usd:
1,70 ₼
eur:
1,89 ₼
Bu gün
+4... 6 °С
Buludlu, yağmursuz
Sabah
+2... 5 °С
Buludlu, yağmursuz
Bu gün
+4... 6 °С
Buludlu, yağmursuz
Sabah
+2... 5 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Ekologiya
Külək mülayimləşəcək Bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5...
Hadisələr
Prokurorluqda araşdırma aparılır Bakıda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.  Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Kriminal
8 aydır heroin satır Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.   BakuCity.az “Report”a istinadənn məlumat verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.  Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, or...
Cəmiyyət
Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək 9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb. BakuCity.az APA-ya istinasən məlumat verir ki, dəvələrlə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub. M.Ə.Rudan Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri he...
Hakimiyyət
Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək 2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi.  Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilmə...
Hadisələr
Sürücünün içkili olduğu ehtimal edilir Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla, beş nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, “To...
Cəmiyyət
"Əməliyyat zamanı xəstənin çənəsindən tutub" Azərbaycan Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən BakuCity.az-a daxil olan açıqlamada bildirilir: “Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əmə...
Cəmiyyət
Alternativ yollar açıqlandı Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub. BakuCity.az məlumat verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib. O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların raha...
Cəmiyyət
"Çox yaxşı müəllimə idi, fəxri fərmanları var idi" Bakıda 2 nömrəli Uşaq evində tərbiyəçi uşağı döyüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, müəllimə uşağı döyür, daha sonra videoya çəkildiyini görüb onu qucaqlayır. BakuCity.az-ın məlumatına görə, Uşaq evinin direktor Sevda Hacıyeva Oxu.az-a açıqlamasında bildirib ki, hadisə ötən il dekabrın 29-da baş verib: “Məsələ araşdırıldı və dekabrın 30-da tərbiyəçi Məmmədova El...
Cəmiyyət
Sınıq xəsarətləri alıb Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Rüstəmov küçəsində qeydə alınıb. 55 yaşlı Əliyev Zülfü Vüqar oğlu qayınanası ilə mübahisə zamanı küt alətlə döyülüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı Z.Əliyevin qarnından küt travma və qabırğasından sınıq xəsarətləri aldığı müəyyən edilib. BakuCity.az
Cəmiyyət
Yeni sistem B3 ilə "Memar Əcəmi" stansiyaları arasındakı hissədə tətbiq olunub Bakı Metropolitenində qatarların səssiz hərəkəti təmin ediləcək. BakuCity.az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təmsil etdiyi qurum tərəfindən qatarların hərəkət etdiyi yollarda dəmir-beton bloklarının quraşdırılması ilə qatarların daha səssiz hərəkət edəcəyini bildirib. Onun sözlərinə görə, dəmir-beton bloklarının xüsus...
Cəmiyyət
"Pulunuzu qaytarıb, üzr istəyə bilərəm" Bakıdakı göz klinikalarından birində ötən gün gözündə kataraktaya görə əməliyyata girən qadının başına ağlasığmaz hadisə gəlib. Belə ki, yaşlı qadın əməliyyatdan ağlaya-ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə Medicina.az-a xəstənin qızı bildirib. O, anasının iki dəfə insult keçirdiyini, nitqində bir qədər qüsur olduğunu deyib: "Gözündə katarakta əməliyyatı ilə bağlı xəstəxa...
Cəmiyyət
Nişanlar yoxdursa, həmin yerdə sürət həddinin aşılması ilə bağlı cərimə yazıla bilməz Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq. Sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır. Bəs radarlar istənilən ərazidə yerləşdirilə bilərmi, patrul avtomobillərinin istədikləri yerdə sür...
İdman
Karyerasına Niderlandda başlayıb Bakının “Keşlə” futbol klubu anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. BakuCity.az məlumat verir ki, 26 yaşlı futbolçu karyerasına Niderlandın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran A.Kristovaonun son klubu Səudiyyə Ərəbistanının “Al-Mojzel” komandası olub. BakuCity.az
Cəmiyyət
Test imtahanından uğurla keçənlər müsahibəyə cəlb olunacaqlar Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub. Qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib...
