usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+3... 9 °С
Buludlu, yağmursuz
Sabah
+5... 9 °С
Buludlu, yağmursuz
Bu gün
+3... 9 °С
Buludlu, yağmursuz
Sabah
+5... 9 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Biznes
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub 25 yanvar tarixində İnnovasiyalar Agentliyinin nəznində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub. BakuCity.az xəbər verir ki, Pre-akselerasiya proqramına seçim turu 2 mərhələdən ibarət olub və müraciət edən 45 komandadan cəmi 10 -u seçilərək finala vəsiqə qazana bili...
Cəmiyyət
Ayın 30-dan tətbiq olunacaq Bakıda daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 30.01.2020-ci il tarixindən 67 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək. Qeyd edək ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş...
Ekologiya
Səhər duman olacaq Yanvarın 26-da Bakıda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1° şaxatdan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan...
İdman
İlin sonuna kimi Bakı klubunda olacaq “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib. BakuCity.az xəbər verir ki, komanda George Antonla razılığa gəlib. 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, George Anton Moldova millisinin də üzvüdür. O, daha əvvəl ölkəsində “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub. BakuCity.az
Cəmiyyət
Quduzluq əlaməti olub Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb. Belə ki, 4-cü sinif şagirdi Ömərov Poladı ötən ay küçədə sahibsiz it dişləyib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib. Qonşuların bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını də...
Cəmiyyət
10-a yaxın sürücü cərimələnib Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib. BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb. BNA-nın mətbuat katibi Mais Ağayev APA-ya bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq...
Hadisələr
6 nəfər xəsarət alıb Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.  İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a bildirilib ki, bu gün saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyn...
Cəmiyyət
Bərpa işlərini Avstriya şirkəti həyata keçirib İçərişəhər, Böyük Qala küçəsi, 50 ünvanında arxeoloji qazıntı aparılarkən aşkar edilmiş orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. BakuCity.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib. Onun sözlərinə görə, Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, h...
Hadisələr
Ölüm səbəbləri araşdırılır Bakıda bankda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə "AtaBank"ın Nəsimi rayonunda yerləşən baş ofisində qeydə alınıb. Bankın əməkdaşı Ramilə Heydərova çalışdığı yerdə vəfat edib. Hazırda R.Heydərovanın ölüm səbəbləri araşdırılır. BakuCity.az
Hadisələr
Toksikologiya şöbəsinə yerləşdirilib Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Q.Nəbi küçəsi ərazisində qeydə alınıb. Həmçinin oxu: Bakıda saxta spirtli içki hazırlayıb satanlar həbs edildi - FOTO + VİDEO Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içər...
Hadisələr
Yaralılar xəstəxanadadır Bu gün səhər 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomob...
Hadisələr
Zəlzələnin gücü 6,8 bal olub Türkiyənin Malatya və Elazığ əyalətlərində güclü zəlzələ baş verib. BakuCity.az xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 1015 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir. Xilasetmə əməliyyatları davam edir. Zəlzələnin gücü 6,8 bal olub. Təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, eləcə də İraqın Ərbil və Duhok vilayətlərində hiss olunub. BakuCity.az
Cəmiyyət
Komitə hesabat verdi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamları ilə ötən il təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 647 211 kv.m təşkil edir ki, bunun da 2 520 808 kv.m-lik hissəsi mənzillərdir.  BakuCity.az-ın məlumatına görə, bu barədə komitənin sədri Anar Quiliyev qurumda keçirilmiş geniş...
Cəmiyyət
Zərflər fevralın 7-də açılacaq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yüksək gərginlikli avadanlıqlara illik texniki servis xidmətinin satınalması üzrə açıq müsabiqə elan edir. BakuCity.az-ın məlumatına əsasən, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 4 fevral 2020-ci il saat 17:00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 fevral 2020-ci il saat 17...
Cəmiyyət
2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib 1 fevral 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək. BakuCity.az xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaş...
Cəmiyyət
Nəzarət gücləndirilib Bakı Nəqliyyat Agentliyi hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qurum sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmağı xahiş edib: “Sərnişinlər dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə mərkəzlərinin ərazisində eyni qaydalara riayət...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Ötən gün paytaxda yol nəqliyyat hadisəsi baş verib. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Nizami küçəsi ilə Keykab Səfərəliyeva küçəsinin kəsişməsində işıqforun qırmızı işığından keçən “Hyundai” markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobillə toqquşub. Toqquşmadan sonra idarəetməni itirən “Hyundai” markalı avtomobil işıqforun dirəyinə çırpılaraq onu aşırdıb. Hadisə nəti...
Cəmiyyət
Körpələr evində 3 yaşa qədər uşaqlar saxlanılır Son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərin 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Bu barədə BakuCity.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə...
Cəmiyyət
İşlər davam etdirilir Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının Baş Planının hazırlanması prosesi davam edir. BakuCity.az-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib ki, komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş “BCG” nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş planının hazırlanması istiqamətində kompleks işlər 2019-...
Mədəniyyət
Film “CinemaPlus” da nümayiş olunub “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında birinci hissəsi 25 il öncə çəkilən və çoxdandır gözlənilən “Pis oğlanlar 3” filminin təqdimatı keçirilib. BakuCity.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Rüstəm Kərimov və Arogun Johnny Ayomide Uill Smitin və Martin Lourensin filmdəki obrazlarını canlandırıblar. “CinemaPlus”un rəsmi təfəfdaşı olan “The Five” şirkət...
Siyasət
Sənədə konfrans çərçivəsində imza atılıb Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb. BakuCity.az xəbər verir ki, adıçəkilən sənəd “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfdən isə Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıb. BakuCity.az
Cəmiyyət
"Çindən gələnləri mütləq yoxlamaq lazımdır" Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər. BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında deyib. Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar: “Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Ç...
Cəmiyyət
Xidmətlərdən məmnunluq əmsalı 100%-ə yaxındır Bakı şəhərində daha 2 "ASAN xidmət" mərkəzi inşa edilir. BakuCity.az xəbər verir ki, bu barədə Trend-ə "ASAN xidmət"in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib. Onun sözlərinə görə, hazırda ölkədə 16 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. ​Bu il T...
Cəmiyyət
Nəticələr 26 yanvarda açıqlanacaq Bu gün “Baku Coffee & Tea Festival 2020”-yə start verilib. BakuCity.az xəbər verir ki, ilk dəqiqələrdən ziyarətçi axını ilə müşahidə olunan festival tədbirin ilk çempionatı olan "Azerbaijan Latte Art Championship"lə davam edib. Çempionatda ümumilikdə 6 barista mübarizə aparacaq. Yarışın şərtinə əsasən, baristalar südlü qəhvənin üzərində müşahidəçilərin nəzarəti altinda müxtəlif rəsmlər çəkməlidirlər. Çempionatın nəticəsi f...
Cəmiyyət
Problemi bir-birinin üstünə atırlar Bakıda Şəhidlər xiyabanında uzun illərdir ki, fiziki məhdudiyyətli insanların rahat hərəkəti üçün şərait yaradılmır, xiyabanın əsas giriş hissəsindəki pilləkənlərdə panduslar yoxdur. BakuCity.az hər il 20 yanvar günü gündəmə gələn bu məsələni araşdırıb. Müxtəlif vaxtlarda və xüsusi tədbirlər zamanı xiyabanı ziyarət etmək istəyən Qarabağ qaziləri, ümumilikdə əlilliyi olan vətəndaşlar yalnız girişdə olan pilləkənlərə qədər...
Ekologiya
Külək arabir güclənəcək Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havan...
Cəmiyyət
Avtomobil ərazidən təxliyə edilib Bakıda qanunsuz parklanma nəqliyyatın hərəkətinə mane olub. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BakuCity.az-a bildirib ki, "Mercedes ML" markalı avtomobilin qeyri-qanuni park edilməsi təxminən yarım saat müddətinə Zərgərpalan küçəsində hərəkətin dayanmasına səbəb olub. Bu müddətdə həmin küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb. BNA əməkdaşları avtomobili ərazidən təxliyə edib. B...
