Restoranlar və kafelər

Xəmir yeməklərini sevənlərə həkim məsləhəti - Bakı restoranlarında QİYMƏTLƏR + SİYAHI
Xəmir yeməklərinə sadiq qalanlar üçün menyu

Milli mətbəximizin xüsusi təamları sayılan xəmir yeməkləri bir çox paytaxt sakininin də həssas nöqtəsidir. Yəni paytaxtda “hava soyuqdursa, deməli, əsl xəngəl havasıdır”, - deyənlər az deyil. Lakin mütəxəssislər gürzə, düşbərə, qutab və s. kimi xəmir xörəklərindən çox qəbul etməyin zərərli olduğunu vurğulayır.

Xəmir yeməkləri immun sistemini gücləndirirmi? Daha az xəmir xörəyi yemək üçün nə etmək lazımdır? Ümumiyyətlə, xəmir yeməkləri hansı xəstəliklərin yaranmasına səbəb olur?

BakuCity.az-ın bu və ya digər suallarını həkim-dietoloq, pəhrizlə bağlı kitabların müəllifi Leyla Zülfüqarlı cavablandırıb.

Xəmir yeməkləri immun sistemini gücləndirmir
L.Zülfüqarlı hesab edir ki, azərbaycanlıları kökəldən, belə demək mümkünsə, milli səbəblər var. Onlardan da ən başlıcası milli mətbəxdir:

“Milli mətbəximizdə yüksək kalorili qidalar sırasında xəmir yeməkləri də var. Əksər insanlar hesab edir ki, soyuq aylarda yeyilən xəmir yeməkləri daxili temperaturu yüksəldir və soyuqla yanaşı, xəstəliklərə qarşı da dözümlülük yaradır. Bu, haradasa yanlış düşüncədir. Xəmir yeməklərində karbohidrat olduğuna görə insanı tox saxlayır və xoş əhval-ruhiyyə yaradır, amma müvəqqəti.

Soyuq aylarda iltihabi xəstəliklərə qarşı müqavimətimizin güclü olması üçün bizim antioksidant depomuz güclü olmalıdır. Antioksidant isə daha çox ət, meyvə və vitaminli mikro-elementlər zəngin olan qidalardan alınır. Düzdür, un insan orqanizmi üçün vacib hesab olunan B qrup vitaminlərlə zəngindir, amma unun verdiyi həmin maddələr gün ərzində alacağımız digər qidalarda da çoxluq təşkil edir. Bir sözlə, xəmir yeməkləri ilə mədəmizi yükləmək bizə gözləntilərimizin əvəzinə artıq kalori və çəki verir”.

Həkim-dietoloqun fikrincə, xəmir xörəkləri az yeyildikcə ona qarşı istək də azalır. Bu da insan orqanizmində olan insulin hormonu ilə əlaqəlidir:

“İnsulin hormonu bizi şəkərdən qorumaq üçün daimi dövriyyədədir. Daha çox karbohidratla bəsləndiyimiz zaman isə insulini artırmış oluruq ki, bu da əks reaksiya verir – piylənməyə səbəb olur və tip 2 diabetik mərhələdən əziyyət çəkməyimizlə nəticələnir. Təəssüf ki, tip 2 diabetik xəstəliklərdən ölkədə əziyyət çəkənlərin sayı da çoxdur”.
“Onlar milli mətbəxə sadiqdirlər və sağlam həyat tərzini seçməyiblər”

Kimlərin xəmir yeməklərini xoşlamasına gəlincə, L.Zülfüqarlının sözlərinə görə, o insanlar ki, həftədə iki-üç dəfə xəmir xörəyi yeyir və yenə istəyir, deməli, onlarda karbohidrat mübadiləsinin pozğunluğu yaranıb:

“İllərlə müalicə etdiyim insanlarda bu problem var və adi “chek-up” müayinə ilə səbəbi taparaq problemi həll edə bilirik. Amma bu tip insanlar birdən-birə xoşladıqları yeməklərdən imtina edə bilmədiyi üçün ayda maksimum iki dəfə yemələrini tövsiyə edə bilirəm. Bu da o insanlara aiddir ki, onlar milli mətbəxə sadiqdirlər və sağlam həyat tərzini seçməyiblər.

Həmçinin oxu: Bakıdakı təmizlik şirkətləri: xidmət fərqi və QİYMƏTLƏR

Xəmir yeməklərini bəyənməyən insanlara isə ümumiyyətlə, bu yeməklərə öyrəşməməyi tövsiyyə edirəm. Çünki xəmir yeməklərində qlüten ağırlığı da var. Biz, ümumiyyətlə, xalq olaraq qlütenə çox həssasıq. Bu səbəbdən də hər beş nəfərdən dördündə qəbizlik, köpmə və s. kimi bağırsaq problemləri var”.

Mütəxəssis deyir ki, xüsusilə, kişilər arasında “yeyirəm, sonra gedib idman edirəm” deyə fikir də formalaşıb:

“Problem sadəcə kalorinin artıqlığında deyil, qida tərkibinin sağlam olmamasındadır. Sağlam olmayan tərkib isə bədənə neyromoral – endokrin istiqamətlərdə ziyan verir”.

Tip 2 şəkərli diabet və qlüten həssaslığı
Tip 2 şəkərli diabet hiperqlikemiya, insulinə rezistentlik və insulin sekresiyasının pozulması ilə xarakterizə olunur. Mütəxəssislərin fikrincə, tip 2 şəkərli diabet xəstəliyinin inkişafı riski yüksək olsa da, geniş əhali kütləsi arasında onun profilaktikası imkanları məhduddur.

Qlüten buğda, çovdar və arpanın tərkibində mövcud olan elastik bir proteindir. “Yapışdırıcı” mənasını verir. Qlüten həssaslığı, allergiyası, yaxud tibbi adı ilə “Celiac” xəstəliyi olan insanlar bu proteini qəbul etdikləri an immun sistemi bədənə “düşmən” daxil olduğunu düşünərək, öz hüceyrələrinə hücum etməyə başlayır və nəticədə kiçik bağırsağa çox ciddi zərər vurur.

Həmin vaxt kiçik bağırsağın divarlarında olan barmağabənzər, balaca hissəciklər bu proteini gördükləri an iltihablanaraq yastılaşırlar. Bu çıxıntıların əsas vəzifəsi bağırsağa düşən qidaların tərkibindəki zəruri maddələrin bədənə sorulması olduğu üçün bu qabiliyyətlərini itirdikləri an orqanizmdə mədə-bağırsaq simptomları özünü göstərir və insanlarda ürəkbulanma, ishal, qəbzlik, şişkinlik, qarın ağrısı, yorğunluq, zəiflik, baş ağrıları, qusma, qan azlığı, sümük və oynaq ağrıları, dildə şişkinlik, ağızda yaralar, əsəb pozğunluğu, dəri xəstəlikləri və artıq çəki problemləri yaranır.

