usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+10... 12 °С
Buludlu, yağmursuz
Sabah
+9... 11 °С
Buludsuz, yağmursuz
Bu gün
+10... 12 °С
Buludlu, yağmursuz
Sabah
+9... 11 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Bakıda marşrut avtobusuna hücum olub Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır. (APA) Bakucity.az
Hadisələr
Paytaxtda yüksək sürət qəzaya səbəb olub Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Assamand” markalı minik avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil səkiyə dəyərək aşıb. Aşan avtomobilin fotolarını təqdim edirik: (Baku.ws) Bakucity.az
Cəmiyyət
“Bizim həyət” layihəsi davam etdirilir Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir. Avqustun 15-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Binəqədi rayonu, Naxçıvani küçəsi 24,...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, avqustun 16-da Bakıda və Abşeron yarımadasında avqustun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  30-35, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer  təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-75, gündüz 45-50 faiz o...
Hadisələr
Məhkəmə baxışı gələn həftəyə təyin edilib Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri şantaj edərək pul almaqda təqsirləndirilən, 1990-cı il təvəllüdlü Məmmədov Səfa Şəfa oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli B.Yusifov və G.Qasımova qarşı...
Hadisələr
Onun dəri örtüyünün yarısı yanıb Bakucity.az xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan 1945-ci il təvəllüdlü Məhərrəmova Elmira Məhərrəm qızı evində üstünə benzin tökərək özünü yandırıb. Nəticədə, qadın yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq mərkəzinə çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər İlkin məlumata görə, qadını özünü yandırma həddinə nəvəsi çatdırıb. Nənə və nəvə arasında münaqişənin səbəb...
Hadisələr
Paytaxtda kişi intihar etmək məqsədilə körpünün üzərinə çıxıb Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, “Papanin körpüsü” deyilən ərazidə qeydə alınıb. Körpüdən keçən sürücülərdən biri avtomobili saxlayaraq, onunla söhbət etməyə başlayıb və qəflətən onu tutaraq intihar etməsinin qarşısını alıb. (Oxu.az) Bakucity.az
Biznes
Durmadan inkişaf edən “Papa John’s” restoranlar şəbəkəsi Bakıda yeni ünvanda öz restoranının açılışını edib. Sayca 8-ci olan restoran “28 Mall” ticarət mərkəzində foodcourt ərazisində yerləşir.  Şəbəkəyə daxil olan digər restoranlarda olduğu kimi, yeni innovativ məhsullar və reseptlər əsasında bişirilən dadlı-ləzzətli pizzalar artıq dünəndən pizzasevərlərin yolunu gözləyir.  Restoranlar şəbəkəsi hazırda Bakcell abunəçiləri üçün Ulduzum kodunu təqdim etdikd...
Cəmiyyət
Qaz xəttlərində təmir işləri aparılacaq Bakucity.az xəbər verir ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində təbii qazın təchizatı dayandırılacaq. Qeyd edək ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bakuc...
Cəmiyyət
Magistral su kəmərində birləşdirmə işlər görüləcək Bakucity.az xəbər verir ki, bu gün Yasamal rayonu Şəfayət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Şəfayət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərində birləşdirmə işlərindən  sonra məhdudiyyət aradan qaldırılacaq. Qeyd edək ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib. Bakucity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?