Bakida təhsil

Bakıdakı peşə məktəbləri faydalı təhsil verə bilirmi? – ARAŞDIRMA


Peşə təhsili mərkəzlərində hansı yeniliklər edilməlidir?

Hazırkı dövrdə ölkə iqtisadiyyatının, sənayenin və kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var və ekspertlər təsdiqləyir ki, bu ehtiyacı ödəmək üçün peşə təhsili müəssisələrində sahə kadrları hazırlanmalıdır. Bakucity.az bu dəfə məhz bu mövzunu araşdırıb. Bakıda peşə məktəbləri nə dərəcədə funksionaldır? Əvvəlki dövrlə müqayisədə peşə məktəblərinin prestiji artıb, yoxsa azalıb? Paytaxt sakinləri peşə məktəblərinə maraq göstərirlərmi? Peşə məktəblərinin prestijinin artırılması istiqamətində hansı işlər görülməlidir? Bu sualları təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb. Materialı oxuculara təqdim edirik.

Ekspert: “Sənaye məktəblərinin yanında peşə kursları da olmalıdır”

Saytımıza açıqlama verən ekspert Kamran Əsədov peşə məktəblərinin inkişafı məsələsinə toxunaraq qeyd edib ki, bu sahədə inkişaf insan kapitalının inkişafı üçün də əhəmiyyətlidir və dövrün tələbatına uyğun peşələr cəmiyyət üçün maraqlıdır. Ekspert hazırda açılan sənaye məktəblərinin yanında peşə kurslarının da olmasını vacib hesab edir. Peşə məktəblərində tədris edilən peşələrlə bağlı isə gənclər arasında təbliğat aparılmalıdır:

“Bu, gənclərin gələcək yoluna işıq tutar. Yəni onlar həmin sahəni öyrənəndən sonra gələcəkdə işlə təmin olunacaqlarını və kifayət qədər yaxşı məvacib alacaqlarını da bilməlidirlər. Bu da onlarda həmin sahələrə, ümumən peşəyə stimul yaradar. Bir vacib məsələni də qeyd edim ki, hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil. Peşə-ixtisas təhsilinin məzmunu təhsilalanın, cəmiyyətin, dövlətin maraq və tələblərini, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, təhsilalanların yaş, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla onların dünyagörüşünün formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, müstəqil, yaradıcı şəxsiyyət kimi əmək fəaliyyətinə hazırlanmasını, cəmiyyətin faydalı üzvünə çevrilməsini və azərbaycançılıq ideyalarına sadiqliyini təmin edir. Amma indiyə qədər mövcud olan müddət təhsil alanların peşəkar kadr kimi formalaşmasına yetərli deyil".

Bunu da oxu: Bakıda iş yerlərində ən çox tələb olunan mütəxəssislər – Top 10
Ekspert qeyd edib ki, ixtisaslı mütəxəssislər ilk peşə təhsili üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək və bunun nəticəsində xüsusilə kənd təsərrüfatı güclənəcək, əkin sahələri genişlənəcək. O cümlədən qeyri-neft sektoru hesabına ölkə iqtisadiyyatı yüksələcək:

“Bu inkişaf meyvə-tərəvəzin daha çox istehsalına gətirib çıxaracaq. Yəni artıq bizim xaricdən geni dəyişmiş məhsullar almağa ehtiyacımız qalmayacaq. İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq. Xüsusən kənd təsərrüfatı sahəsində bir sıra peşələrin – üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var.
K. Əsədov qeyd edib ki, müasir şəraitdə əmək qabiliyyətli yaş dövrünə qədəm qoyan nəslin əmək karyerasının təmin edilməsində peşə təhsili sistemi əhəmiyyətlidir. O, əlavə edib ki, müəyyən sənaye potensialına malik olan ölkələrin əksəriyyətində peşə təhsili sistemi özünəməxsus yer tutur:

“Müasir dövrün tələblərinə görə peşə-ixtisas təhsilinin məzmunu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğun olmaqla nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilir və təhsilalanlara müstəqil həyatda lazım olacaq zəruri bilik və bacarıqların aşılanmasını təmin etməlidir. Hal hazırda qüvvədə olan müddətlə peşə təhsilində təhsil alan gənc peşənin mahiyyətini və sosial əhəmiyyətini dərk etmədən onu bitirmiş olurdu. 1 il ərzində peşə təhsili alan tələbə İKT-dən istifadə etmək bacarığına demək olar ki, yiyələnmirdi, iş şəraitini təhlil etməyi, cari və yekun nəzarəti həyata keçirməyi, fəaliyyətini qiymətləndirməyi və korreksiya etməyi, işin nəticəsinə görə məsuliyyət daşımaq kimi ciddi bacarıqlara yiyələnmirdi, komandada işləməyi və cəmiyyətdə işəgötürənlərlə faydalı ünsiyyət qurmağı bacarmırdı. Çünki təhsil müddəti buna yetərli deyildi. Ona görə də peşə təhilini bitirənlər əmək bazarının tələbinə cavab verən işçi qüvvəsinə çevrilmirdi”.

“Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir”

Ekspertin fikrincə, sadalanan problemləri aradan qaldırmaq məqsədilə peşə-ixtisas təhsili haqqında dövlət sənədi – diplom və tam orta təhsil haqqında dövlət sənədi – attestat alan şəxslərə birbaşa ali məktəblərə eyni ixtisas üzrə qəbul olmaq hüququ vermək lazımdır. Onun fikrincə peşə məktəblərində təhsil müddətinin artırılması peşə təhsilinin keyfiyyətini də artıra bilər.

"Avropada peşə məktəbləri, - ekspert davam edir; iqtisadiyyatın əsas gücü sayılır. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı yolunda hər cür şərait yaradır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır. Son illərdə Təhsil Nazirliyi tərəfindən edilən dəyişiklik peşə təhsilinin müasir çağırışlara cavab vermə istiqamətində mühüm addımdır. Həyata keçirilən islahatlar nəticəsində ümid edirəm ki, bu sahə əmək bazarının tələbinə və müasir standartlara cavab verəcək vəziyyətə gəlib çıxacaqdır”.

Bunu da oxu: Bakıda ən bahalı universitetlər hansılardır? - TOP 10
Hazırda Bakı Azərbaycanda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi sahəsində ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Strateji Yol Xəritəsində qarşıdakı dövrdə peşə təhsili və təlimi sektoru üzrə normativ hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi, peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması məsələləri yer alıb. Həmçinin sənəddə peşə-ixtisas təhsili sistemində əmək bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların hazırlanması, peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatının yüksəldilməsi kimi strateji məqsədlərə nail olunması nəzərdə tutulub.
Qeyd edək ki, peşə təhsil müəssisələri Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə tabedir və hal-hazırda Bakı şəhərində 17 peşə təhsil mərkəzi rəsmi fəaliyyət göstərir. 9 peşə məktəbi, 7 peşə liseyləri, Bakı Kompüter Peşə Liseyi və Abşeron Binə Peşə Liseyi isə ləğv edilib, amma təhvil-təslim aparılmadığına görə müvəqqəti fəaliyyət göstərməktədir.

Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakıda universitetlər məzunlarına təyinatlar verirmi? – AÇIQLAMA


“Siyahıda Azərbaycan ali təhsil müəssisələrinin adı yoxdur”

Müasir dünyanın şərtləri günü-gündən kəskinləşən əmək bazarının tələblərini də aktuallaşdırır. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıb.

Bunları təhsil üzrə ekspert Kamran Əsədov Bakucity.az-a açıqlamasında deyib.

Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Ölkədə ali təhsil müəssisələri məzunlara iş yerlərinə istiqamətlər verirmi?

Kamran Əsədovun sözlərinə görə, universitetlərin məzunlarının işlə təmin olunması üzrə dünya reytinqi (QS Graduate Employability Ranking) dərc edir:

“Reytinqin tərtibi zamanı bu göstəricilər nəzərə alınır: işəgötürənlər arasında nüfuzu, onlar ilə əməkdaşlıq, məzunların uğurlu olması, işəgötürənlərin kampusda iştirakı və işlə təmin edilməsi.

Siyahıda Azərbaycan ali təhsil müəssisələrinin adı yoxdur.

Reytinqdə ən yaxşı beş universitet bunlardır: Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutu (ABŞ), Tsinhua Universiteti (Çin), Sidney Universiteti (Avstraliya) və Kembric Universiteti (Böyük Britaniya).

Dünya reytinqində 42-ci yerdə olan Avstraliyanın Sidney Universiteti məzunlarının işlə təmin olunmasına görə sıralamada 5-ci yerdədir. Bu onu göstərir ki, Avstraliya universitetləri məzunların əmək bazarında işlə təmin olunması yönündə daha yaxşı işləyirlər.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti reytinqin iki ən əhəmiyyətli - “Məzunların müvəffəqiyyəti” (top-20) və “İşə götürənlər arasında nüfuzu” (59 yer) göstəricilərinə görə dünyanın ən yaxşı ali məktəblərinin top-100-lüyünə düşə bilib. İkinci göstərici üzrə MDU ötən illə müqayisədə 5 pillə irəliləyib.

MDU-nun məzunları dünyanın ən uğurluları arasındadır. Məzunların işlə təmin olunma reytinqində MDU-nun mövqeyi, işəgötürənlər arasında nüfuzu ildən ilə güclənir. Bu, onu deməyə əsas verir ki, universitet düzgün yoldadır.

K. Əsədov təəssüf hissi ilə qeyd edib ki, bu gün ölkəmizdə xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər universitetlər təyinat vermir. Bir çox hallarda onlar heç məzunlarının sonrakı taleyi ilə də maraqlanmırlar:

“Ali təhsil ocaqlarımızda humanitar ixtisaslar üzrə həyata keçirilən kadr hazırlığı dövrün tələblərinə və əmək bazarının standartlarına cavab vermir”, - deyə ekspert bildirib.

Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakıda tələbələrin ən böyük problemi – Qiymətlər bahalaşıb
Tələbənin kirayə yaşaması ayrı, ucuz kirayə mənzil tapmaması isə bir ayrı problemdir.

Tədris ili yaxınlaşdıqca paytaxtın kirayə mənzil bazarına axın da çoxalır. Bu aylarda ən çox kirayə mənzil axtaranlar tələbələr olduğundan əsasən ali təhsil müəssisələrinə yaxın ərazilərdə qiymət fərqi nəzərə çarpır. Bu, tələbələrin yeganə problemi deyil. Kirayə mənzillərdə yaşayan tələbələrin təhsili, sağlamlığı, hətta həyatı da təhlükə altındadır.

Bakucity.az bu materialında tələbələrin kirayə mənzil problemini gündəmə gətirib.

Qiymətlərdə artım müşahidə olunur

Mövzu ilə bağlı ilk olaraq paytaxtın kirayə mənzil bazarındaki qiymətlərlə maraqlandıq.

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimovun bildirdi ki, iyul ayı ərzində kirayə mənzil bazarında 2%-dən çox qiymət artımı müşahidə edilib:

Bunu da oxu: Bu il Bakıya oxumağa gələn tələbələr harada qalacaq? - ARAŞDIRMA

“Bu aylarda bazara axın edənlər arasında tələbələr çoxluq təşkil edir ki, onlar da əsasən universitetlərə, nəqliyyat infrostrukturlarına yaxın (metrostansiya və s.) ərazilərdə mənzil kirayələməyə üstünlük verirlər. Bu isə həmin yerlərdə qiymətlərin daha çox artımına səbəb olur. Həmin ərazilərdə birotaqlı mənzillərin qiyməti 300-350 manat təşkil edir, nadir hallarda - 200-250 manat. İkiotaqlı mənzilləri qiyməti 400-450 manat, üçotaqlı mənzillərin isə 500-600 manat arasında dəyişir. Kənar ərazilərdə qiymətlər nisbətən aşağıdır. Əvvəllər 120-150 manata 1 otaqlı mənzil kirayələmək mümkün olurdusa, indi bu qiymətə kirayə mənzil yoxdur”, - deyə Nüsrət İbrahimov qeyd edib.

Ekspert hesab edir ki, oktyabr ayından başlayaraq paytaxtın kirayə mənzil bazarında qiymətlər stabilləşəcəkdir.

Tələbənin kirayədə yaşaması onun həyatı üçün də təhlükəlidir

Qiymətlərinin baha olması 1-2 otaqlı mənzillərdə 5-6 tələbənin yaşamasına gətirib çıxarır ki, bu da tələbələrə dərslərə hazırlaşmağa mane olur.

Bunları isə təhsil eksperti Kamran Əsədov deyib.

Onun fikrincə, paytaxtda tələbə yataqxanalarının olmaması tələbələrə ciddi ziyan vurur:

Bunu da oxu: Bakı universitetlərində ən bahalı ixtisaslar açıqlandı - QİYMƏTLƏR

“Tələbələrin kirayə evlərdə yaşaması həm təhsil, həm maddi, həm də təhlükəsizlik baxımından uyğun deyil. Kirayə mənzillər bir çox hallarda sakinlərin sıx yaşadığı və təhsil mühitinin olmadığı yerlərdə yerləşir. Bu zaman yerli sakinlərlə tələbələr arasında xoşagəlməz hadisələr, hətta fiziki zorakılıq halları da baş verir. Biz mütəmadi olaraq kirayə evlərdə yaşayan tələbələrin döyülməsi, bıçaqlanması kimi xəbərlər eşidirik. Ev sahibləri bir çox hallarda tələbələrə kitab və digər dərs ləvazimatlarını saxlamasına imkan vermir. Tələbələr də bir yerdə uzunmüddətli yaşamadıqları üçün lazımi şəraitdən məhrum olurlar”.

Ekspert hesab edir ki, kirayə mənzillərdə tələbələr gigiyenik qaydalara da riayət etmirlər, və bu səbəbdən onların arasında yoluxucu və mövsümü xəstəliklər də çox yayılır. Problemdən çıxış yolu isə hər bir ali təhsil müəssisəsində tələbələr üçün yaxşı şəraiti olan yataqxanaların olmasıdır.

Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakıda bir şagirdi məktəbə yola salmaq neçəyə başa gələcək? - QİYMƏTLƏR

Cəmiyyət
1
Paytaxtda mövcud olan qiymətlər heç də ürəkaçan deyil

Yeni tədris ilinin başlanmasına qalan vaxt azaldıqca övladı məktəbli olan valideynlərin qayğıları da artır. Onları düşündürən əsas məsələ - bu il məktəbli formalarının və zəruri dəftərxana ləvazimatlarının qiyməti neçəyə olacaq?

Bakucity.az bu materialda paytaxt sakinlərini düşündürən bu suala aydınlıq gətirib.

“Məktəbli üçün minimal dəst təxminən 70 manatdır”

Bir məktəblinin zəruri ehtiyaclarını qarşılamaq üçün təqribən nə qədər vəsait lazımdır?

Təhsil eksperti Kamran Əsədova sözlərinə görə, 3 ildir ölkədə məktəblilər üçün təşkil olunan yarmarka və digər yerlərdə satılan məktəb ləvazimatları arasında aparılan araşdırma onu göstərir ki, keçmiş sovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır:

“Ölkəmizdə bir məktəbli üçün minimal dəftərxana ləvazimatları dəsti təxminən 70 manata başa gəlir. Amma oxşar dəsti Moldovada 35 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyadaisə 19 manata almaq olar.

Kamran Əliyev: “MDB ölkələrinin əksəriyyətində vahid məktəbli geyimi tətbiq edilir”

Ekspert əlavə edib ki, Azərbaycanda məktəbli geyiminə 2012-ci ildən keçilib və ölkədə bu geyimi almaq üçün 80 manata dədər ödəniş olunmalıdır. Dərsliklər isə bu il də pulsuz paylanacaq. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən bütün şagirdlər pulsuz olaraq dərsliklə təmin olunurlar.

Ümumi xərcə gəlincə, ekspert deyib ki, Azərbaycan valideyni orta məktəbə övladını yola salmaq üçün, azı 80 manata məktəbli forması, 40 manata çanta, 40 manata ayaqqabı almalıdır. Bunlardan əlavə dəftər, qələm və digər vacib olan ləvazimatlar almalıdır ki, bu da hər bir valideynin tədris ilinin əvvəlində minimum 200 manat xərc çəkməsi ilə nəticələnəcək. Bu xərclərin azaldılması üçün vahid yarmarkalar yaradılmalı və qiymətlərə ciddi şəkildə nəzarət olunmalıdır.

“Bakı Tikiş Evi”ndə qiymətlər necədir?

Paytaxt sakinlərinin məktəbli forması almaq üçün üz tutduqları əsas məkan - “Bakı Tikiş Evi”ndə (BTE) məktəbli formalarının bu ilki qiyməti ilə maraqlandıq.

Tikiş evinin satış şöbəsindən saytımıza verilən məlumata görə, burada məktəbli geyimləri dəst halda və tək-tək satılır. Qiymətlərə gəlincə, ötən son 2 illə müqaisədə bu il məktəbli formalarının qiymətində heç bir artım yoxdur. Belə ki, tikiş evində 1/6-cı sinif şagirdləri üçün formalar 40 AZN, 7/11-ci siniflər üçün isə 46 manatdır. Bundan başqa, tikiş evinin bütün satış mərkəzlərində alınan məhsullara bir il zəmanət verilir. Alıcılar isə əsas üstünlüyü məhsulların dəst yox, tək-tək alınmasına verir.
Mütəxəssislər alıcılara saxta geyimlər və məhsulları almamağı təklif edir. Qiymətləri 3-5 manat ucuz olan məhsullar keyfiyyətsizliyinə görə seçilir ki, bu da şagirdlərin sağlamlığına zərər vura bilər.

Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakı universitetlərində ən bahalı ixtisaslar açıqlandı - QİYMƏTLƏR
Xarici universitetlərlə müqayisədə tələbədən oxşar ödəniş alınır

Bakucity.az xəbər verir ki, paytaxtdakı bəzi universitetlərdə təhsil haqları kifayət qədər yüksəkdir. Yerli universitetlərdə ən bahalı ixtisaslar hüquqşünaslıq, beynalxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s., tibb sahəsi üzrə müalicə işi və əczaçılıq ixtisaslarıdır.

Müqaisə üçün “A-Level Education” şirkətinin rəhbəri Ayan Əliyevaya müraciət etdik. Ayan xanım öz növbəsində Belarus Dövlət Universitetlərində olan qiymətlərdən danışdı. Onun sözlərinə görə, Belarus Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı 3735 USD (6 350 manat), beynalxalq münasibətlər ixtisası üzrə isə 4250 USD (7225 manat) təşkil edir. Belarus Dövlət Tibb Universitetində isə müalicə işi ixtisası üzrə illik təhsil haqqi 4100 USD (7 000 manat) təşkil edir.

Təbii ki, məbləğ baxımından elə də böyük fərq yoxdur, amma xarici təhsilin üstünlüklərini, ölkədə mövcud təhsil problemlərini, xüsusilə də qəbul imtahanlarının nə dərəcədə qəliz olmasını və s. məqamları nəzərə alsaq, öz ölkəsində bu ixtisaslara görə pul xərcləməkdən imtina edən və ölkədən kənarda ali təhsil almaq istəyən gəncləri başa düşmək heç də çətin deyil.

Bakının ən bahalı universitetlərinin siyahısını təqdim edirik:

ADA Universiteti

ADA Universiteti Azərbaycanda təhsil haqqının yüksəkliyinə görə birincidir. Burada yerli tələbələr üçün kompüter elmləri və informasiya texnologiyaları ixtisasları, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil haqqı 6000 AZN, hüquq, biznesin idarə edilməsi, iqtisadiyyat fakültələri üzrə təhsil haqqı isə 6500 AZN təşkil edir. Universitet bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ da verir, amma bu tələbələr universitetə “tələbə xərci” kimi illik 750 manat ödəniş etməlidirlər. Xarici ölkə vətəndaşları üçün isə bütün fakültələr üzrə qiymətlər standart - 8500 manat təşkil edir.

Xəzər Universiteti

Azərbaycanın ilk özəl universitetlərdən biri sayılan Xəzər Universiteti 1991-ci ildə yaradılıb. Universitetdə 2019/2020-ci il üçün nəzərdə tutulan ödəniş haqları fakültələrə görə dəyişir. Burada kompüter elmləri, kompüter mühəndisliyi, mühasibat uçotu və audit, maliyyə, turizm və hotelçilik ixtisasları 5000 AZN, mühəndislik, regionşünaslıq, beynəlxalq münasibətlər, biznesin idarə edilməsi ixtisasları 4500 AZN, pedaqoji, tərcümə, dizayn ixtisaslarının ödənişi isə 4000 AZN-dir.

Bakı Dövlət Universiteti (BDU)

Azərbaycanın ən qədim universiteti olan BDU 1919-cu ildə təsis edilib. Bakı Dövlət Universitetində ən bahalı ixtisas hüquqşunaslıqdır – burada təhsil 4500 manata başa gəlir. BDU-da ödənişli əsaslarla təhsil alanlar beynəlxalq münasibətlər ixtisası üçün 2900 AZN, iqtisadiyyat, menecment, davamlı inkişafın idarə edilməsi ixtisasları üçün 2500 AZN, dövlət və ictimai münasibətlər ixtisası üçün isə illik 2800 AZN ödəməlidirlər.

Azərbaycan Tibb Universiteti (ATU)

Azərbaycan Tibb Universiteti ölkədə fəaliyyət göstərən yeganə ali tibbi təhsil ocağıdır. 1991-ci ildə universitet adını alan ATU təkcə ödəniş qiymətlərinə görə yox, həm də qəbul ballarının yüksək olmasına görə fərqlənir. Burada müalicə işi, əczaçılıq ixtisasları üzrə təhsil almaq istəyənlər dövlət imtahanında ən azı 650 bal toplamalıdırlar. Ödənişlərə gəlincə isə, təhsil ocağında müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq, stomatologiya, tibbi profilaktika ixtisasları üzrə təhsil isə illik 4000 manat təşkil edir.

Bakı Ali Neft Məktəbi (BANM)

Bakıda son illə məşhurlaşan özəl universitetlərdən biri də şübhəsiz ki, Bakı Ali Neft Məktəbidir. Yüksək səviyyəli təhsili ilə seçilən universitetdə tələbələrin sosial fəaliyyəti və yataqxana şəraitinə də xüsusi diqqət göstərilir. BANM-da təhsil almaq istəyənlər informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə illik 4500 manat ödəməlidirlər. Bu ixtisasların tədrisi ingilis dilində keçirilir.

Azərbaycan Universiteti

Azərbaycan Universiteti ölkədə yaradılan ilk özəl ali təhsil ocağıdır. Universitetin tərcümə ixtisasından məzun olmaq istəyənlər illik 3000 AZN, filologiya, tarix, sosial iş, regionşünaslıq, turizm və hotelçilik, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, menecment, marketinq, biznesin idarə edilməsi, kompüter mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, eləcə də kommersiya ixtisaslarını seçənlər 2000-2500 AZN ödəməlidirlər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası da nüfuzlu dövlət universitetlərindən biri sayılır. Təhsil ocağında hüquqşünaslıq (3000 AZN), informasiya təhlükəsizliyi və iqtisadiyyat (2000 AZN) ixtisasları ödənişlidir. Akademiyanın ixtisaslarını ərizələrində imtahan verəcəyi xarici dil kimi yalnız ingilis dilini qeyd etmiş abituriyentlər seçə bilər.

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığı həyata keçirir. Bu ali məktəbdə turizm və hotelçilik ixtisası üzrə illik təhsil haqqı 3000 AZN, tərcümə ixtisası 2600, maliyyə, biznesin idarə edilməsi isə 2400 AZN təşkil edir.

Bakı Mühəndislik Universiteti

Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını həyata keçirən bu universitetdə maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil 2900 AZN, iqtisadiyyat, biznesin idarə edilməsi ixtisasları üzrə 2800 AZN, memarlıq ixtisası üzrə təhsil isə 2700 manata başa gəlir.

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi üçün yüksək səviyyəli mütəxəssislər hazırlayır. Dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə fəaliyyət göstərən bu akademiyada iqtisadiyyat, kompüter elmləri, davamlı biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq münasibətlər, menecment, politologiya, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ödənişli təhsil 2500 AZN-dir.

Qeyd olunan qiymətlər Dövlət İmtahan Mərkəzi tərəfindən dərc edilən “Abituriyent №4 2019” jurnalına əsasən tərtib edilib.

Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakı teatrlarının tətil günlərində məktəblilər üçün tamaşaları - REPERTUAR
Paytaxt teatrlarında bir sıra tamaşalar nümayiş etdiriləcək.

Uşaq teatrlarının fəaliyyəti və uşaq tamaşalarının çox olması uşaqların intellektual inkişafına təsir edən əsas amillərdən biridir.

Bakucity.az məktəblilərə verilən 5 günlük istirahət müddətində Bakı teatrlarında səhnələşdirilən uşaq tamaşalarının günlük proqramını öyrənib.

Gənc Tamaşaçılar Teatrı

Uşaqların tətil günlərini səmərəli keçirmələri üçün teatr may ayının 5-nə kimi balaca teatrsevərlərin görşünə 3 tamaşa ilə gələcək.

Belə ki, Gənc Tamaşaçılar Teatrının səhnəsində may ayının 2-si saat 12:00-da Pierre Cullifortun “Şirinlər”, 3-ü saat 12:00-da Yevgeni Şvartsin “Qırmızı papağın nağılı”, 4 may saat 12:00–da Azərbaycan xalq nağılı “Tənbəl Əhməd” tamaşaları nümayiş olunacaq.

Tətilin son günü, 5 may saat 12:00-da isə Yuri Entin və Vasili Livanovun “Bremen musiqiçiləri” (Rus dilində) tamaşası teatrın repertuarına daxil edilib.

Rus Dram Teatrı

Teatrın yaradıcı kollektivi şənbə günü (4 may) balaca teatrsevərlərə “Üç donuz, Qırmızı papaq və boz Canavarlar” tamaşalarını ardıcıl olaraq təqdim edəcək. Nümayiş 12:00-dan 13:30-a kimi davam edəcək. Tətilin son gününə təsadüf edən bazar günü saat 12:00-da isə “Durnabalığının buyruğu ilə” tamaşası təqdim olunacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı

Bu teatr Antuan de Sent Ekzüperinin “Balaca Şahzadə” mayın 3-ü saat 19:00 –da, 4-ü isə saat 12:00 və 15:00-da təqdim edəcək. Teatr tətilin son günü saat 12:00-da H.K.Andersenin “Düyməcik” tamaşasını (Rus dilində) göstərəcək.

Akademik Milli Dram Teatrı

Dram Teatrı balacalar üçün repertuarına Canni Rodorinonun nağıl-tamaşası olan "Çipollino"nu əlavə edib. Teatrın yaradıcı heyəti 55 dəqiqəlik tamaşanı may ayının 5-i saat 12:00-da təqdim edəcək.

Kukla Teatrı

Kukla teatrında bu gün (2 may) saat 12:00-da “Maşa və Ayı”nı, 3-ü saat 12:00-da “Turpun nağılı”, şənbə gün saat 14:00-da “Qırmızı papaq”, bazar günü isə saat 16:00-da “Tık-tık xanım” səhnələşdiriləcək.

Bunu da oxu: Bakı Xoreoqrafiya Akademiyası konsert proqramı təqdim edib - FOTO
Teatrların proqram cədvəlini təqdim edirik:
Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakıda ən bahalı universitetlər hansılardır? - TOP 10
Bakucity.az Bakının ən bahalı universitetlərindəki qiymətləri təqdim edir

Bakıda müəyyən özəl universitetlərdə təhsil haqları daha yüksəkdir. Daha prestijli və keyfiyyətli təhsili ilə seçilən bu universitetlər tələbələrə bir çox üstünlüklər vəd edir. Əsas üstünlük isə xarici dildə təhsil və müasir standartlara uyğun tərtib olunmuş proqramlardır.

