usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+4... 7 °С
Buludlu, yağmursuz
Sabah
+1... 3 °С
Buludlu, yağmursuz
Bu gün
+4... 7 °С
Buludlu, yağmursuz
Sabah
+1... 3 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Qonaqların turizm məkanlarına səfərləri də təşkil olunacaq Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri baş tutacaq.  BakuCity.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Tədbirə Azərbaycanın rəsmi turizm nüm...
Mədəniyyət
2015-ci ildə “Qremmi” alıb Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş “Qremmi” mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək. Heydər Əliyev Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə “Qremmi” mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə “Qremmi” mükafatı alan ilk müğənnidir.Dayan Rivs, həmçinin Corc...
Cəmiyyət
İşçi qrupu yaradılıb Fevralın 18-də Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq. BakuCity.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "APA-Economics"ə deyib. Onun sözlərinə görə, tədbirin təşkilində əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi çıxış edəcək ki, bu baxımdan Mədəniyyət nazirinin də foruma qatılacağı gözlənilir. Qey...
Cəmiyyət
İlk olaraq bir yataqxana binası istifadəyə veriləcək Bakı Dövlət Universitetinin yataqxana problemi artıq həll olmaq üzrədir. Hazırda texniki təchizat işləri gedir. BakuCity.az xəbər verir ki, bu fikri yanvarın 23-də Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış zamanı rektor Elçin Babayev AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, müasir tipli yataqxanada tələbələr üçün bütün lazımi şərait yaradılıb: Həmçinin oxu: Bakıda 42 milyon dollara iki t...
Cəmiyyət
Problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır Qida Təhlükəsizliyi Agentliyi​nə tabe olan "Qida Təhlükəsizliyi İnstitutu" MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqəsi yaradılaraq özəl sektora təhvil veriləcək. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq. Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rü...
Cəmiyyət
Polis araşdırmağa başladı Bakıda sürücünün kobud qayda pozuntusu sosial şəbəkələrdə görüntülənib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb. Rusiyada qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayd...
Cəmiyyət
Ağacları köçürmək əvəzinə ağır texnika ilə məhv ediblər Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib. BakuCity.az-ın məlumatına görə, bu barədə ərazidə yaşayan sakinlər Oxu.az-a bildiriblər.  Sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədilə məhv edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəi...
Cəmiyyət
Bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr veriləcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsində...
Cəmiyyət
Müqavilənin müddəti vətəndaşın istəyinə uyğun müəyyən ediləcək Artıq Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün yeni mexanizm işə düşüb. Müraciətlər Elektron Hökumət Portalı üzərindən İpoteka və Kredit Zəmanət Fondunun “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə elektron imzadan istifadə etməklə həyata keçirilir. Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin yerləşdiyi ərazilərin ilkin ünvanı da artıq bəllidir. BakuCity...
Cəmiyyət
Dəyişikliklər yanvarın 25-dən tətbiq ediləcək Daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişikliklər edilib. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. “Binə” və “Sədərək” ticarət mərkəzlərini birləşdirən...
Cəmiyyət
Sürücülər xüsusi uniformada xidmət göstərəcəklər Dövlət başçısının göstərişi ilə Bakıda taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnunluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə paytaxta yeni nəsil, elektriklə işləyən 100 “London taksisi” gətiriləcək. BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, 100 elektroavtomobildən ilki artıq Bakıdadır. Bu avtomobillər 6 sərnişinin mənzil başına rahat çatması üçün hər bi...
Cəmiyyət
Tərbiyəçi uşaqlara qarşı zorakılıq edib Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, dövlət ittihamçısının kassasiya protesti təmin edilməyib,...
Ekologiya
Temperatur kəskin enəcək Bakıda və Abşeron yarımadasında yanvarın 24-də bəzi yerlərdə havanın yağıntılı olacağı, axşam sulu qara keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq. Atmo...
Cəmiyyət
Xəstədə Da-Silvanın Cone proseduru ilə tricuspid qapaq təmiri həyata keçirilib Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Dr.Ramal Həsənov ölkəmizdə bir ilkə imza atıb. Səhiyyə Nazirliyi Mətbuat Xidməti BakuCity.az-a verilən məlumata görə, Ebstein anomaliyası diaqnozu ilə Klinikaya qəbul edilən 3 yaşlı Cahid Nəsirov əməliyyat edilib. Xəstəliyin xüsusiyyəti ilə bağlı məlumat verən cərrah R.Həsənov bildirib ki, Ebstein a...
