ЖАРА'2019

ЖАРА'2019

Bahh Tee "Jara 219"-da nə vaxt çıxış edəcək?
Bahh Tee: "Pre-party "JARA 2019" hamının bir araya gəlməsi üçün əla fürsətdir”

Bakucity.az xəbər verir ki, iyunun 22-də paytaxtın ən mənzərəli istirahət mərkəzlərindən olan “Sea Breeze”də “JARA 2019" festivalının möhtəşəm “Pri-party”si keçirilib.

Partidə Rusiya və Azərbaycan şou-biznesinin nümayəndələri iştirak ediblər.

Musiqi festivalının çoxsaylı qonaqları arasında məşhur rusiyalı müğənni, söz yazarı, "Jara FM" radiostansiyasının baş prodüseri, “Sbejim v Baku” hitinin müəllifi Bəxtiyar Əliyev (Bahh Tee) də olub.

Jurnalistlərə verdiyi açıqlamasında müğənni festivalın şərəfinə düzənlənən gecə barədə təəssüratlarını bölüşüb, buraxacağı yeni albom barədə danışıb:

“Ola bilsin "JARA 2019" festivalının özü ilə müqayisədə “Pre-party” bir qədər aşağı səviyyədədir, amma bu bütün MDB ölkələrindən və Azərbaycandan olan möhtəşəm sənətçiləri bir araya gətirən tədbirdir. Bu, həm də bir araya gəlmək və istirahət etmək üçün, həmçinin, Bakını başqa ölkələrə göstərmək üçün əla fürsətdir”.

Sənətçi Emin Ağalarovla birgə hazırladığı “Zhara Music” layihəsinə də toxunub. BahhTee, layihənin bu gün bütün MDB məkanında ən uğurlu markalardan biri adlandırıb:

"Ötən il biz “Zhara Music” adlı marka buraxdıq, bu Emin ilə birlikdə ortaq beyin məhsulumuzdur. Yarandığı il ərzində marka yaxşı nəticələr göstərdi. Belə ki, bu, təkcə Rusiyada deyil, bütün MDB-də ən populyar və ən sürətli inkişaf edən musiqi markasıdır.

“Zhara Music” in yaradıcı komandası böyük layihələrdə uğur qazana bildiklərini göstərdi, buna görə də Emin qərara gəldi ki, bu komanda "Zhara FM" auditoriyasını böyütsə yaxşı olar. "Zhara FM" nin bugünkü performansı çox böyükdür, amma hesab edirəm ki, biz daha yaxşı olacağıq".

Bəxtiyarın fikrincə, layihə praktik olaraq bütün millətlərin sənətçilərini birləşdirir və bu da onu unikal edir.


"Bizim layihə müxtəlif millətlərin, üslub və janrların nümayəndələrindən ibarət 200-dən çox sənətçinin dərc olunmasında iştirak edir. Hər dəfə səhnədə çıxış edərkən göz gəzdirirdim və mənə maraqlı idi ki, Rusiyada müxtəlif millətlərin çox sayda nümayəndəsi və çox az sayda azərbaycanlı var. Əslində, böyük sənətkar Müslüm Maqamayevin vəfatından sonra, rus səhnəsində Emin və məndən başqa bizim sənətçilərimizdən heç kim yox idi. Amma indi çox istedadlı həmyerlilərimizi görürürəm və istəyirəm onlarda hər şey yaxşı alınsın ki, ölkəmizi Rusiyada təmsil etsinlər. Bu gün kifayət qədər Azərbaycan mənşəli layiqli ifaçıdır var: HammAli & Navai, Rauf & Faik, Joni, bu il rus şou-biznesində partlayış etmiş Elman Zeynalov. Həmçinin biz, ortağım və dostum Eminlə mən”.

Bahh Tee-nin dediyinə görə, hələlik “Jara”da çıxış edənə qədər repertuarında təqdim etmək istədiyi elə bir mahnı yoxdur.

Bunu da oxu: Bakıda “JARA 2019” festivalının möhtəşəm “pre-party”si keçirilib – FOTO
“Albomum oktyabrın 5-də çıxacaq. Əslində, Bakıya iki gün gec gəlməliydim, çünki üç gün sonra burada mənim klip çəkilişlərim olacaq. Bu çəkilişlərə 2 aydır hazırlaşırıq. Amma sonra ayın 22-də festivalın “pre-party”sinin keçiriləcəyi elan olundu, bu gözəl tədbirdə iştirak etmək üçün bir neçə gün öncə gəlməli olduq”, deyə sənətçi bildirib.

