usd:
1,70 ₼
eur:
2,01 ₼
Bu gün
+20... 22 °С
Buludsuz, yağmursuz
Sabah
+20... 22 °С
Buludlu, yağmursuz
Bu gün
+20... 22 °С
Buludsuz, yağmursuz
Sabah
+20... 22 °С
Buludlu, yağmursuz
Filters
Filters
Hadisələr
Bakının Səbail rayonunda iki avtomobil toqquşub. BakuCity.az xəbər verir ki, hadisə Bakı-Salyan şossesinin üçüncü kilometrliyində qeydə alınıb. “Kia” markalı avtomobil hərəkətdə olan zaman “Lada Priora” markalı nəqliyyat vasitəsi qəfil onun qarşısına çıxıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alıb. (APA TV) BakuCity.az
Cəmiyyət
Karantin qaydalarına riayət etməyən sərnişinlər var. "Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına əməl etmələri xahiş olunur. Əks təqdirdə bu, metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər". BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. B.Məmmədov deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlə...
Siyasət
Donald Tramp Amerikanın ən güclü silaha sahib olduğunu deyib. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bir daha ölkəsinin həm Rusiya, həm də Çinin həsəd aparacağı ən güclü silaha sahib olduğunu deyib. BakuCity.az xəbər verir ki, Ağ Evin rəhbəri seçkiqabağı mitinqdə çıxışı zamanı bu silahın bəşər tarixində ən böyük silah olduğunu bildirib. Trampın dediyinə görə, ordunu canlandırmağa və heç kimin ağlına belə gətirməyəcək səviyyəyə qaldırmağa müvəff...
Cəmiyyət
Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək. Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və...
Kriminal
Bakıda intihara cəhd olub. BakuCity.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 33 yaşlı Sahil Məmmədov yaşadığı evin həyətindəki köşkdə özünü asıb. Hadisə yerinə yetişən şəxslər onu xilas edib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. BakuCity.az
Cəmiyyət
Tofiq Yaqublunun vəkilinin vəsatəti təmin edilib. Bu gün Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib. BakuCity.az xəbər verir ki, hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb. Həmçinin oxu: Bakı polisi və prokurorluq Tofiq Yaqublu ilə bağlı birgə məlumat yaydı Qeyd edək k...
Cəmiyyət
"Sədərək" nəzarətə götürülüb. Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan "Sədərək" Ticarət Mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradıb. BakuCity.az xəbər verir ki, bu barədə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib. Müşavirin sözlərinə görə, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb: "Bu barədə ticarət mərkəzinin rəhbə...
Cəmiyyət
Sutka ərzində ümumilikdə 117 nəfər koronavirus infeksiyasına yoluxub. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakuity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
Pensiya sistemi təkmilləşdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əmək pensiyaları haqqında qanuna dəyişiklik" layihəsi hazırlanıb. BakuCirty.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihə pensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına ş...
Mədəniyyət
Nişan Moskvada baş tutub. Azərbaycanın xalq artisti, tanınmış müğənni Emin Ağalarov Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlanıb. BakuCity.az xəbər verir ki, bu barədə xəbər sosial şəbəkədə yayılıb. Eminlə Fatimənin nişan mərasimi Moskvada baş tutub. Bir müddət öncə Emin Ağalarov həmin xanımın şərəfinə musiqi də bəstələyib: “Bu, mənim üçün gözlənilməz bir musiqidir”, - E.Ağalarov bildirib....
Ekologiya
Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz...
Cəmiyyət
"Şəki Bazarı" ASC koronavirusun yayılmasınamsəbəb olub. "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi Şəkidə yerləşən “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin Covid-19 infeksiyasına yoluxduğu aşkar edilib". BakuCity.az-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. “Şəki Bazar” ASC-də baş verən...
Cəmiyyət
Bu dərman ürək tumasına səbəb ola bilər. COVID-19-a yoluxma zamanı ağırlaşmalarla mübarizə üçün istifadə olunan "Azitromitsin" antibiotiki digər başqa preparatla birgə istifadə zamanı ürəktutmasına səbəb ola bilər. BakuCity.az xəbər verir ki, bu barədə "Report" "JAMA Network Open" jurnalına istinadən xəbər yayıb. Belə ki, bu nəticəyə Çikaqodakı İllinoys Universitetinin alimləri gəliblər. Mütəxəssislər 44 milyondan çox pasiyent haqqında məlumatları öyrənibl...
Cəmiyyət
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) növbəti əməliyyatını keçirib. BakuCity.az xəbər verir ki, DTX-nin apardığı araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşaiyət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şə...
