Xəbərlər Bakı
Filters
Filters
Cəmiyyət
14:02, 3 dekabr 2019
"Zəhərlənmənin universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur" Hadisə yataqxanada deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev səhər saatlarında Kliniki Tibbi Mərkəzə aparılan iki tələbənin durumuna münasibət bildirərkən deyib. Rektor hesab edir ki, belə məsələləri şişirtmək lazım deyil: ''Çünki bu, hamıya psixoloji təsir göstərir. Bu...
Ekologiya
13:31, 3 dekabr 2019
Temperatur 5 dərəcə enəcək Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 11-13 dərəcə...
Cəmiyyət
12:44, 3 dekabr 2019
"Babam bəhailiyə sitayiş etməyib, amma..." XIX əsrin sonları, XX əsrin əvvəllərində neftə artan tələbat Azərbaycan milli burjuaziyasının təşəkkülünə səbəb oldu. Bakının 11 milyonçusunun malik olduğu var-dövlət isə həmin dövrün bəzi hökmdarlarının var-dövlətindən çox idi. BakuCity.az “Bakı milyonçuları” rubrikası çərçivəsində Azərbaycanın məşhur milyonçusu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevdən bəhs edir. Milyonçunun nəvəsi, yazıçı-jurnalist, “Mi...
İdman
12:05, 3 dekabr 2019
Biletlərin qiyməti 30 avrodan başlayacaq UEFA dekabrın 4-dən 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarına bilet satışına başlayacaq. BakuCity.az Offsideplus.az-a istinadən xəbər verir ki, satış qurumun rəsmi saytı vasitəsilə aparılacaq. Milli gəlir səviyyəsini nəzərə alan UEFA Bakı və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunlara biletlərin qiymətini 30 avrodan edib. Digər 10 şəhərdə oyunlara baxmaq üçün isə minimum 50 avro ödəmək lazımdır...
Cəmiyyət
11:38, 3 dekabr 2019
Metro stansiyasının inşası ilə bağlı qərar verilməyib Bakının Nərimanov rayonunda yerləşən Böyükşor qəsəbəsində evlərin siyahıya alınmasına başlanıb. BakuCity.az Redaktor.az-a istinadən xəbər verir ki, sakinlər bu ərazidə yerləşən evlərin söküləcəyini, yeni metro stansiyası tikiləcəyini iddia ediblər. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, “Dərnəgül”dən sonra üç stansiya inşa olunacaq ki, onlardan biri "...
Cəmiyyət
11:22, 3 dekabr 2019
20 yaşlı iki tələbə qız xəstəxanaya çatdırılıb Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsinin vəziyyəti pisləşib. Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, kirayə yaşadıqları evdə iki tələbənin vəziyyətinin pisləşməsi barədə məlumat təcili yardıma saat 08:15-də daxil olub. Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 54 ünvanına gələn həkim briqadası qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə...
Cəmiyyət
10:46, 3 dekabr 2019
Avtobusların hərəkəti Lökbatanadək uzadılıb Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik...
Hadisələr
10:17, 3 dekabr 2019
Satıcıdan kassadakı pulları tələb edib Bakıda şirniyyat dükanına basqın edilib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 70- ünvanında baş verib. Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Ülvi Elşad oğlu Atakişiyevi bıçaqla hədələyib. O, satıcıdan kassadakı pulları tələb edib. Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək...
Hadisələr
09:56, 3 dekabr 2019
Digər evlərə də ziyan dəyib Bakının Sabunçu rayonunda ikimərtəbəli fərdi yaşayış evi çöküb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Məmmədyarov küçəsi 30/17 ünvanında qeydə alınıb. İlkin məlumata əsasən, bir nəfərin məskunlaşdığı ikimərtəbəli fərdi yaşayış evi tamamilə dağılıb. Hadisə zamanı ev sahibi evdə olmayıb. Nəticədə yaxınlıqda olan digər yaşayış evlərinə ziyan dəyib. Həmçinin oxu: Bakıda daha bir ev dağıldı - FOTO Hazırda ərazidə FHN-...
Cəmiyyət
09:28, 3 dekabr 2019
Tanınmış hüquqşünas alim Hikmət Cavadovla görüş olub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin 100 illik yubileyində iştirak etmiş Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru, tanınmış hüquqşünas alim, akademik Yuri Sergeyeviç Şemçuşenko və İnstitutun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru Hikmət Cavadovu qəbul edib. BakuCity.az xəbər verir ki, görüşdə Bakı Dövlət Universiteti ilə Dövlət və Hüq...