Filters
Filters
Hadisələr
09:52, 13 avqust 2020
Bakıda avtobus yanıb külə dönüb. Bu gün səhər saat 7 radələrində Bakı şəhərinin Xəzər rayonunda “Karsan” markalı, 99 JK 763 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yanıb. BakuCity.az xəbər verir ki, hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib. Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb. (oxu.az) BakuCity.az
Ekologiya
09:44, 13 avqust 2020
Azərbaycanda zəlzələ olub. BakuCity.az xəbər verir ki, yerli vaxtla saat 09:21-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, maqnitudası 3.7, dərinliyi 15 km olan təkanlar hiss olunmayıb. BakuCity.az
Cəmiyyət
09:30, 13 avqust 2020
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. BakuCity.az xəbər verir ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb: 1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil...
Cəmiyyət
09:11, 13 avqust 2020
Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir. Dövlət İmtahan Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş...
Hadisələr
09:00, 13 avqust 2020
“Azneft” dairəsində ağır qəza baş verib. BakuCity.az xəbər verir ki, 44 BB 555 nömrəli “Galendewagen” avtomobili piyadanı vurub. Hadisə şahidlərinin məlumatına görə, xəsarət alan şəxs ağır yaralanıb. Hadisə yeri təcili tibbi yardım çağırılıb. Məlumata görə, “Galendewagen” idarə edən sürücü qadın olub. Piyada isə “Wolt”un əməkdaşıdır. (ölkə.az) BakuCity.az
Siyasət
08:39, 13 avqust 2020
“Biz Dağlıq Qarabağda müharibə aparmırıq, biz Dağlıq Qarabağı terrorçulardan təmizləməyə çalışırıq”. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov avqustun 11-də Türkiyə Respublikasına rəsmi səfərdə oldular. Bir gün sonra isə Türkiyənin Milli Müdafiə naziri Hulusu Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Azərbaycana səfərə gəldi. Azərbaycanlı nazirlərin Ankara səfəri çərçivəsində bir sıra mühüm məsələl...
Cəmiyyət
18:00, 11 avqust 2020
Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb. BakuCity.az xəbər verir ki, müğəni tikinti şirkətlərindən birinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Nura Suri bir müddət əvvəl özünə yeni iş axtardığını demişdi. "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil", - deyə məşhur müğənni bildirmişdi. (azxeber.com) BakuCity.az
Mədəniyyət
17:30, 11 avqust 2020
“Mənəviyat Carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi I qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində istehsal olunacaq “Mənəviyyat Carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCity...
Biznes
16:41, 11 avqust 2020
AQTA ictimai iaşə obyektlərinin əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. BakuCity.az AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil...
Cəmiyyət
16:31, 11 avqust 2020
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...