Cəmiyyət
Söküntü etirazlara səbəb olmuşdu “Sovetski” ərazisində söküntü işləri dayandırılıb. BakuCity.az Report-a istinadən xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib. Qeyd edək ki, bu gün “Sovetski” ərazisində 24 ailənin yaşadığı evlərin söküntü işlərinə başlanılmışdı. Sakinlər arasında söküntüyə etiraz edənlər olub. BakuCity.az
Hadisələr
Bütün əşyalar külə dönüb Son günlər sosial şəbəkələrdə yayılan bu görüntüləri kövrəlmədən izləmək yəqin ki, mümkün deyil. BakuCity.az xəbər verir ki, Baku TV əməkdaşları vəziyyətlə maraqlanmaq üçün Abşeron rayonu Məmmədli kəndində yaşayan bu ailənin yanına yollanıb. Hadisə dekabrın 29-dan 30-na keçən gecə elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib. Nəticədə 3 otaqlı ev bütün əşyaları ilə birlikdə külə dönüb. Yanğın zamanı evdə yalnız...
Cəmiyyət
Tunellərdə gücləndirmə işləri davam etdirilir Bakı metrosunun "Xətai" stansiyasında qatarların ikitərəfli hərəkəti ilin ortalarına təşkil ediləcək. BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda 3 mərtəbəli metro stansiyasının açılacağı vaxt bilindi B.Məmmədov bildirib ki, hazırda "Cəfər Cabbarlı" stansiyasında aparılan təmir işləri çərçivəsində stansiya yolunun quraşdırılm...
Cəmiyyət
Zəhərlənərək ölüb Bakıda naməlum kişi meyiti tapılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib. Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub. Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Ağır cinayətlər azalıb Ötən il paytaxtda ümumilikdə 11 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub. BakuCity.az məlumat verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib. O bildirib ki, 2018-ci illə m...
Cəmiyyət
Alternativ küçə və prospektlərdən keçəcəklər Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək. BakuCity.az xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məh...
Kriminal
Bundan əvvəl də ittiham olunub Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib. BakuCity.az xəbər verir ki, bu barədə rayon polis bölməsindəki mənbə Oxu.az-a bildirib. Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03 radələrində Naximov küçəsində naməlum şəxs “Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib. Bunu görən polis əməkdaşları sürücüyə dayanmasını əmr edib. Lakin sürücü pnevmatik...
Mədəniyyət
Dünya şöhrətli ağır atlet Naim Süleymanoğlu haqqında film nümayiş olunub “CinemaPlus 28 Mall” Premium-klass kinoteatrında “Cep Herkülü: Naim Süleymanoğlu” adlı türk filmi nümayişi olunub. BakuCity.az xəbər verir ki, film Türkiyə və dünya idman tarixində silinməz izlər qoyan məşhur ağır atlet Naim Süleymanoğluna həsr olunub. Bioqrafik filmin rejissoru Özer Feyzioğludur. Baş rollarda Hayat Van Ek, Yetkin Dikinciler və Selen Öztürk çəkilib. Tədbirin xüsusi...
Mədəniyyət
Filmin saundtrekini Tünzalə Ağayeva ifa edib Fevral ayında “Planet Parni iz Baku” KVN Teatrının tamaşaçıları məşhur "Ağanatiq" komediyasının ikinci hissəsini izləyə biləcəklər. BakuCity.az-a açıqlamasında Azərbaycanın Əməkdar artisti, “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanov ikinci hissənin yeni detektiv hekayədən bəhs edəcəyini bildirərək yeni bölümün bəzi detallarını bölüşüb: “Ağanatiq rolunun ifaçısı Cabir İmanov və onun dostları...
Cəmiyyət
Bu il 40 kəsim məntəqəsi açılacaq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində “Süfrə” MMC yaradılacaq. BakuCity.az-ın məlumatına görə, bunu mətbuat konfransında Agentliyin sədri Qoşqar Təhməzli deyib. Q.Təhməzli bildirib ki, yeni qurum Azərbaycanda qida təhlükəsizliyi sahəsində tənzimləmə işlərini həyata keçirəcək: “MMC ölkənin müxtəlif regionlarında cari ildə nəzərdə tutulmuş təqribən 40 kəsim məntəqəsinin açılmasına xidmət edəcək, eyni zamanda,...
Ekologiya
Bəzi yerlərdə yağış yağacaq Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 18-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, günd...
Hadisələr
Asayiş keşikçilərinə müqavimət göstərib Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan BakuCity.az-a verilən məlumata görə, bu istiqamətdə keçirilən növbəti əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhər sakinindən silah və narkotik aşkarlanıb. Məlumatda bildirilib ki, Gəncə Şəhər Baş...
Cəmiyyət
Şəxsi avtomobillərdən az istifadə tövsiyə olunur Yanvarın 20-si səhər saat 08:00-dan 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər başa çatanadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. BakuCity.az-ın məlumatına görə, məqsəd Şəhidlər xiyabanını ziyarət edəcək vətəndaşların rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Bununla əlaqədar olaraq Mikayıl Müşfiq küçəsi və Hüseyn...
Cəmiyyət
Gündüz vaxtı çox da gözə dəymirlər Paytaxtın bəzi yerlərində və Bakıətrafı yaşayış məntəqələrində küçə itləri sakinlər üçün narahatlıq yaradır. BakuCity.az-ın məlumatına görə, Xətai rayon sakinləri “Report”a müraciət edərək bildiriblər ki, əsasən, səhər tezdən və hava qaralandan sonra küçə itləri insanlar üçün təhlükə mənbəyinə çevrilir. Sakinlər deyirlər ki, bu problem daha çox rayonun “Elektrotok” adlanan ərazisində (Kazımağa Kərimov küçəsi) və Nobel pro...
Cəmiyyət
Tikintinin əsas mərhələsi başa çatıb Bakı Metropoliteninin tikilməkdə olan "B3" stansiyasında avadanlıqların quraşdırılmasına başlanıb. BakuCity.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə deyib. Onun sözlərinə görə, hazırda stansiyanın platformasında mərmərlərin döşənməsinə başlanılıb: Həmçinin oxu: Fevralda Bakıya yeni metro vaqonlarının ilk partiyası gətiriləcək "Tikintinin əsas mərhələs...
Cəmiyyət
Hazırlıq işləri yanvarın 19-dək başa çatacaq 20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən Şəhidlər xiyabanında hazırlıq işləri aparılır. BakuCity.az məlumat verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülüb, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub. Xiyabanda faciəni...
Cəmiyyət
"Bu qatarlar metal kimi satılır" Fevral ayında “Bakı Metropoliteni” QSC üçün nəzərdə tutulan və il ərzində alınacaq 20 vaqonun ilk partiyası Bakıya gətiriləcək. BakuCity.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “APA-Economics”ə deyib. Onun sözlərinə görə, istehsal prosesindən asılı olaraq 10 və yaxud 5 vaqonun gələn ay Bakıya göndərilməsi nəzərdə tutulur: “İstismarda olan qatarların istismar müddəti...
Cəmiyyət
Siyahıda ümumilikdə 440 şəhər var “Numbeo” statistika resursu dünyanın ən bahalı şəhərlərinin reytinqini açıqlayıb. BakuCity.az xəbər verir ki, “yaşayış dəyəri indeksi”nə görə dünyanın ən bahalı şəhəri İsveçrənin Sürix şəhəri olub. Ən bahalı şəhərlər reytinqində ilk beşlikdə İsveçrə şəhərləri qərarlaşıb - Bazel, Lozanna, Cenevrə və Bern. Sonrakı sıralarda Norveçin Stavanger, Oslo və Tronheym şəhərləri yer alıb. Dünyanın ən bahalı şəhərlərinin ilk “10-luğ”u...
Cəmiyyət
İndiki proqram problemin çox cüzi bir hissəsini həll edə bilər “Bundan əvvəl ictimailəşdirilən məlumatlarda deyilirdi ki, 2019-cu ilin ikinci yarısından sonra kirayə mənzillər üçün müraciətlərə start veriləcək. İndiki halda məndə olan məlumata görə, müraciətlərin başlanılması üçün texniki məsələlər tamamlanmayıb”. BakuCity.az xəbər verir ki, bunu İqtisadçı-ekspert Rəşad Həsənov “İpoteka və Kredit Zəmanət Fondunun Fondunun yaşayış sahələrini satmaq öhdəliyi...
