usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+11... 13 °С
Buludlu, yağmursuz
Sabah
+10... 13 °С
Buludlu, yağmursuz
Bu gün
+11... 13 °С
Buludlu, yağmursuz
Sabah
+10... 13 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Sentyabrın 5-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakucity.az xəbər verir ki səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normada daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Də...
Hadisələr
Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, hadisə kənar dairəvi yolda (“Maşın bazarı”nın yanı) baş verib. “Ford” markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Qəzaya səbəb isə yolda olan çala olur. Qəza nəticəsində sürücü yüngül bədən xəsarəti alıb. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Ötən gün, sentyabrın 3-də, Bakıda qadın doğuş zamanı ölüb. Bakucity.az xəbər verir ki, hadisə səhər saatlarında Nizami rayonunda yerləşən 7 saylı doğum evində qeydə alınıb.  Hüquq-mühafizə orqanları hazırda 26 yaşlı ananın ölümü ilə bağlı araşdırma aparırlar. Ölümün dəqiq səbəbi hələlik məlum deyil. (oxu.az) Bakucity.az
Hadisələr
Ata oğlundan polisə şikayət edib. Paytaxtın Xəzər rayonunda oğul atasının avtomobilini qaçırıb. Bakucity.az xəbər verir ki, Binə qəsəbəsində yaşayan 50 yaşlı Nazim Əzizov Xəzər Rayon Polis İdarəsinə şikayət edərək 24 yaşlı oğlu Orxan Əzizovun ona məxsus “VAZ 2107” markalı avtomobili qaçırdığını bildirib. O.Əzizov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağl araşdırmalar davam etdirilir. Bakucity.az
Kriminal
Hadisə “Dəfnə” çay evində baş verib. Paytaxtın Binəqədi rayonunda qətl törədilib. Bakucity.az xəbər verir ki, hadisə “Dəfnə” çay evində baş verib. Xırdalan şəhərində kirayə yaşayan İsgəndərov Əfqan Suvarağa oğlu taksi sürücüsü tərəfindən bıçaqlanıb.  Ə.İsgəndərov təcili yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Bakucity.az
Hadisələr
Görüntülər “Riyad” Ticarət Mərkəzinin yaxınlığında çəkilib. Bakucity.az-ın xəbərinə görə, magistral yolda at avtomobillərlə yarışıb. Hadisə sürücülərin marağına səbəb olub, onlardan biri görüntüləri lentə alıb. Videonun “Riyad” Ticarət Mərkəzinin qarşısında çəkildiyi bildirilir. (baku.ws) Bakucity.az
Cəmiyyət
BŞİH sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə müraciət ünvanlayıb. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə müraciət ünvanlayıb. Bakucity.az-ın xəbərinə görə, İcra Hakimiyyəti müraciətində Bakı sakinlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyyə edib. Yaşıl gu...
Cəmiyyət
Hadisə zamanı üç nəfər yanıq xəsarətləri alıb. Ötən gecə paytaxtın Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib. Bakucity.az-ın xəbərinə görə, bu barədə FHN məlumat yayıb. Nizami küçəsində baş verən yanğın zamanı 18 nəfər bina sakini təxliyə olunub. Yanğın nəticəsində üç bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstə...
Hadisələr
Hadisə Gəncə prospektində qeydə alınıb. Sentyabırn 2-də Bakıda “BakuBus” MMC-yə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb. Bakucity.az xəbər verir ki, hadisə axşam saat 20:00 radələrində Gəncə prospektində qeydə alınıb. 21 nömrəli marşrut xətti üzrə metronun “28 May” stansiyasının qarşısından “Əhmədli” stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb...
Cəmiyyət
Paytaxtda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.  Bakucity.az xəbər verir ki, sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Bakıda 18 mm (aylıq normanın 104 faizi), Maştağada 12 mm (aylıq normanın 53 faizi), Binədə 8, Pirallahıda 5 mm olub...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?