usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,87 ₼
Alış
1,87 ₼
Satış
1,87 ₼
eur:
1,87 ₼
Bu gün
+17... 19 °С
Buludsuz, yağmursuz
Sabah
+17... 19 °С
Buludsuz, yağmursuz
Bu gün
+17... 19 °С
Buludsuz, yağmursuz
Sabah
+17... 19 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Mədəniyyət
Vyanada Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri dəfilədə təqdim edilib. Bakucity.az xəbər verir ki, Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsində müxtəlif ölkələrin milli geyimlərindən ibarət “Dünyanın geyimləri” adlı dəfilə təşkil edilib. Azərbaycan Mədəniyyət Mərkəzininin təşkilatçılıgı ilə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbay...
Cəmiyyət
Sabah Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az xəbər verir ki, axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Paytaxtın Nərimanov və Nizami rayonlarında əxlaqsızlıq yuvaları aşkar edilib. Bakucity.az xəbər verir ki, bu barədə "Kanal Azeri" Youtube kanalında video yayılıb. Çay evi və masaj salonu adı altında fəaliyyət göstərən obyektlərdə gənc qızlar 30-40 manat qarşılığında intim xidmət təklif edirlər. Sözügedən məkanlarda çəkilən gizli görüntüləri təqdim edirik: Bakucity.az
Hadisələr
Paytaxtın Babək prospektində piyadanın vurulması ilə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən qadını avtomobil vurub.  Sol zolaqda hərəkət edən avtomobil maşınların arasından çıxan qadını görməyib və qəza baş verib. Qeyd olunur ki, qəza nəticəsində qadın yüngül xəsarətlərlə alıb. Bakucity.az
Cəmiyyət
Gənclərə təhsillərində uğurlar arzulanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 6-da Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilmiş "Xaricdə təhsilin maliyyələşdirilməsi" müsabiqəsinin qaliblərinin bir qismi ilə görüşüb. Bakucity.az xəbər verir ki, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə magistr təhsili almaq hüququ qazanan gəncləri təbrik edən Leyla Ə...
Biznes
Bakıda ən bahalı mənzillər əsasən şəhərin mərkəzi hissələrindədir. Bu mənzillərin bir kvadrat metrinin qiyməti bəzən dörd min manatdan bahadır. Bakucity.az xəbər verir ki, paytaxtın ən bahalı yeni binaları Nəsimi rayonunda yerləşir.  Təmirli çox otaqlı mənzillərin qiyməti bəzən bir milyon manata yaxınlaşır. Bu xüsusilə premium səviyyədə inşa edilən xüsusi yaşayış binaları üçün xarakterikdir. Ekspertlər bildirir ki, Bakıda pilot layihələr çərçivəsində köhn...
Cəmiyyət
“Azəriqaz” İB məlumat yayıb. Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində səhər saat 09:00-dan bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. Bakucit.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Qeyd edilir ki, ərazidə qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunur. Bundan əlavə, saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, eləcə də təmir işləri əlaqəda...
Cəmiyyət
Baş Polis İdarəsindən Aşura günü xəbərdarlığı. Bakıda Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bakucity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında deyilir. Məlumatda bildirilir ki, paytaxtın bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadla...
Hadisələr
Paytaxtın Binəqədi rayonunda "İran Khodro" markalı minik avtomobili yanıb. Bakucity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nəqliyyat vasitəsinin mühərrik hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bakucity.az
Hadisələr
Paytaxtın Nizami rayonunda ağac avtomobilin üzərinə aşıb. Bakucity.az xəbər verir ki, hadisə rayonun Kürçaylı küçəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Bakucity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?