Qlüten dözümsüzlüyü cinsindən asılı olmayaraq özünü uşaq yaşlarından biruzə verir, müalicəsi isə yoxdur. Yeganə xilas yolu “qlütensiz həyat tərzi” yaşamaqdan keçir.
Bütün bu deyilənlərə rəğmən, xəmir yeməklərinə sadiq qalanlar üçün menyu

Milli mətbəxə sadiq qalanlar üçün paytaxtda fəaliyyət göstərən 10 restoranda təklif olunan menyularla da maraqlandıq. Məlum oldu ki, paytaxtda əksər restoran və kafelərdə xəmir yeməkləri servis edilir. Menyular təxminən eyni olsa da, qiymətlərdə fərq var.
Bakıda saciçi verən restoranlar - SİYAHI + QİYMƏT
Sac yeməklərini sevənlər üçün zəngin menyu

Milli mətbəximizin bir çox ləziz təamları sırasında bol çeşidli, zövqə görə hazırlanan saciçi yeməklər də var. Amma sağlam qidalanmaq üçün harada və nə yediyimizə diqqət etməliyik.

BakuCity.az paytaxtda fəaliyyət göstərən restoran və kafelərdə təklif olunan sac yeməkləri və onların qiymətləri barədə məlumat toplayıb.

Teleqüllə restoranında saciçi yemək üçün depozit ödəməlisiniz

Akademik Abbaszadə, 12 ünvanında yerləşən restorandan bildirilib ki, burada üç növdə saciçi yemək verilir – can əti ilə saciçi, toyuq əti ilə saciçi və balıq sacda (nərə balığı və qızıl balıq). Amma, sac yeməklərinin növü və tərkibi zövqə görə artırıla, həmçinin azaldıla bilər. Restoranda qonaq olmaq istəyən hər kəs 20 manat depozit ödəməlidir.\

“Bürc Qala”nın 1 pay sacı 3 nəfərə bəs edir

Kiçik Qala, 15 ünvanında yerləşən “Bürc Qala” restoranından saytımıza bildiriblər ki, burada beş növ sac yeməyi verilir - can əti, quzu əti və kənd çolpasından saciçi, assorti sac və can əti qovurma sacda. Hər sac yeməyi iki nəfərlik nəzərdə tutulub, amma üç nəfərə də bəs edər.

“Qazmaq”

Kiçik Qala , 124 ünvanında yerləşən Qazmaq restoranında toyuq, dana, quzu əti ilə saciçi, həmçinin nərə balığı ilə saciçi və assorti sac olmaqla 5 növdə yemək verilir.

“Tonqal”da sac sifarişi 2 paydan başlayır

Həsən Əliyev küçəsində yerləşən restorandan verilən məlumata görə, burada da sacın beş növü verilir – quzu əti, dana əti, çolpa, assorti və içalat sacı. Məkandan əlavə olunub ki, burada sacı iki paydan başlayaraq sifariş verə bilərsiniz.

“Nərgiz”in daimi müştəriləri üçün endirim edir

Tərlan Əliyarbəyov, 9 ünvanında yerləşən “Nərgiz” restoranı müştərilərinə saciçinin 9 növünü təklif edir – nərə balığından saciçi, toyuq ləvəngi sacda, toyuq ətindən saciçi, dana ətindən saciçi, quzu ətindən saciçi, assorti sac, tərəvəzlə sac, cız-bız və içalat sacı. Daimi müştərilər üçün qiymətdə endirimlər də edilir.

“Şirvanşah Muzey Restoran”da balıq sacın 1 payı 50-55 manatdır

Salatın Əsgərova, 86 ünvanında fəaliyyət göstərən “Şirvanşah Muzey Restoran”da sacın 6 növü təklif olunur – nərə balığı sacda, malın can ətindən saciçi, quzu və toyuq ətindən saciçi, içalat və assorti sac. Restorandan verilən məlumata görə, məkanda Nərə balığı ilə verilən sacın qiyməti bazara uyğun olaraq tez-tez dəyişir və 1 payı təqribən 50-55 manata başa gəlir
“Darçın” restoranının ən çox sifariş olunan sacı assortidir

“Darçın” restoranı Zahid Xəlilov, 43 ünvanında yerləşir. Məkandan verilən məlumata görə, burada müştərilərə dörd növdə sac təqdim edilir – toyuq, quzu və can ətindən saciçi, assorti sac. Restorandan bildiriblər ki, burada ən çox sifariş olunan assorti sacdır.

“Əfsanə” sac yeməklərini zövqə görə hazırlayır

Kafedən verilən məlumata görə, məkanda verilən assorti sacın tərkibi xırda doğranmış toyuq sinə əti, xırda doğranmış can əti (mal), göbələk, kartof, pamidor və bibərdən ibarətdir. Bu sac sadə, holland pendiri və qaymaqlı olmaqla üç növdə hazırlanır.

“Ənənəvi sac” adlandırılan saciçi isə əsasən antrikot, mal və qoyun əti (iri tikə və sümüklərlə), ciyər qovurması və müxtəlif tərəvəzlər əlavə olunmaqla dörd növdə hazırlanır. Kafe Nəriman Nərimanov, 30 ünvanında yerləşir.

Saciçinin hazırlanmasında eyni vaxtda ətdən və bol tərəvəzdən istifadə olunur. Ən qədim sac yeməyi isə sac qovurmadır ki, o da ətin ən yaxşı hissəsi, qoyun quyruğu və soğanla birlikdə yağda, sac içində qovrulur.

Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrədə "sacayağı" deyilən 3 dayaqlı altlığın üzərində qoyulur.

Ramilə Qardaşxanqızı

BakuCity.az
Bakıda pivə içə-içə futbol izləyə biləcəyiniz üç məkan - QİYMƏTLƏR
"Sport-pub"larda sərin pivə ilə matç izləməkdən həzz alın

Azarkeşlik etdiyi komandaların oyunlarını “sport-pub”larda sərin pivə içə-içə izləmək istəyənlərin sayı az deyil.

