usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+13... 16 °С
Buludsuz, yağmursuz
Sabah
+13... 15 °С
Buludlu, yağmursuz
Bu gün
+13... 16 °С
Buludsuz, yağmursuz
Sabah
+13... 15 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Mədəniyyət
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü” Noyabrın 9-da Azərbaycanda “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” bayramı qeyd olunur. “CinemaPlus” Premium-klass kinoteatrı bu günün şərəfinə paytaxtda möhtəşəm parad təşkil edib. Kinoteatrdan Bakucity.az-a verilən məlumata görə,  kinoteatrın əlində bayraqları olan işçiləri “Baku Band” orkestrinin müşayiəti ilə “Gənclik Mall” ticarət mərkəzini gəziblər və milli mahnılar səsləndiriblər: "Alış-veriş mərkəzinə...
Cəmiyyət
Liftlər quraşdırılacaq Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq. BakuCity.az məlumat verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku.ws-ə bildirib. O deyib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub: "Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulma...
Mədəniyyət
Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır Noyabrın 9-da Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib. BakuCity.az xəbər verir ki, “Liqa Smexa” yarışmasında Azərbaycanı təmsil edən yeganə “Как по Маслу” komandası 2019-cu il Liqa Smexa mövsümünün “Ən yaxşı səhnəciyi”nə görə kubok alıb. Bu kubok Azərbaycan yumorunun şanlı tarixinə düşəcək, çünki ölkəmizin bu yarışmada qazandığı ilk kubokdur. Xatırladaq ki, “Как по Маслу...
Siyasət
Piketdə 15 nəfər iştirak edib Bakıda qanunsuz piket keçirməyə cəhd edənlərin hüquqazidd əməllərinin qarşısı alınıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) BakuCity.az-a verilən məlumata görə, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının...
Cəmiyyət
Həftədə iki dəfə uçuş olacaq Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Smartavia” aviaşirkəti 2019-2020-ci ilin qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə - Bakı, İjevsk, Rostov və Ufaya daimi reyslər açacaq. “Smartavia” təyyarəsi Azərbaycan paytaxtına həftədə iki dəfə uçuşlar təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Sumo, güləş və dron yarışları da keçiriləcək Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“BakuTel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq. BakuCity.az “APA-Economics”ə istinadən məlumat verir ki, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robo...
Hakimiyyət
"İcra başçıları peşəkar, bilikli olmalıdırlar" Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, ölkəmizdə kadr islahatları davam edir. Kadr...
Mədəniyyət
Qəzəllər "YouTube"a yüklənəcək Bakıda "Kitab Evi" İctimai Birliyinin reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatı keçirilib.  BakuCity.az xəbər verir ki, təqdimatda alimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər. Təqdimat şairin Azərbaycan oxucusu üçün yeni olan qəzəllərində...
Hakimiyyət
"Əlimdən gələni əsirgəməməyə çalışacağam" "İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab Prezidentə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”. BakuCity.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən deputat Elşad Həsənov deyib. O bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz: "İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünü...
Siyasət
Polis bölməsinə aparılıb Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb. BakuCity.az xəbər verir ki, bu barədə jurnalistlərə partiyanın Aparat rəhbəri Gülağa Aslanlı deyib. O bildirib ki, A.Hacılı bu gün partiyanın ofisinə gedərkən 8-ci mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. A.Hacılının polis bölməsinə aparıldığını bildirilir. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısınd...
Ekologiya
İntensiv yağış yağacaq Bakıda hava şəraiti dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, Bakıda noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, küləyin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 10-12 dərəcə isti...
Cəmiyyət
Yeni layihə hazırlanır Bakı Dövlət Sirki bərbad vəziyyətdədir.  Sirkin mövcud vəziyyəti ilə bağlı fotoları sosial şəbəkədə jurnalist Ülviyyə İsmayılova paylaşıb.  O bildirib ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil: “Zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır”. Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Oxu.Az-a açıqlamasında bildirib ki, sirkin yen...
Siyasət
Bakı Bəyannaməsi qəbul ediləcək Noyabrın 14-15-də müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək. Qafqaz Müsalmanları İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İd...
Ekologiya
Sabah külək güclənəcək Noyabrın 13-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin günün ikinci yarısında arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-11,...
Hakimiyyət
Biri müharibə vetetanı, digəri deputat Bu gün Prezident İlham Əliyevin sərəncamları ilə Bakının Yasamal, Suraxanı və Xətai rayonlarına yeni icra başçıları təyin edilib. BakuCity.az xəbər verir ki, Əziz Əzizov Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Deputat Elşən Həsənov isə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub. Bundan başqa, Rafiq Quliyev Xətai Rayon İcra Hakimi...