Cəmiyyət
Zibil qutusu da mərkəzi küçələrdə parkinq problemini əks etdirir Bakının mərkəzi küçələrində təcili tibbi yardım maşınının üzləşdiyi çətin vəziyyət kameraya düşüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, İctimai TV-də yayımlanan “Avtostop” verilişinin aparıcı Tural Yusifov sözügedən vəziyyəti avtomobilinin videoregistratoru vasitəsilə qeydə alıb. Həmçinin oxu: Bakı-Quba yolunda 3 təcili yardım maşını qəzaya uğradı: 7 yaralı - FOTO Ünvana çağırışa g...
Cəmiyyət
Bakıda yaradılan mərkəzi rayonun yerləşəcəyi ərazilər açıqlanıb “Keçən il mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə fikir səsləndirilib. Hazırda bu istiqamətdə iş aparılır”. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildiri...
Ekologiya
Qarlı günlərin sayı azalır Son zamanlar iqlim dəyişmələri, qlobal istiləşmə barədə çox danışılır, çox yazılır. Yer kürəsində havanın temperaturunun son 100 ildə 1 dərəcə yüksəlməsi faktı artıq şübhə doğurmur. Statistika planetimizdə tufanların, qasırğaların, sel və daşqın hadisələrinin, quraqlığın, isti və soyuq hava dalğalarının nəzərəçarpacaq dərəcədə artdığını göstərir. BakuCity.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidr...
Cəmiyyət
Turistlərin sayı artır Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb. Böyük Qala 3 və 5 ünvanlarında yerləşən yaşayış binalarının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, sakinlərin rahatlığı və təhlükəsizliyi üçün onlar müvəqqəti yaşayış yerləri ilə təmin olunublar. BakuCity.az xəbər verir ki, bun...
Cəmiyyət
Gələn ilin martına qədər işlər başa çatdırılacaq “Üzən Günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə Günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulu...
Kriminal
Hadisə yerindən qaçıb Bakıda bıçaqlanma hadisəsi olub. BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu Xətai rayonu ərazisində birlikdə yemək yeyib, spirtli içki qəbul edəndən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranı...
Cəmiyyət
İki il əvvəl xidmətdən xaric edilib Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırmalar aparılıb. "Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında x...
Cəmiyyət
Nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb Bakı Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə işıqforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, bu çərçivədə vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişik...
Siyasət
Dövlət başçısı sərəncam imzalayıb Prezident İlham Əliyev Mixail Solomonoviç Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən məlumat verir. M.Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. BakuCity.az
Cəmiyyət
Dalğanın hündürlüyü 5 metrə çatacaq Xəzər dəniz akvatoriyasında yanvarın 23-də cənub-qərb, qərb küləyinin sürəti 18-23 metr saniyədən arabir 25-28 metr saniyəyədək güclənəcək. 23-ü axşam isə küləyin şimal-qərb küləyi ilə əvəz olunacağı, 18-23 metr saniyədən arabir 25-28 metr saniyəyə çatacağı gözlənilir. Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda isə 3-5 metr olacaq.  Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov BakuCity.az-a b...
Cəmiyyət
Yeni qayda bu gündən tətbiq olunur Azərbaycan daxilində hərəkət edən qatarlara bilet satışı qaydasına dəyişiklik edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən BakuCity.az-a verilən məlumata görə, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər. Dəyişiklik bilet satışının təkmilləşdirilməsi və sərnişinlərin biletləri daha rahat və tez almasına xidmət edir. Bilet s...
Cəmiyyət
Binanın həyətində vətəndaşların istirahəti də nəzərə alınıb Kirayə mənzillər üçün elektron müraciət ötən gün səhər saat 10:00-da başlamalı olsa da, sayta çox sayda insanın daxil olması səbəbindən müraciətləri qeydə almaq mümkün olmadı. İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərə media-tur təşkil edərək mənzillərin vətəndaşlara hansı vəziyyətdə təhvil veriləcəyini göstərib. BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, elektron sistemdəki problemlə ba...
Siyasət
Avropa komissarı da gələcək  Fevralın 28-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək. Energetika Nazirliyindən BakuCity.az-a bildirilib ki, sözügedən tədbirdə iştirak etmək məqsədilə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun da Azərbaycana səfər edəcəyi gözlənilir. Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz-2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmər...
