Mağaza direktorunun köməkçisi

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Mağaza direktorunun köməkçisi

Tələblər:

• Ali təhsil
• İnzibati sahədə iş təcrübəsi- 1 il
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook)
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Müştərilərlə davranış etikası

Vəzifələr:

• Mağaza rəhbərinə inzibati dəstək
• Sənədlərin və qiymətlərin çap olunması
• Məhsulların düzgün yerləşdirilməsinə nəzarət
• Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarət

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V iş günləri (10:00-19:00), VI,VII istirahət günləri

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mağaza direktorunun köməkçisi” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Rubrikalar
Top-menecment, direktorluq, idarəçilər
Kontakt Home
Hərəkət

Oxşar elanlar

00:00, 18 sentyabr, №1275
SMM
prime.DME
00:00, Dünən, №1567
00:00, 27 sentyabr, №1368
«Atəşgah» Sığorta Şirkəti
00:00, Dünən, №1566
Mətanət A
00:00, 11 oktyabr, №1520