Cəmiyyət
Sağlamlıq imkanları məhduddur Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuCity.az-a bildirib ki, Baş İdarə və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan...
Cəmiyyət
Araşdırma aparılır 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb. BakuCity.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən məktəbdən bildirilib. Məktəbdən verilən məlumata görə, məktəbin direktoru Firəngiz Həmidova müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb: "Firəngiz xanım vəzifəsindən kənarlaşdırılıb. Yerinə də başqa adam təyin olunub. Hazırda araşdırma aparılır”. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmə...
Cəmiyyət
"Cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirilir" Azərbaycan Baş Prokurorluğu 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin səsləndirdiyi iddialarla bağlı açıqlama yayıb. Qurumun Mətbuat Xidmətindən BakuCity.az-a daxil olan açıqlamada deyilir: "Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin mü...
Mədəniyyət
Sovet reallıqları ilə bağlı süjetlərə siyasi plakatlar güclü təsir göstərib Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyi birgə “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisini təqdim edir. Xalça Muzeyindən BakuCity.az-a verilən məlumata görə, sərginin əsas mövzusu Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyalarından 1920-1970-ci illərə aid Sovetlər dönəmi motivli xalça və tikm...
Cəmiyyət
Yolun hər iki tərəfi çəpərlənəcək Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin inşasının bu ilin may ayının sonuna qədər yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Baku.ws-ə deyib. Onun sözlərinə görə, Bakı-Rusiya istiqamətində yeni avtomobil yolunun təməli 2018-ci ildə qoyulub: “Mövcud yol öz başla...
İdman
Bütün oyunlarda məğlub olublar Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir. BakuCity.az "Report"a istinadən məlumat verir ki, bu gün Premyer Liqa təmsilçilərindən 2-si yoxlama görüşlərində qüvvələrini sınayacaq. "Keşlə" son yoxlama matçında bu dəfə Slovakiyanın "Zemplin" klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisinin oyunu Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. "Neftçi" klubu da Antalyada...
Ekologiya
Yağıntı arabir intensivləşəcək Paytaxt sakinləri bu gün cari qış fəslinin ilk qarını müşahidə edə biləcəklər. BakuCity.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. U.Tağıyeva bildirib ki, bu il yanvarın 21 günü ərzində Bakıda şaxtalı hava qeyd edilməyib, orta sutkalıq temperatur isə normadan 1,8 dərəcə, yanvarın 7-də isə 4,3 dərəcə yüksək olub. Müqayisə üçün...
Kriminal
İ.Süleymanov apellyasiya şikayəti verib Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində yeni ittiham irəli sürülüb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə də ittiham olunur. Bundan əvvəl İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə)...
Cəmiyyət
Polis araşdırmalara başlayıb Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı iki valideynin "whatsapp" sosial şəbəkəsində səsi yayılıb. İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar. Bild...
Hadisələr
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib Xırdalanda iki məktəblini avtomobil vurub. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir. Xəsarət alan Fidanın komaya düşdüyü bildirilir. BakuCity.a...
İdman
365-i qızıl olub Bakı məktəbliləri ötən il idman yarışlarında 993 medal əldə ediblər. BakuCity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlər 2019-cu təqvim ilində idman sahəsində ciddi nailiyyətlərə imza atıblar. Belə ki, Bakı məktəbliləri idmanın müxtəlif növləri  üzrə beynəlxalq və respublika yarışlarında 365 qızıl, 308 gümüş, 320 bürünc  olmaqla ümumilikdə, 993 medal əldə ediblər. BakuCity.az
Cəmiyyət
Qonaqların turizm məkanlarına səfərləri də təşkil olunacaq Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri baş tutacaq.  BakuCity.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Tədbirə Azərbaycanın rəsmi turizm nüm...