Müğənninin sözlərinə görə, o, Moskvada da bir klip çəkdirməyi planlaşdırılır. Albom üçün ümumilikdə 3 klip çəkiləcək.

“Düzünü deyim ki, - ifaçı davam edir; - bir çox rusiyalı müğənnilər onlara mahnı yazmaq üçün mənə müraciət edirlər. Amma mənim az vaxtım var, həmçinin mən hit yaratmaq üçün onu hiss etməliyəm. “Sbejim v Baku” belə yaranıb. Mən bunu özümə yazmışdım, Emin məndən istəməmişdi. Axı bizim belə bir Azərbaycansayağı ənənəmiz var - qardaşım, bax da, bunu necə ən yaxşı etmək olar... Sonra, mənim mahnım - sənin mahnın (gülür)... Biz həmişə hər şeyi qardaşcasına bölüşürük. Fikrimcə, Emin bu mahnını yalnız dəyərləndirdi və o, bunu etdiyinə görə mən fəxr edirəm.

Hələlik ictimaiyyətə möhtəşəm bir şey təqdim edəcəyimi hiss etmədiyim üçün səhnədə çıxış etmirəm. Ancaq albomum çıxdıqdan sonra səhnəyə dönə bilərəm. Ola bilsin festivalda da çıxış edim", - deyə Bahh Tee fikrini tamamlayıb.
Bakıda “JARA 2019” festivalının möhtəşəm “pre-party”si keçirilib
Emin Ağalarov: “Müqayisəsiz, Bakı öndədir”

Bakucity.az xəbər verir ki, iyunun 22-də Bakıda ilk dəfə, paytaxtın ən məşhur istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də ayın ən isti hadisəsi olan “JARA 2019” beynəlxalq musiqi festivalının “pre-party”si keçirilib.

Rus və Azərbaycan şou-biznesinin populyar nümayəndələri yay mövsümünün başlanğıcında bir araya gələrək, festival pərəstişkarlarını təbrik ediblər və onlarla birlikdə “Jara”ya növbəti dəfə start veriblər.

Layihənin təşkilatçısı, Azərbaycanın xalq artisti, müğənni Emin Ağalarov (EMIN) jurnalistlərlə qarşıdan gələn festival barədə fikirlərini bölüşərək, musiqi bayramının qonaqlarını gözləyən bəzi sürprizləri açıqlayıb:

“Bu il festival isti keçəcək! Biz Qriqori Leps və Stas Mixaylovun musiqili döyüşünü təşkil edərək, "Lyube" əfsanəvi rus qrupunun 30 illik yubileyini qeyd edəcəyik. 1990 və 2000-ci illərin hitləri səslənəcək. Festivalın açılış günündəki qala konsertdə böyük sənətçilər məşhur hitlərini ifa edəcəklər. Sonda konserti yeni nəsl nümayəndəsi, mənim dostum Timati bağlayacaq”.

Bakucity.az saytının “Jara” festivalında “pre-party” ideyasının haradan gəldiyi sualına cavab verən məşhur ifaçı qeyd edib ki, bu tədbir ictimaiyyətin festivala marağını artırır.

“Düşündüm ki, biz hər il Moskvada "Jara"nın “pre-party”sini təşkil edirik, sənətçiləri, jurnalistləri toplayaraq böyük və isti tədbir gerçəkləşdiririk, beləliklə də festivala maraq artır. İki həftə əvvəl Bakıya son səfərimdə mənə elə gəldi ki, burada bir “pre-party” etməmək ədalətsizlik olar”.

Xalq artisti həmçinin qeyd edib ki, bu dəfə də ötən ilki kimi, E. Ağalarovun özü də daxil olmaqla xeyli maraqlı və gözlənilməz duetlər olacaq:

“Alexey Çumakov və Rita DAKOTA ilə duetim olacaq. Bu iki böyük başlanğıcdır və ümid edirəm ki, bu layihəni başa çatdırmaq üçün vaxtımız olacaq. Əlbəttə ki, mən Nikolay Rastorquyevlə onun gecəsində də oxuyacağam”.