Hadisələr
Ərazi polislər tərəfindən mühasirəyə alınıb Bakı şəhərinin Binəqədi rayonunda əl qumbarası tapılıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakuCity.az-a verilən məlumata görə, yanvarın 22-si saat 13:34-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən 9...
Cəmiyyət
Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da keçiriləcək 2020-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub DİM-dən BakuCity.az-a verilən məlumata görə, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanlar...
Cəmiyyət
"Jeep" əks yola çıxıb Bakıda 90-VH-607 dövlət nömrə nişanlı, “Jeep” markalı avtomobil əks yola çıxmağına peşman olub.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Niva” markalı avtomobilin sürücüsü həmin şəxsi qaydaları pozduğuna görə peşman edib.  Avtomobillər bir neçə dəqiqə yolun ortasında hərəkətsiz dayanıb. Daha sonra “Jeep” qismən sağa manevr edərək “Niva”ya yol verməli olub. BakuCity.az
Cəmiyyət
"Çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq" "Müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir”. BakuCity.az xəbər verir ki, Bunu Qaynarinfo-ya "Azərsun Holdinq” MMC-dən İmişli Şəkər Zavodunda 500 fəhlənin işdən çıxarılmasına münasibət bildirilərkən deyilib. Holdinq bəyan edir ki, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb: "Belə ki, 20...
Kriminal
Avtobuslarda da cibgirlik edib Daxili İşlər Nazirliyinin (DİN) xəstəxanada körpədən telefonu alıb aparan şəxsin görüntüsünü yayıb. DİN-in Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, vaqonlarda və platformalarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Keçirilən əməliyyat...
Cəmiyyət
Avtobuslarda xüsusi mexanizm quraşdırılıb 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, agentliyin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "İsuzu Citiport" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar s...
Mədəniyyət
Mahnının xronometrajı maksimum 3 dəqiqə olmalıdır "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətindən BakuCity.az-a bildirilib ki, “Eurovision - 2020” üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını [email protected] elektron ünvanına və ya (050) 235 85 65 whatsapp nömrəsinə göndərə bilərlər. Azərbaycan üzrə rəsmi y...
Cəmiyyət
Satışına məhdudiyyət qoyulmuş həblər tapılıb Bakıda aptek işçiləri narkotik vasitələri satarkən saxlanılıblar. Bu barədə BakuCity.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər saki...
Ekologiya
Temperatur 4-6 dərəcə aşağı enəcək Bakıda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, yanvarın 23-də paytaxtda güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir intensivləşəcəyi, 24-ü axşam, 25-nə keçən gecə bə...
Cəmiyyət
Zoopark tamamilə yenidən tikilir Paytaxtda turistlər və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı zooparkındakı tikinti işləri yay aylarının sonunda başa çatacaq. BakuCity.az-ın məlumatına görə, bunu Baku.ws-ə Bakı Zooloji Parkının tikinti-layihə rəhbəri Ramin Vəliyev bildirib. Onun sözlərinə görə, Bakı zooparkı tamamilə sökülüb və yenidən tikinti işləri aparılıb: “Bildiyiniz kimi, Bakı zooparkı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ət...
Ekologiya
Meteohəssas insanlar üçün əlverişsiz olacaq Yanvarın 23-də Bakıda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə...
Cəmiyyət
Ərazidə metro stansiyasının tunelləri qazılıb Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır: "B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün...
Cəmiyyət
Tədbirlər görülür İpoteka və Kredit Zəmanət Fondu bu gün satışına start verilən kirayə mənzillərlə bağlı açıqlama yayıb. Fonddan BakuCity.az-a verilən məlumata görə, nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb: “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” po...
Hadisələr
Avtomobil yararsız vəziyyətə düşüb  Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Səhər saatlarında adıçəkilən yolda hərəkətdə olan 41-BC-069 dövlət nömrəli "BMW X5" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Yüksəklikdən dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb. Şahidlərin bildirdiyinə görə, hadisə zamanı ciddi xəsarət alan olmayıb...
Hadisələr
Cinayət işi açılıb Bakıda fəhlə faciəvi şəkildə ölüb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də, saat 12 radələrində, paytaxtın Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb. Belə ki, “İKMA Services” MMC tərəfindən lift quraşdırılması zamanı həmin şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ö...