Hakimiyyət
Daha bir rayona yeni icra başçısı təyin edildi Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib. BakuCity.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, bundan əvvəl icra başçısının birinci müavini vəzifəsində çalışmış 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharib...
Hakimiyyət
Deputat icra başçısı oldu Prezident İlham Əliyev deputat Elşad Həsənovla bağlı sərəncam verib. BakuCity.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Elşad Eldar oğlu Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, E.Həsənov 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib. Xatırladaq ki, Yasamalın icra başçısı Əziz Əzizov isə Suraxanıya icra başç...
Hakimiyyət
İlqar Abbasov işdən azad edildi Prezident İlham Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib. BakuCity.az xəbər verir ki, dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncama əsasən, Əziz İmran oğlu Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Suraxanı Rayon İcra Hakimiyyəti...
Cəmiyyət
Adqoyma bir qədər pərakəndə olub "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.  BakuCity.az xəbər verir ki, bu barədə qurumun baş mühəndisi Əlixan Osmanov "Report"a deyib.  "Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə...
Cəmiyyət
İşlər 4-5 aya başa catacaq  Bakının Suraxanı rayonunda böyük məscid tikilir. BakuCity.az xəbər verir ki, Qaraçuxur bələdiyyəsinin sifarişi ilə inşa edilən ibadət məkanı Yeni Günəşli qəsəbəsi, Mərkəz massivində yerləşir. “Fatimeyi-Zəhra” adı verilən məscidin ümumi sahəsi 3205,3 kv.m-dir. Tikinti işlərinin 4-5 ay ərzində yekunlaşacağı gözlənilir. BakuCity.az
Cəmiyyət
Qısa vaxtda ailələrin köçürülməsinə başlanacaq Bakının Nərimanov rayonu, Nazim Hacıyev, 6 ünvanındakı yataqxanada baş vermiş uçqun zamanı vətəndaşa ziyan dəyməyib. BakuCity.az xəbər verir ki, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov Trend-ə deyib. Onun sözlərinə görə, hadisə yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsində baş verib: "Çökən hissə Cəbrayıl rayonundan olan məcburi...
Cəmiyyət
Göl zibil tullantıları hesabına qurudulub Bakıda altı ay əvvəl ictimailəşdirən problemlə bağlı heç bir qurum məsuliyyəti üzərinə götürmür. BakuCity.az xəbər verir ki, “Qafqazinfo” bu ilin aprel ayında Binəqədi sakinlərinin müraciəti əsasında qəsəbədə hökm sürən acınacaqlı vəziyyət, natəmizlik və sistemsizliklə bağlı reportaj hazırlamışdı. Belə ki, 3-cü mədən, 124-cü korpusda yaşayan əhalinin təbii gölü icra hakimiyyəti tərəfindən zibil tullantıları hesabın...
Hadisələr
Mübahisə əlbəyaxa davaya çevrildi Bakıda toya gələn qonaqlar arasında kütləvi dava olub. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə "Badukubə" şadlıq sarayında qeydə alınıb. Qonaqlar arasında naməlum səbəbdən yaranan mübahisə sonda əlbəyaxa davaya çevrilib. Xəsarət alanların sayı barədə məlumat yoxdur. BakuCity.az
Cəmiyyət
4 mindən artıq əhalinin gediş-gəlişi də rahatlaşıb Ağstafa rayonunun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 9.3 km təşkil edir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası həmçinin torğaq yatağı s...
Cəmiyyət
Amin üçün əlavə xidmətlər də təşkil ediblər Bakıda restoranların birində övladına ad günü keçirən ana hesabı vermək istəyəndə, ondan pul götürməyiblər. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Aprel şəhidimiz Seymur Baxışovun həyat yoldaşı Aynur Baxışova övladı Aminin 8 yaşını qeyd etmək üçün restoran danışıb. Qiymət razılaşıb və ad günü mərasimi baş tutub. Ödəniş etmək istədikdə isə "Bu bizim borcumuzdur, sizin övladınızın şad gününü təşkil etmək...
Siyasət
Əli Əkbər Vilayətinin Bakıda Dünya dini liderlərinin sammitində iştirakı gözlənilir Argentina 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzi AMIA-nın partladılması ilə əlaqədar İranın yüksək vəzifəli rəsmisinin Azərbaycanda həbs edilməsi üçün rəsmi Bakıya sorğu göndərib. Bu barədə BakuCity.az xarici mətbuata istinadən xəbər verir. Söhbət İranın Ali Lideri Əli Xamneyinin xüsusi müşaviri Əli Əkbər Vilayətidən gedir. O, 14-15 noyabr tarixlərində Bakıda keçiriləcə...