Mədəniyyət
Azərbaycanlı model Seul Moda Həftəsinin qalibi elan olunub Ümumdünya Gözəllik Konqresinin (WBC) prezidenti və Azərbaycan Moda Assosiasiyasının direktoru Zamir Hüseynov BakuCity.az-a verdiyi açıqlamada qeyd edib ki, Koreyada keçirilən Ümumdünya qolf festivalı və Seul Moda Həftəsi tədbirlərinin çərçivəsində "SUPERLADY OF THE WORLD" (Dünyanın superledisi) beynəlxalq gözəllik müsabiqəsi təşkil olunub: "Seul Moda Həftəsinin özəlliyi ondan ibarət idi ki, həmin m...
Cəmiyyət
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi təsdiq edildi 2020-ci ildən mərhələli tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta sisteminin tətbiqi istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə növbəti addım olaraq Nazirlər Kabineti tərəfindən İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi təsdiq edilib. Sənəd  “Tibbi sığorta haqqında” qanunun 15-17.4-cü maddəsinə əsasən hazırlanıb. Xidmətlər zərfində icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstər...
Cəmiyyət
Bu gündən dəyişdirildi Bakının Heydər Əliyev prospektində sürət həddi 110 km/saat-a endirilib. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 17-dən etibarən Heydər Əliyev prospekti - (Böyük Şor qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zuğulba və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib. Dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi 110 km/saat müəyyən edilib. Sürücülərdən...
Hadisələr
Avtobusla mikroavtobus toqquşub Bakıda marşrut avtobusu qəzaya uğrayıb. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində baş verib. 107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı 99 LH 456 dövlət nömrə nişanlı avtobusla orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı 10 MT 884 dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan, 322 s...
Cəmiyyət
Qız cinsi oriyentasiyasını dəyişdiyini etiraf edib Rusiyadan anası tərəfindən zorla Bakıya gətirildiyi iddia olunan 18 yaşlı Sevgiya Sübhani İsmayılova Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib. BakuCity.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq qeyd edib ki, gənc qız paytaxtda yerləşən sığınacaqlardan birinə yerləş...
Cəmiyyət
Üç ay ərzində Bakıya yeni "London taksi"ləri gətiriləcək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd "London taksisi" gətirib. BakuCity.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bu avtomobil elektriklə işləyir. Bu taksidən istifadə edən sərnişinlər ödənişi POS-terminallar vasitəsilə də ödəyə bilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 3 ay ərz...
Cəmiyyət
Məktəblilər Avropa çempionu olublar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı parlaq uğurları davam edir. İdarədən BakuCity.az-a verilən məlumata görə, paytaxtdakı 211 nömrəli tam orta məktəbin VII sinif şagirdi Davud Muradov Qazaxıstanda karatenin şotokan növü üzrə keçirilən Avropa çempionatında 50-55 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüks...
Cəmiyyət
Qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədi ilə növbəti reyd Xəzər dənizinin Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri ətrafında keçirilib.  BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, 4 saylı Regional Ekologiya İdarəsinin əməkda...
Cəmiyyət
195 hektar torpaq sahəsi şumlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində 32 rayonda daha 250 ailə üçün intensiv meyvə bağları salınıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, layihəyə cəlb olunmuş iştirakçılardan 178-i aztəminatlı, 52-i əlilliyi olan şəxs, 20-i isə şəhid...
Cəmiyyət
İşlər yekunlaşmaq üzrədir “Qobu Park-3” kompleksi yaxın vaxtlarda istifadəyə veriləcək. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşüb. Bildirilib ki, “Qobu Park” layihəsi bütünlüklə özəl sektor tərəfindən gerçəkləşdirilir. Kompleksin üçüncü mərhələsi üzrə işlər də artıq yekunl...
Cəmiyyət
Köhnəlmiş elektrik xətləri yenilənir Sabahdan Yasamal rayonu ərazisindəki A.Şaiq, L.olstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələlərinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandıracaq. Bu barədə BakuCity.az-a “Azərişıq” ASC-dən bildirilib. O qeyd edib ki, buna səbəb köhnə “Sovetski” adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik verilişi xətlərinin və yeraltı kabel xətl...