Cəmiyyət
ASC abonentlərdən üzr istəyir Bakının bir sıra ərazilərində su olmayacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, magistral kəmərlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 22 yanvar 2020-ci il tarixində gün ərzində Suraxanı rayonu Hövsan kəndi, Bahar və Qum adası yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. BakuCity.az
Cəmiyyət
6 sərnişin yerləşir Azərbaycan Televiziyasının “Telesəhər” verilişində Bakıya yeni gətirilən “London” taksisi ilk dəfə olaraq görüntülənib. BakuCity.az xəbər verir ki, verilişin qonağı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yeni taksilərin elektriklə işlədiyini xatırladıb. Qeyd edib ki, bu taksi avtomobilləri tam enerjini bir saata yığır və bir yığıma...
Cəmiyyət
10 kəsim sahəsinə baxış keçirilib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, AQTA əməkdaşları Səbail rayon İcra Hakimiyyəti nümayəndələri və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ilə birgə Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrin...
Cəmiyyət
Uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri görülür Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərini davam etdirir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, imzalanan sərə...
Hadisələr
Yanğın söndürülüb Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Xətai rayonu, Natiq Əliyev, 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər evlərindən çıxa bilmədiklərini deyiblər. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yalnız b...
Cəmiyyət
13 yerdə ödəmə məntəqəsi təşkil olunub Fevral ayının ilk günlərindən etibarən sərnişin avtobuslarının kart sisteminə inteqrasiyası daha da sürətləndiriləcək. Bu barədə BakuCity.az AzTV-yə istinadən məlumat verir. Avtobusların kart sisteminə keçidindən əvvəl həmin xətlərdə mütəxəssislər tərəfindən təhlillər aparılır, ehtiyac olan yerlərdə yeni dayanacaqlar və “BakıKart”ın balansını artırmaq üçün terminallar quraşdırılır. 24 yanvar tarixindən isə 4 nömrəli m...
Hadisələr
İki yaralı xəstəxanaya yerləşdirilib Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb. “Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb. Həmçinin oxu: Bakıda avtomobil dirəyə çırpıldı, xəsarət alanlar var - FOTO + VİDEO Piyada - 199...
Hadisələr
Şahidlərin izahatı alınıb Bakının Nərimanov rayonunda xuliqanlıq zəmnində hadisə baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da mübahisə düşüb. Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobildən bıçaq götürərə...
Cəmiyyət
Müraciətlər bu gündən başlayır İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərlə bağlı vətəndaşların hara və necə müraciət etməli olduğunu açıqlayıb. BakuCity.az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, vətəndaşların müraciətlərinə Bakı 2 saylı “ASAN kommunal” və Sumqayıt “ASAN xidmət” mərkəzlərində baxılacaq. İlkin olaraq elektron müraciətin ilk mərhələsini keçən vətəndaşlar elektron növbə ilə görüşə dəvət olunacaqlar. Həmçinin oxu: Satışa çıxarılan kirayə...
Cəmiyyət
Göndərişlərin qüvvədə olma müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb  Nazirlər Kabinetinin yeni Qərarları ilə “Əlilliyin qiymətləndirilməsi Qaydaları” və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” təsdiq edilib.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, yeni qəbul olunmuş bu normativ hüququ ak...
Cəmiyyət
Digəri sınaq müddətindədir Ötən ay Bakıya gətirilən yeni elektrik qatarlardan biri artıq istifadəyə verilib. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, istismara verilən qatar hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir: "Elektrik qatarlarından biri artıq istismara verilib və hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir. Digəri isə hələlik sın...
Cəmiyyət
Azərbaycan Beynəlxalq Bankı ölkədə daha bir yeniliyə imza atıb Azərbaycan Beynəlxalq Bankının ölkədə ilk dəfə "IBA Bot" robotu fəaliyyətə başlayıb. BakuCity.az "APA-Economics"ə istinadən məlumat verir ki, Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri Nizami küçəsi, 67 ünvanındakı Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra "IBA Bot" qarşılayacaq. Robot müştərilərinin suallarını cavablandıracaq. Bank xidmət və məhsullarından istifadə...
Hadisələr
Hüquq-mühafizə orqanlarına şikayət edilib Bakıda mağazadan oğurluq edən şəxslər təhlükəsizlik kamerasına düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Həzi Aslanov qəsəbəsində yerləşən İlham Həsənova məxsus ərzaq mağazasından iki nəfər oğurluq edib. Mağazanın sahibi bildirib ki, biri satıcının başını qatıb, digəri isə arağı götürərək paltosunun yaxasında gizlədib. İ.Həsənovun sözlərinə görə, həmin şəxslər əvvəll...