Cəmiyyət
Türkiyəli həkim, professor Zafer Cantürk pandemiyanın ikinci dalğasına hazırlıqlı olmağı, bunun birinci qədər təhlükəli olacağını bildirib. BakuCity.az xəbər verir ki, baş həkim Z. Cantürk bütün dünyada yeni bir dalğalanmanın başladığını deyib: "Doğurdan da çox ciddi bir problemlə qarşı-qarşıyayıq. Bütün dünyanı çətinə salan bir haldır. Nəticə etibarı ilə birinci dalğaya nisbətən daha hazırlıqlıyıq, amma bu ikinci dalğanın daha asan keçəcəyi demək deyil. İ...
İdman
"Neftçi” dünən avrokuboklarda növbəti matçını keçirib. BakuCity.az xəbər verir ki, bakılılar II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray” klubu ilə oynayıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticəlnib. Bununla da "Neftçi" Avroliqada mübarizəni dayandırıb. BakuCity.az
Cəmiyyət
"Sərt karantin rejimi tətbiq olunsa belə əgər vətəndaşlar qaydalara riayət etməsələr, yoluxma durmadan artacaq”. BakuCity.az  xəbər verir ki, bu sözləri açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev bildirib ki, məktəblərin açılması, ictimai nəqliyyatda yaranan sıxlıq pandemiyanın alovlanmasına səbəb ola bilər: "Dərslərin başlaması ilə əlaqdədar avtobus və metroda yaranan sıxlıq, virusun yayılmasında böyük rol oynayır. Mən hər...
Cəmiyyət
BMM boşaldılır. Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.  BakuCity.az xəbər verir ki, yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq. Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.  Həmçinin oxu: Əli Həsənov Dubayda: bahalı səhər yeməyi - FOTOLAR BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova m...
Ekologiya
Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti...
Cəmiyyət
Türkiyədə saxlanılan Qurban Mmmədov buraxılıb. Azerfreedom kanalının rəhbəri, Türkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov sərbəst buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb. Qoşqar Məmmədovun qeyd edib ki, Qurban Məmmədov İngiltərəyə qayıdır. Qeyd edək ki, Qoşqar Məmmədov bu gün atasının Türkiyədə saxlanılması barədə məlumat yaymışdı. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. Bakıda əhali sıxlığını, bunun üzərinə yeni tədris ili ilə əlaqədar məktəb və universitetlərin açılmasını gəlsək yoluxma hallarının vəziyyətə təsiri necə olacaq? Mövcud epidemiya təhlükəsi müəllim-şagird, müəllim-tələbə kontingentini nə qədə...
Kriminal
Gənc oğlan Bülbülə qəsəbəsində ürəyindən bıçaqlanıb. Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. BakuCity.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 ya...
Cəmiyyət
“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı xəbərlər yayılıb. Bu barədə onun oğlu Qoşqar Məmmədov şəxsi “Facebook” hesabında paylaşım edib. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bu barədə heç bir məlumatının olmadığını qeyd edib. Həmçinin oxu: Qurban Məmmədov Türkiyədə həbs olundu - FOTO “Harada saxlanılıb? Mənim məluma...
Cəmiyyət
Falçılar "Azenco" şirkətinin rəhbəri Faiq Ağayevin xanımının külli miqdarda pul alıblar. BakuCity.az xəbər verir ki, cindar Hüseyn kimi tanınan Əlizadə Hüseyn Qağaməli oğlu və anası Lalə İbrahimova Faiq Ağayevin həyat yoldaşı Ağayeva Rübabə Cəlal qızına özlərini falçı kimi təqdim edərək onun ailəsi üzərində qara qüvvələrin hökm sürdüyünü deyiblər. Onların evlərində, iş yerlərində caduların olması və caduların təmizlənmədiyi təqdirdə həyat yoldaşı Faiq Ağay...
Cəmiyyət
“Hamımız uşaqların yenidən məktəbə getməsini istəyirik. Məktəbləri bağlamaq qərarı son çarə kimi olmalıdır”. BakuCity.az “Tengrinews”-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyası zamanı məktəblilərin təhsili barədə danışarkən deyib. T.A.Qebreyesus qeyd edib ki, uşaqlar virusun ciddi təsirlərindən xeyli dərəcədə xilas olsalar da, başqa məsələlərdə zərər görüblər: “Bir çox ölk...
Cəmiyyət
Bakıda daha bir qəsəbəsində təmir-bərpa və abadlıq işləri aparılır. BakuCity.az xəbər verir ki, Balaxanıdan sonra Bibiheybət qəsəbəsin də turistik məkana çevriləcək. Artıq qəsəbədə müvafiq işlərə başlanılıb. Qəsəbənin bəzi hissələrindən fotolar sosial şəbəkələrdə paylaşılıb.
