usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+8... 9 °С
Buludlu, yağmursuz
Sabah
+6... 8 °С
Buludlu, yağmursuz
Bu gün
+8... 9 °С
Buludlu, yağmursuz
Sabah
+6... 8 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Bakı məktəbində "qəribə əhvalat" Bakının Qaradağ rayonunda yerləşən 273 saylı orta məktəbdə idman zalı olsa da, şagirdlərin bədən tərbiyəsi dərsində geyimlərinin dəyişdirilməsi üçün xüsusi otaq yoxdur. BakuCity.az-ın məlumatına görə, valideynlər Trend-ə bildirib ki, əvvəl məktəbdə belə bir otaq olsa da, sonradan onu sanitar qovşağa birləşdiriblər. Buna görə də şagirdlər idman geyimlərini burada dəyişməli olurlar ki, bu da valideynlərin narazılığına səbəb o...
Hadisələr
Yaralı xəstəxanaya yerləşdirilib Bakıda zəncirvari yol qəzası baş verib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Dərnəgül şosesində qeydə alınıb. Hərəkətdə olan 24 saylı marşrut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra "Kia" markalı maşına dəyib. Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Avtomobillərə ciddi ziyan dəyib...
Ekologiya
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 20-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təz...
Cəmiyyət
Bakıda növbəti dəmir yolu stansiyası açılıb Bu gün Pirşağı dəmir yolu stansiyasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. BakuCity.az AZƏRTAC-a istinadən stansiyadan fotoları təqdim edir: BakuCity.az
Cəmiyyət
"Ehtiyatlı olun, qapılar bağlanır" Xüsusən günün pik saatlarında metroda qatarların gecikməsi, ləngiməsi müşahidə olunur. Buna isə müstəlif səbəblər göstərilir. Sən demə, daha bir səbəb isə insan amilidir. Bəzi sərnişinlərin qatar qapılarını 5-10 saniyə tutub saxlaması ümumi hərəkətə təsir göstərir. Bu da qatarlar arasında intervalın artmasına gətirib çıxarır. Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə doğru" kollektivi bu problemi geniş süjet ət...
Hadisələr
Sürücü yaralanıb Bakıda "Gənclik" metro stansiyası yaxınlığında yerləşən tuneldə baş verən qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, yük maşını tunelin sərt döngəsinə sürətlə daxil olub. Nəticədə idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. BakuCity.az
Siyasət
"Məsələyə soyuq yanaşmalıyıq" Mətbuat Şurasının sədri Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfərinə münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, Ə.Amaşov APA-ya açıqlamasında bildirib ki, son günlər erməni jurnalistlərin Azərbaycana səfəri ilə bağlı cəmiyyətdə müəyyən diskussiyalar gedir: “Mənə də müraciət edib məsələ ilə bağlı fikirlərimi öyrənmək istəyənlər çoxdur. Münasibətimi qısaca açıqlamaq istəyirəm. Hamıya məlumdur ki, Azərbaycan...
Mədəniyyət
Zaur Darabzadə: “CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb Bakucity.az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru Zaur Darabzadə “İnstagram” səhifəsində maraqlı paylaşım edib. Paylaşımda qeyd olunur ki, CinemaPlus kinoteatlarlarında fiziki məhdudiyyətli insanlar üçün zallarda xüsusi yerlər ayrılıb. Qeyd edək ki, "CinemaPlus" kinoteatlar şə...
Cəmiyyət
Biletlər ucuzlaşacaq 2020-ci ildən etibarən Belarusun “Belavia” aviaşirkəti Minsk-Bakı aviareysi üzrə yerinə yetirdiyi uçuşların sayını artırmaq niyyətindədir. Bu barədə BakuCity.az “APA-Economics”ə istinadən məlumat verir. Aviadaşıyıcı tarif siyasətini 2019-cu ilin noyabr ayının sonunadək dəyişdirməyi planlaşdırır ki, bu da biletlərin qiymətlərinin azalmasına səbəb olacaq. Qeyd edək ki, təkcə 2018-ci ildə “Belavia” 20 mindən çox sərnişin daşıyıb. Cari ili...
Cəmiyyət
Gün ərzində su olmayacaq Bakının Hövsan qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər var. Bu barədə BakuCity.az-a “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar 19 noyabr 2019-cu il tarixində gün ərzində Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?