Cəmiyyət
“SmartAvia” ilə Bakıdan Sankt-Peterburqa ✈️ Rusiyanın “SmartAvia” aviaşirkəti Sankt-Peterburq – Bakı reyslərini həyata keçirəcək. Bu barədə BakuCity.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Uçuşlar aprelin 2-dən etibarən "Boeing 737" təyyarələrində həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Qeyd edək ki, "Smartavia" şirkətinin internet səhifəsindən artıq indidən Bakıdan Sankt-Peterburqa bilet almaq mümkündü...
Cəmiyyət
Yeni yolun uzunluğu 1.2 km təşkil edir Bakı şəhərində nəqliyyat axınına müsbət təsir edəcək, yollarda olan sıxlığı aradan qaldıracaq və vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni avtomobil yolları layihələrinin işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər görülür. Agentlikdən BakuCity.az-a verilən məlumata görə,...
Mədəniyyət
Yarışmaya 2000 iştirakçı qoşulub Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı və ilə 12 və 19 Yanvar tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında “Ümid Beynəlxalq İncəsənət Müsabiqəsi” keçirilib. BakuCity.az xəbər verir ki, iki gün keçirilən yarışmada incəsənət növlərində çıxış edən iştirakçıların sayı bu il, ötən ildən daha çox olub. İncəsənət və rəqs növləri üzrə təşkil olunan müsabiqəyə Azərbaycanın...
Cəmiyyət
"Heç kim məni "kupçalı" evimdən çıxara bilməz!" Bakımız gün-gündən gözəlləşir, inkişaf edir. Yeni binalar tikilir, parklar salınır, məhəllələr təmir olunur. Bir sıra yerlərdə köhnə, qəzalı, şəraitsiz evlər köçürülür, dar və yöndəmsiz küçələr geniş prospektlərlə əvəzlənir. Bir sözlə, paytaxt abadlaşır, yeniləşir. Artıq xeyli vaxtdır ki, keçmiş “Sovetski” adlanan ərazidə köçürmə işləri aparılır. 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə e...
Cəmiyyət
Görülmüş işlərdən, yol verilmiş nöqsanlardan danışılıb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edən B...
Cəmiyyət
"Bu gün həyatımı bu işsiz təsəvvür edə bilmirəm!" BakuCity.az "Öz hekayəni danış" layihəsi çərçivəsində istedadlı rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin magistri Mehriban Şəmsəddinskaya ilə söhbət edib. Mehriban Psixi Sağlamlıq Mərkəzinin (PSM) art-terapiya layihəsinə necə qoşulması və bu layihənin onun həyatına necə təsir etməsindən danışıb. - Psixi Sağlamlıq Mərkəzində işə necə başladınız? - Bu, 8 il əvvəl baş verib...
Cəmiyyət
Vətəndaş pulu bank vasitəsilə alacaq və yaşayış yerini özü seçə biləcək Bakıda bir müddət əvvəl damı uçulan yataqxana binası söküləcək. BakuCity.az APA TV-yə istinadla xəbər verir ki, təxminən bir ay ərzində yeni binanın tikintisi ilə bağlı sənədləşmə işləri artıq bitəcək. Söhbət Nərimanov rayonu Nazim Hacıyev küçəsindəki vaxtilə Səttarxan adına zavodun yataqxanası olmuş qəzalı binadan gedir. O binadan ki, 2019-cu il noyabrın 11-də gecə saatlarında 4-cü mə...
Cəmiyyət
Kirayədə yaşayanların böyük əksəriyyəti aztəminatlıdırlar Yanvarın 19-da kirayə yolu ilə satışa çıxarılan mənzillərin siyahısı açıqlanıb.  Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metro stansiyaları ətrafında), 40-ı Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir. Mənzillərin qiyməti Bakının ərazisindən asılı ol...
Cəmiyyət
Müsabiqənin bütün iştirakçıları yeni mühitdə çalışacaq Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-dək davam edəcək. BakuCity.az xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü İqtisadiyyat naziri Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb. Nazir dəvətində bildirib ki, “Yüksəliş” müsabiqəsi hər kəsə öz bacarığı, intellekti ilə inkişaf et...
Ekologiya
Mülayim külək əsəcək Yanvarın 22-də Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə s...
