Avtomobil, daşınmaz əmlak və iş elanları üzrə satış meneceri

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən az
Təhsil
Orta ixtisas
Təəssüf ki, elan köhnəlmişdir
BİZ KİMİK?

Biz - ən böyük şəhər saytları şəbəkəsiyik. Bizim məqsədimiz – yerli məlumatı istifadə üçün daha əlverişli və uyğun hala gətirməkdir.

Bizim komandamız – gənc, enerjili və maraqlı insanlardan təşkil olunub və bizi doğma şəhərlə bağlı fəaliyyət birləşdirir.

Biz komandamıza satışda uğur qazanmaq istəyən gənc və ambisiyalı satış üzrə menecerləri dəvət edirik!

ƏGƏR SƏN:

• insanlarla asan dil tapa bilirsənsə;
• yaxşı danışıq qabiliyyətinə maliksənsə (Azərbaycan və rus dili bilikləri);
• resursumuzun reklam imkanlarından hərtərəfli baş çıxarmaq istəyirsənsə;
• əla nəticələr qazanmağa yönəlmisənsə;
• pul qazanmaq və inkişaf etmək istəyirsənsə;
• təəccübləndirməyi bacarırsansa;
• müsbət düşüncəyə maliksənsə və məqsədə çatmaq arzusundasansa!

Onda sən bizim yanımızda olmalısan!

SƏN NƏ ETMƏLİSƏN?

• yeni müştərilər axtarmalı və daimilərlə əlaqəni qorumalısan;
• telefon danışıqları aparmalı, həmçinin öz müştərilərinlə görüşməlisən;
• daxil olan zənglər üzərində işləməlisən;
• şirkətimizin xidmətlərini satmalısan
• Avtomobil, daşınmaz əmlak və iş elanları sahəsində satışlar həyata keçirmək

BİZİM TƏKLİFLƏRİMİZ NƏLƏRDİR:

• layiqli əməkhaqqı: 400 manat maaş + yüksək faizlər;
• öz təcrübəsini bölüşməyə hazır və qoyulan məqsədlərə çatmağı öyrədən peşəkar rəhbərlə iş;
• yeni işçilər üçün ödənişsiz təlim, bizim üçün sənin peşəkar inkişafın vacibdir. Ona görə də biz menecerlərimizin bütün təlimlərinin haqqını ödəyirik, bu təlimlər onlara inkişaf etməyə və daha çox qazanmağa imkan yaradır;
• Altes Plazada yerləşən rahat ofis.
• biz ən müxtəlif formalarda tez-tez istirahət edirik: kinoya, boulinqə, təbiətə və s. yollanırıq.
• internet marketinq sahəsində əlavə təhsil;
• nəticəyə köklənən gənc, dostcanlı komandada işləmək. Bizlərdən hər biri peşəkar komandanın üzvüdür, sən də bu komandanın üzvü ola bilərsən!
• bizdə stajçıdan başlamaqla, satış şöbəsinin müdiri olmaq kimi karyera inkişafı mümkündür;
• biz bizi və saytımızı təkmilləşdirəcək bütün ideyalara baxmağa və dəstəkləməyə hazırıq!

Rezümelərinizi və ya CV-lərinizi bu ünvanda gözləyirik – [email protected]

Bəlkə də biz məhz səni gözləyirik!
Rubrikalar
Satış, ticarət, marketinq
Bakucity.az
Hərəkət

Oxşar elanlar

Kontakt Home
00:00, 15 oktyabr, №1596
MİRLEX
00:00, 16 oktyabr, №1637
BAKUELECTRONICS
00:00, 19 oktyabr, №1739
00:00, 23 sentyabr, №1320
“PAŞA Sığorta”
00:00, 18 oktyabr, №1680