Mədəniyyət
2015-ci ildə “Qremmi” alıb Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş “Qremmi” mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək. Heydər Əliyev Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə “Qremmi” mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə “Qremmi” mükafatı alan ilk müğənnidir.Dayan Rivs, həmçinin Corc...
Cəmiyyət
İşçi qrupu yaradılıb Fevralın 18-də Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq. BakuCity.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "APA-Economics"ə deyib. Onun sözlərinə görə, tədbirin təşkilində əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi çıxış edəcək ki, bu baxımdan Mədəniyyət nazirinin də foruma qatılacağı gözlənilir. Qey...
Cəmiyyət
İlk olaraq bir yataqxana binası istifadəyə veriləcək Bakı Dövlət Universitetinin yataqxana problemi artıq həll olmaq üzrədir. Hazırda texniki təchizat işləri gedir. BakuCity.az xəbər verir ki, bu fikri yanvarın 23-də Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış zamanı rektor Elçin Babayev AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, müasir tipli yataqxanada tələbələr üçün bütün lazımi şərait yaradılıb: Həmçinin oxu: Bakıda 42 milyon dollara iki t...
Cəmiyyət
Problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır Qida Təhlükəsizliyi Agentliyi​nə tabe olan "Qida Təhlükəsizliyi İnstitutu" MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqəsi yaradılaraq özəl sektora təhvil veriləcək. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq. Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rü...
Cəmiyyət
Polis araşdırmağa başladı Bakıda sürücünün kobud qayda pozuntusu sosial şəbəkələrdə görüntülənib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb. Rusiyada qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayd...
Cəmiyyət
Ağacları köçürmək əvəzinə ağır texnika ilə məhv ediblər Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib. BakuCity.az-ın məlumatına görə, bu barədə ərazidə yaşayan sakinlər Oxu.az-a bildiriblər.  Sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədilə məhv edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəi...
Cəmiyyət
Bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr veriləcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsində...
Cəmiyyət
Müqavilənin müddəti vətəndaşın istəyinə uyğun müəyyən ediləcək Artıq Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün yeni mexanizm işə düşüb. Müraciətlər Elektron Hökumət Portalı üzərindən İpoteka və Kredit Zəmanət Fondunun “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə elektron imzadan istifadə etməklə həyata keçirilir. Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin yerləşdiyi ərazilərin ilkin ünvanı da artıq bəllidir. BakuCity...
Cəmiyyət
Dəyişikliklər yanvarın 25-dən tətbiq ediləcək Daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişikliklər edilib. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. “Binə” və “Sədərək” ticarət mərkəzlərini birləşdirən...
Cəmiyyət
Sürücülər xüsusi uniformada xidmət göstərəcəklər Dövlət başçısının göstərişi ilə Bakıda taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnunluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə paytaxta yeni nəsil, elektriklə işləyən 100 “London taksisi” gətiriləcək. BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, 100 elektroavtomobildən ilki artıq Bakıdadır. Bu avtomobillər 6 sərnişinin mənzil başına rahat çatması üçün hər bi...
Cəmiyyət
Tərbiyəçi uşaqlara qarşı zorakılıq edib Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, dövlət ittihamçısının kassasiya protesti təmin edilməyib,...
Ekologiya
Temperatur kəskin enəcək Bakıda və Abşeron yarımadasında yanvarın 24-də bəzi yerlərdə havanın yağıntılı olacağı, axşam sulu qara keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq. Atmo...
Cəmiyyət
Xəstədə Da-Silvanın Cone proseduru ilə tricuspid qapaq təmiri həyata keçirilib Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Dr.Ramal Həsənov ölkəmizdə bir ilkə imza atıb. Səhiyyə Nazirliyi Mətbuat Xidməti BakuCity.az-a verilən məlumata görə, Ebstein anomaliyası diaqnozu ilə Klinikaya qəbul edilən 3 yaşlı Cahid Nəsirov əməliyyat edilib. Xəstəliyin xüsusiyyəti ilə bağlı məlumat verən cərrah R.Həsənov bildirib ki, Ebstein a...
