Yeni il üçün nə hədiyyə vermək olar?

Bakıda qeyri-adi Yeni il hədiyyələrini haradan alaq?
Bakıda maraqlı hədiyyə çeşidləri, dadlı hədiyyələrin orijinal konsepsiyası

BakuCity.az oxucularını yalnız hədiyyə deyil, orijinal yanaşma ilə əsl sürprizlər əldə edə biləcəyiniz şirkətlərlə tanış etməyə davam edir.

Bu şirkətlərdən biri də paytaxtda lüks buket və ya qeyri-adi qutu şəklində ləzzətli hədiyyə sifariş verə biləcəyiniz məşhur “Tasty Ella”dır. Burada sehirli və yaradıcı ab-hava hökm sürür, insan rahatlıq tapır.

Şirkətin sahibi Ella Bağırova saytımıza açıqlamasında bu markanın təxminən 15 ildir mövcud olduğunu deyib:

“Əvvəllər şirkətimiz Mərdəkanda yerləşirdi və biz müxtəlif bayramlar üçün simvolik şokolad kompozisiyaları hazırlayırdıq – Yeni il, Novruz, Ramazan və digər bayram və əlamətdar günlər üçün”.

Üç il əvvəl “Tasty Ella” oxşar konsepsiyası olan başqa bir şirkətlə ortaq fəaliyyətə başlayıb. Ancaq sonradan şirkətlər ayrılıb və indi “Tasty Ella” ailə biznesi kimi fəaliyyətini davam etdirir.

“Hazırda tematik yeməli buketlər və hədiyyələr hazırlayırıq. Bu, ad günləri, yubileylər, qızıl toy, bir sözlə, kiçikdən böyüyə qədər insanlar üçün nəzərdə tutulmuş hədiyyələrdir. Hər il məhsullarımızın dizaynına müxtəlif yeniliklər etməyə çalışırıq”, - E.Bağırova bildirir.

Şirkətin əsas xüsusiyyətlərindən biri müştərilərin istəklərinə uyğunlaşmaqdır. Burada hər kəs istənilən rəngdə müəyyən bir kompozisiya seçə bilər:

“Müştərilər nə qədər qeyri-müəyyən fikirli olsa da, florist-dizaynerimiz onların idealarını oxuya bilir. Əminliklə deyə bilərəm ki, biz heç vaxt müştərilərimizi yanıltmırıq”.

O da təəccüblü deyil ki, “Tasty Ella”da böyük və mehriban bir kollektiv çalışır: bayram günlərində burada 12 nəfərlik qrup olur, adi günlərdə isə dörd nəfər kifayət edir. Bayramlarda gecə saatlarının xüsusi qrafiki olur və müvafiq olaraq bütün proses yerinə yetirilir.

Şirkət direktorunun sözlərinə görə, əksər hallarda kişilərinə maraqlı hədiyyələr verməyi sevən qadınlardan sifariş alırlar. Əsasən bəzi spirtli hədiyyələr sifariş edirlər, az alkoqollu - cəmi 30%.
”Tasty Ella” həm buket, həm kompozisiya şəklində, həm də taxta və karton qutularından hədiyyələr hazırlayır.

Bundan başqa, E.Bağırova səkkiz ildir ki, Bakıda xüsusi sərgilər təşkil edir:

“Bu il ardıcıl olaraq 34 sərgi var idi. Leyla Həsənlə birlikdə təşkil etdim. Bu tədbirlərdə Azərbaycanın hər yerindən ustalar iştirak edirdilər. İndi isə 2020-ci ildə keçiriləcək növbəti tədbirə hazırlaşırıq. Sərgi ilə paralel olaraq 8 ildir ki, “Facebook” və “Instagram” sosial şəbəkələrində "Azərbaycan sənətkarları" adlı bir qrup fəaliyyət göstərir. İştirakçılar bütün xəbərlərimiz və gələcək sərgilərimizi buradan öyrənirlər. Bu yaxınlarda isə Limartis.az saytının direktoru oldum və burada da işimiz barədə məlumatlar yayımlanır. İndi orada Yeni il hədiyyələrimizlə tanış ola və istədiyinizi seçə bilərsiniz".

Şirkət direktoru müştərinin əvvəlcədən sifariş verməsinin nə qədər vacib olduğunu vurğulayıb. Bu, hədiyyənin vaxtında hazır olacağına zəmanətdir:

"Bizim şüarımız müştərilərimizə həmişə "Bəli” deməkdir. Heç kimin sifarişindən imtina etməməyə çalışırıq. Bunun üçün bütün sifarişləri əvvəlcədən almağa ehtiyacımız var".

Həmçinin oxu: Yeni il bayramı üçün maraqlı və fərqli hədiyyələr - SİYAHI + QİYMƏTLƏR

“Tasty Ella” şirkəti “Gift & Promo Fair” beynəlxalq sərgisində də iştirak edib.

“Bu festivala sözün əsl mənasında son anda imza atdıq. Bir həftə ərzində hədiyyələrimizi Novruz bayramı, Yeni il, 8 Mart və s. mövzularda hazırladıq. Sentyabr ayı olmasına baxmayaraq, fəaliyyətimizi tam nümayiş etdirmək üçün bütün bayramlarımıza xas hədiyyə nümunələri hazırladıq. Hətta festivaldan bir həftə sonra qeyd olunacaq Neftçilər Günü üçün də hədiyyə paketi hazırlanmışdı. Sərgi sentyabrın 12-dən 14-dək davam etdi”, - o əlavə edib.

Şirkət hazırladığı stendlə sərgidə sensasiyaya səbəb olub və “Tasty Ella” böyük bir əməkdaşlıq təklifi alıb ki, hər halda bu da təəccüblü deyil: bu şirkət Azərbaycan bazarında öndə gedənlərdən biridir.

Əfsanəvi kristalların parıltısı

Bəlkə də əfsanəvi “Swarovski” brendindən hədiyyə almaq istəməyən adam tapılmaz. Dünya şöhrətli zərgərlik şirkəti istehsalda qiymətli metal və daşlardan istifadə etməsə də, “Swarovski” məhsulları olduqca tələb olunan hədiyyədir.
Belə bir hədiyyəni Bakıda yalnız markanın rəsmi mağazalarında əldə edə bilərsiniz. Seçim olduqca müxtəlifdir: üzüklər, bilərziklər, boyunbağılar, sırğalar, saatlar və s. Kişilər üçün fərqli hədiyyələr də ala bilərsiniz: heykəlciklər, saatlar, qələmlər, manşetlər və s.

Maraqlı hədiyyələr seçin, ailənizə və dostlarınıza sevinc bəxş edin!

Züleyxa İsmayılova

BakuCity.az

 Yeni il üçün nə hədiyyə vermək olar?