usd:
1,69 ₼
eur:
1,86 ₼
Bu gün
+10... 12 °С
Buludsuz, yağmursuz
Sabah
+10... 12 °С
Buludlu, yağmursuz
Bu gün
+10... 12 °С
Buludsuz, yağmursuz
Sabah
+10... 12 °С
Buludlu, yağmursuz
Filters
Filters
Ekologiya
Oktyabrın 26-da Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 19-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan...
Hadisələr
Bakıda klinikada ölüm hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, "MedAura" klinikasında qeydə alınıb. Burada estetik əməliyyat olunan 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra ölüb. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.  Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakıda maye qaz çəninin daşınması Babək prospektində nəqliyyatın hərəkətində sıxlığın yaranması narazılığa səbəb olub. Hər kəsdə sual yaranır: “Nəhəng çən niyə gecə vaxtı aparılmayıb?” “Gecə daşınsaydı, səhər saatlarında prospektə tıxac da yaranmazdı”. Məsələ ilə bağlı BakuCity.az saytı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi İbrahim Əhmədovla əlaqə saxlayıb, problemin səbəbini öyrənməyə çalışıb. İ.Əhmədov qeyd edib ki, qurğ...
Mədəniyyət
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi noyabrın 1-15-də Bakı, Gəncə və Qəbələnin Nic kəndində 2-ci "Fantazia" mədəni irs festivalı keçirəcək. Nümayəndəlikdən BakuCity.az-a verilən məlumata görə, məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan "Fantazia" festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival "Şərq Tərəfdaşlığı"nın 10 illik yubileyi ilə üst-üstə d...
Hadisələr
Bakıda daş karxanasında bədbəxt hadisə baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb. Orada fəhlə işləyən 1950-ci il təvəllüdlü Elsevər Məmmədov kombaynın aşması nəticəsində texnikanın altında qalaraq ölüb.    Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakıda qaz borusu yolda hərəkəti iflic edib. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Babək prospekti (maşın bazarının qarşısında) maye qaz çəninin daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb. Həmçinin oxu: Bakıda hər kəsi heyrətə salan görüntülər: daha da irisi gətiriləcək - YENİLƏNİB + FOTO Hazırda Babək prospekti şəhər istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən həmin ərazidən keç...
İdman
Oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ” klubu Bakıda Kiprin APOEL komandasını qəbul edib. BakuCity.az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb. Matçda ən yaddaqalan epizodu hesab 1:1 olarkən kapitan Rəşad Sadıqovun rəqibin qol vurması ilə nəticələnən kobud səhvi olub. Qeyd edək ki, hazırda 4 xallı “Qarabağ” A qrupunda 2-ci sıradadır. “Sevilya” 9 xalla 1-cidir. BakuCity.az
Hadisələr
Bakının Yasamal rayonunda üç avtomobil toqquşub. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə “20 Yanvar” dairəsi kimi tanınan ərazidə qeydə alınıb.  Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə gələrək taksi fəaliyyəti ilə məşğul olan Tamerlan Musayevin hərəkətsiz dayanan “Opel” markalı avtomobilinə çırpılıb. Zərbənin təsirindən “Opel” digər eyni markalı avtomobilə çırpılıb. Qəza zamanı sonuncu qəzaya uğrayan “Opel” markalı nəqli...
Siyasət
Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı keçirilir. BakuCity.az xəbər verir ki, sammitə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb. İki gün davam edəcək tədbirdə 4 yekun sənədin qəbulu gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın...
Cəmiyyət
Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov BakuCity.az-a bildirib ki, paytaxtda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar, bu gün saat 08:30-dan Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, "Hyatt Regency” hoteli istiqamətinə doğru kəsişən, bitişən küçə və prospektlərdə avtomobillərin hər...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?