Cəmiyyət
Dövlət başçısı 8,8 milyon manat ayrıldı Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon manat...
Cəmiyyət
Fevralın 16-da sınaq imtahanı keçiriləcək Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) BakuCity.az-a verilən məlumata görə, fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək. Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə...
Cəmiyyət
14 filialdan ümumilikdə 12 ton 575 kq məhsulun satışı dayandırıldı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçiril...
Cəmiyyət
Azərbaycanda cəmi 3-4 medal kollesiyaçısı var BakuCity.az-ın “Öz hekayəni danış” layihəsinin növbəti qonağı medal kolleksiyaçısı Fəxrəddin Həbibovdur Fəxrəddin Həbibov 3 noyabr 1955-ci ildə Bakıda anadan olub. 1972-ci ildə 18 nömrəli orta məktəbi bitirib. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Hidromeliorasiya fakültəsinə daxil olub. 1977-ci ildə institutu “Çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki t...
Cəmiyyət
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün yeni imkan Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunacaq. İdarədən BakuCity.az-a bildirilib ki, qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxl...
Cəmiyyət
"Pensiyaların maliyyələşdirilməsi tam və vaxtında təmin olunur" “Ötən gün 2020-ci ilin yanvar ayı üzrə pensiyaların ödənilməsinin Xəzinədarlıq orqanları tərəfindən gecikdirilməsi ilə bağlı yayılan fikirlərin heç bir əsası yoxdur. Bir qayda olaraq, Xəzinədarlıq orqanları tərəfindən ilk növbədə pensiya, müavinət, təqaüd və digər bu tipli sosial xərclərin maliyyələşdirilməsinin icrası tam və vaxtında təmin olunur”. BakuCity.az xəbər verir ki, bunu "Report"un...
Cəmiyyət
Hətta SOS işə salınıb Bu dəqiqələrdə metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib. BakuCity.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS işə salınıb. Məsələ bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil: Həmçinin oxu: Bakı metrosunun ənənəvi problemi: 30 saniyəyə onlarla insan qatara nec...
Kriminal
Hər biri barəsində həbs qətimkan tədbiri seçilib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qi...
Cəmiyyət
15 avtomobil tuneli layihələndirilib “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. QSC-dən BakuCity.az-a verilən məlumata görə, Cəmiyyətin sədri Cavid Qurbanov ötən il ərzində əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirib ki, ümumilikdə yükdaşıma sahəsində 2018-ci il ilə müqayisədə 9,1% artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Sərnişin...
Kriminal
"Anası da bilirdi, bacıları da" Vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin anası qızının ölümündə şübhəli bilinən İlkin Süleymanla yanaşı onun anasını və bacılarını günahlandırıb. BakuCity.az News24.az-a istinadən xəbər verir ki, Aynurə xanım Nərminin 47 gün o evdə saxlanılmasından ailənin xəbərdar olduğunu bildirib: "Qatilin özü yoldaşımın sinif yoldaşı olub, atası yoldaşımın müəllimi olub, dərs keçib. Biz heç inanmırıq, Allah haqqı, şokdayıq ki, elə b...
Ekologiya
Cənub küləyi əsəcək Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 8-10 də...
Mədəniyyət
20 Yanvar faciəsinə həsr olunmuş film ödənişsiz nümayiş olunacaq “CinemaPlus”-dan BakuCity.az-a verilən məlumata görə, kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişini həyata keçiriləcək. Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar. Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birini...
Cəmiyyət
İş prosesləri tam avtomatlaşdırılıb 2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri həyata keçirib. BakuCity.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair...
Cəmiyyət
Digər ərazilərdə də parklanma ödənişsizdir Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır. Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyindən məlumat verilir. Agentlik bir daha qeyd edir ki, Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və...
Hadisələr
Yolda sıxlıq yaranıb Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıda insanlara hücum edən dananı zərərsizləşdirib. BakuCity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Cəfər Xəndan küçəsində baş verib. Şahidlərin sözlərinə görə, insanlara və avtomobillərə hücum çəkən dana polis tərəfindən güllələnib.  Hadisə avtomobil yolunun ortasında baş verdiyi üçün nəqliyyatın hərəkətində qısamüddətli sıxlıq yaranıb. Daha sonra dana ərazidən götürül...
