usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+20... 22 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 25 °С
Buludlu, yağmursuz
Bu gün
+20... 22 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 25 °С
Buludlu, yağmursuz
Filters
Filters
Cəmiyyət
Bütün metro stansiyaları dezinfeksiya olunub. "Məhz ölkə prezidentinin vaxtında verdiyi qərarlar nəticəsində Azərbaycanda koronavirusla bağlı digər ölkələrdən daha yaxşı vəziyyət olduğunu görürük". BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov bildirib.  Zaur Hüseynovun sözlərinə görə, bütün metro stansiyaları dezinfeksiya olunub: "Bu proseslər gün ərzində bir neçə dəfə təkrarlanır". Bundan başqa, o, əlavə edib ki, iş gün...
Cəmiyyət
Ekspres marşrut xətləri üzrə sərnişindaşımalar davam etdiriləcək. "Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq bildiririk ki, M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək". BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir. Ekspres xətlərin iş qrafikində də dəyişiklik edilməyib. Hər hansı bir dəyişiklik ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək. BNA...
Cəmiyyət
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxdu, 25 nəfər sağaldı. Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 2 279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675...
Kriminal
Əməliyyat nəticəsində bir nəfər daha saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar var. BakuCity.az xəbər verir , Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb. Həmçinin oxu: DTX nazirlikdə əməliyyat keç...
Cəmiyyət
"Bakı metropoliteni" sabahdan öz fəaliyyətini bərpa edir. Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, “Bakı Metropoliteni”nin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat...
Biznes
Millət vəkili paytaxtın böyük ticarət mərkəzlərinin tezliklə açılma etimalından danışıb. "Bir neçə iri ticarət mərkəzi və "mall"ların açılmasına icazə vermək olar, amma orada bütün dezinfeksiya və təhlükəsizlik tədbirləri həyata keçirilməlidir". BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.  Millət vəkilinin sözlərinə görə, ikinci etapda yumşaltmağa getmək lazımdır ki, əhali...
Cəmiyyət
Mövzu ilə bağlı süjet yayımlanıb. Koronavirus pandemiyası dövründə küçəyə çıxmaq qadağan olunduqdan sonra evdə internetdən istifadə edənlərin sayı artıb. Əksər abonentlər ölkədə fəaliyyət göstərən mobil operator və provayderlərin karantin günləri ərzində istifadəçilərinə müəyyən güzəştlər etməsini gözləyir. Bu günlərdə istifadəçilərin internet imkanlarını yaxşılaşdıracaq hansı təkliflər var? BakuCity.az xəbər verir ki, internet provayderlərindən bəziləri g...
Cəmiyyət
AzTV növbəti dəfə koronavirusa yoluxmuş şəxslərin olduğu xəstəxanalardan birindən reportaj hazırlayıb. BakuCity.az xəbər verir ki, xəstəxananın həkimləri Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artdığını bildiriblər. TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, kimin yaşayıb, kimin öləcəyi barədə qərar vermək məcburiyyətində qalacaqla...
Ekologiya
9 mayda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən əsasən mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Bakıda  gecə 12-14, gündüz ...
Hakimiyyət
DTX nazirlikdə əməliyyata başlayıb. Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı DTX məlumat yayıb. Aparılan araşdırmalar, cinayət tö...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?