Cəmiyyət
Zibil qutusu da mərkəzi küçələrdə parkinq problemini əks etdirir Bakının mərkəzi küçələrində təcili tibbi yardım maşınının üzləşdiyi çətin vəziyyət kameraya düşüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, İctimai TV-də yayımlanan “Avtostop” verilişinin aparıcı Tural Yusifov sözügedən vəziyyəti avtomobilinin videoregistratoru vasitəsilə qeydə alıb. Həmçinin oxu: Bakı-Quba yolunda 3 təcili yardım maşını qəzaya uğradı: 7 yaralı - FOTO Ünvana çağırışa g...
Cəmiyyət
Bakıda yaradılan mərkəzi rayonun yerləşəcəyi ərazilər açıqlanıb “Keçən il mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə fikir səsləndirilib. Hazırda bu istiqamətdə iş aparılır”. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildiri...
Ekologiya
Qarlı günlərin sayı azalır Son zamanlar iqlim dəyişmələri, qlobal istiləşmə barədə çox danışılır, çox yazılır. Yer kürəsində havanın temperaturunun son 100 ildə 1 dərəcə yüksəlməsi faktı artıq şübhə doğurmur. Statistika planetimizdə tufanların, qasırğaların, sel və daşqın hadisələrinin, quraqlığın, isti və soyuq hava dalğalarının nəzərəçarpacaq dərəcədə artdığını göstərir. BakuCity.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidr...
Cəmiyyət
Turistlərin sayı artır Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb. Böyük Qala 3 və 5 ünvanlarında yerləşən yaşayış binalarının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, sakinlərin rahatlığı və təhlükəsizliyi üçün onlar müvəqqəti yaşayış yerləri ilə təmin olunublar. BakuCity.az xəbər verir ki, bun...
Cəmiyyət
Gələn ilin martına qədər işlər başa çatdırılacaq “Üzən Günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə Günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulu...
Kriminal
Hadisə yerindən qaçıb Bakıda bıçaqlanma hadisəsi olub. BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu Xətai rayonu ərazisində birlikdə yemək yeyib, spirtli içki qəbul edəndən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranı...
Cəmiyyət
İki il əvvəl xidmətdən xaric edilib Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırmalar aparılıb. "Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında x...
Cəmiyyət
Nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb Bakı Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə işıqforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, bu çərçivədə vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişik...
Siyasət
Dövlət başçısı sərəncam imzalayıb Prezident İlham Əliyev Mixail Solomonoviç Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən məlumat verir. M.Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. BakuCity.az
Cəmiyyət
Dalğanın hündürlüyü 5 metrə çatacaq Xəzər dəniz akvatoriyasında yanvarın 23-də cənub-qərb, qərb küləyinin sürəti 18-23 metr saniyədən arabir 25-28 metr saniyəyədək güclənəcək. 23-ü axşam isə küləyin şimal-qərb küləyi ilə əvəz olunacağı, 18-23 metr saniyədən arabir 25-28 metr saniyəyə çatacağı gözlənilir. Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda isə 3-5 metr olacaq.  Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov BakuCity.az-a b...
Cəmiyyət
Yeni qayda bu gündən tətbiq olunur Azərbaycan daxilində hərəkət edən qatarlara bilet satışı qaydasına dəyişiklik edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən BakuCity.az-a verilən məlumata görə, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər. Dəyişiklik bilet satışının təkmilləşdirilməsi və sərnişinlərin biletləri daha rahat və tez almasına xidmət edir. Bilet s...
Cəmiyyət
Binanın həyətində vətəndaşların istirahəti də nəzərə alınıb Kirayə mənzillər üçün elektron müraciət ötən gün səhər saat 10:00-da başlamalı olsa da, sayta çox sayda insanın daxil olması səbəbindən müraciətləri qeydə almaq mümkün olmadı. İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərə media-tur təşkil edərək mənzillərin vətəndaşlara hansı vəziyyətdə təhvil veriləcəyini göstərib. BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, elektron sistemdəki problemlə ba...