Hadisələr
Bina qəzalı vəziyyətdə olub Bakının Nərimanov rayonunda binada uçqun olub. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nazim Hacıyev, 6 ünvanında qeydə alınıb. Belə ki, 4 mərtəbəli binanın 3 və 4-cü mərtəbələri uçulub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis cəlb olunub. Qeyd edək ki, sözügedən bina yataqxanadır və bir hissəsində məcburi köçkünlər, digər hissəsində...
Kriminal
Qapıdan çıxanda gördüm ki, qardaşım qan içindədir Qardaşımın vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində bir balaca da olsa, özünə gəlib. Reanimasiyadan bu gün səhər saatlarında çıxıb. Sabunçu xəstəxanasında müalicəsini davam etdirir. Qardaşımı Pirallahıdan Sabunçu xəstəxanasına təcili şəkildə gətirdilər. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri teleməkanın tanınmış aparıcısı Xose Bernardo ATV-də yayımlanan “Bizimləsən” sosial-ictimai p...
Mədəniyyət
“Sərhədsiz muzey” kor insanların görə biləcəyi misilsiz ekspanatları sərgiləyir 8 noyavrda Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçirilib. Bakucity.az xəbər verir ki, 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar təşkil olunan tədbiri giriş nitqi ilə muzeyin direktoru Şirin Məlikova açıb. O, ölkənin ilk inklüziv muzeyi olan Azərbaycan Milli Xalça Muzeyində artıq gör...
Kriminal
Satıcılar cərimələnib Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının qarşısı alınıb. Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində C.Məmmədquluzadə, H.Babaşov və 3-cü Mədən küçələrində yerləşən 3 mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib. Həmin ma...
Ekologiya
Hava isti olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 10-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-21° isti təşkil edəcək.  Tibbi-meteoroloj...
Hadisələr
Yaralı xəstəxanaya aparılıb Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə xəsarət alıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, minik avtomobili Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yolu keçmək istəyən 17 yaşlı Rəsulov İbrahim Anar oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ budun və belin əzilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Qeyri-faiz gəlirləri bankların aktivliyini göstərir Azərbaycanda ən passiv banklar məlum olub. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, 2019-cu ilin 3-cü rübünün nəticələrinə əsasən, bunlar “Pakistan Milli Bankı”nın Bakı filialı, "Bank Melli İran"ın Bakı filialı, "Bank Avrasiya", "Turanbank", "Ziraat Bank Azərbaycan", “Naxçıvanbank” və "NBC Bank"dır. Adları qeyd edilən banklar qeyri-faiz gəlirlərinə görə, FED.az-ın tərtib etdiyi bankların renkinqində...
Cəmiyyət
Sənədlər dekabrın 2-dək təqdim olunmalıdır “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə Yeni il bayramı ilə əlaqədar tədbirin keçirilməsinin satın alınması məqsədilə açıq tender elan edib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini https://www.etender.gov.az portalı vasitəsilə təqdim edə bilərlər....
Cəmiyyət
Müharibədən əvvəl mayak partladılıb 1885-ci ilin yanvarında “Pilot qeydləri” adlı rus dərgisində yazılır: “Hidrologiya departamentinin dənizçilərə nəzarət şöbəsindən verilən məlumatda bildirilir ki, Xəzər dənizində - Nargin adasının (indiki Böyük Zirə - red.) qərb qurtaracağında, Bakı buxtasının girişində yeni mayak işıqlandırma üçün açıqdır. Mayakın işığı 15 saniyədən bir yanan daimi, ağ işıqdır. O, dəniz səviyyəsindən dörd fut yüksəklikdə yerləşir və üfü...
Cəmiyyət
Təkrar qazıntıya ehtiyac qalmayacaq Bu gün Bakının bir hissəsində qaz olmayacaq. "Azəriqaz" İstehsalat Birliyindən BakuCity.az-a verilən məlumata görə, Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işləri də icra ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılıq əldə olunub. Bununla da yol çəkilişi ilə qaz xəttinə dair təmir prosesinin, eyni zam...
