Mühasib

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Ali
Tələblər:

- Yaş həddi: 25-30 yaş
- Maliyyə istiqamətində ali təhsil
- Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, İş vaxtının uçotu
- Maliyyə büdcəsinin hazırlanma qaydaları
- Maya dəyərinin hesablanması qaydaları
- Avans hesablarının təlimatı
- Dil bilikləri: Azərbaycan ,Rus,Ingilis dili
- iş təcrübəsi 3 il
- MS Office, 1C 8.3 (rus) proqramlarında sərbəst işləməyi bacarmalıdır
- ACCA sertifikatı olanlara üstünlük veriləcək

Vəzifələr:

- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
- Əməliyytaların 1C 8.3. (rus) proqramına işlənməsi .
• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Dövlət orqanlarına hesabatların hazırlanması (Statistika, DSMF və s.);
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;
Rubrikalar
Digər
U AND R COMPANY
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

SABAH GROUP MMC
00:00, 20 noyabr, №2286
00:00, 14 noyabr, №2187
Norm Sement zavodu
00:00, 16 noyabr, №2228
AFB Bank
00:00, 1 noyabr, №2022
“Abşeron Logistika” MMC
00:00, 8 noyabr, №2120