Cəmiyyət
İmtahan yenidən keçiriləcək Yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində magistratura pilləsində təhsil alan I kurs tələbələrinin bir hissəsi biznes statistikası fənnindən imtahana düşən suallara görə imtahan zalını tərk edib. BakuCity.az xəbər verir ki, etiraza səbəb imtahana düşən sualların tələbələrə verilən mövzularla əlaqəli olmamasıdır. Tələbələr qeyd ediblər ki, MBA ixtisaslarında heç bir qrupa suallar verilmir. Lakin  tələbələrə verilən...
Cəmiyyət
İşlər bu rüb ərzində yekunlaşacaq Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumatda bildirilir ki, tikinti-bərpa işləri çərçivəsində yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, digəri isə yamacın orta his...
Cəmiyyət
Heyvanlarla yaxın təmasdan çəkinin Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Səhiyyə Nazirliyinin tövsiyəsi açıqlanıb. BakuCity.az-a açıqlamada deyilir ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarix...
Cəmiyyət
Avtomobil deformasiyaya uğrayıb Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol qəzası zamanı iki nəfər xəsarət alıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib.  "Opel" markalı avtomobil idarəetmədən çıxaraq piyada nişanına çırpılıb. Avtomobilin sürücüsü və sərnişin ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. BakuCity.az
Cəmiyyət
Noyabrda təyin edilmişdi Yardımlı rayonunda polis əməkdaşı iş başında vəfat edib. BakuCity.az-ın Pravda.az-a istinadən verdiyi məlumata görə, Yardımlı rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimov vəzifə başında dünyasını dəyişib. Xatırladaq ki, Ş.Kərimov bu vəzifəyə ötən ilin noyabr ayında təyinat almışdı. BakuCity.az
Mədəniyyət
Biletlər satışdadır Martın 14-də Heydər Əliyev Mərkəzində "Kremerata Baltika" kamera orkestri və tanınmış pianoçu Lyuka Debarqın konserti keçiriləcək.  Mərkəzdən BakuCity.az-a xəbər verir ki, konsert proqramında görkəmli bəstəkarlar Ferens List, Kşiştof Penderetski, Meçislav Vaynberq və Miloş Maginin əsərləri təqdim ediləcək.  Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar. Baltikyanı ölkələrin gənc musiqiçilərind...
Hakimiyyət
Pirşağıdakı məktəbə də akademikin adı veriləcək Prezident İlham Əliyev Xoşbəxt Bağı oğlu Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifza...
Mədəniyyət
"Bundan gözəl və dəyərli hədiyyə ola bilməz" Prezident İlham Əliyev kino tədqiqatçısı, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadəyə mənzil bağışlayıb. BakuCity.az xəbər verir ki, 80 yaşı tamam olan Aydın Kazımzadə “open.az”a açıqlamasında yubileyi ərəfəsində ən böyük hədiyyənin Prezident İlham Əliyev tərəfindən verildiyini bildirib: “Prezident İlham Əliyev mənə ikiotaqlı mənzil hədiyyə edib. Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə ola bilməz. Şəfiqə Mə...
Cəmiyyət
Hər iki ayın artımını bir yerdə alacaqlar Bu il yanvarın 1-dən bütün pensiyalar proqnoza uyğun olaraq indeksasiya ediləcək. Bu barədə BakuCity.az-a Əmək və Əhalinin Sosial Südafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. O qeyd edib ki, yanvar ayında pensiyalar erkən ödənildiyinə görə bu ayın artımı pensiyaçılara fevral ayının ödənişi və artımı ilə birlikdə veriləcək: “Ötən il ölkədə iki dəfə pensiyaların və minimum əməkhaqlarının artırıl...
Cəmiyyət
100 ədəd “London taksisi” sifariş edilib Bakıya yeni taksi avtomaşınları gətiriləcək. BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən bildirib. Ölkə başçısı onların nə vaxt gətiriləcəyi ilə maraqlanıb: “Mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir. Bu məsələ ilə bağlı məlumat verin, kontraktlar imzalanıb, yoxsa yox və yeni taksilər şəhərimizə nə v...