Mədəniyyət
Film “CinemaPlus”da təqdim olunub “CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlayıb. BakuCity.az xəbər verir ki, bir bilet alan tamaşaçılar iki film izləyəcəklər. Belə ki, ssenaristi və rejissoru Cem Yılmaz olan “Karakomik filmler” silsiləsinin davam filmi olan “Karakomik filmler 2” “Deli” və “Emanet” adında iki filmdən ibarətdir. “Deli”, ən böyük xəyalı sevdiyi qızın qarşısında otur...
Cəmiyyət
"Başqasının alın təri ilə qazandığını talayırlar" Cinayətə meylli şəxslər tək özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladlarının “tərcümeyi-hal”ını ləkələyir. Bu ləkə, bir ömür boyu onları təqib edir. BakuCity.az-ın məlumatına görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, tutulan şəxslər barədə gündəlik məlumatlandırmanı həyata...
Mədəniyyət
"JARA" Beynəlxalq musiqi festivalının təşkilatçıları festivalın pərəstişkarları üçün yeni proqram hazırlayır. BakuCity.az xəbər verir ki, bu barədə festivalın rəsmi “Instagram” səhifəsində məlumat verilib. Paylaşımda Bakıda yaradıcılıq axşamları ilə çıxış edəcək sənətçilərin adları və festival günlərinin mövzuları açıqlanıb: “Ən parlaq ulduzlarla birlikdə unudulmaz 5 gün və 5 gecə! Bu il "JARA" yubiley olduğundan, ardıcıl beşinci buraxılışımızda çoxlu xoş...
Cəmiyyət
"Yollar bərbad gündə, suyumuz da yoxdur" Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri ərazidə kanalizasiya sisteminin olmamasından və həyətlərinin yağış sularını basmasından şikayətçidirlər. BakuCity.az-ın məlumatına görə, şikayətçilər “Report”a bildirib ki, yağışlı havalarda evlərdə yaşamaq mümkün olmur. “Su pilləkənlərə qədər qalxır. Vəziyyət o həddədir ki, evə pəncərədən girib-çıxırıq. Mütləq qəsəbəyə kanalizasiya sistemi lazımdır. Ümumiyyətlə,...
Cəmiyyət
Digər marşrut xətləri də nağdsız ödəniş sisteminə keçəcək Yanvarın 24-dən etibarən 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sistem...
Cəmiyyət
450 manat oğurlanıb Bakıda Səudiyyə Ərəbistanı vətəndaşları qarət olunub. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, M.İbrahimov küçəsi, 5 ünvanında yerləşən "Prestij" hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər - 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb. Hər iki şəxs hüquq-müha...
Cəmiyyət
Torpaq sahəsinin çıxarışı da var Yasamal rayonunda “Sovetski” deyilən ərazidə 8 milyon manata torpaq sahəsi satılır. BakuCity.az “Yenisabah”a istinadən xəbər verir ki, bu barədə elan Agent.shop.az saytında yerləşdirilib. Elanda qeyd edilir ki, torpağın sahəsi 20 sotdur. 1 sotun qiyməti 408 min manatdır. Torpaq sahəsinin kimə məxsus olduğu bəlli deyil. Elanı yerləşdirən isə vasitəçidir. Bildirilir ki, torpaq sahəsinin çıxarışı da var. BakuCity.az
Cəmiyyət
İki küçənin təmiri artıq yekunlaşıb Xırdalan şəhərində avtomobil yollarında təmir-tikinti işləri davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, tədbirlərin icrasına ilk olaraq Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır. Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə as...
Cəmiyyət
“Baku Coffee & Tea Festival 2020” əsl Çay və Qəhvə bayramı olacaq 24-26 yanvar tarixində bu ilin çoxdan gözlənilən ən böyük tədbiri - "Baku Coffee & Tea Festival Vol.2" keçiriləcək. BakuCity.az xəbər verir ki, üç günlük festival Nigar Rəfibəyli küç., 12/14 ünvanında yerləşən "Passage 1901”-də Beynəlxalq Qəhvə Birliyinin (Specialty Coffee Association) dəstəyi ilə reallaşacaq. Saytımıza açıqlamasında "SCA (Specialty Coffee Association) Azerbaijan"ın marketin...
