usd:
1,70 ₼
eur:
1,89 ₼
Bu gün
+10... 11 °С
Buludlu, yağmursuz
Sabah
+9... 11 °С
Buludsuz, yağmursuz
Bu gün
+10... 11 °С
Buludlu, yağmursuz
Sabah
+9... 11 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Biznes
Yaşayış bloku da olacaq Bakıda Həştərxan İş Mərkəzi açılacaq. BakuCity.az xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib. Onun sözlərinə görə, açılışın gələn il may-iyun aylarında baş tutacağı gözlənilir. 7 mərtəbəli binada sahibkarların ofisləri, hətta yaşayış bloku yerləşəcək. Layihənin əsas vəzifəsi – tərəflərin işgüzar fəallığına təkan vermək və beynəlxalq biznesə yeni səviyyəyə çıxmaq imkanı yaratmaqdır. ВakuCity.az
Ekologiya
Cənub küləyi əsəcək Bakıda istirahət günlərinə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-a verilən məlumatına görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq. ВakuCity.az
Cəmiyyət
5 gündür xəbər-ətər yoxdur Bakıda 17 yaşlı oğlan itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.  Lökbatan qəsəbə sakini Nəcəfov Orxan Elnur oğlu dekabrın 8-i gecə saat 2-3 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.   Onun əlamətləri: boyu 179 sm, dolu bədənli, gözləri qəhvəyi rəngdit. Evdən çıxarkən əynində boz palto, qara cins şalvar, qara ayaqqabı olub. Qeyd edək ki, O.Nəcəfov evdən çıxarkən h...
Cəmiyyət
Yollarda su qurumur Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur. Qəsəbə sakinləri bildirir ki, uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkir. Hətta güclü yağış yağdığı zaman bəzi evlərdən çölə çıxmaq mümkün olmur: “Yaxın vaxtlarda 158 nömrəli avtobusun yolunu düzəltsələr də, qəsəbədaxili yollar çox bərbad vəziyyətdədir”. Probl...
Cəmiyyət
Hələ bir neçə ay da gözləməlidirlər Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən məcburi köçkünlərin yerləşdiyi yaşayış məskənində vəziyyət acınacaqlıdır. BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, 22 məcburi köçkün ailəsi 26 ildir 6 mərtəbəli binanın birinci mərtəbəsi və zirzəmisində əziyyətlə yaşayırlar. Mövcud vəziyyətlə bağlı sakinlərin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdikləri müraciətə baxmayaraq dəyişən heç nə ol...
Cəmiyyət
Dövlət 3 və daha az ulduzlu hotellərin inşasında maraqlıdır Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir. BakuCity.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə deyib. "Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkə...
Hadisələr
Son 10 gündə ayaqları tutulub Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub. Ömrünün s...
Hadisələr
3 avtomobilə ziyan dəyib Bakıda ağacın aşması nəticəsində lüks avtomobillərə ziyan dəyib. BakuCity.az-ın Metbuat.az-a istinadən verdiyi məlumata görə, hadisə Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib. İri ağacın aşması ilə yaxınlıqdakı işıq dirəyi də avtomobillərin üzərinə düşüb. Nəticədə “Mercedes Gle”, “Toyota Camry” və “Mercedes ML” markalı avtomobillərə ziyan dəyib. Həmçinin oxu: Ramanada hektarlarla meşə zola...
Cəmiyyət
Hər zövqə görə balıq yeməkləri Bakıda, xüsusilə, soyuq mövsümdə balıq yeməklərini bəyənməyən az adam tapılar. Paytaxtda yalnız balıq yeməkləri təqdim edən bir neçə restoran var. Həm də elə məkanlar var ki, orada standart menyudan əlavə, müxtəlif növ balıqlardan hazırlanan yeməkləri də seçmək olar.  BakuCity.az nərə balığı, qızılbalıq, kütüm, alabalıq, ağbalıq, karp, kefal və digər balıqların dadına baxa biləcəyiniz restoranların kiçik siyahısını hazırlayıb...
Cəmiyyət
Daha bir kiçik SES-in tikilməsi planlaşdırılır Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik “Şimal-2” Elektrik Stansiyasının ərazisində kiçik Su Elektrik Stansiyası (SES) tikilib. Bu barədə BakuCity.az-a “Azərenerji” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. “Azərenerji” ASC sentyabr ayında Şüvəlan qəsəbəsində istismara verilən 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında daha bir irəliləyiş edib. Belə ki, indiyədək “Şimal-2”nin buxar...
