Filters
Filters
İdman
11:07, 19 iyun 2020
Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatları ölkə çempionatlarının rekordçularına nəsib olub. BakuCity.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk üç yeri tutan komandalar yarışın tarixində ən çox medal qazanan klublardır. Qızıl medala sahib olan “Qarabağ” 8-ci çempionluğunu və 14-cü mükafatını qazanıb. Ağdamlılar qızıl medal sayında “Neftçi”nin rekorduna şərik çıxıbsa, ümumi göstəricidə yalnız əsas rəqibindən ger...
Hadisələr
10:04, 19 iyun 2020
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən, Sabunçu rayonunda qeydə alınıb. Kürdəxanı qəsəbəsində sürücü, 1954-cü il təvəllüdlü Bayramov Süleyman Abuzər oğlu idarəetməni itirərək qəza törədib. S.Bayramov hadisə zamanı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. (report) BakuCity.az
Cəmiyyət
09:01, 19 iyun 2020
İki həftəlik karantin aprel karantinindən nəylə fərqlənəcək? "Aprel ayında tətbiq olunab karantin rejimindən fərqli olaraq bu dəfə tətbiq ediləcək iki həftəlik karantin müddətində Bakı metrosu işləyəcək. Paytaxt parklarına və bulvara giriş məhdudlaşdırılmayacaq". BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Həmçinin...
Cəmiyyət
08:53, 19 iyun 2020
Karantinin daha da sərtləşdirilməsi və cərimələrin artırılması gözlənilir. "Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər". BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı deyib. Həmçinin oxu: TƏBİB sədri: Hər kəs öz yaxınlarından bir...
Cəmiyyət
18:40, 18 iyun 2020
Azərbaycanın bəzi şəhər və rayonlarında sərt karantin rejimi tətbiq olunacaq. BakuCity.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib. Həmçinin oxu: Bakıda komendant saatı tətbiq ediləcək? - AÇIQLAMA L.Abdullayeva bildirib ki, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun...
Cəmiyyət
18:21, 18 iyun 2020
Azərbaycanda 338 yeni koronavirus faktı aşkarlanıb, 6 nəfər ölüb. Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...
Cəmiyyət
18:13, 18 iyun 2020
İctimai Televiziya və Radio Yayımları Şirkətinin iki əməkdaşı koronavirusa yoluxub. BakuCity.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, İTV-də də yoluxma şübhəsi olan əməkdalarla bağlı test verilib və onlardan ikisində nümunələr pozitiv çıxıb. Hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar. (lent.az) BakuCity.az
Cəmiyyət
17:57, 18 iyun 2020
“Hazırkı dövrədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı koronavirus infeksiyasına yoluxub”. BakuCity.az xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. F.Talıbovun sözlərinə görə, onlardan üçü Dövlət Məşğulluq Xidmətinin işçisi (bir nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin (Xətai, Nəsimi, Zəngilan), bir nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin (Nərimanov, Binəqədi, Şuşa), bir n...
Cəmiyyət
17:00, 18 iyun 2020
Həftəsonu sərt karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi danışıb. Koronavirus pandemiyası ilə əlaqədar bu həftəsonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. İ.Məmmədovun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin...
Cəmiyyət
16:35, 18 iyun 2020
Bakı metrosunda sərnişinlər üçün yenilik edilib. Bu gündən etibarən metro qatarlarında sərnişinlərə karantin qaydaları ilə bağlı yeni müraciət səsləndirilir. BakuCity.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, karantin qaydaları çərçivəsində qoruyucu vasitələrdən istifadəyə laqeyd yanaşan sərnişinlər üçün yeni elan hazırlanıb. “Bu gündən etibarən stansiyalard...