Cəmiyyət
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi erməni dili kursları təşkil edir. BakuCity.az xəbər verir ki, hazırda həmin kurslara qəbul prosesi gedir.  Həmin kursların məzunlarından biri olan Roza Əsgərova altı ay erməni dili kurslarına gedib, hazırda araşdırmaçı kimi çalışır. R.Əsgərova düşmən haqqında məlumatları ilkin mənbədən almağın daha düzgün olduğunu düşünür. Daha ətraflı ARB24-ün süjetində: BakuCity.az
Kriminal
Axtarışda olan Qurban Məmmədov saxlanılıb. Azərbaycan Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədov Türkiyədə saxlanılıb. BakuCity.az xəbər verir ki, bu barədə oğlu Qoşqar Məmmədov məlumat yayıb.  Qeyd edək ki, Q.Məmmədov və digər şəxslər Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarlar...
Siyasət
Araik Arutyunyanın istefası tələb olunur. Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyanın istefası tələbilə gənclərin yürüşü keçirilib. BakuCity.az xəbər verir ki, yürüş dünən həyata keçirilib. Yürüş iştirakçıları Ermənistan hökumətinindən ağıllı davranmağı və A.Arutyunyanın istefasını müzakirəyə çıxaracağı tələb edirlər. “Nazirlər Kabinetinin sabahkı toplantısından sonra biz növbəti addımlarımızı müəyyən edəcəyik. Bizim qırmızı xətti...
İdman
"Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarda  dəyişiklik edilib. BakuCity.az xəbər verir ki, bunula bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda "Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə” sözləri "İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə” sözləri ilə və "təyin” sözü "müəyyən” sözü ilə əvəz edilib. Dəyişikliyə əsasən, idman sahəsi...
Cəmiyyət
Rusiyanın Dağıstan Respublikası ərazisində qalan daha 400 Azərbaycan vətəndaşının bu gün ölkəyə qayıtması təmin olunub. BakuCity.az xəbər verir ki, soydaşlarımız avtobuslarla "Samur" sərhəd-keçid məntəqəsindən ölkəyə gətirilib. Onlar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib, müvafiq tibbi yo...
Cəmiyyət
İsmayıl Abdullayev işdən ayrılıb. "İdman TV"nin tanınmış aparıcısı İsmayıl Abdullayev sözügedən telekanaldan ayrılıb. BakuCity.az xəbər verir ki, şərhçinin işindən ayrılması öz istəyi ilə baş verməyib. Ayrılığın telekanal daxilində baş verən problemlərdən qaynaqlandığı bildirilir. Yaxın günlərdə növbəti ayrılıqların baş verəcəyi isə istisna edilmir. Qeyd edək ki, bir müddət öncə "İdman TV"nin daha bir tanınmış şərhçisi Ramiz Mirzəzadə işindən ayrılaraq "CB...
Cəmiyyət
"Sədərək” və “Binə” ticarət mərkəzləri gizli fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, ölkədə yayılmış koronavirus infeksiyasının qarşısını almaq məqsədi ilə bir sıra qadağalar tətbiq edilib. Qadağalardan biri də iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılmasıdır. BakuCity.az xəbər verir ki, Baku TV Bakının böyük ticarət mərkəzlərindən sayılan “Sədərək” və “Binə”də fəaliyyət göstərən m...
Kriminal
Tərtər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun "Dörd yol qəsəbəsi" adlanan hissəsində baş verib. Bərdə rayonunun Xanərəb kənd sakini, 27 yaşlı Süleymanov Asif Şəmi oğlu atla hərəkətdə olduğu zaman yük maşını onu vuraraq qaçıb. Yaralını yaxınları Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, A.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdı...
Ekologiya
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən səhər və axşam fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə...
Cəmiyyət
"Karqo Şamil”lə Ramiz Mehdiyev şərikdirlər. "Karqo Şamil” ləqəbli iş adamı Şamil Heydərov AMEA prezidenti Ramiz Mehdiyevlə yaxın şəriklik münasibətlərinə malikdir. Şamil Heydərovun iş adamı kimi yüksəlməsində Prezident Adminstrasiyasının keçmiş rəhbərinin böyük rolu olub”. BakuCity.az xəbər verir ki, bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdə daxil olub. Mənbə iddia edir ki, Şamil Heydərovun şirkətinə məxsus ümumilikdə 27 hektardan ibarət olan...