Mədəniyyət
Film tezliklə televiziya vasitəsilə yayımlanacaq “Cinemazadeh” studiyasının istehsalı olan, Azərbaycan kino tarixinin ən çox baxış sayı toplamış, çoxdan gözlənilən “Kəklikotu” macəra komediyası nəhayət ki, televiziyada yayımlanacaq.  Bakucity.az xəbər verir ki, film 15 Noyabr saat 21:45-də "Azad Azərbaycan" kanalında (ATV) yayımlanacaq. Filmdə 20-dən çox məşhur aktyor, müğənni və rejissor təqdim olunmuşdu. Filmin baş produseri Cəfər Axundzadə, quruluşçu...
Cəmiyyət
Fleşmob bayraq yürüşü ilə yekunlaşıb Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 7-9 noyabr tarixləri arasında "Üç rəngin kölgəsində!" adlı fleşmob keçirib.  BakuCity.az xəbər verir ki, Bayraq Günü ilə bağlı xüsusi hazırlıq işləri görən BDU THİK 23 mindən çox tələbənin diqqətini 9 noyabr - Dövlət Bayraq Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək məqsədilə belə bir fleşmob təşkil edib....
Ekologiya
Hava isti olacaq Bakıda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Abidə sentyabrdan hazırdır Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin rəsmi açılış tarixi məlum olub. BakuCity.az-ın məlumatına görə, Nərimanov Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, A.Aqarunova ucaldılan heykəlin rəsmi açılışı noyabrın 15-nə gözlənilir. Saat 13:00-da nəzərdə tutulan açılış mərasimində icra başçısı və digər rəsmi şəxslər iştirak edəcəklər. Qeyd edək ki, heykəl Nərimanov rayonunda Milli Qəhr...
Mədəniyyət
Noyabrın 29-da festival da keçiriləcək  Bu gün “İçərişəhər” metro stansiyasında tanqo şousu keçirilib. BakuCity.az xəbər verir ki, "IN Tango Baku", "Tango On", "El Club de Tango", Badi Kuba, "R&N-project Dance School" və "Tango Dj Al Fredo" məktəbləri metro sərnişinlərini Argentinanın tanqo atmosferini və zərifliyini hiss etməyə dəvət ediblər. Tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunella 29 noyabr - 1 dekabr tarixləri...
Cəmiyyət
Qazın qiyməti qalxdı "Azpetrol" LPG (maye qaz) yanacağın satış qiymətini qaldırıb.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, əvvəl 1 litri 45 qəpiyə olan maye qaz hazırda 65 qəpiyə satılır. "Azpetrol"dan qiymət artımı ilə bağlı məlumatı təsdiq ediblər. Qeyd edək ki, son bir ayda avtomobillərin işlətdiyi LPG (maye qaz) təchizatında qıtlıq kəskinləşib. Bildirilir ki, bu da bir tərəfdan tələbatın artımı, digər tərəfdən isə Heydər Əliyev adına Neft Emal...
Cəmiyyət
Kassasiya şikayəti təmin olunmayıb Bakıda rəfiqəsini qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Samirə Məmmədovanın (ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BakuCity.az Teleqraf.com-a istinadən xəbər verir ki, qətl Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində olan evdə baş verib. Vəfa Səlimova kirayə qaldığı evdə rəfiqəsi Samirə Məmmədovaya oğlanlarla münasibət qurub, cinsi əlaqədə olmağı...
Cəmiyyət
Qaliblərə hədiyyə veriləcək “Dövlət Bayraq günü” ilə əlaqədar noyabrın 9-da Abşeron Milli Parkında "Sağlam ətraf mühit, sağlam həyat naminə" qaçış marafonu keçiriləcək. BakuCity.az xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, Milli Parkda ilk dəfə keçiriləcək qaçış marafonunun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olma...
Ekologiya
Həvəskar balıq ovçuları üçün yerlər ayrılıb Son dövrlərdə su hövzələrində balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində müsbət işlər görülsə də, təəssüf ki, problemlər hələ də mövcuddur. Hələ də qanunla Azərbaycana idxalına qadağa qoyulmuş sintetik torların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, satışı və bu torlardan su hövzələrində istifadə davam edir. BakuCity.az xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazir...
Cəmiyyət
Günəşliyə də metro çəkiləcək Qarşıdakı illərdə daşınmaz əmlak bazarına təsir edən amillərdən biri də yeni metro stansiyalarının işə düşməsi olacaq. Metro xətlərinin genişlənməsi, yeni stansiyaların tikintisi paytaxtın daşınmaz əmlak xəritəsini ciddi surətdə dəyişdirir.  Xatırladaq ki, 2011-ci ildə prezident İlham Əliyevin fərmanı Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib. Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nə...