Ekologiya
Duman olacaq Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-9, Bakıda...
Cəmiyyət
"Onlara yönələn sosial ödənişlər də mütəmadi artırılır" Azərbaycanda 600 minədək uşaq müxtəlif növ sosial ödənişlərlə təmin olunur. BakuCity.az-ın məlumatına görə, bunu Baku.ws-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. F.Talıbov qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlar, ailə başçısını itirmiş uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yar...
Kriminal
"Qalan iki övladıma görə çox qorxuram" "İstəyirəm ki, tezliklə balamın qatili cəzalandırılsın. O, ən ağır cəzaya layiqdir. Yandırılıb edam olunmalıdır”. BakuCity.az xəbər verir ki, bu sözləri News24.az-ın xüsusi müxbirinə açıqlamasında mərhum azyaşlının anası Aynurə İsmayılova bildirib. O, qızının qətli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib: Həmçinin oxu: Nərminin qətlində şübhəli bilinən şəxsdən dəhşətli etiraflar: polisin də saxlanı...
Cəmiyyət
Yolda aparılan təmir-tikinti işləri may ayına kimi yekunlaşdırılacaq BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. O bildirib ki, hazırda yol kənarında yeni istinad divarı tikilir: "Bibiheybət yolunun tikintisi zamanı yolun səviyyəsini mövcud yolla bərabərləşdirmək üçün tökmə torpaqlardan istifadə olunub. Tökülmüş torpaqların çökməsinin qarşısını almaq üçün...
Cəmiyyət
"Pensiyaların gecikməsilə bağlı məlumatlar həqiqətə uyğun deyil” BakuCity.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov pensiyaların gecikdirilməsilə bağlı məlumatlara münasibət bildirərkən deyib. O, qeyd edib ki, əslində pensiya ay bitənədək qrafikə uyğun verilməlidir: "Amma nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu bunu ayı...
Cəmiyyət
Eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır "Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.  BakuCity.az xəbər verir ki, bu barədə “Report”a qurumdan bildirilib.  Məlumatda deyilir ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150 min km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. Təmir dövründə eskalatorun əsas hissələri sökülərə...
Hadisələr
Baş həkim xəstəxanada bir gecədə iki nəfərin ölməsinin səbəbini açıqlayıb Həkimlərin hər iki xəstə üçün zəruri olan bütün tədbirləri görməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. BakuCity.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun baş həkimi İman Rzayev deyib. Onun sözlərinə görə, xəstələrdən biri ürək-ağciyər çatışmazlığından, digəri isə qanaxmadan vəfat edib: “Hər iki xəstə Ağ...
Cəmiyyət
Məqsəd küçələrdə fasiləsiz və təhlükəsiz hərəkəti təmin etməkdir Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bu çərçivədə nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qanunsuz parklanma hallarının daha dəqiq qeydə alınması və operativliyinin artırılmasına imkan verən avtomobillər...
Cəmiyyət
"Bakıətrafı qalaların təmiri gələcək üçün nəzərdə tutulub" Ramana, Nardaran, Bilgəh, Mərdəkanın dördkünc və dairəvi qalaları...  Tarixə şahidlik edən bu tiklilər Abşeronun əhəmiyyətli abidələri sırasınadır. Amma nədənsə əksəriyyətimiz Bakı və Bakı ətrafındakı bu qalalar haqqında az məlumatlıyıq. BakuCity.az xəbər verir ki, səbəbini Azərbaycan Televiziyasının əməkdaşı Ramana qalası fonunda araşdırıb, sözügedən tikilinin vəziyyəti ilə maraqlanıb. Ramana qala...
Mədəniyyət
“Quzu Şon” dünyada ən tanınan personajlardan biridir “Quzu Şon-Femaqeddon” MDB ölkələri arasında ilk dəfə “VOLGA” Film şirkətinin təşkilatçılığı ilə yanvarın 16-da Bakı kinoteatrlarında, bundan sonraki tarixlərdə isə Azərbaycanın bir çox rayonlarında nümayiş olunacaq. BakuCity.az xəbər verir ki, “Quzu Şon-Femaqeddon” animasiya komediyası ən yaxşı animasiya filmi kimi BAFTA mükafatına namizəd olub. Film artıq “British Independent Film Awards” mükafatına lay...