İfaçının sözlərinə görə, Rusiya və Azərbaycan ulduzlarının duet oxumaqları üçün işlər aparılır. Yerli müğənnilərin rus dilində oxumağa və Rusiya ulduzlarının əməkdaşlıq etməyə razı olması həmişə mümkün olmasa da, bununla bağlı işlər görülür:

"Rusiyanın birinci kanalı ilə danışıqlar aparılıb, çünki onların öz mövqeyi var. Mən, bütün bu illərdə festival təşkil edən şəxs kimi, planlarımızı həyata keçirmək üçün hər cür səy göstərirəm. Bu il də Flipp Kirkorov və Aygün Kazımovanın dueti gözlənilir. Hər iki sənətçi bunu mənə təsdiqlədi”.

Emin Ağalarov həmçinin Azərbaycanda “Jara” mükafatının təşkilinə dair planlarını bölüşüb:

“Jara” mükafatının Bakıda da təşkil olunması üçün mənim böyük planlarım var. Bu tədbiri burada keçirmək üçün yerli sənətçilərlə məşqlərə ehtiyacımız var. Birincisi, Azərbaycanda "ZharaFM" in təsis olunmasını planlaşdırıram ki, "Jara TV" də Azərbaycan dilində yayımlansın, mən də ana dilimi inkişaf etdirim (gülür). Biz bu istiqamətdə getdikcə inkişaf edəcəyik ".

Gecədə MBAND, CYGO, Emin, Serebro, Lyusya Çebotinka, İrina Nelson & Reflex, Çingiz Mustafayev, Aysel, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Dilarə Kazımova, Nigar Camal, Səmra, Aygün Kazimova və Dj Twins Project kimi ulduzlar səhnəyə çıxıblar.

Tədbirin aparıcısı Yuliya Baranovskaya görkəmli ulduzlarla birlikdə ilin ən qaynar gecəsində auditoriyaya müsbət emosiya yaşadıb.

Tədbirin sonunda Emin Ağalarov tamaşaçılara ən sevilən hitlərini, həmçinin "Nejnaya" adlı yeni mahnısını təqdim edib. “Müqayisəsiz, Bakı öndədir” deyən ifaçı pərəstişkarları tərəfindən yüksəkdən alqışlanıb.

Xatırladaq ki, “JARA” beynəlxalq musiqi festivalı bu il 25, 26, 27 və 28 iyul tarixlərində keçiriləcək. Festivalın təşkilatçılığı ilə Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya Radio”sunun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kajevikovdur.

Festivalın bu ilki informasiya dəstəkçisi Bakucity.az saytıdır.
Səmra Rəhimli yenidən "Jara" festivalına qatılacaq
Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq

Bakucity.az xəbər verir ki, 25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı “Eurovision”da təmsil edən müğənni Səmra Rəhimli də çıxış edəcək.


Bu barədə layihənin İnstaqram səhifəsində qeyd olunub. Sənətçi səhnəyə 28 iyul tarixində çıxacaq. Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq.

Xatırladaq ki, festivalın digər azərbaycanlı ulduz qonaqları Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Əməkdar artist Miri Yusif, müğənnilər Nigar Camal, İlqar Xəyal, Çingiz Mustafayev və Aiseldir.
AISEL üçüncü dəfə “Jara”da iştirak edəcək
O, "Jara" fetivalına üçüncü dəfə qatılacaq

Bakucity.az xəbər verir ki, 25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalında 2018-ci ildə Azərbaycanı “Eurovision”da təmsil edən müğənni AISEL (Aysel Məmmədova) da çıxış edəcək.

Bu barədə layihənin İnstaqram səhifəsində qeyd olunub. Sənətçi səhnəyə 28 iyul tarixində çıxacaq. Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq.

Xatırladaq ki, festivalın digər azərbaycanlı ulduz qonaqları Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Əməkdar artist Miri Yusif, müğənnilər Nigar Camal, İlqar Xəyal və Çingiz Mustafayevdir.
Bakıda "JARA" festivalının “pre-party”si keçiriləcək
"JARA" pərəstişkarı üçün konsert proqramı hazırlanır

Bakucity.az xəbər verir ki, "JARA" beynəlxalq musiqi layihəsinin təşkilatçılarından biri, Azərbaycanın Xalq artisti Eminin də çıxış edəcəyi “pre-party” 22 iyun tarixində “Sea Breeze Resort Baku” otelində keçiriləcək.