Ekologiya
Toy vaxtı fəaliyyətləri dayandırıla bilər  Bakıda havaya daha çox tullantı atan restoranların siyahısı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu gün mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov paytaxtın rayonlarında  fəaliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinqlərin nəticələri və  Bakıda havaya daha çox tullantı atan restoran və şadlıq sarayları barədə məlumat verib. Onun sözlərinə görə...
Mədəniyyət
"Faust" operasını da dinəyə biləcəksiniz 17 dekabr Azərbaycan Opera və Balet Teatrının səhnəsində J.Bizenin "İncilər axtaranlar" tamaşası nümayiş olunacaq. BakuCity.az-ın məlumatına görə, Rusiyada və xaricdə tanınmış musiqi teatrlarından biri - "Sankt-Peterburq Opera" Dövlət Kamera Musiqili Teatrı paytaxta gəlir. Yeni teatr mövsümündə Yunanıstan, Latviya və Moskvadakı tamaşalarla başlayan beynəlxalq teatr layihələri ikinci dəfə Bakıda davam edəcək. Keçən m...
Cəmiyyət
Axşam da yola düşəcək “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edib. QSC-dən BakuCity.az-a verilən məlumata görə, məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 08:45-də Bakıdan yola düşəcək və 13:00-da Gəncəyə çatacaq. Noyabrın 11-də isə Bakıdan v...
Cəmiyyət
Yeni xətt Qaraçuxura qədər çatdırılacaq “Bakıda şərti adı “B3” olan metro stansiyasının tikintisi başa çatdırılıb və hazırda tamamlanma işləri qalıb. BakuCity.az-ın məlumatına görə, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. O bildirib ki, stansiyanın açılışı gələn il olacaq: “Bu stansiyadan sonra yeni “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq...
Cəmiyyət
Paytaxtın ən yaxşı kvest otaqları Son illərdə müxtəlif tematik kvestlərdən (axtarış) keçmək kimi əyləncə forması bütün dünyada populyarlıq qazanıb və Bakı da bu baxımdan geri qalmır. Bugünkü məqalədə BakuCity.az paytaxtın ən maraqlı kvest otaqları haqqında məlumat verəcək. Hazırda Bakıda bu əyləncə növünün hər hansı bir janrını təklif edən kvest otaqlar və ya eskeyp (qaç canını qurtar) otaqları var: dəhşət otağı, labirint, macəra, tapmacalar və fantaziya. ...
Biznes
Müasir texnologiya və keyfiyyət zəmanəti!  A-SERA GROUP uzun illərdir ki, istixana sektorunun aparıcı şirkətlərindən biridir. Şirkət hər ölçüdə dizayn edilmiş və şüşə, polietilen və polikarbonat kimi müxtəlif materiallardan istifadə edərək müasir istixana komplekslərinin tikintisi ilə məşğuldur. Şirkətin MDB ölkələri üzrə layihə meneceri Abdulla İsmayılov BakuCity.az-a müsahibəsində A-SERA GROUP-un fəaliyyəti, üstünlükləri və yeni layihələrindən danışıb. -...
Kriminal
Belə bir məlumat daxil olmayıb Bakıda azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib.  İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb. Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sözü ilə əm...
Cəmiyyət
Sentyabrın 25-də açılmışdı Bakıda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 9 noyabrda səhər saatlarından "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq. Ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə matşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək. Xatırladaq ki,...
Cəmiyyət
Hündürlüyü 62 metrdir Azərbaycanda 10 ildir ki 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilir. BakuCity.az xəbər verir ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr - Dövlət Bayrağı Günü təsis olunub. Bu tarix 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsinə əsasən götürülüb. Bayraq Günü ölkədə qeyri-iş günü hesab olunur və nəinki Azərb...
Ekologiya
Külək əsəcək Şənbə günü Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 9-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-13, gündüz 19-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan...
Cəmiyyət
Jetonu itirən cərimələnəcək Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə yeni xidmət göstərəcək. BakuCity.az xəbər verir ki, vağzalda  saxlama kameraları yenilənərək istifadəyə verilib. Saxlama kameraları həftənin 7 günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər: • 0-3 saat --- 1 AZN• 3-6 saat --- 2 AZN• 6-9 saat --- 3 AZN• 9-12 saat --- 4 AZN• 24 saat --- 5 AZN Ödəniş predmeti...
Cəmiyyət
Ən çox piyadavurmalar keçidlər olan ərazilərdə qeydə alınır "İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir. Bu ağır nəticələr biz Dövlət Yol Polisi əməkdaşları və rəhbərliyini ciddi narahat edir". BakuCity.az xəbər verir ki, bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi,...
