Baş Auditor

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Orta ixtisas
Təəssüf ki, elan köhnəlmişdir
Vəzifə öhdəlikləri:

 Daxili nəzarət sistemlərinin effektivliyinin və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi, risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurlarının tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
 Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi;
 Elektron/digital sistemlərin fasiləsizliyinin və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
 Auditin nəticələri, verilmiş tövsiyələr eləcə də onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
 Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
 Bankın fəaliyyətində xüsusi əməliyyatların (sahələrin) yoxlanılması və qiymətləndirilməsi, proseslərin adekvatlığnın qiymətləndirilməsi;

Vakant vəzifə üzrə tələblər:

 İqtisadi/texniki/riyazi ali təhsil;
 Biznes analitika və ya rəqəmsal bankçılıq sahəsində minimum 3 il iş təcrübəsi;
 Biznes analitika və ya rəqəmsal bankçılıq sahələri üzrə beynəlxalq və yerli tələb/standartlar barədə biliklərə sahib olmaq;
 Analitik təhlil və prosesləri qiymətləndirmə/optimallaşdırma/test etmə bacarıqları;
 Azərbaycan, rus və ingilis dillərini bilmək;
 MS SQL, Oracle, Business intelligence ilə tanışlıq;
 Biznes proseslərin qurulması və optimallaşdırılması, eləcə də rəqəmsal bankçılıq istiqamətində beynəlxalq sertifikat sahiblərinə əlavə üstünlük veriləcəkdir.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Rubrikalar
Banklar, investisiya, lizinq
“Azərbaycan Beynəlxalq Bankı” ASC
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

00:00, 27 noyabr 2019, №2359
00:00, 10 yanvar, №2482
“Melissa Group
00:00, 16 yanvar, №2556
00:00, 21 noyabr 2019, №2302
sheratonbakuairport
00:00, 20 noyabr 2019, №2287