Bu barədə festivalın rəsmi “Instagram” səhifəsində məlumat verilib:

“Dostlar! Hörmətli bakılılar və günəşli şəhərimizin qonaqları, iyunun 22-də EMIN "Sea Breeze Resort Baku”da keçiriləcək “Jara” festivalının “pre-party”sində çıxış edəcək. Çox gözəl ifaçıların iştirakı ilə böyük “line-up” olacaq. Biletləri www.iticket.az saytından və Bakıda yerləşən bütün şəhər kassalarında əldə edə bilərsiniz! Görüşənədək!"

Sevilən ifaçılarla görüş vaxtı 19:00

Əlaqə nömrəsi: +994503002862
Xəbərlər: "Jara" festivalı çərçivəsində İlqar Xəyal çıxış edəcək
Əfsanəvi "Karvan" qrupunun üzvü “Jara”nı cuşa gətirəcək.

Bakucity.az xəbər verir ki, iyulun 26-da Bakı Beynəlxalq Musiqi Festivalı "Jara-2019" da Azərbaycan pop musiqisinin məşhur ifaçısı İlqar Xəyal çıxış edəcək.

Bu barədə festivalın rəsmi “Instagram” səhifəsində məlumat verilib.

“Əfsanəvi "Karvan" qrupunun üzvü olan İlqar Xəyal məşhur qrupun dağılmasından sonra səhnədən uzaqlaşmadı. O, estradada ən parlaq ifaçılardan biridir. Həyatda isə illər öncəsi olduğu kimi, sadə və karizmatikdir. Gecə unudulmaz olacaq, biz sizə zəmanət veririk!" – paylaşımda deyilib.
Xəbərlər: Azərbaycanın xalq artisti "Jara" festivalında çıxış edəcək
Məlumat festivalın rəsmi “Instagram” səhifəsində dərc olunub.

Bakucity.az xəbər verir ki, Bakı Beynəlxalq Musiqi Festivalı "Jara 2019"-da ilk dəfə Azərbaycan xalq artisti Brilliant Dadaşova çıxış edəcək.

“Onun adı özünə çox yaraşır. Onun səsi də, özü də Azərbaycan səhnəsinin əsl briliyantıdır! O, 90-cı illərdə müvaffəqiyyət qazandı.

İyulun 26-da, yayın ən möhtəşəm hadisəsi olan "Jara" festivalı çərçivəsində Azərbaycanın xalq artisti Brilliant Dadaşova tamaşaçıları 90-cı illərdən salamlayacaq və festivala Azərbaycan nostalji ritmlərinin rənglərini əlavə edəcək”, - deyə festivalın səhifəsində yazılıb.

Xatırladaq ki, "Jara 2019" festivalı Bakıa 25-28 iyul tarixlərində "Sea Breeze" turizm kompleksində keçiriləcək.

"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu” və “Qızıl qrammafom” mükafatlarının təsisçisi Sergey Kajevnikovdur. Onlarla birlikdə festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar pop ulduzları iştirak edir.
Xəbərlər: Rusiyalı tanınmış müğənni Bakıya gələcək – Zivert
Bakucity.az "Jara-2019" festivalının rəsmi “Instagram” səhifəsinə istinadən xəbər verir ki, rusiyalı məşhur pop müğənnisi Zivert (Yulia Sitnik) Bakıda səhnəyə çıxacaq.
O, "Çak" və "Anesteziya" kimi populyar hitlərin ifaçısıdır. "Çak" mahnısı internetdə böyük bir müvəffəqiyyətə imza atıb, ondan dərhal sonra müğənninin bir neçə albomu işıq üzü görüb. 2017-ci ilin payızında müğənni "Anesteziya" adlı ikinci mahnıya çəkilmiş klipin təqdimatını keçirib. Klipin rejissoru Amerikalı məşhurlar - Tyga və Travis Scott ilə əməkdaşlığı ilə tanınan Mariya Skobeleva olub.
Müvəffəqiyyət özünü çox gözlətməyib və müğənniyə "Birinci Musiqi Nəşriyyatı" evindən təklif gəlib. Hansı ki, Feduk, Monatik, Nyuşa, Dima Bilan, İvan Dorn, Byanka və s. kimi bir çox ifaçını yetişdirib.
2019-cu ilin əvvəlində Yulia Zivert “Apple Music” və “iTunes”in top onluğuna "Life" adlı yeni “trek”i ilə daxil ola bilib. Mahnı “Apple Music”də 8-ci, “iTunes”da isə 5-ci yerdədir.
Xəbərlər: Aygün Kazımova Bakıda “Jara 2019”da iştirak edəcək
Bakucity.az layihənin “Instagram“ səhifəsinə istinadən xəbər verir ki, Azərbaycanın Xalq Artisti Aygün Kazımova iyulun 25-28-də Bakıda keçiriləcək "Jara 2019" beynəlxalq musiqi festivalında iştirak edəcək.

