Xəbərlər Bakı
Filters
Filters
Cəmiyyət
17:19, 2 mart 2020
Ciddi tapşırıqlar verilib Bakıdakı uşaq bağçalarında bir sıra çatışmazlıqlar aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən seminar-müşavirədə bildirilib. Tədrbirdə Qida Təhlükəsizliyi Agentliyi ilə məktəbəqədər təhsil müəssisələrində birgə aparılmış monitorinqlərin nəticələri müzakirə edilib, vəziyyətin ötən illərə nisbətən daha qənaətbəxş olduğ...
Cəmiyyət
16:29, 2 mart 2020
Koronavirusa görə Nazirlər Kabinetinin yanında operativ qərargah bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib. Bu barədə qərargahdan BakuCity.az-a məlumat verilib. Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşıs...
Cəmiyyət
16:26, 2 mart 2020
Sanitar-gigiyenik qaydalara da əməl olunmurdu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 17 ünvanında fəaliyyət göstərən fiziki şəxs Malıyev Elçin Yaqub oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı qanunsuz fəaliyyət göstərən müəssisədə sanitar-gigiyenik qaydaların tələblərinə, həmçini...
Hadisələr
16:02, 2 mart 2020
Sıxlıq müşahidə olunur Bakıda tuneldə qəza baş verib. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Həmçinin oxu: Bakıda prospektdə tıxac: Yük maşını aşdı - FOTO Bildirilib ki, Ziya Bünyadov prospektində (tuneldə) metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də həmin istiqamətdə sıxlıq müşahidə olunur. BakuCity.az
Cəmiyyət
15:48, 2 mart 2020
Bayram günü əziz xanımları necə sevindirmək olar? 8 Mart - Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. Bu tarixdə sevimli qadınları təbrik etmək adətə çevrilib. Çoxları hədiyyə seçimini və almağı son günə saxlayır, amma bunu əvvəlcədən edənlər də var. BakuCity.az 8 mart üçün maraqlı hədiyyə seçimlərini təqdim edir. Aksesuar və bəzək əşyaları Banal hədiyyə vermək istəmirsinizsə, “TheJumla” sizə dəbdəbəli bilərziklər və asma bəzəklər təqdim edə bilər. Bu...
Cəmiyyət
15:10, 2 mart 2020
Profilaktik tədbirlərin tərkib hissəsidir Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir. Qərargahdan BakuCity.az-a bildirilib ki, martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin "İçərişəhər" metro stansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial vətəndaşlar t...
Cəmiyyət
14:53, 2 mart 2020
Tədbir iki hissədən ibarət olacaq “Caspian Franchise” - Azərbaycan Beynəlxalq Françayzinq Forumu 4-5 mart tarixlərində “Boulevard Hotel Baku”-da baş tutacaq. BakuCity.az xəbər verir ki, “Caspian Franchise” ölkədə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platformadır. “Biznesin yarandığı yer” olaraq tədbir françayzinq haqda hərtərəfli məlumat almaq, uğurlu investisiya tapmaq və yeni biznesə başlamaq üçün əvəzolunmaz imkan yaradır. “Caspian Franc...
Cəmiyyət
14:30, 2 mart 2020
Ucuz başa gəlmir Bakının mərkəzində avtomobil sıxlığını, xüsusilə də parkinq yerlərinin defisitini aradan qaldırmaq üçün "Nabukko" MMC şirkəti yeni növ parkinqlərin yaradılmasını təklif edib. BakuCity.az-ın məlumatına görə, bu barədə FED.az-a şirkətin rəhbəri Kamaləddin Mənsimov bildirib. O deyib ki, yeni parkinqlər şəhərdə nəqliyyatın sıx olduğu və parkinqlə bağlı problemlər yaranan ərazilər üçün xüsusilə keçərlidir. Söhbət xüsusi konstruksiyalı, avtomati...
Hakimiyyət
13:50, 2 mart 2020
Heykəlin postamenti də yenilənib Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanasının yanında Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parka gəldi. Dövlətimizin başçısı heykəlin önünə gül dəstələri qoydu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov b...
Ekologiya
13:36, 2 mart 2020
Meteohəssas insanlar üçün əlverişli olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın te...