Hakimiyyət
Tankerə "Laçın" adı verilib Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verilib. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş “Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısının iştirakı ilə “Azərbaycan” gəmi-bərəsinin suya salın...
İdman
Baş məşqçilərlə müqavilə dayandırıldı Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. BakuCity.az xəbər verir ki, aparılmış müzakirələr nəticəsində bir sıra qərarlar qəbul olunub. Belə ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə müqaviləyə xitam verilib. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Kom...
Ekologiya
Çiskin olacaq Şənbə günü Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, dekabrın 14-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 9-11 dərəcə isti ol...
Cəmiyyət
"Bakı Metropoliteni" QSC hansı tədbirləri görür? Bakı metrosunda sərnişin sıxlığı çox olan stansiyalarda vaqonların dayanma müddəti 30, digər stansiyalarda isə 20 saniyədir. Günün pik saatlarında isə sərnişinlərin vaqonlardan çıxıb daxil olması üçün 30 saniyə kifayət etmir – düşənlər olsa da, minmək istəyənlərə vaxt çatmır və maşinist qapıları bağlayır. Bu vəziyyət isə sərnişinlərin narazılığına səbəb olur, həmçinin növbəti qatarı daha çox sərnişinin gözlə...
Siyasət
Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır Tanınmış yazar, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) növbədənkənar parlament seçkilərində iştirak edəcək. BakuCity.az xəbər verir ki, baş redaktor 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb. Bu barədə Zahir Əzəmət özü məlumat verib: "Prosesə ilk qoşulanlardan biriyəm. Bu gün imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayacağıq. Artıq...
Cəmiyyət
Yanğın ümumilikdə 21 min kv.m sahəni əhatə edib Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev "EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla yenidən görüşüb. BakuCity.az "Report"a istinadla xəbər verir ki, hazırda "EuroHome” ticarət mərkəzinin sahibi ilə yanğından zərərçəkən sahibkarlar arasında təkrar görüş keçirilib. Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə...
Hadisələr
Mağazadan spirtli içki oğurlayıblar Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub. BakuCity.az “Report”a istinadən məlumat verir ki, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur. Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar...
Cəmiyyət
114 789 ədəd markalı pirotexniki vasitə aşkar olunub Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə məlumat daxil olub. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BakuCity.az-a verilən məlumata görə, külli miqdarda pirotexniki vasitənin Azərbaycan vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizam...
Cəmiyyət
Təxminən iki həftə əvvəl ölüb Bakıda evdən meyit tapılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə ötən gün paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1946-cı il təvəllüdlü Latkina İrina İvanovnanın çürümüş meyiti mənzilində aşkarlanıb. Meyit qonşuların kəskin qoxu hiss etməsindən sonra müəyyən olunub. Araşdırma zamanı İ.Latkinanın təxminən iki həftə əvvəl vəfat etdiyi məlum olub. Həmçinin oxu: Bakıda evdən çürümüş qadın meyiti t...
Cəmiyyət
Sürücü son anda xilas oldu Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.  Belə ki, evakuatorun üzərində olan dəmir parçası sürüşərək, arxadan gələn “Hyundai” markalı avtomobilin ön şüşəsindən girib. Daha sonra dəmir parçası minik maşınının sükanını qırıb, sürücü hadisədən son anda xilas ola bilib. BakuCity.az
Cəmiyyət
Kimin 100 min manatlıq evi varsa... Bakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək. BakuCity.az xəbər verir ki, bunu iqtisadçı Əli Əhmədov "Sputnik Azərbaycan"a deyib. O bildirib ki, "İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlə...
Cəmiyyət
Yağış yağdı, hərəkət çətinləşdi  Bakıda bir sıra yollarda uzun tıxaclar yaranıb. BakuCity.az xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Nəticədə paytaxta gələn bir sıra yollarda, o cümlədən Bakı-Sumqayıt şosesində, Sabunçu-Zabrat yolunda böyük sıxlıq yaranıb. Paytaxtın bir sıra küçə və prospektlərində də, o cümlədən Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev, 28 May, Dilarə Əliyeva küçələri, Heydər Əliyev, Babə...