Cəmiyyət
"ASAN Kommunal" isə bazar günü işləmir 9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, vətəndaşlar noyabrın 10-dan "ASAN xidmət”, 11 noyabr tarixindən isə "ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. "AS...
Hadisələr
Vəziyyəti normal və qənaətbəxş idi Respublika Diaqnostika Mərkəzinin xəstənin özünü xəstəxananın pəncərəsindən atması hadisəsi ilə bağlı məlumat yayıb. Mərkəzdən BakuCity.az-a verilən məlumata görə, dünya statistikasına əsasən, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlı...
Cəmiyyət
"Azərsu" əməkdaşları hadisə yerindədir Bu gün səhər saatlarında Bakıda yolun altından keçən su xəttində qəza baş verib. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, Nəsimi rayonu ərazisində yüksək təzyiqli su xəttində baş verən qəza hündür fontanın yaranmasına və ətrafa xeyli suyun yayılmasına səbəb olub. Əraziyə "Azərsu" ASC-nin əməkdaşları cəlb edilib. Hadisə yerindən çəkilən fotonu təqdim edirik: BakuCity.az
Cəmiyyət
Nişandan cəmi 20 metr sonra radar quraşdırılıb Bakının Pirallahı rayonu ərazisində quraşdırılan yol nişanı sürücüləri çətinliyə salır. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə sürücülərdən biri şikayət ünvanlayıb. Belə ki, sürət həddi 100 olan yolda dərhal sonra 40 nişanı qoyulub. Nişandan cəmi 20 metr sonra isə radar quraşdırılıb. Bu əraziyə ilk dəfə gələn sürücülər 100-lə gəldikləri yolda sürəti 40-a salmalıdır. Bu isə çox zaman çəti...
Cəmiyyət
Stansiyaların sayı 75-ə çatacaq Moskvada olduğu kimi, Bakıda da ikimərtəbəli metro stansiyası olacaq. BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov “Report”a deyib. Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq: “Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmi...
Mədəniyyət
İçərişəhər Metrostansiyasında Tanqo Şou Argentinanın Azərbaycandakı Səfirliyi və “United Cultures”-in The Landmark, Bakı Metropoliteni, Nizami Kinoteatr Mərkəzi və Nizami Restaurant & Lounge ilə birgə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr - 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır. "United Cultures"dən BakuCity.az-a verilən məlumata görə,  İçərişəhər Metrostansiyası, Tango məktəblərinin dəstəyi ilə 8 noyabr saat 17.00...
Cəmiyyət
Yolun uzunluğu 22 km olacaq Azərbaycan hökuməti Pirallahı və Çilov adalarını birləşdirəcək yol çəkməyi planlaşdırır.  BakuCity.az xəbər verir ki, “Report”un Energetika Nazirliyindən əldə etdiyi məlumata görə, bu məsələ “Pirallahı” Külək Enerji Parkının salınması çərçivəsində nəzərdə tutulub. Pirallahı-Çilov yolunun uzunluğu 22 km olacaq. Parkın ümumi gücünün 198 MVt olması planlaşdırılır. Layihə çərçivəsində hər biri 3,3 MVt gücə malik 60 ədəd külək turbin...
Cəmiyyət
Sürücülər diqqətli olsunlar Bakı-Şamaxı yolunun bir hissəsində rəngləmə işləri görüləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə 7-9 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-101 km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən sürücülərdən s...
Mədəniyyət
Ümumilikdə 2 lot satılıb Bu gün Bakıda Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə incəsənət əsərlərinin növbəti auksionu keçirilib. BakuCity.az xəbər verir ki, hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızd...
Cəmiyyət
Siyasi partiyalar və dini qurumlar müsabiqədə iştirak edə bilməz Azərbaycan Milli Tеlеviziya və Radiо Şurası ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyə müsabiqə еlan еdir. BakuCity.az xəbər verir ki, müsabiqədə iştirak еtmək üçün yayım üzrə хüsusi razılıq (lisеnziya) almaq üçün müəyyən оlunmuş qaydada ərizə; telеradiо yayımı kanalının fərqləndirici nişanı (studiyanın еmblеmi); iddiaçının fəaliyyət növünü...
Mədəniyyət
Aktrisa 73 yaşında dünyasını dəyişib Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, məzarüstü abidə "Qurd qapısı" qəbiristanlığında qoyulub. Qeyd edək ki, A.Pənahova həyat yoldaşı Yusif Muxtarovun yanında dəfn edilib. Aktrisa ötən ilin noyabrında 73 yaşında vəfat edib. A.Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən...
