Gözəllik və sağlamlıq

Bakıda “burun sifarişi” - QİYMƏTLƏR + HƏKİM MƏSLƏHƏTİ
Əməliyyat neçəyə başa gəlir?
Rinoplastika Azərbaycanda ən çox müraciət edilən əməliyyat növüdür. Son zamanlar rinoplastikadan ölənlər barədə xəbərlər də tez-tez yayılır. Burunun estetik əməliyyatı daha çox hansı hallarda ölümlə nəticələnir? Pasiyent hansı müayinələrdən sonra əməliyyat olunur?

Bakucity.az-ın bu və digər suallarını “Baku Medical Plaza”nın plastik, estetik və rekonstruktiv cərrahı Rauf Kərimov cavablandırıb.
Rauf Kərimovun dediyinə görə, ölüm hadisəsi bütün növ burun əməliyyatlarında olur, və bu normaldır. Amma ölüm halları eyni klinikalarda, eyni cərrahların əlində və 100 xəstədən birində baş verirsə, deməli həyəcan siqnalını çalmaq lazımdır:

“Nə qədər yaxşı cərrah olsan da, səhvsiz iş təcrübəsi mümkün deyil. Rinoplastika əməliyyatında 100 xəstədən birində mütləq hansısa problem yarana bilər və onu da yenidən korreksiya etmək mümkündür. Bakı klinikalarında il ərzində təxminən 12 min insan əməliyyat olunur. Həkim səhvini və sair halları saymasaq, 2 il ərzində əməliyyat olunan 24-30 min insandan birinin ölməsi normaldır, çünki bu insanların hamısı anasteziyaya eyni reaksiya verə bilməz. Amma 100 xəstədən biri ölürsə, bu artıq normal deyil.

Burunda aparılan əməliyyatlara gəlincə, Septoplastika - çəpər əyriliyi əməliyyatı (burunda heç bir estetik görünüş dəyişdirilmir), Rinoplastika – burunun estetik əməliyyatı (burun görünüşü dəyişdirilir) və Septorinoplastika – həm çəpəri düzəldir, həm estetik görünüşü dəyişir. Bu əməliyyatların hamısının ölüm riskləri var. Bütün bunlar təbii ki, cərrahın, anastezioloqun təcrübəli olmağından, xəstəxananın reanimasiya şəraitindən də asılıdır”.

Həmçinin oxu: Bakıda boşanmalar: Səbəb və nəticə

Pasiyent hansı müayinələrdən sonra əməliyyat olunur? – sualına cavabında R.Kərimov qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən verilən tam müayinəyə ürəyin elektrokardioqramması (EKQ), ağ ciyərin rentgeni, qanın ümumi analizi – laxtalanması, şəkəri və infeksiyaların yoxlanılması daxildir:

“Sadəcə bizim səhiyyədə deyil, bütün dünyada eyni müayinələrdən sonra xəstəlik tarixçəsi açılır və pasiyent əməliyyata götürülür. Heç bir baş həkim cəsarət eləməz ki, xəstəni müayinə etməmiş əməliyyata götürsün, amma yenə də ölüm hadisəsi baş verə bilər. Çünki məlum olur ki, həmin xəstədə beyin şişi olub. Pasiyentlərə necə deyək ki, nazirliyin tələb etdiyi analizlərdən əlavə beyin, qarın, ağ ciyər tomoqrafiyası da etdirmək lazımdır?

Təkcə bu müayinələrdən keçmək, əməliyyatın qiyməti qədər pul tələb edir. Bunlarla da bitmir. Sağlamlığın tam təsdiq olunması üçün onlarla analiz növü var. Ümumiyyətlə, pasiyentin ölümü göstərişlərə düzgün riayət etməməsi, həmçinin toxuması ilə bağlı və yaxud əməliyyat anında həkimin etdiyi ən xırda diqqətsizlik nəticəsində keçən infeksiyadan və s. kimi hallardan da baş verə bilər. Ancaq əməliyyatı mütəxəssis edirsə, düzəlməyəcək fəsadlar olmamalıdır”.

"Burunlar bir-birinə bənzəmir"

Cərrah bir neçə il əvvəl olunan əməliyyatlar nəticəsində şəhərdə çoxalan bənzər burunlarla bağlı da fikir bildirib. Onun sözlərinə görə, artıq plastik cərrahiyyə texnikası yüksək səviyyədə inkişaf edib və əməliyyat olunan burunlar bir-birinə bənzəmir:

“Müqayisə üçün digər xəstələrə ehtiyyac yoxdur, bizim xəstəxanada çalışan tibb bacılarının əksəriyyətini mən əməliyyat eləmişəm və heç birinin burnu digərinə bənzəmir. Çünki bu gün tibb elə inkişaf edib ki, hər şey etmək mümkündür. Artıq bizim xüsusi əməliyyat alətlərimiz var. Əvvəllərdə açıq və qapalı əməliyyatlar üçün xüsusi imkanlar var, amma hazırda qapalı əməliyyat üçün texnika daha fərqli olub.

Həmçinin oxu: Bakıda liposaksiya əməliyyatı – ARAŞDIRMA/QİYMƏT

Hər cərrah uğurlu əməliyyat üçün öz texnikasını seçə bilir. Mən açıq rinoplastikanı seçirəm, açıq əməliyyat elədiyim zaman qapalı əməliyyatın yeniliklərindən də öz işimdə istifadə edirəm. Təbii ki, bütün bunlar mükəmməl iş üçün edilir. Əvvəllər xəstələri əməliyyatdan sonra bir gün xəstəxanada saxlayırdıq, indi isə əməliyat səhər olunur xəstə axşam evə buraxılır. Bütün bunlar hamısı texnikanın inkişafı nəticəsində baş verir”.

“Burun əməliyyatı üzü ən çox dəyişən əməliyyatlardandır”

Bu gün 70% qadınlar rinoplastika etdirirsə, 30%-də kişilər bu əməliyyata müraciət edir.

“Daha çox 20-30 yaş arasında kişilər müraciət edir, amma 40-45 yaşında kişi pasientlərim də olub. Bizə daha çox burunlarını bəyənməyən 17-20 yaşlı gənc qızlar, 30 yaş üzərində ailə qurmaq istəyən və boşanmış xanımlar olur. Hətta, mənim 58-60-62 yaşlarında əməliyyat elədiyim xəstə olub. Burun əməliyyatı insanı o qədər dəyişir ki, pasiyent tam sağaldıqdan sonra yanına gələndə onu tanımırsan. Dəyişiklik istəyən insanlar bu fürsətdən artıqlaması ilə yararlanmağa çalışırlar. Əvvəllər klinikada həftədə iki əməliyyat olurdusa, indi günə iki əməliyyat olur”, - Rauf Kərimov davam edir.

Rinoplastikaya təlabatın çoxalması qiymətlərin bahalaşmasında da özünü göstərir

Mütəxəssisin sözlərinə görə, əvvəllər bu əməliyyat 1200-1500 manata başa gəlirdisə, indi təxminən 2500-3000 manata başa gəlir. Çünki əməliyyat çox olduqca, xəstəxananın tələbləri də artır, cərrah fiziki olaraq çatdıra bilmir, qiymət məcburən bahalaşır:

"Qiymətin baha olması, əməliyyat edən cərrahdan da asılıdır. Məsələn, mən 15 il bu sahədə təcrübə toplamışam və artıq istəyirəm ki, həftədə yalnız beş əməliyyat aparam. Bir əməliyyatın qiyməti 2500 manatdır və beş əməlyatdan qazancım mənim üçün yetərlidir. Bir əməliyyatı 1500 manata etsəm, gərək hər həftə 20-30 əməliyyata girəm. Bu zaman da 5 il sonra mən bu dünyada olmayacam. Çünki fiziki olaraq bu yükü qaldıra bilmərəm, ona görə də bütün dünyada belədir, həkimin təcrübəsi nə qədər çoxalırsa, qiyməti də o qədər yüksəlir.

Həmçinin oxu: Bakıda boşanmaq neçəyə başa gəlir? – QİYMƏTLƏR

Faciə ilə nəticələnən əməliyyatların bir qismini də bu məqamla əlaqələndirmək olar. Çünki cərrah fiziki cəhətdən nə qədər çox yorğun olursa, əməliyyat prosesində bir o qədər çox səhvə yol verir. Bir cərrah səhər saatlarından gecəyə qədər işləyəcəksə, o zaman əlbəttə ki, müxtəlif neqativ hallar baş verəcək. Mən çalışıram gün ərzində ikidən çox əməliyyat etməyim və özümü nə qədər məcbur etsəm üç əməliyyatdan çox edə bilərəm.

Problemsiz əməliyyatlar mütəxəssisdən asılı olaraq hər yerdə edilir. Ümumiyyətlə, anadangəlmə, yaxud qazanılmış deformasiyalar nəticəsində nəfəsalmada problem və ya görünüşdə ciddi qüsurlar yoxdursa, bu əməliyyat barədə dəfələrlə düşünməyi məsləhət görürük”, - deyən Rauf Kərimov fikrini belə tamamlayıb:

“Yaxşı cərrahlar bütün klinikalarında fəaliyyət göstərir. Ancaq mütəxəssis axtararkən, ilk olaraq onun fəaliyyətini araşdırmaq, sonra əməliyyata qərar vermək lazımdır. Səhv seçimlər zamanı əməliyyatdan sonra nəfəsalmada problem yarana, burunda əyrilik qala, çöküntü ola bilər”.

Rinoplastika – dünyada ən məşhur plastik əməliyyat növüdür və bu üsulla əsasən burunun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, olmayan burnun tam bərpa edilməsi həyata keçirilir. Cərrahların fikrincə, uzunmüddətli fəaliyyət nəticəsində əldə olunan praktika onu göstərir ki, hər bir əməliyyat pasiyentin üz quruluşuna uyğun ölçülərdə aparılmalıdır.

Mütəxəssislərin fikrincə, dünyada 6800-dən çox plastik və rekonstruktiv cərrahiyyə əməliyyatı var. Bu əməliyyatların kosmetik cərrahiyyə hissəsi siyahının 25%-ni təşkil edir, qalanı rekontruksiyadır. Belə ki, müxtəlif qəzalar zamanı sinirlər zədələnir, vətər kəsilir, toxumalar qopur və s. Anadangəlmə deformasiyalar – dovşandodaq, qurdağızlıq kimi hallar isə öz yerində. Bu əməliyyatlar rekonstruktiv plastik cərrahlar tərəfindən həyata keçirilir, sonra insanlarda illərlə formalaşmış funksional qüsurlarla yanaşı, psixoloji problemlər də aradan qalxır.

Sonda paytaxtda fəaliyyət göstərən müxtəlif klinikalarda rinoplastika əməliyyatının qiymətlərini təqdim edirik:
“Qələndər” Klinikası 1000-2000 AZN
“Baku Medical Plaza” 2300-2500 AZN (sadə əməliyyat) 3000-3500 AZN (rekonstruksiya)
“HB-Güvən” Klinikası 2000 AZN (sadə əməliyyat) 6000 AZN (rekonstruksiya)
Mərkəzi Klinika Azərbaycanlı həkim 1300 AZN. Türk həkim 2500-3000 AZN
Xətai Estetik Klinikası Türk həkim 1800-2000 AZN
Bakı Tibb Mərkəzi 1500-1600 AZN
“Vital” Klinika 1200-1300 AZN
“Spero” Hospital 900-1600 AZN


Bakıda burunun estetik əməliyyatı neçəyə başa gəlir? - ARAŞDIRMA
Rinoplastika əməliyyatı etdirərkən ən çox nələrə diqqət etməliyik?

Bakıda fəaliyyət göstərən tanınmış plastik cərrahların fikrincə, rinoplastika Azərbaycanda ən çox müraciət edilən əməliyyat növüdür. Müraciət edənlər isə daha çox burunlarının formasını dəyişmək istəyənlərdir. Rinoplastikaya qadınlar arasında xüsusilə son illərdə böyük maraq var. Amma bir çox hallarda bu əməliyyatlar o qədər də uğurlu alınmır. Nəticədə ətrafda bir-birinə bənzəyən burunların çoxalması müşahidə olunur.

Bakucity.az paytaxtda fəaliyyət göstərən mütəxəssislərlə görüşərək, onların rinoplastika ilə bağlı fikirlərini öyrənib.

“Əvvəllər cərrahiyyə metodikası elə idi ki, bütün burunlar 80% bir-birinə bənzəyirdi”

“Qələndər” klinikasının rəhbəri, professor, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər Bakucity.az-a açıqlamasında bildirdiyinə görə, artıq şəhərdə bir-birinə bənzəyən burunlar çox olmayacaq:

“Rinoplastika – burun estetikası dünyada ən məşhur plastik cərrahiyyədir və bu üsulla əsasən burunun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, olmayan burnun tam bərpa edilməsi həyata keçirilir. Uzunmüddətli fəaliyyət nəticəsində əldə olunan praktika onu göstərir ki, hər bir əməliyyat pasiyentin üz quruluşuna uyğun ölçülərdə aparılmalıdır. Lakin əvvəllər cərrahiyyə metodikası elə idi ki, bütün burunlar 80% bir-birinə bənzəyirdi. Yeni, qapalı septo-rinoplastika kimi bir sıra əməliyyat metodları isə artıq bənzərlik problemini aradan qaldırır”.

Burun əməliyyatı üçün mütəxəssis axtararkən, yeniliklərdən istifadə etməyi bacaran cərrahı tapan pasiyentin yeni burnu individual olacaq”, - deyə Vaqif Qələndər fikrini tamamlayıb.

Bunu da oxu: Bakının tatu salonlarında xidmətlər və qiymətlər necədir? - ARAŞDIRMA
“Baku Medical Plaza”nın plastik, estetik və rekonstruktiv cərrahı Rauf Kərimov da saytımıza açıqlamasında sadəcə görünüş dəyişikliyi məqsədilə əməliyyat etdirənlərin çox olduğunu bildirib:

“Bizə daha çox burunlarını bəyənməyən gənc qızlar və 50-53 yaşına qədər qadınlar müraciət edir. Amma anadangəlmə, yaxud qazanılmış deformasiyalar nəticəsində nəfəsalmada problem və ya görünüşdə ciddi qüsurlar yoxdursa, bu əməliyyat barədə dəfələrlə düşünməyi məsləhət görürük”.

“Spirumed” ("Dobremed") klinikasının plastik cərrahı Könül Niftəliyeva şablon burunların dəbə çevrildiyini vurğulayıb:

“Pasiyentdə çəpər əyriliyi və ya nəfəsalmaya çətinlik yaradan başqa səbəblər varsa, hər iki cinsin nümayəndələri müxtəlif yaşlarda müraciət edərək eyni zamanda rinoplastika əməliyyatı da etdirirlər. Lakin nəzərə almaq lazımdır ki, burun təbii, üzə uyğun olmalıdır. Bəzi pasiyentlər isə artıq dəbə düşmüş şablon burunlara və eləcə də şablon üzlərə üstünlük verirlər”.

Əməliyyatda fəsadlar hansı hallarda yaranır

Vaqif Qələndər əməliyyatın yaratdığı fəsadlar barədə də danışıb. O, qeyd edib ki, səhv etməyən mütəxəssis yoxdur, lakin bu tez-tez baş verməməlidir:

“Nə qədər yaxşı cərrah olsan da, səhvsiz iş təcrübəsi mümkün deyil. Rinoplastika əməliyyatında 100 xəstədən birində mütləq hansısa fəsad üzündən problem yarana bilər və onu da yenidən korreksiya etmək mümkündür. Bu, pasiyentin göstərişlərə düzgün riayət etməməsi, həmçinin toxuması ilə bağlı və yaxud əməliyyat anında həkimin etdiyi ən xırda diqqətsizlik nəticəsində keçən infeksiyadan və s. kimi hallardan baş verə bilər. Ancaq əməliyyatı mütəxəssis edirsə, düzəlməyəcək fəsadlar olmamalıdır. Prosesi ümumi cərrah, lor və yaxud çənə cərrahı kimi qeyri-peşəkarlar həyata keçirsə fəsad qaçılmazdır”.

Bunu da oxu: Bakıda peşəkar fotosessiya xidmətləri neçəyə başa gəlir - QİYMƏTLƏR
“Problemsiz əməliyyatlar mütəxəssisdən asılı olaraq hər yerdə edilir”, - deyən Rauf Kərimov fikrini belə izah edib:

“Yaxşı cərrahlar bütün klinikalarında fəaliyyət göstərir. Ancaq mütəxəssis axtararkən, ilk olaraq onun fəaliyyətini araşdırmaq, sonra əməliyyata qərar vermək lazımdır. Səhv seçimlər zamanı əməliyyatdan sonra nəfəsalmada problem yarana, burunda əyrilik qala, çöküntü ola bilər”.
Əməliyyatın psixoloji tərəfləri

“Psixoloji problemlər 40-45 dəqiqəlik əməliyyatla aradan qalxırsa nə gözəl”, - deyən Vaqif Qələndər fikrini belə ifadə edib:

“Dünyada 6800-dən çox plastik və rekonstruktiv cərrahiyyə əməliyyatı var. Bu əməliyyatların kosmetik cərrahiyyə hissəsi siyahının 25%-ni təşkil edir, qalanı rekontruksiyadır. Belə ki, müxtəlif qəzalar zamanı sinirlər zədələnir, vətər kəsilir, toxumalar qopur və s. Anadangəlmə deformasiyalar – dovşandodaq, qurdağızlıq kimi hallar isə öz yerində. Bu əməliyyatlar rekonstruktiv plastik cərrahlar tərəfindən həyata keçirilir, sonra insanlarda illərlə formalaşmış funksional qüsurlarla yanaşı, psixoloji problemlər də aradan qalxır”.

“Life&Harmony – women's club”un həkim-psixoloqu Aygün Babayevanın fikrincə, görünüşə ciddi xələl gətirən burun forması insan psixologiyayasında daha ciddi fəsadlara yol açır:

“Adətən kompleksli insanlar görünüşlərində müəyyən dəyişikliklər etməyi istəyirlər. Çünki həyatlarında baş verən bütün neqativləri görünüşlərilə əlaqələndirirlər. Əgər doğrudan da görünüşə ciddi xələl yetirərək özgüvəni azaldan və psixoloji problemlərə səbəb varsa, əməliyyat vacibdir. Yeni görünüşlə yeni həyat qazanmış insanlar kompleksdən, depressiyadan azad olurlar”.

Rinoplastika neçəyə başa gəlir?

Cərrah R. Kərimli qeyd edib ki, əməliyyatların qiymətini o, özü təyin edir: “Sadə əməliyyatlar 2300-2500, lakin 2-ci dəfə olunan əməliyyat 3000-3500 manata başa gəlir, çünki burun tamamilə rekonstruksiya edilir”.

Könül Niftəliyevanın bildirdiyinə görə,“Spirumed”də burun əməliyyatlarının qiyməti əməliyyatın mürəkkəblik dərəcəsindən asılı olaraq 900-1600 manat arasında dəyişir.

Vaqif Qələndər isə, lazım gələrsə, tamamilə təmənnasız əməliyyatları da öz öhdəsinə götürdüyünü vurğulayıb.

Bakucity.az-ın mütəxəssislərlə söhbətindən məlum olub ki, burunda aparılan əməliyyatların həyati təhlükəsi yoxdur, lakin vacib olmadığı müddətcə insanlar bu seçimi etməsələr daha yaxşı olar.

Sonda paytaxtda fəaliyyət göstərən müxtəlif klinikalarda rinoplastika əməliyyatının qiymətlərini təqdim edirik:
Bakıda liposaksiya əməliyyatı – ARAŞDIRMA/QİYMƏT
Liposaksiya (Liposuction) dərialtı təbəqədəki yağların cərrahi yolla aspirasiyasıdır.

Azərbaycanda gözəl görünmək istəyən xanımlar pəhriz proqramları, idmanla arıqlaya bilməyəndə liposaksiyaya müraciət edirlər. Yaş məhdudiyyəti yoxdur, xəstənin dərisinin elastikliyi həlledici rol oynayır.

Son zamanlar Bakıda bu əməliyyatdan dünyasını dəyişən insanların sayının artmasını nəzərə alaraq Bakucity.az liposaksiyanın ən vacib nüanslarını araşdırmaq üçün “Qələndər” klinikasının plastik və rekonstruktiv cərrahı, professor Vaqif Qələndərə müraciət edib.
“Liposaksiya arıqlama əməliyyatı deyil”

Professor Vaqif Qələndər bildirib ki, klassik və lazer üsulu ilə aparılan liposaksiya bədən şəkilləndirmədə - üzdən ayaq biləyinə qədər tətbiq oluna bilən əməliyyatdır. Ancaq ən çox göbək ətrafı, üst qıçların iç və xarici bölgələri ilə kürəkdə, boyunda və boyun-ənsə tətbiqi geniş yayılıb:

“Liposaksiya “lipos - yağ” və “suction - sovurmaq” sözlərinin birləşməsindən yaranaraq “vakumla piy sovurmaq” mənasını verir. Yəni, liposaksiya arıqlama əməliyyatı deyil, bədəndə olan piy toxumalarını uzaqlaşdıran cərrahi müdaxilədir ki, bəzən “lipofiling” (lipo-piy, filing-doldurmaq) üsulu ilə birlikdə aparılır. Əməliyyat xəstənin bədənində gizli yerlərdə açılan kiçik giriş dəliklərindən sovurma gücünə sahib incə uzun borularla həmin nahiyyədəki artıq piy toxumalarının vakuum yolu ilə uzaqlaşdırılaraq həyata keçirilir. Nəticədə piylənmə olan nahiyyələr yenidən şəkilləndirilərək daha düzgün bədən konturları əldə edilir”.

Liposaksiya yoxsa abdominoplastika?
Professorun sözlərinə görə, əməliyyatın növü pasiyentin vəziyyətinə görə dəyişir:

“Əgər xəstənin abdominal bölgəsində dəri və ya dərialtı piy toxumasında sallanma varsa, demək liposaksiyaya yox dermolipektomiyaya (dəri və dərialtı piy toxumasının kəsilib götürülməsi) ehtiyyac var.

Həmçinin oxu: Bakıda mammoplastika əməliyyatı: harada və neçəyə?

Piylənmə xəstənin belində və yaxud diz içi nahiyyəsindədirsə, onu kəsib götürsək daha böyük iz qala bilər deyə liposaksiya edirik. Liposaksiyanın texniki tərəfdən icrası asan olsa da, estetik olaraq müsbət nəticə əldə etmək üçün dəqiq planlama mütləqdir. Səhv planlama düzəlməyəcək deformasiyaların yaranmasına səbəb ola bilər”.

“Kimlər liposaksiya etdirə bilməz?” sualına cavab olaraq, V.Qələndər qeyd edib ki, daimi olan riskləri nəzərə almaqla, bu, əməliyyatı sağlam olan hər kəs etdirə bilər:
“Bütün əməliyyatlarda olduğu kimi, liposaksiyada da riskləri var və pasiyentlər əməliyyat öncəsi müayinə olunmalıdır. Pasiyent ümumi analiz verməli – qanda olan hemoqlabin, laxtalanma, şəkər göstəricisi və s. mütqləq şəkildə yoxlanılmalıdır. Əgər sağlamlıqda hər hansısa problem aşkarlanarsa pasiyentə ətraflı izah olunmaqla əməliyyat təxirə salınmalıdır. Sağlamlıqla bağlı heç bir problem yoxdursa, pasiyentlə həkim ortaq qərar verdikdən sonra əməliyyat həyata keçirilməlidir. Ümumiyyətlə, liposaksiya əməliyyatlarının ən problemli tərəflərindən biri tromboemboliya (qan damarında əmələ gəlmiş laxtanın axınla aparılıb kiçik mənfəzli damarın keçidini tıxaması) riskinin yüksək olmasıdır. Bu barədə isə xəstəyə mütləq daha əvvəlcədən məlumat vermək lazımdır.

Bəzən isə liposaksiyanın şəkər xəstələrinə faydalı olduğunu deyirlər. Bu tam göstərici deyil. İstənməyən yağların bədəndən uzaqlaşdırılması estetik faydası ilə bərabər, Tip 2 şəkər xəstəliyinin müalicəsində də böyük rol oynayır, amma bu, əsasən, bariatrik (arıqlama) əməliyyatlarına aiddir. Liposaksiya əməliyyatı isə şəkəri olan xəstələr üçün təhlükə yarada bilər”.

Yaş kateqoriyasına gəlincə, professor qeyd edib ki, bu əməliyyata piylənmə problemi olan hər yaşda insan girə bilər. Azərbaycanda isə 24-45 yaş arası insanlar daha çox müraciət edir:

Həmçinin oxu: Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA

“Azərbaycanlı kişilər daha çox üzlərində olan çökəklikləri “lipofiling” etdirməklə kifayətlənirlər. Qadınlarda isə daha çox bel, diz içi, göbək altı və göbək ətrafı nahiyələrdə yığılan piyləri aradan qaldırmaq üçün liposaksiya əməliyyatına müraciət edirlər. Əməliyyat pasiyentlərin yaşına, çəkisinə və ümumi vəziyyətinə uyğun olaraq təyin olunur.

Professor liposaksiya üçün mütləq bu sahə üzrə mütəxəssis olan plastik cərrahlara müraciət etməyi məsləhət görür. Onun sözlərinə görə, bu əməliyyatı qeyri-mütəxəssislər edə bilməz, çünki xəstənin əməliyyata hazırlanması, əməliyyatdan sonra hansı karsetlərdən istifadə etməsi kimi bir çox vacib məqamlar düzgün təyin olunmalıdır və nəzarətdə saxlanılmalıdır.

Təqribi qiymətlər
Paytaxtda bu cür əməliyyatların həyata keçirildiyi müəyyən klinikalar var. Onlardan: “Baku Medikal Plaza”, “Mərkəzi Gömrük Hospital”, “Spero Hospital”, “MediStyle Hospital”da cərrahlarla məsləhətləşmək ödənişsizdir. Əməliyyatın qiymətinə gəldikdə, klinikalardan aldığımız məlumatlara görə, bu, yalnız həkim müayinəsindən sonra müəyyən edilə bilər.

Klinikalarda əməliyyatın qiyməti götürülən piyin həcmindən,əməliyyat olunan nahiyədən, istifadə olunan bandajlardan və s. xüsusi materiallardan asılı olaraq dəyişir.

Beləliklə, “Vital klinika”dan verilən məlumata görə, burada liposaksiya minimum 250, maksimum 1200 AZN-ə başa gəlir.

“Istanbul NS” cərrahlarla məsləhətləşmək ödənişsizdir. Əməliyyatın qiyməti isə 2500-2800 manat arasında dəyişir.

“MediStyle Hospital”da cərrahla məsləhətləşmək ödənişsizdir, əməliyyat 2000-3000 AZN arasında dəyişir.

“Qələndər” klinikasında isə liposaksiyanın qiyməti təqribən 150 manatdan 3000 manata qədər dəyişə bilər. Həkim konsultasiyası ödənişsizdir.

Qeyd edək ki, bədəndən piyin sovrulması ilk dəfə Avropada künt kanyula və mənfi təzyiq istifadə olunaraq həyata keçirilib. Bu zaman üç fransız cərrah: Yves Gerard İllouz, Pyer Fourner və Fransis Ottenti 1982 ci il Honolulu-Havaidə keçirilən Amerika Plastik və Rekonstruktiv Cərrahlar dərnəyinin illik iclasında liposaksiya təcrübələrini paylaşıblar. Hazırda artıq piylərdən xilas olmaq üçün liposaksiya olduqca populyar estetik cərrahi müdaxilədir, və bu əməliyyat növünə ən çox Amerika Birləşmiş Ştatlarında müraciət olunur.

Ramilə QARDAŞXANQIZI

Bakucity.az
Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA
Paytaxt klinikalarında ümumi və fərdi teropeftik “Chek-up” neçəyə başa gəlir?

Mütəxəssislər vaxtında aparılmayan profilaktikaların cəmiyyətdə qəfil ölüm saylarının artması ilə nəticələndiyini və bu halın son zamanlar ölkəmizdə tez-tez müşahidə olunduğunu deyirlər. Araşdırmalar isə sübut edir ki, səhiyyəsi inkişaf etmiş ölkələrin təcrübəsində mütamadi aparılan müayinələr – “Chek-Up”lar vasitəsi ilə insanların sağlamlıq problemləri vaxtında aşkarlanır və xəstəliklərin sayı azalır. Bakucity.az mövzunun daimi aktuallığını nəzərə alaraq bu dəfə Bakıda fəaliyyət göstərən bir sıra özəl klinikalarla əlaqə saxlayıb və teropeftik adlandırılan “Chek-Up” (ümumi və fərdi) müayinə paketlərindən yararlanmağın pasiyentlərə neçəyə başa gəldiyini öyrənməyə çalışıb. Materialı oxuculara təqdim edirik.

Qiymətlər "Çheck-Up" müayinə paketinə daxil edilən xəstəliklərə görə dəyişir
“Müasir Diaqnostika Klinikası”

Klinikadan verilən məlumata görə, burada 40 yaşdan yuxarı pasiyentlər 828 manat ödəməklə ümumilikdə 50 müayinədən keçə bilərlərlər. 40 yaşadək olan ümumi müayinə paketinin qiyməti isə 298 manatdır. Bu paketə də zəruri olan bütün müayinə və analizlər daxildir. Klinikanın sadə (fərdi) “Chek-Up” paketindən yararlanmaq isə 49 manatdır. Bu paketə daxildir teropeftin konsultasiyası, qara ciyər, öd kisəsi, mədəaltı vəz, dalağ müayinələri, EKQ, döş qəfəsinin rentgeni və qanın ümumi analizi.

“Baku Clinic”

Burada da “Chek-up”un qiyməti təqribən öncəki klinikadakı kimidir. 700 AZN ödəməlklə ümumi müayinədən keçmək mümkündür. Paketə qanın ümumi analizi, qanın laxtalanma müddəti, qanda şəkər, lipidlər – xolesterin, triqliseridlər, sidiyin ümumi analizi, nəcisin ümumi analizi, yaxmanın mikroskopiyası, xlamidiya, mikoplazma, ureaplazma, yaxmada qardnerella, HBsAg, HCV, Treponema pallidum İgG+İgM, HİV, billirubin (fraksiyaları), zülal (fraksiyaları), ALT, AST, QQT, qələvi fosfataza, qan qrupu və RH, revmo sınaqlar, kreatinin, qalıq azot, EKQ, EEQ, USM (ümumi - kişi / qadın), EXO, döş qəfəsinin rengenoqramması, mədə-bağırsağın rengenoqramması və həkim məsləhəti daxildir.

“Istanbul Clinic”

Burada teropeftik “Chek-Up” müayinəsinin ümumi forması təqribən 400-450 manata başa gəlir. Paketə bütün zəruri müayinələr - rentgen, USM, ALT, AST, QQT, ürəyin kardioqramması və s. əlavə olunub.

“Mərkəzi klinika”

Bu klinikada 18 yaşdan 40 yaşa qədər pasiyentlərə 150 AZN-lik, 40 yaşdan yuxarı olanlara isə 220 AZN-lik“Chek-Up” paketi təklif olunur. Paketlərə zəruri olan bütün müayinələr daxildir.

“Bioloji Təbabət Klinikası”

Klinikanın əməkdaşı qeyd edib ki, sağlamlıq mərkəzində “Chek-Up”dan keçmək üçün posiyentlərə güzəş təklif olunur. Yəni 200 AZN ödəməklə ümumi paketdən yararlanmaq olar. Paketə qan analizləri, rentgen, EKQ, USM, labaratoriya xidmətləri və s. teropeftik müayinələr daxildir. Həkim isə müayinələrdən alınan nəticələrə görə təyin olunur.

“Oksigen Klinik Xəstəxanası”

Oksigendə “Chek-Up” paketə daxildir teropeftin konsultasiyası, daxili orqanların USM-si, üst problemlər; qaraciyər, mədəaltı vəz, öd kisəsinin müayinəsi, infeksiyalar - B, C, qaraciyər analizləri, ağ ciyərin rentgeni, EKQ, şəkərin analizi, qanın və sidiyin ümumi analizləri və s. Qiymət 172 AZN.

"ELMED"

Bu sağlamlıq ocağında fərdi “Chek-Up”un qiyməti 59 manatdır. Paketə qanın və sidiyin ümumi analizləri, qanın laxtalanma müddəti, qanda şəkər miqdarının yoxlanması, xolesterin, hepatitlər, ürəyin kardioqramması, həkimin qəbulu və s. əlavə olunub.

“Mərkəzi klinika”

Bu klinikada 18 yaşdan 40 yaşa qədər pasiyentlərə 150 AZN-lik, 40 yaşdan yuxarı olanlara isə 220 AZN-lik“Chek-Up” paketi təklif olunur. Paketlərə zəruri olan bütün müayinələr daxildir.

“Bioloji Təbabət Klinikası”

Klinikanın əməkdaşı qeyd edib ki, sağlamlıq mərkəzində “Chek-Up”dan keçmək üçün posiyentlərə güzəş təklif olunur. Yəni 200 AZN ödəməklə ümumi paketdən yararlanmaq olar. Paketə qan analizləri, rentgen, EKQ, USM, labaratoriya xidmətləri və s. teropeftik müayinələr daxildir. Həkim isə müayinələrdən alınan nəticələrə görə təyin olunur.

“Oksigen Klinik Xəstəxanası”

Oksigendə “Chek-Up” paketə daxildir teropeftin konsultasiyası, daxili orqanların USM-si, üst problemlər; qaraciyər, mədəaltı vəz, öd kisəsinin müayinəsi, infeksiyalar - B, C, qaraciyər analizləri, ağ ciyərin rentgeni, EKQ, şəkərin analizi, qanın və sidiyin ümumi analizləri və s. Qiymət 172 AZN.

"ELMED"

Bu sağlamlıq ocağında fərdi “Chek-Up”un qiyməti 59 manatdır. Paketə qanın və sidiyin ümumi analizləri, qanın laxtalanma müddəti, qanda şəkər miqdarının yoxlanması, xolesterin, hepatitlər, ürəyin kardioqramması, həkimin qəbulu və s. əlavə olunub.
"Chek-Up" (çekap) analizlər və USM müayinələr toplusu Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı diaqnostika proqramıdır. Proqram iki formada həyata keçirilir - ümumi və fərdi. "Chek-up" əsasən, kardioloji, uroloji, şəkərli diabet, qastroenteroloji, hamilə qadınlar üçün, uşaqlar üçün və ginekoloji olur. "Chek-up" proqramına həm analizlər, həm i daxildir. Bu müayinə növünə konsultasiyalar və terapevt, ginekoloq, uroloq, nevroloq, kardioloq, oftalmoloq, mammoloq məsləhəti də daxildir.

Klinik-laborator müayinələrə gəlincə, qeyd edək ki, "Chek-Up" daxilində konkret olaraq analiz və müayinələrin sayı müəyyənləşdirilməyib.
Bakının stomatoloji klinikalarında xidmətlər və qiymətlər sərfəlidirmi? - ARAŞDIRMA
Bakucity.az stomatoloji klinikalarda xidmətləri və qiymətləri müəyyənləşdirməyə çalışıb

Bakıda hər addımbaşı stomatoloji klinikaya rast gəlinir. Əksəriyyəti özəl olan bu klinikalar yüksək standartlara cavab vermələri ilə öyünürlər. Bəs doğrudan da paytaxtın klinikaları müştərilərin tələbatını qarşılamaq bacarığındadırlarmı? Bu suala cavab tapmaq üçün biz paytaxtdakı 5 klinika ilə əlaqə saxlayıb xidmətləri və qiymətləri müəyyən etməyə çalışmışıq.

Paytaxtın 5 stomatoloji klinikasında xidmət və qiymətlər

“32 Gözəl” klinikası

“32 Gözəl” stomatoloji klinikasının qəbul şöbəsindən Bakucity.az-a bildirilib ki, klinika müasir avadanlıqlarla təchiz edilib və gigiyenik standartlara cavab verir:

“Qiymətlərə gəlincə, plomblama xidməti kariyesin müalicəsi ilə paralel aparılır və qiyməti 30-60 manat arasında dəyişir. Dişlərinin əyri olmasına görə özlərini narahat hiss edən pasiyentlər klinikamızda keyfiyyətli breket xidmətini 1400-2000 manat qarşılığında ələ edə bilərlər. Estetik xidmət olan karonkanın qiyməti klinikamızda 120-150 manat arasındadır. Diş çəkimi dişlərin kökündən asılı olaraq 50-120 və 150 manat arasında dəyişir. Hər iki çənə üçün protezə isə 250-700 manat ödəmək lazımdır”.
“44 Dental Clinic”

“44 Dental Clinic”in ictimaiyyətlə əlaqələr bölməsindən saytımıza verilən məlumatda qiymətlərin baha olmadığı bildirilir:

“Plombun qiyməti 50, breketin 1000, karonkanın qiyməti isə 80-400 manat arasında dəyişir”.

Bunu da oxu: Kişilər qadın müdir barədə nə düşünür? - ARAŞDIRMA
Həmçinin, klinikadan qeyd ediblər ki, plomblama əksər vaxt kariyesin müalicəsi ilə birgə həyata keçirilir və bu zaman qiymətdə dəyişiklik etmək mümkündür.

“Dental Care Baku Clinic”

“Dental Care Baku Clinic”dən verilən məlumata görə, klinikada diş plomblamasının qiyməti 40-60 manat arasında dəyişir. Breket xidməti isə 1500 manata başa gəlir, ancaq bu qiymətə həkimin xidmət haqqı da daxildir.

“Dental Classic”

“Dental Classic” klinikasının qəbul şöbəsindən saytımıza verilən məlumatda bildirilir ki, breket xidmətindən istifadə etmək niyyətində olan pasiyentlər ödənişsiz müayinə olunurlar:

Bunu da oxu: Bakıda iş yerlərində ən çox tələb olunan mütəxəssislər – Top 10
“Plomblamanın qiyməti 30-65 manata, breket xidmətinin qiymətləri hər iki çənə üçün 1800-4000 manat arasında dəyişir. Diş çəkimi isə 20-30 manat arasındadır”.

“Premium Dental”

“Premium Dental” klinikasındakı xidmət və qiymətlərə gəldikdə isə plomblama xidmətinin qiyməti diş kanalının vəziyyətindən asılı olaraq, 40-50 manat arasında dəyişir.

“Breket xidmətimiz 900-1000 manata başa gəlir, lakin hal-hazırda pasiyentlərimizə 50%-lik endirim kampaniyası təklif olunur. Breket xidmətindən yararlanmaq istəyənlər hər iki çənə breketi üçün cəmi 500 manat ödəyəcəklər”, - klinikadan verilən məlumatda bildirilir.

Bakının stomatoloji klinikalarında xəstəliklərə yoluxma riski nə qədərdir?

Bakıda müxtəlif stomatoloji klinikalara müraciət edən insanları ehtiyatlı olmağa vadar edən səbəblərdən biri də müxtəlif xəstəliklərə yoluxma riskidir. Bu cür hallar paytaxtımızda heç də nadirən baş vermir. Bir çox insanlar ehtiyatsızlıq və səhlənkarlıq ucbatından ciddi sağlamlıq problemləri yaşayırlar. Ona görə də əksəriyyət klinikalarda xəstəliklərə yoluxmaq riskinin nə dərəcədə olduğunu bilmək istəyir. Bakucity.az bu məsələni də araşdırıb. Stomatoloq-həkim Günay Səfərova saytımıza açıqlamasında qeyd edib ki, stomatoloji klinikalarda müxtəlif xəstəliklərə yoluxmaq riski çoxdur.

“Bakıda çoxsaylı stomatoloji klinikalar və kabinetlər açılıb. Lakin bu yerlərin hamısında gigiyenik standartlara riayət edilmir. Yaxşı klinika, yaxşı həkim pasiyentini yarana biləcək təhlükələrdən qorumalıdır. Həmin klinikalara müraciət edən bəzi insanların HİV, hepatit və digər təhlükəli infeksiyalara yoluxduğunu görən bir çox insanlar stomatoloqa getməyin təhlükəli olduğunu düşünürlər, hardasa onlara haqq vermək də olar. Pasiyent özü klinikaya daxil olarkən, təmizliyə və gigiyeneya diqqət etməlidir, ayaqyoluna baxmaqdan tutmuş digər məqamalara qədər. Təbii ki, həkimin otağına nəzəri baxış da buraya daxildir. Diqqəti əldən verməmək lazımdır”, - deyə mütəxəssis açıqlamasında bildirib.

Sonda oxucularımıza paytaxtın stomatoloji klinikalarındakı xidmətlər və ortalama qiymətləri təqdim edirik:
Bakıda "103” çağırış xidməti nə dərəcədə funksionaldır? – AÇIQLAMA
Təcili yardım maşınları hadisə yerinə niyə gecikir?

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası mütəmadi olaraq sakinlərin tənqidlərinə tuş gəlir. Hətta gecikmə səbəbindən həkimlərin döyülməsi halları da yaşanmışdı. Bakucity.az mövzunun aktuallığını nəzərə alaraq “BŞT və TTYS”ın mövqeyini öyrənib. Sakinlərin iradları haqlıdırmı? Təcili yardım maşınları həqiqətən də vaxtında ünvanlara çata bilmirmi? Fasiləsiz fəalliyəti nəzərdə tutulan "103” çağırış xidmətində zənglərə vaxtında cavab verilirmi? Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının işini yaxşılaşdırmaq üçün hansı tədbirlər görülməlidir? Bu və digər sualları stansiyanın baş həkimi Rauf Nağıyev cavablandırıb. Materialı oxuculara təqdim edirik.

Rauf Nağıyev: “BŞT və TTYS-a edilən haqsız iradların əksəriyyəti təxirəsalnmaz çağırışların tez icrası tələbindən irəli gəlir”


Saytımıza açıqlama verən Rauf Nağıyev qeyd edib ki, “BŞT və TTYS”ın 103 xidmətinə gündəlik daxil olan çağırışların sayı 2000 – 2400 arasında dəyişir, bayram və istirahət günləri isə daha da artıq olur:

“BŞTTTYS-nın 103 xidmətinə daxil olan bütün çağırışlar ilk növbədə icra edilməsi daha vacib olması şərti ilə çeşidlənərək bölmələrin həkimlərinə ötürülür və ardıcıllıqla icra edilir. Təcili tibbi yardım işçiləri daima sıx çalışırlar, amma “103” xidmətinə daxil olan çağırışların böyük əksəriyyəti təcili tibbi yardıma aid olmur. Müraciətlər isə təcili və təxirəsalınmaz olmaqla 2 yerə bölünür. Təcili çağırışlar 15 dəqiqə ərzində, təxirəsalınmazlar isə 1 saata icra olunur”.


R. Nağıyev qeyd edir ki, iradların əksəriyyəti təxirəsalnmaz çağırışların tez icrası tələbi ilə edilir. Bu səbəblə olan müraciətlər isə təcili yardıma deyil, poliklinikalara edilməlidir. O ki, qaldı təcili yardım maşınlarının vaxtında ünvanlara çata bilməməsinə, Nağıyev deyir çağırışın icra edilməsi üçün bölmələrdən ünvana yollanan təcili yardımın sanitar avtomobilləri yollarda tıxac olmadığı halda və çağırış ünvanı düzgün verildikdə gecikmədən hadisə yerinə çatır.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarında intizama necə diqqət yetirilir? – sualına cavab olaraq, həkim qeyd edir ki, təcili yardımın bütün sanitar avtomobillərində CPS quraşdırıldığından sanitar avtomobilin bölmədən çıxdığı vaxt qeydə alınır, hərəkət marşrutu və ünvana çatma vaxtı “103” xidməti tərəfindən izlənilir. Həmçinin bütün bölmələrdə və filiallarda video-nəzarət kameraları quraşdırıldığından işçilərin fəaliyyəti daima rəhbərlik və mərkəzləşdirilmiş dispetçer xidməti tərəfindən nəzarətdə saxlanılır.

Bakı şəhərində hər rayonda yetəri qədər təcili yardım maşını varmı?

Nağıyev Bakı şəhərində qeydiyyatda olan əhalinin sayı ilə Təcili yardım briqadalarının sayı arasında kifayət qədər böyük fərqin olduğunu da nəzərə çatdırıb:

“Şəhər qeydiyyatında olanların sayı rəsmi rəqəmlərdə 2262560 nəfərdir, amma qeydiyyatda olmayan əhalinin sayı dəfələrlə artıqdır. Təcili yardım briqadalarının sayı isə rəsmi rəqəmlərdə qeyd edilən əhalinin sayına müvafiq hesablanıb. Şəhərdə müvəqqəti yaşayan rayon əhalisi üçün ayrılmış təcili yardım briqadaları isə həmin rayonlarda fəaliyyət göstərir.

"103” çağırış xidmətində zənglərə vaxtında cavab verilirmi məsələsinə gəlincə, - baş həkim davam edir: çağırışı verən şəxslər təcili yardım briqadasının nə vaxt gələcəyini öyrənmək üçün “103” xidmətinə təkrar zənglər edirlər, həmçinin təcili yardıma aid olmayan əsassız müraciətlər edirlər ki, bu da telefon xəttinin yüklənməsinə səbəb olur”.


Baş həkimin dediyinə görə, 2007-i ildən başlayaraq təcili tibbi yardım sistemində müsbət tərəfə böyük dəyişikliklər olub:

“Təcili yardım yeni sanitar avtomobillərlə, tibbi avadanlıq və ləvazimatlarla təmin edilib. Əməkdaşlarımız Beynəlxalq əhəmiyyətli dövlət və idman tədbirlərində zəruri hallarda tədbir iştirakçıları və paytaxta gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak ediblər. Fəlakətlər və kütləvi hadisələr zamanı zərərçəkənlərə təcili və keyfiyyətli tibbi yardım göstərilməsi məqsədilə (TRİAJ-əsasında) vaxtaşırı FHN ilə birgə təlimlər keçirilir. Bundan əlavə, təcili yardıma edilən müraciətlərin yarıdan çoxu təcili tibbi yardıma aid olmadığından əhali arasında maarifləndirmə işi aparmaq və xroniki xəstələrin poliklinikalara müraciət etməli olduqlarını onlara başa salmaq istiqamətində işlər də görüləcək”, deyə Rauf Nağıyev fikrini tamamlayıb.

“BŞT və TTYS”nın kollektivi 2019-cu ildə də var qüvvəsi ilə tibb sahəsində olan yeniliklərdən istifadə etməklə əhalinin sağlamlığı keşiyində durmağa çalışacaq deyən R. Nağıyev hesab edir ki, təcili yardıma aid olmayan çağırışların araşdırılmalı və bu çağırışları verən şəxslər barəsində müvafiq tədbirlər görülməlidir.

Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakıda gözəl qaşların sirri – QİYMƏTLƏR + MÜTƏXƏSSİS MƏSLƏHƏTİ
Permanent, yoxsa mikrobleydinq?

Bakıda fəaliyyət göstərən tanınmış qaş ustalarının fikrincə, paytaxtda qaşlarda aparılan estetik prosedurlar son zamanlar sürətlə populyarlaşıb. Permanent yoxsa mikrobleydinq daha effektivdir? Hansı hallarda yaxşı nəticə əldə olunmur? Bu sahədə hansı yenilik var? Xidmətlər neçəyə başa gəlir?

Bakucity.az mövzu ilə bağlı bu və digər suallara cavab tapmaq üçün “PhiBrows Official Studio”nun mikrobleydinq (tük effekti) mütəxəssisi Surac Ağayevə müraciət edib.

Mütəxəssisin fikrincə, hər hansısa bir sahədə kəşf olunan texnologiyaların sonuncusu həmişə daha yaxşı sayıldığı kimi, bu sahədə də yeniliklər dəbdədir:

“İlk dəfə tatuaj, sonra permanent yaranıb. Ən sonuncu isə, hazırda qadınlar arasında populyar olan mikrobleydinqdir. mikrobleydinq təbiiliyə daha yaxın olan tük effektinin yaranması deməkdir. Bu sahənin texnologiyaları arasında rəqabət daha təbii cızıqların çəkilməsindən ibarətdir. Permanentdə cızıqlar ancaq bir istiqamətdə - aşağıdan yuxarıya doğru çəkilir, mikrobleydinqdə isə tüklərin bitmə istiqamətinə uyğun çəkilir. Permanent elektron aparatla çəkilir, amma mikrobleydinq qələmlə.

Bu ustaya imkan verir ki, cızıqları daha təbii çəksin. Permanentdə qalın və az, təqribən 10-15 cızıq olur və onları rahat saymaq mümkündür. Mikrobleydinqdə də cızıqlar nazik, incə və çox sayda olur deyə həm saymaq mümkündür, həm də bu cür qaşlar daha təbii görünüş alır.

Bu gün paytatda tanınmış qaş ustaları daha çox “PMU NanoBrows” texnologiyasından istifadə edirlər. Çünki xüsüsi kəşf olunmuş PMU aparatı ilə işlənilən bu texnologiya mikrobleydinqi üstələyərək daha uzunmüddətlidir və mikrobleydinq üçün problemli sayılan yağlı, qanayan və s. dərilərdə uğurla tətbiq olunur.

Nəticə gözlənilən kimi olmadı! Səbəb?

Surac Ağayev deyir ki, tük effektini tatuajdan fərqləndirən ən başlıca cəhət dərinin cızıqlar arasından görsənməsidir.

“Dəridən asılı olaraq cızıqları sıx da çəkmək olur. Bəzən isə xüsusilə seyrək çəkmək lazım gəlir. Usta bu işi görəndə bir ay sonranı fikirləşməlidir. Cızıqlar sağalandan sonra tük effekti qalacaqmı? Yoxsa bitişib tatuaja çevriləcək? – deyə, özünə suallar verməlidir.

Həmçinin oxu: Bakıda ən gözəl azərbaycanlı qız və oğlan seçildi – FOTO

Ümumiyyətlə, permanentin qalma müddəti daha çoxdur. Çünki o PMU apparatı ilə işlənilir və boyanı daha dərinə yeridir. Bəzən xanımlar mikrobleydinqin az qalmasından narahat olurlar, 5-10 il öncə edilən tatuaj, permanent isə getmir ki, getmir. Nəzərə almaq lazımdır ki, 10 il öncə olan qaş forması indi artıq dəbdə deyil. Ona görə də xanımlarımız 200-300 manata təkcə bu cür qaşların silinməsinə sərf edirlər. Mikrobleydinq ona görə müvəqqəti fikirləşilib”.

Mikrobleydinq mütəxəssisi S.Ağayev hesab edir ki, mikrobleydinqin pis nəticələnməsinin dörd əsas səbəbi var.

1. Ustanın bacarıqsızlığı;

2. Boyanın keyfiyyəti;

3. Dərinin növü;

4. Qulluq qaydası.

Birinci növbədə, təcrübəsiz və bu sahə üzrə təhsil almayan ustalar əksər hallarda düzgün dərinlikdə işləyə bilmirlər. Həmçinin eyni cızığın üstündən bir neçə dəfə gedə bilmirlər və nəticədə tük effekti alınmır, qaş daha çox tatuaja bənzəyir. Keyfiyyətsiz, ucuz boyalar da dəridə yaxşı qalmır, göyərir və qızarır.

Yağlı, qanayan dərilərdə və apelsin qabığına oxşayan dərilərdə mikrobleydinq quru dəridəki kimi effektli və uzunömürlü olmur. Qulluq qaydasına gəlincə, prosedur bitəndən sonra qaşlara ən azı iki həftə qulluq edilməlidir:

“Cızılmış dərini düzgün şəkildə sağaltmaq lazımdır ki, sağaldıqca boya dərinin altında istədiyimiz kimi qalsın. Müştəri düzgün qulluq etməzsə, ustanın ideal qaş çəkməyi mənasızdır. Amma usta seçərkən, müştəri ustanın əl işini və müştəri razılıqlarını analiz etməlidir.

Qiymətlərə gəlincə, S.Ağayev onlarda permanentin artıq işlənmədiyini bildirib. Mikrobleydinqin qiyməti isə hər ustanın iş təcrübəsinə və stajına görə təyin olunur:

“Mikrobleydinq təmiz, ilk dəfə olunan dərilərdə 120 AZN, tatuaj, mikrobleydinq, permanent olunmuş dərilər üzərində isə 150 manata başa gəlir. Əgər müştəri ikinci dəfə bizə müraciət etsə endirimlə 90 AZN ödəyəcək. Korreksiya isə 50 manatdır. Qalma müddəti dəridən asılı olaraq 6-18 ay sürə bilər.

Həmçinin oxu: Bakıda dadlı və keyfiyyətli dondurma yeyə biləcəyiniz məkanlar - QİYMƏT

Mütəxəssisin dediyinə görə, Bakıda 90% qaş ustası bu sahə üzrə təhsilsiz və təcrübəsizdir. Bu cür qaş ustaları isə dəriyə qalıcı çapıq salırlar. Ona görə də, mütəxəssis seçim edərkən yüz ölçüb bir seçməyi məsləhət görüb:

“Normal rəngli permanentə hələ rast gəlməmişəm. Qaşlarda boya ya qızarır, yada ki, göyərir. Fikrimcə, permanentə daha çox boya sərf olunduğu üçün, əksər ustalar ucuz bədən tatusu boyasından istifadə edirlər”, deyə o yekunlaşdırıb.


Qeyd edək ki, mikrobleydinqin müddəti bitəndən sonra iz qalmır, təkrar etmədikdə yox olur və əvvəlki qaşlar öz yerini alır. Permanent təbii şəkildə, qalıcı makiyaj effekti hesab olunur. Qalıcılıq müddəti isə iki ilə qədərdir. Mikrobleydinq kəsici alətlə dərini çərtərək həyata keçirilir və xüsusi alətlə boya qaşa yeridilir. Permanent isə xüsusi çox nazik uclu iynə ilə dəri altı həyata keçirilən rənglənmə prosesidir.

Bakıda yalnız qadınlar üçün xidmət göstərən obyektlər - ARAŞDIRMA
Bu məkanlarda göstərilən xidmətlər neçəyə başa gəlir?

Gözəllik salonlarını çıxmaq şərti ilə bu gün Bakıda sırf xanımlar üçün nəzərdə tutulmuş istirahət, əyləncə, sağlamlıq və s. mərkəzlərinin sayı çox deyil. Amma bu azlıqda belə seçim etmək üçün məlumatlı olmaqda fayda var. Bakucity.az mövzu barədə araşdırma hazırlayıb. Bakıda yalnız qadınlar üçün fəaliyyət göstərən məkanlar barədə materialımızı təqdim edirik.

“Qadınları xoşbəxt etmək üçün onların hər kaprizini yerinə yetirmək lazımdır”

“İncə Kaprizlər” SPA və Gözəllik salonunun administratoru Rəvanə İsmayılova mərkəzdə qadınlara göstərilən xidmət və qiymətlər barədə məlumat verib:

“Məkanımız qadınların daha gözəl, daha ideal və ən əsası daha sağlam olmaları üçün fəaliyyət göstərir. Burada qadınların istirahəti, düzgün qidalanması, gözəlliyi üçün hər cür şərait yaradılıb. Sağlam və düzgün istirahət həm simamızda, həm bədənimizdə, həm də ruhumuzda əks olunur. Burada ləziz yeməkləri ilə seçilən restoranımız var, biz bar, karaoke, qəlyan sevənləri də unutmamışıq, məkanımızda hamam, rus saunası, masaj kimi xidmətlər də göstərilir".

Bunu da oxu: İçərişəhərdə istirahət etməli ən yaxşı restoranlar - SİYAHI
Məkanda həmçinin saça qulluq, manikür-pedikür, peşəkar vizaj, kosmetoloq kimi xidmətlərin də təklif edildiyini deyən R. İsmayılova onu da qeyd edib ki, burada xınayaxdı, ad günü kimi tədbirlər peşəkarlar tərəfindən həyata keçirilir.

Yalnız qadınlar üçün fəaliyyət göstərən ilk çay evi

“Women Café Mandarin” 2012-ci ildə sırf xanımlar üçün çay evi statusu ilə fəaliyyətə başlayıb. Burada kişilərdən uzaqda dincəlmək, rəfiqələrlə əylənmək, ətirli çaylardan içməkdən əlavə, Avropa və milli mətbəxin ləzzətli yeməklərindən dadmaq, həmçinin qəlyandan zövq almaq mümkündür. Saytımıza açıqlama verən kafenin əməkdaşı belə deyib:

“"Mandarin" xanımların istirahətini nəzərə alaraq münasib qiymət, əla xidmət və dinc mühit təqdim edir. Kişilərə giriş qəti qadağandır! Məkanımızın bu kimi üstünlüklər var: masa sifarişi, banketlərin qəbulu, siqaret çəkməyən və çəkənlər üçün ayrıca yerlər, ödənişsiz Wi-Fi, qəlyan, karaoke, spirtli və spirtsiz içkilər, fon musiqisi və s. Burada istirahət etmək üçün bir xanımın xərcləyəcəyi orta hesab 15-20 manatdır”.

Sağlam bədəndə sağlam ruh

“Almaz qadın klubu” xanımların xoş istirahətini təmin etməklə yanaşı, onların gözəlliyi üçün də xidmət göstərir. Klubun əməkdaşı Nərminə Babayeva göstərdikləri xidmətlər barədə danışıb:

“Məkanımızda xanımlara makiyaj, xına döyməsi, avtoqaralma, kosmetik masaj və maskalar, “thread lifting”, "3D" üz modelləşdirilməsi, akne müalicəsi, mikrodermabraziya, “peels"; qırışların düzəldilməsi, limfodrenaj proseduru, kavitasiya; "RF-liftinq" proseduru, lassik, ayurvedik, limfodrenaj masaji və anti-sellülit masajı kimi xidmətlər göstərilir. Həmçinin türk hamamı, peşəkar saç və dırnaq ustaları xanımların xidmətindədir. Qiymətlərimiz isə münasibdir”.

“Kluba gələn xanımlar üçün azı 1 saat idman məcburidir”

“Sultan Saba Spa-Club”da qidadan tutmuş istirahətə, çəki atmaqdan başlamış gözəlləşməyə qədər hər problemin həlli var deyən administrator xanım məkanda olan xidmətlər barədə Bakucity.az-a məlumat verib:

“"Sultan Saba Spa Club" - sağlamlıq mərkəzi 2000 kvadrat metrlik sahədə “Technogym” trenajorları ilə təchiz olunmuş idman zalı, fitnes studiyası, hovuz, xüsusi müalicə üsulları ilə buxar hamamı, fin saunası, hovuzun yanında istirahət sahəsi, tualet və duş ilə tam təchiz olunub. Kluba gələn xanımlar üçün azı 1 saat idman məcburidir. Burada həm fərdi, həm də qruplar üçün peşəkarlar tərəfindən proqramlar tətbiq edilir, qiymətlərimiz isə sərfəlidir”.

Bunu da oxu: Bakıda falçılara kimlər müraciət edir və nə qədər xərcləyirlər? – ARAŞDIRMA
Administrator qiymətlərlə bağlı ümumi məlumat verərək qeyd edib ki, klubun üzvlük proqramının “Gold” təklifinə fitnes-studiya, hovuz, istirahət sahəsi, sauna, hamam, həmçinin “Fit&Fun” qrupunun bütün proqramları daxildir.

"Women's cofe”nin direktoru Yulya Dmitriyeva isə məkanın qadınlara özəl, incə detallarla dizayn olunan səliqəli və rahat, ev mühitini xatırladan məkan təklif etdiyini bildirib:

“Məkanımız siqaret çəkənlər və siqaret çəkməyənlər zonalarına bölünür. Burada xanımların kollektiv əyləşmələri üçün 2 "VIP" otaq var. Mətbəx Avropa yeməkləri, spirtli və spirtsiz içkilər, qəlyan və əlbəttə, desertlərdən ibarətdir.

Bakucity.az bir məkanda nəyə görə bir-birilə əlaqəsiz bir çox xidmətlərin göstərildiyini də öyrənib. Mərkəzlərin əməkdaşları bildiriblər ki, bu qədər xidmətin eyni məkanda göstərilməsinə səbəb sırf qadınların rahatlığını tam təmin etmək üçündür. Çünki şəhərdə hökm sürən tıxac və yol problemlərinə görə, bir istirahət günündə ayrı-ayrı ünvanlarda yerləşən kafe, fitnes və spa, həmçinin gözəllik salonlarının xidmətlərindən yararlanmaq mümkün deyil.
Bakıda qrip əleyhinə peyvəndi harada vurdurmaq olar? - QİYMƏTLƏR + EKSPERT RƏYİ
Ümumiyyətlə, peyvənd vacibdirmi?

Havaların getdikcə soyuması qrip virusuna yoluxma riskini artırır. Bir çoxları qış mövsümündə sağlamlığını qorumaq üçün qripə qarşı peyvənd vurdurmalı olduqlarını düşünürlər.

BakuCity.az-ın bugünkü məqaləsində ümumi soyuqdəymə əleyhinə peyvənd etdirməyin zəruriliyi, yan təsirləri və bu prosedura nə qədər xərc tələb olunduğu araşdırılıb.

Peyvənd qripdən xilas yoludurmu?

Bu sualla Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevaya müraciət etdik.

Onun sözlərinə görə, qripə qarşı peyvənd bir sıra problemlərin həllinə kömək edir: təhlükəli virusa yoluxma ehtimalını azaldır, bədənin viruslara qarşı müqavimətini artırır, xəstəlik daha asan aradan qalxır və yayılmır:

“Yadda saxlamaq lazımdır ki, peyvənd insanın xəstələnməyəcəyinə zəmanət vermir. Axı, peyvəndlərin müxtəlifliyi özünüzü bu xəstəliyin bütün ştammlarından qorumağa imkan vermir. Bununla belə, peyvənd immunitet sistemini antitel emal etməyə stimullaşdırır”.

Vaksinasiyanı qripin mövsümi dövrünün əvvəlində - sentyabrdan noyabradək aparmaq məsləhət görülür. A.Əliyeva qeyd edib ki, bu müddət ərzində peyvənd vurularsa, epidemiya başlayana qədər insanda immunitet yaxşı formalaşacaq. Ancaq hər hansı səbəbdən peyvənd etdirə bilməmisinizsə, epidemiyanın qızğın çağında vaksinasiyaya icazə verilir ki, bu da ağır qrip riskini azaltmağa kömək edir. Davamlı immunitet dərhal yaranmır, bu, ancaq 10-14 gündən sonra baş verir.

Peyvəndlər hər kəs üçün təhlükəsizdirmi?

“Peyvənd yan təsirlərə də malikdir. Bunlara allergik xəstəliklərə meyl, peyvəndin komponentlərinə allergiya, bronxial astma, xroniki tənəffüs xəstəlikləri, anemiya, ürək və böyrək çatışmazlığı, endokrin sistemi xəstəlikləri daxildir. Altı ayı tamam olmamış uşağa və hamiləliyin ilk üç aylıq dövründə peyvənd edilməməsi tövsiyə edilmir”, - mütəxəssis qeyd edib.

A.Əliyevanın izah etdiyi kimi, peyvəndin müvəqqəti əks-göstəriciləri də var. Bu vəziyyətdə vaksinasiya yalnız bərpa edildikdən 2-3 həftə sonra aparıla bilər.

Xroniki patologiyaların kəskinləşməsi hallarında da peyvənd də tövsiyə edilmir. Bu vəziyyətdə peyvənd yalnız remissiya mərhələsində mümkündür.

Pulsuz peyvəndlər

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavininin sözlərinə görə, Azərbaycanda qrip milli peyvənd təqviminə daxil deyil, peyvənd ödənişli əsaslarla özəl klinikalarda aparılır.

Mütəxəssis əlavə olaraq bildirib ki, İmmunizasiya Praktikası üzrə Məsləhət Komitəsi (Advisory Committeeon ImmunizationPractices, ACIP), Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Centersfor Disease Controland Prevention, CDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2019-2020 mövsümü üzrə qrip peyvəndi üçün yenilənmiş tövsiyələri var.

2019-2020 mövsümündə trivalent qrip peyvəndləri aşağıdakıları ehtiva edəcək:

A / Brisbane / 02/2018 (H1N1) pdm09 bənzər bir virus;

A / Kanzas / 14/2017 (H3N2) bənzər bir virus;

B / Kolorado / 06/2017 (B xətti / Viktoriya / 2/87)

"Bundan əlavə, tetravalent peyvəndlərin tərkibində B / Phuket / 3073/2013 virusu (B / Yamagata / 16/88 xətti) olacaq" – A.Əliyeva vurğulayıb.

Peyvəndin dəyəri

Materialı hazırladıyarkən Bakının bütün özəl klinikalarında peyvənd edilmədiyi aydın oldu. Bu peyvənd “Paramed” klinikasında 38 manata edilir. “MediClub”da peyvənd 42 manata, Mərkəzi Klinik Xəstəxanada isə 36 manata başa gəlir. Vaksinasiya, əsasən, noyabr ayı ərzində aparılır.

Züleyxa İsmayılova

BakuCity.az
Bakıda dietoloqlara ən çox kimlər müraciət edir? - QİYMƏTLƏR
Paytaxtımızda bu gün həkim-dietoloqlar hansı xidmətləri göstərirlər?

Həkim dietoloq xidməti sadəcə artıq çəkidən xilas olmaq üçün deyil, həm də bədənin kimyəvi və metabolik proseslərinin təmizlənməsinə kömək edir. Bakucity.az bu sahədə yerli mütəxəssislər tərəfindən hansı xidmətlərin göstərildiyini və bu müalicənin təxminən neçəyə başa gəldiyini araşdırıb. Materialı təqdim edirik.

Dietoloqa əsasən piylənməyə görə müraciət edilir

“Mərkəz Klinika”nın həkim dietoloqu Lalə Məmmədli Bakucity.az-a açıqlamasında artıq çəkili insanların onlara tez-tez müraciət etdiyini qeyd edib:

“Xəstələrin 80%-i əsasən düzgün qidalanmamanın nəticəsində piylənmə problemləri ilə üzləşirlər. Bu vəziyyətdə xəstəliyə uyğun olaraq müəyyən bir müddət üçün pəhriz müəyyən edilir. Bundan əlavə, pəhrizlə yanaşı, həkim tərəfindən idman məşğələləri də təyin edilir. Kalori miqdarının qəbulunu xəstənin boyuna, çəkisinə və yaşına əsasən müəyyən etmək lazımdır. Bütün bunlar çox fərdidir və hər bir şəxs üçün ayrıca bir yanaşma tələb edir. 3-7 kq itirmək bacarığı olan xəstələr var. Əlbəttə ki, bunlar həzm sisteminin necə işləməsindən asılıdır. Xəstələr yuxarıda qeyd olunan nəticəyə bir ay ərzində nail ola bilərlər. Sonrakı aylarda da eyni nəticəni təkrar edə bilərlər. Əgər çəkidə dəyişiklik olmasa, xəstə əlavə testlərdən keçməlidir”.

Bunu da oxuyun: Bakıda burunun estetik əməliyyatı neçəyə başa gəlir? - ARAŞDIRMA
Tanınmış dietoloq həkim Tutu Zeynalova isə artıq çəkinin səbəbini müəyyənləşdirməyin vacibliyini vurğulayıb:

“Müalicəyə başlamazdan əvvəl, - deyə Zeynalova qeyd edir, - mən pasiyentin anamnezini (tibbi yoxlanışda şəxsdən alınan məlumatlar) toplayıram. Sonra müştərilərimizin “InBody, Body” analizatorunu müşahidə edirik. Bu analizator çəkinin, piyin əzələyə nisbəti, orqanizmdə suyun miqdarı, metobolizm və digər parametrlər haqqında məlumat verir. Sonra pasiyentin probleminin tam araşdırılması üçün qan analizi verilir. Yalnız bundan sonra düzgün qidalanma planı tutulur. Əsas odur ki, müalicə vaxtı piy kütləsi ərisin. Müalicədən sonra da düzgün qidalanma başlıca şərtdir. Əgər insan pəhrizə düzgün riayət etməyi öyrənsə, o, hətta “fəstfud”la da qidalana bilər”.

Bundan başqa, “Tutu Diet Center”də diabet və digər xəstəliklərdən əziyyət çəkənlər üçün düzgün qidalanma rejimləri də tərtib edilir.
İdman etmədən arıqlamaq mümkündürmü?

ATU TCK-nın (Azerbaycan Tibb universiteti Tədris Cərrahiyyə Klinikası) dietoloqu Leyla Zülfüqarlı Bakusity.az-a açıqlamasında qeyd edib ki, onun müalicə metodu digər mütəxəssislərdən fərqlənir və onun müalicə metoduyla idmanla məşğul olmadan gözəl nəticələr əldə etmək olur:

“Çox vaxt insanlar arıqlamaq üçün idmanla aktiv məşğul olurlar, lakin çox vaxt bu arzuolunan nəticələri vermir. Mənim proqramım heç bir fiziki yük tələb eləmir. Mən fizioloji səviyyədə çalışıram, bununla belə sübut eləyirəm ki, idmansız da arıqlamaq olar”, - deyə mütəxəssis qeyd edib.

Bunu da oxuyun: Bakının taksi xidmətlərində keyfiyyət niyə aşağıdır? - ARAŞDIRMA
İdman avadanlıqları ilə təchiz olunmuş dietologiya mərkəzi

“Fit24 Düzgün Qidalanma Mərkəzi” isə əks konsepsiyaya üstünlük verir. Pəhriz üzrə mütəxəssis Kənan Talıbov bildirir ki, onlarda əvvəlcə müştərinin bədəninin parametrləri yoxlanılır:

“Cihaz bədənin quruluşunu öyrənir. Bu parametrlər əsasında qidalanma proqramı və məşq planı tərtib edilir. Biz artıq çəki, eləcə də onun çatışmazlığı problemi ilə məşğul oluruq” , - deyə Talıbov bildirib.

Baku Medical Plazanın dietoloq-endorkrinoloqu Günel Nuruşova pasiyentlərə zəruri pəhrizlər təyin olunduğunu vurğulayır:

“Biz mütləq pasiyentlərin hormonlarının vəziyyətini, qanın ümumi analizini, insulin və qlükozanı yoxlayırıq. Bizə çox vaxt piylənmədən əziyyət çəkənlər müraiciət edirlər. Bundan başqa, mən şəkərli diabet və digər problemləri olan pasiyentlərlə də işləyirəm”, - deyə Nuruşova fikrini yekunlaşdırıb.

Son olaraq

Saytımız aydınlaşdırıb ki, dietoloqlara əsasən piylənmədən əziyyət çəkən pasiyentlər müraciət edirlər. Həkimlərin əksəriyyətində isə metodlar fərqlidir.
Bakının tatu salonlarında xidmətlər və qiymətlər necədir? - ARAŞDIRMA
Bədəninizə tatu döydürmək istəyirsiniz? Bakıdakı xidmətlər və qiymətləri təqdim edirik

Müasir dövrdə döymə, başqa adıyla tatu ayrıca sənət növünə çevrilərək, getdikcə daha çox insanı, xüsusilə gəncləri cəlb edir. Bakıda da son illərdə tatuya həvəs salanların sayı çoxalıb və paytaxtımızda artıq tatu xidmətləri təklif edən salonlar fəaliyyət göstərir. Bəs bu məkanlarda xidmətlər və qiymətlər necədir? Bakucity.az olaraq oxucularımıza mövzu ilə bağlı apardığımız araşdırmanı təqdim edirik.

Qızlar tatu üçün getdikcə daha çox müraciət edirlər

"Qızlar da bizə daha tez-tez müraciət etməyə başlayıblar. Sevindirici haldır ki, müştərilər bədii döymə istəyirlər və mən rəssam kimi böyük məmnuniyyətlə belə sifarişlər üzərində işləyirəm", - “Tatoo and Barber Shop” salonunda tatu rəssamı və usta kimi çalışan Şirin Zeynallı bizə açıqlamasında bildirir.

Tatu ustasının sözlərinə görə, insanlar rəsmi bir neçə seçim əsasında edirlər: bəziləri estetika naminə bədənə rəsm döydürür, digərləri rəsmdə bir məna göstərmək istəyir, amma elə adamlar da var ki, çapıqlarını gizlətmək istəyirlər.
Bunu da oxu: Bakının fitnes klublarında xidmət və qiymətlər - ARAŞDIRMA
Tatu üzrə rəssam Vladimir Dyaçenko deyir ki, “Tatoo House Baku” salonuna çoxlu ziyarətçi gəlir. İndi ağ-qara rəsmlər, realizm üslubunda döymələr çox dəbdədir. Çox vaxt başqa döymənin surətini də istəyən olur, amma ustanın fikrincə, bu düzgün deyil. Çünki bu, bir sənətdir, təkrarçılıq olmamalıdır. Getdikcə, rəngli tatulara tələbat artır. Çin və ya yapon heroqlifli tatular isə arxa plana keçir.

İş prosesi nədən ibarətdir?

“Body Art”ın yaradılması prosesi kifayət qədər mürəkkəbdir, bu sənət yaradıcı yanaşma tələb edir. Yerli tatu salonlarının ustaları bizə açıqlamasında bildiriblər ki, proses zamanı əvvəlcə bədənə döyüləcək rəsmin eskizi yaradılır. Şirin Zeynallı vurğulayır ki, şəkil üzərində işləyərkən, əvvəlcədən hər bir detalı müştəri ilə müzakirə etmək lazımdır. Sonra bədəndəki münasib sahə üçün zəruri ölçü seçilir, transfer konturları bədənə yapışdırılır, sonra səliqəylə qopardılır, yalnız bundan sonra iş başlayır. Amma olur ki, müştərilər hazır şəkillə gəlirlər – onda birbaşa işə keçilir. Əgər adamın seçimində şübhələri varsa, rəssam daha maraqlı variantlar təklif edə bilər.

Ustalar deyir ki, bu heç də həmişə çox vaxt aparmır. Amma, qol və ya kürəyə böyük şəkil döyülürsə, proses 7-10 saat uzana bilər.

Tatu qiymətləri neçəyədir?

Bakıdakı tatu salonlarında qiymətlər demək olar ki, eynidir. Məsələn, “Tatoo House Baku” və “ELBI Tatoo Saloon”da qiymətlər 30 manatdan başlayır. Əlbəttə, hər şey rəsmin mürəkkəbliyindən və ölçülərindən asılıdır. Usta Vladimir Dyaçenko deyir ki, bütün qola döyülən rəsm 400 manatdır və detallara görə qiymət bahalaşa bilər. Bu cür işlər Rusiyada 1800, Böyük Britaniyada 2400, Almaniyada isə 1700 manata başa gələ bilər.

Ümumiyyətlə, bütün ustalar etiraf edirlər ki, döyüləcək bu və ya digər rəsmin dəyərini dərhal demək çətindir. Son nəticədə, hər şey işin mürəkkəblik dərəcəsindən, xırda detalların sayından və sərf olunan vaxtdan asılıdır.
Bunu da oxu: Bakıda peşəkar fotosessiya xidmətləri neçəyə başa gəlir - QİYMƏTLƏR
Tatu döydürərkən ilk öncə nəyə diqqət yetirilməlidir?

Sterillik – bu çox mühüm məsələdir. Tatu üzrə bütün peşəkar mütəxəssislər əvvəlcədən sterillik xəbərdarlığı edirlər. Tatu ustası Şirin Zeynallı xəbərdarlıq edir ki, prosedurdan əvvəl hazırlıq müştərinin gözlərinin qarşısında baş verməlidir. Bütün alətlər plyonka ilə örtülü olmalıdır, rəssam isə əlcəklə işləməlidir. İynələr həmişə steril paketlərdə saxlanılmalıdır. Artıq rəngin təmizlənməsi zamanı bədənin qaşınmasının qarşısını almaq üçün vazelindən istifadə etmək məqbul sayılır.

Həkimlər nəyi məsləhət görür?

Əlbəttə, tatu dəbdədir və gözəldir, amma hamı dərisinə qorxmadan tatu döydürə bilərmi, yoxsa hansısa məhdudiyyətlər var? Biz bu sualla Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Failə Axundovaya müraciət etdik. Onun sözlərinə görə, əlbəttə, müraciət edilən salonda prosedur steril, birdəfəlik alətlərlə edilməlidir. Əgər sizdə diabetik xəstəliklər varsa, risk etməmək daha yaxşıdır. "Bir də təbii ki, qadın hamilədirsə bədənə müdaxilə haqqında söhbət belə gedə bilməz", - deyə Failə xanım xəbərdarlıq edir.

Həmin xəstəxananın həkim – allerqoloqu İradə Əsgərova isə bildirir ki, tatu salaonuna getməzdən əvvəl E immunoqloblini (Ümumi LgEe) yoxlamaq üçün analizdən keçmək lazımdır: "Boyalar dərinin altına yeridilir, ona görə də, bu prosedurdan əvvəl allergik reaksiyaların səviyyəsini yoxlamaq vacibdir. Əgər analiz göstərsə ki, insan allergik reaksiyalara həssas və meyillidir, onda ehtiyatlı olmaq lazımdır", - deyə mütəxəssis qeyd edir.

Xaricdə tatu sənətində nələr dəbdədir?

Xaricdə hələ də yazı şəklindəki döymələr dəbdədir. Bəziləri bütün yazılanların aydın oxunmasına, digərləri isə hansısa ekzotik və ya ölü dili seçiminə üstünlük verirlər. Şeirlərdən və ya mahnılardan misralar, adlar da döydürənlər var.

Qızlar üçün həm ağ-qara, həm də rəngli kəpənəklər daha aktualdır. Zərif cinsin nümayəndələri müxtəlif kiçik quşları və ləçəkləri, əsasən, topuqlarına, biləklərinə və ya çiyinlərinə döydürməyi sevirlər.
Əlbəttə, 3D effektli döymələr də populyarlıq qazanmaqdadır. Amma, qeyd etmək vacibdir ki, bu cür rəsmlər böyük ölçüdə olmalıdır, yoxsa lazımı nəticəni əldə etmək mümkün olmur.

Yekun olaraq, qeyd edək ki, tatu salonunu seçəndə elə oradaca rəssamların necə işlədiyinə diqqət yetirin. Rəsmin tərtibatına yaradıcı yanaşmanı və sterilliyin qorunmasına diqqət yetirin. Öz sağlamlığınızın qayğısına qalmalısınız. Əvvəlcədən bütün analizləri vermək daha məqbuldur, belə olan zaman sonradan hansısa fəsadın ortaya çıxmayacağından rahat ola bilərsiniz.
Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az
Bakının fitnes klublarında xidmət və qiymətlər - ARAŞDIRMA


Bakucity.az saytı paytaxtın idman zallarındakı xidmət və qiymətləri müəyyənləşdirib

Öz sağlamlığı haqqında düşünən və zahiri görünüşünə fikir verən şəxslər vaxtaşırı fitnes-klubları ziyarət etməyə çalışırlar. Müasir idman zalları təkcə fitnes xidmətləri deyil, hovuz, tennis, boks, sauna və masaj kimi xidmətləri də təklif edirlər. Oxucularımıza Bakıda fəaliyyət göstərən fitnes klublardakı xidmət və qiymətlər barədə araşdırmanı təqdim edirik.
Paytaxtdakı bir çox fitnes-klublar geniş çeşidli xidmətlər təklif edirlər. Belə müəssisələr böyük populyarlığa malikdirlər, üstəlik yerli idman zallarına əcnəbilər də gəlir. Dillə bağlı problemlər yoxdur, çünki əksər klubların məşqçiləri rus və ingilis dillərini sərbəst bilirlər.

“Limak Fitness Park"a müştərilər əzələ kütləsini artırmaq, skolioz və artıq çəkidən xilas olmaq kimi müxtəlif məsələlərlə bağlı müraciət edirlər.

Bunu da oxu: Bakıda iş yerlərində ən çox tələb olunan mütəxəssislər – Top 10
Bəzi klublar qadınlarla kişilərə ayrılıqda məşq etmək imkanı verir. Belə xidmətlər “Bulvar Club Fitness Zone” və “Limak Fitness Park”da var. Birinci məkanda kişilər tək günlər, qadınlar isə cüt günlər kluba gəlirlər. İkinci məkanda isə zallar ayrıca fəaliyyət göstərir.

Bakıda azyaşlı və yeniyetmələrin idmanla məşğul olmasına imkan verən idman zalları da var. “Bulvar Club Fitness Zone” həm böyüklər, həm də uşaqlar üçün tennis kortuna sahibdir. “Powerhouse GYM”də isə boksla məşğul olmaq istəyən uşaqlar üçün ayrıca məşqçi var.
Bundan başqa, yerli fitnes-klubları sakitləşdirici massaj, sauna, protein içkilər verilən bar və s. kimi əlavə xidmətlər də təklif edirlər. “Gerkules”də abunəçilik əsasında türk və fin saunalarını ziyarət edə bilərsiniz. Burada əsl rinq atmosferinə malik boks zalı da mövcuddur.

Bakıda “Orxideya Pilates” və ya “Inspire Pilates Studio” kimi pilateslə məşğul olmağa imkan verən zallar da fəaliyyət göstərir. Belə məşğələlər onurğa sütununu, qaməti düzəltmək üçün zəruridir.

Bunu da oxu: Bakıda repetitor xidmətləri neçəyədir? - QİYMƏTLƏR
Fitnes klub seçərkən hansı məqsəd üçün idman zalı axtardığını bilməyiniz vacibdir. Bəzi klublar həm həvəskarlara, həm də peşəkarlara istiqamətlənib. Elə salonlar da var ki, orada təcrübəli idmançılar özləri üçün münasib avadanlıq tapa bilmirlər. Fitnes klublarda müalicəvi-profilaktika, SPA, dinc istirahətə hesablanmış variantlar da var.

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

 Gözəllik və sağlamlıq