Cəmiyyət
Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. BakuCity.az xəbər verir ki, Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Belə ki, ümumi yoluxma hallarının 56,1%-i paytaxtın payına düşür. İkinci yerdə 15,6 fazilə Abşeron qərarlaşıb. İlk üçlükdə isə 10,4 faizlə Aran dayanır. Növbəti yerlərdə Gəncə-Qazax (6,4%), Lənkəran (4,3%), Quba-Xaçmaz (2,1%),Şəki-Zaqatala (1,8%), Dağlıq Şirvan (1,6%), Yu...
Hadisələr
Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülü...
Cəmiyyət
Britaniyalı kişi karantin tədbirlərinə riayət etməyin orijinal üsulunu tapıb. O,  koronavirus infeksiyasından qorunmaq üçün maska əvəzinə boğazına ilan dolayıb gəzir. BakuCity.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb. Yayılan görüntülərdə üzünə maska taxmaq əvəzinə boğazına ilan dolamış kişinin avtobusda əyləşdiyi görünür. Avtobusun şoka düşmüş sərnişinləri isə qorxudan kişiyə yaxınlaşa bilməyiblər, beləliklə kişi eyni anda iki hədəfinə çatıb:...
Cəmiyyət
Bakının rayonları arasında koronavirusa yoluxmaların sayında “lider” dəyişməyib. BakuCity.az koronavirusinfo.az-a istinadən xəbər verir ki, yoluxmaların sayına görə Binəqədi rayonu hələ də ilk sıradadır. Paytaxtdakı ümumi yoluxma halların 14,3%-i bu rayonun payına düşür. Tam siyahı: Yasamal rayonu (11,8%); Sabunçu rayonu (11,6%); Nəsimi rayonu (8,9%); Nərimanov rayonu (8,4%);  Suraxanı rayonu (8.0%);  Qaradağ bölgəsi (7,6%);  Nizami rayonu (7,1%);  Xəzər r...
Cəmiyyət
Bakıda sərnişin avtobuslarının dayanacaqlara nəzərdə tutulan vaxtdan gec gəlmələri ilə bağlı şikayətlər var. BakuCity.az xəbər verir ki, sərnişinlər "Report"-a avtobusların qrafik üzrə işləməməsindən, bəzən gecikmələrin çox olmasından şikayət ediblər.  Problemlə yerindəcə tanış olmaq üçün saytın əməkdaşları şəhərin müxtəlif dayanacaqlarında müşahidələr aparıb. Məlum oldu ki, ən çox şikayətlər 175, 161, 103, 6, 21, 46 və 49 saylı marşrut avtobuslarındandır....
İdman
"Qarabağ" komandası bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək. BakuCity.az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Norveçin 'Molde" klubu ilə üz-üzə gələcək. Kiprdəki "AEK Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Oyun püşkün nəticəsinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşməli idi. Lakin Norveç təmsilçisi Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildi...
Siyasət
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyada yeni vəzifəyə təyin olunub. Aydın Hüseynova Yeni Azərbaycan Partiyası (YAP) Təşkilat şöbəsinin müdiri vəzifəsi həvalə olunub. Bu təyinatdan sonra sosial şəbəkələrdə deputat Siyavuş Novruzovun istefa verdiyi YAP icra katibinin müavini vəzifəsinin də Aydın Hüseynova tapşırıldığını iddia edənlər var. BakuCity.az xəbər verir ki, partiyanın mətbuat katibi Hüseyn Paşayev sözügedən iddiaların tamamilə...
Cəmiyyət
Yeni təhsil müəssisələri istifadəyə verilir. 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.  BakuCity.az xəbər verir ki, Fondun təşəbbüsü və dəstəyi ilə bu tədris ilində 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunub: 1. Bakı şəhəri, Zirə qəsəbəsi, 2 saylı uşaq bağçası, 80 yerlik 2. Bakı şəhəri,...
Mədəniyyət
Bu gün Azərbaycanda 2020-2021-ci tədris ilinin ilk dərs günüdür. Tədris ili koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən məktəblərdə yeni qaydalar tətbiq olunur. Övladını bu gün birinci sinfə yola salanlar arasında tanınmış simalar da var. BakuCity.az övladını və nəvəsini ilk dəfə paytaxtda yerləşən məktəblərə yola salnlan məşhurları təqdim edir: Əməkdar artist Gülüstan Əliyevanın nəvəsi Banu birinci sinfə yollanıb. Aparıcı Aytəkin Mərdanovanın qızı...