Hadisələr
Sərxoş kişilər dava salıblar Bakıda xəstəxana rəhbərliyi AXCP fəalının qohumları tərəfindən hücuma məruz qaldıqlarını bildirib. BakuCity.az Bizimyol.info-ya istinadən məlumat verir ki, haqqında danışılan xəstə AXCP fəalı Asif Yusiflinin qızıdır. 2015-ci il iyulun 15-də məhkəmə A.Yusiflini təqsirli bilərək 7,5 il azadlıqdan məhrum edib. Sonradan Ali Məhkəmə cəza müddətini 6 ilədək azaldıb. O, dələduzluqda ittiham edilib. A.Yusifli və təmsil etdiyi partiya i...
Cəmiyyət
Yeni nömrələr gəlir Azərbaycanın mobil rabitə operatoru “Bakcell”ə yeni operator kodu - 099 prefiksi, artıq bir neçə aydır ki, ayrılıb. BakuCity.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. E.Vəlizadənin sözlərinə görə, həmin operator kodunun istifadəsi mobil operatorun özündən asılıdır: "Bu müəyyən dərəcədə kommersiya sirridir ancaq Nazirlik olaraq bildiririk ki, 099 pre...
Hadisələr
Sürücü sərnişinə məhəl qoymayıb Bakıda 133 nömrəli avtobusda baş vermiş hadisənin görüntüləri kameraya qeyd olunub. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, noyabrın 5-də paytaxtın Azadlıq prospektində hərəkətdə olan 99-JP-548 qeydiyyat nişanlı avtobusun qapıları açıq vəziyyətdə olduğu üçün həmin nəqliyyat vasitəsindəki sərnişinlərdən biri yolun hərəkət hissəsinə yıxılaraq xəsarət alıb. Sürücü buna məhəl qoymadan hərəkətini davam etdirərək işıqf...
Ekologiya
Havanın temperaturu 21 dərəcəyə çatacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 8-də paytaxtda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normada...
Cəmiyyət
Az istifadə olunub Bakıda avtomobil qiymətinə mobil telefon satılır. BakuCity.az Tap.az saytına istinadən məlumat verir ki, “Vertu Signature S Design” markalı telefonun satış qiyməti 14 500 manat təşkil edir. Satıcı “Vertu”nun yeni olduğunu, cəmi 1 saat 40 dəqiqə danışıldığını yazıb. Telefonun bütün aksesuarları var. BakuCity.az
Cəmiyyət
"Bakının kanalizasiya sistemi təkmilləşdiriləcək" Bakının mərkəzini bəzən yağış suları basır ki, bunun da səbəbi kanalizasiya xətlərinə atılan tullantılardır. BakuCity.az xəbər verir ki, bunu mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib. O bildirib ki, kanalizasiya xətlərinə bazarlardan və ticarət mərkəzlərindən artıq tullantılar atılır: “Yağıntının həcmi böyük olanda isə xətlər suyu daşıya bilmir. Kanalizasiya xətləri mütəmadi olaraq...
Hadisələr
61 yaşlı kişi döyüldü Bakının Binəqədi rayonunda döyülmə hadisəsi qeydə alınıb.  BakuCity.az xəbər verir ki, bununla bağlı Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.  Belə ki, hadisə oktyabrın 28-də saat 19:00 radələrində S.S.Axundov küçəsi, ev 11/35-in qarşısında Aidə və Jalə adlı şəxslər xuliqanlıq zəminində Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Sədrəddin Əkbər oğlu Əkbərovu döyüb. S.Əkbərov noyabrın 6-da Binqədəri Rayon Polis İdarəsinin 5...
Kriminal
Üzərində psixotrop maddələr də tapılıb Bakıda odlu silahdan istifadə etməklə xuliqanlıq edən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağ...
Cəmiyyət
Qatarlar intensiv hərəkət edəcək Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, həmin yarımstansiyalar dartı cərəyanının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək. Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı yarımstansiyaların...
Mədəniyyət
Kinoteatra giriş pilsuzdur Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının möhtəşəm açılışı olub. BakuCity.az-ın məlumatına görə, bu il festivalda dünyanın 79 ölkəsindən 3484 qısametrajlı film təqdim olunur. 84 rəsm milli proqramda və "Cinemobil" müsabiqəsində iştiraka yönəldilib. Seçmə mərhələ zamanı əsas proqrama 21 ölkədən 48 film daxil edilib. Ümumilikdə beynəlxalq proqrama daxil edilmiş 29 film və milli proqramın...