Cəmiyyət
Son nəticədə vergi uçotunun aparılmasına nail olunacaq Azərbaycanda tikinti sahəsində yeni vergi rejiminin tətbiqinin mənzillərin satış qiymətinə əhəmiyyətli təsiri olmayacaq. BakuCity.az xəbər verir ki, bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov gələn ildən qüvvəyə minəcək Vergilər Məcəlləsindəki dəyişikliklərin mənzil bazarındakı qiymətlərə təsirini "APA-Economics"ə şərh edərkən bildirib. "Tikinti şirkətlərinin marjası əvvəlkinə nisbətən xeyli aza...
Hadisələr
Xəsarət alan var Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, Lamiyə Əbəçiyeva idarə etdiyi “Jeep” markalı avtomobillə Ziya Bünyadov prospektində işıqforun qırmızı işığında keçib. Bu zaman onun avtomobili Atatürk prospektində hərəkətdə olan və Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsinə çırpılıb. Həmçinin oxu: Bakıda təcili yardıma yol verməyən avtomobili...
Hadisələr
Polis gözyaşardıcı qazdan istifadə edib Bakının mərkəzində, Nizami küçəsi, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq, soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər. BakuCity.az Real TV-yə istinadən xəbər verir ki, onları bu hərəkətindən çəkindirməyə çalışan ətrafdakı insanları da bıçaqla təhdid ediblər. Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar "tabe ol" əmrindən boyun qaçırıblar. Soyuq silahı əlindən...
Hadisələr
Bakıda yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az primetime.az-a istinadən xəbər verir ki, hadisə bir qədər əvvəl Sədərək bazarı yaxınlığında qeydə alınıb. Belə ki, "Chevrolet" markalı avtomobil əvvəlcə yoldakı dirəyə çırpılıb, daha sonra dərəyə aşıb. Məlumata əsasən, avtomobilin sürücüsü ağır xəsarət alıb. BakuCity.Az
Cəmiyyət
“Ləhiş bağları” yeni yaşayış massivindəki evlərə təbii qaz verilib Bu gün Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib. Bakucity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdə...
Kriminal
Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb Bakucity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Həmçinin oxu: Bakıda kişini ürəyindən bıçaqladılar Belə ki, Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi, 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb. BakuCity....
Ekologiya
Ərazidə yerləşən torpaqları qanunsuz şəkildə satanlar kimlərdir?!  Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində “2-ci sahə” adlanan ərazidə SSRİ dövründə salınmış meşə zolağının kütləvi şəkildə məhv edilməsi faktı aşkarlanıb. Hazırda burada mövcud olmuş meşə zolağındakı ağaclar məqəsdli şəkildə qırılır, onların kökləri yandırılır və yaşıllıqlardan təmizlənmiş torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılır. Bakucity.az xəbər verir ki, “Demokrat.a...
Cəmiyyət
Bu ilin 11 ayının statistikası Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 824 yeni abonent qeydiyyata alınıb. Bakucity.az “Report”a istinadən xəbər verir ki, onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür. Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85 053 yeni abonent qeydiyyata alınıb. Beləliklə, 11.12.2019-cu il tarixinə ölkədə təbii qazla...
Cəmiyyət
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib "Qarabağ" futbol klubunun bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyuna görə "Bakı Metropoliteni" QSC saat 00:30-a qədər işləyəcək.  Bakucity.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.  Həmçinin oxu: Bakı metrosunun bu stansiyası bağlanacaq? - RƏSMİ Məlumata görə, qarşılaşmanı aren...
Cəmiyyət
Hadisədə iki məktəbli həyatını itirib Binəqədi rayonunda baş verən faciəvi qəzada həyatını itirən 11-ci sinif şagirdi Dilarə Sultanlının anasına yazdığı son mesaj ortaya çıxıb.  Bakucity.az Cebhe.info-ya istinadən xəbər verir ki, Dilarə Sultanlı hazırlığa getməzdən əvvəl anasına mesaj yazıb. Qız həmin gün çox sevincli olsa da, anasının narahat olduğunu hiss edib və ona təskinlik verib. Məlumat üçün qeyd edək ki, 2003-cü il təvəllüdlü Dilarə Sultanlı evin t...