Cəmiyyət
Bakıda xəyanət edən qızı nişanlısı dəniz kənarında videoya çəkib. BakuCity.az xəbər verir ki, oğlan nişanlısını diz üstə çökdürüb və məcbur edib ki, qız özünə əxlaqsız desin. Daha sonra görünütləri sosial şəbəkədə yayımlayıb. BakuCity.az
Cəmiyyət
Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntülənib. Prezidentin keçmiş köməkçisi Əli Həsənov artıq Türkiyəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. BakuCity.az Dubaydakı mənbələrdən əldə etdiyi məlumata görə Əli Həsənov Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan "W" oteldə səhər yeməyində görüntülənib. Həmçinin oxu: Əli Həsənov lüks villasında istirahət edir "W" oteli bütün dünyadan zəngin insanla...
Mədəniyyət
Mədəniyyət Nazirliyinə yeni təyinatı olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirliyin mətbuat xidməti məlumat yayıb.  Məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cəfərli Azad Məhyəddin oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Həmçini...
Cəmiyyət
BMTM ödənişsiz erməni dili öyrədir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) növbəti - ikinci dəfə ödənişsiz erməni dili kursu təşkil edir. BakuCity.az xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib. Belə ki, kursda erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan dövlət qurumlarının nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq gənc tədqiqatçılar iştirak edə bilər...
Hadisələr
Həyəcan siqnalı! "Son bir ay ərzində ikinci avtobusun yanması xoşagələn hal deyil. Hər iki yanğın hadisəsi göstərir ki, avtobusların üzərində nəzarət mexanizmi daha təkmilləşdirilmiş formada olmalıdır". BakuCity.az xəbər verir ki, bu fikri yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov bildirib. Azər Allahverənovun sözlərinə görə, bu məsələdə müəyyən boşluqlar mövcuddur: "Avtobusun yanması hadisəsi elə-belə hal deyil. Bu məsələ mütləq araşdırıl...
Ekologiya
Hava şəraiti kəskin dəyişəcək. Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında sentyabrın 15-i günün ikinci yarısından  18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, ar...
Cəmiyyət
TƏBİB rəsmisi əhaliyə ciddi xəbərdarlıq edib. "Əgər karantin rejimi tam yumşaldılırsa, insanlara müəyyən sərbəstliklər verilirsə, buna görə arxayınlaşmamalıyıq. Xəstəliyə qarşı vaksin əlimizidə deyil. Qorunma tədbirlərindən istifadə etməliyik". BakuCity.az xəbər verir ki, bunu TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov "Real intervyu"nun qonağı olarkən deyib. Həmçinin oxu: Koronavirus yenidən sürətlə yayılır - VİDEO Akif Qurbanov bildirib ki, in...
Siyasət
Ermənilər növbəti dəfə təxribat törədib. Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onu...
Cəmiyyət
“Boş gün yoxdur...” Toylara icazənin verilməsi ilə bağlı son günlər bəzi millət vəkillərinin təkliflərindən sonra şadlıq evlərinə sifarişlər artıb. Toy etmək istəyənlər oktyabr və noyabr ayları üçün sıraya düzülüblər. Növbə üstündə əməlli başlı mübahisə düşür desək yalan olmaz. Bəs qiymət artımı necə, gözlənirmi? BakuCity.az xəbər verir ki, məhərrəmlikdən sonra toyların təşkilinə icazə veriləcəyi ilə bağlı yayılan xəbərlər vətəndaşlarda əməlli-başlı ümid y...
Hadisələr
Böyük Şor yolunda avtomobil qəzası baş verib. BakuCity.az xəbər verir ki, 99 ML 207 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil “Range Rover”lə toqquşub. Nəticədə hər iki avtomoiblə ciddi ziyan görüb. İnsan itkisi haqqında hələlik məlumat yoxdur. (oxu.az) BakuCity.az
Siyasət
Azərbaycan öz hava məkanını Rusiyanın Suriyadan qayıdan DRLOU A-50 hərbi təyyarəsi üçün bağlayıb.  BakuCity.az xəbər verir ki, bu barədə sentyabrın 11-də Rusiyanın Telegram kanalı "Ovçunun qeydləri"ndə (Записки охотника) məlumat verilib. Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Xəzər dənizi ətrafında uçmalı və Mozdokdakı aerodroma qayıtmalı imiş, amma rəsmi Bakı buna icazə vermədiyi üçün təyyarələr ayrı marşrut üzrə uçmaq məcburiyyətində q...
Cəmiyyət
23 min insana sevindirici xəbər verilib. Bu ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi yaşlı əhalinin sosial təminat sistemi ilə əhatə olunmaq imkanlarını və bu sistemin əhatə dairəsini daha da artırıb. BakuCity.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumata görə, bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, amma pensiya hüququ yaranmayan 23 mi...
