Avtomobillərə texniki nəzarət üzrə mexanik

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən az
Təhsil
Ali
“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) Servis bölməsinə “Avtomobillərə texniki nəzarət üzrə mexanik ” vəzifəsinə vakansiya elan edir.

Vəzifələr:

• Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə təşkili;
• Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
• Texniki qulluq və təmir işinin texniki heyət üzrə müvafiq şəkildə bölünməsi;
• Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
• Göstərilən xidmətlərin keyfiyyəti, təkrar təmirlə bağlı müştəri müraciətlərinin araşdırılması.

Tələblər:

• Təhsil: Ali (bakalavr)
• Müvafiq sahədə 3 illik iş təcrübəsi;
• Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
• Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.

Əlavə məlumat:

• İş günləri: həftədə 6 gün
• İş saatı: 09:00-18:00
• Əmək haqqı: 1000-1200 AZN
• Əlavə olaraq xidmət göstərilmiş avtomobillərə görə bonuslar 700-1000 AZN

Namizədlərdən öz tərcümeyi-halını [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərməkləri xahiş olunur.
Rubrikalar
Təhlükəsizlik, mühafizə orqanları
Hərəkət

Oxşar elanlar

00:00, 1 oktyabr, №1389
Workplace Interiors LLC
00:00, Dünən, №1564
Baku Roofing Company
00:00, 19 sentyabr, №1291
00:00, Dünən, №1581
00:00, 9 oktyabr, №1469