Bakucity.az bu materialda oxucuları paytaxtda pivə içə-içə matç izləyə biləcəkləri üç “sport-pub” ilə tanış edəcək

“Beer Station Pub”

Paytaxtda populyar “sport-pub”lardan hesab olunan “Beear Station Pub”ın müdiri Pərvin Təhməzovun sözlərinə görə, bura Nizami küçəsində 24 adda dadlı məzə və 15 adda pivə təklif edilən ən yaxşı məkanlardan biridir:

“Pivələrimizdən ən ucuzu “Xırdalan” 2.50 AZN, “Efes 0”, “Tubarg”, “Küller”, “Baltika 0” 3.00 AZN və “Baltika 9” 3.50 AZN təşkil edir. Məzələrimiz isə bol və dadlıdır, ən əsası isə həmişə yeni olur”.

Burada müştərilərə sadəcə pivə deyil, 34 adda müxtəlif çeşidli spirtli içki, 20 adda alkaqollu və alkaqolsuz kokteyllər, həmçinin “shot kokteyl”, 12 adda dadlı qəlyanaltı da təklif olunur:

“Məkanımızda “Yeni rakı” (4 azn), “Absolut”(3.50 azn),“Savalan”, “Gürcü çaxırı”, “Jock Daniel`s” (5 azn), “Chivas regal” (6 azn), “Contreau”, “Sambuca” ( 4 azn), ”Dissarona” (5 azn) kimi alkaqollu içkilər də sifariş verə bilərsiniz. Qonaqlarımız həmçinin, “Pina colada”, “Jogerboom”, “Tekila sunrise” (7 azn), “Marqarita” (8 azn), “Long icland” (9 azn), “Virgin colada” (5 azn), “Milk shake” (4 azn), “Exclusive” (6 azn) və s. kimi alkaqollu və alkaqolsuz kokteyllərimizdən, “shot kokteyl”lər – “B52” (5 azn), “B55”, “B57”, “Rainbow” (6 azn), “Burger” (4 azn), “Fri-sosis” (4.50 azn), “Club sendviç” (7 azn) kimi müxtəlif dadlı qəlyanaltırımızdan dadaraq matç izləyə bilərlər”.

Pərvin Təhməzov onu da qeyd edib ki, xarici qonaqla bol olan ikimərtəbəli məkanda siqaret çəkmək qəti qadağandır.
Ünvan: Təbriz Xəlil Rza oğlu 21C

Tel: (+994 50) 713 78 14

“Secrets Pub”

“Secrets Pub”ın rəhbəri Rauf İbadovun dediyinə görə, Azerbaycanda ən böyük pivə restoranları şəbəkəsidir və hazırda paytaxtda 6 şəbəkəsi fəaliyyət göstəir:

“Bütün şəbəkələrimizdə idman oyunlarını iri ekranda (proektor) canlı izləmək mümkündür. Hazırda məkanımızda 9 adda çəllək və 25 cür butulka pivə təklif olounur. Fikrimcə, qiymət baxımından da bizim şəbəkə ucuzluğuna görə ən münasib sayıla bilər. Yerli pivə “Xırdalan” (süzülmüş) ən ucuzu 1.30, ən bahalısı isə 6 azn satılır. Bundan başqa, 25 adda pivə məzələrimiz mövcuddur”.
Ünvan: Əlövsət Quliyev küçəsi 127

Теl: (+994 70) 319 07 07

“3 Bochki Beer Restaurant”

Restoranın admnistratoru İlqar Məmmədov bildirib ki, onlarda Almaniya, Belarus, Türkiyə və yerli istehsal olan pivələr verilir. Onların arasında “Erdinger”, “Alivariya”, “Efes”, “Xirdalan” və “Starapraga” da var. Qiymətlər isə kifayət qədər ucuzdur:

“Məkanda ağac haşiyələr, çəllək formasında dekor və idman əhval-ruhiyyəsi üstünlük təşkil edir. Pivənin ən ucuzu 2 manata “Xirdalan” və “Starapraga”, 4 manata “Alivariya” və “Efesdir”, ən bahalısı isə 6.50 azn-ə “Erdinger”dir. Əgər bizdə bir parç pivə və isti yemək (sac) sifariş olunsa, bir nəfər üçün menyu təxminən 20 manata başa gələcək".

İlqar Məmmədov əlavə edib ki, restoranda ziyarətçi axını populyar futbol yarışları olan günlərdə daha çox müşahidə olunur.

Ünvan: Nizami küçəsi 77

Tel: (+994 12) 498 08 12

Təqdim etdiyimiz hər üç məkanda yüngül qəlyənaltı etmək üçün də imkan var.

Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakıda dadlı və keyfiyyətli dondurma yeyə biləcəyiniz məkanlar - QİYMƏT
Bu məkanlar dondurma sevənlərin işinə yarayacaq

Dondurma yay aylarında hər kəsin sevimli desertidir. Meyvəli, çiyələkli, şokoladlı və s. çeşidi olan dondurma hər yerdə satılır, amma keyfiyyətli olması önəmlidir.

Bakucity.az paytaxtda ən dadlı və keyfiyyətli dondurma verilən məşhur məkanları oxucular üçün araşdırıb.

“Madondurma”

Əsasən “takeaway” formatında fəaliyyət göstərən “Madondurma” “MADO” restoranlar şəbəkəsinin (5 şöbəsi var) bir qoludur. Şəbəkənin baş meneceri Emil Qurbanovun dediyinə görə, məkan Türkiyədən gətirilmiş ən keyfiyyərli dondurma növləri ilə xidmət göstərir:

“MADO Türkiyənin brendidir, “Madondurma” isə Maraş dondurması mənasını verir. Satdığımız bütün dondurmalar Türkiyənin məşhur vilayəti Maraşda, keçi südündən xüsusi reseptlə hazırlanır. Çoxsaylı çeşidlərimiz hər il yenilənir, hərdən isə müşdərilərimizin rəyinə əsasan bəzi növlər başqaları ilə əvəzlənir. Bizdə pəhriz və diabetik (şəkər əlavəsiz) dondurmalar da satılır”.

“Madondurma”da qablaşdırma xidməti də var ki, üç paylıq dondurma alan müştəriyə quru buz və xüsusi qab ödənişsiz verilir. Bu qablarda aldığınız dondurmanı açıq havada 3-4 saat saxlaya bilərsiniz. Həmçininin, buradan aldığınız dondurmaları soyuducuda (-18 dərəcə) bir il saxlamaq imkanınız var.
Ünvan: Məmməd Əmin Rəsulzadə 48

Tel: 012 498 63 41

“BoomBalamBuz”

Bakının mərkəzində yerləşən kafe, səhər saat 12:00-dan axşam 23:00-a kimi fəaliyyət göstərir. “Coffee”, “Freak Shake”, “Mojito”, “Ice Tea”, “Pancakes”, “Ice Cream” kimi məhsulları ilə tanınan bu məkan 7 növdə dondurma servis edir. Məkanda yüksək keyfiyyətlə yanaşı, dondurma münasib qiymətədir.