Hadisələr
Bakıda narkotikdən zəhərlənən şəxs xəstəxanada ölüb Bakıda yüksək dozada narkotik qəbulundan ölüm hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonunda 1980-ci il təvəllüdlü Ağaməliyev Əli Valeh oğlunun yaşadığı evdə anidən halı pisləşib. Yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Həmçinin oxu: Bakıda gül toxumu yeyən 3 yeniyetmə zəhərləndi İlkin müayinə zamanı Ə. Ağaməliyevin narkotikdən zəh...
Mədəniyyət
Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atabəy İsmayılov olacaq 24 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılov solo konserti kerəcək. Bakucity.az xəbər verir ki, 5 müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara,...
Ekologiya
Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb Bakucity.az  sabaha olan hava məlumatını təqdim edir. Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Həmçinin oxu: Bak...
Hadisələr
85 yaşlı sənətkarın ürəyində problemlər yaranıb Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib. Bakucity.az BakuWs-ə istinadən xəbər verir ki, hazırda həkim nəzarətində olduğunu bildirən Ceyran Haşımova vəziyyətinin stabil olduğunu deyib. Həmçinin oxu: Bakının bu rayonlarında pensiya təyinatı ilə qaydalar dəyişir Qeyd edək ki, Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olub. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə...
Cəmiyyət
Avtobus kobud qayda pozuntusu edib Bakıda bəzi marşrut xətlərindəki özbaşınalıqlar, sərnişinlərin həyatlarının heç sayılması halları son günlər yayılan videogörüntülərdə bu halın daha da artdığını göstərir. Bakucity.az "news24.az"a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində ötüşən və qırmızıda keçən 113 nömrəli sərnişin avtobusu, Binəqədi rayonu Azadlıq prospektində sərnişinlə dolu halda əks zolağa çıxaraq xeyli insanın və digər maşınlarda olanları...
Cəmiyyət
Bakının ətrafındakı magistral avtomobil yollarında hərəkət  Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilib. Məlumatda həmçinin qeyd olunub ki, hərəkət təmir aparılan hissələr üzrə qismə...
Kriminal
Xətai rayonunda yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Bakucity.az-a verilən məlumata göörə, hadisə dekabrın 10-u saat 13 radələrində baş verib.  Naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olub və qadının boğaz nahiyyəsindən tutaraq pul verməsini tələb edib. Yaşlı qadın huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib. Hadisə ilə bağlı Xəta...
Cəmiyyət
Müvafiq profilaktik tədbirlər həyata keçirilir Hazırda metronun 2002-ci ildə istifadə verilmiş "Həzi Aslanov” stansiyasının əsaslı təmirilə bağlı planlaşdırma işləri həyata keçirilir. Bakucity.az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a deyib. B.Məmmədov qeyd edib ki, "Həzi Aslanov” stansiyasındakı hidregeoloji şərait zamanla dəyişdiyindən, əsaslı təmirə ehtiyac var: "Stansiya infra...
Hadisələr
"EuroHome” ticarət mərkəzində baş vermiş yanğında 150 sahibkara ziyan dəyib. Bakucity.az Unikal.org-a istinadən xəbər verir ki, obyektin ümumi sığortası 1 milyon manatdan çoxdur. Ümumilikdə ticarət mərkəzində 157 mağaza yanıb.  "EuroHome” ticarət mərkəzində sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparılır. Dəymiş ziyan müəyyən edilir. Qeyd edək ki, baş vermiş yanğın ümumilikdə 21.000 kv.m sahəni əhatə edib. BakuCity.Az
Kriminal
Bakıda evdən meyit tapılıb Bakucity.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini Telegina Tatyana Andreyevnanın çürümüş meyiti qonşuların kəskin qoxu hiss etməsindən sonra müəyyən olunub. Araşdırma zamanı T.Teleginanın ölümündən 10 gündən çox keçdiyi müəyyənləşib. Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırma aparılır. BakuCity.Az
Cəmiyyət
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi piyadalara bir daha xəbərdarlıq edib. Dəfələrlə xəbərdarlıq edilməsinə, təbliğat və marifləndirici tədbirlərin görülməsinə baxmayaraq, hələ də bir çox piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər. Bunu 11 ayın yol nəqliyyat hadisələrinin statistikasına nəzər salanda da görmək olur. 11 ay ərzində yol nəqliyyat hadisələri zamanı təkcə Bakı şəhərində ümumilikdə 167 nəfər ölüb ki, onların da arasında üstünlük təşkil...