Hadisələr
Yanğın 208 kv.m sahəni əhatə edib Rusiyanın Tomsk vilayətinin Priçulımski kəndindəki yaşayış binasında güclü yanğın olub. BakuCity.az xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 2 nəfər yaralanıb.  Ölənlərdən 5-i Özbəkistan vətəndaşı olub. Meşə təsərrüfatı işçilərinin yaşadığı birmərtəbəli taxta binadakı yanğın 208 kvadratmetr sahəni əhatə edib. BakuCity.az
Hakimiyyət
Əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda “VTB Bank”ın prezidenti - İdarə heyətinin sədri Andrey Kostinlə görüşüb. Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğu...
Cəmiyyət
Uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. BakuCity.az xəbər verir ki, bunu Ekologiya və Təbii S...
Cəmiyyət
93 qaz sayğacı oğurlanıb Bakıda qaz sayğaclarını oğurlayıb vətəndaşlara satırlar. BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi vətəndaşlara diqqətli olmağı və bu cür işbazlara aldanmamağı tövsiyə edir. İstehsalat Birliyin mətbuat katibi Ceyhun Səfərov bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayaraq əhalinin az yaşadığı, qazlaşdırılmayan ərazilərdə satırlar: “Həmin şəxslər smart tipli sayğac quraşdırdıqları v...
Cəmiyyət
Xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Məcnunova Peykar Qubad qızı yolu keçərkən onu “QAZel” markalı yük avtomobili vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, ölən şəxs tanınmış fotoqraf Səfiyar Məcnunun anasıdır...
Cəmiyyət
Bakının iki rayonunda çoxmənzilli binaların səyyar qeydiyyatı aparılacaq “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə yanvarın 21-24-də Nərimanov və Nizami rayonlarında istismarına icazə verilmiş binalarda keçiriləcək. BakuCity.az-ın məlumatına görə, səyyar qeydiyyat xidmətindən yanvar 21-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, yanvar 22-də saat 9:00-13:00-dək Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99 və 101, saat...
Mədəniyyət
Heydər Əliyev Sarayında muğam dünyasına səyahət olacaq Fevralın 18-də Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert proqramı təqdim olunacaq. BakuCity.az xəbər verir ki, konsertdə Xalq artisti Gülyanaq Məmmədova və tələbələri Nuranə Tanrıverdiyeva, Rəvanə Vəliyeva, Suma Tapdıqova, Rüstəm Rüstəmzadə, Teymur Əziz, Murad Hacıyev, Həmzə Həsənov, Məlahət Mahmudova, İbrahim Həsənov, Çinarə, Əməkdar müəllim Qəzənfər Abbasov və tələbələri Zülfüqar...
Hakimiyyət
Qanlı Yanvar hadisələrindən 30 il keçir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi. Qanlı Yanvar hadisələrindən 30 il keçir. 1...
Hadisələr
Araşdırma aparılır İsmayıllıda mikroavtobusun qəzaya düşməsi nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Göyçay-İsmayıllı avtomobil yolunda Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəkidən Bakıya hərəkət edən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ-21099" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ-21099"un sürücüsü, 1979-cu il təvəllüdl...
Ekologiya
Şimal küləyi əsəcək Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan BakuCity.az-a verilən məlumata görə, yanvarın 21-də paytaxtda dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti olacaq....
Cəmiyyət
Aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək Ötən gündən etibarən kirayə üsulu ilə veriləcək evlərin siyahısı açıqlanıb. Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir. BakuCity.az Fed.az-a istina...
Cəmiyyət
Yola qum-duz qarışığı səpilib Gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunda sürücülər çətin anlar yaşayıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, şaxtalı hava səbəbindən yolun bir hissəsi buz bağlayıb. Yolda qalan sürücülərin köməyinə ərazidə xidmət göstərən polis əməkdaşları yetişib. Bir müddət sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikası cəlb olunub. Yola qum-duz qarışığı səpilib və avtomobillərin...
Hadisələr
5 avtomobil toqquşub Bakı-Quba yolunda zəncirvari qəza baş verib. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə ç...
Cəmiyyət
Şəxsi avtomobillərdən az istifadə tövsiyə olunur Yanvarın 20-si səhər saat 08:00-dan 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər başa çatanadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. BakuCity.az-ın məlumatına görə, məqsəd Şəhidlər xiyabanını ziyarət edəcək vətəndaşların rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Bununla əlaqədar olaraq Mikayıl Müşfiq küçəsi və Hüseyn C...
Ekologiya
Külək mülayimləşəcək Bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5...
Hadisələr
Prokurorluqda araşdırma aparılır Bakıda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.  Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?