Ünvan: Hacı Zeynalabdin Tağıyev 20 C

Tel: 050 515 26 66

“QOST Dondurma”

Azərbaycanda xarici dondurmaların satışı ilə məşğul olan “Az-Tex MMC” şirkətin satış müdiri Təyyar Əsgərovun dediyinə görə “QOST Dondurma” dondurma evi də sasən “takeaway” formatında fəaliyyət göstərir və burada şirkətin Xorvatiya, Türkiyə, Ukrayna, Rusiyadan gətirdiyi dadlı və keyfiyyətli dondurma çeşidləri verilir:

“Hər kəsin ağız dadına uyğun və keyfiyyətli məhsullarımızı “Qost Dondurma”da dada və sifariş verə bilərsiniz. Nostaljini sevənlər üçün köhnə Rusiya dondurmalarının dadını, Türkiyənin Maraş dondurmasını (keçi südündən hazırlanmış), Xorvatiya və Ukraynadan gələn seçilmiş məhsullarımızı mütləq hamı dadmalıdır. Bizdə həm paket, həm də çəki məhsullarının çeşidləri daim yenilənir: Şokolad, vanil, çiyələk, sadə, karamel, trufel, fıstıq, malina, qovun, fındıq, sakız, qarağat, qarpız, limon, qaratut, banan, vişnə, alma, kivi, kokos kimi çeşidlərlə hamının zövqünü düşünmüşük”.

Qeyd edək ki, məkan həm çəki ilə olan həm də paket qablaşmada (tək-tək) məhsullar təklif edir. “Qost Dondurma”da əyləşib istədiyiniz dondurmadan sifariş verib dadmaqla yanaşı, qablaşdırma xidmətindən də istifadə bilərsiniz.

Çəki dondurmaları: 1 kq 20 AZN, 1 top (70-80 qr) 1.60 AZN.

Paket qablaşmada olan məhsulların qiyməti ölçüsünə, keyfiyyətinə və qablaşdırılmasına görə 1 AZN-dən başlayaraq 15 AZN-ə qədər dəyişir.

Ünvan: Tiflis pr E30M6

Tel: 055 450 51 53

“Baku Cafe”nin meneceri Ayxan Məmmədovun verdiyi məlumata görə, kafedə İtaliyanın “LavAzza” firmasının istehsalı olan səkkiz növdə dondurma: Şokoladlı, “snickers”li, vanilli, vişnəli və s. servis edilir. Bir payda 120-150 qramlıq üç şarik olur və hər şarik müştərinin istəyinə uyğun seçilir. Servis edilən dondurmaların üzərinə həmçinin istəyə görə şokalat siropu və ya kokous əla olunur.

Qeyd edək ki, məkanda servis edilən dondurmalar xüsusi qablaşdırma formasında olur və keyfiyyətə tam zəmanət verilir. Qiymət: 7:00 AZN.

Ünvan: Nefçilər pr 153 (28 May)

Tel: 012 310 08 08

“Ca`dOro”

Hər gün saat 10:00-dan 23:00-a kimi açıq olan məkanın əməkdaşının verdiyi məlumata görə, kafedə italyan dondurmaları servis olunur:

"Ca`dOro"nı fərqləndirən məqamlardan biri, digər dondurma evlərindən daha çox çeşidlərin olmasıdır. Müştərilərimizin istəyinə uyğun olaraq hazırlanan dondurmalı tortlarımız və s. olmaqla, dondurma sevənlərin bütün istəklərini keyfiyyətli şəkildə doğrulda biləcək hər növ dondurmamız var. Dad və çeşid olaraq bütün zövqləri oxşayacaq, gülərüz personal, rahat məkanlarımız, yüksək servis – bunlar hamısı “Ca`dOro”nı fərqləndirir. Dondurmalarımız İtaliya istehsalıdır. Butun inqrediyentlər İtaliyadan gətirilir və İtaliyada təlim dondurmaçılarımız tərəfindən hazırlanıraq müştərilərimizə təklif olunur. Çeşidlərimiz geniş olduğu üçün, dondurmaların tərkibi də fərqlidir. Gündəlik rastlaşdığımız dondurma çeşidlərilə yanaşı, eqzotik dadlı dondurmalarımız da mövcuddur. Tərkibi barədə onu da əlavə edim ki, bizim dondurmalarımız təbii tərkibdə - meyvə çeşidləri, süd və digər inqrediyentlərlə hazırlanır”.

Xarici turistlərlə yanaşı, paytaxtda yaşayan xarici vətəndaşlar da məkanın müştəriləri arasında böyük paya sahibdir.

Paytaxtda üç ünvanda: Rasul Rza 6, “Gənclik Mall” (3-cü mərtəbə), “Park Bulvar”da (4-cü mərtəbə), S.Vurğun 79B və “Amburan Mall”da yerləşən “Cadora” kafenin bütün şöbələrində vaxtaşırı müsabiqələr keçirilir, mükafatlar təqdim olunur.

Tel: 012 493 99 44


Ramilə Qardaşxanqızı

Bakucity.az
https://www.bakucity.az/news/2399988/bakida-n-yaxsi-gurcu-xngli-veriln-restoranlar-qiymt
Müştərilərin ən çox sifariş verdiyi yeməklər hansılardır?

Gündəlik həyatında, xüsusilə də istirahət və özəl günlərdə fərqli mətbəxlərə üstünlük verən kifayət qədər insan var.

Paytaxtda gürcü mətbəxi ilə xidmət edən restoranlarda daha çox hansı yeməklər sifariş olunur? Gürcü yeməklərini yerli, yoxsa gürcü aşbazlar hazırlayır? Menyuların qiyməti sərfəlidirmi?

Bakucity.az bu sualların cavab tapmaq üçün maraqlı araşdırma aparıb.

“Mziuri” restoranı

Restorandan verilən məlumata görə, buranın çox ləzzətli və özəl yeməyi “Steyk Mziuri”dir. Özəl menyudan isə daha çox “Steyk sirloin” (25-30 AZN) və “Gürcü xəngəli” (1 payda 5 ədəd- 0.70 AZN) sifariş olunur.

Xəngəl gürcüsayağı salat, tkemali və satsibeli sousları ilə servis edilir. 2 nəfərlik sifariş üçün 12-15 manat ödəməlisiniz. Aşbazları gürcü olan restoranda banket zalı da var.