Cəmiyyət
Dünyada 54 min 231 nəfərə COVID-19 diaqnozu qoyulub. BakuCty.az xəbər verir ki, 13 sentyabrda dunyada koronavirus infeksiyası aşkarlanan insanların sayı 28 milyon 985 min 646 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 1221 nəfər artaraq 925 min 301 nəfər olub. Gündəlik yoluxma sayı ən çox Hindistan, ABŞ, Braziliya, Fransa, Argentina, Peru, Meksika və Rusiyada qeydə alınıb. Avstriya kansleri Sebastian Kurts hazırda koronavirusa yoluxma ilə bağlı artımı pande...
Cəmiyyət
Koronavirusun müalicəsində istifadə edilən ağrıkəsicilərin intensiv istifadəsinin böyrəklərə təsiri üzə çıxıb. BakuCity.az xəbər verir ki, bu fakt araşdırma ilə sübut olunsa da, mütəxəssislər ağrıkəsicilər barədə xəbərdarlıq edib. Türkiyə Böyrək Vəqfi Əhməd Dializ Mərkəzinin baş həkimi, nefroloq Bilal Görçin bildirib ki, saç köklərindən ayaq dırnaqlarına qədər şiddətli ağrılar hiss edən xəstələrə parasetamol və güclü revmatizm ağrıkəsiciləri verilir: "Yata...
Siyasət
Sabahdan Ermənistanda hərbi səfərbərlik həyata keçiriləcək. BakuCity.az “1in.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat yayıb. Onun sözlərinə görə, 2020-ci ilin sentyabrın 15-dən dekabrən 20-dək ehtiyatda olan kiçik zabit heyəti və zabitlər ciddi qaydada hərbi səfərbərliyə cəlb olunacaq. “Hərbi səfərbərliyə dəvət olunanlar ciddi qaydada tibbi müayinədən keçəcək. Dəvət edilən hər hansı şəx...
Ekologiya
Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmos...
Cəmiyyət
Ramiz Mehdiyev və Əli Həsənov Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri vəzifəsindədirlər. “Uzun illərdir ki, vəzifəli şəxslərin dövlət ali məktəblərində kafedra müdiri vəzifələrini tutmaları geniş vüsət alıb. Bu, elmə və təhsilə hörmətsizlikdır”. BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib. Eldar Əliyev qeyd edib ki, bu ənənə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından da yan keçməyib...
Siyasət
Ermənistanda “Böyük Turan” ordusu qorxusu yaranıb. BakuCity.az xəbər verir ki, Ermənistan mediası 3 milyona yaxın canlı qüvvənin birləşəcəyi bu ordunun Avrasiyada bütün qüvvələri əzib keçəcəyindən və bunun İrəvan üçün gələcək təhlükəsindən bəhs edir. “Ermənistanın səsi” saytı yazır ki, Turan ordusunun qurulması məsələsi yeni deyil: “Vaxtilə Türkiyənin nüfuzlu “Uluslararası Politika Akademisi” nəşri bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə, Azərbay...
Cəmiyyət
Dəniz mövsümünun bitməsinə sayılı günlər qalıb. BakuCity.az xəbər verir ki, Baku TV əməkdaşları Şıxov ictimai çimərliyində olub. Ərazidə olan ASAN xidmətin baş məsləhətçisi Nicat Abbaszadənin sözlərinə görə, rayonlara gediş-gəlişin açılması çimərliyə gələnlərin sayına təsir edib: “Gələnlərin sayında bir qədər azalma var. Güman ki, bu insanların rayonlara üz tutması ilə əlaqədardır". Dəniz mövsümünün bitməsinə son iki gün qalıb. Sentyabrın 15-də Fövqəladə H...
Cəmiyyət
Afaq Bəşirqızı oğlunun boşanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. BakuCity.az xəbər verir ki, Xalq artisti oğlunun həyat yoldaşından boşanması ilə bağlı yayılan xəbəri təkzib edib: “Düzgün informasiya deyil”. Həmçinin oxu: Xalq artistinin oğlu direktor xanımından ayrılır - FOTOLAR Qeyd edək ki, Könül Təhməzova bu günlərdə 7 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib. (teleqraf.com) BakuCity.az
Cəmiyyət
Bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. BakuCity.az xəbər verir ki, ən çox yoluxma halı Bakıda qeydə alınıb. Bununla belə əvvəlki göstəricələrlə müqayisədə Bakıda yoluxma 1% azalaraq 56,1% olub. Sonrakı yerlərdə 15,6% Abşeron, 10,4% Aran, 6,4% Gəncə-Qazax, 4,3% Lənkəran, 2,1% Quba-Xaçmaz, 1,8% Şəki-Zaqatala, 1,6% Dağlıq Şirvan, 1% Yuxarı Qarabağ qərarlaşıb. Həmçinin oxu: ÜST: "Əhalinin 70 faizi peyvənd olunmalıdır" - VİDEO Ən az yoluxm...