Biznes
Kirayə üsulu ilə mənzillərin satışı başlayır BakuCity.Az xəbər verir ki, Azərbaycanda satınalma öhdəliyi ilə, yəni kirayə üsulu ilə mənzillərin satışı başlayır. Artıq bir neçə gündən sonra müraciətlərin qəbulu barədə elan veriləcək. Kirayə mənzillərlə bağlı indiyədək açıqlanan maraqlı məqamlardan biri odur ki, məhkumluğu olan şəxslər bu imkandan istifadə edə bilməzlər. Bu şərt cəmiyyətdə birmənalı qarşılanmayıb. Maddədə elə başa düşülür ki, nə vaxtsa məhku...
Cəmiyyət
Dəyişikliklər paytaxtın iki rayonu üzrə aparılacaq Vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Səbail və Yasamal şöbələri üzrə aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya İdarəsinə köçürülmüş və həmin şəxslərin əmək pensiyalarının ödənişi 2019-cu ilin dekabr ayından etibarən hər ayın 13-16 aralığında həyata keçiri...
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 39 yaşlı Abdinov Həmid İntiqam oğlu Xəzər rayonu, Qala qəsəbəsində kirayədə yaşadığı nömrəsiz evin həyətində 43 yaşlı Ağalarov Əli Mirqubad oğluna sol döş qəfəsi və bel nayihəsindən 2 bıçaq zərbəsi endirib. Hadisə qısqanclıq zəminində baş verib. Yaralı xəstəxanaya çatdırılıb. H.Abdinov hadisə yerindən...
Hadisələr
Qəza anı kameraya düşüb Hadisə aeroport yolunda, Sabunçu körpüsünün yanında baş verib.  BakuCity.az xəbər verir ki, "Chevrolet” markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və sol zolağa doğru istiqamətlənib. Nəticədə, öz zolağı ilə hərəkətdə olan "Mercedes” markalı avtomobilin önünə çıxıb.  Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Sürücülər isə yüngül bədən xəsarətləri alıblar. (Avtosfer.az) BakuCity.Az
Hadisələr
Bakıda, Xəzər rayonunun Türkan qəsəbəsində 25 yaşlı gənc itkin düşüb BakuCity.Az Oxu.az-a istinadən xxəbər verir ki, dekabrın 5-də axşam saatlarında Türkan qəsəbə sakini, 1994-cü il təvəllüdlü Y.Məmmədov Qala qəsəbəsində yerləşən iş yerindən çıxıb və itkin düşüb.  BakuCity.Az
Biznes
“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından indiyədək 498 milyon ton neft çıxarılıb. BakuCity.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. SOCAR rəsmisi hazırda respublikada neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqları hesabına əldə olunduğunu qeyd...
Cəmiyyət
Paytaxtda yük avtomobilinin sürücüsü polis əməkdaşları tərəfindən yaxalanıb YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb.  BakuCity.Az BAKU.WS-ə istinadən xəbər verir ki, dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünün ayağından tutub və onu yük avtomobilindən düşürməyə cəhd edib. Ancaq sürücünün protez ayağı polisin əlində qalıb.  Məlum olub ki, yük avtomobilinin sürücüsü əl...
Mədəniyyət
Növbəti kastinqin vaxtı açıqlanıb "The Lobby" klubunda "Miss & Mister Azerbaijan" Milli Gözəllik Müsabiqəsinin ikinci kastinqi keçirilib. BakuCity.Az xəbər verir ki, münsiflər heyətində əvvəlki illərin qalibləri, müsabiqənin əsas koordinatoru və xoreoqrafı Ayla Mais, koordinator və xoreoqraf Hidayət Xəlilov, PR layihə meneceri Səxavət Qabiloğlu olub. Müsabiqədə xarici görünüşü yaxşı olan 16-28 yaşlarında oğlanlar və qızlar iştirak edə bilər. Tədbirdə “Mi...
Hadisələr
Sərnişin özünü qatar yoluna atıb Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb. Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb: “Stansiya işçiləri mü...