“Tbilisi Restaurant”

Bu məkanın ən çox sifariş olunan yeməkləri sırasında “Ocaxuri” öndə dayanır. Restoranın administrator belə deyir. Yeməyin tərkibi müxtəlif ədviyyatlardan - ət, kartof, bibər, soğan və sarımsaqdan ibarətdir. 1 payın qiyməti isə 7 manatdır. 2 pay “Ocaxuri”, gürcü pendiri, təzə göyərti salatı, turşu və gürcü limonadı sifariş etsəniz, ümumi hesab 25-30 manatdan çox olmayacaq. Administratorun dediyinə görə, burada ikinci yerdə “Gürcü xəngəli” dayanır. Sadə gürcü xəngəlinin 1 ədədi 80 qəpiyə, qızardılmışı isə 1 manatadır. Məkanda banket zalı da var.

“Udali Restaurant”

Restorandan qeyd ediblər ki, tərkibi mal əti, göbələk, pomidor, soğan və sluquni pendiri olan “Tavaduri” buranın özəl yeməyidir. Yeməyin 1 payı 7 manatdır. 2 pay “Tavaduri”, təzə gürcü salatı, turşu assorti və gürcü limonadı sifariş etsəniz, 20-21 manat ödəyəcəksiniz.

“Kalakuri Restorant”

Restoranın administratoru buranın zəngin mətbəxə və münasib qiymətklərə sahib olduğunu deyib. Verilən məlumata görə, ən çox sifariş olunan yeməkləri “Kupati”dir. Saxsı qabda bişirilən bu yeməyin tərkibi mal əti, donuz bağırsağı, sarımsaq, zirinc və qoyun piyindən ibarətdir. 1 payı isə 6 manata satılır. Saxsı qabda hazırlanan və tez-tez sifariş olunan (1 payı 6 AZN) yeməklər sırasında “Ocaxuri” də dayanır. 2 paylıq “Ocaxuri”, təzə salat, göyərti, turşu və gürcü limonadı sifariş edildikdə, cəmi 18 manat ödənilir və bu yeməyin 1 payı 2 nəfərə çatır. Suplardan isə daha çox “Salyanka” (1 payı 5 AZN) məşhurdur. Yemək mal əti, turşu, bibər və müxtəlif tərəvəzlərdən hazırlanır.

“İveria” restoranı

Restorandan verilən məlumata rörə, məkanın özəl yeməyi üç növdə (ətli, toyuqlu və balıqlı) hazırlanan “İveria”dır. Yeməyin ən bahalısı balıqlı, ən məşhuru isə ətlidir. Balıqlı “İveria”nın (1 payı 30 azn) tərkibi ağ balıq, göbələk, xama, gürcü pendiri – sluquni və holland pendirindən ibarətdir. Ətli 18, toyuqlu isə 12 manatadır.

İki pay ətli “İveria”, təzə gürcü salatı, turşu assorti və gürcü limonadı sifariş etsəniz, ümumi hesab 50-60 manat arası tutacaq.

Restoranın digər xüsusi yeməyi tamat sousu ilə hazırlanan “Dana qabırğası”dır. (1 payı 22 AZN) Burada ən çox sifariş verilən yeməklər sırasında 3 nəfərin yeyə biləcəyi böyük porsion “Şxmeroli” (1 payı 15 AZN) dayanır.

Burada “Çoxoxbili” (1 payı 9 AZN), qaynadılmış gürcü xəngəli (1 ədədi 1 AZN), qızardılmış gürcü xəngəli (1 ədədi 2 AZN) var. Məkanın aşbazı gürcüdür və banket zalları mövcuddur.

Bunu da oxu: Bakda hansı restoranlarda iftar yeməyi verilir? - MENYU / QİYMƏT
Bakıda ən yaxşı çay verilən məkanlar hansılardır? - Araşdırma
Çay evlərində yemək və disertlər də təqdim olunur

Paytaxt sakinlərinin istirahət üçün tez-tez üz tutduqları məkanlar sırasında çay evlərinin öz yeri var. Əsasən xudmaniliyinə, çay növlərinin müxtəlifliyinə, damino, nərd oyunlarına görə restoran və kafelərdən fərqlənən bu məkanlarda hazırda yemək və müxtəlif növ disertlər də təklif olunur.

Bakucity.az paytaxtda yerləşən bir sıra məkanlarda hansı xidmətlər mövcuddur və həmin xidmətlər neçəyə başa gəldiyini öyrənməyə çalışıb. Materialı oxuculara təqdim edirik.

“Come In Club”

Saytımıza açıqlama verən məkanın sahibəsi Xalidə Həsənova burada çayın ən elit növlərinin verildiyini bildirib:
“Ən elit çay növlərini təklif edən çay evi statusu ilə fəaliyyət göstəririk, amma məkanımızda bütün növ dissertlərlə yanaşı, Azərbaycan və avropa mətbəxindən yeməklər də verilir. Milli mətbəxtdən 2 nəfərlik dolma, saciçi, düşbərə və s. (salat+içki ilə) sifariş edənlərin ortalama hesabı 30, avropa mətbəxindən (balıq növlərini çıxmaqla) 2 nəfərlik menyu isə 35 AZN edir. Ən baha çay dəsgahımız 25 manatdır”.

O, burada masaların sifarişi, qəlyan xidmətinin olduğunu da vurğulayıb.

“Kishmish Club”

Ölçüsünə görə balaca, rahat, qeyri-adi interyeri olan bu məkanda da çay və kofe ilə yanaşı müxtəlif içkilər, yeməklər də verilir. Çay evinin adminstratoru Rüstəm bəy belə deyib:

Bunu da oxu: Bakıda dəniz məhsulları yeyəcəyiniz ən yaxşı məkanlar - ARAŞDIRMA
“Masa sifariş verə, ödənişlərinizi kredit kartı ilə edə bilərsiniz. Biznes lanç və 1 paylıq tikə kabab 6, qutablar, xəngəl, düşbərə isə 5 AZN-ə satılır. İki nəfərlik ümumi menyunun qiyməti 10-15 AZN olmaqla, sifarişə görə dəyişir. Məkanımızda verilən sadə çay 5, çay dəsgahı isə ən baha 15 manatdır”.

Admnistratorun dediyinə görə, çay evi ilin bütün vaxtlarında 20%-dən çox endirimlə işləyir.

“Dilemma”

Çay evinin mühasibi İsmayıl İbrahimov qiymətlərin başqa məkanlardan xeyli fərqlənmədiyini deyir:

“Təbii ki, bura çay evidir və əsas üstünlük çay növlərinin genişliyinə verilir, amma nəzərə alsaq ki, bu gün insanların sosial durumu elə də yaxşı deyil, deməli vəziyyətin bir ucu da bizi tutur. Bu səbəbdən də sadəcə çay və müxtəlif içki növləri ilə xidmət göstərmirik. Əlavə olaraq milli və türk mətbəxindən yeməklər də təklif edirik. Qiymətlər heç kimi aldatmasın, 14 manatlıq, keyfiyyətli ətlə işləyirik. Avropa və milli mətbəxdən ibarət biznes lanç məkanımızda 5 AZN-ə satılır. Milli mətbəxdən 2 nəfərlik şam üçün ortalama hesab 15-20 manat civarındadır”.

Mühasib burada qəlyanın 10-20, çay dəsgahının isə 15 manat olduğunu deyir.

“Paxlava”

Məkanın əməkdaşı Elnur Həsənovun sözlərinə görə bura yerli, həmçinin xaricdən idxal olunan ən yaxşı çay növləri, şirniyyatlar təklif edən premium çay evi və restorandır:

Bunu da oxu: Bakıda diyetik yemək təklif edən müəssisələr - ARAŞDIRMA
“Bütün növ kababları 10-13, qəlyan 20-25, çay dəsgahını isə 25 AZN-ə təklif edirik. 7 nəfərlik VİP kobinetlərimizdə elə 7 nəfərlik şam yeməyi (içki+salat) ortalama 150-170 manat civarında edir”.

Məkanın əməkdaşının sözlərinə görə, 25-30 nəfərlik banket üçün zalda masa sifariş etsənizın cəmi 50-60 AZN ödəyəcəksiniz.

“145 çay evi”

“145 çay evi” həftənin 1-5-ci günləri saat 02:00-dan 17:00-dək Bakının ən yaxşı, ən sərin, ən bol tüstülü qəlyanını qreypfrutda cəmi 14,5 AZN-ə təklif edir. Məkan 7/24 xidmət göstərir. Məkanın əməkdaşı Nigar xanımın dediyinə görə, burada “bavarıya mınt”, “mılk oolong”, “french rose”, “spıce punch”, “gunpowder zhu cha”, “jasmıne tıng yuan”, “manıla mango”, “kıwı colade” və s. seçmə çay növləri 10 manatdan 18 manata qədər servis edilir. Azərbaycan çayı çaynikdə 8, samavarda 15 AZN-ə verilir. Çay dəsgahı isə 45 manatdır. Bundan başqa, çay evində şirniyyatlar, çərəzlər, kofe, isti çay kokteylləri, soyuq içkilərdən meyvə şirələri, cola, fanta, redbull və s. təklif olunur. Yemək olaraq – şorbalar, əsas yeməklər, kabablar, xəmir xörəkləri, sendviçlər, pastalar, salatlar və s. verilir. Münyular isə 5 manatdan 16 manata qədər edir.

“Xəmsə”

Məkanın adminstratoru Azad Zülfüqarlı qeyd edib ki, bu çay evinin əsas özəlliyi çayın köz samavarında qaynadılmasıdır:

“Südlü çay, südlü yaşıl çay, yaşıl çay, çin çayı müşdərilərin istəyinə görə təqdim olunur. Əlavə olaraq hind çayı, meyvəli çay, ətirli çay olmaqla ümumilikdə 12 fərqli çayımız və 14 növdə qatqılı çayımız var. Qatqı çayın qiymətinə təsir etmir. Kiçik dəsgahımız 7, böyük dəsgahımız isə 25 manatdır. (2 litrlik samavarda) Lənkaranın 2 yarpaq çayı var, hansı ki, 1 kiloqramını 300 AZN-ə alırıq, çayniki isə 10 AZN-ə satırıq. 20-ə yaxın mürəbbə çeşidimiz var, onlardan 5-i fərqlidir”.

Adminstrator qeyd edib ki, məkanda milli və avropa nyeməkləri və biznüs lanç da təklif olunur.

Nəticə

Bakucity.az paytaxtda fəaliyyət göstərən bir sıra digər çay evlərinin əməkdaşlarından da açıqlama alıb. Lakin cavablar bənzər və hardasa eyni olduğundan, onların hər birini ayrı-ayrı təqdim etməyə ehtiyyac qalmayıb. Çay evlərində diqətdən kənar qalmayan yemək xidmərlərinə gəlincə, alınan ümumi cavablardan bu nəticəyə gəlmək olar ki, indiki halda çay evləri qazandıqları müştəriləri itirməmək üçün alternativ yollardan istifadə edir. Bu səbəbdən də çay evləri getdikcə kiçik restoranları və yemək yemək üçün üz tutulan kafeləri xatırladır.
Bakıdakı Çin restoranlarında hansı yeməklər təklif olunur - QİYMƏTLƏR
Xidmətlərə nələr daxildir və qiymətlər cibimizə uyğundurmu?

Çin mətbəxi bütün dünyada yetərincə məşhurdur. Bakıda da son illər bu ölkənin mədəniyyətinə və mətbəxinə maraq getdikcə artır. Müxtəlif dadların zənginliyini özündə cəmləşdirən Çin mətbəxinin əsas özəlliyi odur ki, burada təamlar mövcud ölkənin damaq dadına uyğunlaşdırılaraq hazırlanır. Bakucity.az Çin mətbəxi ilə maraqlananlar üçün Bakıdakı Çin restoranları barədə material hazırlayıb. Bu araşdırmada siz xidmətlər və qiymətlər haqqında ətraflı məlumat ala bilərsiniz.

“Jasmine” restoranında Çin yeməklərini Çindən olan aşpaz hazırlayır. Məkanın administratoru restoranda endirimlər edildiyini də deyib:

“Restoranda masa sifarişi, banket, biznes lanç xidmətləri var. Bizim çinli aşpazlarımız 100-dən artıq yemək çeşidi hazırlayırlar. Əgər Siz 2 nəfərlik nahar və ya şam yeməyi istəsəniz, bu, sizə orta hesabla 35-40 manata başa gələcək. Məkana ailəvi gələnlər biznes lanç zamanı endirim əldə edirlər. Musiqi isə həm canlı, həm də fonda hər gün səsləndirilir”.

Bunu da oxu: İçərişəhərdə istirahət etməli ən yaxşı restoranlar - SİYAHI
Çin mətbəxinin Bakıda əsas hansı xüsusiyyətinə görə sevildiyi ilə bağlı suala restoranın administratoru belə cavab verib:

“Müştərilər çox vaxt bu mətbəxin qarışıq dadına görə, bəzən isə mətbəxlə tanışlıq məqsədilə restorana gəlirlər. Hərdən qeyri-adi yemək dadmaq istəyənlər də bizə gəlirlər. Çin mətbəxi isə hansı ölkədə fəaliyyət göstərirsə, o ölkənin ağız dadı əsasında menyu hazırlanır. Məsələn, bizdə ən çox yeyilən yeməklərdən biri - 1 payı 23 manata başa gələn tavada qızardılmış krevetlərdir. Bu təamın tərkibində göy soğan və zəncəfil var”.

Paytaxtdakı “Fan Fang” restoranından bizə bildirdilər ki, menyuda Çin mətbəxinə aid məşhur yeməklər var.
“Qiymətlərimiz hər kəsə münasibdir, - restoranın administratoru açıqlamasında bildirib və davam edib: 1 pay “Tay acılı-turş” şorbası (toyuq əti ilə) 7, dəniz məhsulları və krivet isə 13 manatadır. Müştərilərimizin çox sifariş verdiyi “Qızardılmış ördək” (ədviyyatlı) yeməyinin 1 payı 28 manata təklif edilir. Tərəvəzli yemək “Lo han”ın 1 payı 14 manatadır”.

Admnistrator qeyd edib ki, səhər 10:00-dan 20:00-a qədər açıq olan restoranda endirimlər zamanı 2 nəfərlik pay sifariş vermək, orta hesabla 15-17 manata başa gəlir.

“Hong-Kong” restoranında da aşpazlar Çindən gətirilib. Administrator qiymətlərin menyuya görə dəyişdiyini deyib:

“Məsələn, I növ yeməklərə daxil olan 1 pay “Tərəvəzli Çin şorbası” 7 manata, “Əriştə” şorbasının dəniz məhsulları ilə hazırlanan növünün 1 payı 12 manata, toyuqla hazırlananı isə 8 manata servis edilir. 3 növdə hazırlanan “Tay hindqozu Şorbası” restoran müştərilərinin tez-tez sifariş etdiyi yeməklər sırasındadır. Bu şorbanın toyuq əti ilə olan növünün 1 payı 8, dəniz məhsulları və krivet ilə olanı isə 12 manata təklif edilir. “Çin düşbərəsi”nin 1 payı – dana əti ilə 10, krivetka ilə 12 manata servis edilir. Burada 2 nəfərin nahar və ya şam etməsi üçün 35-40 manat xərcləməsi lazım gəlir”.

Bunu da oxu: Bakıda nigah şəhadətnaməsi tələb etməyən otellər - SİYAHI
“Shin Shin”in admnistratoru saytımıza açıqlamasında bildirdi ki, restoranda 2 nəfərin nahar etməsi üçün cəmi 15-25 manat da kifayət edər:

“Bizdə ən çox verilən sifarişə biznes-lanç daxildir, lakin indi konkret qiymət deyə bilmirik, çünki hər gün fərqli menyular təqdim edirik. Ən məşhur şorbamız 1 payı 12 manat olan “Acılı-turş şorba”dır. Ən çox sifariş verilən yemək isə, “Seşuan” üslubunda hazırlanan donuz ətidir, onun 1 payı 18 manata satılır”.
“Asian Street Food” restoranında çatdırılma xidməti üçün müştərilərdən ödəniş tələb olunmur. Bunu restoranın admnistratoru vurğulayıb:

“Restoranımız qəlyanaltı, biznes-lanç, nahar xidmətləri ilə hər gün gecəyə kimi fəaliyyət göstərir. Aşpazlar isə çinlidir. Tez-tez sifariş verilən yeməklər sırasında “Şeşuan üslubu”nda hazırlanan “Acılı-turş şorba” (toyuq əti ilə) birinci gəlir. II növ yeməklərdən “Voh tavası”nda hazırlanan “Acılı bibər və reyhan”ın (toyuq əti ilə) 1 payı 18 manata, krevet ilə isə 23 manatdır”, -deyə admistrator bildirib.

Sonda bunu da qeyd edək ki, Çin qaydalarına görə, süfrəyə tərkibi eyni ətdən ibarət olan, oxşar dadlı və yaxud bənzər iki xörəyi qoymaq olmaz. Bu, qədim Çin filosofu Yi Yinın nəzəriyyəsindən irəli gəlir. Nəzəriyyəyə görə, dadların hər biri insan orqanizmindəki orqanlara uyğun gəlir və xörəkdə dadların tarazlaşdırılması sağlamlığa xidmət edir.
Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az
İçərişəhərdə istirahət etməli ən yaxşı restoranlar - SİYAHI
Qədim şəhərin ən maraqlı restoranları

İçərişəhər kimi gözəl, qədim və insana dinclik bəxş edən bit yerə sahib olduqlarına görə bakılıların bəxti gətirib desək, səhv etmərik. Bura təkcə Bakı sakinlərinin deyil, turistlərin də ən çox getdiyi məkanlardan biridir. İçərişəhər son illərdə yeni restoranlar, istirahət məkanları açıldığına görə xüsusilə cəlbedici olub.

Bakucity.az bu qədim məkdanda istirahətinizi daha da gözəlləşdirəcək restoranların qısa siyahısını hazırlayıb. Bu məkanlar öz konseptləri və yanaşma tərzləri ilə bir-birlərindən fərqlənirlər.

“Han” restoranı

“Han restoranı” 300 nəfərlik zalı, 9 “VIP” otağı olan İçərişəhərin ən böyük ailəvi restoranıdır. Burada siz Türk, Azərbaycan və Avropa təamlarından dada bilərsiniz. Tək 1 nəfərlik nahar və ya şam (sifarişdən asılı olaraq) 20-60 manat arasında dəyişir. Restoranın xüsusi yeməklərinə öz buğunda bişən “qabırğa dolması” və buğda bişən ciyər daxildir. Qulaq zövqünün qayğısına qalanlar, burada həftənin 4 günü muğam, 1 gün türk, 2 günü isə ingilis, türk, ərəb, rus və azərbaycan dillərində canlı musiqidən həzz ala bilərlər. Bura həmçinin qəlyan çəkənlərin də sevimli məkanıdır.

Bakucity.az-a açıqlama verən restoranın direktoru Salman Əsmər bildirib ki, Yeni İl gecəsi tanınmış ifaçıların iştirakı ilə “Han”da möhtəşəm yeni il şousu təşkil olunacaq. Restoran Asəf Zeynallı 22 ünvanında yerləşir.
“Qazmaq” restoranı

İçərişəhərdə tarixi memarlıq üslubunda dizayn edilən “Qazmaq” ailəvi restoranı Kiçik Qala 124 ünvanında yerləşir.