Cəmiyyət
Bakı metrosu fəaliyyətə başlayıb. Bu gün səhər saat 06:00-dan etibarən, 72 günlük aradan sonra metronun fəaliyyəti bərpa olunub. BakuCity.az xəbər verir ki, metroda da tibbi göstərişlərin yerinə yetirilməsi məcburidir. Sərnişinlərin vaqonlarda tibbi maskadan istifadə etməsinə xüsusi nəzarət olacaq. Maskanı çıxaran vətəndaşlara xəbərdarlıq ediləcək. Həmçinin oxu:Bakı metrosu bu tarixə qədər işləməyəcək Pandemiya şəraitində metrodan istifadə qaydalarına riay...
Mədəniyyət
Afaq Bəşirqızının oğlu məktəb direktoru olan həyat yoldaşından boşanır. BakuCity.az xəbər verir ki, Xalq artistinin oğlu Səmral Təhməzov nikahın pozulması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 16-da hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək. Cavabdeh qismində Təhməzova Könül Arif qızı tanınıb. Könül Təhməzova paytaxtın 7 nömrəli tam orta məktəbində direktorudur.  (unikal.org) BakuCity....
İdman
"Neftçi" - "Qalatasaray" oyunun heyəti məlum olub. Türkiyənin "Qalatasaray" klubu Avroliqanın II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyunun heyətini UEFA-ya təqdim edib. BakuCity.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib.  Baş məşqçi zədəli olan Fernando Musleradan başqa, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu...
Cəmiyyət
Taksilərdə qiymət kəskin artıb. Azərbaycanda şəhərlərarası sərnişindaşıma xidməti göstərən taksilərdə qiymət kəskin artıb. BakuCity.az xəbər verir ki, artım daha çox son aylarda müşahidə olunur. Sentyabrın 8-də ölkədaxili yollardakı hərəkət məhdudiyyəti götürülsə də, taksilər qiyməti endirmir. (İctimai TV) BakuCity.az
Hadisələr
5 imtahan mərkəzdə qidadan zəhərlənmə baş verib. Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da olan ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halı qeydə alınıb. BakuCity.az xəbər verir ki, zəhərlənənlər arasında texniki heyət, işçi qrupunun üzvləri və “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub. Hadisə baş verdikdən dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. İmtahan keçir...
Kriminal
Bakıda 8 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb. Respublikanın daxili işlər orqanları tərəfindən qara bazarda dəyəri 8 milyon manat olan 86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 12-də keçirilən növbət...
Cəmiyyət
Azərbaycanda 2006 aktiv koronavirus xəstəsi var. TƏBİB-dən BakuCity.az-a verilən məlumata görə, hazırda reanimasiyada 123, süni tənəffüs aparatına qoşulu 13 koronavirus xəstəsi var. Qeyd edək ki, sentyabrın 12-nə olan ststistikaya görə Azərbaycanda koronavirusa 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Analiz nümunələri müsbət çıxmış 2 nəfər ölüb. BakuCity.az
Biznes
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. BakuCity.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 saylı qərarında əksini tapıb. Həmçinin oxu: Bakıda çimərli...
Siyasət
Hikmət Hacıyev Liviyadan olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmasına münasibət bildirib. "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdir...
Mədəniyyət
Namiq Qaraçuxurlu ilk dəfə oğlu Əlinin fotosunu paylaşıb. BakuCity.az  xəbər verir ki, ifaçının "Instagram" səhifəsinə yerləşdirdiyi foto izləyiciləri tərəfindən maraqla qarşılanıb. N.Qaraçuxurlu fotoya "belə şəkildən uzağı 2021-də də çəkdirərik və qurtardı. 2022-yə söz vermirəm. O vaxta həm Əli böyüyüb ağırlaşacaq, həm də mən yaşlanıb gücsüzləşərəm", - şərhini yazıb. Fotonu 10 minə yaxın insan bəyəndiyi şəkildəki uşağın meyxanaçının oğlu olduğu deyilir. X...
Cəmiyyət
İctimai nəqliyyat işləməyəcək.  Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır. BakuCity.az
Hadisələr
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Neftçilər metrosunun yaxınlığında 99-UE-332 dövlət nömrə nişanlı "Volkswagen Jetta" markalı avtomobil təqribi 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Qəza yerinə PPX, DYP əməkdaşları və təcili tibbi yardım briqadası və təxliyə maşını gəlib. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakı polisi qapalı yerlərdə və ictimai nəqliyyatda nəzarəti gücləndirib. Xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir. BakuCity.az xəbər verir ki, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə,...
Mədəniyyət
Lalə Azərtaş ATV ilə yollarını ayırıb. "ATV xəbər”in aparıcısı Lalə Azərtaşın işdən ayrılması və Xəzər TV-yə getməsi barədə xəbər yayılmışdı. Aparıcı sosial mediada video paylaşaraq sözügedən məlumatların doğru olmadığını, amma bununla belə 18 ildir çalışdığı ATV ilə yollarını ayırma ehtimalının olduğunu da dilə gətirmişdi. BakuCity.az xəbər verir ki, Azərtaş bu gün "Instagram" səhifəsində post paylaşaraq kanalla yollarını ayırdığını etiraf edib: "Cümə gün...
Biznes
Sürüşmə sahəsində yerləşən mənzillər söküləcək. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Zığ qəsəbəsindəki sürüşmə sahəsində yerləşən 18 ədəd iki mərtəbəli və 38 ədəd bir mərtəbəli qəzalı fərdi yaşayış evlərinin söküntüsü və ərazinin təmizlənməsi işlərinin satın alınması üçün açıq tender elan edib. BakuCity.az xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar ilkin sənədləri oktyabrın 5-i, saat 13:00-a qədər, tender təklifi və onun dəyərin...
Cəmiyyət
Bakı metrosu fəaliyyətini bərpa edir. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunmasını qərara alıb. "Bakı Metropoliteni" QSC-dən İnterAz-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərn...
Cəmiyyət
Türkiyədə müalicə olunduğu deyilən Əli Həsənovun qaldığı yer məlum olub. BakuCity.az xəbər verir ki, hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə birlikdə istirahət edir. Ə.Həsənovun sözügüdən mülkü Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin də Əonlarla bir yerdə istirahətdə olduğu deyilir. Qeyd edək ki, Prezident...
Cəmiyyət
Pirşağı-Kürdəxanı-Zabrat kanalizasiya kollektorunun tikintisi üçün açıq tender elan edib.  BakuCity.az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.  İddiaçılar ilkin sənədləri oktyabrın 5-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 14-ü, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına - Təchizat və satınalmaların idarə...
Ekologiya
Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  27-31, Bakıda gecə 19-21, gündüz 28-31 dərəcə isti o...
Siyasət
Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilər ehtiyyata buraxılıblar. Cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin ordudan qovulması barədə xəbərlərə aydınlıq gətirilib. BakuCity.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi açıqlama verib. Nazirlikdən bildirilib ki, hərbçilər nizamnaməni pozduqları və orduda qadağan olunmu...
Kriminal
Bakının Türkan qəsəbəsində inanılmaz cinayət baş verib. BakuCity.az bu barədə müsavat.com-a istinadən xəbər verir. Maytda yayılan məlumata görə, 80 və 90 yaşlı iki qadın sənəd üzərində "öldürüb”, onlara aid bağ torpaq sahələri ələ keçirilib. Daha ətraflı videoda: BokuCity.az
Cəmiyyət
3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılan üç nəfərdən birinə ambulator yardım göstərilib və o, evə buraxılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Sabunçu Klinik Xəstəxanasından məlumat verilib.  Məlumata görə, xəsarət alan bir qadın və bir kişi xəstəxanaya qəbul edilib.  Müayinə zamanı onların hər ikisinə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır. 10:57 Bakıda baş verən ağır qəzada xəsarət alanların sayı beşə çatıb. ...
Cəmiyyət
"Bu məsələ müzakirə olunur". Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunundan rayonlara gediş-gəliş açılsa da, turistlər üçün rayonlara qrup turlarının təşkilinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu barədə turizm üzrə ekspert Fariz Hacıyev açıqlama verib. F.Hacıyevin  sözlərinə görə, insanlar rayonlara səyahət məqsədilə getmək istəyirlərsə, fərdi qaydada hotelləri bronlayaraq səfər edə bilərlər: “Hazırda qrup turlarının təşkilinə yol verilmir, am...
Biznes
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb. BakuCity.az xbər verir ki, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov avqust ayı ərzində ilkin mənzil bazarında qiymətlər 4.5 faiz, il ərzində 4.21 faiz aşağı düşdüyünü deyib: "Təkrar mənzil bazarında ay ərzində 0.3 faiz qiymət artımı müşahidə edilib, il ərzində isə stabil qalıb. Qiymət artımı həm mövsümi xarakter daşıyır, həm də koronavirus pandemiyası ilə əlaqdardır. Hər iki amil qiymətlərə öz təs...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?