usd:
1,70 ₼
eur:
1,85 ₼
Bu gün
+19... 21 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 25 °С
Buludsuz, yağmursuz
Bu gün
+19... 21 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 25 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Kriminal
İlkin versiyaya görə, qatil qurbanı alçaldıb Tovuz rayonunun Dondar Quşçu kəndində 21 noyabr tarixində itkin düşmüş 10 yaşlı Nərmin Quliyeva ilə bağlı yeni detallar məlum olub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bazar ertəsi axşamı qızın cansız bədəni yaşadığı evin qarşısına atılıb. Hüquq mühafizə orqanlarından bildirilib ki, cinayətkarlar 10 yaşlı qızı yandırıblar. Alovu qonşular görüblər. Onlar dərhal yanğını söndürüb və Nərmini tanıyıblar. B...
Cəmiyyət
Adanın 68 yaşlı son sakini vəfat etdi Neftçalada yerli sakinlərin “Robinzon Kruzo” ləqəbi verdikləri şəxs - Vitali Pronin dünyasını dəyişib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kürdili adasında baş verib. Adada tək-tənha yaşayan Vitali Pronin özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib. Qeyd edək ki, Kürdili ötən əsrin 80-ci illərinə kimi rayonun ən abad kəndlərindən biri olub. Xəzər dənizində suyun səv...
Mədəniyyət
Müsabiqə yaş kateqoriyalarına görə keçirilir Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 12-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid" Beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək. BakuCity.az-ın məlumatına görə, yarışma yaş kateqoriyalarına görə keçirilir: 6 yaşa kimi, 10 yaşa qədər, 16 yaşa kimi, 16 yaş və yuxarı. Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov saytımıza açıqlamas...
Hadisələr
Yol kənarında dayanmış yük maşınına çırpılıb Bakının Qaradağ rayonunda minik avtomobili idarəetmədən çıxaraq yük maşını ilə toqquşub. BakuCity.az-a istinadən xəbər verir ki, qəza Lökbatan dairəsi adlanan ərazidə baş verib. Hadisə şahidi, Gürcüstan vətəndaşı Omari Qardavili açıqlamasında bildirib ki, "AzSamand" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkərlərində problem yaranıb. Nəticədə avtomaşın idarəetmədən...
Cəmiyyət
Bu, bir prosessinq səhvi idi “Unibank” müştərilərin hesablarından külli miqdarda vəsaitin silinməsi məsələsinə münasibət bildirib. Bankdan BakuCity.az-a verilən məlumata görə, bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub: “Sistemdə texniki yenilənmələr gedib. Bəzi "Unibank" kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub”. Bankdakı mənbə isə bildirib ki, b...
Cəmiyyət
Bir nəfər ölüb, bir nəfər xəsarət alıb Bakıda ölümə səbəb olan qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ziya Orucovun ölümü və H.Ağayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən y...
Cəmiyyət
Avtomobillərinizi təmiz saxlayın Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) növbəti dəfə xəbərdarlıq edib. BDYPİ-nin şöbə rəisi Rüfət...
Kriminal
Avtomobil parkın ortasında dayanıb Bakının "Qış bulvarı" kimi tanınan parkında "London" taksisi “peyda” olub. Bu barədə BakuCity.az Baku.ws-ə istinadən məlumat verir. “99-LV-897” dövlət nömrə nişanlı avtomobil parkın ortasında dayanıb. Ətrafda olan insanlar da avtomobilin parkın içinə hansı məqsədlə və nə vaxt daxil olduğunu bilməyiblər. BakuCity.az
Ekologiya
Əsasən yağmursuz olacaq Yeni ilin ilk iş gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti olaca...
Cəmiyyət
Təyyarə uğurlu eniş edib Həştərxan hava limanında güclü dumanla əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakı aeroportuna qayıtmaq qərarı verib. Bu barədə BakuCity.az-a “Buta Airways”dən məlumat verilib. Təyyarə yerli vaxtla saat 10:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurlu eniş edib. Hava şəraiti yaxşılaşandan sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir. BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?