Müştərilərə milli mətbəx təamlarını təklif edən restoranın tutumu 70 nəfərlikdir. Burada arzu olunan sənətçilərin iştirakıyla banket, Yeni İl şənlikləri keçirilir. Restoranın admnistratoru Cavid Cavadov deyir ki, qarşıdan gələn Yeni İldə “Qazmaq”da müştəriləri sadəcə konsert və bayram şənliyi yox, sürprizlər də gözləyir.
Bunu da oxu: 2018-ci ildə Bakıda açılışı olan mühüm obyektlər - Top-10
“Manqal” restoranı

İçərişəhərdə istirahət üçün ən münasib məkanlardan biri də “Manqal” restoranıdır. Restoranda hər gün canlı musiqi səslənir. Mətbəxə isə milli təamlar daxildir. Burada 2 nəfərlik nahar və yaxud şam yeməyinin qiyməti maksimum 30-40 manat (salat, meyvə şirəsi və ya ayran daxil olmaqla) arasında dəyişir. Məkanda spirtli içkilər verilmir. Kiçik Qala 126 ünvanında fəaliyyət göstərən restoran hal-hazırda təmirə bağlanıb və Yeni İlin ilk günü Bakı sakinlərinin xidmətində olacaq.

“İçərişəhər” restoranı

“İçərişəhər” ailəvi restoranı yeni açılmasına baxmayaraq, özünü yetərincə tanıtdıra bilib. Məkanın admnistratoru Ağa Mehdizadənin dediyinə görə, müştərilər arasında məkana kollektiv şəklində gələn qadınlar çoxluq təşkil edir: “Restoranın xüsusi təamlarına xəngəl və sac setimiz daxildir. Restoranın zalı 45 nəfər üçün nəzərdə tutulub, bundan başqa 3 “VIP” kabinetimiz var. Qarşıdan gələn Yeni ildən etibarən hər həftə yerli ulduzların iştirakıyla şou proqramlarımız olacaq. Burada 2 nəfərlik nahar və ya şam yeməyi maksimum 30-35 manata başa gəlir”.

Restoran Şeyx Şamil 34A, Yeni bəy hamamının yaxınlığında yerləşir.

“Bürc qala” restoranı

“Bürc Qala” restoranı 4 zaldan ibarətdir. Ümumi tutumu isə 60 nəfərlikdir. Burada həftəiçi 2 nəfərlik səhər yeməyi sifariş edənə, çay ikram edilir. 2 nəfərlik set isə 19 AZN-ə başa gəlir. Restoranda siqaret və qəlyan üçün terras ayrıdır.

“Bürc Qala”nın xüsusi yeməklərinə sacda bişirilmiş pomidor-yumurta və sacda bişirilmiş can əti-nar qovurması daxildir. Banket üçün masa qiymətləri 50-70, premium menyu isə 150 manat təşkil edir. “Bürc Qala”nın əməkdaşı Elvin Qasımov qeyd edib ki, Yeni İl şou proqramı restoranın 2-ci terras zalında keçiriləcək. Bayram menyusu 1 nəfər üçün 50 AZN təşkil edəcək.

"Terrace Garden" restoranı

Müştərilərə milli və Avropa mətbəxinin təamlarını təklif edən məkanın özəlliyi yay və qış mövsümlərində açılıb-bağlanan terrası və “Qız qalası” ilə Xəzər dənizinə baxan 58-60 nəfərlik zallarıdır. Məkanda tez-tez endirim kampaniyaları həyata keçirilir. Məkanın administratoru Murad Abdullayev bildirib ki, restoranda yay-yaz aylarında masa mütləq rezerv edilməlidir, əks halda yer tapmaq çətin məsələdir. Ümumiyyətlə isə, burada 1 nəfərin şam yeməyi sifarişdən asılı olaraq 25-60 manat arasında dəyişir.
“Köhnə şəhər” restoranı

“Köhnə Şəhər” ailəvi restoranı adından da məlum olduğu kimi, köhnə üslubda dizayn edilib. Bura səhər saatlarından axşam saat 10-a, uzağı isə 11-ə qədər fəaliyyət göstərir. Səbəb bu məkanın əsasən gündüz saatlarında istirahətə çıxan uşaqlı ailələr üçün nəzərdə tutulmasıdır. Məkanın günortadan sonrakı müştəriləri əsasən turistlər olur. Restoranda milli və Avropa mətbəxindən isti yeməklər, soyuq qəlyanaltılar və müxtəlif qoxulu çaylardan dəmlənmiş xüsusi çay dəsgahları verilir.

Vəli Məmmədov 24 ünvanında yerləşən restoranın hər biri 30 nəfərlik tutumlu 2 zalı, 12-8-6 nəfərlik isə 3 “VIP” kabineti var.

Bunu da oxu: 2018-ci ildə Bakıda keçirilən ən vacib mədəniyyət tədbirləri – Top 10
“Le Kebab - Old City Restaurant”

Milli və avanqard üslubların qarışıq formasında dizayn edilən restoran 2 mərtəbədən, 3 zaldan və “VIP” otaqdan ibarətdir. Burada həmçinin ürəyi istəyənlərin oturması üçün 2 nəfərlik balkon da var.

“Le Kebab” restoranında banket menyuları 35, 45, 55 AZN arasında dəyişir. 31 dekabrda məkanda musiqili “Yeni il” gecəsi proqramı baş tutacaq. Gecədə DJ, canlı ifalar, rəqs qrupları, lotereya və hədiyyəli oyunlar olacaq. 69 manatlıq "fiks" menyudan savayı, hər masaya şampan da hədiyyə ediləcək.

Sabir küçəsində yerləşən bu məkam 1848-ci ildə inşa olunub.
“Salam Baku” restoranı

Görünüşcə köhnə şəhəri xatırladan 3 mərtəbəli restoranın hər mərtəbəsində xüsusi dizayn həyata keçirilib. Restoranın 2-ci mərtəbəsində tütün məmulatlarından istifadə qadağandır. Burada hər gün muğənni Zülfi Əsədzadə canlı ifalar səsləndirir. Turistlərin və gənclərin sevimli məkanı olan “Salam Baku”da 8 kiloluq quzu kababı restoranın xüsusi təamıdır. Həmçinin restoranın özünün xüsusi parkinq yeri var. Verilən məlumata görə, restoranın Yeni İl proqramında daimi müştərilərə güzəştlər ediləcək

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az