Cəmiyyət
Alternativ yollardan, ictimai nəqliyyatdan istifadə edin Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. BakuCity.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəq...
Cəmiyyət
Pultla nömrəni bağlayırlar Bakıda hərəkət zamanı radar və kameralardan yayınmaq istəyən bəzi sürücülər fərqli yola əl atıblar. BakuCity.az Xezerxeber.az-a istinadən xəbər verir ki, “İnstaqram” sosial şəbəkəsində açıq şəkildə satılan xüsusi avadanlıqlar vasitəsilə avtomobilin qeydiyyat nişanını tamamilə gizlətmək mümkün olur. İstər avtomobil hərəkətdə olsun, istərsə də park edilmiş halda, sürücü pultun bir düyməsi ilə avtomobilin dövlət qeydiyyat nişanı giz...
Cəmiyyət
170 nəfər ödənişsiz anju əməliyyatı keçirib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 5 özəl xəstəxana ilə müqaviləsi var. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. Onun sözlərinə görə, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı da...
Cəmiyyət
Keçmiş direktor isə vitse-prezidentinin müavini oldu  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub. Bu barədə BakuCity.az-a SOCAR-dan məlumat verilib. B.Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft A...
Cəmiyyət
Avadanlıqların istismar müddəti də keçib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi, ev 10A, döngə 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliağa Rüstəm oğlu Məmmədova məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Sexin bir n...
Mədəniyyət
Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər edildi Dekabrın 12-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar repertuarda dəyişikliklər edilib. BakuCity.az xəbər verir ki, mərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxıl edilib. Filmin seansları 13:10 və 15:30-da keçiriləcək. Seanslara giriş sərbəstdir. Həmçinin dekabrın 12-də...
Cəmiyyət
Ögey ana hamilə olduğu üçün polisin nəzarəti altına verildi Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Prokurorluqdan BakuCity.az-a verilən məlumata görə, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə köməksiz vəziy...
Cəmiyyət
"Hər kəsin bu təbliğata qoşulmasını istəyirik" Yol polisi Bakıda son günlər piyadaların ölümü ilə nəticələnən hadisələrin artması ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BakuCity.az-a bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq lazımdır: "Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə...
Cəmiyyət
Evlərin alınması və təmiri prosesi başa çatıb Bakıda kirayə mənzillərin satışa çıxarılacağı vaxt açıqlanıb. BakuCity.az məlumat verir ki, bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. İpoteka və Kredit Zəmanət Fondu artıq bu mənzilləri təklif etməyə hazırdır. Bu il yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında fərman...
Cəmiyyət
Bir sıra yollar bağlanacaq Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti - Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Həmçinin oxu: Bakının bu yolları tam bağlanacaq - SİYAHI Qeyd edilib ki, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşr...
Cəmiyyət
Qonaqları Yeni il sürprizləri gözləyir Ləziz yeməklərlə bəzədilmiş süfrə, yolka ağacı, Şaxta baba, Qar qız, bayrama özəl sürprizlər, musiqi, şoular və atəşfəşanlıq – bir sözlə, 31 dekabrda əsl Yeni il ab-havası yaşamaq hər kəsin istəyidir. Bəs  bütün bunları hansı məkanlarda həyata keçirək? BakuCity.az bu məqsədlə paytaxtın ən prestijli restoranlarında təşkil ediləcək bayram tədbirləri və xidmətlərlə maraqlanıb. Türkiyənin tanınmış müğənnisi gecədə qonaq o...
Cəmiyyət
Bu sistem bir sıra iri şəhərlərdə işləyir Gələn il Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa “MasterCard” vasitəsilə ödəyə biləcək. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib. O bildirib ki, bu sistem London, Ankara, Sankt-Peterburq və Moskva kimi iri şəhərlərdə işləyir. Həmçinin oxu: Bakıda...
Cəmiyyət
Mənzil bazarında qiymətlər artıb Bu ilin noyabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 2,4% artıb. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deib. Onun sözlərinə görə, hesabat ayında obyektlərin icarəsində 6,2% artım qeydə alınıb. Həmçinin oxu: Bakıda kirayə mənzil ala bilmək üçün ŞƏRTLƏR "Yanvar-noyabr ayları üzrə kirayə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü...