Məlumata görə, ifaçı 26 iyulda səhnəyə çıxacaq və Filipp Kirkorov ilə duet də oxuyacaq.
Xəbərlər: “JARA” Beynəlxalq festivalı ilk dəfə Dubayda keçirilib
Populyar festivala ilk dəfə Dubayda start verilib.

Bakucity.az xəbər verir ki, “Jara” Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən keçirilməyə başlayıb, amma ilk dəfə bu tədbir MDB hüdudlarından kənarda təşkil edilib.

Mayın 3-də Dubayın ən dəbdəbəli otellərindən birində - “Rixos Premium Dubai”da keçirilən festivalda Rusiya estrada səhnəsinin ən parlaq nümayəndələri Qriqori Leps, EMIN, Leonid Aqutin, Valeriya, Yeqor Krid, Jasmin, Aleksandr Panayotov, İvanuşki International, Artik&Asti, Vremya i Steklo, MARUV, Olqa Buzova, Albina Canabayeva, Slava, Rodriguezzz, Rita Dakota və başqaları çıxış ediblər.

Fars körfəzinin sahilindəki “Jumeirah Beach Residence”də nəhəng səhnə quraşdırılıb. Festivala hazırlıq çərçivəsində 3 ton səhnə avadanlığı, 300 kilovat işıq və səs aparatları xüsusi olaraq Dubaya gətirilib. Burada 3 mindən çox tamaşaçı açıq havada 5 saatdan çox davam edən möhtəşəm konserti dinləyib. Bu, Ərəb Əmirliklərində görülməmiş bir şou olub! “Jara” Rusiya musiqisi həvəskarlarını Dubayda bir araya gətirib, çimərlikdən tamaşaçı zalına axışan bütün qonaqlar rəqs edərək sevimli artistləri ilə birlikdə zümzümə ediblər.

“Jara” festivalının təşkilatçılarından biri, musiqiçi və biznesmen EMIN deyib: “Bizim “Jara” festivalı perspektivli layihədir və ən çox maraq görən tədbirlərdəndir. Ona görə də çox sevinirəm ki, onun qastrolları üçün ilk seçilən yer məhz bütün qabaqcıl tendensiyalara cavab verən Dubay şəhəri oldu. Mayın 3-də ən populyar artistlərin çıxış etdikləri çox parlaq musiqi şousu oldu. Bizim bu qədər tamaşaçını bir axşamda toplamağımız çox əladır. Ona görə də növbəti ildə bir deyil, bir neçə festival günlərinin keçirilməsi barədə düşünəcəyik”.

BERIN IGLESIAS ART beynəlxalq tədbirlər holdinqinin prezidenti Maksim Berin bildirib: “Bu, bizim üçün böyük hadisədir, çünki ilk dəfə Dubayda reallaşdırdığımız “Jara” möhtəşəm tədbirdir. Bundan əvvəl Dubayda keçirilmiş konsert tədbirlərinin heç biri nə top ulduzların sayına, nə də ümumi coşqunluğuna görə onunla müqayisə edilə bilməz. Festival o dərəcədə uğurlu alındı ki, Dubaydakı bir sıra yüksəksəviyyəli konsert meydançaları bizimlə əməkdaşlıq etmək istədiklərini bildirdilər. Biz Dubayda bu cür uğurla start götürən “Jara”nın Rusiya pop-səhnəsinin ən istedadlı, aktual və maraqlı artistlərini, habelə onların çoxsaylı pərəstişkarlarını bir araya gətirən illik ənənəvi festivala çevrilməsini planlaşdırırıq.

“Rixos Premium Dubai” və “Jara” festivalı bütün qonaqlara unudulmaz istirahət və parlaq emosiyalar bəxş ediblər! Axşamın aparıcıları Albina Canabayeva və Timur Rodriqez, həmçinin Yuliya Baranovskaya və Konstantin Tarasyuk konsertə bayram ab-havası və musiqi vəhdəti ovqatı əlavə ediblər.

Xatırladaq ki, “Jara” festivalı iyulun 25-dən 28-dək Bakıda – Xəzər dənizinin sahilində keçiriləcək.

Züleyxa İsmayılova
Xəbərlər: "Jara" Beynəlxalq Musiqi Festivalının yenilənmiş proqramı elan olunub
Təşkilatçılar "Jara" pərəstişkarları üçün sürprizlər edəcək.

Bakucity.az xəbər verir ki, "Jara" Beynəlxalq Musiqi Festivalının proqramında yeniliklər olacaq. Bu barədə təşkilatçı festivalın rəsmi “İnstagram” səhifəsində elan verib:

“Böyük məmnuniyyətlə festivalın yenilənmiş proqramını təqdim edirik! Daha çox sevilən sənətçilər -bütün dövrlərin hitləri və bütün bunlar - 4 ən isti iyul günləri üçün nəzərdə tutulub. Diqqətinizə çatdırırıq ki, sənətçilərin siyahısı hələ tamamlanmayıb”.

Xatırladaq ki, festivalın açılışı iyulun 25-də “Sea Breeze” otelində keçiriləcək. Həmin gün böyük bir qala-konsert reallaşacaq. Festivalda məşhurlardan Filipp Kirkorov, EMIN, A`studio, Qriqori Leps, Bosson, Qlikoza, Sergey Lazarev, Lolita, Mozgi, NK, Monatik, Vremya i Steklo, Zivert, Maks Barski, Artik & Asti, Rita Dakotta, BURİTO, Olqa Buzova olacaq.

Festivalın tamaşaçıları və qonaqları iyulun 26-da 90-cı illərin ən sevilən hitlərini dinləyəcəklər. Bundan əlavə, “Lube” qrupunun yaradıcılıq gecəsi keçiriləcəkdir. Gecədə EMIN, Filipp Kirkorov, Qriqori Leps, Sergey Lazarev, Nataşa Karaleva, Viktoriya Dayneko, Lyubov Uspenskaya, Aleksandr Buynov, Layma Vaykule, Artik & Asti, Slava, Alen Apina, “Ruki Verx”, “Na-Na”, “Fabrika”, “Diskoteka Avariya” çıxış edəcəklər.

İyulun 27-də 2000-ci illərin musiqi pərəstişkarı üçün Qriqori Leps və Stas Mixaylovun konserti olacaq. Onlar səhnədə EMIN, Slava, Lyubov Uspenskaya, Vladimr Kuzmin, Aleksandr Panayotov, BrandonStone, Jasmin, “Ruki Verx”, “Novıe Samosvetı” tərəfindən dəstəklənəcəkdir.

İyulun 28-də festivalın bağlanışında "Pakaleniya Z" konsert verəcək. Gecənin axınında EMIN, Qriqori Leps, Timati, LOBODA, Nyuşa, HammAli & Navai, Rauf & Faik, Mari Kraymberi, “Djiqan”, Zomb, Lyubov Uspenskaya, GYGO bütün hitlərini səsləndirəcəklər.