Siyasət
Avropa komissarı da gələcək  Fevralın 28-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək. Energetika Nazirliyindən BakuCity.az-a bildirilib ki, sözügedən tədbirdə iştirak etmək məqsədilə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun da Azərbaycana səfər edəcəyi gözlənilir. Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz-2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmər...
Hadisələr
Ərazi polislər tərəfindən mühasirəyə alınıb Bakı şəhərinin Binəqədi rayonunda əl qumbarası tapılıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakuCity.az-a verilən məlumata görə, yanvarın 22-si saat 13:34-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən 9...
Cəmiyyət
Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da keçiriləcək 2020-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub DİM-dən BakuCity.az-a verilən məlumata görə, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanlar...
Cəmiyyət
"Jeep" əks yola çıxıb Bakıda 90-VH-607 dövlət nömrə nişanlı, “Jeep” markalı avtomobil əks yola çıxmağına peşman olub.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Niva” markalı avtomobilin sürücüsü həmin şəxsi qaydaları pozduğuna görə peşman edib.  Avtomobillər bir neçə dəqiqə yolun ortasında hərəkətsiz dayanıb. Daha sonra “Jeep” qismən sağa manevr edərək “Niva”ya yol verməli olub. BakuCity.az
Cəmiyyət
"Çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq" "Müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir”. BakuCity.az xəbər verir ki, Bunu Qaynarinfo-ya "Azərsun Holdinq” MMC-dən İmişli Şəkər Zavodunda 500 fəhlənin işdən çıxarılmasına münasibət bildirilərkən deyilib. Holdinq bəyan edir ki, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb: "Belə ki, 20...
Kriminal
Avtobuslarda da cibgirlik edib Daxili İşlər Nazirliyinin (DİN) xəstəxanada körpədən telefonu alıb aparan şəxsin görüntüsünü yayıb. DİN-in Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, vaqonlarda və platformalarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Keçirilən əməliyyat...
Cəmiyyət
Avtobuslarda xüsusi mexanizm quraşdırılıb 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, agentliyin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "İsuzu Citiport" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar s...
Mədəniyyət
Mahnının xronometrajı maksimum 3 dəqiqə olmalıdır "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətindən BakuCity.az-a bildirilib ki, “Eurovision - 2020” üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını [email protected] elektron ünvanına və ya (050) 235 85 65 whatsapp nömrəsinə göndərə bilərlər. Azərbaycan üzrə rəsmi y...
Cəmiyyət
Satışına məhdudiyyət qoyulmuş həblər tapılıb Bakıda aptek işçiləri narkotik vasitələri satarkən saxlanılıblar. Bu barədə BakuCity.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər saki...
Ekologiya
Temperatur 4-6 dərəcə aşağı enəcək Bakıda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, yanvarın 23-də paytaxtda güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir intensivləşəcəyi, 24-ü axşam, 25-nə keçən gecə bə...
Cəmiyyət
Zoopark tamamilə yenidən tikilir Paytaxtda turistlər və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı zooparkındakı tikinti işləri yay aylarının sonunda başa çatacaq. BakuCity.az-ın məlumatına görə, bunu Baku.ws-ə Bakı Zooloji Parkının tikinti-layihə rəhbəri Ramin Vəliyev bildirib. Onun sözlərinə görə, Bakı zooparkı tamamilə sökülüb və yenidən tikinti işləri aparılıb: “Bildiyiniz kimi, Bakı zooparkı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ət...
Ekologiya
Meteohəssas insanlar üçün əlverişsiz olacaq Yanvarın 23-də Bakıda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə...
Cəmiyyət
Ərazidə metro stansiyasının tunelləri qazılıb Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır: "B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün...
Cəmiyyət
Tədbirlər görülür İpoteka və Kredit Zəmanət Fondu bu gün satışına start verilən kirayə mənzillərlə bağlı açıqlama yayıb. Fonddan BakuCity.az-a verilən məlumata görə, nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb: “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” po...
