Xəbərlər Bakı
Filters
Filters
Hadisələr
15:17, 24 iyul 2019
Paytaxtda kobud qayda pozan sürücülər kameraya düşüb. Bakucity.az xəbər verir ki, görüntülər Azadlıq prospektində qeydə alınıb. 90 GV 600 dövlət nömrə nişanlı, “Toyota” markalı, 90 KL 319 dövlət nömrə nişanlı, “Daweoo Nexia” markalı və 90 PF 259 dövlət nömrə nişanlı, “Pride” markalı avtomobillərin sürücüləri əks yola çıxaraq hərəkət edirlər. Bununla da İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini kobud şəkildə pozurlar. Sürücülərin pozduğu...
Hadisələr
14:26, 24 iyul 2019
Hövsan qəsəbəsində güclü külək səbəbindən dayanacaq uçub Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev hadisə ilə bağlı bunları deyib: “Sözügedən ərazidə də bununla bağlı xəsarət alan olmayıb. Bakı Nəqliyyat Agentliyinin texniki heyəti hadisə yerinə cəlb olunacaq və dayanacaq qısa müddət ərzində düzəldiləcək”. Qeyd edək ki, sözügedən ərazidə biri köhnə olmaqla ard-arda iki dayanacaq var və küləyin təsiri ilə arxadakı da...
Cəmiyyət
13:45, 24 iyul 2019
Paytaxtda iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən h...
Mədəniyyət
12:20, 24 iyul 2019
Sərgi dekabrın 15-dək davam edəcək Bakucity.az xəbər verir ki, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Rusiya Dövlət Tretyakov Qalereyası və Rus İkonası Muzeyindən toplanmış ikona sənəti inciləri və dini heykəltəraşlıq nümunələrindən ibarət sərginin açılışı olacaq. Sərgi Heydər Əliyev Mərkəzi, Rusiya Dövlət Tretyakov Qalereyası, Rus İkonası Muzeyinin təşkilatçılığı, İmperator Pravoslav Fələstin Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq. “Rusiya imperiyasın...
Cəmiyyət
11:14, 24 iyul 2019
Paytaxtda bəzi marşrutların hərəkət sxemi dəyişdirilib Bakucity.az xəbər verir ki, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti dəyişdirilib. Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər. Dəyişiklik yolda mə...
Mədəniyyət
10:39, 24 iyul 2019
Azərbaycanın xalq artisti "Nejnaya" mahnısının klip təqdimatını keçirib Bakucity.az xəbər verir ki, Aərbaycanın xalq artisti Emin Ağalarov, Cennifer Lopez, Enrike İqlesias, Malumoy və digər dünyaca məşhur ulduzlarla çalışan tanınmış rejissor Jesse Terrero tərəfindən "Nejnaya" ("Нежная") mahnısına çəkilən klipini təqdim edib. Bu barədə müğənninin mətbuat xidməti məlumat verib. Ancaq sürprizlər bununla bitmir. Belə ki, klipdə əsas rolu "Miss Dominican Republ...
Biznes
10:17, 24 iyul 2019
Tur, yoxsa turpaketlə səyahət ucuz başa gəlir? Yay aylarında xaricdə istirahətə üstünlük verən Bakı sakinləri daha çox qonşu Türkiyə və Gürcüstana gedirlər. Bakucity.az paytaxtda fəaliyyət göstərən səyahət agentliklərinin təklif etdiyi Türkiyə və Gürcüstan turlarını araşdırıb. “Terra Travel” Tbilisi, Martvili Kanyonu, Batumi, Rizə, Trabzon turu - 5 gecə 6 gun / 199 $ Batumi çimərliyində istirahət və delfinlərin şousu, “Kanyon”larda qayıqla gəzinti, “Uzun...
Mədəniyyət
09:32, 24 iyul 2019
Festivalda hind filmlərini pulsuz izləyə bilərsiniz Bakucity.az xəbər verir ki, festival iyulun 23-29 tarixlərində Bakı Gənclər Mərkəzində baş tutacaq. Festival Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Foto: Ceyhun Rəhimzadə Bakucity.az
Hadisələr
09:20, 24 iyul 2019
Qadın son anda ölümdən xilas olub Bakucity.az xəbər verir ki, ötən gün Xətai rayonunda intihara cəhd edən qadınla bağlı yeni görüntülər yayılıb. Görüntülərdə onun Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən necə xilas edildiyi əks olunub. Həmin görüntüləri təqdim edirik: (Baku.ws) Bakucity.az