Təşkilatçılar qeyd edir ki, sənətçilərin siyahısı hələ tamamlanmayıb və bu da “Jara” pərəstişkarlarını daha çox sürprizlər gözləyir deməkdir.
Xəbərlər: İsveçli ifaçı Bosson Bakıda "JARA"- da çıxış edəcək
Bu barədə məlumat layihənin rəsmi “Instagram” səhifəsində yayımlanıb.
Bakucity.az xəbər verir ki, bu il Bakıda keçiriləcək Beynəlxalq Musiqi Festivalı "JARA-2019" da dünya şöhrətli isveçli ifaçı və bəstəkar Bosson çıxış edəcək.
O, Avropada "One in a Million" mahnısı ilə məşhurlaşıb.
"JARA-2019" festivalı Bakıda 25-28 iyul tarixlərində "Sea Breeze" turizm kompleksində keçiriləcək.
Festivalın 25 iyulda, açılış günündə Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqa ulduzlar çıxış edəcək. 26 iyul cümə günü İvanuşki Int., Viktoriya Dayneko, "Fabrika", "Qorod 312" qruplarının iştirakı ilə "Lyube" qrupunun 30 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçiriləcək. Gecədə həmçinin, Filipp Kirkorov, Nataşa Koroleva, "Na-na" və digərlərinin çıxışları gözlənilir.
Məşhurların iştirakı ilə Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi 27 iyulda keçiriləcək. 28 iyul, bazar günü festivalın bağlanışında ulduzlardan Jak Khalib, Leşa Svik, Tima Belorussky və “Black Star” səhnəyə çıxacaqlar.
"JARA" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqory Leps, “Rusiya radiosu”nun və “Qızıl Qramofon” mükafatı yaradıcısı Sergey Kajevnikovdur. Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar pop ulduzları iştirak edir.
Xəbərlər: Bakının “JARA”sı Moskvada alovlandı
Bakının “JARA”sı Moskvada alovlandı - FOTO
Rusiyada "JARA Music Awards" ikinci musiqi mükafatı təqdim olunub.
Bakucity.az xəbər verir ki, aprelin 5-də Moskvadakı “Crocus City Hall”da sayca 2-ci “Jara Music Awards” mükafatlandırma mərasimi keçirilib.
Mükafat 2018-ci ilin nəticələri əsasında əldə edilmiş musiqi nailiyyətlərinə əsasən verilib.
“Jara Music Awards” musiqi mükafatının qaliblərini müəyyənləşdirən isə tamaşaçılar və münsiflər heyəti olub.
Mükafatın qalibləri:
1. Ən yaxşı müğənni - Sergey Lazarev
2. Ən yaxşı müğənni – LOBODA
3. Ən yaxşı qrup - Artik & Asti
4. İlin əməkdaşlığı - Valeria & Egor Krid "Çasiki"
5. Ən yaxşı mahnı - Dima Bilan "Molniya"
6. Ən yaxşı klip - Filip Kirkorov, "Svet nastroeniya siniy”
7. Ən yaxşı albom - Marie Kreimbriri "Pereobulas"
8. Ən yaxşı şou - Ani Lorak "DIVA"
9. İlin sənətçisi - Filip Kirkorov
10. JARA FM radiostansiyasının xüsusi nominasiyası - "İlin Digital layihəsi" - "HammAli & Navai”
11. “Cosmopolitan” jurnalının xüsusi nominasiyası "Sən sadəcə COSMO" - Olqa Buzova
12. “Vkontakte”nin xüsusi naminasiyası "İlin Cazibəsi" - Rauf & Faik
13. Xüsusi nominasiya "Hip-hop əfsanəsi" – Decl
14.
“Jara Music Awards”ın təşkilatçıları Azərbaycanın Xalq artisti Emin Ağalarov, rusiyalı müğənni Qriqoriy Leps və prodüser Sergey Kojevnikovdur.
Mərasimdə Filip Kirkorov, Valeriya, Dima Bilan, Sergey Lazarev, Yana Rudkovskaya, Natalya Çistyakova, Aleksey Çumakov, Yuliya Kovalçuk, Olqa Bzova, Dakota və digər ulduzlar çıxış ediblər.
Qeyd edək ki, “Jara Music Awards”ın 3-cü möhtəşəm gecəsi 2020-ci il aprelin 4-də “Crocus City Hall”da keçiriləcək.
Biletlər artıq satışdadır!

FESTİVAL HAQQINDA

Beynəlxalq musiqi festivalı “Jara”  Bakıda, Xəzər dənizinin sahilində hər yay keçirilir.

"Jara" – 4 qızmar günəşli gündə gerçəkləşən konsert, gün batımının unikal rənglərinə boyanmaq, ulduzların dörd gün qırmızı xalça üzərində moda nümayişi, dörd günlük unudulmaz gecələr və kinoprimyeralar, həmçinin on minlərlə tamaşaçının və milyonlarla televiziya izləyicisi deməkdir.

Dəniz sahilində festivala özəl inanılmaz səhnə və möhtəşəm videoqurğular qurulur. Festivalın ən məşhur hissəsi, rus və xarici sənətçilərin iştirakı ilə musiqili sezon başlayır. Çoxsaatlı konsert proqramında orijinal xoreoqrafik quruluş verilir, işıq və video şouları, güclü səs və parlaq dekorasiya ilə müşayiət olunur.

"Jara" – 19 nə deməkdir? "Jara” 19 – daha çox ulduz, musiqi, rəqs və müxtəlif ölkələrin qonaqlar - sevdiyiniz sənətçilərlə birlikdə dörd unudulmaz gecə deməkdir. Bizə qoşulun və inanılmaz enerjini, musiqinin sürətini hiss edin və unudulmaz anlar yaşayın.