.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev "Report"a deyib. "Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti quru...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?