Xəbərlər Bakı
Filters
Filters
Cəmiyyət
16:48, 5 avqust 2020
Sosial şəbəkələrdə ən çox müzakirələrə səbəb olan paytaxt binası. Bakının Günəşli qəsəbəsində illərdir sakinlərin yaşadığı binanın üzərində yenidən əlavə mərtəbənin tikilməsi ictimai müzakirələrə səbəb olub. Həmin binada yaşayan bir neçə sakin də bundan narazılığını bildirib. BakuCity.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək məsələ ilə bağlı tikinti işlərini aparan şirkətdən münasibət öyrənib. Tikintini həyata keçirən "A.R.&Ko"...
Cəmiyyət
15:51, 5 avqust 2020
Sosial şəbəkələrdə video yayan həkim cəzalandırılıb. Qazax rayon Təcili Tibbi Yardım Xidmətinin həkimi sosial şəbəkələrdə video yayaraq, Təcili Yardım binasının yararsız vəziyyətdə olması ilə bağlı iddialar səsləndirib. Sözügedən hadisədən sonra həkimin TƏBİB tərəfindən şiddətli töhmət alması ilə bağlı məlumat yayılıb. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva faktı təsdiqləyib. “Qazax RMX-nın məluma...
Ekologiya
14:50, 5 avqust 2020
Bakıda 6 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma...
Cəmiyyət
14:33, 5 avqust 2020
Şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri hazırdır. BakuCity.az xəbər verir ki, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdə adının veriləcəyi küçə yaxın vaxtda müəyyənləşdiriləcək. Bununla bağlı müzakirələr yekunlaşmaq üzrədir. Həmçinin oxu: General-mayor Həşimov Polad şəhid olub Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrindən birinə onun adının verilməsi...
Cəmiyyət
13:35, 5 avqust 2020
Karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. BakuCity.az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilən qruplar tərəfindən paytaxtı rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər t...
Cəmiyyət
12:50, 5 avqust 2020
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. İqtisadiyyat Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək m...
Kriminal
11:46, 5 avqust 2020
Bakıda 1 milyonluq qızıl oğurlanan ev kimindir? Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1 milyon manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub. BakuCity.az xəbər verir ki, bununla bağlı məlumat Daxili İşlər Nazirliyindən verilib. Məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınma...
Cəmiyyət
11:24, 5 avqust 2020
Xəbər verdiyimiz kimi, 13 şəhər və rayonda şərh karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Sərt katantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Aprel-may ayında bütün bölgələr üzrə 190 manat bir dəfəlik müavinət verilsə də iyun ayında yalnız sərt karantin rejimi tətbiq edilən rayonlarda qeydiyyatda olanlara verildi. Elə insanlar var ki, sərt karantin rejimi tətbiq edilməyən rayonda qeydiyyatda olsa da, Bakıda yaşayır və işsizdir. A...
Cəmiyyət
10:18, 5 avqust 2020
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb. BakuCity.az xəbər verir ki, Bakı ilə yanaşı, ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmçinin oxu: Bakıda sərt karantin rejimi uzadıldı Xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və D...
Cəmiyyət
09:06, 5 avqust 2020
Sərt karantin rejimi yumşaldılıb. Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə olunur. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanla...