Qadınlar nə istəyir?

8 Martda qadınları təəccübləndirəcək dadlı HƏDİYYƏLƏR - FOTO
Qadınları necə razı salmaq olar?

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində hamımız doğma, əziz qadınlar üçün hədiyyələr haqqında düşünürük. Hədiyyə seçimləri isə çoxdur.

Dadlı və gözəl

BakuCity.az qadınları təkcə sevindirmək deyil, həm də təəccübləndirmək istəyənlər üçün populyar seçimlərdən birini - xoş sürprizlərlə dolu yeməli buketi təqdim edir.

Bu işdə sizə “Tasty Ella” kömək edəcək.

Şirkətin sahibi Ella Bağırova saytımıza açıqlamasında müştərilərə təqdim edəcəkləri yeniliklər barədə danışıb:

“Kişilər xanımlarına çiyələk buketləri verməyi sevirlər. Bir dəfə ətirlə belə bir hədiyyə hazırladıq. Sonra daimi müştərilərimiz bu ideyanı bəyəndilər və bizdən boş qutu istədilər ki, kompozisiyanı zövqlərinə görə tamamlasınlar. Belə bir hədiyyə hazırlamaq üçün matryoşka kuklalarına bənzər 3x ölçülü qutular lazımdır: böyük, orta, kiçik”.

Layihə rəhbərinin sözlərinə görə, onlar qulaqlıq və telefon kimi elektronika məhsullarına da yer ayırırlar. Belə bir hədiyyə buket və qutu kimi olur:

“Müştərilər kiçik qızları üçün hədiyyə sifariş etmək istəyirlərsə, onlara “Çupa Çups”, müxtəlif şirniyyatlar, şokolad, zefirli kompozisiyalar təklif edə bilərik. İndi “Çupa Çups”dan bir yenilik var: bu şirniyyatların olduğu qutunu açan kimi ətrafa gözəl ətir yayılır”.

Qeyd etmək lazımdır ki, şirkətin saytında hədiyyələrin eksklüziv variantları təqdim olunur – təqdim olunan fantaziya heyrətamizdir və bir qutu digərindən tamamilə fərqlənir. İndi ən aktual olanlardan biri içində zəncəfil, şam qozaları, “Teraflyu” paketləri, limon və s. olan qutudur ki, bu da son günlərin hay-küylü koronavirus mövzusu ilə əlaqəlidir.

E.Bağırova onların sırasında indiyə qədər sifariş olunan ən lüks və bahalı buketlərdən də danışıb:

“Ən bahalısı xərçəng buketi olub. Ən yadda qalanı isə toy üçün qurudulmuş çiçək buketi. Heç kim ona laqeyd qala bilməzdi. 2600 manata, bahalı və yüksək keyfiyyətli spirtli içki kompozisiyası da olub. Biz toy mərasimlərində iştirak edən qonaqlar üçün də unudulmaz hədiyyələr hazırlayırıq.

Əlbəttə ki, müştərilər özləri də fantaziyalarını təklif edə bilirlər. Şirkət həmişə görüşlərə gedir, müştərilərə rənglərin seçimində, hətta uyğunsuz görünən məhsullardan gözəl kompozisiyalar yaratmağa kömək edir.

Əgər müştərilər nənələri üçün buket seçmək istəsələr, onlara şərabla birlikdə meyvə kompozisiyaları təklif edilə bilər.

E.Bağırova davam edir: “Hazırda əl işi olan kəlağayı və sabundan yeni kompozisiyalar gözləyirik ki, bunlar da günümüzdə çox bəyəniləndir. Bu cür qutuların sadəcə unikal olacağına əminik!”

O, Novruz bayramı ilə bağlı planlarını da açıqlayıb:

“Qutulara evdə hazırlanan tort, paxlava, şəkərbura və şorqoğal kimi ənənəvi şirniyyatlar qoyulacaq. Onlar kiçik, gözəl və əlbəttə ki, ləzzətli olacaqlar.


Kompozisiyalar ağac budaqlarından və şamdan ibarət olacaq. Qutularımızın Azərbaycan motivlərini təmsil etməsi çox vacibdir: Şəki və Lənkərandan gətirilən yüksək keyfiyyətli düyü, həmçinin məşhur Lənkəran limonu və çayı. Zaqataladan bal, Gəncə, Lahıc və İsmayıllıdan isə halva. Belə bir bayramda idxal olunan məhsullardan istifadə etmək istəmirəm. Yerli biznesi mütləq dəstəkləmək lazımdır. Yaxşı olardı ki, digər şirkətlər də yerli sahibkarlara dəstək göstərsinlər”.

Şirkət sahibi Novruz bayramı üçün gələcək kompozisiyaların üzərində işlədiklərini deyir: quş yuvaları düzəldir, bildirçin yumurtaları alır və onları heç bir kimyəvi maddə olmadan, soğan qabığı, qırmızı kələmlə göy-mavi rəngdə boyayırlar:

“Hətta qutularımızı dünya markası olan, ekoloji təmiz “Tikkurila” boyası ilə rəngləyirik. İstehsalçı öz müştərilərinə hörmətlə yanaşmalıdır", - deyə “Tasty Ella”nın sahibi fikrini tamamlayıb.

Qeyd etmək lazımdır ki, “Tasty Ella” məhsullarının orta qiyməti 35, 50, 70, 100 AZN-dir.

Əlaqə: +994 55 937 97 79

Züleyxa İsmayılova

BakuCity.az
Bakıda 8 Martı harada daha maraqlı qeyd etmək olar?
Bayram üçün lazım olan hər şey
Bir çox qadın üçün 8 Mart bütün bayramlardan daha gözəldir. Lakin hədiyyə ilə bağlı hələ qərar verməmisinizsə və sevdiyiniz qadını sevindirmək üçün kulinariya bacarığınız yoxdursa, BakuCity.az zəngin menyu və maraqlı musiqi proqramı ilə rahat bir restoran seçməyi məsləhət görür.
Unudulmaz axşam
“Bool Bool Dog” restoranında Beynəlxalq Qadınlar Günü üçün xüsusi proqram hazırlanır: “Edgar Ravin və Hüseyn Əliyev kimi məşhur ifaçılar bu axşam qonaqlarımız üçün çıxış edəcəklər. Bundan əlavə, hər kəs Dj-dən möhtəşəm bir şou gözləyir. Beləliklə, çoxlu musiqi, rəqs və əyləncə olacaq", - deyə restoranın əməkdaşı bildirib.
Qeyd edək ki, bu məkan sevdiyiniz qadına romantik bir sürpriz təşkil etmək üçün musiqiçini (saksofonçu, skripkaçı, gitaraçı və s.) qısa müddətdə masaya dəvət etmək imkanı verir.
“Bayram proqramı saat 20:00-da başlayır. Əziz xanımlara bizdən xoş hədiyyələr və sürprizlər də gözlənilir. Əvvəlcədən bir masa sifariş etmək vacibdir. Müştərilərdən kimsə bayram süfrəsini xüsusi olaraq bəzəmək istəyirsə, əvvəlcədən bütün arzu olunan detalları müzakirə edə bilərik. Əlbəttə ki, pulsuz masalar varsa, qonaqlar da qeyd-şərtsiz qəbul ediləcək”, - restoranın əməkdaşı qeyd edib.


“Bool Bool Dog” restoranının baş aşpazı Avropa mətbəxindən yeməklər hazırlayır. Hazırda, həmçinin Asiya mətbəxi ənənəvi üslubda, çoxşaxəli və ədviyyatlı sousları ilə təqdim olunur.
Burada peşəkar barmenlər tərəfindən hazırlanan dadlı və qeyri-adi müəllif kokteyllərini əminliklə sınaya bilərsiniz. Əlbəttə ki, yumşaq və parlaq desertlərə heç bir qadın laqeyd qala bilməz.
Əlaqə telefonu: (051) 422 22 62
Şərabda həqiqət
İstənilən qadın, şübhəsiz ki, hədiyyə olaraq ona təqdim olunan əla şərab şüşəsini qiymətləndirəcək. Belə bir hədiyyə digər hədiyyələrin əlavəsi də ola bilər.
Gözəl şərab axtarmağa çox vaxtınız yoxdursa, müxtəlif spirtli içkilərin geniş seçimini təqdim edən “Drinks.az” saytı sizə kömək edəcək.
Burada “Petrus, Pomerol AOC, 1980” – 4940 AZN, “Masseto, Toscana IGT, 2012” – 1710 AZN, "Chateau Haut-Brion Rouge 2005 0.750L” – 2660 AZN, “La Chablisienne, Chablis Chateau Grenouilles Grand Cru, 2012 0.75L” – 145 AZN, “Henri Bourgeois, Sancerre AOC Les Baronnes Rose 2015 0.75L” – 25 AZN və bir çox markaları ala bilərsiniz.


Hər bir ayrıca bölmədə Fransa, İtaliya, Portuqaliya şərablarının siyahısı, habelə içki növü təqdim olunur. Sizə yalnız seçim etmək və sifariş vermək qalır.
Züleyxa ismayılova
BakuCity.az
Tanınmış modelyer Gülnarə Xəlilovadan 8 Mart məsləhəti: “Ən böyük trend zövqlü olmaqdır”
“Ən böyük gözəllik sağlamlıqdır”

Ümumilikdə bayram ayı kimi qəbul edilən mart ayının gəlişini, demək olar, hər kəs səbirsizliklə gözləyir. Xanımlar üçün isə bu ay xüsusi əhəmiyyət kəsb edir. Çünki bu ayın ilk bayramı məhz 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Həmin gün bütün qadınlar həm cazibədar, həm də fərqli görünmək istəyir. Necə deyərlər, gözəllik ondursa, doqquzu dondur.

Bəs zərif cinsin nümayəndələri bayramı daha gözəl, yaddaqalan keçirmək, həmin gün daha cəzbedici görünmək üçün necə geyinməlidirlər? Eləcə də bayram günü xanımlarını məmnun etmək istəyən bəylər hansı geyimlərə üstünlük verməlidirlər?

BakuCity.az-ın bu və ya digər suallarını tanınmış modelyer-dizayner Gülnarə Xəlilova cavablandırıb.

8 martda özəl geyim seçimində həm xanımlara, həm də həmin gün xanımları üçün özəl görünmək istəyən bəylərə dəyərli məsləhətlərini verən modelyer qeyd edib ki, geyimləri seçərkən diqqətli olmaq lazımdır:

"Ümumiyyətlə, xanımlar hər zaman gözəl olmalı, gözəl görünməlidirlər. Ancaq hər bir insan daha çox öz zövqünə uyğun, özünə rahat olanı və yaraşanı seçib geyinməlidir. Sadəcə, bu ərəfədə keçirilən tədbirlərin mahiyyətinə baxmaq lazımdır: ziyafətdirsə, əlbəttə ki, ziyafət geyimləri daha uyğundur, kokteyl formatındadırsa, kokteyl geyimləri seçiləcək və s. Bəzi xanımlar hər zaman bəlli kostyum dəstlərindən istifadə edirlər. Bu geyimlərdən də ziyafətə uyğun olanını seçib geyinmək olar. Kostyumların günlük formatları da var və dediyim kimi, onların da uyğun olanından rahatlıqla istifadə edə bilərlər”.

Təbii ki, bəylərimiz də hər zaman yaxşı görünmək istəyirlər, xüsusilə də xanımlar üçün çox önəmli olan günlərdə. G.Xəlilova Beynəlxalq Qadınlar Günü xanımlarına daha şux görünmək istəyən bəylərə də məsləhət verib:

“Bəylər arasında rəngarəngliyi sevənlər də var. Amma klassik görünüşə, tünd rənglərə üstünlük verən və dəblə ayaqlaşmağa lüzum görməyən bəylərimiz çoxdur. Bu bəylər qarderoblarında olan qara, qəhvəyi, göy, bej tonlardan və ya bir çox rənglərin tündlərindən ibarət geyim dəstlərini istifadə edə bilərlər. Dizaynerlər də demək olar ki, hər mövsümdə bəylər üçün həm çox rəngarəng, həm də ciddi üslubları təqdim edirlər.

Mən hər zaman deyirəm: ən böyük trend zövqlü olmaqdır. Zövqlə seçilən geyimlər həm xanımlara, həm də bəylərə xüsusi görünüş verir. Təbii ki, dəblə ayaqlaşmağı sevən insanlar da var. Hazırda isə dəb gündəmində zövqlü geyimlərlə yanaşı, zövqsüz geyimlərlə də rastlaşırıq. Baxmayaraq ki, dizaynerlər bunu yeni dəb kimi təqdim edirlər. Geyim hər bir insanın özünə - boyuna, bədən ölçülərinə, saç, göz rənginə uyğun və düzgün seçilməlidir”.

Tanınmış modelyer bu yaz-yay mövsümünün trendləri barədə də məlumat verib:

“Bu yaz-yay mövsümündə çox qısa üst geyimlərindən (topik) istifadə olunacaq. Cins geyimlər, əsasən, dəst halda gündəmdə olacaq. Tropik üslublar – yaşıl təbiət, meşə, cəngəllik, ağacların rəngləri və s. üslublar gündəmdə olacaq. Heyvan rəsmləri (animal üslub) – bəbir, zebra, ilan dərilərinin naxışları da geyimlərdə istifadə oluna bilər. Həcimli qollar artıq uzun illərdir ki dəbdədir və bu mövsümlərdə də gündəmdə olacaq. Kombinezonlar gündəmini hələ də saxlayır. Keçən mövsüm parçalarda çox xırda güllər dəbdə idisə, bu mövsüm daha çox həcmli çiçəkli naxışlar gündəmdə olacaq. Şəffaf parçalardan hazırlanmış geyimlər və saçaqlar yenə də aktualdır. Rənglərdən isə daha çox qızılı ton rənlərdən istifadə olunacaq. Narıncı rəngin bütün tonları dəbdə olacaq”.

Hər bir qadın kimi, 8 Mart günü özünü fərqli hiss etdiyini, sevincli olduğunu və həddən çox təbrik aldığını deyən G.Xəlilova xanımlara öz arzularını da çatdırıb:

“Düzdür, bayramlarını qeyd edən xanımlar bir-birini də təbrik edir, amma məncə xanımlar yalnız bəylər tərəfindən təbrik olunmalıdır. Buna görə də mən bütün xanımlarımıza sadəcə arzularımı çatdırıram. Xanımlarımıza qadın xoşbəxtliyi, hər zaman gözəl görünməyi, yüksək geyim mədəniyyətinə yiyələnməyi arzulayıram. Sağlam olsunlar! Qadın sağlamdırsa, demək, Allah tərəfindən ona ən böyük gözəllik, hədiyyə verilib”.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakıda zamanın dəyərini bilən qadınlara 8 Mart hədiyyələri - QİYMƏTLƏR
Ən məşhur saat brendləri neçəyədir?

8 Mart – Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. Xüsusi günlərə olduqca əhəmiyyət verən qadınları bu özəl bayramda gözəl bir hədiyyə ilə xoşbəxt etmək, belə demək mümkünsə, kişilərin borcudur. Dəyərli kişilər, bir az sevgi, hörmət, şəfqət və əlbəttə, romantika əlavə etməklə, sevimli xanımların (sevgiliniz, həyat yoldaşınız, ananız, qızınız, bacınız, bibiniz, xalanız və s.) zamanını onlara hədiyyə etmək istəyirsiniz?

BakuCity.az zamanın dəyərini bilənlər üçün paytaxtda yerləşən və dünya brendlərinin satışını həyata keçirən bəzi saat mağazaları ilə əlaqə saxlayaraq qiymətlərlə maraqlanıb.

“VMF”

“VMF”-də ən son dəbdə olan, texnoloji yeniliklərlə zənginləşdirilmiş saat brendlərini görmək mümkündür. Şirkətin paytaxtda yerləşən üç mağazasından “Breguet”, “Omega”, “Blancpain”, “Glashutte”, “Tissot”, “Longines”, “Hamilton”, “Maurice Lacroix”, “Rado”, “Raymond Weil”, “Ferragamo”, “Versus”, “Versace”, “CK”, “VMF”, “Casio”, “Seiko”, “Lorus”, “Citizen”, “Certina”, “Swatch” və “Flik-Flak” brendlərinin müxtəlif modellərini əldə etmək olar.

Şəbəkə hazırda bir çox brend və modelləri 70% endirimlə təklif edir. Alınan bütün saatlar üçün markasından asılı olaraq 1 ildən 4 ilədək, saatın mexanizminə və su keçirməzliyinə zəmanət verilir.

Sifarişlər 1-6 gün ərzində ölkədaxili istənilən ünvana çatdırılır. Alınan məhsulu dəyişdirə və qaytara bilərsiniz. Şirkətin Bakıda iki servis mərkəzi də fəaliyyət göstərir.
Bakının gül dükanları 8 Marta nə təklif edir? - ENDİRİMLƏR + QİYMƏTLƏR
Bəs 101 qızılgül buketi neçəyə başa gələcək?

Güllər qədər gözəl, təravətli olan xanımların əksəriyyəti onlara xas özəl günlərdə gül hədiyyə almağı xoşlayır. Çünki gül paklıq, sevgi, gözəllik və romantikanın əsas göstəricilərindəndir. Gülləri yalnız gözəl olduğu üçün deyil, hər birinin öz mənası olduğuna görə də xüsusi hesab edirlər.

Gül mağazalarında ən çox alınan isə qızılgüllərdir. Müştərilər daha çox qırmızı qızılgüllərə üstünlük verirlər. Qızılgül gözəllik və sevgi rəmzi hesab olunur. Bu güllər rənginə görə fərqli məna da verir.

BakuCity.az bugünkü materialda paytaxtda yerləşən gül dükanlarının 8 Mart – Beynəlxalq Qadınlar Gününə özəl təklifləri və əsasən qızılgüllərin qiyməti ilə maraqlanıb.

“Cherry Flowers”

Gül dükanından bildirilib ki, burada 8 Marta özəl endirimlər olacaq. Qarışıq güllərdən ibarət buketlərin endirimli qiyməti 20 manatdan başlayacaq. Müştərilərin istəyindən asılı olaraq 1000 manata qədər sifariş qəbul olunacaq.

Qızılgüllərin qiyməti 5 manatdan (bir ədədi), 101 qızılgül buketlərinin qiyməti isə 500 manatdan başlayacaq. 101 zanbaq buketinin qiyməti 350 manat olacaq. Çatdırılma ödənişlidir, qiymətlər məsafədən asılı olaraq dəyişəcək.

Dükan hər gün saat 10:00-dan 21:00-dək açıqdır. Sifarişlər 7/24 qəbul edilir.

"Vedi Service"

“Vedi Service”dən verilən məlumata görə, dükan 8 Marta özəl sadəcə korporativ sifarişlərə endirim təklif edir. Sifarişin sayı minimum 10 olmalıdır. Sifarişlərin qəbulu 6 mart tarixindən başlayacaq. Təklif olunan xarici qızılgül (Ekvador) xüsusi dekorda bir ədədi 10 manata başa gəlir.

8 Mart günü yerli və xarici qızılgüllər tək halda 4-5 manatdan satılacaq. Xarici qızılgüllərdən ibarət 101 buketi isə 400-500 manata ala biləcəksiniz. Çatdırılma sadəcə böyük sifarişlər üçün nəzərdə tutulur.

Mağaza bütün növ şarların üzərində loqotoplərin çapı, hava şarları, helium balonları, şarlarla tərtibat və s. sifarişlər də qəbul edir.

Mağaza 7/24 fəaliyyət göstərir.
Ünvan: Zivər bəy Əhmədbəyov küç., 10
Əlaqə: 051 415 00 01


“Floreal Flower Bar”

Mağazadan bildirilib ki, burada da 8 Marta özəl xüsusi endirim paketləri olacaq. Bundan əlavə, mağazanın daimi müştəriləri endirim kartlarını 8 Martda da istifadə edə biləcəklər. Mağazada 200 manatdan yuxarı alış-veriş edən hər kəs ilkin olaraq 5%, daha sonra isə 10-15 faizlik endirim kartı əldə edir. Endirim kartına sahib olmayanlar isə başqa günlərdə olduğu kimi, bu fürsətdən 8 Martda da yararlana bilməyəcəklər.

Mağazadan onu da deyiblər ki, burada hazırda Pion gülünün bir ədədi 20 manata satılır və 8 Martda qiymətinin dəyişib-dəyişməyəcəyi hələ bəlli deyil. Səbəb isə güllərin şəhərə baha qiymətlərlə gətirilməsidir. Burada 101 qızılgül buketi hazırda 700 manatdır.

Şirniyyatı sevənlər üçün mağaza müxtəlif dizaynlarda müxtəlif qiymətlərlə şirniyyat buketləri və səbətləri də təklif edir.

Məkan 7/24 fəaliyyət göstərir. 50 manatdan yuxarı sifarişlərin şəhər daxilində çatdırılması pulsuzdur.

Ünvan: Ceyhunbəy Hacıbəyli, 133
Əlaqə: 055 335 55 25


“Flowers of Baku”

Mağazadan saytımıza bildiriblər ki, qızılgül Bakıya xaricdən, üstəlik, baha gətirildiyinə görə hələlik bu güllərə endirim nəzərdə tutulmur. Bu səbəbdən qırmızı qızılgülün bir ədədi 5, göy qızılgülün bir ədədi isə 7-8 manata satılır. Beləliklə, 8 Mart günü qızılgül buketlərinin qiyməti 25 manatdan başlayacaq. 101 qırmızı qızılgül buketini 500, 101 göy qızılgül buketi - 800, 101 zanbaq buketini isə 400 manata təklif edəcəklər.

Lalə güllərində isə endirim olacaq. Yəni hazırda 50 manata olan buketləri 40-45 manata satılacaq. Əlavə məlumat üçün qeyd edək ki, mağazanın daimi müştərilərinə yaxşı tanış olan “Əvəzsiz çəhrayı” qızılgül buketi 125, “Əvəzsiz çəhrayı” lalə buketi 100, “Əsrarəngiz zanbaq” buketi isə 70 manatdır.

Gül çeşidləri və qiymətlər müxtəlifdir, bu səbəbdən də mağazanın saytına (www.buket.az) daxil olub istədiyiniz çeşidi seçə və sifariş verə bilərsiniz.

Ünvan: Puşkin küçəsi, 11
Əlaqə: 050 600 11 33


“Peony Baku”

Bu gül dükanında da 8 Mart – Beynəlxalq Qadınlar Gününə hazırlıqlar başlayıb. Qarışıq gül növlərinin satışını həyata keçirən dükandan bildirilib ki, müştərilərinə səbətdə, qutuda və başqa formalarda gül buketləri ilə yanaşı, oyuncaq buketləri, konfet buketləri və s. sürpriz hədiyyələr də təklif edir.

Mağazanın təklif etdiyi 101 Pion buketi 1700, 51 Pion buketi 850, 25 Pion buketi isə 155 manata başa gəlir. 8 Marta özəl lalə buketlərin qiyməti 40 manatdan 330 manata qədərdir.

Dükan 7/24 çalışır. Şəhər içində çatdırılma pulsuzdur. 8 Marta indidən hazırlaşmaq istəyənlər www.pion.az saytına daxil olub təklifləri nəzərdən keçirə bilərlər.

Ünvan: Mehdi Hüseyn, 71
Əlaqə: 050 211 16 71

Ramilə Qardaşxanqızı

BakuCity.az
8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR
Bayram günü əziz xanımları necə sevindirmək olar?

8 Mart - Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. Bu tarixdə sevimli qadınları təbrik etmək adətə çevrilib. Çoxları hədiyyə seçimini və almağı son günə saxlayır, amma bunu əvvəlcədən edənlər də var.

BakuCity.az 8 mart üçün maraqlı hədiyyə seçimlərini təqdim edir.

Aksesuar və bəzək əşyaları

Banal hədiyyə vermək istəmirsinizsə, “TheJumla” sizə dəbdəbəli bilərziklər və asma bəzəklər təqdim edə bilər. Buradan məhsulu həm hazır, həm də üzərində xüsusi yazı yazdıraraq satın ala bilərsiniz. Sifarişlərin çoxluğunu nəzərə alaraq, yazının yazılmasını 1-2 gün öncədən sifariş vermək lazımdır. Hazır qolbaqlar 35 manata, yazılmış isə 50 manata başa gəlir.

Bütün məhsullar paslanmayan poladdan hazırlanır, qızıl və gümüş örtüklərlə örtülür.

Qiymətli metalları sevənlər üçün “Silver Style” çeşidliliyinə görə mükəmməldir. Burada dünya dizaynerlərinin gümüşdən, qiymətli metal və daşlardan hazırlanmış eksklüziv zərgərlik kolleksiyalarını tapa bilərsiniz. Hazırda mağazada bəzi məhsulları rəqabətli qiymətlərlə, məsələn, sirkon ilə gümüşdən hazırlanmış zərif sırğaları 29 manata ala bilərsiniz.

Görünüşə tamlıq verən ən zəruri aksesuarlardan biri də saatdır. Saat yalnız vaxtı bilmək üçün zəruri deyil, həm də zərif bəzək əşyasıdır.

Belə bir hədiyyə alan istənilən qadın qarşı tərəfdən məmnun olar, xüsusilə də “Swatch”dan dəbli bir saatdırsa. Brend geniş seçim imkanına malikdir: idman, gecə, gümüş, qızıl, daşlarla bəzədilmiş, dəri və s. Qiymətlər modeldən asılı olaraq 99 AZN və daha yüksəkdir.

8 Marta özəl olaraq, şirkət müştərilərə 20%-ə qədər endirimlər təqdim edir. Sifarişlər 6 mart tarixindən başlayacaq və bir həftə davam edəcək.

Evdar xanımlar üçün

Məşhur brenddən keyfiyyətli qab dəsti də estetika həvəskarları üçün xoş bir hədiyyədir. Bunun üçün geniş seçimi “Karaca” təklif edir. Türk markasından lüks yemək dəstlərini 50% endirimlə ala bilərsiniz. Endirimdə 4 nəfərlik servisin minimum dəyəri 69,70 AZN təşkil edir.

“Schafer Azerbaijan” mağazası da hazırda 50%-ə qədər endirim təklif edir. Burada Almaniya istehsalı olan gözəl servis seçə bilərsiniz. Məsələn, kiçik, lakin çox gözəl bir çay dəstini 30 manata almaq olar.


Eyni dərəcədə populyar olan “Madame Coco” mağazası da hər zövqə uyğun gözəl yemək dəstlərinin çeşidli satışını həyata keçirir.

Hazırda mağazada 20%-dən 50%-ə qədər əlverişli endirimlər mövcuddur. Münasib qiymətə olan ən dəbli servisi cəmi 93 manata seçə bilərsiniz.

Züleyxa İsmayılova

BakuCity.az
Cem Adrianın Bakı konserti: Qadınlara özəl endirim - VİDEO
Tanınmış müğənni bir ildən sonra yenidən Bakıda olacaq

Türkiyəli müğənni Cem Adrian bir ildən sonra, yenidən 28 mart 2020-ci il tarixində Bakıda “Elektra Events Hall”da “Şeker Prens ve Tuz Kral” adlı solo konserti ilə azərbaycanlı pərəstişkarlarının görüşünə gələcək.

Konsertin təşkilatçısı "Event Office"dən BakuCity.az-a verilən məlumata görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müğənninin pərəstişkarlarına özəl təklif var:

“Cem Adrianın pərəstişkarları 8 mart tarixinə qədər hər iki bilet üçün 70 AZN deyil, 60 AZN ödəyəcəklər. Biletlər məhdud saydadır”.

Həmçinin oxu: Cem Adrian Bakıda konsert verəcək - FOTO + VİDEO

Biletləri şəhərin bütün kassalarından, "28 Mall", "Ganjlik Mall" ticarət mərkəzlərindən, "ASAN xidmət" mərkəzlərindən və www.iticket.azsaytından əldə etmək olar.

Əlavə məlumat üçün: +994 99 333 83 68

Konsertin informasiya tərəfdaşı BakuCity.az saytıdır.

Ramilə Qardaşxanqızı

BakuCity.az
Onlayn ətir dükanları: 8 Martda hədiyyə seçimində çətinlik çəkənlərə TƏKLİFLƏR - QİYMƏTLƏR
Xanımlara ətir hədiyyə etmək istəyənlər üçün rahat seçim və sifariş imkanı

Dünyada ətir mədəniyyəti deyilən bir anlayış mövcuddur. Mütəxəssislərin fikrincə, şərqlilər istəyir ki, istifadə etdikləri ətir "bağırsın", onu hər kəs "eşitsin", uzaqdan hiss olunsun. Bu minvalla da şərqlilərin daha qalıcı, kəskin qoxular axtardığı vurğulanır. Dünyada belə bir fikir də var ki, ətir mağazasına daxil olan hər kəs arzularının qoxusunu almaq istəyir.

BakuCity.az 8 Mart – Beynəlxalq Qadınlar Günündə sevimli xanımlara onların arzularının qoxusunu hədiyyə etmək istəyənlərə seçimdə kömək etmək üçün paytaxtın 5 internet mağazasında olan brend ətirlərin qiymətləri ilə maraqlanıb.

“Aromania.az” onlayn ətir butiki dünya ətir brendlərindən “Abdul Samad Al Qurashi”, “Acqua di Parma”, "Agent Provocateur, “Agonist”, "Ajmal”, "Alexandre.J”, “Alfred Dunhill”, “Amouage”, "Antonio Banderas”, "Arabian Oud” və s. kimi tanınmış brend parfümlərlə yanaşı, ətir dünyasında 100% orijinal yeni parfümlərin qablaşdırılmış satışını həyata keçirir. Ətirlərin keyfiyyətinə zəmanət verilir. Qablaşdırma 30 ml-dən başlayır. Ödənişləri nağd, POS-terminal, bank kartları, bank və poçt köçürmələri ilə edə bilərsiniz.

Həmçinin oxu: 8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR

Butik 8 Marta özəl olaraq sifarişlərdə 30% endirim edəcək. Endirim kampaniyası 8 marta qədər davam edəcək. Çatdırılma şəhərdaxili pulsuzdur.

Qiymət cədvəli:

Əlaqə: +994 55 559 77 77

“ParfumShop.az” onlayn ətir butiki tanınmış dünya pbrendlərindən “Christian Dior”, “Mancera”, “Hermes”, “Yves Saint Laurent”, “Loccitane”, “Calvin Klein”, “Sarah Jessica Parker”, “Versace”, “Marina De Bourbon”, “Narciso Rodriguez” və s. kimi yüzlərlə ətir markasını çox da yüksək olmayan qiymətlərlə təklif edir. Bir çox ətir dükanlarından fərqli olaraq, burada hədiyyə dəstləri də təklif olunur.

Mağazada 42 manatdan başlayaraq 5248 manatadək ətirləri sifariş verə bilərsiniz.

Bu onlayn dükanda alış-veriş zamanı xərclədiyiniz pulun 5%-i sizin ParfumShop.az hesabınıza əlavə ediləcək. Hesabınıza yığılan məbləğ qarşılığında saytda təqdim olunmuş istədiyiniz ətri əldə edə biləcəksiniz.

Butik 19 ildir fəaliyyət göstərir.

Əlaqə: +994 50 501 00 07

“Larose.az” onlayn butiki sizə sevdiyiniz brend ətirlərini Bakıda münasib qiymətlərlə əldə etmək imkanı yaradır. Onlayn mağazada dünyanın ən məhşur brendlərinin qadın ətirlərinin geniş seçimi təqdim olunub.

İnternet mağaza “Acqua di Parma”, “Agent Provocateur”,“Nina Ricci”, “Shaik”, “Salvatore Ferragamo”, “Agonist”, “Ajmal”, “Alexandre.J”, “Alfred Dunhill”, "Amouage”, “Angel Schlesser”, "Anna Sui”, “Armand Basi”, “Arabian Oud”, “Azzaro”, "Aramis”,"Aubade”,“Balenciaga”, “Baldessarini”, “Banana Republic” və bir çox dünya brendlərini təklif edir. Hər 10 AZN məbləğində alış-veriş sizə 1 bonus qazandırır ki, bu da növbəti alış-veriş zamanı endirim deməkdir.

Sifarişləriniz saat 09:00-dan 23:00-a qədər qəbul olunur. Çatdırılma ödənişsizdir və hər gün saat 10:00-dan 19:00-a qədər həyata keçirilir. Ödənişləri nağd, kredit və debet kartları, bank və poçt köçürmələri ilə edə bilərsiniz. Alınan malların qaytarılması və dəyişdirilməsi mümkündür.

Butikin bütün məhsulları 8 martda endirimli qiymətlərlə satılacaq.

Əlaqə: + 994 50 890 60 90

“Shop.az”onlaynalış-veriş mərkəzidigər məhsullarla yanaşı ”CarolinaHerrera”, “Dior”, “DKNY”, “Dolce & Gabbana”, “ElieSaab”, “EmporioArmani”, “Esteban”, “Alaia”, “Paris”, “JenniferLopez”, “Kenzo”, “Kilian”, “LadyGaga” və birsıradünyaətir brendlərininsatışınıhəyatakeçirir.Ətirləri 30 ml-dən başlayaraq sərfəli qiymətlərlə sifariş etmək mümkündür.

Həmçinin internet mağaza qadınlar üçün parfümeriya dəstləri təklif edir. Çatdırılma xidməti var.

Əlaqə: +994 12 310 05 59

“Emporium.az”internetmağazası digər məhsullarla yanaşı, ətriyyatsatışını da təşkiledir. Qadınların sevimlisi olan “Dilce Gabana”, “Montale”, “Alexandre.J”, “Jo malone”, “Lollia”, “Mancera”, “Kilion”, Brecourt”, “Blend Oud”, “Maison Doira” və s. kimi brendlərdən ibarət 2000-dən artıq kolleksiyanın bir çox məşhur ətir brendlərinin sifarişi qəbul edilir.

Ödənişlər nağd, həmçinin istənilən debet və ya kredit kartı vasitəsilə aparılır. Sifarişin qaytarılması və ya dəyişdirilməsi mümkündür. Ətirlərin hədiyyəlik bağlaması da təşkil olunur.

8 Mart – Beynəlxalq Qadınlar Günü üçün özəl endirimlər nəzərdə tutulub. İş vaxtı: 10:00-22:00

Əlaqə: +994 50 271-56-66

Ramilə Qardaşxanqızı

BakuCity.az

Qadınlar nə istəyir?