Filters
Filters
Cəmiyyət
12:38, 12 iyun 2020
Xalq artisti Teymur Mustafayev dəfn olunub. BakuCity.az xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun torpağa tapşırılıb. Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. BakuCity.az
Kriminal
11:30, 12 iyun 2020
Abşeron rayonunda 17 yaşlı gənc bıçaq xəsarəti alıb. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Xırdalan şəhərində qeydə alınıb. 2003-cü il təvəllüdlü Şahverdiyev Hüseyn Niyaz oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. (report) BakuCity.az
Biznes
10:50, 12 iyun 2020
Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışına başlanıb. BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib. E.Hacıyevin sözlərinə görə, reyslər həftədə 2 dəfə həyata keçiriləcək: "İlk reys iyunun 18-i saat 12:00-da Bakıdan Naxçıvana olacaq. Həmin gün saat 15:00-da Bakıdan Naxçıvana ikinci reys həyata keçiriləcək. Həmin gün Naxçıvandan Bakıya saat 14:10-da birinci, 17:10-da ikinci...
Cəmiyyət
09:53, 12 iyun 2020
Elmi araşdırmalar göstərir ki, koronavirus zəifləyir. BakuCity.az xəbər verir ki, bunu Milan Universitetinin prorektoru, virusoloq Massimo Klementi ararılan elmi araşdırmaların nəticəsinə istinadən deyib. Massimo Klementi bildirib ki, bu, payzıda virusun ikinci dalğasının olmayacağını söyləməyə ümid verir. M.Klementinin sözlərinə görə, virusu daha yüngül keçirənlərin, evdə müalicəylə kifayətlənənlərin sayının artması ilə yanaşı, kəskin vəziyyətdə olan xəst...
Cəmiyyət
08:58, 12 iyun 2020
Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik edib. Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarında dəyişiklik edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qeyd olunan ərazil...
Cəmiyyət
17:08, 11 iyun 2020
Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Azərbaycan Respublikasında koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 882 nəfərin koronavirus infeksiyasına yo...
Cəmiyyət
17:00, 11 iyun 2020
Azərbaycanda ilk dəfə məzunlar üçün virtual “Son zəng” keçiriləcək. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. Məzun günündə bütün bölgələrin məzunları ilə birlikdə Dövlət himni oxunacaq. Eyni zamanda son 3 ayda Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən teledərslərdə iştirak edən müəllimlər “Azərbaycanım” mahnısı ifa edəcək. Virtual “Son zəng” verilişi iyunun 12-s...
Hadisələr
16:40, 11 iyun 2020
Nazir müavinləri Ceyranbatanda yanğın hadisəsi baş verən əraziyə gediblər. BakuCity.az xəbər verir ki, hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. *** Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbat...
Cəmiyyət
16:18, 11 iyun 2020
Bakıda bir-birini sevən gənclər təxirə düşən toylarını gerçəkləşdiriblər. Bakıda bir-birini sevən gənclər karantin qadağasına görə təxirə düşən toylarını gerçəkləşdirmək üçün çıxış yolu tapıblar. BakuCity.az xəbər verir ki, Ramal və Selfinaz adlı cütlük evlərinin həyətində özlərinə toy ediblər. Məclisə yalnız səbəbkarların az sayda yaxınları qatılıblar. Toydan fotoları sosial şəbəkədə keçmiş teleaparıcı Səma Camalqızı paylaşıb. O, şəkillərə "Karantində toy...
Ekologiya
15:15, 11 iyun 2020
Paytaxtda 12 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə 12 iyunda Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 34-38, Bakıda gecə 21-23, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil...