Yeni ildə hara səyahət etmək olar?

Bakıdan Antarktidaya necə getmək olar? - QİYMƏT
Azərbaycan paytaxtından Yerin ən cənub qitəsinə gedən yol

Antarktida dünyanın ən sirli yerlərindən biridir. Burada temperatur, demək olar, mənfi 90 dərəcəyə qədər enə bilər. Buna baxmayaraq, buz qitəsində uzunluğu 30 km-dən çox olan Oniks kimi çaylar axır.

Yalnız Antarktidada təəccübə səbəb olan “Qanlı şəlalə”ni görə bilərsiniz. Ən təmiz dəniz olan Ueddell də məhz burada yerləşir.

Bəs günəşli Bakıdan buzlu Antarktidaya necə getmək olar?

BakuCity.az qeyri-ənənəvi səyahətlərə üstünlük verənlər üçün Antarktida buzlaqlarına getmək imkanı ilə tanış edir.

PASHA Travel-dən saytımıza bildirilib ki, Antarktidaya getmək üçün bir neçə köçürmə etmək lazımdır:

“Agentliyimiz Antarktidaya bir gediş-dönüş üçün 1860 manatlıq paket təqdim edir. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından Doha şəhərinə uçur. Növbəti təyinat məntəqəsi isə Keyptaun şəhəridir”.

Qeyd olunub ki, Keyptaun (CAR) Antarktidaya getməyin mümkün olduğu yeganə yerdir:

“Bu qitədə yalnız bir hotel var - Keyptaundan Antarktidaya uçuşlar təmin edən “White Desert”. Təyyarə yalnız 6 sərnişin oturacağı üçün nəzərdə tutulub. Bu beşulduzlu hoteldə 7 gecə 8 gün qalmaq 92 500 ABŞ dollarına başa gəlir”.
“White Desert” qonaqlarına maraqlı istirahət proqramı təqdim edir: lüks otaqlar, Rusiya Tədqiqat Mərkəzindəki hamam, Antarktidanın geniş ərazilərinə müxtəlif səyahətlər. Hotelin ətrafında imperator pinqvinləri gəzişir. Maraqlıdır ki, şahzadə Harri kimi məşhur insanlar da bu hoteldə istirahətə üstünlük verirlər.

Qiymətlərin ümumi mənzərəsi:

Bakı - Doha - Keyptaun, Keyptaun - Doha - Bakı - 1860 AZN
Keyptaun - Antarktida – “White Desert” (bir həftə qalmaq) - 92 500 dollar

Züleyxa İsmayılova

BakuCity.az
Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR
Hansını seçmək lazımdır: dəniz kənarında istirahət, yoxsa qarlı, şaxtalı havada əylənmək?

Yeni il ən çox gözlənilən və ailəvi qeyd olunan bayramlardandır. Son illərdə paytaxt sakinləri bu bayramı qışda nağıllar aləminə bənzəyən, qarın çox olduğu və ya əksinə, soyuqdan qaçmaq məqsədilə dəniz sahilində yerləşən isti ölkələrdə keçirməyə çalışırlar.

BakuCity.az Yeni il tətilində istirahət etmək məqsədilə bakılılar arasında populyar olan ölkələrin siyahısını hazırlayıb.

Mavi sahillərdə qış tətili

Əlbəttə ki, Yeni il tətillərində Bakını qar örtmür, buna baxmayaraq, çoxları isti və qızıl qumda uzanaraq Günəş vannası qəbul etmək və dincəlmək üçün qısamüddətli də olsa, yayı “qaytarmaq” arzusundadır. Qışda yay tətilinə üstünlük verənlər üçün “Tourgood Travel” Yeni ili Balidə qeyd etməyi təklif edir. Yanvar belə bir cənnətdə istirahət baxımından mükəmməl vaxt hesab olunur. Bu dövrdə, demək olar, yağış olmur və xüsusilə, turistlər üçün 31 dekabrda Yeni il şənliyi təşkil edilir.
İki nəfərlik səyahətə 4 ulduzlu “Suarti Boutique Village” hotelində yerləşmə daxildir (27.12.2019 – 03.01.2020).

Yanvarda Dubayı da seçə bilərsiniz. Əmirliyə “PEGAS TOUR” vasitəsilə gedə bilərsiniz. Belə bir səyahət Birləşmiş Ərəb Əmirliklərinin qızmar Günəşi altında bütün ailə üçün Yeni il nağılına çevriləcək. Ərəb küçələrində və ya müasir, ecazkar göydələnlər arasında gəzməkdən daha maraqlı nə ola bilər?
Tura 4 ulduzlu “Citymax Hotel”də yerləşmə daxildir (28.12.19 - 02.01.20).

Həmçinin oxu: Yeni ili Bakının hansı restoranında qeyd edək? - Bayram proqramı + QİYMƏTLƏR

Əsl Yeni il ab-havası

Tamamilə qış nağılı ab-havası yaşamağa üstünlük verənlər üçün Rusiya və Avropa ölkələrinə səfərlər daha uyğundur. “Tourgood Travel” ilə Yeni ili Finlandiyada qeyd edə bilərsiniz. Bu ölkədə bir çox bayram şənlikləri və yarmarkaları, maskaradlar və əlbəttə ki, parlaq və unudulmaz atəşfəşanlıq hazırlanır. Qışda kifayət qədər soyuq olsa da, heç kimin əylənməsinə mane olmur.

Tura 4 ulduzlu “Hullu Poro Hotel”də qalmaq da daxildir (28.12 19 - 04.01.20).

Uşaqlar Santa Klausun doğma məkanı olan Laplandiyada gəzməyə maraqlı göstərəcəklər. Bu, Santanın kənddə yerləşən iqamətgahını görmək üçün əla fürsətdir. Burada çox maraqlı turistik yerlər, elflər və əlbəttə ki, Milad maralı Rudolfo var. Bu nağıllar aləminə “PEGAS TOUR” agentliyinin köməyi ilə daxil ola bilərsiniz.

4 ulduzlu “Levi Hotel Spa” da xidmətinizdədir (28.12.19 - 02.01.20).

Qədim Praqada da Yeni il ab-havası hökm sürür. Bayram günlərində Çexiyanın mərkəzi küçələrində yarmarkalar keçirilir, hər yerdə parlaq işıqlar göz oxşayır, atəşfəşanlıq olur. Bu şəhərə “Victory Tour” agentliyi vasitəsilə gedə bilərsiniz.
4 ulduzlu “EA Hotel Rokoko”da qala bilərsiniz (28.12.19 - 04.01.20).

“Baku Holiday Travel” səyahət şirkəti Yeni ili Rusiyanın mədəniyyət paytaxtı - Sankt-Peterburqda qeyd etməyi təklif edir. Şəhər Avropa memarlığı, maraqlı tarixi hadisələri və unudulmaz ədəbi əsərləri ilə maraqlıdır. Hər il şəhərdə sürprizlər, bayram konsertləri ilə dolu inanılmaz bir şou proqramı hazırlanır.
4 ulduzlu “Imperial Art Hotel”də qala bilərsiniz (30.12.19 - 04.01.20).

Yeni ildə hara səyahət etmək olar?