Xəbərlər Bakı
Filters
Filters
Cəmiyyət
15:20, 29 may 2020
Ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 191 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumiyyətlə, ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma isə şənbə-bazar və bayram günlərinə təsadüf edir. Artma dinamikası davam edərsə mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı millət vəkili Cavi...
Biznes
14:40, 29 may 2020
Güzəştli mənzillərin qiyməti açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edpib. BakuCity.az xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq. Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə...
Cəmiyyət
14:18, 29 may 2020
S.Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub: "Yaxşılağa doğru g...
Ekologiya
13:04, 29 may 2020
30 mayda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti ola...
Cəmiyyət
13:00, 29 may 2020
İcra başçısının kartof yığması müzakirələrə səbəb olub. Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb. BakuCity.az xəbər verir ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən Ş.Məmmədov məhsul yığan əməkçilərlə görüşüb və onlara koronavirusla mübarizədə diqqətli olmağı tövsiyə edib. İcra başçısının kartof yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Başçının bu a...
Hadisələr
12:45, 29 may 2020
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
12:06, 29 may 2020
Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. Həmçinin oxu: Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır Bildirilib ki, bununla əlaq...
Kriminal
11:15, 29 may 2020
Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb. BakuCity.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub. Reydlərlə "Dəli Kür"də beş nəfər, "Sakit Məkan"da dörd nəfər və "Çırağan" kafes...
Hadisələr
10:00, 29 may 2020
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Nərimanov rayonunda qeydə alınıb. Minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Elçin Cəfərovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı E.Cəfərova sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Kriminal
09:07, 29 may 2020
Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az