Ekologiya
Yağmursuz olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi r...
Mədəniyyət
Qaliblər məlumdur Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqəsi keçirilib. BakuCity.az xəbər verir ki, yarışda hip-hop, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub. Əsas mübarizə "Folklor stilizasiya" və "Bollywood" rəqs növlərində olub....
Cəmiyyət
İşgəncələrə məruz qalmış uşaqlar atanın ikinci evliliyindəndir "Bizi ördəyin yerinə basırdı. Bıçağı Hüseynin boğazına dirəyib deyirdi ki, ananızı incitsəniz, boğazınızı kəsib kanala tullayacağam. Yemək istəyəndə ağzımıza acı istiot basırdı. Deyirdi ki, yemək istəməyin. Şişi qızdırıb Hüseynin ayağına basırdı". Bu sözlər ögey ana və atanın işgəncə verdiyi azyaşlı qardaşlardan birinə məxsusdur. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Qulu ona və qarda...
Cəmiyyət
Alternativ yollardan, ictimai nəqliyyatdan istifadə edin Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək mə...
Cəmiyyət
Sahibkarlar kompensasiya tələb edirlər  Bakıda "EuroHome" tikinti malları bazarında mağazaları yanan sahibkarlar aksiya keçirirlər. BakuCity.az "Qaynarinfo"ya istindən xəbər verir ki, Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərə görə kompensasiya verilməsini istəyirlər. Mağazası yananlardan biri ona 100 min manatdan çox zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib. Həmçinin oxu: Bakıda tikinti bazarının yanğından son...
Cəmiyyət
Paytaxtda üç turizm informasiya mərkəzi fəaliyyət göstərir Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə  Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli “qaynar xətt” vasitəsilə əldə edə biləcəklər. "Mərkəzin yerləşəcəyi yer...
Hadisələr
Ali məktəbə hazırlaşırdılar Ötən axşam Bakıda baş vermiş yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, Binəqədi rayonundakı qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş. Həmçinin oxu: Bakıda dəhşətli qəzada ölən tələbənin sevgi məktubu tapıldı - FOTO Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkç...
Hadisələr
Yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub Dekabrın 10-da səhər saatlarında Bakının Binəqədi rayonunda tikinti materiallarının satıldığı “Eurohome” ticarət mərkəzində güclü yanğın baş verib. BakuCity.az xəbər verir ki, bütün bazarı əhatə edən yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda texnika və canlı qüvvəsi, 3 helikopteri və amfibiya təyyarəsi, həmçinin 8 təc...
Cəmiyyət
"Öldürdün xəyalları..." Gecə saatlarında “KaMAZ” markalı yük maşınının vuraraq öldürdüyü tələbələrdən birinin məktubu tapılıb.  BakuCity.az xəbər verir ki, Oxu.Az-ın ərazidə olan əməkdaşının aşkarladığı dəftərdə hadisə zamanı həyatını itirən tələbənin sevdiyi şəxsə yazdığı qısa məktub diqqət çəkib.  Görünür, o, ölməzdən əvvəl sevdiyi şəxsə məktub yazıb. Məktubda deyilir: Həmçinin oxu: Bakıda "KamAZ" iki tələbəni vurub öldürdü - HADİSƏ ANININ VİDEOSU “Düşün...
Hadisələr
Yük maşınının sürücüsü saxlanılıb Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, qəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb. Hadisə yerinə cəlb olunmuş Yol Patrul Xidməti müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını...
Cəmiyyət
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq Yeni təyyarələrin alınması Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) marşrut şəbəkəsinin genişləndirməsinə imkan yaradacaq. BakuCity.az xəbər verir ki, bunu “APA-Economics”ə AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov deyib. “AZAL-ın strateji inkişaf planı var, yeni təyyarələrin alınması nəzərə alınaraq açılacaq yeni marşrutlar müəyyənləşdirilib. Yeni reyslər əsasən Cənub-Şərq...
Cəmiyyət
"Şərur" MTK-nın rəhbərliyi qanunsuz tələblər irəli sürür" Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 22A ünvanında yeni inşa olunan binada yaşayan bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu həmin ünvanda yaşayan sakinlərdən biri - "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.  Onun sözlərinə görə, sakinlər üzləşdikləri problemlərlə bağlı müraciət ediblər: "Bu müraciəti son günlər...
