Korporativ hüquq məsləhətçisi

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Natamam ali
İş barədə məlumat
- Təsis sənədlərinin hazırlanması; hüquqi şəxslərin qeydiyyata alınması, təsis sənədlərinə dəyişikliklərin qeyd olunması
- Təşkilatın normativ hüquqi aktlarının qeydiyyatı və aparılması bazaları üzrə fəaliyyətinin həyata keşirilməsi üçün zəruri olan qanunlar, normativ hüquqi sənədlərlə təmin edilməsi üzrə için təşkili
- Təşkilatın bölmələrini, ayrı-ayrı mütəxəssisləri öz vəzifə və öhdəliklərini yerinə yetirmək üçün lazım olan normativ hüquqi aktlarla təmin etmək
- Şirkət rəhbərinə imzalamaq üçün təqdim olunan əmrlər, təlimatlalr, müddəalar və digər hüquqi xarakterli sənəd layihələrinin qanunvericiliyə uyğun olub-olmadıqlarınn yoxlanılması; sənəd
layihələrinin cavabdeh (məsul) əməkdaşlarla razılaşdırılma mərhələlərinin qorunmasının yoxlanılması;sənəd layihələrinin vizalanması; qanunvericiliydəki dəyişikliklərlə əlaqədar aktlarda
aparılan dəyişikliklər və ya ləğvi barədə təlimatların (əmrlərin) verilməsi
- Təşkilatın müqavilə işlərinin aparılması:müqavilə münasibətlərinin formalarının müəyyən edilməsi; müqavilə layihələrinin hazırlanması; tərəfdaşların şirkətə təqdim etdiyi müqavilə layihələrinin qanunvericiliyə uyğun olub-olmadığının yoxlanması; müqavilə layihələri üzrə müxtəlif fikir ayrılıqlarının həlli; notarial təsdiqi və (ya) dövlət qeydiyyatını təmin etmək
- Təşkilatda müqaviləylə iş analizi aparmaq; yenidənbaxılma və dəyişiliklər proqramı hazırlamaq, şirkətin struktur bölmələrində müqaviləylə iş vəziyyətinin yoxlanılması
- Müəssisədə iddialı işlərin aparılması: tərəfdaşlardan gələn iddiaların qeydiyyatını və onlara baxılmasını təmin etmək; daxil olan iddialara cavabların hazırlanması və daxil olan iddiaların
təmin edilməsi və ya təmin edilməsinin rədd edilməsi barədə qərar layihələrinin qəbul edilməsi; tərəfdaşlara olan iddiaların hazırlanmasını həyata keçirtmək, iddiaların qarşı tərəfə göndərilməsi və qarşı tərəfə göndərlən iddiaların təmin edilməsinə nəzarət
- İddia işinin aparılması: müqavilə mübahisələrinin tənzimlənməsinin arbitrajaqədər qaydaların qorunmasını üzrə tədbirlərin görülməsi; iddia ərizələrinin və materiallarının hazırlanması və müəssisəsəyə qarşı iddiaların iddia ərizələrinin surətlərinin öyrənilməsi;iddia işləri üzrə verilənlər (məlumatlar) bankının idarə edilməsini təmin etmək; təşkilatın maraqlarını məhəmələrdə qorumaq
- Təşkilatın fəaliyyəti həyata keçirtməsi üçün lazım olan lisenziya, icazə alınması üçün ərizələrin, sifarişlərin və digər sənədlərin hazırlanması
- Təşkilatın əmlakının qorunmasını təmin etməklə bağlı sənədlərin hazırlanmasında iştirak edir (maddi məsuliyyət haqqında müqavilələr; müəssisəyə maddi dəyərlərin daxil olması və qəbulu, onların hərəkət qeydiyyatını müəyyən edən təlimatlar; hazır məhsulun çıxış və buraxılışının qeydiyyatı üzrə təlimatlar; və s)
- Təşkilatda dövlət nəzərət-yoxlama orqanları tərəfindən aparılan yoxlamalar zamanı yoxlayanlar tərəfindən bütün prosesual qaydalara riayət olunmasına, nəticələrinin yoxlama
tətəfindən əsaslandırılması və düzgünlüyünə nəzarət məqsədilə təşkilatın maraqlarını təmsil etmək, yoxlama nəticələrinin sənədlərini və prosesual sənədləri tərtib etmək
- Təşkilatda aşkar edilmiş qanun pozuntuları haqqında işlərə baxmağa təhkim olunmuş səlahiyyətli dövlət nəzarət orqanlarında təşkilatı təmsil edir; dövlət nəzarət orqanları işçilərinin qanunsuz hərəkətlərinə qarşı, təşkilata tətbiq edilmiş qeyri-qanuni inzibati cərimələrlə bağlı şikayət ərizələri hazırlayıb müvafiq orqanlara göndərir
- İşçilərə müxtəlif hüquqi məsələlərlə bağlı yazılı və şifahi məsləhətlər verir, hüquqi sənədlərin hazırlanmasında peşəkar (hüquqi) yardım göstərir
- İş qrafiki: 09:00-dan 18:00-dək, 5/2
- Nahar və mobil nömrəsi şirkət tərəfindən verilir.
Rubrikalar
Hüquqşünaslar, vəkillər, notariuslar
800 - 1000 ₼
"Caspian Galaxy" MMC
Bakı
Nömrəni göstər +994 51 300-52-99
Hərəkət

Oxşar elanlar

400 - 500 ₼
Turban moda
17:32, 6 noyabr, №210
1000 - 2000 ₼
HR Recruitment Team
12:34, Dünən, №239
700 - 800 ₼
Grand Motors
17:30, 6 noyabr, №209
...dan 450 ₼
MeKa
16:09, 27 sentyabr, №127
400 - 500 ₼
METALİCO
13:36, 13 noyabr, №224
800 - 1000 ₼
ORBİS AV MMC
12:39, Dünən, №240