Hadisələr
Avtomobil yararsız vəziyyətə düşüb  Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Səhər saatlarında adıçəkilən yolda hərəkətdə olan 41-BC-069 dövlət nömrəli "BMW X5" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Yüksəklikdən dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb. Şahidlərin bildirdiyinə görə, hadisə zamanı ciddi xəsarət alan olmayıb...
Hadisələr
Cinayət işi açılıb Bakıda fəhlə faciəvi şəkildə ölüb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də, saat 12 radələrində, paytaxtın Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb. Belə ki, “İKMA Services” MMC tərəfindən lift quraşdırılması zamanı həmin şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ö...
Cəmiyyət
ASC abonentlərdən üzr istəyir Bakının bir sıra ərazilərində su olmayacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, magistral kəmərlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 22 yanvar 2020-ci il tarixində gün ərzində Suraxanı rayonu Hövsan kəndi, Bahar və Qum adası yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. BakuCity.az
Cəmiyyət
6 sərnişin yerləşir Azərbaycan Televiziyasının “Telesəhər” verilişində Bakıya yeni gətirilən “London” taksisi ilk dəfə olaraq görüntülənib. BakuCity.az xəbər verir ki, verilişin qonağı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yeni taksilərin elektriklə işlədiyini xatırladıb. Qeyd edib ki, bu taksi avtomobilləri tam enerjini bir saata yığır və bir yığıma...
Cəmiyyət
10 kəsim sahəsinə baxış keçirilib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, AQTA əməkdaşları Səbail rayon İcra Hakimiyyəti nümayəndələri və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ilə birgə Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrin...
Cəmiyyət
Uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri görülür Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərini davam etdirir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, imzalanan sərə...
Hadisələr
Yanğın söndürülüb Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Xətai rayonu, Natiq Əliyev, 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər evlərindən çıxa bilmədiklərini deyiblər. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yalnız b...
Cəmiyyət
13 yerdə ödəmə məntəqəsi təşkil olunub Fevral ayının ilk günlərindən etibarən sərnişin avtobuslarının kart sisteminə inteqrasiyası daha da sürətləndiriləcək. Bu barədə BakuCity.az AzTV-yə istinadən məlumat verir. Avtobusların kart sisteminə keçidindən əvvəl həmin xətlərdə mütəxəssislər tərəfindən təhlillər aparılır, ehtiyac olan yerlərdə yeni dayanacaqlar və “BakıKart”ın balansını artırmaq üçün terminallar quraşdırılır. 24 yanvar tarixindən isə 4 nömrəli m...
Hadisələr
İki yaralı xəstəxanaya yerləşdirilib Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb. “Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb. Həmçinin oxu: Bakıda avtomobil dirəyə çırpıldı, xəsarət alanlar var - FOTO + VİDEO Piyada - 199...
Hadisələr
Şahidlərin izahatı alınıb Bakının Nərimanov rayonunda xuliqanlıq zəmnində hadisə baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da mübahisə düşüb. Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobildən bıçaq götürərə...
Cəmiyyət
Müraciətlər bu gündən başlayır İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərlə bağlı vətəndaşların hara və necə müraciət etməli olduğunu açıqlayıb. BakuCity.az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, vətəndaşların müraciətlərinə Bakı 2 saylı “ASAN kommunal” və Sumqayıt “ASAN xidmət” mərkəzlərində baxılacaq. İlkin olaraq elektron müraciətin ilk mərhələsini keçən vətəndaşlar elektron növbə ilə görüşə dəvət olunacaqlar. Həmçinin oxu: Satışa çıxarılan kirayə...
Cəmiyyət
Göndərişlərin qüvvədə olma müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb  Nazirlər Kabinetinin yeni Qərarları ilə “Əlilliyin qiymətləndirilməsi Qaydaları” və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” təsdiq edilib.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, yeni qəbul olunmuş bu normativ hüququ ak...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?