Cəmiyyət
"Özləri uşaqları bu cür ediblər" Bir neçə gündür iki azyaşlı uşağa şiddət göstərməkdə ittiham olunan ata Xaqani Kazımov və ögey ana Nuranə “Səni axtarıram” verilişinə qatılıb. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar canlı yayıma çıxaraq iddialara cavab veriblər. X.Kazımov qayınatasının ona böhtan atdığını bildirib: “Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını q...
Hadisələr
Avtobusun şüşəni təpiklə sındırıb Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübah...
Siyasət
Dövlət başçıları təkbətək görüşüblər Dekabrın 10-da Azərbaycana rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İordan...
Cəmiyyət
Bu köşklər şəhər küçələrindən yığışdırılacaq? Bakıda veb-taksofonlar və onlar üçün köşklər 2013-cü ildən quraşdırılıb. Hazırda isə şəhərin bir çox yerlərində həmin köşklərin içi boşdur.  BakuCity.az məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC ilə (“Baktelecom”) əlaqə saxlayıb. Qurumdan bildirilib ki, hazırda boş olan qurğular vaxtilə müxtəlif şirkətlər tərəfindən taksofonların yerləşdirilməsi üçün quraşdırılmışdı. Bu köşkləri quraşdıran hər hansı şirkət h...
Hakimiyyət
Polkovnik Hikmət Abbasov rəis təyin edilib Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarılan general 06.04.1968-ci ildə N...
Cəmiyyət
Əfsanəvi kəşfiyyatçı "hər şeyi görür" Bu gün BakuCity.az “Bakının parkları və bağları” rubrikası çərçivəsində paytaxtın Səməd Vurğun küçəsi ilə Azadlıq prospekti arasında yerləşən köhnə parklarından biri - Rixard Zorge parkından bəhs edəcək. Alman mühəndisin fikri 1898-ci ildə Bakı Şəhər Duması, Bakının baş planını mühəndis və keçmiş şəhər rəhbəri Nikolay fon der Nonneyə sifariş verdi. Alman mühəndis planda şəhərin əhəmiyyətli hissələrini böyük bulvar və p...
Cəmiyyət
Bakıda iri ticarət mərkəzi qəsdən yandırıldı? Sosial şəbəkələrdə yayılan məlumata əsasən, yanğın baş vermiş "EuroHome” tikinti materialları bazarının bir hissəsinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülməsi nəzərdə tutulurdu. İddiaya görə, bazarın rəhbərliyi verilən kompensasiya ilə razılaşmayıb. BakuCity.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli...
Cəmiyyət
Daha 6-sı gətiriləcək “Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin "Stadler" şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib. BakuCity.az məlumat verir ki, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək. Bununla da "Stadler" qatarlarının sayı 9-a çatıb. QSC-nin mətbuat katibi Natəvan Bayramova bildirib ki, yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır: Həmçinin oxu: Bakı-...
Ekologiya
Külək də əsəcək Dekabrın 11-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm c...
Cəmiyyət
Məsciddə icma yaradılacaq Bakıda “Əbu Bəkr” məscidinin yenidən açılması nəzərdə tutulur. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bunun üçün məsciddə icmanın yaradılması planlaşdırılır: Həmçinin oxu: Bakıda böyük məscid tikilir - FOTO “Məscidin minarəsinin təməlində problem aşkar edilmişdi. Minarənin əyilməsi qəza vəz...
Hadisələr
Soyutma işləri davam etdirilir Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nə...
Mədəniyyət
Sənətkarlar incəsənəti şəfa mənbəyi seçiblər Dekabrın 9-da Heydər Əliyev Mərkəzində əlilliyi olan və olmayan sənətkarların iştirakı ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib. Qala tədbir Heydər Əliyev Fondu, YUNİSEF və İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətə əlilliyi olan və olmayan şəxslər üçün bərabər imkanların yaradılması və inklüziv cəmiyyətinin qurulmasının əhəmiyyətini çatdırmaqd...
Hadisələr
Aviasiya dəstəsinin "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub Bakıda tikinti bazarında yanğını söndürmək üçün təyyarə göndərilib. Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin müvafiq qüvvələri tərəfindən Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir. Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?