usd:
1,70 ₼
eur:
1,91 ₼
Bu gün
+25... 27 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludsuz, yağmursuz
Bu gün
+25... 27 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Siyasət
“Bakı! Rəsmi səfər. Qeyri-rəsmi foto”. Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski “İnstaqram” səhifəsində Bakıdan paylaşım edib. Həmçinin oxu: Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO BakuCity.az məlumat verir ki, V.Zelenski “Bakı Ekspo Mərkəzi”nin qarşısında üzərində Azərbaycan və Ukrayna bayraqlarının əks olunduğu lövhənin fotosunu paylaşıb və yazıb: “Bakı! Rəsmi səfər. Qeyri-rəsmi foto”. BakuCity.az
Cəmiyyət
"Travmay xətlərini sökməklə ölkəyə ziyan vurublar" Bakı və ətrafında tramvay xətlərinin çəkilməsi istiqamətində iş gedir. BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfrasında deyib. O bildirib ki, vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub: “İndisə bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik, biznes-plan hazırlanır”. Həmçinin...
Siyasət
Prezidentlərin təkbətək görüşü olub Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Pr...
Cəmiyyət
400 saat ictimai işlər cəzası alıb Bakı Apellyasiya Məhkəməsində psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. BakuCity.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, o, Xətai rayonu ərazisində küçə süpürəcək. Belə ki, N.Şahmarzadə 400 saat ic...
Cəmiyyət
Bu ay daha bir DOST Mərkəzi istifadəyə veriləcək Prezident İlham Əliyevin müvafiq fərmanı ilə bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin və ilk DOST Mərkəzinin yaradılması 2019-cu ilin mühüm sosial uğurlarından biridir. Bu ay daha bir DOST Mərkəzinin, eyni zamanda, yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq. BakuCity.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müda...
Cəmiyyət
Bütün sərnişinlərə təqdim olunacaq “Türk Hava Yolları”nın aylıq 5 milyondan çox oxucu kütləsi olan “Skylife” jurnalının dekabr buraxılışında Bakı haqqında 4 səhifəlik məqalə dərc olunub. Dövlət Turizm Agentliyindən BakuCity.az-a verilən məlumata görə, “Bakı – mədəniyyətlərin qarışdığı şəhər” adlı məqalədə oxuculara Bakıda yerləşən memarlıq abidələri, turistlərin kompakt olduğu küçələr, restoranlarda təqdim olunan qida çeşidləri və Azərbaycanın milli mətbəx...
İdman
Danışılmış oyunlarla bağlı izahatları alınır Bakının “Keşlə” futbol klubunun fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. BakuCity.az “Sportinfo”ya istinadən xəbər verir ki, Tərlan Əhmədovun köməkçisi komandanın dünənki məşqindən dərhal sonra bölməyə aparılıb. Məşqçinin danışılmış oyunlarla bağlı aparılan araşdırma çərçivəsində saxlanıldığı ehtimal olunur. “Binə” klubunun prezidenti Teymur Həsənli də saxlanıl...
Cəmiyyət
"Dünyanın heç bir ölkəsində əmlaka dəyən zərəri dövlət ödəmir" Sahibkarlara sığorta mədəniyyətini mənimsətdirsək, gələcəkdə belə problemlər az olar. BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 14 illiyi münasibətilə keçirilən tədbirdə son günlər ticarət mərkəzləri və bazarlarda baş vermiş yanğın hadisələri ilə əlaqədar mülk və obyektlərin sığortalanması məs...
Cəmiyyət
9 min kv.m ərazidə yaşıllıq zolağı salınıb Dekabrın 16-da IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iş...
Cəmiyyət
Əlavə 2 hərəkət zolağı da yaradılacaq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümum...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?