Azərbaycan Diplomatik Akademiyası (ADA)

Azərbaycanda özəl universitetlər arasında yüksək standartları və prestiji ilə seçilən universitet şübhəsiz ki, Azərbaycan Diplomatik Akademiyasıdır. Universitetin abreviaturasının (ADA) Bakı sakinlər arasındakı populyarlığı da onun nüfuzunu göstərir. Universitet təkcə yaxşı təhsil vermir. Həmçinin onun nəzdində fəaliyyət göstərən "Karyera İdaretmə Mərkəzi" yerli iş bazarında aparıcı şirkətlərlə əməkdaşlıq edərək, tələbələri vakansiyalar haqda məlumatlandırmaqla, mütəmadi karyera sərgiləri təşkil edir. Qiymətlərə gəlincə, burada kompüter elmləri və informasiya texnologiyaları ixtisasları üzrə təhsil 6400 AZN, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil 6000 AZN, hüquq, biznesin idarə edilməsi, iqtisadiyyat fakültələri üzrə təhsil isə 6500 AZN dəyərindədir. Universitet bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ da verir. Amma bu qəbildən olan tələbələr universitetə “tələbə xərci” kimi illik 700 manat ödəniş etməlidirlər.

Bunu da oxu: Bakının özəl məktəblərində təhsil neçəyə başa gəlir? – QİYMƏTLƏR
Xəzər Universiteti

Azərbaycanda köklü ənənələri olan və ilk özəl universitetlərdən biri kimi tanınan Xəzər Universiteti 1991-ci ildə yaradılıb. Təhsil ocağının əsası qoyularkən əsas məqsədlərdən biri ölkəni müxtəlif sahələr üzrə yüksək ixtisaslı və ingilisdilli kadrlarla təmin etmək idi. Xəzər Universitetində 2018/2019-cu il üçün nəzərdə tutulan ödəniş haqları fakültələrə görə dəyişir. Burada kompüter mühəndisliyi, muhasibat uçotu və audit, maliyyə, politologiya, turizm və otelçilik ixtisasları 5000 AZN, mühəndislik, regionşünaslıq, beynəlxalq münasibətlər, biznesin idarə edilməsi ixtisaları 4500 AZN, müəllimlik, tərcümə, dizayn ixtisaslarının ödənişi isə 4000 AZN-dir.
Bakı Dövlət Universiteti (BDU)

Azərbaycanın ən qədim və ən populyar dövlət universiteti olan BDU 1919-cu ildə təsis edilib. Azərbaycan elminə böyük nailiyyətlər qazandıran Bakı Dövlət Universitetində ən bahalı ixtisas hüquqşunaslıqdır– burada təhsil 4500 manata başa gəlir. Təhsil ocağında ödənişli əsaslarla təhsil alanlar beynəlxalq münasibətlər ixtisası üçün 2900 AZN, dünya iqtisadiyyatı, iqtisadiyyat ixtisası üçün 2500 AZN, dövlət və ictimai münasibətlər ixtisası üçün isə illik 2800 AZN ödəməlidirlər.

Azərbaycan Tibb Universiteti (ATU)

Azərbaycan Tibb Universiteti ölkədə fəaliyyət göstərən yeganə ali tibbi təhsil ocağıdır. 1991-ci ildə universitet adını alan ATU təkcə ödəniş qiymətlərinə görə yox, həm də qəbul ballarının yüksəkliyinə görə fərqlənir. Burada həkimlik, əczaçılıq ixtisasları üzrə təhsil almaq istəyənlər dövlət imtahanında ən azı 650 bal toplamalıdırlar. Ödənişlərə gəlincə isə, təhsil ocağında müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq, stomotologiya, tibbi profilaktika ixtisasları üzrə təhsilə isə illik 4000 manat ödəniş etmək lazımdır.
Bakı Ali Neft Məktəbi (BANM)

Bakıda son illə məşhurlaşan özəl universitetlərdən biri heç şübhəsiz Bakı Ali Neft Məktəbidir. Yüksək səviyyəli təhsili ilə seçilən universitetdə tələbələrin sosial fəaliyyətinə, yataqxana şəraitinə də xüsusi diqqət göstərilir. BANM-da təhsil almaq istəyənlər informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə illik 4500 manat ödəməlidirlər. Bu ixtisasların tədrisi ingilis dilində tətbiq olunur.

Bunu da oxu: Bakıda iş yerlərində ən çox tələb olunan mütəxəssislər – Top 10
Azərbaycan Universiteti

Azərbaycan Universiteti ölkəmizdə yaradılan ilk özəl ali təhsil ocağıdır. Universitetin tərcümə ixtisasından məzun olmaq istəyənlər illik 3000 AZN, filologiya, tarix, sosial iş, kompüter mühəndisliyi ixtisaslarını seçənlər 2500 AZN, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi ixtisaslarına üstünlük verənlər isə illik 2000 AZN ödəməlidirlər.

Dövlət Gömrük Komitəsinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası da presitijli dövlət universitetlərindən biri sayılır və universitetə imtahan verənlər arasında yetərincə populyarlığı ilə seçilir. Təhsil ocağında hüquqşünaslıq və iqtisadiyyat ixtisasları ödənişlidir. Bu dövlət universitetində təhsil almaq istəyənlər ildə 3000 manat ödəməklə, arzularını gerçəkləşdirə bilərlər.
Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizdə ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığı həyata keçirir. Bu ali məktəbdə maliyyə, menecment, marketinq, turizm və otelçilik ixtisasları üzrə illik təhsil haqqı 3000 AZN, biznesin idarə edilməsi 2800 AZN, qida məhsulları mühəndisliyi, nəqliyyat servisi isə 2500 AZN təşkil edir.

Bakı Mühəndislik Universiteti

Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını həyata keçirən bu universitetdə maliyyə, sənayenin təşkili və idarə olunması, biznesin idarə edilməsi ixtisaslarında təhsil almaq 2900 manata başa gəlir.

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi üçün yüksək səviyyəli mütəxəssislər hazırlayır. Dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə fəaliyyət göstərən bu akademiyada dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq münasibətlər, menecment, kompüter elmləri, politologiya, hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə ödənişli təhsil 2500 AZN-dir.

Qeyd edək ki, təqdim etdiyimiz qiymət cədvəli Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu il üçün dərc edilən “Abituriyent №4” jurnalına əsasən tərtib edilib.
Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakının uşaq bağçalarında xidmət və qiymətlər - ARAŞDIRMA
Mütəxəssislər valideynlərə xəbərdarlıq edir

Məktəbəqədər təhsilin bir parçası olan uşaq bağçası körpələrin mənəvi dünyalarının, ünsiyyət bacarıqlarının formalaşmasında böyük rol oynayır. Uşaq bağçası həm də işləyən valideynlər üçün uyğun həll yoludur. Amma hər uşaq bağçası da ideal deyil. Buna görə də seçim etmək çətindir. Bakıda dövlət bağçalarının az olması və keyfiyyət çatışmazlığı valideynləri özəl bağçalar arasında seçim etməyə vadar edir. Bəs özəl bağçalardakı qiymətlər büdcəyə uyğundurmu?

Bakucity.az saytı materialı hazırlayarkən, özəl bağçalara fokuslanıb. Oxucularımıza paytaxtımızın bəzi özəl bağçalarındakı qiymətləri təqdim edirik:
Siyahıda yer alan bağçalardakı xidmətlərə gündə 4-5 dəfə qidalanma (3 dəfə isti yemək, şirniyyatla çay süfrəsi və meyvə), “onlayn” video müşahidə, servis xidmətləri, psixoloq, xarici dildə tədris, fərdi inkişaf proqramları və s. daxildir.

“Məktəbəqədər yaş dövrü insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür”

“Uşaq öz potensialını görməyi, öz gücünə inanmağı, fəaliyyətində uğur qazanmağı öyrənməlidir. Uşaq bağçası uşaqları sosiallaşdırmaqla bərabər, onların məktəbəqədər müəssisədən məktəbə keçidini əhəmiyyətli dərəcədə yüngülləşdirir, məktəb təliminə maraq yaradır və inkişaf etdirir”, - təhsil eksperti Kamran Əsədov Bakucity.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, respublikamızda məktəbəqədər təhsil sahəsindəki müəyyən problemləri Finlandiya, İsveç kimi ölkələrin təcrübəsini öyrənməklə, milli xüsusiyyətlərimizi əsas götürməklə dəyişmək olar.

Bunu da oxu: Bakının fitnes klublarında xidmət və qiymətlər - ARAŞDIRMA
“Məktəbəqədər yaş dövrü təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür ki, bu dövrdə insanda bütün mənəvi dəyərlərin təməli qoyulur”, - deyə ekspert fikrini tamamlayıb.

“Övladını uşaq bağçasına göndərməzdən əvvəl hər bir valideyn bu nüansa diqqət yetirməlidir”

“Normal doğulan və normal psixologiyası olan uşaqların 2-5 yaş aralığında bağçaya getmələri məqsədyönlüdür. Bağça – uşaq həyatında ilk sosiallaşma mərkəzi olaraq qəbul edilir”, - bu fikirləri isə saytımıza açıqlamasında psixoloq Ramidə Oqtayqızıdeyib.

Psixoloq bildirir ki, uşaq bağçası uşağın sosiallaşmasında, məktəbə ilkin hazırlıq və eyni zamanda şəxsi keyfiyyətlərin formalaşmasında əvəzssiz rol oynayır:

“Uşaq bağçası uşaqlar arasında oyunlar oynamaqla, ünsiyyətdə olmaqla mübarizə, müqayisə, analiz, sintez kimi qabiliyyətlərin, bir sözlə, təfəkkürün inkişafı üçün münbit yerdir. Xüsusilə qeyd etmək lazımdır ki, uşaqların bağçaya getməklə şəxsi keyfiyyətlərindəki dözümlülük, səriştəlilik, diqqətlilik, mübarizlik, özünətənqidi yanaşma kimi xüsusiyyələri inkişaf etdirmələri, onlarla bağçaya getməyənlər arasındakı fərqi artırır, - deyə psixoloq qeyd edib.

Bunu da oxu: Bakıda repetitor xidmətləri neçəyədir? - QİYMƏTLƏR
Ramidə xanım açıqlamasında bir vacib məsələ ilə bağlı valideynlərə xəbərdalıq edib. Onun fikrincə, övladını uşaq bağçasına göndərməzdən əvvəl hər bir valideyn bu nüansa diqqət yetirməlidir.
“Bəzən valideynlər səhv məlumatlanmaqla uşaqlarda nəzərə çarpan qüsurları görməzdən gələrək, onlardakı nitq pozuntusu, psixi ləngimə, psixomotoz zəiflik və s. kimi problemlərin də bağçada həll olunacağını düşünürlər. Belə olduğu halda uşaqlarda adaptasiya çətinliyi yaranır, özünüqiymətləndirmə aşağa düşür və dərketmə inkişaf etmir. Buna görə d valideynlər bu məsələlərə mütləq diqqət etməlidirlər”.

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakıda özəl uşaq bağçalarında qiymətlər - Psixoloqdan vacib məsləhətlər
Hər bir uşaq tez və asanlıqla bağçaya uyğunlaşa bilmir. Valideynlər və körpələr yeni bir mərhələyə mütləq hazırlaşmalıdırlar.

Bakucity.az bugünkü məqalədə uşağın yeni şəraitə öyrəşməsinə necə kömək etməyi, uyğunlaşma dövrünün nə qədər davam etdiyini, Bakıda yerləşən uşaq bağçalarında hansı dərslərin keçirildiyini və bunun neçəyə başa gəldiyini öyrənib.

Ekspert rəyi

Uşaq psixoloqu Xəyalə Allahverdiyeva saytımıza açıqlamasında qeyd edib ki, uşağı bağçaya yazdırmazdan əvvəl hazırlıq mərhələsindən keçirmək lazımdır və bu məqama diqqətlə yanaşılmalıdır:

“Valideynlər bununla bağlı tez-tez müraciət edirlər. Ümumiyyətlə, uyğunlaşma dövrünə təsir edən bir neçə amil var. Əvvəla, valideynlərin özləri də uşağı tək buraxmağa hazır olmalıdırlar. Adətən, körpə kifayət qədər erkən yaşlarında uşaq bağçasına qoyulduqda onun yeni həyat şəraitinə alışması daha asan olur. Üç yaşdan sonra isə uyğunlaşma dövrü çətinləşir”.

Psixoloqun fikrincə, özünüdərketmə hissi olmayan və ana ilə əlaqəsi zəif olan körpələr yeni həyat tərzini daha asan qəbul edirlər:

“Bir yaş yarımlıq uşaqlarda yalnız qorxu və sevgi hissi formalaşır. Uşaqlar ən çox valideynlərinin geri dönməyəcəyindən qorxurlar. Bəzi valideynlər səhvən körpənin yeni yerə və yad adamlara iki-üç günə öyrəşəcəyinə inanırlar. Əslində isə hər şey bir qədər çətindir. Uşaq iki həftədən iki ay müddətinə qədər vaxtda uşaq bağçasına hazırlaşdırılmalıdır. Belə anlarda hər bir valideyn övladı üçün psixoloq olmalı və hisslərini daima onunla müzakirə etməlidir”.

Körpənin uşaq bağçasında ola biləcək ən müsbət stimullara diqqət yetirməsinə kömək etmək vacibdir. Uşağa bağçada çoxlu uşaqların olduğunu və bunun yeni dostlar qazanmaq, maraqlı oyunlar oynamaq imkanı demək olduğunu tez-tez xatırlatmaq lazımdır.

Bundan əlavə, X.Allahverdiyeva uşağı yeni gündəlik iş rejiminə hazırlamağı da tövsiyə edir:

“Günün müəyyən bir rejiminə hazır olmayan uşaqlar bağçada bəzi çətinliklərlə qarşılaşa bilərlər. Bağçada müəyyən bir vaxtda yatmaq, yemək, müxtəlif dərslərdə oturmaq və s. onu qorxuda bilər. Bütün bunlar isə stresə səbəb olur”.

Mütəxəssis valideynlərə uşağın bağçada gündəlik oynayacağı oyunları uşaqları ilə oynamağı da tövsiyə edir. Belə oyunlar bağçada ananın körpəsi üçün gəlişindən əvvəl oynanılır. Beləliklə, uşaq hər zaman xatırlayır ki, anası onu aparmağa gələcək.

Uşağın xasiyyəti uşağın uyğunlaşma prosesinə də təsir göstərə bilər. X.Allahverdiyevanın qeyd etdiyi kimi, vərdişli insanlar yeni mühitlə tanış olmaq baxımından daha rahatdırlar:

“Ana uşaqla çox vaxt keçirir. Buna görə də vaxtaşırı körpəni atası, nənəsi və digər qohumları ilə tək qoymaq faydalıdır. İlkin mərhələdə 15 dəqiqə kifayətdir, sonra 30 və s. Beləliklə, uşağın anası ilə keçirməyəcəyi vaxtı tədricən artırmaq olar. Bu yolla uşaq anasının hər dəfə ayrıldıqdan sonra qayıdacağına inanır. Bundan başqa, ana körpəni uşaq bağçasına gətirəndə oradan mümkün qədər tez ayrılmalıdır. Qeyri-müəyyənlik nümayiş etdirmək olmaz. Bu hisslər uşağa ötürülə bilər və o, bundan sonra bağçada qalmaq istəməz”.

Mütəxəssis uşağın bağçaya mərhələli şəkildə aparılmasını da məsləhət görüb:

“Başlanğıcda uşağı yalnız bir saat bağçada qoymaq kifayət edir. Körpə yeni gündəlik iş rejiminə tam öyrəşdikdən sonra onu bütün günü bağçada qoya bilərsiniz. Bəzi uşaqlar yalnız ilk iki günü həvəslə uşaq bağçasına gedirlər. Bu sanqvinik və xoleriklər üçün xarakterikdir. Üçüncü gün isə şıltaqlıqlar başlayır.

Ümumiyyətlə, uşaqlar yeniliyi sevir. Başlanğıcda uşaq çox sayda yeni insan, əşyalar və s. görüb bu mühiti xoşlayır. Tez müddətdə isə bunların hamısı onun üçün adiləşir. Hazırlıq prosesi bütün bunların olmaması üçün çox vacibdir”.

Uşaq bağçaları nə təklif edir?

İlkin prosesdə uşağın bağçaya uyğunlaşma dövrünün iki həftədən iki aya qədər davam edə biləcəyini öyrəndik.

Bu gün isə paytaxtdakı uşaq bağçaları uşaqlara xarici dillər, məntiq, gimnastika, üzgüçülük, rəqs və s. kimi geniş təlim-tədris də təklif edir. Bağçalarda müxtəlif tədbirlər, gəzintilər və ekskursiyalar da təşkil olunur.

Bakıda bəzi özəl uşaq bağçaları üç təhsil sahəsi təklif edir: Azərbaycan, rus və ingilis. Bu, bəzilərində qiymətə də təsir göstərir. Digərləri üçün isə hamısı eyni qiymətə başa gəlir.
Züleyxa İsmayılova

Bakucity.az
Bakıda yaxşı dil kursunu necə seçək? - QİYMƏTLƏR
Xarici dilləri öyrənməyin əsas nüansları.

Müasir dövrdə xarici dillərin öyrənilməsi zəruridir. Hazırda bu sahə müxtəlif təkliflərlə zəngindir. Şəhərdə çox sayda xarici dillərin öyrənilməsini təklif edən kurs və dil mərkəzləri var.

Bugünkü materialda Bakucity.az xarici dil öyrənməyin düzgün yanaşma tərzini, eləcə də paytaxtımızda dil kurslarının qiymətini araşdırıb.

Düzgün seçim

“GLOBUS” Təhsil Mərkəzinin müəllimi, tərcüməçi Nina Trifonova hesab edir ki, dil kurslarını seçməyin ən uğurlu yolu, hər hansısa xarici dili öyrənən dostlar arasında sorğu keçirməkdir:

“Tədris mərkəzlərinin reklamlarını görəndə, həmin mərkəzlərin yaxşı nəticələr verdiyinə əmin ola bilmərik. Bundan əlavə, müəllimlə əvvəlcədən tanış olmaq yerinə düşərdi, bu həmişə lazımlı nəticə əldə etməyə kömək edir”, - deyə mütəxəssis bildirib.

Bakıda tələbələrin ən böyük problemi – Qiymətlər bahalaşıb

N.Trifonovanın sözlərinə görə, çoxları tələbə-müəllim əlaqələrindən narazıdır və əksəriyyət hesab edir ki, kurs müəllimləri kifayət qədər bacarıqlı deyil:

“Məsələn, mən kurs müəllimlərinə etibar edirəm. Ümumiyyətlə, insan öz üzərində işləmirsə, diplom aldıqdan 10-20 il sonra da səriştəsizlik edəcək. İstənilən işdə təcrübə vacibdir. Gənc mütəxəssis isə bu istiqamətdə intensiv işləməlidir ki, yaxşı nəticə əldə etsin”.

Mütəxəssis qeyd edib ki, istənilən təhsil mərkəzində ilk sınaq dərsi ödənişsizdir. Beləliklə, şagird müəllimin nə qədər bacarıqlı olduğunu, dərsləri necə keçirdiyini və ondan dərs qavramağını müəyyənləşdirə bilər.

Qrup şəklində yoxsa fərdi işləmək effektivdir?

Xarici dil müəllimləri kiçik qruplardakı dərslərin fərdi dərslərə nisbətən daha effektiv olduğunu düşünürlər:

“Əgər qrupda dörd nəfərdən çox tələbə yoxdursa, onda dərslər daha effekiv olacaq. Hesab edirəm ki, komanda işi daha çox nəticə verir, çünki tələbələr bir-biri ilə öyrəndikləri dildə ünsiyyət qururlar. Bundan əlavə, rəqabət ruhu da öz bəhrəsini verir. İnsan həmişə ən yaxşı olmağa, fərqlənməyə çalışır. Dərslər fərdi keçirildikdə, tələbə yalnız müəllimlə işləyir, bu da, mənim fikrimcə, kifayət qədər effektiv olmur.

Bu il Bakıya oxumağa gələn tələbələr harada qalacaq? - ARAŞDIRMA

Daha bir məqam ondan ibarətdir ki, əgər tələbə utancaqdırsa böyük qruplarda narahat olur, sual verməyə çəkinir. Bu vəziyyətdə əlbəttə ki, fərdi hazırlıq daha yaxşıdır. Düzünü desək, tələbələrin özləri qruplara daha çox müraciət edirlər – ödənişi daha aşağıdır və dil təcrübəsinə kömək edir”, - deyə mütəxəssis qeyd edib.

Dil daşıyıcıları ilə məşğələ kimə uyğundur?

N. Trifonova hesab edir ki, dil daşıyıcıları ilə məşğələlər yalnız öyrənilən dildə baza bilikləri olan insanlara uyğun görülür.

“Xarici dildə danışan, hətta yeni başlayanlar ilə də işləmək üçün üsul var. Ancaq mənə elə gəlir ki, bu cür dərslər artıq dili müəyyən səviyyədə bilən tələbələr üçün daha uyğundur. İlkin mərhələdə isə yerli müəllimlə məşğul olmaq daha yaxşıdır. Çünki o, qrammatikanı, yeni sözlərin mənalarını izah edə biləcək”, - N. Trifonova bildirib.

Mütəxəssisinfikrincə, əsas müəllimin yaxşı tələffüz etməsidir, əks halda dil öyrənən şəxs səhv vurğu işlədə bilər.

N.Trifonova özü rus, ingilis və yunan dillərini öyrədir və onun sözlərinə görə, bu gün ən populyar olanı rus dilidir. Təcrübəsində ikinci yerdə, əlbəttə ingilis dili dayanır. Yunan dilinə gəldikdə, bu, çox da populyar dil deyil, əsasən Yunanıstana getmək istəyən və ya yalnız bu dil üzrə ixtisaslaşmış insanlara maraqlıdır.

Dərslərin qiyməti

Xarici dildə dərslərin qiyməti fərdi və ya qrup seçimindən asılı olaraq dəyişir.

Xarici vətəndaşlar üçün kurslarda qiymət daha yüksək ola bilər.
Züleyxa İsmayılova

Bakucity.az
Bakıda rəssamlıq kursları: Nələr öyrədilir və qiymətlər necədir? - ARAŞDIRMA
Bakıda təsviri sənət janrlarına maraq artıb

Son illərdə Bakıda əsl bədii inkişaf müşahidə olunur. Şəhər sakinləri incəsənətlə ciddi şəkildə maraqlanırlar, çoxsaylı kurslara yazılırlar, sərgilərə qatılırlar. Xüsusilə rəssamlıq sahəsində baş verən bumun səbəbləri nədir, niyə insanlar birdən birə təsviri sənətlə bu cür yaxından maraqlanmağa başlayıblar. Bakucity.az bununla bağlı araşdırma aparıb. Materialımızı təqdim edirik.

İnsanlar incəsənətin yaradılmasında yaxından iştirak etmək istəyirlər

"Askerov Art Studio" studiyasının direktoru, rəssam Rüfət Əsgərov Bakucity.az ilə söhbətində Azərbaycanda təsviri sənətə həmişə xüsusi sevginin olduğunu bildirib.

"Xüsusən rəssamlıq bizdə həmişə populyar olub. Demək olar, Bakıda elə bir ev olmayıb ki, onun divarından rəsm asılmasın. Zənnimcə, bu gün bir çoxları artıq incəsənətin yaradılmasında birbaşa iştirak etmək qərara gəlib. Bu da çox sevindirici haldır. Mən həm rəssam, həm də müəllim kimi böyük məmnuniyyətlə onların yaradıcılıq təşəbbüslərində kömək edirəm. Məktəbimiz tez-tez şagirdlərimizin öz işlərini nümayiş etdirdiyi sərgilər təşkil edir", - deyə Əsgərov vurğulayıb.

Bunu da oxu: Bakının populyar və bahalı şadlıq sarayları - Xidmət və qiymətlər
Xidmətlərin müxtəlifliyi

Müşahidələr göstərir ki, təsviri sənətlə həm böyüklər, həm də uşaqlar maraqlanır. Müxtəlif kursların sahibləri, eyni yerdə qalmır, müştərilərin cəlb edilməsi üçün rəsmdən başqa digər xidmətlərin də seçimini təklif edirlər. Rüfət Əsgərovun dediyinə görə, onların məktəbində şagirdlərə naxış, lepka, bədii tikmə üzrə məşğələlər təklif edilir. Lepka dərslərində işlər xüsusi memarlıq plastiliniylə görülür. Uşaqlarla və böyüklərlə müxtəlif müəllimlər işləyir:

"Biz uşaqları 4 yaşından qəbul edirik. İndi bizdə kifayət qədər çox şagird, həmçinin əcnəbilər var. Qeyd etmək istəyirəm ki, məşğələlərin qiyməti həm uşaqlar, həm də böyüklər üçün eynidir. Bundan başqa, təsviri sənətin bütün növləri bizim studiyada vahid qiymətə öyrədilir. Şagirdlər istəsələr sənət növlərindəki məşğələləri növbələşdirə bilərlər", - deyə rəssam vurğulayır.

"Sedet Art Studio"da tanınmış rəssam Nəvai Mətindən öyrəndik ki, onlarda rəssamlıqdan başqa, bədii qrafika, lepka və dizayn da öyrədilir. Dərslər qrupla və fərdi şəkildə həftədə 2 dəfə aparılır. Fərdi dərslərin qiyməti 100 manatdan başlayır, lakin bu ali məktəbə və ya sərgilərə hazırlıq kimi təlimlərin məqsədindən asılı olaraq dəyişə bilər.

"Art School by Alyona Bandurina" şagirdlərə rəssamlıq dərsləri, eləcə də moda dizaynı və tikiş kursları təklif edir. Bu kurslarda şagirdlər bir qədər inkişaf etdikdən sonra tələbatın çox olduğu "Digital Art" və "3Ds Max" üzrə məşğələlərə keçirlər. Bu dərslərin qiyməti 100 AZN-dan başlayır. Alyona Bandurina gələcəkdə öz məktəbində fotoqrafiya kursları da keçirməyi planlaşdırır.
"Bizdə gələcəkdə "3Ds Max"da məşğələlər üç istiqamətdə: memarlıq, interyer və animasiya sahəsində olacaq və həmçinin 3D printerdə çap üzrə məşğələlər də keçiriləcək", - deyə Bandurina qeyd edib.

Kurslara əcnəbilər də maraq göstərir

Biz "Art Studiya Karvan" rəsm məktəbinin direktoru Təhminə Qəhramanova ilə də söhbət etdik.

Təhminə Qəhramanova açıqlamasında bunları dedi: "Rəsmdən başqa biz sənət üzrə ali məktəblərə abituriyent hazırlığı, dizayn, memarlıq dərsləri həyata keçiririk. Məktəbimiz bu yaxınlarda açılsa da, əcnəbilər də daxil olmaqla, müxtəlif yaş qruplarından olan şagirdlərimiz çoxdur. Uşaqlar üçün məşğələlər həftədə 2 dəfə keçirilir, qiymət 50 AZN-dir".

"Rahat Baku Art" təsviri incəsənət məktəbinin direktoru Sadət Müzəffərli isə məlumat verdi ki, məktəbdə onlar rəngkarlıqdan başqa, dulusçuluq işləri, heykəltəraşlıq və "Fashion design" öyrədirlər. Dərslər həftədə 2 dəfə keçirilir.

Bunu da oxu: Bakının qeyri-adi kafe və restoranları - ARAŞDIRMA
Araşdırmamız zamanı sonuncu müraciət etdiyimiz "Esr Art Studio" məktəbinin direktoru Gülər Mustafa fəaliyyətləri barədə açıqlama verdi, o qeyd etdi ki, rəsm dərslərindən başqa onlarda müxtəlif istiqamətlər üzrə ustad dərsləri də aparılır.
"Biz sabun bişirmə, şamların hazırlanması üzrə olan nəqqaşlıq, keramika və şüşəyə yazı və aksessuarların hazırlanması sahəsində ustad dərsləri keçirik. Belə tədbirlərin qiyməti 15 manatdan başlayır. Belə dərslər üçün bizə çox sayda insan, hətta əcnəbilər müraciət edir. Biz uşaqları 3 yaşından qəbul edirik. Dərslər üçün qiymət həftədə 1 dəfəyə 40 manata, həftədə 2 dəfəyə 70 manata başa gəlir. Bundan başqa, bizdə ali məktəbə daxil olmaq üçün xüsusi hazırlıq proqramı da var", - deyə direktor fikrini tamamlayıb.

Bakucity.az aydınlaşdırdı ki, belə kurslarda ən müxtəlif qiymətlərə görə, demək olar ki, sənətin bütün növlərini öyrənmək olar. Qeyd etmək lazımdır ki, bu məktəblərdə əsasən peşəkar rəssamlar dərs deyirlər.

Züleyxa İsmayılova

Bakucity.az
Bakının özəl məktəblərində təhsil neçəyə başa gəlir? – QİYMƏTLƏR
Uşağı özəl məktəbə yazdırmağa dəyərmi?

Azərbaycanda özəl məktəblər əsasən xarici dil, humanitar, dəqiq elmlər və texnologiya sahəsi üzrə təhsil verirlər. Özəl məktəblərin əsas üstünlüyü daha keyfiyyətli təhsil vermələri, şagirdləri universitetə gedən yolda vacib biliklərlə təmin edə bilmələridir. Elə valideyn tapılmaz ki, övladının yüksək keyfiyyətli təhsil verən özəl məktəbdə təhsil almasını istəməsin. Amma bu qəbildən olan məktəblərdə qiymətlər də bir qayda olaraq yüksək olur.

Bakucity.az saytı özəl məktəblərdə təhsilin qiyməti, ödənilən məbləğin özünü doğruldub-doğrultmaması kimi məsələləri araşdırıb. Məqaləni oxucularımıza təqdim edirik.
“Uşağı məktəbə qeydiyyata salmazdan əvvəl, valideynlər son nəticədə nə əldə etmək istədiklərini bilməlidirlər. Əgər ingilisdilli məktəb seçilirsə, təhsilin daha sonra xarici ölkələrin ali məktəblərinin birində davam etməli olduğunu nəzərə almaq lazımdır”, - bu sözləri saytımıza açıqlamasında “British School in Baku” təhsil müəssisəsinin nümayəndəsi deyib. Onun sözlərinə görə, əgər valideynlər hansısa bir ixtisasa üstünlük verirlərsə, xüsusi təmayüllü məktəbi seçmək daha məqbuldur.

Bunu da oxu: Bakıda repetitor xidmətləri neçəyədir? - QİYMƏTLƏR
Məktəb nümayəndəsinin sözlərinə görə, özəl məktəb seçərkən, ilk növbədə onun Azərbaycan Təhsil Nazirliyinin lisenziyasına malik olub-olmadığını bilmək vacibdir. Nazirliyin icazəsi olmadan məktəb leqal fəaliyyət göstərə bilməz.

“Əgər məktəb İngiltərənin və ya başqa bir ölkənin proqramı üzrə təhsil verirsə, mütləq həmin ölkənin bu təhsil ocağının fəaliyyətini tanıması barədə müvafiq sənəd olmalıdır. Məktəb hansısa beynəlxalq təşkilatın üzvü ola, ölkənin Təhsil Nazirliyi və ya müəyyən departamenti tərəfindən tanına bilər”, - məktəbin əməkdaşı qeyd edib və bunu da vurğulayıb ki, özəl məktəblərin üstünlüklərindən biri sinifdə şagirdlərin sayının az olması, fərdi yanaşmanın təmin edilməsidir.

Özəl məktəblərə üstünlük qazandıran ikinci amil onların elitar olmalarıdır. Bu tip məktəblərdə qabaqcıl texnologiyalardan istifadə olunur. Bundan başqa, belə təhsil müəssilərində idman, rəqs, incəsənət, robot-texnikası kimi maraqlı və faydalı dərnəklər fəaliyyət göstərir.

Xarici təlim proqramına malik məktəblərdə adətən çoxmillətli siniflər olur. Beləliklə, uşaqlar kiçik yaşlarından etibarən müxtəlif dillərin daşıyıcıları olan həmyaşıdları ilə ünsiyyətdə olur, müxtəlif ölkələrin nümayəndələrini görür və bir-birlərindən maraqlı şeylər öyrənirlər.

Bakucity.az oxucularına paytaxtımızda fəaliyyət göstərən bəzi özəl məktəblərin fəaliyyəti barədə kiçik xülasəni təqdim edir:

“British School in Baku”təhsil müəssisəsinin əsas üstünlüyü odur ki, o, “ISE”, “Edexcel COBIS” (“COUNCIL of British International Schools”), həmçinin “IGCSE” and “A Level” kimi təşkilatların akkreditə olunmuş üzvüdür. Buranın məzunları imtahanların nəticələrinə görə xarici ali məktəblərə daxil olurlar.

Bunu da oxu: Bakıda iş yerlərində ən çox tələb olunan mütəxəssislər – Top 10

Bu təhsil ocağı Azərbaycanda Böyük Britaniya Təhsil Departamenti tərəfindən tanınan yeganə məktəbdir və departamentin nümayəndələri burada vaxtaşırı yoxlama keçirirlər. Bu təhsil ocağının başında yüksək ixtisaslı xarici mütəxəssislər dayanır. Məktəb həmçinin beynəlxalq nümayəndələrdən ibarət Himayəçilər Şurası tərəfindən idarə olunur.
Özəl məktəblərdə xarici dillər bir qayda olaraq dərindən öyrədilir. “Evrika” liseyində rus, ingilis, fransız və alman dili kimi bir neçə xarici dil tədris olunur. Adətən belə məktəblərdə yerli şagirdlərdən əlavə, xaricilər də təhsil alır. Bu, şagirdlərə yerli dilin daşıyıcıları ilə ünsiyyətdə olmaq və başqa ölkənin mədəniyyətini daha yaxşı əxz etmək imkanı verir.

“European Azerbaijan School” sərfəli qiymətlərlə öz şagirdləri üçün xaricə səfərlər təşkil etməsiylə fərqlənir. Şagirdlərə nəqliyyat xidməti də göstərilir. Bu xidmət eləcə də Xəzər universitetinin nəzdində fəaliyyət göstərən "Dünya məktəbi" və bəzi digər özəl təhsil ocaqlarında da keçərlidir.

Bir mühüm fakt da bundan ibarətdir ki, bu qəbildən olan özəl məktəblər kitab və başqa tədris materiallarını onlara lisenziya verən ölkələrdən alırlar. Bununla bərabər, milli kurikulumun tələblərinə cavab verən yerli tədris proqramı da diqqətdə saxlanılır. Nümunə kimi “European Azerbaijan School” və ya Bakı Atatürk Liseyinin adlarını çəkmək olar.

Atatürk Liseyində uşaqlar I sinifdən IV sinifədək Türkiyə Təhsil Nazirliyinin təhsil proqramı əsasında təhsil alırlar. Məşğələlərdə türk dili və ədəbiyyatı ətraflı öyrədilir. Şagirdlər V sinifdən XI sinifə qədər isə Azərbaycanın milli təhsil sistemi əsasında təhsil alırlar.

"Dünya məktəbi"ndə məşğələlər IB ("International Baccalaureate") proqramı üzrə keçirilir. Bu təhsil ocağını bitirənlər "IB Diploma" Proqramı olan yerli məktəblərə, eləcə də xarici universitetlərə daxil ola bilirlər.

Beləliklə, belə nəticə çıxarmaq olar ki, övladını özəl məktəbdə oxudan valideynlər onun gələcəyi barədə böyük ölçüdə arxayın ola bilərlər. Bu işdə əsas məsələ sizin uşağa və cibinizə uyğun təhsil ocağı tapmağınızdır. Belə olarsa, tədris prosesi mütləq fayda və hətta uğur gətirəcək.
Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az
Bakıda repetitor xidmətləri neçəyədir? - QİYMƏTLƏR
Bakucity.az repetitor xidmətləri barədə araşdırmanı təqdim edir

Buraxılış imtahanlarını uğurla vermək və universitetə daxil olmaq üçün məktəbdə keçilən dərslər çox vaxt yetərli olmur. Ümumiyyətlə, məktəb illərində öyrədilən materialı təkbaşına əxz eləmək də asan məsələ deyil. Bəzən şagirdlər heç hardan başalayacaqlarını da bilmirlər. Ona görə də bir çoxları özəl müəllim xidmətlərinə müraciət edirlər. Bakucity.az saytı bu dəfə oxuculara Bakıda repetitor xidmətlərinin keyfiyyəti və qiymətləri barədə araşdırmanı təqdim edir.

“Repetitorlar var deyə, ölkədə hələ də təhsil var”
Təhsil eksperti Kamran Əsədov Bakucity.az-a açıqlamasında ölkəmizdə qəbul imtahanları çox çətin olduğuna görə fərdi dərslərin populyarlaşdığını deyib.

“Əgər qəbul imtahanları sadələşdirilsə, özəl müəllim tutmağa ehtiyac qalmaz, bu məktəb təhsilinin əhəmiyyətinə də müsbət təsir göstərər. Azərbaycanda həm fənlərin sayına, həm də sualların çətinliyinə görə qəbul imtahanları çox ağırdır”, - ekspert fikrini tamamlayıb.
Onun sözlərinə görə, repetitorluq sahəsində əsas mənfi cəhət ixtisaslaşmış fərdi müəllimlərin azlığıdır, müsbət cəhət isə bunun dərsləri çatdırmaqda yardımçı olmasıdır: “Təhsil qurumlarındakılar hesab edirlər ki, - Kamran Əsəsdov fikrinə davam edib: repetitorlar onların işinə maneə olur. Amma məhz repetitorlar var deyə ölkədə hələ də təhsil var”.

Ekspert hesab eləyir ki, repetitorların məktəbə cəlb edilməsi pis fikir deyil, amma bu prosesə təhsil mütəxəssiləri nəzarət etməlidir: “Repetitorların ştatdankənar əməkdaşlar hesab olunması barədə müqavilə də bağlamaq olar. Amma bunun təhsilin inkişafına necə təsir edəcəyi məlum deyil” - deyə ekspert fikrini yekunlaşdırıb.

Fərdi məşğələlər bazarında qiymətlər necədir?
Əlbəttə, uşağınıza fərdi müəllim tutsanız, həmin fəndən nəticələri yaxşı olacaq. Amma öz sahəsinin mütəxəssisi olan və eyni zamanda şagirdlərlə dil tapa bilən repetitor tapmaq çətindir. Yaxşı təcrübəsi və populyarlığı olan müəllim isə baha qiymətə hazırlaşdırır.
Bakucity.az müəllim və şagirlər arasında kiçik sorğu keçirəndən və internet axtarışlarından sonra Bakıda repetitorların müxtəlif fənlər üzrə hazırlıq qiymətlərinin 50-80-100 manat arasında dəyişdiyini müəyyən edib. Təbii, 120 manatdan da yuxarı hazırlıq qiyməti tələb edən repetitorlar var. Buraya əsasən xarici dil, riyaziyyat və ya tarix fənni daxildir. Qiymətlərə fənnin çətinliyi, əlavə məşğələlər, şagirdin materialı öyrənmə vaxtı və s. digər amillər də təsir edir. Ortalama olaraq müəllimlərin əksəriyyəti 1 dərs üçün 10 manat alır. Bir aya isə əsasən 8 dərs təklif olunur.

Məşğələnin qiymətinə hazırlığın şəhərin hansı rayonunda keçirilməsi də təsir edir. Yasamal, Xətai, Səbayıl və ya Nərimanov kimi mərkəzi rayonlarda 8 dərs üçün dərsbaşına qiymət 100 manatadək arta bilər. Ucqarlarda, məsələn Mərdəkan, Qobustan, Pirallahıda isə qiymət cəmi 50 manat da ola bilər.

Valideynlər nə deyir?
Aynurə Nuriyeva: “Oğlum üçün müəllim tapmaq çətin olmadı, əksəriyyətini qohumlar tövsiyyə elədilər. O, keçən il II qrupa hazırlaşırdı, nəticə yaxşı oldu - 525 bal. Hər fənn üçün 80 manat ödəyirdik”.

Leyla Əhmədli: “Oğlum 11-ci sinifə keçəndə, hansı müəllimlərlə məşğul olacaq kimi bir problem çıxmadı. Məncə, ən yaxşısı elə dərsləri keçən müəllimləri seçməkdir. Əgər onları seçməsəniz, attesatda qiymətlər də aşağı ola bilər. Hər fənnə görə hazırlığa 80 manat öfəyirdik, Azərbaycan dilinə görə isə - 65 manat”.

Qonşu ölkələrdə repetitorluq xidmətləri neçəyədir?
Bizdə olduğu kimi Rusiyada da universitet hazırlığı üçün müəllim tutmaq lazım gəlir. Fərdi müəllimlərin Rusiya bazarındakı hazırlıq qiymətləri 2014-ci ildən bəri demək olar ki, dəyişməyib. Bu cür hazırlıqların bir fənn üzrə saatbaşına ortalama qiyməti 2014-2015-cü illərdə Moskvada 1219 rubl (31,07 AZN) olubsa, 2017-ci ildə 2% fərqlə, 1243 rubla qədər (31,65 AZN) artıb.

Fərdi əsasda dərslər Qazaxıstanda da çox populyardır və zəruri sayılır. Burada müəllimlərə həm məktəb dərslərinə hazırlaşmaq, həm də ali məktəbə hazırlıq üçün müraciət edirlər. Statistikaya görə, əhalinin təxminən 25%-i fərdi hazırlıq müəllimlərinə müraciət edir. Repetitorlarla məşğələlərin qiyməti bir fənn üzrə saatbaşına 1000-dən təngədən (4,57 AZN) başlamaqla, 5000 təngəyə qədər (22,83 AZN) çatır.

Repetitor xidmətləri Ukraynada da populyardır. Humanitar elmlər üzrə fənnlər nisbətən ucuz olmaqla – bir fənn üzrə saatbaşı 150 hrivnidən (5,34 AZN) 400 (24,25 AZN) hrivenə qədər dəyişir. Dəqiq elmlər isə 200-dən (12,12 AZN) 500 (30,31 AZN) hrivenə qədər dəyişir.

Hamının müəllim tutmağa imkanı çatmır
Yekunda qeyd etmək istərdik ki, bir çox bakılılar peşəkar repetitor xidmətlərini dəstəkləyir, amma hamının da buna imkanı çatmır. Belə olan zaman hazırlığa gedə bilməyən uşaqlar özlərini müəyyən qədər narahat hiss edirlər. Üstəlik, ali məktəbə qəbul olmaq faizi də imtahanın çətinliyinə görə azalır. Bir çoxları təhsil sahəsindəki yeniliklərin bu vəziyyəti dəyişəcəyinə ümid edirlər.
Hazırladı: Züleyxa İsmayılova
Bakıda ali təhsil xarici vətəndaşlara neçəyə başa gəlir? - QİYMƏT
İllik ödəniş orta hesabla 2000 ABŞ dollarıdır

Azərbaycan təhsilindən yalnız ölkə vətəndaşları deyil, həm də digər dövlətlərin vətəndaşları yararlanırlar. Həmçinin Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dövlət səviyyəsində diqqət göstərilir.

Maraqlıdır, Bakıda təhsil almaq xarici vətəndaşlara neçəyə başa gəlir? Onlar bu təhsildən xüsusi olaraq nə qazanırlar?

BakuCity.az-ın bu və digər suallarını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb.

“Sinqapurun ərazisi Bakının yarısı boydadır”

Ekspertin fikrincə, Azərbaycanda təhsil alan əcnəbilərin sayı dünyanın inkişaf etməkdə olan ölkələri ilə müqayisədə ürəkaçan deyil:
“Sinqapurun ərazisi Bakının yarısı boydadır. Buna baxmayaraq, Sinqapurun iki universitetində əcnəbi tələbələrin sayı ildə 80 min nəfər olur. Türkiyədə xaricdən gəlib təhsil alanların sayı 850 min, Rusiyada isə 240 min nəfərə çatır.

Xarici ölkələrdən tələbələrin gəlməsi üçün ilk növbədə universitetlər ölkə təhsilinin tələblərinə və beynəlxalq standartlara cavab verməlidir. Amma təəssüf ki, bunu universitetlərimizdə görə bilmirik. Eyni zamanda, təhsil müəssisələri verdikləri təhsili dünyaya çatdırmaq üçün ciddi, aktiv şəkildə təbliğat aparmalı, universitetlər xaricdə təhsil sərgilərində iştirak etməli və təhsil xidmətlərini təqdim etməlidir”.

K.Əsədov hesab edir ki, yalnız bundan sonra ciddi uğurlara imza atmaq olar.

Xarici vətəndaşlar üçün Bakı universitetlərinə qəbul qaydaları

Ekspert Azərbaycan Respublikasının təhsil və elmi-tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu qaydalarını da sadalayıb:

1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq haqqında hökumətlər və idarələrarası sazişlər əsasında;

2. Təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında – qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına;

3. Təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında.

Əcnəbi tələbələrin dövlət hesabına təhsili təhsil müəssisələrinin tabe olduğu müvafiq nazirlik, komitə və idarə rəhbərlərinin göndərişi və təhsil müəssisəsi ilə xarici ölkə təhsil müəssisələri arasında bağlanmış müqavilələrə uyğun tələbə mübadiləsi çərçivəsində həyata keçirilə bilər. Dövlət təhsil müəssisələrində əcnəbi tələbələrin ödənişli əsaslarla təhsilinin bütün növləri üçün təhsil haqqı təhsil müəssisələrinin təklifi ilə Azərbaycan Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və təsdiq edilir.

K.Əsədov qeyd edib ki, Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər:

“Hazırlıq müvafiq kurslar vasitəsilə həyata keçirilir. Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər hazırlıq kurslarına qəbul edilə bilərlər. Hazırlıq kursunun illik ödənişi 750 ABŞ dollarıdır. Hazırlıq müddətinin sonunda tələbələr buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş dinləyicilərə təhsilini bitirdikdə ona müvafiq ixtisas üzrə şəhadətnamə verilir. Tələbə hər təhsil rübünün əvvəlində Təhsil Nazirliyinin təsdiq etdiyi sənəddə göstərdiyi məbləği (təhsil haqqını) ABŞ dolları ilə ödəyir. Əcnəbi tələbə hər hansı üzrlü və üzrsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır. Xarici vətəndaşın universitetə qəbul əmri verildiyi gündən o, universitetin tələbəsi statusunu alır”.

Ekspertin sözlərinə görə, bakalavr pilləsində illik ödəniş paytaxtda və ölkənin digər ali təhsil ocaqlarında orta hesabla 2000 ABŞ dollarıdır. Bakalavr pilləsində tədris Azərbaycan və ya rus dillərində aparılır. Əyani şöbədə təhsil alan xarici vətəndaşların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatı aparılır, 1 illik müvəqqəti yaşamaq hüququ əldə olunur:

“Əcnəbi tələbə ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edə bilər:

1. Təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etməlidir;

2. Təhsil müəssisəsinin əmlakının korlanmasına yol verməməlidir;

3. Onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəməlidir.

Əcnəbi tələbə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra ona təhsil aldığı ixtisas və dərəcəyə uyğun bakalavr diplomu verilir”.

Ramilə Qardaşxanqızı

BakuCity.az