Cəmiyyət
Ən ucuz avtomobillərin siyahısı Son illər ölkəyə idxal edilən avtomobillər üçün aksiz dərəcələrinin yüksək olması, xaricdən əsasən kiçik mühərrikli avtomobillərin gətirilməsinə səbəb olub. FED.az xəbər verir ki, mühərrikin həcmi azalsa da, avtomat sürət  qutusuna tələbat azalmayıb. Ölkə sakinləri əvvəlki kimi məhz avtomat sürət qutulu avtomobillərə üstünlük verirlər. BakuCity.az FED.az-a istinadən hazırda ölkədə satılan avtomat sürət qutulu ən ucuz avtomob...
Kriminal
130 min dollar oğurlayıblar İstanbulda tekstil və yükdaşıma şirkətlərindən 250 min dollarlıq oğurluq edən dəstə polis tərəfindən ifşa edilib. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 8-də Fateh adlanan ərazidə yerləşən tekstil şirkəti maskalı və silahlı iki şəxs tərəfindən qarət olunub. Onlar mağazadan 130 min dollar oğurlayıblar. Noyabr 1-də yenə həmin ərazidə yükdaşıma şirkətinə hücum edən oğrular oradan 120 min dollar götürüblər. Hər iki...
Hakimiyyət
Mənzil 3 otaqlıdır  Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.  BakuCity.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya şairin özü bildirib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və üç otaqlıdır. Şair ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:  “Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”. BakuCity.az
Hadisələr
Yaxınları meyitin daxili müayinəsinə etiraz ediblər Bakıda doğuş zamanı ana ölüb. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 1991-ci il təvəllüdlü Xırda Həsənova günorta saatlarında “İnternational Medical Center-1” klinikasına yerləşdirilib. Ona 37-38 həftəlik hamiləlik, “uşaqlıqda çapıq” diaqnozu qoyulub. Qeysəriyyə əməliyyatı nəticəsində Xırda Həsənova ölüb, körpə salamat doğulub, səhhəti normaldır. Xəst...
Kriminal
850 manat pulu götürərək qaçıblar Bakının Nəsimi rayonunda yerləşən marketdə oğurluq hadisəsi baş verib. BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində İmanov Cavid Ağaisa oğluna məxsus marketdə qeydə alınıb. 2 nəfər naməlum şəxs əvvəlcə marketin ətrafında gəzişib. Oğrular yaxınlıqda heç kəsin olmadığına əmin olduqdan sonra marketin qoruyucu dəmirlərini və şüşə qapısını qıraraq içəri daxil olublar. Mağaza...
Cəmiyyət
Olimpiadada Avropa Azərbaycan Məktəbinin 12 şagirdi iştirak edib Türkiyənin Antalya şəhərində məktəblilər arasında XI Beynəlxalq olimpiada keçirilib. Avropa Azərbaycan Məktəbindən BakuCity.az-a verilən məlumata görə, olimpiada Rusiyanın Antalyadakı Baş Konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən 27.10.2019-04.11.2019 tarixlərində təşkil olunub. Olimpiada III – XI siniflə...
Cəmiyyət
Yeni restoranlar açılacaq Bakıda Dənizkənarı Milli Parkın ərazisində tikiləcək obyektlərin görüntüləri yayılıb. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, Bakı bulvarının tarixi incisi olan “Mirvari” kafesinin yenidənqurma layihəsini haırlayanlar Milli Park ərazisində bir neçə başqa kafe-restoran üçün də layihə təqdim ediblər. Həmçinin oxu: Bakının ən iri ticarət mərkəzinin açılışı gecikir Bulvarın müxtəlif yerlərində, əsasən də yeni salınmış hiss...
Kriminal
Barəsində həbs qətimkan tədbiri seçilib Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-istintaq tədbirləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi i...
Cəmiyyət
"Yaxşı olardı ki, istilik daha tez verilsin" Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma nəzərə alsaq ki, yaşayış binalarına, müəyyən obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Bu isə hər zaman olduğu kimi yenə də müəyyən qrup insanlarda narazılıq yaradır ki, bu istiliyi bir az tez vermək mümkün deyilmi? ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Sakin...
Hakimiyyət
Noyabrın 10-da mitinq gözlənilir Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Müsavat”ın mitinqlə bağlı müraciətinə cavab verib. BakuCity.az-ın məlumatına görə, BŞİH-in cavab məktubu təşkilatçılara təqdim edilib. Məktubda noyabrın 10-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında “Müsavat”ın mitinq keçirməsinə razılıq verildiyi qeyd edilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb. BakuCity....
Cəmiyyət
Bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb “Azərişıq” ASC Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə yardım edilməməsi məsələsinə münasibət bildirib. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksə...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?