Cəmiyyət
İşlərin mayın sonunadək tamamlanması nəzərdə tutulur Bakı-Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün dairəvi yoldan Yeni Yasamal massivinə yol çəkilməsi nəzərdə tutulub. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. O bildirib ki, Bakıdan Sumqayıta qədər olan 28 km yol 2008-ci ildən etibarən genişləndirilərək 2011-ci ildə istifadəyə verilib:...
Cəmiyyət
"Ya Pirşağıya “elektriçka” çəkdir, ya da mənə ev ver" Görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə maraqlı əhvalat danışıb. BakuCity.az AzTV.az-a istinadən həmin əhvalatı təqdim edir: “Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi, heç gedib-gəlmək olmurdu. Gördüm bu yazıq l...
Cəmiyyət
Müstəntiq işləyirdi Həbs olunan Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ramal Quliyev işdən çıxarılıb. BakuCity.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkə...
Cəmiyyət
Əlamətdar günləriniz nömrələrdə əks olunsun Bakcell şirkəti özünün yeni “099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksini kommersiya istifadəsinə verib. Şirkətdən BakuCity.az-a verilən məlumata görə, nömrələrin satışı bu gündən etibarən həyata keçiriləcək. İlkin mərhələdə Bakcell abunəçilərinə “099”la başlayan və uşaqların doğum günü və ya həyatlarının hər hansı əhəmiyyətli günü ilə bağlı olan xüsusi kombinasiyalı mobil nömrələr əldə etmə...
Cəmiyyət
İş adamı dünyasını dəyişdi Bakının məşhur ticarət mərkəzlərindən sayılan "Moskva" ticarət mərkəzinin sahibi vəfat edib. BakuCity.az Sonxeber.az-a istinadən xəbər verir ki, iş adamı Elmira Mədətova dünyasını dəyişib. E.Mədətovanın Bakıda bir neçə iri ticarət obyekti olub. Bu obyektlərin arasında "Nəsimi bazarı"nın da adı çəkilir. BakuCity.az
Cəmiyyət
Bu üsulla arılardan daha çox məhsul götürə bilir Adi elektrik lampasından istifadə edərək soyuq aylarda arılarını qoruyur. BakuCity.az Xezerxeber.az-a istinadla xəbər verir ki, Oğuz rayonunun Xaçmaz kənd sakini Dağlar Mehdiyev arıların qışda tələf olmasına səbəb olan soyuq havalarda canlıların sağ qalması üçün yeni üsul tətbiq edib. Onun təcrübəsinə görə, yeşiklərdə 35 dərəcə temperatur yaradılarsa, arılarda ölüm sıfıra bərabər olur. Qutularda sabit 35 dər...
Cəmiyyət
Məlumatlar “Şagird-məzun” sisteminə daxil edilib Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahana hər iki səviyyə üzrə ümumilikdə 847 nəfər qatılıb. Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 109 nəfər, tam orta təhsil səv...
Cəmiyyət
Vilayət Eyvazov əmr imzalayıb Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi polis polkovniki Nazim İsmayılov vəzifəsindən azad olunaraq, Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub. BakuCity.az xəbər verir ki, təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Həmçinin oxu: Vilayət Eyvazov Ramil Usubovun oğluna Bakıda vəzifə verdi Məlumatı Bakı Şəhər BPİ-nin...
Siyasət
"Səbəb kimi əmlak bilgilərimdə uyğunsuzluq göstərildi" 45 saylı Abşeron Dairə Seçki Komissiyası (DSK) tanınmış jurnalist Zahir Əzəmətin (Rəhimov) növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almayıb. Bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, Əmlak Məsələri Dövlət Komitəsi DSK-ya və ona başqa rəy verib:  "Bu gün saat 17:00-da Dair Seçki Komissiyası formal bir toplantı keçirərək, mənim namizədliyimi qeydə almaqdan imti...
Hakimiyyət
"Dənizdən ilk dəfə neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılıb" Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı mərasimdə çıxış etdi: - Əziz Xoşbəxt müəllim...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?